İSMAYIL BӘY "NAKAM"
Nuxa şairlәrinin әn mәşhuru
vә müqtәdiri İsmayıl bәy Nakamdır.
İsmayıl bәyin atası mәrhum Hacı
Mәhәmmәd bәydir. Mәşhur Haçı
Sәdrәddin bәyin nәslindәn olmağa
görә, familiyası Sәdrәddinbәyovdur.
İsmayıl bәy Nakam tarixi-hicriyyәnin 1257-ci[1]
sәnәsindә tәvәllüd edibdir. Mәrhum
qırx yaşına qәdәr dövlәtli vә
әmlak sahibi--mülkәdar olub
mürәffәhül-hal güzәran edirmiş vә
lakin qırx yaşından sonra dövlәtü
әmlakı getdikcә әlindәn çıxıb,
mәişәti genişlikdәn darlığa--yüsrәtdәn
üsrәtә mübәddәd olubdur vә
axiri-ömrünü әlindә baqi qalan bir para xırda
mülkdәn gәlәn cüzi mәdaxil ilә
keçirәrmiş.
[1] 1841.
Mәrhum İsmayıl yaxşı mәlumat
sahibi olub, ürәfamәslәk, xoşxülq vә
xoşrәftar bir vücud idi. Tamami-Şәki mahalında
әvvәlinci şair hesab olunur. Әsәrlәrindәn
üç böyük divanı vardır ki, onlardan biri
"Gәnci-әdәb" namilә mәşhur
vә otuz bir mәqalәdәn ibarәt bir kitabdır.
Nakamın әlimizә düşәn
әsәrlәrindәn görünür ki, onun çox
açıq vә rәvan tәbi varmış. Onlardan bir
neçәsi burada nümunә üçün zikr olunur.
Qәzәliyyat:
Keçindin alәmi-heyrәtdә, ey dil,
Keçirdin ömrünü
qәflәtdә, ey dil!
Görüb bu alәmi-adәmfәribi
Unutdun әhdi bir röyәtdә, ey dil!
Fәraqәt hasil et, tәrki-sәva
qıl,
Yetәr ah etdiyin möhnәtdә, ey dil!
İrişdi aşiqan yeksәr vüsalә,
Hәmin sәnsәn qalan firqәtdә,
ey dil!
Mücәrrәd ol, mücәrrәd ol
da, gör dә
Nәlәr var
guşeyi-vәhdәtdә, ey dil!
Hәzaran dәrdi-ruhazar çәkdin,
Yenә töhmәtdәsәn,
töhmәtdә, ey dil!
Olub nakamә dil Nakam oldun,
Yaxıldın
atәşi-hәsrәtdә, ey dil!
Әyzәn qәzәli-Nakam:
Fәğan ki, günhi-qәmi-can
bilinmәdi, qaldı,
Tәvәqqeyi-dili-nalan bilinmәdi,
qaldı.
Simati-dәhrdә hәr kәs nәsibini
buldu,
Nәsibi-zümreyi-rindan bilinmәdi,
qaldı.
Cәfayi-firqәti-canan bilindi muybәmu,
Sәfayi-vәsl kәmakan bilinmәdi,
qaldı.
Cahanda hәr mәrәzә bir әlac
olub peyda,
Fәraq dәrdinә dәrman
bilinmәdi, qaldı.
Kitabi-eşqdә dәrki-üqul әcz
bulub.
Hәzar nükteyi-pünhan bilinmәdi,
qaldı.
Bilindi qisseyi-alәm sәbahi-hәşr
oldu,
Hekayәti-şәbi-hicran bilinmәdi,
qaldı.
Kimin әsiri, kimin namuradiyәm, Nakam,
Nәdir bu etdiyim әfğan bilinmәdi,
qaldı.
Bu qәzәldә bir para iradlarımız
var ki, onları aşkar etmәyә mәcburuq.
Әvvәlinci beytdә "günhi-qәmi-can"
ğәrib әlfazlardan olmağa görә, qulağa
ağır gәlir vә mәnası dәxi bir az
çәtin anlaşılır. "Günhi-qәmi-can"
yәni nә? Qәmin dә künhü olarmı?
Qәm, qüssә, hüzn, әlәm vә
hәmçinin fәrәh vә şadlıq ruha
mәxsus olan halәtlәrdir ki, bәzi zahiri
illәtlәr onların ruhda vә qәlbdә vüqua
gәlmәsinә sәbәb olur vә bu
halәtlәrin altı, üstü, künhü vә
әsli cüzi vә külliyyәsi olmaz. Bu
halәtlәr çәkiyә vә
ölçüyә gәlәn şeylәr deyil. Ona
görә "künhi-qәm" demәsi dәxi
dürüst deyil. "Can" sözü dәxi
artıqdır vә öz yerindә istemal
olunmayıbdır. Çünki mәlumdur ki, qәm ancaq
canda, ürәkdә olur, özgә bir üzvdә,
mәsәlәn, başda, әldә vә ayaqda onun
olması qeyri-mümkündür. Belә olan surәtdә
onun tәkrarı әbәsdir vә habelә
әvvәlinci beytin ikinci misraında (Tәvәqqeyi-dili-nalan
bilinmәdi, qaldı....) "tәvәqqeyi-dil"
sözlәri әdәbiyyatda az işlәnәn vә
bәlkә işlәnmәyәn sözlәrdir.
"Tәvәqqe"nin әvәzinә
"arizuyi-dil", "tәmәnnayi-dil",
"hali-dil" kimi kәlmәlәrdәn birisi
qoyulsaydı, şerdә eyib olmazdı.
Mәnayi-kәlamı vәznü qafiyәyә qurban
etmәk dürüst deyil.
Nakamın Füzuli
әleyhirrәhmәyә yazdığı
nәzirә onun dilpәzir vә mәrğub
kәlamlarından birisidir:
Kuyi-nigarә duş gedib eylәdim büka,
Guş eylәyib fәğanımı ol
türki-dilrüba,
Dәrdimi bildi, heyrәtimi gördü
cabәca,
Rәhm etdi halıma dedi:--Ey
әrseyi-bәla,
Kim eylәmiş bu dәrdә sәni
mübtәla? Dedim:
--Mәn bilmәm özgә,
aşiqi-heyranınam sәnin.
Ol sәrvqәd eylәr ikәn
gәşt gülşәni,
Fәrş olmuş idi mәqdәminә
aşiqan tәni,
Xak üzrә sayәvar görüb
nagәhan mәni,
Xәm qәddimә baxıb dedi:--Ey
piri-münhәni,
Qәddi-xәmin bu gunә nәdәndir
düta? Dedim:
--Hәmmali-bari-möhnәti-hicranınam
sәnin.
Әfzun olub fәraq qәmi, sәbr olub
mәhal,
Canü tәnimi axır edib
fәdyeyi-vüsal,
Getdim minayi-kuyinә, ol mahi-bizәval
Qeydi-bәladә gördü mәni,
eylәdi sual:
--Kimdir bu bәstә, kimә gәlibdir
fәda? Dedim:
--Kuyindә zәbih qıl mәni,
qurbanınam sәnin.
Dildә fәraq atәşi etdikcә
iştidad,
Dil eylәyib bükayә şәban-ruz
ictihad,
Çeşmim yeritdi alәm ara
әşki-xunzad,
Axır görüb bükamı dedi ol
pәrinijad:
--Vәchi nәdir bu rütbә
edәrsәn büka? Dedim:
--Dilrişi-nişi-navәki-müjkanınam
sәnin.
Şiddәt bulub könüldә
tәәşşüq әsәrlәri,
Çevrәmdә huyü hay ilә
әtfal lәşkәri,
Çәkdi hәrimi-yarә mәni
eşq rәhbәri,
Әhvalımı xәrab görüb dedi ol
pәri:
--Divanәsәn, nәsәn, nә olubdur
sәnә? Dedim:
--Mәftuni-çeşmi-sahiri-fәttanınam
sәnin.
Әfşan edib sәlasilin ol
şahi-şahidan,
Qıldı nәzarә
canibi-üşşaqә bir zaman,
Zәnciri-mәnәvidә mәni
gördü nagәhan,
Xәndan sual edib dedi:--Ey aşiqi-novan,
Söylә nәdir bu silsilәdә
macәra? Dedim:
--Dilbәsteyi-sәlasidi-әfşanınam
sәnin.
