HӘSӘN BӘY RZAQULU BӘY OĞLU
"HӘSӘN QARA" VӘ "HADİ"
"Beyti-xamuşan" üzvlәrinin
müqtәdirlәrindәn birisi dә Rzaqulu bәy
oğlu Hәsәn bәy idi ki, "Hәsәn
Qara" vә "Hadi" tәxәllüsü ilә
mәşhur idi. Onun türk vә fars әşarü
qәzәliyyatı çoxdur. Nümunә
üçün bir türk qәzәli bu
mәcmuәyә daxil olundu:
Şәbi-zülmati-zülfündә
fәğanü ahü zarım var,
Vüsali-sübhi-ruyin feyzinә çox
intizarım var.
Kәsilmiş taqәtü tabü
tәvanım, tarı şahiddir,
Nә yol bullam vüsalә, hicrә nә
sәbrü qәrarım var.
Nigara, mәhcәbina, qәddi-sәrvin iştiyaqında
Edәn hәr lәhzә cari
çeşmә çeşmi-әşkbarım var.
Sәnә birәhmlik bunca nәdәndir
bilmәzәm, zalim,
Gәtirmәzsәn xәyalә kim,
mәnim bir dilfikarım var.
Hüzurunda, әzizim, zәrrәcә
hәrçәnd qәdrim yox,
Vәli qәmlәr yanında
şaxisәm, çox etibarım var.
Sәnin әqdi-sürәyya tәk
cәbinindә әrәq mәnzum,
Mәnim dә xab görmәz
dideyi-әncümşümarım var.
Açar müjgan oxu, Hadi, xәyalımdan
neçә rövzәn,
Xәyalә girmәyә, vәh-vәh,
nә bәxti-huşyarım var.
Bәzi rәvayәtә görә bu
Hәsәn Qara haman Hadiyül-Müzәllindir ki,
"Әkinçi" qәzetinin banisi Hәsәn
bәy Mәlikov vә "Әkinçi"nin
müqtәdir mühәrrirlәrindәn
Әhsәnül-Qәvaid cәnabları aşura
günü baş çapmağın qәbahәtini
vә şәriәti-qәrraya ziddü bәrәks
olmasını yazdıqları üçün Hәsәn
bәyi hәcv etmişdi. Hәsәn bәy isә
qәzetә әlavә olunan qitәlәrdәn
birisindә Hadiyül-Müzәllinin hәcvini atidә
zikr olunan irad ilә mәәn dәrc etmişdi:
"Cәnab Hadiyül-Müzәllin Qarabağinin
aşağıda zikr olunan hәcvini, onun xahişinә
müvafiq tamam çap etmәyә izn olmadı. Ona
binaәn onların bir para nalayiq vә hәdyan
sözlәri qaldı. Amma ol cәnab vә onu
fitlәyәn әşxaslar mәyus olmasın ki,
belә kamallı sözlәr pünhan qalacaq. Fikrim budur ki,
bizim Zәrdab kәndindә Qarabağın
sәrhәddindә bir daş qoydurub, onun üstә zikr
olunan hәcvi tamam qazıdım ki,
gәlәcәkdә bizim övlad o yadigara baxıb
bilsinlәr ki, mәn bu zәhmәt ilә
millәti-islamı qәflәtdәn ayıltmaq
istәyәn vaxtda necә nadanlara rast
gәlmişәm".
Hadinin hәcvi bu sayaq başlanır:
Ey edәn fisqini alәmdә nümayan
Hәsәn!
Dadamayan dәhrdә bir lәzzәti-iman Hәsәn!
Şәri-qәrrayә vuran qәsd ilә nöqsan Hәsәn!
Eylәyәn öz-özünü bisәrü saman Hәsәn!
Qarabağ
әhli artıq
dindar vә
övladi-Mustafaya dustdar olduqlarından "ağköynәk mәsәlәsi"nә irad tutmaq onlarda dinә toxunan vә naşayәstә әmәllәrdәn biri hesab olunurdu. Cәnab Hәsәn bәyin bu mәsәlәni araya qoymağı, xüsusәn ibtidayi-karda, qırx il
bundan әqdәm ki, indiki halımıza nisbәt camaatımız cәhalәt vә avamlıq halında idilәr, әlbәttә, böyük bir sәhv idi vә "Әkinçi"nin bir nömrәsindә Qarabağ әhlindәn bir nәfәri Hәsәn bәyә kağız yazıb, ona mәlum etmişdi ki, aşura barәsindә qәzetdә çap olunan hadisә cümlәmizi mükәddәr etdi vә bәzilәrini sizin qәtlinizә dәxi mühәyya edibdir.
