HACI SEYİD RZA ӘMİRZADӘ "SABİR"

 

 

 

 

Hacı Seyid Rzanın әsil vәtәni Xoy şәhәridir ki, oranın nәcib vә mәruf sadatından möhtәrәm bir vücud idi. Mәşhur qövlә görә, iyirmi yeddi sinnindә İrәvan şәhәrinә gәlib vә bir zaman orada iqamәt etdikdәn sonra tәәhhül ixtiyar edib, İrәvanı özü üçün ikinci vәtәn ittixaz qılmışdır.

 

Hacı Seyid Rzanın çox rәvan tәbi var idi vә lakin onu işlәtmәyә salamat bir yol bulmayıb, qәsidә, mәdh vә hәcvә şamil şerlәr inşad etmәyә sәrf elәrdi. Mәrhum xeyli xoşsöhbәt vә zәrif bir şair idi. Asari-qәlәmiyyәsindәn mütәfәrriq qәsidә, qәzәl vә qitәlәr vardır. Onlardan әlә düşәni burada tәhrir olunur.

 

Şair İrәvana gәlәn vaxtlarda Bakıda Hәsәn bәy "Әkinçi" qәzetini bina etmişdi. Hacı Seyid Rza "Әkinçi"yә İrәvandan әxbarnәvis olub, nәsr ilә yazılmış bәzi mәktubatı, onların cümlәsindәn nәzm ilә yazılmış bir mәktubu dәxi "Әkinçi"dә dәrc olunmuşdur. Haman mәktub Şamaxıda otuz sәnә bundan müqәddәm bir camaat işkollası bina olunanda avam arasında vüqua gәlәn nifaqü gövtügu babındadır. Vә bunun müxtәsәrәn keyfiyyәti belәdir ki, haman işkollaya Şamaxı sakini Hacı Seyid Әzim Mәliküşşüara öz oğlu Mircәfәri tәhsili-ülum etmәk üçün qoymuşdur. Avam xalq Seyidi-mәrhumun bu işindәn rәncidә olub, onun әleyhindә zәmm dilini uzatmışdır vә Seyid bu babda Mircәfәrә xitabәn bu nәsihәti demişdir:

 

Cәfәr, ey qönçeyi-gülüstanım,

Ey mәnim bülbüli-xoşәlhanım i.a.

 

Mәrhum Hacı Seyid Rzanın bu mәktubu otuz sәnә bundan әqdәm camaatımızın övzavü әhvalını, dәrәceyi-kamalını göstәrәn bir dokument mәnzәlәsindәdir:

 

Mәrhәba, ey Hәsәn bәyi-aqil,

Elmi-hikmәtdә qabilü kamil,

Bafәhim olmağında söz yoxdur,

Oldu mәlum: qeyrәtin çoxdur.

Әhli-Qafqazı etmisәn xoşnud,

Sәn özün sәd, әhl--namәsud.

Sәnә hәr kimsә tutsa bir irad,

Gurbatindi bulmayıb irşad.

Bizә hәr növ söz desәn hәqdir,

Hәr ki, tәkzib qılsa nahәqdir.

Hәddәn artıq çәkib әziyyәtlәr,

Xalqa artırmısan hәmiyyәtlәr.

Biz eşitdik әhaliyi-Şirvan

İşkola eylәyibdilәr saman.

Şükr qıldıq xudayi-mәnnanә,

Verdi tövfiq әhli-Şirvanә.

Şiәvü sünni cәm olubla tamam,

Elәyiblәr bu xeyr işә iqdam.

Afәrinlәr bu qövmi-әllamә

Yaxşı rövnәq verirlәr islamә.

Gәrçi bizlәr o şәhrdәn duruq,

Leyk müslim deyillә, mәsruruq.

Var bizim iftixarımız şәbü ruz,

Qeyrәt islamdәn edibdi büruz.

Әhli-islam bakәmal olsun,

Hamı işlәrdә әhli-hal olsun.

İmperaturi-әfxәәzәm

Xәlqә tәklif edib zirahi kәrәm,

Ol zamandan ki, mülki-Qafqazi

Qıldı tәsxir zati-mümtazi,

Әdlini xәlqә aşikar qılıb,

Әhli-ürfanı tacdar qılıb,

Fәlihaza әhaliyi-Şirvan

İşkol açmağa eylәyib bünyan.

Var xәbәr, etmәyirlә indi әmәl,

Başlayıb xәlq içindә cәngü cәdәl.