Oldum tәriqi-eşqdә Nakami-namdar,
Nakamlıqda alәm ara buldum iştihar,
Nakam olduğum olub axır yәqini-yar,
Bir gün edib hüzur dedi ol
mәlәküzar:
--Nakamsan nә vaxtdan, ey binәva? Dedim:
--Ta kamcuyi-vәslәti-pünhanınam
sәnin.
Nakamın Füzuliyә nәzirә olaraq
tәnzim qıldığı bu tәrcibәndi şairin
rütbeyi-kәlamını vә fünuni-şerdә
olan mәharәt vә qabiliyyәtini göstәrir. Bu
kәlamda elә fәrdlәr var ki, әn böyük
türk şairlәrinin kәlamından onları
ayırıb tәrcih vermәk mümkün deyil.
Mәsәlәn, şairin vәsf qıldığı
"türki-dilrüba" zülflәrin pәrişan
edib, üşşaqlara bir nәzәr yetirib vә
zәnciri-mәnәvidә şair[i] görüb,
tәbәssüm ilә onun әsiri-silsilә
olmağının macәrasını istifsar
qılmağı vә aşiqi-biçarәnin ona
cavabını elә zәrifanә
rişteyi-nәzmә çәkibdir ki, hәr
kәsә onun tәsiri zövqü fәrәh yetirir:
Әfşan edib sәlasilin ol
şahi-şahidan,
Qıldı nәzarә
canibi-üşşaqә bir zaman,
Zәnciri-mәnәvidә mәni
gördü nagәhan,
Xәndan sual edib dedi:--Ey aşiqi-novan,
Söylә nәdir bu silsilәdә
macәra? Dedim:
--Dilbәsteyi-sәlasili-әfşanınam
sәnin.
Bu müsәddәs-tәrcibәndin tamam
bәndü hissәlәri bir-birindәn mәqbul vә
müstәhsәndir. Nakamın İbrahim Hәqqi
hәzrәtlәrinin bir misraını
mütәzәmmin inşa qıldığı
tәrcibәnd dәxi
şayani-diqqәti-әhli-ürәfa vә
şüәra olduğundan burada eyni ilә tәhrir
olunur:
Ol dәmdә kim, әdәmdә
vücudim nihan idi,
Birәng idim, qәrargәhim binişan idi,
Şәnim şükuhi
qibtәgәhi-qüdsiyan idi,
Zülfi-nigar mürği-dilә aşiyan idi,
Baği-sәfadә bülbüli-can
nәğmәxan idi,
Cananә can, dilbәrә dil mehriban idi,
Vәslәtdә idi canü könül,
şadiman idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
Nә qifli-"nun"
güşayişinә "kaf" olub kilid,
Nә eylәmişdi alәmi-imkani
müstәfid,
Nә әql idi mükәllәf, nә
nәfs idi әnid,
Nә vәdә dilgüşa idi, nә
qәmfәza vәid,
Nә bimi-dilxәraş, nә
canbәxş idi ümid,
Adәm hәnuz abü gil içreydi
napәdid,
Mövcud cümlә
müntәziri-kunfәkan idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi
Dәrkar olub bu tarimi-niliyyi-nöhqübab,
Ta olmamışdı ünsüri-әcsam
feyzyab,
Әhdi-şәbab keçmәk
üçün ömr edib şitab,
Fövt olmayırdı dәbdәbeyi-mövsümi-şәbab,
Mülki-vücudi qılmağa seyri-fәna
xәrab,
Dövr etmәyirdi alәmi-heyәtdә
inqilab,
Mahiyyәti-vücudә qәdr pasiban idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
Nә intizam bulmuş idi nәzmi-kainat,
Nә olmuş idi zatә әta kisveyi-sifat,
Nә gәlmiş idi zahirә
eyni-tәәyyünat,
Nә kambәxş vәsl idi abayә
ümmәhat,
Nә kәşf idi
nükati-müәmmayi-hadisat,
Nә әql idi
mәşvәşi-rәmzi-tәәllüqat,
Nә dil sәqimi-keşmәkeşi-inü
an idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
Xoş ol zaman ki, aşiqi-gümnam idi könül,
Varәsteyi-tәәllüqi-övham idi
könül,
Dәrbәndi-çini-zülfi-siyәhfam
idi könül,
Gәh saqi, gәh şәrab, gәhi cam
idi könül,
Pәrvәrdeyi-sükun idi, aram idi
könül,
Bәzmi-vüsali-yardә nakam idi
könül,
Peyvәstә sәbzü
xürrәmü kamran idi.
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
Ta gәlmәmişdi
mövsümi-hәngameyi-әlәst,
Zәrrat idi müәzzәzü
mәsudü hәqpәrәst,
Sәngi-qürur şişeyi-әhdi
qılıb şikәst,
Qәdri-bülәndruh hәnuz
olmamışdı pәst,
Damani-vәsli-şahidi-mәna idi
bәdәst,
Qılmışdı canı
şәrbәti-didari-yar mәst,
Gәrm idi bәzm, sağәri-mey dәr
miyan idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
İrdi zamani-zillәti-hicran ehtiqar,
Tәrkib olundu qeydimә bu ünsüri hisar,
Bu mәhbәsi-küdurәtә
naçar edib güzar,
Nakam gәldim alәmi-nasutә xarü zar,
Getdi әlimdәn axır o rifәt, o
etibar--
Kim, bulmuş idim әrseyi-lahutdә
qәrar,
Bir adәm idim onda mәqamım cinan idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
Bu tәrcibәnddә Nakam xilqәtdәn
müqәddәm әdәm alәmini vә vücudun
haman alәmdә nihanü birәngü binişan
olmaqlarını dәrxatir edib, cümleyi-mövcudatın
hökmi-qadiri-әzәli "kunfәyәkun"ә
müntәzir olmaq dәmlәrini vә zamanını
arzu elәyir.
Ol zamanü dәmlәrdә vücudun
rütbәsi artıq idi, şәnü şükuhu
qibtәgeyi-qüdsiyan idi. Zülfi-nigarda könül quşu
aşiyan tutub baği-sәfadә bülbüli-can xoş
nәğmәlәr oxuyub, vәslindә könül
şadiman idi. Ol dәmlәrdә ki, alәmi-imkan
hәnuz xәyallardan uzaq idi, nә ağıl
mükәllәf olmuşdu vә nә dә nәfs
әnidvar idi, nә vәdә dilgüşa idi, vә
nә vәidin qәmi çәkilirdi. Nә qorxu var idi
vә nә ümidi-hәyatbәxş ilә
könül şad olurdu. Ol zamanda vücudi-adәm abü gil
içrә napәdid idi vә ol vücuda qәdәr
özü pasiban olub, dövri-fәlәk onu fәna seyli
ilә xәrab etmәyә mane olurdu.
Ol zamanda intizami-alәm bir qayda tәhtinә
girmәmişdi, zatә kisveyi-sifat әta
olunmamışdı, aba ilә ümmәhat
vәsldәn kamyab olmamışdı, müәmmayi-hadisat
kәşf olunmamışdı, vücudi-insan
nәfsi-әmmarә әlindә әsirü
sәrgәrdan deyildi, azadә idi.
Hәngameyi-ruzi-әlәstdәn hәnuz bir
xәbәr yox idi, mәğrur, mәsud,
hәqpәrәst olan ancaq zәrrat idi, sәngi-qürur
dәxi şişeyi-әhdin şikәst etmәmişdi
vә ruhi-insan bәzi tәәllüqat ilә
pabәst olmayıb keşmәkeşi-dünyadan vә
әnvayi-qeydlәrdәn azadә, bülәnd
mәqamda pәrvaz edirdi. Hal bu üzrә ikәn
zillәt vә aşüftәlik zamanı irişdi
vә vücudi-insanı qeyd etmәk üçün min
cürә riştәlәr vә zәncirlәr tәrkib
olundu vә şair Nakam dәxi alәmi-nasutә xarü
zar gәlib, küdurәt mәhbәsindә әsir
vә müqәyyәd oldu. Әrseyi-lahutda bulduğu
rifәt vә etibarı itirib mәyus qaldı. Necә ki,
şair zәbani-tәәssüflә deyir:
İrdi zәmani-zillәti-hicran ehtiqar,
Tәrkib olundu qeydimә bu ünsuri-hisar....
