YUSİF NABİ

 

 

 

 

Molla Mәhәmmәd Bağdadidәn sonra Azәrbaycan şüәra vә üdәbasına şüәrayi-sәlәfdәn artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi әfәndi türklәrin müqtәdir vә zor şairlәrindәn birisi hesab olunur. Divani-Nabidә ki, zәxim bir kitabdan ibarәtdir, hәr qisim kәlam mövcuddur. Tәmamisi nәzm ilә inşad olunubdur. Haman mәnzumat bu qayda üzrә divani-Nabidә tәb olunmuşdur: 1) Babül-mәdh vә nәt; 2) Qәsaid; 3) Tәxmis vә maddeyi-tarix; 4) Mәsnәvi; 5) Rübaiyyat vә qәzәliyyati-türki; 6) Müqәttәat vә müәmmayat; 7) Divani-qәzәliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".

 

Nabi әfәndi "Xeyriyyә"sindә oğlu Әbülxeyr Mәhәmmәd Çәlәbiyә yazdığı pәndnamәsindә öz tәrcümeyi-halına dair icmalәn mәlumat verir. Bu mәlumatdan görünür ki, Mәhәmmәd Çәlәbi Nabinin ömrünün müsinn çağında, yәni 54 yaşında doğulmuşdur vә onun vücuda gәlmәsi ilә şairin gözlәri nur vә qәlbi sürur ilә dolur; guya ona tәzәdәn bir hәyat verilir. Belә ki, Nabi әfәndi deyir:

 

Pәrtövi-nuri-hәyatım sәnsin,

Mәhz xeyrü bәrәkatım sәnsin,

Salalı başimә zatın sayә,

Bәn sәninlә bakaram dünyayә.

 

Mәhәmmәd Çәlәbinin tәvәllüdü şairin 54-cü yaşında vaqe olmasına onun bu şerlәri şәhadәt verir:

 

Sәni verdi bana, ey feyzmәab,

Mövsimi-sinni-kәbirimdә vәhab.

Toğıcaq alәmә hüsnün mahi,

Güzәran olmuş idim pәncahi.

Çarü pәncahdә verdi sәni hәq,

Hәft salında yazıldı bu vәrәq.

 

Mәhәmmәd Çәlәbinin maddeyi-tarixindәn ki, Nabi әfәndi özü onu inşa edibdir, mәlum olur ki, onun vәqti-tәvәllüdü hicrәtin 1106-cı salında vüqua gәlibdir. Haman maddeyi-tarix bu şerlәrdәn ibarәtdir:

 

Sәrmayeye-fetrәtәm Әbülxeyr-- 

Kәz lotfe-әzәl pәnah darәd,

Tarixe-veladәte-şәrifәş

"Әz dәrd xoda neqah darәd".[1]

 

[1] Tərcüməsi:

Әzәli lütfә sığınan,

Mәnim fitrәtimin sәrmayәsi olan Әbülxeyrin.

Şәrәfli tәvәllüd tarixi

"Әz dәrd xuda pәnah darәd"dir

("Allah onu bәlalardan saxlasın”dır.)

 

Bu hesab ilә Yusif Nabinin tәvәllüdü hicrәtin 1052-ci sәnәsinә tәsadüf edir. 1106 sәnәdәn 54 sәnә çıxanda qalır 1052 sәnә ki, haman salda Yusif Nabi vücuda gәlibdir Rәha şәhәrindә. Rәha isә Qüdsi-Xәlil canibindә Şam xittәsindә basәfa qәsәbәlәrdәn birisidir ki, xoş ab-havası ilә mәşhurdur. Nabi әfәndi vәtәni olan Rәhanı belә vәsf edir:

 

Vәtәnim şәhri-dilarayi-Rәha,

Vәqti-tәhrir müqirrim Şәhba.

Nә Rәha, nüsxeyi-gülzari-cinan,

Mәsqәtürrәsi-Xәlilül-Rәhman.

Nә Rәha qibtәgәhi-xitteyi-Şam,

Mәzhәri-möcüzeyi-bәrdü sәlam. [2]

 

[2] Tərcüməsi:

Vәtәnim gözәl Rəha şәhәridir,

Bunları yazan vaxtda iqamәtgahım Şәhbadır.

Elә bir Rәha ki, cәnnәt bağçasının bir nüsxәsi,

Xәlilulrәhmanın daimi yaşayış yeridir.

Elә bir Rәha ki, Şam ölkәsi ona hәsrәt çәkir,

"Bәrd və sәlam" möcüzәsinin yeridir.

 

Nabi әfәndi vәtәni-mәlufunda nәşvü nüma tapıb, tәlim vә tәrbiyә aldıqdan sonra 30 sәnәyә qәdәr Әdirnә vә İstambul şәhәrlәrindә bәzi mәnsәblәri әda etmәklә sükunәt etmişdir vә sonradan bu zati-şәrifin aramgahı Hәlәb şәhәri olmuşdur:

 

Bir zaman Әdirnәvü İstambul

Oldu si sal bana cayi-nüzul.

Lillәhülhәmd neçә mәnsәbü cah

Oldu bu bәndәyә ehsani-ilah.

Qalmayıb sonra dimaği-dövlәt,

Oldu üftadeyi-künci-üzlәt.

Cәzbeyi-abü hәva oldu sәbәb,

Oldu aramgәhim şәhri-Hәlәb.

 

Şairin kәlamından belә anlaşılır ki, Hәlәb şәhәri xeyli canfәza vә xoşhava bir mәkandır ki, çahar fәsli düzgün keçir. Bu şәhәrin vәsfindә şair deyibdir:

 

Şәrabә şәrm verir abi-canfәzayi-Hәlәb.

Şәmimi-cәnnәti mәhcub edәr hәvayi-Hәlәb.

Lәbi-bütanә olur xәndәrizi-istehza

Nәmәksiriştә, lәb püstә fәzayi-Hәlәb.

Buna hәvadә İraqü Әcәm müxalifdir--

Ki, çar fәsldә novruz edәr sәbayi-Hәlәb.

