SӘNAN ŞİRVANİ

 

 

 

 

Sәnan Şirvanidәn zeyldә tәstir olunmuş qәsidә tapıldı:

 

Nişanın taci-dövlәtdir, sәadәtlilәrin dilbәr

Hәm oldur qübbәtül-Kәbә onunçun Hәcc olur әkbәr.

 

Saçın vәlleyl iza yәğşa --dedi hәblülmәtin әmma

Hicabi-günbәdi-xәzra düxani-udü ya әnbәr.

 

Dü zülfün nafeyi-ahu, veribdir alәmә xoş bu,

Siyәhgun rәngdir hindu әlindә xosrovi-xavәr.

 

Nә xoş qüdrәt iki guşun yaratmış xaliqi-yekta,

Birisi yasәmәn tәrhi, biridir hәm güli-cәfәr.

 

Qabağın mәdәni-qüdrәt, yәdi-beyzadәn әfzundur,

Mükәmmәl sәbheyi-xurşid, qәmәr ondan tapar әnvәr.

 

Qaşındır sureyi-Yasin, misali-qabә-qövseyn tәk

Yaşıl tozlu müqәvvәsdir betaği-mәscidü minbәr.

 

Siyәh kipriklәrin etmiş müsәxxәr rübi-mәskuni,

Görәndә xeyli-üşşaqi atar sәhmi, çәkәr xәncәr.

 

Dü çeşmin fitnәlәr başi, nә yәğmaçi müqәlliddir,

Çәkibdir sinәmә daği siyәh mәrdümlәrin, kafәr!

 

Mәşami-әnbәramizin gümüş mәftulmudur, ya rәb --

Ki, mәğzi-püstә, badamü nüql, xaneyi-şәkkәr.

 

Üzün xurşidә tәn eylәr, bu söz mәrufi-alәmdir,

Rüxündür ismәtüd-dünya, onu mәnzum edәr әxtәr.

 

Yanarın bir güli-tәrdir, kimә bu gül müyәssәrdir,

Camalın şәmsi-xavәrdir, tutubdur alәmi yeksәr.

 

Çәhi-Kәnanә manәnddir zәnәxdanın bu vәch ilә,

Çıxar Yusif kimi andan düxani-qәlb әzin çakәr.

 

Müәmma içrә mövhum nöqtәsidir lәli-gülfamın,

Onu dәrk eylәyәn arif deyәr yaqutdur, әhmәr.

 

Dәhanın çeşmeyi-Zәmzәm dedim, yox qönçeyi-novxiz,

Әdәm dәryasıdan çıxmış mәgәr bu dürci-purgövhәr?!

 

Dişindir incilәr xasi, dәhanın dürr dәryasi,

Birinin qiymәtin bilmәz verә xaqani-hәft kişvәr.

 

Mәsih әlfazdәn izharә yetmiş rütbeyi-canbәxş,

Lәbın feyzi әsәr qılmış Mәsiha nitqdәn behtәr.

 

Gümüş minamıdır qәddin, çәkilmiş gәrdәnin qu tәk,

Zәhi ziba, mәlәksima, zәhi süni-cahanpәrvәr!

 

İki duşin fәlәk bürci, biri qövsi, biri әqrәb,

Veribdir piç-tab ilәn iki giysulәrin әnbәr.

 

Dü simi-saidin, sәrvi-qәddin firdovs bağında,

Yәdüllah ilә peyvәnddir iki şümşadü bir әrәr.

 

Miyani-sәdri-әbyazın büsati-bәzmi-xosrovdur,

İki şahzadeyi-rumi, biri qәndü biri şәkkәr.

 

Zәhi hüsnü zәhi surәt, tәalәllah, zәhi sәnәt!

Nә qüdrәtdir, bu nә hikmәt, bu nә sima, bu nә peykәr!

 

Әgәr zahid sәni görsә bu әltafü mәlahәtdә,

Döyәr köksünә, qan ağlar, tökәr başına xakistәr.

 

Sәni bimislü bihәmta yaratmış xaliqi-әşya,

Pәripeykәr, mәlәkmәnzәr, firiştәxu, sәfidәxtәr.

 

Tәmәnnayi-rüxündәn mәn edib lütfün diriğ etmә,

Gözәlsәn, şahi-alәmsәn, Sәnaidir sәnә çakәr.

Sәnainin bu qәsidәsindәn mәlum olunur ki, ol cәnab xeyli güşadәtәb vә sahibi-zövq bir şair imiş ki, vәsfi-gözәldә bir qüsur qoymamışdır vә әnva istiarәlәr ilә sevdiyi dilbәri mәdhü tәrif qılmışdır. Bәli.... Әfsus ki, bizim belә rәvantәb vә süxәndan şairlәrimizin başqa bir doğru vә salamat mәslәklәri olmayıb da, tәbi-gövhәrsәnclәrini bihudә sәrf ediblәr.