Bu mәhbәsi-küdurәtә
naçar edib güzar,
Nakam gәldim alәmi-nasutә xaru zar,
Getdi әlimdәn axır o rifәt, o
etibar--
Kim, bulmuş idim әrseyi-lahutdә
qәrar,
Bir adәm idim, onda mәqamım cinan idi,
Dәmlәr o dәmlәr idi, zaman ol zaman
idi.
Molla Mәhәmmәd Bağdadi Füzuli
dәxi bu mәtlәb üstündә xeyli gözәl
mәnalar kәlami-bәlağәtsәnci ilә
rişteyi-nәzmә çәkib nәticeyi-kәlamda
bu beyti demişdir:
Әlqissә, vücud dami-qәmdir,
Azadәlәrin yeri әdәmdir.
İbrahim Hәqqinin bu
tәrcibәndinә nәzirә olaraq mәrhum Hacı
Seyid Әzim Şirvani vә qarabağlı
Mәşhәdi Әyyub Baki vә nuxalı Rәşid
bәy Әfәndizadә Şaki "Molla
Nәsrәddin" jurnalının ikinci
nömrәsindә hәr birisi mәxsus birәr
tәrkibbәndlәr yazıbdırlar.
Hacı Seyid Әzim ilә
Mәşhәdi Әyyub Baki tәsnif
qıldıqları kәlam әyyami-şәbablarında
dilbәri-dilpәzirin vәsli ilә kamran olduqları dәmlәri
vә zamanlarını xәyala gәtirib, o xoş
vaxtları hәsrәt ilә arzu edirlәr. Cәnab
Şaki әsri-sәadәti-nәbәvini vә
zamani-xülәfayi-raşidini hәsrәtlә
dәrxatir edib, müsәlmanların o parlaq vaxtları
ilә indiki pәrişan hallarını tutuşdurub,
öz hüznü mәlalını izhar qılır vә
müsәlmanların o keçmiş pürsütuh vә
pürşükuh dәmlәrini arzu elәyir. Molla
Nәsrәddin isә mollaların dilindәn
söylәyib, keçmişdә onlara nә
hörmәt vә nә izzәt edirdilәr vә onların
nüfuzu vә ixtiyarı nә dәrәcәdә
ali olduğunu izhar edib, indi o ixtiyaratın fövt
olmağını vә mollaların hörmәtdәn
düşmәyini dәrxatir edib hәsrәt
çәkirlәr vә keçmiş zamanı ahü
zar ilә yad edirlәr.
Nakam öz günah vә tәqsiratına
müqirr olub, rәhim vә mehriban olan haqq-taaladan
mәğfirәt dilәyir vә onun
rәsuli-әkrәmini vә xülәfayi-raşidini
vә on iki imamları zәbani-fәsahәtnişanı
ilә yad edib, hәr birindәn ruzi-cәzada kömәk
istәyir. Nakamın bu qәsidәsi sair kәlamları
kimi әn abdar әsәrlәrindәn birisidir:
Mәnәm әgәrçi o
tәrdamәni-siyәhkirdar--
Ki, ruzü şәb әmәlimdir
xәtayi-nahәmvar,
Vәli
yeganәgiyi-xaliqi-rәvanbәxşә
Dәmi-әlәstdә bissidq
etmişәm iqrar--
Ki, eybpuş, günәhbәxşdir,
qәfurdur o,
Odur hәlimü sәburü şәkur,
odur sәttar.
Odur rәhimü qәfurü rәufü
heyyü vәdud,
Qәdimü qadirü qәyyumü vahidü
qәffar.
Bir ismi-әzәmi allahdır, biri rәhman,
Bu iki ismdә min nükteyi-bәşarәt
var.
Digәr risalәtini
xatәmün-nәbiyyinin
Ki, ruzi-hәşrә odur hәm
şәfiü hәm salar.
Edib zәban ilә iqrar, qәlb ilә
tәsdiq,
Kәminә ümmәt olub, olmuşam
sәdaqәtkar.
Hәbibi-xaliqi-rәhman nәticeyi-lövlak,
Rәhimi-rәhmәti-alәm,
Mәhәmmәdi-muxtar--
Ki, cümlә
ümmәti-müzniblәrin şәfaәt edib,
Alıb behiştә gәtirmәk deyil ona
düşvar.
Digәr mәvәddәti-qürәba,
mәhәbbәti-әshab
Sәdaqәti-şürәfa, hәm
iradәti-әnsar.
Dilimdә sabit olub, dәmbәdәm
tәzayüd edib
Bәsani-ruh bulubdur, rüsux olub padar.
Әlәlxüsus o yarani-bivәfanın
kim,
Biri cәnab Әbubәkrdir, o
sidqşüar.
Tәriqi-dindә hәqqin rizasini
gözәdüb,
Cәmii-mamәlәkin bәzl
qıldı, etdi nisar.
Hәbibi-әkrәmü әfxәm
yolunda ğar içrә
Tәni-әzizini qıldı
fәdayi-niştәri-mar.
Biri dә hәzrәti-Faruqdur ki, ol
sәrvәr
Cahanda qıldı әdalәt nә
olduğun izhar.
Ucaltdı çar cәhәtdә
livayi-islami,
Olub da rövnәqi-şәrә
şüyu, dinә mәdar.
Götürdü küfrü cahanda, cahanı
pak etdi,
Sipahi-nüsrәtәsәr sövq edib
diyar-diyar.
Biri dә hәzrәti-Osman cәnabi-Zünnureyn--
Kodur rüsumi-vәfada sәramәdi-ibrar.
Hesab olursa әgәr әhdinin
fütuhatı,
Dehatü şәhrü qәraya olur
hәzar-hәzar.
Hәyavü helm idi ol pakizәdә xas
ancaq--
Ki, baxmaz idi sәmayә, edib hәyadәn
ar.
Biri dәxi şәhi-Düldül-sәvar
Әlidir kim,
Bir adıdır Әsәdullah, digәri
Kәrrar.
Mәhi-sipәhri-imamәt,
düri-künuzi-vәfa,
Kilidi-gәnci-әmanәt,
xәzineyi-әsrar.
İmami-cinnü bәşәr,
şahi-övliyadır o,
Müridi-müxlisidir cümlә
övliyayi-kübar.
Deyil o kimsәdә kim, hübbi-Mürtәza
mövcud,
İki cahanda o bәdbәxtdir
sәzayi-tәbar.
Digәr
zәbaneyi-hübbi-әimmeyi-mәsum
Dilimdә dağ yaxıb eylәmiş
şәqayiq var.
Dilim bu atәşi-hübb içrә
dәmbәdәm yaxılıb,
Bu kimya ilә olmuş künun tamam әyyar.
Bәli, o kәsdә ki, vardır vidadi-ali-nәbi,
Halaldır ona cәnnәt, haramdır ona nar.
Bәli, o dildә ki, vardır
mәhәbbәti-sibteyn,
Sәadәti-әzәlidir o hübb, ol
asar.
İnayәt eylә mәdәd, ya Әli
ki, bari-günәh,
Qılıb xәmidә mәni alәm
içrә etmiş xar.
Gözüm piyalәsi dönmüş
piyaleyi-zәhrә,
Olub qәmi-Hәsәni-Müctәbadәn
atәşbar.
Necә anıb lәbi-xüşkün
Hüseyni-mәzlumun,
Yaxılmasın cigәrim nari-qәmdә
leylü nahar.
Çıxarmı xatiri-ümmәtdәn ol
cәfayi-әlim,
Olarmı hiç fәramuş o
cövri-dilazar--
Ki, Kәrbәladә
Hüseyni-şәhidә eylәdilәr
Fәdaiyani-şәqavәt
müaşiri-füccar.
İmami-çarüm Zeynәlibad
eşqindәn
Edib fәğan, oluram ta sәhәr
sitarәşümar.
Dilimdә
qönçeyi-hübbi-Mәhәmmәdi-Bağır,
Olub şikiftә, edibdir vücudumu gülzar.
Bu buyi-hübb ilә xaki-mәzarım
әlyәqdir,
Olursa qibtәgәhi-nafeyi-qәzali-tatar.
Әcәb deyil
әsәri-hübbi-Cәfәri-Sadiq
Mәni edәrsә güli-tazә tәk
şüküftәüzar.