Behişt qanda görәr hüsnünün tәmaşasın,

Tururkәn ayineyi-abi-dilgüşayi-Hәlәb.

 

Yusif Nabi xeyli müddәt dünyada zindәganlıq edibdir vә әyyami-zindәganlığı Mәhәmmәd Sultanın oğulları--Mustafa Sultanın vә Әhmәd xan Sultanın zamani-hökumәtlәrinә tәsadüf etmişdir. Şair hәr birisinin vәsfi-şәnindә xeyli qәrra vә sәlis qәsidәlәr yazıbdır ki, manәndi az tapılar. Onun bir qәsidәsindәn anlaşılan budur ki, Sultan Әhmәd xan ibn Mәhәmmәd xanın cülusi-hümayunu şairin 50-ci salında vaqe olubdur. Mәzkur qәsidә bu sayaq başlanır:

 

Bir şәbangәh ki, çiraği-xirәdi-әbdi-fәqir

Eylәmişdi hәrәmi-qәsri-dimağım tәnvir,

Nagәhan mükmәni-qeybin açılıb pәrdәlәri

Oldu yer sәf sipәharayişi-meydani-zәmir.

Birinin nami qәlәm, biri vәrәq, biri dәvat,

Biri mәni, biri mәzmun, biri hüsni-tәbir.

Dedilәr birdәn:--Әya, piri-rәhi-nәzmi-süxәn,

Ey köhәn cövhәri, sövqi-bәyanü tәhrir,

Nә әcәb xeyli zamandır ki, tәmәvvücdә deyil,

Bәhri-zәxxari-xәyal, әbri-köhәrpaşi-zәmir.

Sana noldu, nә turursan, nә günә saklarsan,

Ta bekey nәsri-cәvahirdә bu dәklü tәxir?

Әlli yıldır ki, müsәllәm sana sәccadeyi-nәzm,

Şimdi sәnsәn şüәra zümrәsinә şeyxi-kәbir.

O zamanlar sana tәslim idi meydani-süxәn-- 

Ki, sәnin sözlәrinә Naili olmuşdu әsir.

Meyvәsi az isә dә, lәzzәti әfzuntәr olur

O dirәxtin ki, xiyabani-süxәndә ola pir.

Dedim:--Ey lövhәnәvisani-dәbistani-hünәr,

Ey mәbaniyyi-mәaniyә müdara tәmir,

Hәp bilürsiz ki, qәdi-rastimi xamә kibi,

Etdi әngüşt kibi xәmzәdә bari-tәhrir.

Qalmadı tabü tәvan teyyi-rәhi-әfkarә,

Oldu әndişә dә tәrkibi-vücudum kibi pir.

Leyk var cibi-zәmirimdә nәhüftә çoxdan

Bir göhәr әqdi ki, olmaz ana alәmdә nәzir.

Saklaram namına bir padşәhi-dövranın-- 

Ki, edәm müjdә bәşarәt kim edәrsә tәbşir.

Gәlsin ol padşәhin әsri-şәrifindә görәk

Bülbüli-köhnә necә eylәr imiş bәsti-sәfir,

Dedilәr:--Müjdәlәr olsun, sana, ey rastnәzәr--

Ki, sәni istәdiyin әsrә yetirdi tәqdir.

Lillәhilhәmd ki, bir vifqi-murad etdi cülus

İntizar eylәdiyin padşәhi-alәmgir.

Oldu  tәyidi-ilahidә  misali-xurşid.

Zati-valatәri arayişi-balayi-sәrir.

Zilli-mәmdudi-xuda hәzrәti-Xan Әhmәd kim,

Sayeyi-sәrvi-әlәm, dövlәtidir mehri-münir.

 

Vә lakin bizә rast gәlmәdiyindәn mәlum olmadı ki, Nabi әfәndi hәlәb şәhәrindәmi vәfat edibdir, yoxsa İstambulda. Vәli çox ehtimal var ki, onun vәfatı İstambulda ittifaq düşübdür. Çünki şairin öz kәlamından görünür ki, ol cәnab ömrünün hәftad sinnindә Hәlәbdәn Ruma әzimәt edib vә Hüzuri-Sultan Әhmәd xanda sahibi-mәnsәb olmuşdur vә dәxi onun İstambuldan Hәlәbә müraciәt etmәyi haqqında divanında bir işarә yoxdur. Şairin bu qoca sinnindә vә ixtiyar halında talibi-izzü cah olması bәzi әhli-qәrәz vә kәcnәzәrlәrin lisani-etirazını diraz edib, onu müttәhim qılmışlar. Necә ki, bu babda şair özü deyibdir:

 

Hәqqin olub dәrindә nәsimi-inayәti,

Gülşәnsәrayi-Rumә düşürdükdә qismәti.

Yәni olub diyari-Hәlәbdәn keşidәpa,

Tәhrik edincә Rumә rikabi-әzimәti.

Nagah vәhmü vәsvәsәfәrmayi-kәcnәzәr

Urdu inan әzmimә dәsti-cәsarәti.

Bәsti-müqәddimati-sualә edib şüru,

Zәmm etdi xeyrxahlıq üzәrә sәdaqәti.

Әbvabi-etirazә küşayiş verib tәmam,

Etdi әdlә ilә mökәdi-ibarәti.

Dedi ki, ey fisürdә xirәd, piri-natәvan,

Hәftad sinndә bu sәfәrin nәy ki, hikmәti?

Bu sinnü saldә qәrәzin izzü cah isә,

Yox izzü cahә cismi-nizarın lәyaqәti.

Var isә arizuyi-münasib zәmirdә,

Anın da tazәlikdәdir ayinü şövkәti.

Әsbabi-ehtişamә әgәr var isә hәvәs,

Piranın ana daxi yakışmaz qiyafәti.

Sövdayi-kәsbi-malla mәali isә dilin,

Anın da pirlikdә nәdir qәdrü qiymәti?

Gahi ocaq başında, gәhi baği-zardә

Eylәrkәn әhli-danişü elm ilә söhbәti,

Kәtm etmә, doğru söylә nәdir mәqsәdü murad,

Böylә dәyişmәdәn süfreyi-zövq üzlәti.

