BAHAR ӘYYAMI VӘ HACI SEYİD ӘZİM
DÖVRÜ
BAHAR ŞİRVANİ -- MİRZӘ
NӘSRULLAH İBN MӘRHUM HACI ӘBÜLQASIM
ŞӘMAXİ "BAHAR"
Mirzә Nәsrullah Bahar Şamaxının
әn müqtәdir şairlәrindәn birisi hesab olunur.
Azәrbaycan şairlәrinin tarixinә az-çox
bәlәdiyyatı olanlara Baharın
nami-möhtәrәmi vә kәlami-dilpәziri
mәlum olmamış deyil.
Necә ki, sabiqdә zikr olundu, Şamaxı
şәhәri qәribә dahiyәlәrә
gәhvareyi-tәrbiyә olduğundan naşi
bәdiül-misal alimlәr vә şairlәri vә
әdibi-fazillәri öz
ağuşi-nazbәxşindә bәslәyib
әrseyi-dünyaya gәtirmişdir.
Qüdәmalarından әn bәrgüzidә
olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağamәsih
vә Nişat Şirvani vә qeyrilәri olduğu halda,
mütәәxxirindәn dәxi mәrhum Mirzә Bahar
Şirvani, Molla Qәdir Şirvani, Bixud Şirvani, Hacı
Seyid Әzim Şirvani vә Sabir Şirvani
Azәrbaycanın әn mötәbәr vә
mәşhur şairlәri hesab olunur.
Mirzә Nәsrullah Bahar artıq tizfәhm,
rәvan tәbli, istedadlı bir şair imiş ki,
kәmalatına layiqincә vaqif olmaq istәyәnlәr
lazımdır ol әdibin türkcә vә farsca vә
hәtta fransızca vücuda gәtirdiyi asari-nәfisәsini
mütaliә edib, onun qüvveyi-fikriyyәsinә vә
ülüvvi-mәratibi-xәyalına bәlәd olsunlar.
Bahari-namdar hicrәtin 1251-ci tarixindә
Şamaxı şәhәrindә tәvәllüd
etmişdir. Pәdәri-möhtәrәmi Hacı
Әbülqasım silsileyi-tüccardan nәcib vә
alitәb bir şәxs imiş.
Bahar sinni-tüfuliyyәtdә
mәktәbdә oxuduğu vaxt zәkavәt vә
fәtanәtilә çoxlarını heyrәtә
salarmış vә uşaqlıqdan şer vә
qәzәl demәyә hәvәsi varmış.
Belә ki, farsca oxuduğu qәzәllәri türk
dilinә nәzmәn tәrcümә edәrmiş. O
cümlәdәn qәzәli-mәşhurdan:
Moğan kәz daneye-әnqur ab misazәnd,
Setareha şekәnәnd, aftab misazәnd
--beytini belә tәrcümә etmişdir:
Әngur danәsin ki, әzәllәr
şәrab üçün,
Guya sitarәlәr pozulur afitab üçün.
Yenә mәşhur beyti:
To ke, әz xordәne-mey lәle-lәbәt rәnginәst,
Bәs sәbәb çist ke, mey tәlx, lәbәt şirinәst?!
--belә tәrcümә qılmışdır:
Gәr mey içmәklә sәnin lәli-lәbin rәngindir,
Sәbәbi bәs nәdi mey tәlx, lәbin şirindir?!
Cibilli
fitrәt vә zәkavәti sayәsindә Bahar az vaxtda çox mәlumata dara olmuşdur. Fars, әrәb vә türk dillәrini kamalınca tәhsil etmişdir. Müasiri mәrhum Abdulla bәy Asi kimi Bahar dәxi laübali vә laqeyd bir şәxs imiş ki, kefi istәdiyi kimi azadә dolanıb, heç kәsin hökmü fәrmanına itaәt etmәzmiş vә övqatını eyşü
işrәtdә keçirәrmiş. Onun bu gunә rindisifәt dolanmağını
dayısı xoşlamayıb vә bir qәdәr ona pul verib vә mayәmlәkdәn ixrac etdikdә şair bәdahәtәn bu mәzmunda bir qitә demişdir:
Dayım
mәni Hәzrәti-Adәm kimi
Buğda
yedim çıxartdı cәnnәtdәn.
