AXUND MOLLA
HÜSEYN MARAĞALI "DӘXİL"
Dilsuzun hәmmәslәk vә hәmәsrlәri olan Azәrbaycan şairlәrindәn mәşhurudur ki, "Dәxil" tәxәllüsü ilә iştihar tapıbdır. Dәxilin yazdığı
asarın cümlәsi cәnab
İmam Hüseynin müsibәtinә mәxsus, Kәrbәla faciәsinә dair әhvalatdır. Dәxilin kitabı mәrsiyәxanların әlindә әn
mötәbәr kitabdır vә bu kitabda Kәrbәla әhvalatı bәzi yerdә nәsr ilә vә әksәrәn nәzm ilә tәhrir vә tәnzim olunubdur. Dәxilin
Füzuli kimi nәsr ilә yazmaqda dәxi ziyadә
qabiliyyәti vә mәharәti kәlamından
mәlum olunur. Necә ki, zeyldә yazılan
sәtirlәr ona şәhadәt edir.
Vәqta ki,
şahi-Kәrbәla-seyyidüş-şühәda,
yәni mәzlumlar ağası İmam Hüseyn
Kәrbәlada yekkәvü tәnha qalıb
özünә kömәk çağırırdı, ol
cәnabın ahü nalәsi göylәrә vә
yerlәrә böyük çaxnaş vә
zәlzәlә saldı vә
pәrvәrdigari-cәlilin tәsbihü tәhlilinә
mәşğul olan görübәn müqәrribin
vә mәlaikeyi-sәmavatü әrzin Kәrbәla sәmtinә
mültәfit olub gördülәr bir gülzardır ki,
xiyabanın güllәri sineyi-әhli-matәm tәk
çak-çak, çeşmә kәnarının
sәbzәlәri çeşmi-hәsrәt kimi nәmnak
vә sahәti-zәmini [misli]-damәni-gülçin
sәrasәr laleyi-xun[in] vә nәsimi-hәvası
manәndi-ahi-dilnişin vә reyhanları yetim zülfü
kimi qubaralud vә sәrvlәri әsirlәr ahı
tәk siyahәndud vә qönçәlәri
aşiqi-mәhzun tәk xunbar vә sünbüllәri
zülfi-әrusani-matәmdidәmisal tarumar vә
rayiheyi-nәsimi әşki-әsiran ilә hәmabü
hәva vә hәzarәlәri
әtfali-qәriblәrә hәmnәva vә
cuybarı mәcrayi-әşki-lalәgun vә
çeşmәsarı beeynih dideyi-pürxun,
bülbüllәri xamuş vә bağbanı
mәdhuş:
NӘZM
Vәh nә gülşәn,
çeşmәsarı cuyi-xun,
Novcavanlar nәşi sәrvi-vajәgun.
Qanә batmış türrәlәrdir
sünbülü,
Pәnbeyi-daği-cәrahәtdir
gülü.
Bir tәrәf güllәr tamam olmuş
xәzan,
Bir tәrәf mәbhut durmuş bağban.
Bir tәrәf bihәm әsәr
badi-sәmum,
Bir tәrәf zağü zәğәn
eylәr hücum.
Qüdsiyan ol gülşәnә heyran
hәmә,
Vadiyi-heyrәtdә sәrgәrdan
hәmә.
Bir belә gülşәndә ağlar
bülbülü,
Qan içindә tәrbiyәt
tapmış gülü.
Etdilәr diqqәtlә çün hәr
yan nәzәr,
Gördülәr açmış zәban
susәn deyәr:
Bu çәmәndir bustani-Kәrbәla,
Mәqtәli-pirü cәvani-Kәrbәla.
Bu hәngamәdә mәlaikәlәr
cәmiyyәn bina qoydular tәfәrrüc ilәn
Kәrbәlanın gülşәninә baxmağa.
Mütәvәcceh olub, tainki gördülәr:
Bir tәrәf qan içrә yatmış
bir cavan,
Hülqi-pakından olur al qan rәvan.
Aşiyani-mürği-peykan peykәri,
Pay ta sәr zәxm cismi-әnvәri.
Bәs ki, dәymiş tirü xәncәr
abdar,
Hәr sәri-muyi olub bir
çeşmәsar.
Yusifi-Misri kimi gülgun qәba.
Seyd tәk xәncәri-gürgani-cәfa.
Kimdi, ya rәb, ol cәvani-mahru?
Kimdi, yaran, ol ğәzali-mişkbu?
Ümmi-Leylanın Әliyyi-Әkbәri,
Kәrbәla sәrdarının
gülpeykәri.
Gördülәr bir yanda
düşmüş xarüzar,
Bir uca qamәtli qolsuz şәhriyar.
Bәs ki, cismindәn olub al qan rәvan.
