FATİMӘ XANIM "KӘMİNӘ"
Qarabağın üçüncü
şaireyi-möhtәrәmәsi ismәtmәab
Fatimә xanım "Kәminә"
tәxәllüsdür ki, sәbiyyeyi-Mirzә Bәybaba
vәlәdi-Әliyar bәydir[1].
[1] Mirzә Bәybaba Әliyar bәy
oğlu Fәna (1787-1867)--XIX әsr Azәrbaycan şairi.
Mirzә Fatimә xanım
tәvәllüd edibdir Şuşa qalasında 1257-ci[2]
tarixdә. Tәlim vә tәrbiyәsi dәxi
Şuşa qalasında olubdur.
[2] 1841.
Mirzә Bәybaba Fәnanın
övladı xilqәtdәn sahibi-fәhmü kiyasәt
vә әhli-zövqü fәrasәt olduğu
cәhәtә, Fatimә xanım dәxi әyyami-tüfuliyyәtdәn
öz fitri kamalati-zehnü fәrasәtilә
çoxlarını heyrәtә gәtirәrdi vә
müasirlәri içindә özünә artıq
şöhrәt vә hörmәt kәsb etmişdi.
Mirzә Fatimә xanım türk vә fars
dilindә yaxşı savad әxz edib, hәr iki lisanda
gözәl şerlәr yazırdı. Tәxminәn
dörd-beş yüz әfradi-şerü
qәzәllәri vardır. Onlardan bәzisini
tәyәmmünәn [buraya] daxil qıldıq.
Qәzәli-farsiyi-Kәminә:
Dәr rәhe-eşqe-to, ey dust, çenan
naşadәm,
Çon qobare-rәhe-to dade fәlәk
bәr badәm.
Morğe-bibalo pәri budәmo dәr
qeyde-qәza,
Dam qostәrdo gerefto behiyәl sәyyadәm.
Ahuyi budәmo rәm kәrde bekuhe-ommid,
Heyrәt arәm bekәmәnde-to ke,
çon oftadәm.
Ze ahe-sәrde-dele-pordәrd nәtәrsi
sәhlәst,
Zatәşe qәhre-xoda tәrso bekon
azadәm.
Tәlxkamәm bekonәd şure-to çon
Şirini,
Kuhe-sәbri bemoje bәr konәm әz
Fәrhadәm.
Dәr hәme omr ço pәrgar
beğәm gәrdidәm,
Vәh-vәh әz
gәrdeşe-çәrxe-fәlәk estadәm.
Çon Kәmine nәkonәd ğeyre-to
bәr kәs elhaq,
Ey xoda, dәste-mәra kir, ze pa oftadәm[3].
[3] Tərcüməsi:
Ey dost, sәnin eşqin yolunda elә
naşadam ki,
Fәlәk mәni sәnin yolunun tozu kimi
yelә verdi.
Qәzanın qәfәsi içindә
qolsuz-qanadsız quş idim,
Ovçu tәlә qurub mәni hiylә
ilә tutdu.
Bir ceyran idim, mәni ümid dağında ram
etdin,
Heyrәt edirәm ki, mәn sәnin
kәmәndinә necә düşdüm.
Әgәr mәnim dәrdli
ürәyimin soyuq ahından qorxmursansa,
Allah qәzәbinin atәşindәn
qorxub mәni azad elә.
Sәnin şurun mәnim ovqatımı
tәlx etmişdir, çünki sәn
Şirinsәn,
Fәrhaddan fәrqli olaraq mәn sәbr
dağını kipriyimlә qazaram.
Pәrgar kimi ömrüm boyu qәmlә
dolandım,
Ey ustadım, aman bu çәrxi-fәlәyin
gәrdişindәn.
Kәminә sәndәn başqasına
yalvarmadığından,
Ey allah, әlimdәn tut, әldәn-ayaqdan
düşmüşәm.
Qәzәli-türki:
Düşәr könlüm, әzizim,
qanә sәnsiz,
Gәlir şamü sәhәr
әfğanә sәnsiz.
Sәninlә duzәxin narına yannam,
Behiştdә baxmazam qılmanә
sәnsiz.
Edәn abad memari-vüsalın
Olubdur hicrdә viranә sәnsiz.
Müsәddәr bәzmi-vәslindә
olan dil
Neçün hicran çölündә
yanә sәnsiz?!
Gülüstani-vüsalә hәsrәt
oldum,
Dönüb alәm mәnә zindanә
sәnsiz.