Tәriqi-eşqinә Musayi-Kazimin, billah,
Sәzadır olsa dilü canım әr
fәda sәdbar,
Bәrati-hübbi-Әliyyür-Rizayi
canımda
Nicati-ruzi-cәzadәn çox
etmişәm әzxar.
Müjә sәfindәn әlә abnus
әsa almış,
Tәvafi-rövzәsi şövq ilә
mәrdümül-әbsar.
Xәyali-nәti-Mәhәmmәd
Tәqilәdir könlüm,
Dürudxani-Mәhәmmәd vә
itrәti-әthar.
Sәfayi-eşqi-cәmali-Nәqilә
bulmuşdur
Bu ünsüri-qәfәs içrә
hümayi-ruh qәrar.
Bu ol Әliyyi-Nәqidir ki, xәsmü
münkirini
Sәnii-xamә olan nәqşü şir
qıldı şikar.
Tәәşşüqi-Hәsәnül-Әskәri
[ilә] daim
Fәzayi-şövqdә könlüm
neyi-cünunә sәvar.
Yәli-mәhәbbәtidir
әrseyi-vücudimdә
Müdam әrbәdәkarü
hәmişә nizәgüzar.
Digәr Mәhәmmәd Mehdi, kodur[2]
imami-zaman,
[2] Ki odur--red.
Qüdumuna nigәrandır
әlәddәvam әnzar.
Yolunda vermәyә can qalmışam
füsuskönan,
Hәmarә didә bәrәh
bil-әşiyyә vәl ibkar.
Dәxili-lütfünüzәm, lütf
edin, ey ali-nәbi,
Nәzәrdәn eylәmәyin
hәşrdә mәni dә kәnar.
Sükut qıl dәxi, Nakam kim, açıb
sirrin
Ğәrib rәngdә qıldın
sәdaqәtin işar.
Bu bәzmi-eşqdә
qәmxaneyi-mәhәbbәtdәn
Bәhәr dәqiqә peyapey
bәhәr nәfs tәkrar.
Meyi-mәhәbbәti-ali-rәsuldәn,
ya rәb,
İnayәt eylә mәnә bir
piyaleyi-sәrşar.
Tәxmisi-qәzәli-Şeyx Sәdi
bәtәriqi-mülәmmә:
YUXUDA OLMAQ
Nәdir, ey dil, bu tәfazül, nәdir, ey
dil bu rüqud,
Hanı peymani-әlәstü hanı
әşrafi-ühud?
Sәrf qıl sәyini,
kәsbi-şәrәf et, olma künud,
"Şәrәfi-nәfs
bәcudәst, kәramәt bәsücud,
Hәr ki, in hәr dü nәdarәd,
әdәmәş beh zi vücud".
İrmәmiş
mәrhәleyi-әmniyәtә bir rәhrov,
Әdәmabadә gedәr
lәhzәdә min rәhrovi-nov,
İftixar etmә olursansa bәsani-xosrov,
"Ey ki, dәr nemәti-nazi, bәcahan
qürrә mәşov--
Ki, mәhalәst dәrin
mәrhәlә imkani-xülud".
Etmә qәm, olsa da idbarә
mübәddәl iqbal--
Ki, bu deyri-kürәnin cilvәsidir
zilli-zәval,
Dәymәz әnduhinә bu
qәmkәdә, bu dari-vәbal,
"Ey ki, dәr
şiddәti-fәqriyyü pәrişaniyi-hal,
Sәbr kön kin dü-sә, ruzi
bәsәr ayәd mәdud".
Peyrovi-xahiş olub az üçün az
eylә tәlaş,
Olma mәğrur olub aşüfteyi-alayiş
faş,
Naxüni-ücb ilә etmә dili-insafı
xәraş,
"Xaki-rahi ki, bәr u migüzәri sakin
baş--
Ki, üyunәstü cüfunәstü
xüdudәstü qüdud".
Budur ol
günbәdi-mәrdümköşi-viranәpәrәst,--
Ki, edib bәzmi-cahanda neçә peymanә
şikәst,
Eylәmişdir neçә eyvani-fәlәkrifәti
pәst,
"İn hәman
çeşmeyi-xurşidi-cahanәfruzәst--
Ki, hәmitaft bәr arәmgәhi-Adü
Sәmud".
Nә olub bihudә idbari-cahan ilә novan,
Nә baxıb cilveyi-iqbalına ol nazkönan,
Olma mәftuni-cahan olsa sәnin mülki-cahan,
"Xaki-Misri-tәrәbәngiz nә bini
ki, hәman,
Xaki-Misrәst vәli bәr
sәri-Fironü cünud".
Getmәmiş hiç cahandust cahandan
xürsәnd,
Әcәbәm kim, yenә alәmdir ona
xahişmәnd,
Ey xoşa kim ki, bu dünyada deyildir dilbәnd,
"Dünya an qәdr nәdarәd ki,
bәru rәşk bәrәnd,
Ey bәradәr ki, nә mәhsud
bemanәd, nә hәsud".
Hiteyi-rәnci-zәrurәtdә olub
müztәr әgәr,
Nari-üsrәtdә yaxılsa dilü
canım yeksәr,
Etmә hәr nakәsü
kәmhimmәtә izhari-kәdәr,
"Dәsti-hacәt çü bәri,
pişi-xudavәndi bәr--
Ki, kәrimәstü rәhimәstü,
ğәfurәstü vәdud".
Odur ancaq mәliki-zәlkәrәmü
zәlehsan,
Hadiyü münimü vәhhabü
rәufü rәhman,
Samii-nalişi-puşideyi-hacәtmәndan,
"Kәrәmәş namütәnahi,
niәmәş bipayan,
Hiç xahәndә әz in dәr
nәrәvәd bimәqsud".
Cilvә qıldıqca dәmadәm
niәmi suybәsu,
Eylәyib çeşmeyi-ixlasdә tәcdidi-vüzu,
Dәrgәhi-izzәtinә cümlә
qoyur әcz ilә ru,
"Әz sәra ta bә-Sürәyya
bәübudiyyәti-u,
Hәmә dәr zikrü münacatü
qiyamәndü qüud".
Ruzü şәb sabit olub
daireyi-әhddә, sәn
Hәqqә tәslim olub feyz bulub
taәtdәn,
Eylә nuri-şәrәfi-zatını
gün-gün rövşәn,
"Qiymәti-xudra bәmәnahiyyü
mәlahi mәşikәn,
Gәrәt iman dürüstәst
bәruzi-mövud".
Damәni-piri edib eşqdә, Nakam,
bәdәst,
Pәndi-canbәxşinә lәbbeyk dedin
ruzi-әlәst,
Olmamış sәn kimi bir
müxlisi-piranpәrәst,
"Pәndi-Sәdi ki,
kilidi-dәri-gәnci-sәdәst,
Nәtәvanәd ki, bәca avarәd illa
mәsud".
Nakamın hәr qisim kәlamları
vardır ki, cümlәsini burada tәhrir etmәk
mümkün deyil. Türk istilahında çox vaxtı bir
kәlmәyә qafiyә olaraq özgә bir
kәlmә dә qoşurlar ki, onun әsla mәzmunu
yoxdur. Mәsәlәn, "zad-mad", "şey-mey"
vә hakәza. Nakam belә cüft qafiyәli
xoşmәzmun bir qәzәl inşa edibdir ki, burada zikr
olunur:
Cami-sәfadә qalmayıb artıq
әsәr-mәsәr,
Mirati-dildә qәt-qәt olubdur
kәdәr-mәdәr.
Müşkülsә dә iqamәt
әgәr kuyi-yardә,
Mümkün deyil bu büqәdәn, ey dil,
sәfәr-mәfәr.
Tәzvirdir, fәribdir axır
nәticәsi,
Hәr bir kәlamın olsa mәali
әgәr-mәgәr.
Getmiş qәrar tәndә
Süleymani-ruhdәn
Yoxdur hәnuz hüdhüdi-dildәn
xәbәr-mәbәr.
Mәcnun kimi kәnar olub adabi-eşqdәn
Hәr Leylivәş cәmalına
qılmam nәzәr-mәzәr.
Mәn aşiqәm o şahidә kim,
çıxsa pәrdәdәn,
Nabud olur süehhrdә xur-mur,
qәmәr-mәmәr.
Nakam, yandın
atәşi-möhnәtdә, bәd әz in
Yaxmaz sәni cәhimü mәhimü
sәqәr-mәqәr.