Kuhü sәhranı edib dәryayi-qan.
Kimdi, yaran, ol qәribi-naümid,
Tәşnәlәr sәqqası
Abbasi-şәhid.
Naz ilәn xab eylәyib bir sәrvinaz,
Türrәsi eylәr sәbadәn ehtiraz.
Cismi-pakı sәrbәsәr
zәxmi-sinan,
Kakilindәn telbәtel qanı rәvan.
Olmamış bir lәmhә
hәmağuşi-yar,
Buyi-vәsl ilәn olub bihuşi-yar.
Gül kimi cismindә qanlı pirәhәn,
Parә-parә nәşinә olmuş
kәfәn.
Peykәrindә zәxmi-pürxuni-sinan,
Şәrhi-dәrdi-hicr üçün
açmış zәban.
Bәs ki, qan cari olub hәr dağdәn,
Laleyi-hәsrәt bitib toprağdәn.
Mәn nә hacәt kim, edim adın
bәyan,
Qan hәnası eylәr әhvalın
әyan--
Kim, odur damadi-şahi-Kәrbәla.
Tәşnәlәb qurban olan kuyi-vәfa.
Cәnab Әli Әkbәrin
şәnindә yazdığı qәsidәnin
başında bәladan bәhs edib belә buyurur:
Hәdisdir ki, vәla әhlinә bәla
gәtirir,
Bәla nә qәdr gәlә
qәlbә incila gәtirir.
Tilayi-qәlb әgәr qәlp ola
şәrari-bәla,
Nә qәdәr artıq ola, artıcıq
bәla gәtirir.
Mәrizsәn, mәrәzindәn
mәrәz edib qafil,
Sәnә hәmişә tәbibi-xuda
dәva gәtirir.
Bәla dәvadır, әgәrçi
gәlir tәbiәtә tәlx,
Vәli mәzacına şirinliyi riza
gәtirir.
Әgәr bәlanı qәbul
eylәsәn riza ilә,
Olara ruzi-cәza әhsәnül-cәza gәtirir.
Mәriz hali-dil ilә dәvayә talib
olur,
Әgәrçi qal-qiyli hәrfi-narәva
gәtirir.
Deyil tәbib, ilahi, mәrizdәn qafil,
Odur ğәza gәtirәn, sәn
demә qәza gәtirir.
Hәmişә hikmәt ilә hökm
edәr tәbibi-hәkim,
Qәbul et sәnә hәr nә
dәva ğәza gәtirir.
Pәriyü cinnü bәşәr
aqibәt bәlayә düşәr,
Bu hökmü xәlqә
Süleymani-Kәrbәla gәtirir.
Fәna yelinә büsatın verib bilib ki,
fәna
Hәmin büsat dәva ilә çün
liqa gәtirir.
Düşüb bәlayә ki,
naәhli-hәqq ola agah--
Ki, xәlqi daireyi-hәqqә ibtila
gәtirir.
Әliyyi-Әkbәri kuyi-bәlayә oldu
dәlil,
Salıb dalınca onu xәlqә
rәhnüma gәtirir.
Ki, ümmәti edә
әsrari-şәrdәn agah,
Dübarә ümmәtә
peyğәmbәri-xuda gәtirir i.a....
İmam Hüseyn bacısı
müxәddәreyi-ülya cәnab Zeynәb xatuna
buyurduğu bәzi xitabatü fәrmayişatdan bir
neçә әbyat:
Xoş ol zaman ki, çıxam bu
hicabi-kәsrәtdәn,
Tapam bu kәsrәt ara bir nişanә
vәhdәtdәn.
Mәhaldır ola
tәrki-әlayiqi-mәxluq,
Könül gәr olmaya agah
sirri-xilqәtdәn.
Neçün mәhәbbәt ilә
mәrifәt olur zahir--
Ki, xәlq zahir olub mәbdeyi-mәşiyyәtdәn.
Gәrәk hәmişә ola xaliqә
tәvәccöhi-xәlq,
Ğәzayi-ruh alalar
vәhcәti-vәcahәtdәn.
O vaxtı әks salır
surәti-cәmali-ilah--
Ki, qәlb ayinәsi pak ola
küdurәtdәn.
Könül hәrimi-ilahidi qeyrә yol
vermә,
Hәramdır hәrәmi-hәqqi, salma
hörmәtdәn.
Rәva deyil ola bir yerdә yar ilә
әğyar,
Әgәr kişi olasan, çox uzaqdı
qeyrәtdәn.
Әgәr xülusilә lillah ola
әmәl fillah,
Nә bak salik üçün
tәnәvü şәmatәtdәn.
Özünә xaliqi-mәbudi etgilәn
mәhbub,
Әgәr varındı şikayәt
әzabi-firqәtdәn.
