NİŞAT ŞİRVANİ
Nişat Şirvani Ağamәsihin müasiri
imiş. Şirvan şairlәrinin
mötәbәrlәrindәn birisi hesab olunur, Nişat
hәqiqәt әhli olduğu üçün zahiri zöhdü
tәqvanı vә riyai ibadәti sevmәz imiş vә
şerlәrinin çoxunda xudbin vaizlәrә vә
müdәmmәq abidlәrә dolaşarmış. Heyfa
ki, Nişatın tәrcümeyi-halına dair mәlumat
cәm edә bilmәdik.
Ağamәsihlә onun hәmәsr
olduğu әşarından görünür. Mәlum
olduğuna görә, hәr iki şair
ömürlәrinin çoxunu başqa diyar vә ölkәlәrdә
sәyyahlıqla keçiriblәr vә sәyahәt
etdiklәri vilayәtlәrin әksәri İran
mәmlәkәtindә olan vilayәtlәr olubdur
vә İran şüәra vә ürәfasından
tәhsili-kәmalat etmişlәr. Vә lakin Nişat
qürbәt vilayәtlәrdә kamal vә
tәcrübә kәsb edibsә dә, xeyli
mәşәqqәt vә zәhmәtlәrә
dәxi düçar olubdur. Necә ki, bu xüsusda bir qәzәlindә
yazır:
Qürbәtdә rәhi-sәbdә
әsbabi-sәfәr tәk
Asudәliyim olmadı hәr mәnzilә
düşdüm.
Gәr misli-hübab özgә hәva
başıma düşdü,
Bir dәmdә evim tikdimü yıxdım,
yola düşdüm.
Üz görmәdim әzbәs ki,
Nişat, әhli-vәtәndәn,
Bu vәch ilәdir kim, baş alıb hәr
elә düşdüm.
Aşağıda yazılan qәzәl
Ağamәsihin diqqәtini cәlb edib, ona cavab yazmağa
şairi vadar etmişdir.
Qәzәli-Nişat:
Şuri-cünun aşiqin başına
rifәt verir,
Hәr kәsә dünyadә, hәq
әqlicә dövlәt verir.
Qanım içirkәn bulur
çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr
bәzminә zinәt verir.
Handa ki, görsәn, könül, yarı,
dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi
fürsәt verir.
Surәti-halın demәk aşiqә
lazım deyil,
Üz verә iqbal әgәr, eşq
özü surәt verir.
Gövhәri-nәzmin, Nişat,
eylәmә hәr yerdә sәrf,
Bir belә bazardә kim ona qiymәt verir?
Bunun
cavabında Ağamәsih yazmışdır:
Aşiqә tәlimi-yar feyzi-bәşarәt verir,
Necә ki, gül bülbülә dәrsi-fәsahәt verir.
Ol sәhiqәd, püstәlәb gülşәnә olsa rәvan,
Qönçәni dilgir edәr, sәrvә xәcalәt verir.
Әmmәyә mümkün ola gәr lәbi-dildardәn,
Çeşmeyi-heyvan
kimi gör necә
lәzzәt verir.
Vaiz
özü hurilәr vәsfi ilә zövq edәr,
Tәrki-meyü eşq edin--xәlqә nәsihәt verir.
Duzәx özü söylәnir şiddәti mәşhurdur,
Canda fәraq atәşi özgә hәrarәt verir.
Çәrxә vәfa bağlama, eyş edә gör vәqt ikәn,
Vәdә irişsә, әcәl sanma ki, fürsәt verir.
Gövhәri-nәzmin, Nişat, düşsә Mәsih әlinә,
Rayici-bazar
edәr, alәmә şöhrәt verir.
Ağamәsihin axırkı beyti
Nişatın xoştәb vә
şirinkәlam
bir şair olduğunu göstәrir. Nişatın öz әsәrlәri dәxi onun fünuni-şerdә mahir vә qabil olduğunu bildirir. O әsәrlәrdәn bir neçәsi burada yazılır.
Qәzәli-Nişat:
Sәnin fәrşin ki, zahid, buriyadır,
Hәqiqәt mәnzilindә bu riyadır.
Riyadır
zahidin gәrçi
namazı--
Vә lakin xәlq içindә xoş әdadır.
Nigahından
ol ahuçeşmin, ey dil,
Özün
saxla kim, ol eyni-xәtadır.
Düşәr güzgüyә daim әksi-canan,
Könül
saf olsa, hәr mәtlәb rәvadır.
Әcәb yox, türrәsindәn olmuşam şad,
Mәnim bәxtim ki, var başdan qaradır.
Nişatın
könlünü incitmә, ey şux,
Sәnә nifrin edәr, әhli-duadır.
Yenә qәzәli-Nişat:
Qönçә tәk eldәn kişi sirrin nihan etmәk gәrәk,
Aşiqi-yekrәng olan bağrını qan
etmәk gәrәk.
Müşkül
işdir dәrdi
hәr bidәrdә izhar eylәmәk,
Dәrdi bir dәrd әhlinә şәrhü bәyan etmәk gәrәk.