Nakamın әn mövzun kәlamlarından
birisi dә sözün keyfiyyәt vә
mahiyyәtindә olan fәzilәtin keyfiyyәti bәyanındadır.
Nakam bu kәlamında vә hәmçinin
eşqi-mәcazi vә eşqi-hәqiqi babında inşad
qıldığı kәlamında Şeyx Nizami
әleyhirrәhmәyә tәqlidәn hәr
şeydәn artıq vә әfzәl olmasını
kәlami-gövhәrsәnci ilә nәzmә
çәkib deyir ki, xilqәtin sәbәbi
әmri-"kön" olduqda, hәr şeydәn
әvvәl vücuda gәlәn süxәn olubdur
vә alәmi-xilqәtdә hәr nә varsa,
cümlәsi "kön" әmri ilә vücuda
gәlibdir. Belә olan surәtdә cümlә
mәxluqat[ın] vücuda gәlmәsinә
sәbәb söz olubdur. Sözün meydanı o
qәdәr vüsәtlidir ki, onun sәrhәddi vә
әndazәsi tәsәvvürә gәlmәz.
Söz mәani bәhrinә Nuh vә cümlә
masәvaya ruhdur. Şairin öz sözü ilә
sözün fәzilәtini göstәrәlim:
Demә ki, bu, töhfeyi-şayan deyil,
Qabili-dәrgahi-kәriman deyil.
Olsa da hәr payәdә naçiz
әgәr,
Payi-mәlәxdәn ki, deyil
duntәr--
Kim, bu sәrapa süxәni-nәğzdir,
Cümlә sәva qişrdir, o,
mәğzdir.
Tәng deyildir süxәn әndazәsi,
Alәmi tutmuş süxәn avazәsi.
Bәhri-mәanidә süxәn Nuhdur,
Cümlә sәva cism, süxәn ruhdur.
Çıxmasını zahirә
gәnci-nihan
Qıldı iradә çü xudayi-cahan.
"Kaf" olub ol gәnci-nihandan burun,
Çıxdı hәm ol "kaf"
ilә birunә "nun".
Bu iki hәrf ilә süxәn saz olub,
Sövti-bilakeyf ilә avaz olub.
Xilqәtin oldu sәbәbi
әmri-"kәn",
Yәni әzәl gәldi vücudә
süxәn.
Alәmi-xilqәtdә nә kim, vardır,
Cümlә ol әmr ilә
pәdidardır.
Gövhәri-dәryayi-nihandır
süxәn,
Cövhәri-gәncineyi-candır
süxәn.
Feyzi-süxәndә qәm olur
müzmәhil,
Hasil olur cümleyi-mәqsudi-dil.
Alәmi-sürәtdә olub
cilvәgәr,
Olmaz әyan şahidi-mәna әgәr,
Qamәtini qılmasa mövzun süxәn,
Tәlәtini etmәsә gülgün
süxәn,
Dәhrdә dana ilә nadan haman
Fәsl olunub fәrqi olunmaq әyan,
Xaric olar hiyteyi-imkandәn,
Olmasa zahir süxәn insandәn.
Sahibi-fәzlә olunur etibar,
Fәzl süxәnlә olunub aşikar.
Kim, süxәn olmuşdur әyari-xirәd,
Bu süxәn ilә bilinir nikü bәd.
Ta süxәnin oldu vücudi әyan,
Qalmadı asari-şükuhi nihan.
Vüs bulub dәmbәdәm
әndazәsi,
Tutdu cahanı süxәn avazәsi.
Şәni-süxәn vәsfidir ondan
füzun,--
Kim, süxәni vәsf edә
әhli-fünun.
Olmasa gәr vәsf süxәnlә
süxәn,
Vәsf edә bilmәz süxәni
әhli-fәn.
Ta bәqiyam olsa süxәn vәsf
әgәr,
Aciz olur nüktәvәran
müxtәsәr.
Cümlә süxәn vәsfin
edәnlәr rәqәm,
Mötәrif olmuş buna kim, lacәrәm.
Bülbüli-gülzari-bәyandır
süxәn,
Qasidi-dil, peyki-rәvandır süxәn.
Olmasa alәmdә süxәndәn
mәdәd,
Mәsәlә puşidә qalıb ta
әbәd,
Alәm ara cümleyi-mafissüdur,
Gәnci-xәmuşandәn etmәz
zühur.
Ey süxәni-işvәgәrü
dilrüba,
Dil bulur ancaq sәnin ilә sәfa.
Nayil olan yoxsa da didarına,
Cümlә giriftardır asarına,
Oldu vücudunla cahan paydar,
Buldu rәvan tәndә sәninlә
qәrar.
Cümlә cәrahata verib iltiyam,
Cümlә ümuri sәn edәrsәn
tamam.
Rәbt olunubdur sәnә fәhmü
xirәd,
Fәrq sәninlә olunur nikü bәd.
Cümlә süxәnsәnclәr iqrar
edir,
Dәmbәdәm iqrarını tәkrar
edir--
Kim, bu cahan ta ki, pәdidardır,
Cümlәdә sәndәn bir
әsәr vardır.
Mәhfәzeyi-nitqdәsәn, ey
süxәn,
Bir göhәri-dilkәşü
çanbәxşsәn.
Sirri-zәmayir sәnә
peyvәstәdir,
Kәşfi-bәyani sәnә
vabәstәdir.
Qisseyi-nәşnidәni sәnsәn
bilәn,
Alәmi ol qissәdәn agah edәn.
Gәrçi cahanda köhәn
avazәsәn,
Zahir olan dәmdә vәli tazәsәn.
Tәxtdә sәn, tacdә xosrov da
sәn,
Köhnә dә sәnsәn,
köhәni-nov da sәn.
Köhnәliyin tazә qılır
canları,
Tazәliyin şiftә insanları.
Etmәyib artıq dәxi lafü gәzaf.
Eylәyib insaf, edirәm etiraf--
Kim, süxәnin nükteyi-әsrarını,
Cilvәsini, nәşeyi-asarını
Mәn edәmәm şәrh kәmahu
bәyan,
Şәrh qılıbdır onu pişiniyan.
Şeyx Nizami ki, süxәnsazdır,
Bülbüli-qüds ilә hәmavazdır,
O, süxәnin hәqqin әda
eylәmiş,
Әhsәni-vәch ilә bәyan
söylәmiş:
"Ma ke, nәzәr dәr soxәn
әfkәndeim,
Mordeye-uyim, bәdu zindeim,
Dәr loğәte-eşq soxәn cani-mast,
Ma soxәnim, in tәlәl eyvani-mast.
Gәr nә soxәn reşteye-can tafti,
Can sәri-in reştә koca yafti?
Pәrdeye-xәlvәt ço
bәrәndaxtәnd,
Celveyi-әvvәl bәsoxәn saxtәnd.
Sәdrneşintәr ze soxәn nist kәs,
Doulәte-in molk soxәnrast, bәs![3]"
[3] Parça Nizami Gәncәvinin
"Sirrlәr xәzinәsi" әsәrindәndir.
Tәrcümәsi:
Biz ki, sözә nәzәr
salmışıq,
Onunla ölü vә onunla diriyik.
Eşq lüğәtindә söz bizim
canımızdır,
Biz sözük, bu xәraba saray bizim
eyvanımızdır.
Sözdәn yuxarıda oturan bir kәs yoxdur,
Bu dünyanın hökmranlığı
sözündür, vәssәlam!
Madәri-kön doğmamış hәrgiz
hәnuz,
Hiç süxәn tәk
vәlәdi-dilfüruz.
Xızr sifәt hәm nov olan, hәm
köhәn,
Alәm ara mәhz süxәndir,
süxәn!
Çeşmeyi-nuşin ki, deyirlәr,
hәmin
Bil ki, haman çeşmә süxәndir,
yәqin!
Cümlә bina dәhrdә bәrbad olur,
Leyk binayi-süxәn abad olur.
Bax [ki], cahan var olalı dәmbәdәm
Qoydular onlar ki, cahana qәdәm,
Eylәdilәr bir süxәni yadigar,
Cümlә gedib, olmadılar payidar.
Bircә süxәndir ki, cahanda haman,
Heyәti-әslindә qalır cavidan.
Qeyri nә kim, dәhrdә mövcud olur,
Cümlәsi tәdric ilә nabud olur.
