NABİ ӘFӘNDİ ŞİRVANİ VALİYÜL-ӘSL

 

 

 

 

Nabi әfәndi Şirvaninin bir neçә qәzәllәri vә müxәmmәslәri sәmahәtli müfti әfәndinin Mәcmuәsindә tәhrir olunmuşdur. Onlardan atidә dәrc olunmuş bir qәzәlә iktifa etdik:

 

Әsrari-xәtinlә dili mәdhuş edә bilsәm,

Bir gәz qәmi-dünyanı fәramuş edә bilsәm.

 

Eylәrdim iki dәstimi bir qifli-mütәlsәm,

Ol qamәti-mövzuni dәrağuş edә bilsәm.

 

Göstәrmәz idim kimsәyә heç lәzzәti-lәlin,

Möhri-lәbim ol nemәtә sәrpuş edә bilsәm.

 

Etmәk nә olur әncümәni-dәhri pәrişan,

Bir gәz meyi-samanşikәni nuş edә bilsәm.

 

Vermәz süxәnaralıq ilә kimsәyә növbәt,

Nabi, dәhәni-xamәni xamuş edә bilsәm