Olanda vәslinә talib yanında
hazırdır,
Hüzuri-talibi eylә xilas
vәhşәtdәn.
Hicabsәn özünә sәn
özün özündәn çox,
Cәmali-yarı çıxar ta
niqabi-qeybәtdәn.
Mәcaz mәnzәrәsindәn nә
qәdәr keçmәmisәn,
Hәmişә varsan uzaq
mәnzili-hәqiqәtdәn.
Cәmali-şahid o vaxtı olur sәnә
mәşhud--
Ki, kamyab olasan
şahidi-şәhadәtdәn.
Özün şәhidü özün
şahidü özün mәşhud
Olursan, olsan әgәr pak
lövsi-kәsrәtdәn.
Sәni bu can elәyib әcnәbi,
mәnim canım,
Bu canı qan ilә yu, ta çıxa
cinayәtdәn.
Bu surәti sәnә surәtdә
göstәriblәr olar--
Ki, tәrki-surәt edib çıxmayıbla
surәtdәn.
Hüseyn tahir idi,
әthәri-mütәhhәr idi,
Yenә yuyub üzünü qan ilә
tәharәtdәn.
Yuyubdu zahiri batin kimi әlayiqdәn,
Çәkibdi ali-hәrәm
hicleyi-xidarәtdәn.
Qılıbdı qәlbini fariq
şüuni-dünyadә
Әyalü malü mәnalü
cәlalü şövkәtdәn.
Edibdi izzәtini tәrk "ya әziz"
deyib,
Tәvәhhüm eylәmәyib
inkisarü zillәtdәn.
Cәnab Leylanın oğlu Әli
Әkbәrә olduğu mәhәbbәti izhar edib,
bilümum mәhәbbәtdәn söylәyir:
Mәhәbbәt әhlinin әhvalı
bәrqәrar olmaz,
Mәhәbbәt olduğu yerdә
hәyavü ar olmaz.
Mәhәbbәt әhli hәras
eylәmәz mәlamәtdәn--
Ki, hәr nә fikrinә gәlsә,
çıxar mәhәbbәtdәn.
Sәriri-mәsnәdә
әylәşdi eşq sultanı,
Şikari-hökm ilә eylәr qulam
mövlanı.
Mәhәbbәt aşiqә
mәşuqi çün әziz eylәr,
Ananı oğluna bir kәmtәrin kәniz
eylәr.
Çün ixtiyar ilә olmaz
mәhәbbәtin sәbәbi,
Hәmişә aşiqә lazımdı
sәdmeyi-qәlbi.
Mәhәbbәt olsa edәr tazә
qaidә tәsis,
Mәhәbbәt ilә yetәr
abruyә miqnatis.
Olur mәhәbbәt mәhbub ilә
müqabil ola,
Xüsus o vaxta ki, mәhbub әsli-qabil ola.
Gәrәkdir alәmә mәhbub ola
Әli Әkbәr,
Bu qabiliyyәtә şahiddi cәddi
peyğәmbәr.
Tutub hәbibi-xudayә şәbahәtni
güvah--
Ki, ol cәvanә deyilsin gәrәk
hәbibüllah.
Hәzrәt Abbasın atı Üqabın
tәrifindә yazıbdır:
Minәndә sabitü möhkәm
bәsani-kuhi-әzim,
Havalanandan uçardı havada çün
tәyyar.
Rәuf sahibinә çün
mәrakibi-cәnnәt,
Şәdid düşmәnә
hәmçün cәhәnnәmi-qәhhar.
Gәzәndә yerdә mәlәk
tәk әlü әyağına
Nisar üçün tökülürdü
sәvabitü sәyyar.
Urardı damәni manәndi-taziyaneyi-sim
Çәkәndә şeyhә
çәkәrdi fәnayi-düşmәnә xar.
Üqab üstә çü şәhbaz
nizәsi çәngal,
Xәdәngi-şәhpәri-minqarı
xәncәri-xunxar.
Çәkib Üqab çü mәhmiz
döndü bir dalıya,
Dedi Hüseynә: xudahafiz, ey
şәhi-biyar,
Hәlal eylә, gedirәm, yalqızam, dua
eylә,
Atam Әli yanına gәldi vәdeyi-didar
i.a....