Hәr süxәni-nәğz ki, bieybdir,
Gövhәri-gәncineyi-lareybdir.
Vәh necә gәncinә ki,
gәnci-әta,
Sәrf olunur olsa әgәr daima.
Dәmbәdәm onda görünür
izdiyad,
Gövhәri fiqdan bulub olmaz kәsad.
Dürrlәri bәzl ilә әfzun olur,
Gövhәri-canbәxş ilә
mәşhun olur.
Yox ki, süxәn öylә
gülüstandır--
Kim, gülü hәr haldә
xәndandır.
Qönçәsi әşgiftә qalıb
hәr zaman,
Kargәr olmaz ona badi-xәzan.
Söylәmә artıq dәxi, Nakam,
sәn--
Kim, rәhi-göftardә sәn xamsәn.
Olma süxәn vәsfin edib şәrmsar,
Sәn süxәni qıl süxәnә
vagüzar.
Başqa nәva saz edib, avaz qıl,
Mәtlәbi şәrh etmәyә
ağaz qıl.
Nakamın bu dәrәcә süxәni
tәrif vә tövsif qılması bir kәsin
tәәccübünә gәlmәsin.
Hәqiqәtdә süxәn hәr qisim tәrifә
şayәstәdir. Cümlә süxәn
vәsfinә rәqәm vә onlar buna mötәrif
olmuş ki, bәyanati-gülşәnin
bülbüli-xoşnәğmәsi sözdür.
Sözsüz cümlә mәsәlәlәr vә
sirrlәr alәmdә ilәl-әbәd puşidә
qalardı vә insanın heyvanat vә nәbatat
qismindәn artıq bir fәrqi vә tәfavütü
olmazdı vә alәmdә cümleyi-mafissüvәr
olan gәnci-xәmuşandan zühur etmәzdi.
Bәs, nә vaxtdan ki, dünya
yaranıbdır, onda vüqua gәlәn
әlamәtlәrin cümlәsindә sözdәn bir
әsәr var. Mәhfәzeyi-nitqdә söz canbәxş
olan bir gövhәri-dilkәşdir vә
sәtri-zәmayir ona bağlı olub,
kәşfi-bәyanı ondan asılıdır.
İnsanın fikrindә yengi doğub tәşkil bulan
qissәlәri әn әvvәlcә bilәn vә
onları әlvan libas geydirib alәmә
göstәrәn sözdür vә nә qәdәr
ki, dünyada söz köhәnavazәdir, vәli yengi
doğduqda yenә tәrü tәzәdir vә Şeyx
Nizaminin dediyi haqdır ki, bizim hәyatü
mәmatımız söz varlığına vә yoxluğuna
vabәstәdir.
Hәr bir millәtin ruhani hәyat vә
sәadәti bağlıdır onun öz ana dilinә.
Necә ki, ana dili azadә dillәrdә caridir, o
millәt baqi qalacaqdır. Bir millәt nә qәdәr
zillәt vә üsrәtә düşsә dә,
nә qәdәr xar vә zәlil olub, ixtiyarını
itirsә dә, nә qәdәr aciz, zәif vә
mәğlub olsa da, fövt olmaz, itib batmaz,
bәşәrti ki, onun ana dili әlindәn alınmaya, o
dilә cәbr olunmaya, onun hürriyyәt vә
istiqlaliyyәtinә mümaniәt
göstәrilmәyә vә әluzunluq vә
qәlәbә olunmaya.
Cәnab İlminskinin ana dilinin
vasitәsilә Qazan, Orenburq, Ufa vә sair daxili
quberniyaların tatarlarını ruslaşdırmaq fikir vә
niyyәti, necә ki, axırda zahir olundu, nәticәsiz
qaldı.
Doğrudur, Qazan şәhәrindә
vә onun hәvalisindә tatarlardan bәzilәri
pravoslaviya dinini әlәzzahir qәbul elәdilәr
vә boyunlarına xaç asıb, zahirpәrәst
rusları aldadıb şadü xürrәm qıldılar
vә lakin bunu bilmәk gәrәkdir o müsәlmanlar
ki, dini dinara satıb, zünnara sitayiş
göstәrdilәr, onlar hәqiqi müsәlman
olmadıqları kimi hәqiqi rus da olmadılar vә
dinlәrini ancaq әğrazi-şәxsiyyәtlәrinә
vә dünya mәnfәәtinә satıb,
әbәdi mürtәd oldular vә
zahirpәrәstlәri böyük sәhvlәrә
düçar qıldılar.
Bizim müsәlmanlar İlminskini vә onun
müqәllidlәrini sevmәyib, lәn ilә
adlarını zikr edirlәr. Amma әksәri ol
cәnabın üsulundan bixәbәrdirlәr vә
belә güman edirlәr ki, İlminski bizim ana dilimizi
әlimizdәn almaq istәyir vә dilimizi alıb
istәyir bizi rus elәsin. Doğrudur, onun әsil
niyyәti tatarları rus elәmәkdir. Amma nә yolla?
Tatarların dillәrini әllәrindәn almaq ilәmi?
Yoxsa özgә bir tәriq ilәmi?
O istәyib ki, tatarları öz dillәrinin
vasitәsilә xristian elәsin vә onun böyük
sәhvi bu tәriqi tutmaqda olubdur ki, cümlә fikir
vә tәşәbbüsatları bisәmәr
qalıb hәdәr vә zaye olur.
İlminskinin fikri bu imiş ki, Rusiya
müsәlmanları öz dinlәrindәn
bixәbәrdir, ancaq onun zahiri әmәllәrini
әda edirlәr. Bixәbәr olmaqlarına sәbәb
budur ki, ehkami-şәriyyәlәri әrәb
dilindә yazılıbdır. O dili dәxi, әcnәbi
dil olmağa görә, nә özlәri başa
düşür vә nә mollaları. Belә
surәtdә şәriәtin ancaq zahiri ehkamlarına
әmәl olunur. Әsil din nәdәn ibarәt
olduğunu anlamırlar vә bir dә anlasalar da,
müsәlman dini elә bir mötәbәr vә
ruhpәrvәr din deyil ki, qәlbi-xәlayiq onunla
pәrvәriş tapıb, әmniyyәt vә
ülviyyәt kәsb elәsin.
Amma hәqiqi din hәzrәt İsanın
dinidir. Hәr gah müsәlmanlar ondan xәbәrdar
olsalar vә o dinin künhü mahiyyәtini vә
üsuli-әqayidini kamalınca düşünsәlәr
vә anlasalar, bişәkkü laşübhә onlar Mәsiha
dinini qәbul edәrlәr.
Bәs, lazım olan budur ki, İncili sadә
vә açıq türk dilinә tәrcümә edib,
tatarların arasında onun intişarına
sәrfi-himmәt elәmәk. Elә ki,
müsәlmanlar xristian dini ilә aşina olub, onu qәbul
etdilәr, onda, әlbәttә, rus da olacaqlar. Vә
lakin sadә türk dilindә yazılan İncil
müsәlmanlara xoş gәlmәdi. "Xoş
gәlmәdi" demәkdәn muradımız budur ki,
hәzrәt İsanın tәbiәti-bәşәrә
müğayir vә zidd olan ehkamı vә "troitsa"
mәsәlәsi, yәni allahın üç
sifәtdә olması ki, ibarәt ola müqәddәs
atadan, müqәddәs oğuldan vә
müqәddәs ruhdan, dolaşıq vә fәhmә
sığışmayan bir mәsәlә olduğu halda
hәqiqәt axtaranlar vә
hәqiqәtpәrәstlәr ki, ibarәt ola Rusiya
tatarlarından, belә dolaşıq vә ağıl
kәsmәyәn vә ruh qәbul etmәyәn dini
götürmәkdәn gәrdәnkәşan oldular.
Belә [ki], İlminskinin niyyәti nә
qәdәr fasid vә müzirr olmuş isә dә,
bizә artıq bir zәrәr yetirә bilmәdi, [....]
İlminskinin üsulu--yәni ana dilinin vasitәsilә
müsәlmanları xaçpәrәst elәmәk
onlara artıq bir fayda yetirmәdi. Layiqi-nifrәt vә
töhmәt ancaq onun niyyәtidir ki, müsәlmanları
lazım döndәrib xaçpәrәst elәmәk.