Hadiyül-Müzәllin Qarabağinin cavabı
ki, mәrhum Hacı
Seyid Әzim tәrәfindәn yazılmışdı, "Әkinçi"nin 10-cu
nömrәsindә 1294-cü ildә ki, tarixi-mәsihiyyәnin 1877-ci ilinә mütabiqdir, çap
olunmuşdu. Haman cavabı bir para hәcvmanәnd bәndlәrindәn savayı eynilә burada zikr etmәyi münasib gördük:
Ey olan
hadiyi-әrbabi-zәlәalәt Hadi,
Ey Müzәllini edәn hәqqә hidayәt Hadi,
Eylәdin sәn ki, bu mehdiliyә adәt, Hadi,
Elә bәs alәmә tәbliği-risalәt, Hadi!
Leyk
peyğәmbәr olan hәcv elәmәz ümmәtini,
Kişi
lazımdı çәkә
ümmәtinin
qeyrәtini,
Gәrçi hәcv eylәyәnin yoxdu kәsәn sünnәtini,
Sәnə bu hәcv nә fәrz idi, nә sünnәt, Hadi!
"Әhsәnül-Qaidә"nin sahibi, yaxud özü bәg,
Yazmış
idi: nә rәva xәlq olur ağköynәk?
Sәn, oba aşrı, әzizim, nәyә lazım hürmәk,
Nә üçün eylәdin izhari-әdavәt, Hadi?!
İnşaallah
saba-birgün yetişir mahi-әza,
Gey kәfәn, yar başını, tök
yaşını, bağla qara,
Sәni meydanda görәn kimsә desin: namxuda
Elәyibdir yenә alәmdә qiyamәt Hadi.
Әlini
tutmadı bir kimsә ki, qardaş, sәnin,
Can sәnin, cism sәnin, tiğ sәnin, baş sәnin,
Cәm ola baxmağına
sünni, qızılbaş sәnin,
Baxıban
onlara sәn eylә fәxarәt, Hadi!
Kim deyәr ağlama sәn Kәrbübәla sәrvәrinә,
Canımız
cümlә fәda olsun onun Әkbәrinә.
Ağladı
әrzü sәma tәşnә ölәn Әsğәrinә,
Onu inkar
edәnin
zatına lәnәt, Hadi!
Leyk siz bir
para bidәtlәr edibsiz icad,
Qoymusuz
adını siz tәziyә, ey әhli-fәsad!
Sizә bu tәziyәdәn özgә hәvәslәrdi murad,
Mәn ölüm, sәn bir özün eylә mürüvvәt, Hadi!
Bu deyilmi
qәrәzin başını sәn çapmaqdan,
Yәni ki, canımı cananә edәrdim qurban,
Malını
bәs nә üçün eylәmәyirsәn ehsan,
Quru
baş çapmağa sәn etmisәn
adәt, Hadi!
Xatirin cәm elә kim, gәr bu isә rәsmi-әza,
Sәnә nifrin edәcәk padşahi-Kәrbübәla,
Bәdәnin zәhmәtinә şәrdә yoxdur fitva,
Yoxsa var
sizdә, görәk, tazә şәriәt, Hadi?
Xaçpәrәstlәr hamısı açdı
gözün düşdü qabaq,
Dalda
qaldıq tökülüb cәhl ilә biz, ay sarsaq!
Bәs nә vaxtı bizә qismәt olacaq göz açmaq?
Әqlә gәl, tarıya bax, bәsdi bu qәflәt, Hadi!
Bu hәdisi nә zaman zikr qılıb
peyğәmbәr--
Ki, olur
rus diliylә oxuyan
kәs kafәr?
Allah,
allah, bu nә
böhtandır, ey hiylәtgәr,
İxtilafati-lisandır
bizә nemәt, Hadi!
Kim ki, bir
dil bilә bir nemәtә ol vasildir,
Kim ki,
çox bilsә,
o çox nemәtә bәs şamildir,
Leyk alәmdә hәr ol kimsә ki, naqabildir,
Edәcәk qeyr lisanı o, mәzәmmәt, Hadi!
Biz dә müddәt "Zәrәbә Zeyd" kitabın oxuduq,
Rişteyi-ömrümüzü
nәhv ilә sәrfә toxuduq,
Barı
biz taifә әzzәldә yenә bir…………,
Olmuşuq
indi dәxi eyni-nәcasәt, Hadi!
Tut, Hәsәn bәy, bizә tәlim elәyir dәrsi-zәlal,
Götürüb
boynuna ol kafәr
olub vizrü vәbal,
Niyә tәlimә siz әtfal qılırsız irsal,
Bilmәyirsiz niyә bәs eybü qәbahәt, Hadi?
Oxudur
cümlә
uşaqlarını xanü bәyiniz,
Nemәti-rus ilә pәrvәrdә olub cәmdәyiniz,
Bilmәyәn rus dilini bәlkә ola tәk-tәkiniz,
Sizdәdir hamıdan artıq ona rәğbәt, Hadi!
Mәrhәba mülki-Qarabağ әzadarları,
Tarı әfzun elәsin siz tәki dindarları,
Seyyida, bәsdi, әgәr görsә bu әşarları,
Çәkәcәk tutduğu kirdarә xәcalәt Hadi!