Cavani-valaşani-şücaәtnişanü
rәşadәtbünyan, yәni Әli ibn Hüseynin
müqabili-sәfi-üdvanda durub
zәbani-fәsahәt-tәrcümanı ilә bәtәriqi-rәcәz
söylәdiyi nüktәdәn bir qitә:
BӘHRİ-TӘVİL
Bilin, ey
lәşkәri-kafәrfәrü bәdtinәtü
bәdheybәtü biqeyrәtü übbadi-sәnәm,
nәngi-ümәm, hatiki-sәttari-hәrәm,
düşmәni-әrbabi-kәrәm,
mühriqi-Qurani-xuda, mözeyi-yarani-xuda fasiqü hәm
facirü hәm ariqü hәm şaribü hәm
zaniyü hәm latiyü hәm layiü әlqabi-kilab,
afәti-әhbabi-lәinani-bәdayin,
müridani-şәyatin, cәfacuy cәfakar,
xәtadidә xәtakar, mәnәm
şibhi-peyәmbәr, mәnәm nayibi-heydәr,
mәnәm misli-Qәzәnfәr, mәnәm
sahibi-xәncәr.
Bir cavanәm ki, vәcahәtdә,
sәlabәtdә, sәbahәtdә,
sәxavәtdә, şücaәtdә,
mәlahәtdә, tәravәtdә,
tәlaqәtdә, lәtafәtdә,
nәcabәtdә, nәzafәtdә mәnә yoxdu
bәrabәr nә nәbiyyü nә vәliyyü
nә sәxibü nә nәqibü nә
fәlәkdә mәlәkü әncümü
әnvari-mәhü möhrü sitarә. Mәnәm
xәlqdә, hәm xülqdә hәm nitqdә
mirati-rәsuli-mәdәniyyü Qüreyşi
mәzhәri-övsaf Әli şiri-xuda şirsәda
mehtәrü hәm kәhtәrü hәm
xaceyi-Qәnbәrü hәm saqiyi-kövsәrü
hәm qatili-Әntәrü hәm qalei-Xeybәr
әnә Әli ibnәl-Hüseyn.
Yoxdu hәrçәnd mәnim tәk
dәxi bir
sahibi-şәmşiri-şәrәrpeykәrü
hәm xәncәri-xuncövhәrü tizü
tәbәrü nizeyi-suzәn-güzәrü
sahibi-Sәmsami-pәlәngәfkәnü
düşmәnşikәn әmma nә edim
çarә bu küffarә necә tiğ çәkim
xun töküm bikәsü biyarü mәdәdkar nә
bәradәr, nә әmim hәzrәti-Abbas nә
Ovnü nә Cәfәr cigәrim tәşnә, atam
tәşnә, anam tәşnә, susuzlar qәmi bir
yanda, susuzluq qәmi bir yanda özüm yekkәvü tәnha,
tutub çevrәmi әda, gәlib üstümә
yeksәr, çәkib qәtlimә xәncәr
mәni-bikәsü biyar, nә bәradәr nә
Ovnü nә lәşkәr әnә Әli
ibnәl-Hüseyn.
Rәhm qıl, ey mәlikül-әrş,
bu biyarü dilәfkarә ki, yox tabü tәvanım,
quruyub tәşnә dәhanım, yanır ağzımda
zәbanım, nә tәbibim, nә hәbibim, tutub
әtrafı rәqibim baxıram hәr yana nә
hәmnәfәsim var, nә bir dadrәsim var, tutub
dövrәmi lәşkәr, alıblar әlә
xәncәr edәr qülqülә әşrar urar
hәlhәlә küffar, atam bikәsü biyar, anam
xiymәdә ağlar, bibim zülfün
açıbdır, bacım rәngi qaçıbdır,
çıxıb nalә hәrәmdәn bu
çövrü sitәmdәn hanı
Cәfәri-tәyyar, hanı hәmzeyi-sәrdar, nolub
Әhmәdi-Muxtarә, nolub Heydәri-Kәrrarә
görә zarü zәlilәm, qәribәm,
Dәxilәm, gәlә dadıma o sәrvәrü
sәrdari-dilavәr görә bu lәşkәri-әbtәr
tutub dәşti sәrasәr әnә Әli
ibnәl-Hüseyn.
Vә üzün qoşun camaatına tutub
buyurdu:
Sizdә әgәr
Yәzidi-bәdәxtәr nişanı var,
Gündәn işıqdı bizdә
peyәmbәr nişanı var.
Mәn nayibi-Hüseyn, Hüseyn varisi--Әli,
Mәndә Hüseynü Heydәrü
Sәfdәr nişanı var.
Vardır atam Hüseyndә çün
surәti Әli,
Etsә qәbul mәndә dә
Qәnbәr nişanı var.
Olmaz hәrif kimsә mәnә,
mәndә, bixilaf,
Abbasi-namdarü dilavәr nişanı var i.a.
Dәxilin xah nәsr ilә vә xah nәzm ilә yazılmış kәlamı onun tәbinin mәtin vә rәvanlığına vә lisanının güşadәvü fәsihü bәliğ olmasına şәhadәt edir. Şerindә әsla bir rәkakәt vә siqlәt görünmәyib, vәzni, rәdif vә qafiyәsindә әsla bir eyib vә qüsur müşahidә olunmur.