Divan büsatı ilә әgәr әsb isә murad,

Bazulәrindә zәbtinә yox istitaәti.

Halın sәnin bu günә ikәn, ey fisürdәhuş,

Bilmәm bu rahә sәn nәdәn etdin әzimәti?

Gördüm mәqalı gәrçi deyil vәchdәn tәhi,

Әmma әsabәt üzrә deyil hiç hәqiqәti.

Dedim әgәrçi cümlәsi vardır bu sözlәrin

Bәn daxi anlamaz deyilәm rәncü rahәti.

Mәchuldur tәbiәt kәc beyninә sәnin,

Tәdbirә qalib olduğu hәqqin iradәti.

Mәlumdur bu hәr kәsә, vazeh tәriqdir,

Likәi nәhüftә var dәxi çox sirrü hikmәti.

Görmәzmisәn bu mәtbәxi-süni-hәkimdә

Cәzb etdiyin keşan-keşan insani qismәti?

Әz cümlә ol sәnin dedigin rahәtü fәrar

Mәtlubi-cismdir, yox anın canә nisbәti.

Asudәlikdә gәrçi könül müstәrih olur,

Hәp hisseyi-bәdәndir anın hәddü qayәti.

Bir istirahәtin ki, ola mәrcәi bәdәn,

Yoxdur o rahәtin dil ilә canә nisbәti.

Sәmü bәsәr vәzifәsin alamaz kәnardә,

İkisi dә qidadә çәkәrlәr zәrurәti.

Sәmin qidasi mәniyi-pakizә nitqdir,

Çeşmin qidasi hüsndür anınla hekayәti.

 

Nabi әfәndinin bu axırkı sözlәrindә çox nazik mәnalar vardır ki, onlara diqqәt yetirmәmәk olmaz. Hәqiqәtdә mәhz istirahәti-bәdәn vә fәraqәti-cism ilә dolanmaq heyvaniyyәtdәn bir az bәridir. Künci-üzlәt vә qәnaәti qәnimәt bilib, beş günlük ömrü xabi-qәflәtdә, yәni ancaq yeyib-içmәkdә keçirmәk, mәhz bir bәdәnә xidmәt edib, onun zәruriyyatını mühәyya etmәyә çalışmaq vә ruhun varlığından bilmәrrә bixәbәr olmaq insanın sırf cәhalәt vә avamlığına dәlalәt elәr. Odur ki, Nabi әfәndi deyir vә hәqiqәtdә çәmәni-mәnaya dürr vә cәvahir saçır:

 

Bir istirahәtin ki, ola mәrcәi bәdәn,

Yoxdur o rahәtin dil ilә canә nisbәti.

 

Sonradan Nabi әfәndi әtfi-kәlam edib, İstambulu vә onun әhlinin kamal vә mәrifәtini vә hüsni-әdalarını tәrif edir:

 

Minayi-çeşmi qәrqeyi-nuri-sürur edәr,

Xubani-şәhryanın o hüsnü lәtafәti.

Hüsni-әda, hüsni-vәfa, hüsni-hәr ümur

Ol şәhri-bibәdәldә bulur hüsni-qayәti.

Ol dilgüşa mәallar, ol xürdә nüktәlәr

Mümkündür bola Әrәbistanda surәti?

Ol canfәza süxәnlәrin, ol şux әdalәrin

Әkamlәr lisanına olsunmu nisbәti?

Olsunmu hiç kәlami-zәrifanәyә bәdәl

Әsbәr şәvi tәala tәnәqşö ibarәti?

"Bәdi", "lәkә" xitablarından gәlirmi heç

Lәfzi--"a canım", "ay әfәndim hәlavәti?

 

Vә bundan sonra şair sәdri-әzәm Mәhәmmәd paşanın vasitәsilә müqәrrәbi-hüzuri-Xan Әhmәd Sultan olmaqından vә sultanın ol şairi-salxürdәyә iltifat vә mәrhәmәt göstәrmәklәrindәn danışıb deyir:

 

Naziklik ilә dәvәt edib pişgahına,

Etdi müqabilindә qüudә işarәti.

Zәrrinsitanә dövlәtilә eylәyib nәzәr,

Nәrgislәr oldu naili-çeşmi-inayәti.

Dәsti-mübarәkilә edib çidә xakdәn,

Etdi sәri-hәqirimә vәzi-әlamәti.

Yәni duayi-cahıma vәqf eylәdim sәni,

Var eylә ta zәmani gәlincә bu xidmәti.

Allaha şükr can bәdәnә etmәdin vida

Göstәrdi hәqq bana bu zaman sәadәti.

Dәrgahi-dövlәtinә olunmazmı ruymal

Ol davәrin ki, sibqәt edә bu kәramәti.

 

Bu şerlәrdәn mәlum olur ki, Nabi әfәndi Xan Әhmәd Sultanın qәsrindә öz kamal vә mәrifәti vә xüsusәn, tәbi-şeriyyәsi ucundan iqamәt edib, vәzifәxarlar cümlәsindәn olubdur.

 

Nabi әfәndi öz hali-hәyatında, yәqin ki, mәriz olduğu әsnada ölümünün yaxınlaşmağını dәrk edib, tarixi-vәfatını yazmışdır. Bu maddeyi-tarix hesabilә onun vәfatı vaqe olubdur hicrәtin 1124-cü ilindә 77 yaşında. Mәzkur tarixi-vәfat bu şerlәrdәn ibarәtdir:

 

Çon ruhe-kәmine-Nabi dәr locceye-nur amәd,

Әz tәngiye-tәn va rәst dәr dare-sorur amәd.

Tarixşenasane-mәnaye-şohudo ğoyub

Qoftәnd: peye-tarix "Nabi behozur amәd". [3]

 

[3] Tərcüməsi:

Nabi, sәnin kiçiçik ruhun nur dәryasına gәldiyindәn

Bәdən darısqallığından nicat tapdı, şadlıq dәryasına gәldi.