Beş-on
tümәn nәdir mәnim karıma,
Şükri-xuda
qurtardım minnәtdәn.
Dayısından
aldığı mәblәği
bir az müddәtin
zәrfindә kәnarda xәrclәyib, şәhәrә müraciәtindә hәmәsri olan Molla Qәdir Naci Şirvani ilә görüşdükdә bu beyti bәdahәtәn demişdir:
Bir aydan
sonra gәldim
şәhrә, ey Naci, hilalasa,
Mәni el lağәrü üryan görüb,
meyl etmәdi әsla.
Baharın
bәdihәguluqda binәzir bir şair olduğu
müxәmmәsi-mәşhuri-atisindәn aşikarәn mәlum olur. Şamaxıda mәşhur Hacı İbrahim bәy bağında rüfәqaları Әndәlib Kaşani, Naci Şirvani, Seyid
Şirvani vә
qeyrilәri olduqda
rәfiqlәrindәn birinin hüzurda olmadığına
görә, xadimi
onun dalınca göndәrdikdә
birqәlәmә yazdığı qәsideyi-bәdihiyyәsidir ki, belә başlanır:
Neşәst aftabha, meye-ço aftab ku?
Ço
şod neqare-mәhleqa,
piyaleye-şәrab
ku?
Sorude-rud,
mey koca, tәraneye-robab
ku?
Became-bossәdin koca meye-ço lәle-nab ku?
Becane-mәn qolamikә konun şetabe-kar kon[1].
[1]
Tərcüməsi:
Günәşlәr hamı әylәşdi, günәşә bәnzәr mey hanı?
Ay
qabaqlı gözәl necә
oldu, şәrab
piyalәsi
hanı?
Neyin nәğmәlәri hanı, rübabın tәranәsi hanı?
Mәrcan cam hanı, saf lәl kimi mey hanı?
Sәn mәnim canım, ay qulamciyәz, tez ol!
Cәhalәt vә tәәssübün, әlәlxüsus, tәәssübi-cahilanәnin düşmәni olub, onun kökünü
vә rişәsini qazıb
çıxartmaq üçün mәhafilü mәcalisdә mәqalәlәr vә gözәl nitqlәr demәkdәn әsla çәkinmәzmiş. Mәcalisdә sözlәrinin haqq olmasını şafi dәlillәr vasitәsilә sübuta yetirәrmiş. Belә ki, bir kәrә bir mәclisdә mövhumat vә әsatiri-әvvәlin babında mübahisәyә girişdiyi vaxt tәrәfi-müqabilә söz anlatmaq üçün bir
misal gәtirmişdir.
Belә ki,
deyibdir: "Әfәndilәr! İndi mәn bu divara bir inәk şәkli çәkәrәm vә o inәkdәn sizin üçün süd
sağaram". Müstәmein iştiyaqi-tamam ilә israr etmişlәr ki: "Cәnab mirzә, lütfәn mәrhәmәt edin, bir baxıb seyr edәlim". Bahar cavabında
demiş ki: "Bәli, әfәndilәr, sizlәr mötәqid olduğunuz mövhumatın әksәri bu qәbildәndir. Bunca tәfәkkür vә tәәqqül etmirsiniz ki, divara çәkilmiş inәk şәklindәn süd sağmaq mәhal vә qeyri mümkündür. Bu payәdә sadәlövhlükdәn süd tәlәb edirsiniz".
Necә ki, zikr olundu, mәrhum Bahar müasiri Abdulla bәy Asi vә Seyid Şirvani kimi badәpәrәst olub, çox açıq vә xövfsüz meyi-nabı tәrif qılarmış vә bәzi vaxt Şeyx Xәyyam kimi onun tәrifindә әndazәdәn keçәrmiş. Necә ki, bir mәclisdә münasibәtәn bu beyti oxumuşdur:
Bade vәhyәsto sәbukeş cәbrәil,
Hәr ke inra mixorәd, peyğәmbәrәst[2].
[2]
Tərcüməsi:
Badә vәhydir, Cәbrail isә saqi,
Hәr kim bunu içsә, peyğәmbәrdir.