Gәr bu qism olsa heç deyil insaf,

Kişi öz vәdәsindә etsә xilaf.

Nә sәbәbdir bu şurü qovqayә,

Әhl düşmüşlә fikri-bicayә.

Bu, mәsәldir ki, "bid bar vermәz",

"Şurәzar olsa yer, sәmәr vermәz".

Hәr kәsi gәlsә belә göftarә,

Qalacaqdır cahanda avarә.

Nәdir elmi-zәbani-rusiyyә,

Ya ki, elmi-әruzi-fәrsiyyә?

Mali-dünya verib o şәxsә fәrib,

Aparıb ondan ixtiyari-şәkib.

Düşdü başa nәsihәtin şuru,

Pәnd eşit, ey iki gözüm nuru!

Qıymayıb dövlәtini saxlarsan,

Ehtiyacın olanda anlarsan.

Qәdrini elmin, ey xücәstәxisal,

Nә imiş alәm içrә fәhmü kәmal?

Bir-birә şövq ilәn qılın imdad,

Götürülsün bu vәrtәdәn әfsad.

Öylә kim ol dәliri-fәrzanә

Nisbәti vardı şahi-mәrdanә,

Şüәranın әmiri, sultanı,

Mәrifәt tәxtinin Süleymanı,

Hacı Seyyid Әzim-arifi-hәq,

Elmü zöhdündә yoxdu söz mütlәq.

Cümlә elmü fünuna mahirdir,

Özü fazil, qәribә şairdir.

Tutiyi-tәbi eylәmiş ahәng,

Әhli-әfsadә әrzi eylәyә tәng.

Hәqqi var, hәqqi var ki, mövladır,

Yaxşıya bәd buyursa, övladır.

İstәmәz ol cәnabi barütbәt

Dalı düşsün bu qövmi-xoştinәt.

Sizlәrin miknәtü vüqarız var,

Vәli minbәd ixtiyarız var,

Ey Hәsәn bәy, әdibi-mәrdanә,

Olma mәşğul qövmi-nadanә!

Aldadıb çoxları hәvavü hәvәs,

Gülün әtrini anlamaz kәrkәs.

Var bizim şәhrimizdә dә neçәsi,

Dövlәti, öz yanında dәbdәbәsi.

Hali-mәxluqә eybü bәdcudur,

Görsә suyu, deyәr ki, bu, sudur.

Lәzzәti-әklü şürbi-dünyani

Nә bilir vәhşiyi-biyabani?

Dağılıb babi-elmi-hikmәtdәn,

Müxbir et onları tәriqәtdәn.

Mәrifәtli cahanda adәmdir,

Mәrifәt bulmayan nә adәmdir?

Şikvә qılsam yetişmәz itmamә,

İrәvandan yazıldı bu namә.

Xәlqdәn mәn dә gәlmişәm dadә,

Yәni Seyyid Rza Әmirzadә.

 

Müfti әfәndinin "Mәcmuә"sindә Hacı Seyid Rzanın әşarından bir neçә müxәmmәs, müstәzad, tәrkibbәnd vә tәrcibәndlәr yazılıbdır. Aşağıda zikr olunan müsәbbә tәrcibәndi haman mәcmuәdәn götürmüşük:

 

Dilbәra, gәl, gәl ki, әyyami-baharın vaxtıdır,

Damәni-sәhradә seyri-lalәzarın vaxtıdır,

Mövsümi-gülgәştü cami-zәrnigarın vaxtıdır,

Sәn kimi fәrxündә zati-gülüzarın vaxtıdır,

Dövri-ruxsarında zülfi-tabdarın vaxtıdır,

Lütf ilә can almağa çeşmi-xumarın vaxtıdır,

Görmәyә ruxsarını bu dilfikarın vaxtıdır.

 

Sızlaram şamü sәhәr hicrindә daim misli-ney,

Şahidi-halımdürür alәmdә mütlәq külli-şey,

Zövqi-könlümdür tәmәnnayi-lәbindәn "mim"ü "yey",

Qaşların manәndi-bismillah içindә ikki "rey",

Olmuşam dәrdü qәmi-hicrinlә hәmağuşi-"hey",

Çәkmә gәl xaki-mәzәllәt içrә munca qәhri-dey,

Dilbәra, gәl, gәl ki, әyyami-baharın vaxtıdır.