 

Gözә görünәn vә görünmәyәn mәnaların tarixşünasları

Dedilәr: tarixin ardınça "Nabi behüzur amәd" (Nabi hüzura gәldi).

 

Yusif Nabi, necә ki, әsәrlәrindәn mәlum olunur, hikmәt vә mәrifәt әhli imiş. Onun da Füzuli Bağdadi kimi asari-hәkimanәlәrindә xeyli dәrin mәnalar, uca fikirlәr, müstәqim vә mәtin rәylәr vardır ki, daimül-övqat zindә vә baqi qalacaqdır. Bundan әlavә mәrhum Nabinin oğlu Әbülxeyr Mәhәmmәd Çәlәbiyә xitabәn yazdığı dәlayili-aqilanә vә nәsayihi-müşfiqanә ki, nәticәsi cümleyi-nasә aiddir, bizim dünyәvi sәadәtimiz, üxrәvi nicatımız vә mәnәvi tәrәqqimiz üçün әn mәqbul vә mötәbәr bir dәsturül-әmәldir. Bu "Xeyriyyә"dә qeyrilәrin dә sәlahı mәnzur olduğunu şair özü açıq deyir:

 

Hәr zaman istәrәm, ey cani-pәdәr,

Ola avizeyi-guşun bu göhәr,

Bunu nazik tutasan canından,

Bir dәm ayırmayasan yanından.

Ta bemәhşәr ola feyzi cari,

Hәm sәnә, hәm ola qeyrә sari.

 

Әlbәttә, Füzuli Bağdadinin әsari-nәfisәlәrindә olan fәsahәt vә bәlağәt, onun әşari-aşiqanәlәrindә hiss olunan lәtafәt vә tәravәt Nabi әfәndinin kәlamlarında müşahidә olunmur vә lakin hikmәt vә fәlsәfә nöqteyi-nәzәrincә Nabinin kәlamlarına diqqәt yetirilsә vә Füzulinin bu qisim asari-qәlәmiyyәlәri ilә tәtbiq olunsa, bәlkә Nabi әfәndinin kәlami-hikmәtamizi ürәfa vә üqәla nәzәrindә Füzulinin kәlamlarından әskik olmaya. Bainhәmә hәr iki şairin özlәrinә mәxsus rütbә vә mәqamları vardır; hәr birisinin şiveyi-lisanları vә tәrzi-kәlamları başqadır; hәr birisinin tәbi-rәvanpәrvәrlәrindә başqa bir yaradıcılıq qüvvәsi mövcuddur; hәr birisinin şer vә kәlamından başqa bir әtir vә rayihә hiss   olunur; hәr birisindә başqa bir zövq vә sәfa vardır ki, onları ancaq әrbabı vә sәrrafı tәşxis vә tәmyiz edә bilәr. Belә ki, bunlardan birisini qeyrisinә tәrcih vermәk müşkül әmrlәrdәn birisidir. Bu isә bizim vәzifәmizdәn bala vә qüdrәtimizdәn xaricdir. Belә pürqiymәt dürrlәr bizim tәnqid tәrәzimizdә çәkilәsi daşlar deyil.

 

Hәrçәnd Yusif Nabinin әsәrlәri dә cümlә mәrifәt әhlinә vә xassә şüәra sinfinә mәlumdur vә lakin onlar Füzulinin tәlifatı kimi camaatımız arasında intişar vә iştihar tapmayıbdır. Zaqafqaziyada ancaq Şәki mahalında, xüsusәn Nuxa şәhәrinin vә Qәbәlә mahalının ürәfa vә zürәfası arasında Nabi әfәndinin hikmәtamiz kәlamları özlәrinә xiridar tapmışlar. Sair oxucularımızı da ol zati-әzizin kәlamları ilә aşina etmәk üçün burada bәzi nümumәlәr göstәrilir. Nabi әfәndi öz "Xeyriyyә"sindә oğlu Mәhәmmәd Çәlәbini sәy vә elmә bu sayaq tәrğib vә tәşviq edib, sәy vә elmin vәsfindә vә cәhlin zәmmindә yazır:

 

Ey nihali-çәmәnarayi-әdәb,

Nurbәxşayi-dilü dideyi-әb,

Sәy qıl elmi-şәrifә şәbü ruz,

Qalma heyvansifәt, ol elmamuz.

Elmә sәy eylәmәmәkdәn hәzәr et,

Elmü sәy ikisi birdir, nәzәr et.

Müddәaya bu süxәn şahiddir,

Elmü sәyin әdәdi vahiddir.

Bulamaz elm bilasәy vücud,

Biri getsә, biri olur nabud,

Sifәti-hәzrәti-Mövladır elm,

Cümlә övsafdәn әladır elm.

Mәtlәbi-elmә çalış ol әlәm,

Fәrzdir dedi rәsuli-әkrәm,

Dәxi әmr eylәdi ol sahibi-elm:

Mәhddәn lәhdә dәk ol talibi-elm.

Elm üçün oldu şәhi-xitteyi-nur,

Rәbb zәdni tәlәbilә mәmur.

Bula gör öylә Mәdinәyә vüsul-- 

Ki, qapusi ola damadi-rәsul.

Elmdir maşteyi-ruyi-vühud,

Elmdir vasiteyi-budü nәbud.

Elmdir maideyi-rәbbani,

Elmdir muhibeyi-yәzdani.

Elmdir rabiteyi-izzü әla,

Elmdir baisi-tәmkinü sәfa.

Elmdir zabiteyi-cahü cәlal,

Elmdir rabiteyi-bәrrü nәval,

Elm bir lücceyi-bisahildir,

Anda alәm keçinәn cahildir.

Cәhlә hәq mövt dedi, elmә hәyat,

Olma hәmhali-güruhi-әmvat.

Olma mәhrumi-hәyati-әbәdi,

Elmlә fәrq edә gör nikü bәdi.

Elmin әnvai ilә ol hali,

Bәlkә lazım gәlә istemali.

Bilmәk, әlbәttә, deyilmi әhsәn,

Sorsalar bәn anı bilmәm demәdәn.