Әnis olmuşdu dil ol şәmi-qәddә,
Yanar, billah, necә pәrvanә sәnsiz.
Nә sәnsiz qәm әyağına
әl urram,
Nә dә nuş eylәrәm peymanә
sәnsiz.
Olur bәrhәm, pәrişan qanә
dönmüş,
Könül zülfә
çәkәndә şanә sәnsiz.
Dilimdә zikrsәn, könlümdә
fikrim,
İki alәm dәxi әfsanә
sәnsiz.
Kәminә, ey
hәrifi-bimürüvvәt,
Ola, qorxum budur, divanә sәnsiz.
* *
* * *
Cövri-rәqib,
sәrzәnişi-әhli-ruzigar
Qoymaz qılam bu dәrdi-dili yarә
aşikar.
İşrәtsәrayi-könlümü, ey
yari-tündxu,
Hәr dәm cәfavü qәhr ilә
gәl etmә tarmar.
Hicrindә dürri-әşk,
vüsalında nәqdi-can
Bilmәm, hüzurü qeybәtdә
eylәrәm nisar.
Gülşәndә gör nә şur
ilә bülbül fәğan edir,
Guya ki, şax üzrә gülә
hәmdәm oldu xar.
Dil intizari-vәsldә pamali-fikr olub,
Tәn atәşi-fәrağdә
çün muy biqәrar.
Gәr feyzi-cami-eşqi-hәqiqәtdә
mәstsәn,
Әhsәnt xoş mәqamdәsәn,
olma huşyar.
Dövran ki, saqiyi-qәmә olmuş
hәvalә, gör,
Bu dövrdә Kәminә kimi kimdi kamgar.
* *
* * *
Ey dil, rәva deyil ki, mәn
әğyarә yalvarım,
Sәn rәhnümalıq eylә, gedim
yarә yalvarım.
Murü mәlәxü möminü asidi
mütmәin,
Lütfi-xuday qadiri-qәffarә yalvarım.
Rumü firәng, özbәkü hindә
nә ehtiyac,
Qeyr әz xuda gedim necә tatarә
yalvarım.
Hәr vәqt tәngә
düşsәn, әlindәn tutar Әli,
Müşkülgüşadı, Heydәri-Kәrrarә
yalvarım.
Hәr dәm qılır cәfa
mәnә çün tәn ilә rәqib,
Şahi-qәyurü qolsuz
әlәmdarә yalvarım.
Kani-vәfavü qeyrәti-Abbasi-namvәr
Görmәz rәva xәbisü
xәtakarә yalvarım.
Mәnsur tәk çәkibdi mәni
darә zülfi-yar,
Yad eylәyim "әnәlhәqini"
darә yalvarım.
Bülbül sifәt nәvayә
gәtirdin Kәminәni,
Sevdayi-gül başımda, necә xarә
yalvarım?!
* *
* * *
Rәhi-eşq içrә mәnzurum
mәnim ol tacdarımdır,
Könül mülkündә sultanım,
xücәstә şәhriyarımdır.
Әgәrçi guşeyi-qәmdә
şikәstәxatirәm, lakin
Sәri-kuyindә dövr edәn
xәyali-biqәrarımdır.
Kәmәndi-eşqinә bağlı gedib
könlüm, inanmazsan,
Yoluna göz dikәn şahid dü
çeşmi-әşkbarımdır.
Şikәnci-zülfdәn könlüm
mütәvvәl arizu eylәr
Sәri-zülfün kimi bәrhәm
pәrişan ruzigarımdır.
Sәnin әğyar ilә könlün
әgәrçi şadü xurrәmdir,
Hәmişә nalәvü әfğan
mәnim dә şüğlü karımdır.
Sәnin gәr var isә bu
qamәti-mövzun, ruxi-gülgun,
Mәnim dә dövlәtü cahım bu
eşqi-paydarımdır.
Kәminә bivәfa görsә sәni,
vallahı incinmәz,
Sәni mәndәn iraq edәn bu
bәxti-kәcmәdarımdır.
Mirzә Fatimә xanımın
qәzәllәri biri-birindәn gözәldir.
Cümlәsini buraya daxil etmәk olmaz. Fatimә
xanımın Mirzә Rәhim Fәna cәnablarına ki,
onun seyyidüş-şühәda İmam Hüseyn
hәzrәtlәrinә tәkyә saxlamağı
barәsindә hәcv tәriqi ilә yazdığı
şerә verdiyi cavab dәxi şayani-diqqәt
şerlәr isә dә, burada çap olunması
münasib görülmәdi. Amma Gәncә sakini "Fani"
tәxәllüs şair Kәminә kәlamını
Fәna kәlamına üç beyt ilә belә
tәrcih veribdir:
Yazmış Kәminә
şeri-Fәnayә әcәb cavab,
Vermәz cavab şer ilә bu növ hiç
kәs.