 

Rahzәnlik etdi çox eşqindә ov baş fәlәk,

Görmәdi sahir sәnin tәk çeşm, nә qaş fәlәk,

Gözlәrindәn paybusunçun töküb yaş fәlәk,

Çәkmәdi xәttin kimi bir xamә nәqqaş fәlәk,

Nәşә vermәz badә tәk tiryaki-xәşxaşi-fәlәk,

Döşәmiş işrәt büsatın türfә fәrraş fәlәk,

Damәni-sәhradә seyri-lalәzarın vaxtıdır.

 

Әndәlibasa gülüstan üzrә çәngü cuş edәk,

Novәrusi-şahidi-mәnanı hәmağuş edәk,

Mәrifәtdәn neçә әlfazi-qәribә guş edәk,

Can damağın badeyi-gülrәng ilә mәdhuş edәk,

Könlümüzü saqiyi-rәnayә duşaduş edәk,

Sağәrü peymanәni bәzm içrә nuşanuş edәk,

Mövsümi-gülgәştü cami-zәrnigarın vaxtıdır.

 

Mәnzәri-xurşidü xavәr mәh cәmalın görmәyә,

Qönçeyi-baği-İrәm şol rәngi-alın görmәyә,

Tutiyi-can hәr zaman şirin mәqalın görmәyә,

Tubiyü әrәr qiyami-novnihalın görmәyә,

Arizumәnd ol könül eydi-vüsalın görmәyә,

Nola bir әzm eylәsә bu xakmalın görmәyә,

Dilbәri-fәrxündәzati-gülüzarın vaxtıdır.

 

Sübhdәm bazari-hüsnün gör nә rәngin eylәmiş,

Guşeyi-әbrulәrin xәtt ilә tәzyin eylәmiş,

Lәli kövhәrbarın ol Fәrhadә Şirin eylәmiş,

Aşiqi-şeydani ellәrdә süxәnçin eylәmiş,

Lütfünü eşq әhlinә qayәtdә sәngin eylәmiş,

Türrәsin badi-sәba dәst ilә çin-çin eylәmiş,

Dövri-ruxsarında zülfi-tabdarın vaxtıdır.

 

Munca kim, eşqi yolunda etdim anı cüstücu,

Üzdü övqati-qәrarım dәşti-qәmdә rah bu,

Demәdim ol zülfi-müşkәfşanә halım mubәmu,

Rәşhei lәli-lәbindәn könlüm eylәr arizu,

Xәsmi-can etmiş cigәrdәn ikki xunxar әdu,

Әylәşib bu macәradә bir-birilә rubәru,

Lütf ilә can almağa çeşmi-xumarın vaxtıdır.

 

Ey Riza, aşiq deyil, kim eylәsә namusü nәng,

Eylәmәz eşq әjdәr ilәn mütlәqa aşubü cәng,

İçmәyәn cami-әlәstdәn key olur mәst pәlәng,

Hanı mәhrulәr içindә sәn kimi bir şuxü şәng,

Arizindәn gül xәcil, hәm lәblәrindәn qönçә tәng,

Kәsmә gәl, payi-mәhәbbәt, başın üçün etmә lәng,

Görmәyә ruxsarını bu dilfikarın vaxtıdır.

 

Mәrhumun bundan savayı yenә çox gözәl vә şirin kәlamları vardır. Leyk cümlәsini yazmağa ehtiyac yoxdur. Hacı Seyid Rza vәfat edibdir İrәvan şәhәrindә hicrәtin 1322-ci[1] ilindә. Ömrü tәxminәn altmış ilә çatmışdı.

 

[1] 1906.

 

Tarixi-vәfatını mәzar daşı üstә hәkk etmәk üçün әhibbalarından Mirzә Abbas "Zari" tәxәllüs bu qitәni inşad etmişdir:

 

Fәxre-әşrafe-zәman Seyyid Reza Saber ke, bud,

Haviye-fәnne-bәlağәt, mәcmәe-fәzlo kәmal.

Әz cәhan yeksәr beqolzare-cenan kәrd ertehal,

Şerәş әz bәs bod hәlavәtbәxşe-kame-arefan,

Gәşt tarixe-vәfatәş "şaere-şirinmәqal"[2].

 

[2] Tәrcumәsi:

Dövrün әsilzadәlәrinin fәxri Seyid Rza Sabir idi.

[Onun vücudu] bәlağәt elmini әhatә edәn, ağıl vә kamalın

                                                 toplanan yeri idi.

Dünyadan birbaşa cәnnәt bağına köçdü,

Şeri ariflәrә çox xoş gәldiyindәn

Onun vәfatı tarixi "şairi-şirinmәqal" oldu.