Әhli-mәclis bunu eşidib küllәn әleyhinә qiyam edib, onu tәnü lәn etmәkdәn çәkinmәmişlәr. Tәkfirinә ülәmadan dәxi hökm olunmuşdur. Әlhәqq, Baharın bu halı biçarә Abdulla bәyin halına çox
müvafiq gәlir.
Hәr iki şair
ziyadә xoştәb vә şirinkәlam vә nәcib vә xoşxülq olduqları halda әsiri-badeyi-gülfam vә şәrabi-bәdfәrcam olub, abru vә hörmәtlәrini itirib, tәbi-rәvanpәrvәrlәrini boş şeylәrin üstünә sәrf etmişlәr.
Yuxarıda
zikr olunan vәqәdәn sonra mәrhum Mirzә Nәsrullah Şirvanda artıq iqamәt edә bilmәyib, tәrki-şәhru diyar edib İrana müsafirәt etmişdir vә Tehranda Nәsrәddin şaha bir qәsideyi-qәrra tәqdim etmiş ki, mәtlәi budur:
Şәbәm benalevo ruzәm qozәşt dәr tari,
Fәğan ze gәrdeşe-in asemane-zәnqari.
Qozәşt әz sәre-bam aftabe-omr hәnuz,
Ze bәxte-xofte nәdarәm omide-bidari.
Xәmide şod qәdәm әz bare-mohnәte-әyyam,
Bәli, xәmide şәvәd qamәt әz gәranbari.
Mәnәm sepehre-qәmin şadәm ke, şәb ta sobh
Setarehaye-sereşkәm konәnd sәyyari.
Bebustane-cәhan hәmço bide-mәcnunәm
Konәm tәrәqqiye-mәkus dәr nequnsari[3] i.a.
[3]
Tərcüməsi:
Gecәm nalә, gündüzüm qaranlıqda
keçdi,
Fәğan bu paslı göylәrin dövranından.
Ömrümun
günәşi
damımdan keçdi,
Artıq
yatmış bәxtimin
oyanmasına ümidim yoxdur.
Dövranın
möhnәtindәn qәddim әyildi,
Bәli, ağır yükdәn qamәt әyilәr.
Mәn qәmli asimanam, xoşbәxtәm ki, gecәlәr sübhә qәdәr
Göz
yaşımın ulduzları seyr edirlәr.
Dünya
bostanında mәcnun
söyüd kimiyәm,
Üzüaşağı--әksinә tәrәqqi edirәm i.a.
Bu qәsideyi-qәrra vasitәsilә Mirzә Nәsrullah şahın xidmәtindә tәqәrrüb hasil edib, hüzur şüәralarından mәhsub olmuşdur vә axırda "Mәliküşşüәra" lәqәbini almışdır vә ona şahın xәzinәsindәn mәvacib tәyin olunmuşdur. Haman vaxtlarda şair
xaricdәn bir
müәllim tutub
fransızca tәlim
almağa mәşğul
olub, bir az vaxtın әrzindә firәng lisanını bir dәrәcәdә kamil öyrәnmişdi ki, o dildә şer demәyә dara olmuşdur. O cümlәdәn әrәbcә, farsca, türkcә vә fransızca dediyi bir qәzәldir.
Әrәbcәsi:
Әya
xillәti qәd nәqәztil-uhud,
Aufәrti minhu yaumә mәhsud[4].
[4]
Tərcüməsi:
Ey dostum, әhdlәr pozuldugundan
Hәsrәtli günlәrim çoxaldı.
Farscası:
Ze dәste-fәrağәt çenan zar geryәm--
Ke әz dide cari konәd Zenderudi[5].
[5]
Tərcüməsi:
Sәnin ayrılıgının әlindәn elә zar-zar arlayıram,
Sanki
gözdәn Zindәrud (daşqın çay)
axır.
Türkcәsi:
Yetişmәzmi nalәm sәnә, ya ilahi,
Dağıtmazmı
ahim bu çәrxi-kәbudi?
Fransızcası:
Siel, ou
suis--je, ou etais--ye ou seral--ye ah?
Reut on
supproser une nouvelle assez rude?