Bu dәxi bir İlminskinin fikir vә niyyәti olmayıb,
ümum mütәәssib ruslara müxtәs vә siyasi
dona girmiş böyük bir mәsәlә olmuşdu ki,
çoxları onun әncampәzir olmasına
sәrfi-himmәt edirdilәr.
Bu yolda ümum Qafqazın sabiqi maarif naziri
dәxi geridә qalmaq istәmәyib vә Peterburqun
diqqәtini cәlb etmәk istәyib, [....] bu barәdә
ilminskilәrә rәhmәt oxutdu.
Qafqazın sabiqi maarif mütәvәllisi
icad elәdiyi üsul bu oldu ki, Qafqazın müxtәlif
әqvamü tayfalarını ruslaşdırmaq
üçün özgә bir yol yoxdur, bәqeyr әz an
ki, bu müxtәlif әqvamü milәlin ana dilini
әlindәn almaq vә onlara qadağan elәmәk
[....]. Bu әmri mәktәblәrin vasitәsilә icra
etmәk eyni-sәlah göründü vә levitskilәr
meydana gәlib, tәzә "lal üsulu" namında
kitabçalar tәrtib olunub, onların gücü ilә
ana dili mәktәblәrdәn qovuldu. Vә ana dilinin
başına gәlәn bu qәdәr zülmlәrin
vә hürriyyәtә vurulan bu qәdәr
ağır toxmaqların nәticәsi bu oldu ki, cәmi Rus
mәmlәkәtini iğtişaş vә inqilab
әhatә elәdi.
İmperaturi-әfxәm Nikolayi-saninin 1905-ci
tarixdә oktyabrın 17-dә hürriyyәtә dair
verdiyi fәrmani-humayun dәxi haman inqilabı yatızdırmaqda
aciz qaldı.
İsmayıl bәy Nakam sözün
şәnindә bu qәdәr gözәl
söylәdikdәn sonra yenә süxәni tәrif
etmәkdә özünü xamlar cәrgәsinә
qoşub, süxәnin vәsfini süxәnә
vagüzar edir vә başqa bir mәtlәbә
şüru etmәklә onun vәsfü tәrifә
sığışmayan fәzilәtini göstәrir:
Olma süxәn vәsfin edib şәrmsar,
Sәn süxәni qıl süxәnә
vagüzar.
Başqa nәva saz qılıb, avaz qıl,
Mәtlәbi şәrh etmәyә
ağaz qıl.
"Başqa nәva"dan murad tәzә
bir qissәvü hekayәtdir ki, şair onun inşasına
iqdam edib, mәlum deyil ki, onu başa gәtiribdir, ya yox. Haman
qissә bir neçә hissә vә
mәqalәdәn ibarәt olduğu ondan mәlumdur ki,
onun әvvәlinci mәqalәsi şairin
rәqәmi-gövhәrrizindәn bәhmә
gәlibdir vә әvvәlinci hissә vә ya bab bu
sәrlövhә ilә tәhrir olunubdur:
"Әvvәlinci mәqalә eşqi-mәcazi vә
eşqi-hәqiqi tәsirdә yeksan, onun axırı
xüsran, bunun aqibәti qüfran olmağı
bәyanındadır". Bu mәqalәni öz
qәlbinә xitabәn bu sayaq başlayır:
Ey dil, edib tәrki-sәva, zindә ol,
Aşiq olub zindәvü payәndә ol!
Zaye edib vәqtini qәflәtdә
sәn,
Qoyma mәni әrseyi-töhmәtdә
sәn!
Keç bu hәvadәn, yetәr
eşqi-mәcaz,
Tifl sifәt olma dәxi xakbaz.
Vәhdәtә tәhvil qılıb
kәsrәti,
Kәsrәt içindә bula gör
vәhdәti.
Alәmin amizişi ülfәtlәdir,
Ülfәti-alәm dә
mәhәbbәtlәdir.
Olmasa alәmdә mәhәbbәt
әgәr,
Cümleyi-mövcuddәn olmaz әsәr.
Alәmi-әsrardәki karü bar,
Meylü mәhәbbәtlә olur
aşikar.
Şamü sәhәr qәlbdә
dövran edәn
Bülbülü nalan, gülü xәndan
edәn,
Meylü mәhәbbәt, biri dә
eşqdir,
Lәfzi müqayirsә dә, bir
mәşqdir.
Cazibeyi-meyl ilә hәm zәrrәlәr
Pişgәhi-mehrdәdir cilvәgәr.
Hübbün әzәl payәsidir meyl
bәs,
Dildә olur meyl ilә peyda hәvәs.
Qüvvәsi meylin ki, nәhayәt bulur,
Meyl dönüb onda mәhәbbәt olur.
Dildә әlamati-mәhәbbәt
dә hәm
Şiddәt edib anü bәan,
dәmbәdәm.
Dövri-mәhәbbәt dәxi qayәt
bulur,
Namini tәbdil qılıb eşq olur.
Mәniyi-eşq isә,
mәhәbbәtdir o,
Fәrti-mәhәbbәtdәn
ibarәtdir o.
Eşq iki növ ilә nümayan olur,
Hәr ikisi qüvvәdә yeksan olur.
Meyli-sәvadә biridir cangüdaz
Hübbi-xudadә digәri dilnәvaz.
Meyli-sәva batilü mәqduhdur,
Hübbi-xuda qabilü mәmduhdur.
Gülşәniyani edir әhli-nәim,
Gülxәniyani edir әhli-cәhim.
Meyli-sәva zülmәtü deycurdur,
Hübbi-xuda atifәti-nurdur.
Divin olur peyravi zülmatiyan,
Hәqqin olur vasili nuraniyan.
Eşqi-sәva hübbi-cahandır haman,
Hübbi-cahan isә ziyandır, ziyan.
Eşqi-sәva rәsi-xәtayatdır,
Vadiyi-xüsranü cәvayatdır.
Vaqif ol, ey dil, bu rümuzatdәn,
Eşqi-hәqiqidәki halatdәn.
Mәlәbeyi-qәflәt ilә olma mәst,
Tәrk qılıb qәflәti ol
hәqpәrәst.
Mahiyәti-nәfsini bil, vaqif ol,
Qalma bu cәhl ilә, saqın, arif ol!
Şamü sәhәr şüğlini
tövhid qıl,
Vәsvәseyi-digәri tәbid qıl.
Bir çәmәni-ruhfәzadır
bәdәn,
Sәn dә onun laleyi-canbәxşisәn.
Sәnlә bulur rövnәqini ol
çәmәn,
Anın ilә sәn dәxi
rövnәqdәsәn.
Lalәlәrin rövnәqbәxş
bağdır,
Lalәlәrin rövnәqi dә
dağdır.
Atәşi-eşq ilә olub dağdar,
Sәn dә haman dar ilә qıl iftixar.
Olma cahangir, olub rişdil,
Sәy qıl, ol aşiqi-dәrvişdil.
Nuri-hәqiqәtlә olur müncәli,
Eşqi-mәcazidir onun әvvәli.
Xah hәqiqi ola eşqin sәnin,
Xah mәcazi ola mәşqin sәnin,
Hansı birindә olasan eşqbaz,
Sabitü sadiq olub, ol sәrfәraz,
Eşqdә dәvayi-xilaf eylәmә,
Bihudә ağazi-kәzaf eylәmә!
Qıl hәzәr axırda yaman olmadan,
Mәzhәkeyi-әhli-cahan olmadan!
Var idi bir padşәhi-kamgar,
Misri-qәdim içrә idi şәhriyar,
Alәm ara cümleyi-övladdәn
Hissәsi ancaq bu qәmabaddәn
Var idi bir düxtәri-mәhpeykәri,
Hüsnü bәha alәminin dilbәri.
Oldu onun aşiqi bir binәva,
Oldu әyan cümlәyә bu macәra.
Hadisәdәn etdilәr agәh
şәhi,
Qıldılar ona şәhi-dilagәhi.
Söylәdilәr aşiqin әhvalini,
Ahü büka olduğun әfalini.
Şah qılıb cәlb onu ol zaman
Söylәdi:--Ey aşiqi-bixaniman,
Düxtәrimә sәn әgәr
aşiq isәn,
Dәviyi-eşqindә dә sadiq isәn,
Etmәyib izhar digәr üzrlәr,
Ya gәrәk indi edәsәn
tәrki-sәr,
Eylәyәsәn ya dәxi tәrki-diyar,
Bu iki әmrin birin et ixtiyar!