Düşdü nәzәr
kәmali-Fәnavü Kәminәyә,
Tәrcihi-әql qoydu bu әşarә
pişü pәs.
Şeri-Kәminә çün
әsәli-şәhdi-xoşgüvar,
Durmuş Fәna kәlamı
müqabildә çün mәgәs.
Vә Axund Molla Hüseyn Qazaxi "Sabit"
tәxәllüs ki, "Ağbaş" lәqәbi
ilә mәşhurdur, Kәminәnin kәlamını
Fәnanın әşarına tәrcih tutub, belә
yazıbdır:
Söz yox Kәminә sözlәri
novqönçә bikrdir,
Öz gülbüni-vüsalına yox
gәrçi dәstrәs.
Hәr sәtri rast sәrvә vurar tәnә
dur ki, dur,
Hәr lәhnü hәnәgi kәbki
edәr süxrә kәs ki, kәs.
Eyhami-rәmzi hüqqeyi-pünhanı tәk
nihan,
Çatmaz ona
tәsәvvüri-idraki-hiç kәs.
Şeri-Kәminә
lәhceyi-Mәryәmcә ruhә zad,
Şeri-Fәna mәaniyә atdan
gәlәn nәfәs.
Şeri-Kәminә
Rәxşi-sәbükseyri-mәrifәt,
Hәr bir qәdәmdә
şeri-Fәnadәn salıbdı tәs.
Şeri-Kәminә xatiri-әhbab tәk
әziz,
Şeri-Fәna vәsavәsi-şeytan kimi
nәhәs.
Sabit, Fәna iş әhlidi, mәğrur
edәr sәni,
Qövğa günündә mәst olu
"köhlәn" lәqәb fәrәs.
Burada, bizim zәnnimizә görә,
hәr iki şair Kәminәnin kәlamını
Fәna әşarına tәrcih tutmaqda vә
Fәnanı bir növ tәhqir vә xәcil
etmәkdә mübaliğә ediblәr, zira Mirzә Rәhim
Fәna cәnabları ziyadә müәddәb vә
sahibi-mәrifәt bir vücud olduğundan bir kәsin
qәlbinә toxunmaz. Onun Kәminәyә tutduğu bir
para iradlar haqq deyilsә dә, elә bir böyük
xәta da deyil ki, şairә ondan artıq töhmәt
gәlsin. Şair ancaq zәrifanә şairәnin
gözәlliyini, әhli-hal vә sahibi-dil olmasını
vә batindәn ona meylü rәğbәt
bağlamasını izhar edibdir. Qareini-giramı
şәkkdәn çıxarmaq üçün Fәnanın
inşa etdiyi kәlamın axır beytlәrindәn bir
neçәsini burada zikr etmәyi lazım gördük:
Huriyü şәni-Şişә olub
cәm bәzminә,
Guya pәridi, Şişә ara yoxdu bir
nәfәs.
Şәkkәr lәbin nabat,
vәcahәtdә çox әziz,
Olmaz cahanda hüsnünә manәnd
hiç kәs.
Müddәtdi könlümün sәnә
gizlin nigahı var,
Daim xәyal onunla edәr nalә
çün cәrәs.
Dәrd әhlisәn, çifaydә
hәmdәrdin olmadı,
Bidәrdlәr olurmu sәnin ilә
hәmnәfәs?
Sahibdil
olmağın var imiş cana möhnәti,
Sahibdil
oldu gәrçi
Fәna, yoxdu dadrәs.
Fatimә xanım hәqiqәtdә
çox gözәl vә zәrif bir can idi vә zahiri
gözәlliyinә müvafiq batini vә mәnәvi
tәrәfdәn dәxi әxlaqi-hәsәnә
sahibәsi olub, ziyadә xoşxülq, mülayimә
vә xoşrәftar bir nadireyi-zәmanә idi ki, onun
vәfatı cümlә şüәravü
ürәfayi-Qarabağa böyük bir yas oldu.
Fatimә xanım vәfat edibdir Şuşa
qalasında 1316-cı[4] tarixdә, payız
mövsümünün ibtidasında ki,
tarixi-mәsihiyyәnin 1898-ci ilinә vә sentyabrın əvvəlinə müvafiqdir.
[4]1318.