Shere amie
serai--ye en etat de desouvrire?
Vous
vestige en Est, Oueste, nord, sud[6]?
[6]
Tərcüməsi:
Mәn nerdәyәm, mәn nerdә idim, nerdә olacagam,
Bu qәdәr çәtin bir müәmma olurmu?
Ey dost, mәn sәni bula bilәcәkmiyәm
Şәrqdә, qәrbdә, şimalda ya çənubda?
Mәşhur rәvayәtә görә, Mirzә Bahar 1295-ci sәnәdә Tehrandan Tәbrizә әzimәt qılmışdır vә burada tәәhhül ixtiyar edib sakin
olmuşdur. O vaxtlarda Tәbrizdә
iqamәt edәn ingilis sәfiri ilә tanış olub, sәfir şairin elmü
kamalını vә әxlaqi-hәsәnәsini görüb onunla sәmimi dost olmuşdur. Tarixi-hicriyyәnin 1300-cü ilindә ki, miladın 1883-cü sәnәsinә mütabiqdir, alәmi-bәqaya rehlәt edib vә "Mәqbәrәtüşşüәra"da vәtәndaşı Xaqaninin hәmsayәliyindә dәfn olunmuşdur....
Vәfatından sonra rәfiqi olan ingilis sәfiri mәrhumun türkcә, farsca vә fransızca olan tәranәlәrini vә әsәrlәrindәn bәzini әmanәt tәriqi ilә almış ki, London şәhәrindә tәb etdirsin, vәli tabәhal ondan bir xәbәr vә nişanә yoxdur. Ancaq mәrhum Baharın tәrcümeyi-halına dair mәlumatı möhtәrәm Hacı Sәfdәr Şirvani cәmlәşdirib lütf üzü ilә bizә göndәrmişdir. Ol cәnabın yazmağı ilә şairin әlhal әldә olan әsәrlәrindәn mәşhuru bunlardır: türkcә -- "Qәzәliyyat"ı, farsca -- "Divani-qәsaidü qәzәliyyat"ı vә "Töhfәtül-İraqeyn"
adlı mәsnәvisi vә "Nәrgis vә gül" adlı bir kitabı
vardır ki, heç biri hala tәb olunmamışdır. Bu әsәrlәrin heç birisi bizim nәzәrimizә çatmayıbdır. Ancaq bir
neçә qәzәliyyat fars lisanında bizә Ağaәli bәy Әfәndiyev "Naseh" tәxәllüs göndәribdir ki, çap olunur.
Qәzәli-Bahar:
Nemiquyәm ke, del әz dәst giro şad kon mara,
Әgәr bini ze pa oftadeira, yad kon
mara!
Becan dadәn nәxahәm şekve kәrdәn әz cәfaye-to,
Tәvani hәr çe, ey namehreban bidad kon
mara!
Nәqoftәm ğeyrra әz rәhm kon
ommidvare-xod,
Tora qoftәm ke yek şәb quş bәr
fәryad kon mara!
Bexun balo pәrәm dәr keş
әgәr ze azare-mәn şadi,
Benalәm gәr ze courәt, әz
qәfәs azad kon mara!
Behәsrәt ta key, ey hәmaşiyan,
sәr zire-pәr manәm,
Xodara, rәhbәri bәr xaneye-sәyyad
kon mara!
Bovәd ta key delәm xun dәr vosal әz
olfәte-ğeyrәş,
Kocai, ey şәbe-hecran, biya, emdad kon mara!
Konәm ta çәnd әz to çon
Bәhar ezhare-naşadi,
Berahi qah-qahi әz neqahi şad kon mara[7]!
[7] Tərcüməsi:
Mәn demirәm ki, ürәyimi
әlimdәn almaqla sәn bizi şad elә,
Bir әldәn düşmüşü
görәndә bizi yada sal.
Can verәndә sәnin cәfandan
şikayәt etmәyәcәyəm,
Ey namehriban, bacardığın qәdәr
bizә zülm elә.
Demәdim ki, qeyri rәhm ilә
özünә ümidvar elә,
Sәnә dedim ki, bir geçә bizim
fәryadımıza qulaq as.
