SABİT ŞӘQAQİ

  

 

 

 

Bu şairin dәxi Aciz, Qövsi, Nişat vә qeyrilәri kimi ismi vә әsl-nәsәbi mәlum deyil. "Sabit" şairin tәxәllüsüdür. Anadan tәvәllüd etdiyi mәhәllin ismi dә yәqin ki, Şәqaqdır ki, onunla mülәqqәb olmuş--Şәqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki aşağıda yazılan bir qafiyәsindә Sabit әvәzinә Mehdi yazılmışdır. Onun әsәrlәrindәn Mirzә Yusif Qarabağinin mәcmuәsinә daxil olan ancaq bir qәzәl ilә bir mürәbbeatıdır ki, hәr ikisi burada dәrc olunur.

 

Qәzәli-Sabit:

 

Әnbәrin rayiheyi-türreyi-canan gәtirir,

Lütf ilә badi-sәba dәrdimә dәrman gәtirir.

 

Deyirәm qasidә: get nameyi-cananı gәtir,

O gedir sürәt ilә qәtlimә fәrman gәtirir.

 

Mәn dedim iikhәti-zülfün gәtir, ey badi-sәba,

O gedir başıma sevdayi-pәrişan gәtirir.

 

Zülf düşgәc yüzünә didәlәrim әşk tökәr,

Gün üzün әbr haçan bağlasa, baran gәtirir.

 

Baxıb ol şiveyi-rәftarә, töküb qanlı yaşım,

Mәn bilirdim ki, bu göz başıma çox qan gәtirir.

 

Küfri-zülfün ürәfa rәxneyi-iman dedilәr,

Bu necә küfrdü kim, hәr görәn iman gәtirir?!

 

Mәrdümi-didәlәrim hicr günü Nuhasa,

O qәdәr әşk tökәr, axırı tufan gәtirir.

 

Sabita, şükr elә, hәr izzәt üçün zillәt var,

Demәdin vәsl süruri qәmi-hicran gәtirir?!

 

Qafiyә:

 

Bürci-nәhsә düşdü kövkәbi-bәxtim,

Fәlәk zülmü mәnә nümayan oldu.

Zövrәqi-taleyim bәhri-әlәmdә

Tәlatümi-qәmdәn binişan oldu.

 

Soldu gül, pozuldu gülşәni-alәm,

Şeyda bülbül nәrә çәkәr dәmadәm,

Fanusi-ifayә çünki düşdü şәm

Pәrvanә gör necә sәrgәrdan oldu.

  

Pәri, ... fәlәk dad әlindәn, dad,

Bir dәm eşq әhlini eylәmәdin şad,

Bir Şirindәn ötrü misali-Fәrhad

Mehdi Bisitunda kuhkәn oldu.