Hәzrәtin nasә budur tәlqini:

"Utlubul-elmi vәlo bis-Sini".

Etmә ar, öyrәn oxu әhlindәn,

Hәr şeyin elmi gözәl cәhlindәn.

Cühәla alimә nisbәt xәrdir,

Bәlkә xәrdәn dә belә әbtәrdir.

Qandadır bixәbәrü qanda xәbir.

Mütәsavi deyil әmiyyü bәsir.

Nә qәdәr bulsa da izzәt, şövkәt,

Cah ilә cahilә gәlmәz rifәt.

Cәhldir maideyi-şәrmü xiclәt,

Cәhldir muresi-zillü nikbәt.

Cәhldir adәmә zindani-bәla,--  

Ki, düşәnlәr görәmәz ruyi-rәha.

Cәhldir mәhz әdәm, elm vücud,

Heç bәrabәrmi olur bud, nәbud?

Şәrәfi-elmә nәhayәt yoxdur,

Sifәti-bariyә qayәt yoxdur.

 

Şәrәfi-hüsni-xülq babında vә sözün mәqamü әndazәsi xüsusunda:

 

Ey sәramәd göhәri-bәhri-hәyat,

Nüsxeyi-müntәxәbi-hüsni-sifat,

Mәskәnәt xislәtin eylә әdad,

Ol mülayimdilu dәrvişnihad!

Ol qәnitәbü tәvazöpişә,

Sal gülüstani-fәlahә rişә.

Sana helmü әdәbü hüsni-süluk

Edәr әhrari zәruri mәmluk.

Hüsni-әxlaq deyil әrzani,

Çini-әbru girehi-pişani.

Xәndәruluq әsәri-rәhmәtdir,

Turşuluq sәbәbi-nifrәtdir.

Xuyi-bәd, adәti-bәd, mәşrәbi-bәd,

Edәr әrbabını mәrdudi-әbәd.

Qürrә olmaq sifәti-şeytandır,

Randeyi-bargәhi-rәhmandır.

Sәndә zahir olıcaq kibrü qürur

Qism edәr zöhrini allahi-qәyur.

Tutalım çәrxә irişmiş cahın,

Yenә әdna qulusan allahın.

Nә qәdәr cahın olursa ali,

Damәnin busәdәn olsun xali.

Sana lazım yerә yüzün sürtmәk,

Qula düşmәz әl-ayaq öpdürmәk.

Әnbiya mәslәkini eylә qәbul,

Oldu mәmur müdaraya rәsul.

Bimüdara olamazsan rahәt,

Fәxri-alәm dedi rәsi-hikmәt.

Kәşfi-raz eylәmә biganәlәrә,

Vermә yol mәclisә divanәlәrә.

Hәr kәsi mәhrәmi-әsrar etmә,

Sirrini zivәri-bazar etmә.

Hәr kәsin qövlünü sadiq sanma.

Cümlәyi leyk münafiq sanma.

Olma mәclisdә nә bir gunә xәmuş,

Vәqtlә gah zәban ol, gәh guş.

Süxәni ibrәti-dürrü göhәr et.

Mümkün olduğu qәdәr müxtәsәr et.

Sözdә olsun sәnә dәsturi-әmәl

Mәniyi-nükteyi-ma qәllә vә dәl

Olur insanda zәban bir, iki guş,

Sәn dәxi söylә bir, ol iki xәmuş.

Et kәlamın nә qәsirü nә tәvil,

Gözlә vәqtin, nә xәfif ol, nә sәqil.

 

Hüsni-kәlami-mövzun babında vә şüәrayi-islamın mәdhindә vә filcümlә, әsl şairin vәzifә vә tәklifi xüsusunda deyibdir:

 

Ey sәfayabi-kәlami-mövzun,

Aşinayi-süxәni-gunagun,

Tәbin eylәrsә әgәr şerә hәvәs,

Sәnә mәnasını fәhm etmәk bәs.

Söxәnani-şüәrayi-әslaf

Qәlbi ayinәviş eylәr sәfaf.

 

 

TÜRK ŞÜӘRASI

 

Türkidә Nәfi ilә Baqiyә bax,

Qeyr divanları da qıl mülhәq,

Anların şeri mәtindir, amma

Qeyrisindә dәxi var çox mәna.

 

 

ӘCӘM ŞÜӘRASI

 

Şüәrayi-әcәmin divani

Hüsni-mәniyyü mәarif kani.

Talibü Saibü Ürfiyyü Sәlim,

Feyziyü hind Nәziriyü Kәlim,

Tәzә guyan zamanda Şövkәt

Mәniyi-tazәyә verdi surәt.

Camiyü Әnvәriyü Xaqani

Hәr biri mülki-süxәn sultani.

Bülbüli-şaxi-tәrazi-Şiraz,

Sәdiyü Hafizi-mәnipәrdaz,

Süxәnani-qüdәmayi-şüәra,

Hәq budur: biri-birindәn әla.

Yox nәhayәt şüәrayi-әcәmә,

Hәm әsamilәri sığmaz qәlәmә.

 

 

ӘRӘB ŞÜӘRASI

 

Şeri çoxdur şüәrayi-әrәbin--  

Ki, o da mayәsi Şamü Hәlәbin.

Demә әbyatına namövzundur,

Anın ozanları digәrgundur.

Neçә mәnaları var rәqsavәr,

Mәşәlasa tökәr әsmaә şәrәr.

Var içindә neçә әşari-kübar,

Qoyamaz ayineyi-dildә qübar.

Neçә bin nәti-şәrifi-nәbәvi,

Midhәti-möcizeyi-Müstәfәvi,

Hәr biri qiteyi-әlmasi-sәmin,

Hәr biri dürri-girәnqәdri-mәtin.

 

 

ŞERİN HAQQINDA

 

Hikmәtamiz gәrәkdir әşar--  

Ki, mәali ola irşadә mәdar.

Abi-hikmәtlә bulur nәvşü nüma

Gülşәni-şerü riyazi-inşa.