Mәni inçitmәklә şad olursansa,
qol-qanadımı qana boya,
Әgәr sənin çәfandan nalә
elәsәm, qәfәsdәn bizi azad elә.
Ey hәmaşiyan, nә vaxta qәdәr
başım qanad altında hәsrәtlә
qalsın,
Allah xatirinə, bizi ovçu evinә sarı
yolla.
Sәnin әğyar ilә ülfәt
vüsalında olmağından nә vaxta qәdәr
mәnim
ürәyim qan olacaq,
Ey hiçran gecәsi, hardasan, gәl bizim
dadımıza çat.
Bahar kimi nә vaxtadәk sәndәn
şad olmadığımı bildirim.
Hәrdәn bir yolüstü bizi öz
baxışınla şad elә.
Әyzәn qәzәli-Bahar:
Ruze-vәslәst, xodara, bekoş әz naz
mәra,
Baz bәr hәsrәte-didar mәyәndaz
mәra!
Ba hәme couro cәfa suye-to ayәm çe
konәm,
Beqozarәd del çon gәşte bexod baz
mәra.
Ah әz in şiveye-sәyyad ke әz
sәngdeli,
Beşkәnәd balo dәhәd
roxsәte-pәrvaz mәra.
Cay darәd ke xoda xanәmәt, ey mәh
ke, çenin
Hәr nәfәs mikoşiyo zende koni baz
mәra.
Çe qәdr naz be mәn mikoni әz
koştәne-mәn,
Kәrdei zende mәgәr, ey bote-tәnnaz,
mәra?!
Beçenin dideyi-keryano roxe-zәrde-Bәhar
Aşekara nәşәvәd çon
becәhan raz mәra[8].
[8] Tərcüməsi:
Vәsl günüdür, ya rәb, mәni
naz içindә öldür,
Mәni yenә görüş
həsrәtinә salma.
Bütün bu cövr-cәfanla sәnә
sarı gәlirәm, nә edim [ki],
Ürək mәni yenә özbaşına
gәzmәyә qoysun.
Aman daş ürәkli ovçunun bu
adәtindәn ki,
Qanadımı sındırır, sonra da
mәnә deyir uç.
Eh mah, yeri var ki, sәni allah adlandırım,
Çünki hәr nәfәsdә
mәni öldürüb, sonra yenә dirildirsәn.
Mәni öldürmәk üçün
mәnә nә qәdәr naz edirsәn,
Mәgәr, ey gözәl qamәtli
büt, mәni sәn yaratmısan?
Baharın belә ağlar gözü vә
saralmış bәnzi
Mәnim sirrimi dünyada faş
elәməyәcәk.
Әyzәn qәzәli-farsiyi-Bahar:
Rixti, bәrhәm zәdi
gisuyi-әnbәrfamra,
Baz rosvaye-gәhan kәrdi
mәne-bәdnamra.
Şod moşәvvәş әz delәm
zolfe-to, ari, mişәvәd
Әz tәpidәnhaye-morğ aşoftegiha
damra.
Vәde dadi sobh bәr vәslәm,
mәgәr danestei
Hecre-to bәr mәn bәrabәr kәrde
sobho şamra?!
Qoftәmәş: Siminbәrәtra
xahәm әndәr bәr keşid,
Qoft: Ro, әz del borun kon in xәyale-xamra.
Gәr besurәt bәr to manәd
surәte-bothaye-Çin,
Vaceb amәd sәcde kәrdәn bәd
әz in әsnamra.
Henduye-zolfәt әgәr zin qune
qәsde-din konәd,
Sәcdeqahe-kofr sazәd qebleye-eslamra.
Çon koni bәr mostәhәqqan
bәxşe-nemәthaye-hosn,
Bәr Bәhare-xәstәdel
әvvәl bedeh doşnamra[9].
[9] Tərcüməsi:
Әnbәr saçan saçını
töküb pәrişan elәdin,
Yenә mәn bәdnamı rüsvayi-cahan
elәdin.
Mәnim ürәyimin
çırpıntısından sәnin zülfün
pәrişan oldu,
Bәli, quş çapalayanda
qәfәsdә pәrişanlıq olar,
Mәnә vәdә verdin ki, sübh
çağı vәslә çatacağıq,
Mәgәr bilirdin ki, sәnin
ayrılığın mәnim
gecә-gündüzümü
bәrabәr
edib?!
