ŞӘKӘR ŞİRVANİ

 

 

 

 

Bu şairin kәlamından müfti әfәndinin Mәcmuәsindә ancaq bir müxәmmәs tapdıq ki, eyni ilә burada dәrc olunur.

 

MӘKTUBA XİTAB

 

Sәni bir sәfheyi-әbyәz kitabәt eylәrәm, kağәz!

Hücumi-lәşkәri-qәmdәn şikayәt eylәrәm, kağәz!

Yazıb hali-dilim şәrhin, hekayәt eylәrәm, kağәz!

Mәnim cananımı görsәn, әmanәt eylәrәm kağәz!

Tәmami-dostlara izhari-sәlamәt eylәrәm, kağәz!

 

Yetib nazik әlin öpcәk әzәl hәmdü sәna ilә,

Açılcaq, rubәru olcaq tәvaze, xoş sәfa ilә,

Nәzәr mәzmununa salsa bemәtlәb ibtida ilә,

Çәkib bir-bir sәtirlәrdәn bәyani-müddәa ilә

Sәki bir qasidi-әhli-fәsahәt eylәrәm, kağәz!

İnansәn, min qәmim vardır, yanımda qәmküsarım yox,

Fәğanım bülbülә bәnzәr, әbәs ki, gülüzarım yox,

Gözüm, könlüm tәmәnnası, әlimdә ixtiyarım yox,

Onunçün bu cәhәtlәrdәn hәyata etibarım yox.

Qәrәz beş gün hesab ilә әmanәt eylәrәm kağәz --

 

Ki, bilsinlәr cüdalıqda vücudum pürsiyasәtdir,

Qalıbdır bir çürük canım, işim rәncü riyazәtdir,

Müsahib yar vәslinә yetişmәk xoş sәadәtdir,

Aradә nameyi-casus gәlib-getmәk dәyanәtdir,

Cavabın gәlmәsә, billah, qiyamәt eylәrәm, kağәz!

 

Mühәqqәr Şәkkәri-zarәm, digәrgunәm mәlalımdan,

Gәrәk tәhrir edәm ancaq sözümdәn, razi-halımdan,

Gәtirdi kilki-mücganım, nәlәr keçdi xәyalımdan,

Dәvati-çeşmimә şәncәrf töküldü әşki-alımdan,

Sәni sürx ilә inşai-ibarәt eylәrәm, kağәz!.