Xәlqdәn qәti-әdaqә eylәyib әnqa kimi,
Bir qәnaәt guşәsindә aşiyan etmәk gәrәk.
Yaxşı
gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı
yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
Ey
Nişat, ox tәk
sözümdәn
hәr kimә sәhm eylәnir,
Böylәdir, doğru sözü
xatirnişan etmәk gәrәk.
Nişatın
bu qәzәli hikmәt vә tәcrübә üzü ilә deyilmiş şerlәrdir. Şair hәr nakәsә sirri-zәmiri açıb söylәmәkdәn insana
Ta tәvani pişe-kәs mәgşay raz,
Bәr kәsi in dәr mәkon zinhar baz.
Çon
ke әsrarәt nәhan dәr
An moradәt zudtәr hasel şәvәd.
Qoft
peyğәmbәr ke, hәr ke ser nәhoft,
Zud gәrdәd ba morade-xiş coft.
Dane
çon әndәr zәmin penhan şәvәd,
Sәre-u sәrsәbzeye-bustan şәvәd.
Zәrro noğre gәr nәbudәndi nәhan,
Pәrvәreş key yaftәndi zire-kan. [1]
[1]
Tərcüməsi:
Bacardığın
qәdәr heç kәsin yanında sirr açma,
Amandır,
bu qapını heç kәsә açma!
Әgәr sirrlәrin ürәyindә gizlәnәrsә,
O
muradın tezliklә hasil olar.
Peyğәmbәr demişdir: hәr kim ki, sirri gizlәtsә,
Tezliklә öz muradına çatar.
Toxum
torpaqda gizlәnәrsә,
Bostan
bitkilәrinin
başı olar.
Qızıl
vә
gümüş әgәr
üstüörtülü olmasaydılar,
Onlar mәdәndә nә vaxt pәrvәriş tapardılar?!
Vә bu babda yenә әbәs
deyilmәyibdir ki: "Sәr vermәk olar, sirri әyan
elәmәk olmaz!" Doğrudan da insanın qәlbi
karvansara deyil ki, yol ilә hәr ötüb keçәn
onda özü üçün mәqam bulsun vә onun
içindә olan yaxşı-yamanı görüb alәmә
faş qılsın.
İnsan gәrәkdir sirrlәrini vә
fikirlәrini sevsin vә cani-dil ilә onları
ürәyindә bәslәyib hәddi-kәmala
yetirsin vә sonra faş etmәyi lazım isә, faş
elәsin vә bundan maәda hәr naәhlә vә
hәr bidәrdә dәrdi-dili izhar etmәyin nә
faydası? Bir kәs ki, sәnin dәrd vә
qәminә şәrik olmayacaqdır vә sәnin
xiffәt vә küdurәtini azaltmayacaqdır, ona daha
dәrdi söylәmәkdәn nә hasil? Kişi
dәrdini söylәsә dә, gәrәkdir
dәrd әhlinә söylәsin vә bilmәk
istәsin ki, dәrd әhli vә dusti-hәqiqi kimdir.
Lazımdır dost adlandırdığı şәxsi yaman
günündә, yәni sәnә bir yas vә
müsibәt üz verәn halda imtahan edәsәn.
Hәr gah dostun yaman günündә
dәyanәt göstәrib öz dostluq vә
sәdaqәtindә möhkәm vә sabitqәdәm
olsa, o, hәqiqi dostdur. Vә illa yaxşı gündә,
әldә var vә dövlәt olan zamanı hamı
sәnә dost vә xeyirxah olacaqdır. Odur ki, şair
deyir:
Yaxşı gündә bilmәk olmaz kim,
dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün
imtәhan etmәk gәrәk.
Amma Nişatın bir arzu vә xahişini haqq
vә savab görә bilmәdik. O isә xalqdan
qәti-әlaqә edib әnqa kimi qәnaәt
kuşәsindә aşiyan etmәkdir. Nişatın bir
tәrәf-dәn kuşәnişin abidlәri vә
riyakar zahidlәri tәn vә mәlamәt edib,
digәr tәrәfdәn özü
guşәnişinlik arzu etmәsi bir növ qәribә
gәlir vә bir dә islamda röhba-niyyәt
olmadığı üçün müslüm
gәrәkdir xalq içindә, hәmçinsi
arasında dolanıb, onlar ilә müaşirәt
elәsin, xalqa kömәk vә nәf yetirsin, xalqa, din
vә vәtәnә hüsni-xidmәtlәr
göstәrib hәr ikisinin tәrәqqi vә
tәalisi yolunda sәrfi-himmәt etsin.
Guşәnişinlik böyük bir hünәr deyil ki, onu
arzu edib, әmәli qeyrilәrә dәxi
töv-siyә olunsun.
Nişat Şirvaninin yuxarıda zikr olunan
qәzәllәrindәn başqa daha da bir çox
gözәl müxәmmәslәri vә
mürәbbeatları vardır ki, cümlәsinә
mәcmuәmizdә yer yoxdur.