Ona dedim:--Sәnin gümüş
bədәnini bağrıma
basmaq istәyirәm,
Dedi:--Get, bu xam xәyalı başından
çıxar.
Әgәr surәtdә Çin
bütlәri sәnə oxşasalar,
Bundan sonra sәnәmlәrә
sәcdә elәmәk vacib olar,
Saçının qaralığı
әgәr dinә belә qәsd elәsә,
İslamın qiblәsini kafirlәrin
sәcdәgahına çevirәr.
Müstәhәqq olanlara gözәl
nemәtlәr bәxş edirsәnsә,
Әvvәlçә ürәyi
xәstә Baharı söy.
Qәzәli-farsiyi-Bahar:
Şәvәd bexak nehan sobhe çon
şәrab dәr ayәd,
Setare celve nәdarәd ço aftab dәr
ayәd.
Ze şәrm mah keşәd sәr bexak pirәhәne-sobh,
Şәbi ke mahe-mәn әz xane bineqab
dәr ayәd.
Ze didәnәt rәvәd әz dide
gәr sereşkәm, әcәb nist,
Dәr aftab ço bini ze dide ab dәr
ayәd.
Ze şәrhe-qesseye-zolfe-to şәb
nәxosbәm әgәr çe
Deraz şod ço hekayәt ze dide xab dәr
ayәd.
Mәgәr ze çine-do zolfe-to kәrde
nafe qoşayi
Ke әz nәsime-sәhәr
buye-meşke-nab dәr ayәd.
Ze geryeәm lәbe-lәlәş
şәvәd be xәnde qoşude,
Bәli, bexәnde qol әz geryeye-sәhab
dәr ayәd.
Ze yade-xuye-roxәş şod Bәhar
tәbqozari,
Ço qәtre dәr sәdәf
oftәd dore-xoşab dәr ayәd[10].
[10] Tərcüməsi:
F.Köçәrli bu qәzәlin altı
beytinin bәdii tәrçümәsini aşağıda
verdiyi üçün burada onun yalnız son
beytinin tәrcumәsi verilir:
Bahar sәnin üzündәki tәr
damcısını yada salıb ilhama gәldi.
Damcı sәdәfә
düşәndә tәmiz durr әmәlә
gәlәr.
Әgәr fars әdiblәrinin әn
mәşhur vә kamili bu qәzәllәrdәn
hәr birini mütaliә edib diqqәt yetirә,
anladığımıza görә, yenә dә
tәşxis edә bilmәz ki, bunlar türk oğlunun
kәlamıdır. Bundan mәlum olur ki, mәrhum Bahar fars
dilinin şivәsinә vә üsuli-inşasına bir
dәrәcәdә bәlәd imiş ki, onu öz
ana dili kimi bilirmiş.
Baharın bu qәzәllәri müasiri
olan Qaaninin vә sair mәşhur fars şairlәrinin
kәlamına bәnzәyir. Xaqani Şirvaninin
sәfәhati-İranda o qәdәr adı vә
şöhrәti yoxdur, nә qәdәr ki, Baharın
namü nişanı vә ehtiramı ziyaddır.
Farslar özlәri iqrarü etiraf edirlәr
vә Xaqaninin şerlәrini oxuduqda deyirlәr:
"Buye-tork miayәd"[11]. Vә lakin Baharın
kәlamına o qәbil isnadat verilmir.
[11] Tərcüməsi: Türk әtri
gәlir.