Olmasa şer mәcazi-mütlәq,

Versә mәnayә hәqiqәt rövnәq,

Yoxsa hәr nәzmi-tәhiyyü sadә

Ola mәnadәn o da azadә.

Baxüsus olmaya tәşbihi-tamam

İstiaratü cinasü ibham.

Demәdәn şeri sükut övladır,

Şerdәn mәqsәd olan mәnadır.

Baxsan әksәr süxәni-şairi-xam

Zülfü sünbül, gülü bülbül, meyü cam.

Çıxamaz daireyi-dilbәrdәn,

Qәddü xәddü lәbü çeşmi-tәrdәn.

Gәh baharә dolaşur, gәh çәmәnә,

İlişür sәrvü gülü yasәmәnә.

Rәhi-narәftәdә cövlan edәmәz,

Sapa vadilәri seyran edәmәz.

Edәmәz seydi-mәaniyyi-bülәnd,

Atamaz qeyr şikarına kәmәnd.

Keçinür mәniyi-xabidә ilә,

Lәfzi-mәşhuru cәhandidә ilә.

Qoxusuz lalәyә bәnzәr o süxәn--  

Ki, ola lәfzi tәhi mәnadәn.

Hәcvdәn әlhәzәr, ey cani-pәdәr--  

Ki, verәr mәşribi-ürfanә kәdәr.

Hәcvdәn әlhәzәr, ey cani-pәdәr--  

Aqil etmәz anı, eylәr әhmәq.

 

Nabi әfәndinin "Xeyriyyә"sindә o qәdәr hikmәtli sözlәr, gözәl nәsihәtlәr vә xoş mәnalı şerlәr var ki, cümlәsini başdan ayağa kimi yazsaq, nәf vә faydadan xali olmaz, amma mәcmuәmizdә yer olmadığına görә, ancaq bu qәdәr yazılana kifayәt etdik.

 

İndi ol möhtәrәm vücudun başqa qisim әsәrlәrindәn dәxi bir neçә nümunәlәr gәtirmәklә әziz oxucularımızı daha da artıcıq onunla aşina edәk.

 

Qәzәli-Nabi:

 

Xәtt girdi-arizindә ki, gahi әyan olur,

Dillәr qübari-heyrәtlә rikdan olur.

 

Sorduqca çeşmi hali-әsiran qәmzәsin,

Bimü ümmid arayә girәr tәrcüman olur.

 

Mövzunqәdanü simtәnanü şәkkәrlәban

Pirә әsa, fәqirә qina, cismә can olur.

 

Lazım deyil kitabi-"Gülüstan" o afәtә,

Nә nüsxә qursa sinәsinә gülsitan olur.

 

Şәhri-Sitambulun nә gözәl mәrdümanı var,

Әn sadәlövhü nazik olur, nüktәdan olur.

 

Bahәrfi-tәlx kim var isә xaki-şәhrdir,

Әbnayi-şәhәr cümlәsi şirinzәban olur.

 

Hüsni-nәmәkbәduş bulunmaz kәnardә,

İstambul içrә, Nabi, o da rayigan olur.

 

       *       *       *       *       *

 

Adәm әsiri-dәsti-mәşiyyәt deyilmidir?

Alәm zәbuni-pәnceyi-qüdrәt deyilmidir?

 

Bu pәrdәnin dәruninә bax, iztirabı qoy,

Hәr möhnәtin vәrası mәsәrrәt deyilmidir?

 

Bәzli-hәyat rahi-mәhәbbәtdә aşiqә

Tәklif olunca canına minnәt deyilmidir?

 

Yox gәrçi sәdmeyi-sitәmindәn gürizimiz,

Әmma ki, dәsti-nazikә zәhmәt deyilmidir?

 

Hәp sәnmi kamyab olacaqsan zәmanәdәn,

Ey tәngçeşm, kar benovbәt deyilmidir?

 

Möhtaci-rizai-xaliq ikәn sәrbәsәr cәhan,

Mәhluqdәn niyaz mәzәllәt deyilmidir?

 

Nabi, zәbani-nitqim edәn xameyi-mәcaz

Mәşşateyi-әrusi-hәqiqәt deyilmidir?

 

       *       *       *       *       *

 

Bәn ol xakәm ki, xurşidi-cahanara cәlisimdir,

Tәnim süfladır, әmma mәniyi-ülvi әnisimdir.

 

Bu tufanzari-hәstidә bәn ol kәştiyyi-Nuhәm kim,

Nәfәs balayi-sәrdә badban, ruhim rәisimdir.

 

Gülüstani-cahan lәbtәşneyi-tәşrifi-insandır,

Olan rәhzәn bәnә birahiyi-nәfsi-xәbisimdir.

 

Edәr girdi-sәri-insanә gәrdiş kaseyi-gәrdun,

Nәvali-afәrinişdә mәlaik kasәlisimdir.

 

Xiyal pirәhәn etdikcә qәddi-şuxi-mәnayә,

Fәlәkdә çәrxeyi-mahi-şәbara pәnbәrisimdir.

 

Bәyazә xamayi-zәrlә dәbiri-sübh amadә,

Ütarid mәclisi-mәnadә müsәvvәdәnәvisimdir.

 

Xüruşi-çar cuyi-tәbimin asari, ey Nabi,

Sәfayi-çar mövci bәhri-asari-sәlisimdir.

 

Bu qәzәldә Nabi әfәndi insanın vücudu iki hissәdәn--ruhi-lәtif ilә cismi-kәsifdәn әmәlә gәlmәsini xeyli zәrifanә vә şairanә bәyan edib, xurşidi-cahanara ilә hәmcәlis olmağını iddia elәyir vә kamali-iftixar ilә sәrkeşlik edib deyir ki, özüm torpaqdan xәlq olunmuşamsa da vә tәnim süfla isә dә, amma ruh, ağıl vә fәhm sayәsindә hәr bir mәxluqdan әşrәf vә әzәmәm, mәniyi-ülvi mәnim әnisimdir.