Haman sәnә "Әkinçi"nin 12-ci nömrәsindә Hadiyül-Müzәllinin әfzәli-şüәra Hacı Seyid Әzim Şirvaninin cavabında
yazdığı әşar dәrc
olunmuşdu. O kәlami-mövzunu dәxi burada zikr edirik:
Ey bizi hәcv qılan şairi-dövran
Әzim,
Seyyidü
sәrvәrü sәrdari-süxәndan Әzim,
Dәhr gülzarı ara
bülbüli-xoşxan Әzim,
Әzizim,
ikki gözüm, cәddinә
qurban, Әzim!
Şәnin üzmadı әgәr biz deyilik әzmi-rәmim,
Abi-heyvan
dәkisәn, biz dәxi qәssaq, hәmim,
Seyyidin tәbi kәramәtli olur, nәfsi sәlim,
Nә rәvadır deyәsәn hәrzәvü hәdyan, Әzim?
Sәn әgәr ali-Әlisәn, hanı qeyrәt, de görüm!
Haşimisәn, qürәşisәn, hanı qeyrәt, de görüm!
Allah,
allah, nәdi bir
böylә qәsavәt, de görüm!
Sakit ol,
samit otur, sındımı peyman, Әzim?!
Cәddini mәdh edәn vәqtdә, әya alicәnab,
Niyә qarnına düşüb
sancı, edirsәn
tәbü tab?
Sәn dә mәn kimi gözün yaşını
tök, başını çap,
Cәddini yaxşı tanı, mәrtәbәsin qan, Әzim!
Aç bәsirәt gözünü şahi-şәhidanә tәrәf,
Baxgilәn Kәrbübәla sәmtinә meydanә tәrәf,
Mәhliqa canları gör,
tiği-cәfa ilә tәlәf,
Gör
ki, sәn dә olusan qanına qәltan, Әzim!
Şur
başında әgәr olsa, bilirsәn ki, nә var,
Eşq
gülzarına gәl, seyr elә
bir, keçdi bahar,
Qumriyü
bülbülü cüğdü necә gör zarü fikar
Eşq
sultanına olmuşlar әzaxan, Әzim!
Gәr desәm hәcv sәnә, cümlә müsәlmanә dәyәr,
Zәmm daşın gәr atam, şişeyi-imanә dәyәr,
Bәdәnә hadis olan sәdmә yәqin canә dәyәr,
Nә edim, çarә nәdir, cuş
qılır qan, Әzim!
Hüsni-xülqi bizә mәlumdu Mirzә
Hәsәnin,
Yox lüzumu o cәnabә dәxi iqrar
sәnin,
Mәnbәi-feyzdir alәmlәrә
kani-kәrәmin,
Mәdәni-elmü әdәb,
mәlcәi-ürfan Әzim!
Kim deyir
rus dili bidәtdir
alәm ara,
Cahili әlsinәlәr xiclәtdir alәm ara,
Hәr dilin mәrifәti izzәtdir alәm ara,
Mәrifәt elmini kim eylәdi ketman, Әzim!
Dәxi bihudә danışma sәn, әya paknihad,
Nәfsi-әmmarә ilә Hadi kimi eylә cәhad.
Hüzn
ilә qan yaş
axıt, eylәgilәn cәddini yad,
Nariza
olmaya ta şahi-şәhidan, Әzim!
Hadiyül-Müzәllinin Hacı Seyid Әzimә verdiyi әdәbiyyata cavabından aşikarәn görünür ki,
Şirvan şairinin Qarabağda artıq hörmәt vә ehtiramı var imiş vә Qarabağ şairlәri ol cәnabı özlәrinә fünuni-şerdә ustadi-mahir vә mürşidi-kamil mәnzәlәsindә tutarlarmış. Hadinin cavabı
onun özünün dәxi sahibi-tәbi-sәlim olmasını göstәrir.
"Әkinçi"nin 1294-cü sәnәsindә çap olunan 9-cu nömrәsindәn belә mәlum olur ki, Hadi sabiqdә Hәsәn bәyin zәmmindә yazdığı hәcvmanәnd şerlәrindәn bir növ peşman olub, mühәrrir әfәndidәn üzrxahlıq elәyir vә "ağköynәk mәsәlәsi"ndәn tәqsiri Әhsәnül-Qәvaidin üstә hәvalә edib deyir:
Biya ke,
noubәte-solhәsto aştiyo inayәt,
Beşәrte-an ke, nәquyim әz ançe rәft hekayәt[1].
[1]
Tərcüməsi:
Gәl ki, sülh,
barışıq, inayәt vaxtıdır,
O şәrtlә ki, söhbәtin nәdәn getdiyindәn danışmayaq.
Bu
barışıqdan sonra Hadinin nәzm vә nәsr ilә yazılmış bәzi asari-qәlәmiyyәsi "Әkinçi"nin sәhifәlәrindә görünür.