Cinas, eyham, tәşbihat vә istiarat
istemalında Bahar mәrhum Qaaniyә bәrabәr
imiş. Bu qövlümüzün tәsdiqi
üçün axırıncı qәzәldәn bir neçә
beytlәrin tәrcümәsini burada gәtirmәyi
lazım gördük: Günәş doğub asiman
üzrә tülu etdikdә ulduzların cilvәsi pozulub,
nәzәrә gәlmәdiyi kimi,
şәrabi-gülfam dәxi mәclisә
gәldikdә tәsbeh tarları gözdәn
düşüb mәhvü nabud olur. Sәnin nurani
üzünü gördükdә gözlәrimdәn
yaş axmağı tәәccübünә
gәlmәsin, zira ki, günәşә hәr kәs
baxsa, gözlәrindәn su axar. Sәnin müәttәr
vә uzun saçının qissәsini şәrh
etdikdә gecәlәr sabaha kimi yatmadığım
ondandır ki, hekayәt tul çәkdikdә
gözdәn yuxu gedәr. Mәnim ağlamağımdan
onun lәlә bәnzәr dodaqları xәndә edib
gül kimi açılır, yәni mәn ağladıqca
nigarım gülür. Bәli, bunda tәәccüb
yoxdur, hәmişә göy üzündә bulud
ağlayanda çәmәndә gül xәndә edir
vә hakәza.
Baharın türk dilindә yazdığı
şerlәrdәn bir neçә qәzәllәri
әlә düşdü ki, burada dәrc olunur.
Qәzәl:
Mey nuri cilvә eylәdi cami-bülurdәn,
Cami-büluri gör ki, lәbalәbdi
nurdәn.
Ruxsarın atәşi mәni yandırdı
durdәn[12],
Әlbәttә, yandırar,
düşә gün gәr bülurdәn.
[12] Tərcüməsi:
"Yandırdı durdәn mәni
ruxsarın atәşi" olmalıdır
Naz ilә bir xuramә gәl, әmvatә
qıl güzәr,
Ta "mәrhәba!" sәsi
gәlә әhli-qüburdәn.
Zahid sözilә kim büti-meyxanәdәn
keçәr,
Özü görәk keçirmi behişt
ilә hurdәn[13]?
[13] Tərcüməsi:
Zahid sözilә mәn necә
meyxanәdәn keçim,
Zahid özü keçәrmi behişt
ilә hurdәn?--[olmalıdır].
Ol bivәfa tutarmı vәfa ilә
dәstimi,
Basmaz ayağını gözümә
çün qürurdәn.
Meyxanәyә Bahar qürur ilә meyl
edәr,
Zahid qüsura meyl qılır [kim]
qüsurdәn.
Qәzәl:
Zülfün kimi qaraldı könül dudi-ah
ilә,
Eşqindә iddia edәrәm bu güvah
ilә.
Netsin o tari-zülfünә bu qan olan
könül,
Mümkünmüdür bacarmaq o zülfi-siyah
ilә?!
Hәr guşәsindә gözlәrinin
min bәla yatıb,
Necә can almasın belә göz bir nigah
ilә?
Lütf ilә yığdı
süni-qәza hüsni-ruyinә,
Necә ki, bağban gülü bağlar giyah
ilә.
Müjgan sәfini sinәmә
çәkmәk rәva deyil,
Gәlmәk xәrabә mülkә
nә lazım sipah ilә?!
Fikri hәmişә qanını
tökmәkdir aşiqin,
Muxtardır, nә etmәk olur padişah
ilә!
Meyxanәyә Bahar girib "ya
sәnәm" deyir,
Zahid girәndә Kәbәyә yüz
"la ilah" ilә[14].
[14] Tərcüməsi:
La ilahә illәllah....--allahdan başqa allah
yoxdur.... (Q u r a n ayәsindәn).
Qәzәl:
Hәr kim ki, hicri-yar ilә düşsә
dimağdәn,
Heç açılırmı könlü
onun seyri-bağdәn?
Sordum sorağını, dedilәr qeyrә
yar olub,
Ey kaş lal olaydı dilim bu sorağdәn.
Ölmәkdәn özgә yox
mәnә eşqindә bir vüsul,
Pәrvanә yanmağın sevәr ancaq
çirağdәn.
Bir lalә üzlü yar çәkib
dağ sinәmә,
Ya rәb, sәn etmә sinәmi xali bu
dağdәn!
Yetdikdә gül dodağına mey
bilmәzәm alır
Meydәn dodaq nәşәni, ya mey
dodaqdәn?!
Sәnsiz әgәr bahar açıla
istәmәz Bahar,
Nә qönçә bardәn
açıla, lalә dağdәn.
Qәzәl:
Aç qara zülfünü ta
sәfheyi-ruxsarı tuta,
Xoş olur sünbül әgәr
açıla gülzarı tuta.