 

Bu tufanzari-hәstidә, yәni bu alәmi-imkanda vә varlıq dünyasında mәn Nuhun ol nicatverici gәmisiyәm ki, balayi-sәrdә әql vә idrakım ol kәştinin badbanı vә ruhum onun rәisidir. Axırkı beytlәrdә dәxi şair özünün sair mәxluqatdan әlәm vә әfzәl olmağını, yәni kaseyi-gördun onun başına dolanmağını vә fövci-mәlayik nәvali-afәrinişdә onun kasayalayanı olmağını vә göy üzündә mahi-şәbaranın çәrxәsi onun pambıqәyirәni olmağını vә mәclisi-mәnada Ütarid ulduzu onun müsәvvәdәnәvisi olmağını şairanә nәzmә çәkir. Nabi әfәndinin bu әfkari-aliyәsi Avropa hükәmaları vә Mәşriqzәmin şüәrası әsәrlәrindә dәxi tәzkar olunmuşdur. Amma Nabi әfәndi әrusi-mәnanı qәribә bir libasa vә әcibә bir dona geyindirib izah etmişdir. Özgә bir qәzәlindә Nabi әfәndi bu mәnanı daha da açıq ifadә etmәk üçün insanı pәru balsız bir quşa tәşbih etmişdir ki, aşiyani-alәmә iktisabi-qüvvәti-pәrvaz üçün düşmüşdür. Biçarә quşun meyl vә hәvәsi havaya qalxmaqdır vә uca mәqamlarda seyr etmәkdir. Amma iqtizayi-tәbiәti olan bu arzunu icra etmәyә qanad vә quyruğu yoxdur. Zәlil vә müztәrr xak üzrә taqәtsiz düşüb, әsiri-havayi-nәfs olmuşdur:

 

Mürqi-qәdsiz iktisabi-qüvvәti-pәrvaz üçün

Aşiyani-alәmә bibalü bipәr gәlmişiz.

Cәhldәn üftadәyiz xudrәyliq vadisinә,

Yoxsa nәqşiz, mәniyi-nәqqaşә mәzhәr gәlmişiz.

 

Atidә zikr olunan qәzәl dәxi Nabinin pürmәzmun әsәrlәrindәn birisi hesab olunur:

 

Qәlәmmisal әmin ol, qәlәmtәraş olma,

Vәrәqnigar kamal ol, vәrәqtәraş olma!

Sepervәş eylә tәhәmmül, zәrrәvәş ol qәmxar,

Tәsәllüt eylәmә xәlq üzrә durbaş olma!

Kәmanmisal gәc ol, tәk atılma yabanә,

Xәdәngi-rastrovü vaditәlaş olma!

Sәrindә nәşeyi-sәhba әtasidir xakın,

Tәәddüb eylә, rüxi-xakә cürәpaş olma!

Hәrәmzadeyi-möhnәt tәvәllüd eylәmәsin,

Zәnan fikr mәhal eylә, hәmfәraş olma!

Qonarsa cuşi-xәridardәn dәrunә qubar,

Bu günә, ey gül, ümidi-xoşqumaş olma!

Dü gündә qәrәz asayiş isә, ey dil,

Bәdazmavü bәdamuzü bәdmәaş olma!

 

Bu qәzәldә zikr olunan bәzi gözәl fikirlәri vә müşfiqanә nәsihәtlәri avizeyi-guş edib, әlbәttә, unutmamalıdır. Necә ki, deyibdir:

 

Sәrindә nәşeyi-sәhba әtasidir xakın,

Tәәddüb eylә rüxi-xakә cürәpaş olma!

 

Yәni torpağın qәdrini bil, onun üzәrinә cürәpaş olma, sәnin mayeyi-hәyatın, eyş-işrәtin vә zövq-lәzzәtin torpaq hasilә gәtirdiyi nemәtlәrdәn әmәlә gәlmişdir: başındakı nәşeyi-mey xakın әtasıdır vә habelә vәliniәmin qәdrini bilib, әmәyini zay etmә, qәdrşünas ol, şükri-nemәt eylә, ta ki, haqq-taalanın nәzәri-mәrhәmәti hәmişә üstündә olsun, fәzl vә nemәt qapısı üzәrinә açıq olsun.

 

Ancaq Nabi әfәndinin bu qәzәldә bir nәsihәtini qәbul edә bilmәdik ki, o da şәxsin mәhz bir salamatlığını vә xәtadan eymәn olmağını icab edirsә dә, onu tәriqi-istiqamәtdәn vә rastrәvişlikdәn bir növ әyriliyә vә nәfspәrәstliyә sövq edir. Nabi әfәndi hifzi-can vә asudeyi-tәn üçün tövsiyyә edir ki, "kaman misal gәc ol!", yәni kaman kimi bükülüb vә qatlanıb küncifәraqәtdә salamat otur, hәqir vә üftadә ol, gәrdәnkeşlik vә sәrfәrazılıq etmә, tәk vә tәnha özünü meydani-müharibәyә atma, sәni tapdalayıb әzәrlәr, başına bәlalar gәlәr; әgәr sәn dә düz vә rast gedәn ox kimi vadiyi-tәlaşda sәy etsәn, onda yәqin ki, daşa vә qayaya toxunub, murada vasil olmamış sınacaqsan.