Hәr zaman müşki-Xitadәn iy
oğurlar zülfün,
Möhtәsib hanı ki, bu
düzdi-xәtakarı tuta?
Bilmәyirsәn neçә min aşiq olub
zülfünә bәnd,
Zülf qalmaz sәnә gәr hәr biri
bir tarı tuta.
Hiç insaf deyil, zülfünә canım
qurban,
Mәn duram, özgәlәr ol
türreyi-tәrrarı tuta.
Qorxum oldur ki, görә zülfünü
zahid nagәh,
Buraxıb sübheyi-sәddanәni,
zünnarı tuta.
Nә әcәb etmәsә ol şux
mәnimlә göftar,
Neylәsin, yox o qәdәr arzı ki,
göftarı tuta.
Yalvara-yalvara zülfün nә olur tutsa Bahar,
Çox әcәb sanmayın
әfsungәr әgәr marı tuta.
Qәzәl:
Lәli-lәbin ki, xәlq deyirlәr
şәrab ona,
Xasiyyәti-şәrab tapar yetsә ab ona.
Şirin lәbin ki, lәl ürәyin
qanә döndәrib,
Yoxdur üzündә qanı, deyәn
lәli-nab ona.
Görmәk şüai-arizini kimdә tabi
var,
Bitablıq edib nә salırsan niqab ona?!
Gündәn-günә saraldı,
görüb hüsnünü yenә,
Girmәz yerә ki, qarşı
çıxar aftab ona.
Nәfyi-vücudi-nöqteyi-mövhum edәr
hәkim,
Ağzın deyәydi kaş
açılıb bir cavab ona.
Zahid ki, eşqi küfr deyib hökm edәr,
Bahar,
İmanә gәlmәz, oxuyasan min kitab ona.
Qәzәl:
Tutsam şәrabı gәr lәbinә
tay, haramdır,
Gәr nöğrә söylәsәm
tәninә, hәrfi-xamdır.
Ruxsarın üzrә zülfünә
baxdım o qәdr kim,
Gördüm ki, gün qürub eylәyib,
vәqti-şamdır.
Mahi-tamam sәhv ilә bir gün dedim
sәnә,
Hәr kәs eşitdi, dedi: bu söz
natamamdır.
Zalım, bu qәdr könlümü qan
etmәyin nәdir,
Qan etmәdim, dedim lәbinә lәl,
namdır.
Zahid bilirmi hiç miyanın hekayәtin,
Nazik sözü nә bilsin o kәs kim,
avamdır.
Zahid, tәvafi-Kәbәni qoy, bir güzar
qıl,
Meyxanә içrә gör nә
sәfalı mәqamdır?!
Dedim ki, şәhddir lәbin, ey canı
cismimin,
Dedi: görün Bahar nә
şirinkәlamdır.
Qәzәl:
Derdim o mәst gözlәrinin çox
bәlası var,
Gördüm o qara zülfü onun da
xәtası var.
Hәrgiz behiştә meyl elәmәz,
huri istәmәz,
Hәr aşiqin ki, sәn kimi bir
dilrübası var.
Derlәr bahadır ağzına can,
bilmәzәm neçün
Bu yox olan şeyin bu qәdәr çox
bahası var?
Müjganın ilә çeşmini gәr
sorsalar nәdir,
Bimar piri gör ki, әlindә әsası
var.
Bir naz ilә xuramә gәl, ey sәrv, ta
görәk
Hüsn içrә hansı sәrvqәdin
iddiası var.
Yox eybi gәrçi hicrin ilә
ölmәgin, vәli
Çeşmin görәndә
ölmәgin özgә sәfası var.
Fәxr eylә kim, qulamınam, ey xublәr
şәhi,
Hansı
şәhin Bahar
kimi bir gәdası
var?
Mәrhum Baharın türk
lisanında yazdığı başqa kәlamlarından, mәәttәәssüf, әlә gәtirә bilmәdik. Onların vasitәsilә şairin qәdrü qiymәti vә dәrәceyi-kәmalü tәbi-şeriyyәsi daha da artıq tәhqiq vә tәyin olunardı.