 

Әlbәttә, tәk öz nәfsinin salamatlığını mәnzurda tutmayıb, ümumnasın xeyir vә salahı yolunda sәy vә tәlaş edәn şәxsin başında bәlalar çoxdur, nәinki ol adamın ki, cümlә mәxluq ilә müdara edib, hәr işdә vahid öz mәnfәәti-şәxsiyyәtini gözlәyә. Әlbәttә, rastrovluqda, dürüstkirdarlıqda vә hәqpәrәstlikdә xәta vә xәtәr çoxdur, nәinki haqq söylәmәkdәn çәkinib, mәhz öz sәlahı üçün künci-fәraqәtdә sükunәt ixtiyar etmәkdә. Amma bununla belә, bizim ixtiyarımız yoxdur ki, xalqı haqq söylәmәkdәn, dürüstkirdar olmaqdan vә haqq yolunda fәdakarlıqdan daşındıraq. Bilәks, hәr bir sahibi-vicdanın vә әhli-daniş vә mәrifәtin әvvәlinci vәzifәsi әbnayi-millәti düzlüyә vә doğruluğa dәvәt etmәkdir. Vәtәn uğrunda vә millәtin tәrәqqisi vә tәalisi yolunda onları candan vә başdan keçmәyә, cürәtli, şәci vә müstәqim olmağa tәrğib vә tәşviq etmәkdir. Vә illa adam bir öz başını vә nәfsini qorumaqla, öz mәnfәәti-şәxsiyyәtini güdmәklә, hәr qisim cövr vә sitәmә tab gәtirib, hәr bir bari-töhmәt vә mәzәmmәtә mütәhәmmil olmaqla vә bu qәdәr xar vә zәlil olub, qeyrilәrin tәhti-hökumәtindә әsirvar güzәran edib, bu günә dolanmağın adını "müdara" qoymaqla hәqiqi sәadәtә vә hәqiqi nicata vasil olmaz. Belә dolanmağın nәticәsi qorxaqlıq, kәmcürәtlik vә yasarlıqdan başqa, zillәt vә mәşәqqәtdәn sәva bir şey olmaz. Öz rәy vә fikrimizi açıq demәkdәn çәkinib әyri ilә doğruya fәrq qoymayıb haqqa vә nahaqqa "bәli,bәli" demәklә belә fәna hala düşmüşük. Bizim әqidәmizә görә, tәrәqqi vә sәadәtimizә lazım olan әsbablardan birisi dә cürәtli, fәdakar vә dürüstkirdar olmaqdır. Buna binaәn Nabi әfәndinin mәzkur fәrdini bu ibarә ilә dәyişib yazsaq, daha gözәl vә mәqbul olar:

 

Kәmanmisal kәc olma, hәrasi-can etmә,

Xәdәngi-rastrovü vadiyi-tәlaş olgil!

 

Aşağıda yazılan qәzәl dәxi Nabinin hikmәtamiz kәlamlarından birisidir. Bu qәzәldә şair insanın hәr fel vә әmәlindә bir qәrәz vә bir mәnzur olduğunu bildirir:

 

Vermәzdi kimsә kimsәyә nan, minnәt olmasa,

Bir mәslәhәt görülmәz idi rüşvәt olmasa.

 

Xәlqin miyanәsindә bulunmazdı ittihad,

Mәşriblәrindә vasiteyi-xissәt olmasa.

 

Kәndi vücuduna böylә qılmazdı mәali xәlq,

Qәsdi-nümayişi-şәrәfü şövkәt olmasa.

 

Yox biqәrәz müamilә әhli-zәmanәdә,

Kimsә ibadәt etmәz idi cәnnәt olmasa.

 

Tәhsili-elmin üstünә tәrcih edәrmi nas,

Tәhsili-mәal vasiteyi-rifәt olmasa.

 

Kәmyab idi miyani-lәimandan imtizac,

Mabeynindә әlaqeyi-cinsiyyәt olmasa.

 

Etmәz zühur әrsәdә bir kimsәdәn kәrәm,

Ziminindә qәsdi-daiyeyi-şöhrәt olmasa.

 

Baxmazdı kimsә ayineyi-safә, Nabiya,

Xudbinlik әlaqәsinә alәt olmasa.

 

 

MÜQӘTTӘATINDAN NUMUNӘLӘR

 

Tәsirin anınla canibi-ülvidәn olduğun

Seyr et cәmaәtin hәrәkatın әzan ilәn.

 

İnsan odur ki, bir söz ilә bәndi-pa ola,

Heyvan odur ki, bağlayarlar risman olәn.

 

Nöqsanı başqasilә olur, Nabiya, tamam,

Hәr kimsә kim, tәkәllüm edәr tәrcüman ilәn.

 

       *       *       *       *       *

 

Dil әrşi-ilahidir, anı eylәmә tәxrib,

Dәsti-bәşәr ol xanәyi tәrmim edә bilmәz.

 

       *       *       *       *       *

 

Bihicr zövqi-vәsl nә mәlum, Nabiya,

Azadәlik sәfası giriftarlıqdadır.

 

       *       *       *       *       *

 

Bir zәrrә yox bu kargәhi-sündә әbәs,

Vasitәdir biri-birinә çәrxi saәtin.

 

       *       *       *       *       *

 

Hәqiqi sanma hәr bir gördüyün pәrhizkarını,

Fәsadә dәrdmәndin neylәsin, dәstindә alәt yox.

 

Yapılmış, hazır olmuş sәndәn ol cümlәnin kari,

Sәnin tәdbirinә, ey çәrx, zәhmәt çәkmә, hacәt yox.

 

Cahanın zirü balasın tәfәhhüs eylәdim, Nabi,

Tәvәkkül kişvәrindәn qeyri yerdә istirahәt yox.

 

       *       *       *       *       *

 

Allah isә vәzindә әgәr niyyәti-vaiz,

Kürsiyyi-sәmavatә çıxar şöhrәti-vaiz.

 

Әshabi-fәzilәt ana möhtac diyildir,

Cahillәrә, nadanlaradır xidmәti-vaiz.

 

Satmazsa әgәr xәlqә vәzifә ilә pәndi,

Nabi, o zamanlar bilinir qiymәti-vaiz.

 

Söz yoxdur әgәr dәstinә mәhşәrdә girirsә,

Balayi-mәclisdә olan rifәti-vaiz.

  

       *       *       *       *       *

 

Taki-hәqirdә bulunan miyveyi-lәziz

Ol qamәti-bülәndә bәdәldir çinardә.

 

       *       *       *       *       *

 

Bәdtәr deyilmi çәğçәğeyi-asiyabdәn,

Nabi, o bәzm kolmaya növbәtlә göftgu.

 

Bu müxtәsәr nümunәlәrdәn әlavә, Nabinin müqәttәat babında nazik işarәlәri vә hikmәtli sözlәri çox çoxdur, amma cümlәsinin buraya küncayişi yoxdur.