Mәhz quru laf imiş eşqi onun,
Oldu әyan süfteyi-mәşqi onun.
Eşqdә can vermәdәn oldu nükul,
Tәrki-diyar etmәyi qıldı qәbul.
Getdiyi hәngamdә şahi-cahan
Eylәdi cәlladә işarә
hәman.
Hökm verib, çәkdi o dәm bir nida;
Başın onun qıl--dedi--tәndәn
cüda!
Tutdu gәribanını cәllad onun,
Tökdü o dәm qanını cәllad
onun.
Qalxdı vәzirin birisi, söylәdi,
Әrz qılıb şahә sәna eylәdi.
Dedi:--O biçarә idi bigünah,
Tökdü onun qanını heyfa ki, şah.
Qıldı vәzirә şәhi-adil
xitab,
Tәrzi-hәkimanәdә verdi cavab.
Dedi:--Onu bil ki, günәhkar idi,
Qәtlә dә, bişübhә,
sәzavar idi.
Yox ikәn onda sәri-sövdayi-eşq,
Eylәyәrәk bihudә
dәvayi-eşq,
Alәmә aşiqliyin etdә әyan,
Mәn dә künun etdim onu imtәhan.
Eşqdә mәrdanә edib
tәrki-sәr
Olsa idi aşiqi-sadiq әgәr,
Düxtәrimi mәn ona tәzvic edib,
Tәntәneyi-eşqini tәrvic edib,
Edәcәk idim onu fәrzәnd mәn,
Mәsnәdi-iqbaldә xürsәnd
mәn.
Lakin o, kәzzabi-siyәhkar imiş,
Hәrzәvü biqeyrәtü biar
imiş.
Oldu әyan ruyi-siyahi anın,
Qıldı onu küştә günahi
anın.
Nitqini, Nakam, xәmuş eylәmә,
Sәn bu rәviş bihudә cuş
eylәmә,
Eşq rümuzatını kәşf
eylәdin,
Türfә xәbәr, türfә
mәsәl söylәdin.
Bu mәsәli indi eşitdik tamam,
Dәviyi-eşq etmә әbәs,
vәssәlam!
Burada Nakam eşq vә
mәhәbbәtdәn bәhs edib, cümlә
mövcudat vә mәxluqatda müşahidә olunan
әsәrlәri, cümbiş vә
hәrәkәtlәri eşq vә
mәhәbbәtdәn görür vә
alәmi-әsrardә olan karbarın aşkara
çıxmasına sәbәb meyl vә
mәhәbbәt olur. Hansı ki, şamü
sәhәr qәlblәrdә cövlan edib, insanı
şövqü zövqә gәtirir. Bülbülü
nalan vә gülü xәndan vә pәrvanәni
şәmә suzan edәn haman mәhәbbәtdir.
Şair bu müqәddәs vә pakizә hissi
üç yerә tәqsim edir: meyl, mәhәbbәt
vә eşq. Әvvәl payәdә meyli qoyur, ikinci
payәdә mәhәbbәti, üçüncü
payәdә eşqi. Qәlbi-aşiqdә
әvvәlcә zövq vә hәvәs meyl ilә
zahir olur. O meyl bir az artıb çoxaldıqda
mәhәbbәtә mübәddәl olur vә
qәlbdә әlamati-mәhәbbәt dәxi
tәdriclә artıb şiddәt edәn zamanı onun
yerini eşq tutur:
Mәniyi-eşq isә
mәhәbbәtdir o,
Fәrti-mәhәbbәtdәn
ibarәtdir o.
Eşqi dәxi şair iki qismә tәqsim
qılıb, onun birisi dilbәri-zibaya vә
mәşuqeyi-dilkәşә cangüzardır, biri
dәxi hәqqi-mәbuda dilnәvazdır. Hәr ikisi
qüvvәdә yeksan isә dә, şair hәqqә
olan mәhәbbәti mәmduh vә meyli-sәvaya olan
eşqi mәqduh hesab elәyir.
Xәllaqül-alәminә aşiq olanların
gülşәniyanlar zümrәsinә ki, ibarәt ola
İbrahimxәlil peyğәmbәrdәn, daxil edib onlara
"әhli-nәim" deyir. Dinarın zibü
zinәtinә aşiq olanları gülxәniyanlar
silkinә daxil qılıb, onlara "әhli-cәhim"
deyir. Çünki eşqi-sәva tamam hübbi-cahandır,
hübbi-cahan isә başdan-ayağa ziyanә vә ziyan vә
xәtadan qaçmaq hamıya fәrzdir. Bәs:
Mәlәbeyi-qәflәt ilә olma
mәst,
Tәrk qılıb qәflәti, ol
hәqpәrәst.
Mahiyyәti-nәfsini bil, vaqif ol,
Qalma bu cәhl ilә, saqın, arif ol!
Şamü sәhәr
şüğlünü tövhid qıl,
Vәsvәseyi-digәri tәbid qıl!
Şair dünyaya vә onun
mәcmueyi-dilcusuna olan mәhәbbәti mәcazi vә
xudayi-zülcәlala olan mәhәbbәti hәqiqi
adlandırıb, hәr ikisindә sabitqәdәm
olmağı tövsiyә elәyir:
Xah hәqiqi ola eşqin sәnin,
Xah mәcazi ola eşqin sәnin,
Hansı birindә olasan eşqbaz,
Sabitü sadiq olub, ol sәrfәraz!
Vә burada şair eşqi-mәcazidә
dәxi sabitqәdәm olmayan kәslәrin axırda
cәzası böyük tәnbeh olduğunu
göstәrmәk üçün timsal gәtirib, Misir
padşahının qızına yalandan aşiq olan bir
şәxsin yalan eşqi ucundan fәnaya getmәsini
bildirir. Sonradan şair eşq vә
mәhәbbәtdә müstәhkәm vә
sabitqәdәm olmaqdan bәhs edib, qisseyi-Şeyx
Sәnanı vә onun eşq yolunda dinü imandan
keçmәsini vә qisim-qisim bәlalara vә
zillәtlәrә mübtәla olmasını zikr
qılıb deyir:
Qisseyi-Sәnanı edib dәrnәzәr,
Eşqdә Sәnan kimi ol cilvәgәr!
Yad qıl anı ki, o piri-dilir
Düxtәri-tәrsayә çü oldu
әsir,
Eşqә fәda qıldı dilü
canını,
Eşqdә tәrk etmәdi cananını.
Sabit olub eşqdә ol binәva,
Xahişi-cananәsin etdi rәva.
Bağladı zünnar, olub
bütpәrәst,
Etmәdi peymaneyi-eşqi şikәst.
Dәrgәhi-tәrsadә olub xukban,
Oldu xәnazir ilә ülfәtkönan.
Böylә rәzalәtlәri
qıldı qәbul,
Etmәdi adabi-vәfadan nükul.
Oldu rәhi-hәqqi bulub [aqibәt
Sәdrnişini-hәrәmi-mәrifәt.
İmdi bu pәndimdәn olub]
hissәmәnd,
Zümreyi-üşşaqdә ol
sәrbülәnd.
Sәn dә olub eşqdә
sabitqәdәm,
Mәtlәbi-dilxahını bul sәn
dә hәm.
Qeyrәt edib aşiqi yekrәng ol,
Yar ilә hәmbәzmü hәmahәng
ol!
Şәrt deyil aşiqi-ruxsar olub,
Bәsteyi-dil zülfi-siyәhkar olub,
Nalә qılıb, eylәyib ahü buka,
Didәlәrin qan tökә sübhü
mәsa.
Xas deyil eşqi-ruxi-dilbәrә--
Kim, olub aşiq büti-mәhpeykәrә.
Vәsldә hәr dәm olub
әndәrtәlәb,
Hicrdә nalan olasan ruzü şәb.
........................................................
........................................................
Eylәyib әsnami-mәcazi şikәst
Mәqsәdin olmağa
hәqiqәtpәrәst.
Sәltәnәti-fәqrdә sәr
piç qıl,
Mülki-Süleymanı keçib hiç
qıl!
Ey dili-şuridә, bәhәqqi-xuda,
Olma dәxi rahi-hüdadan cüda!
Rahi-hәqi bulmağa bir himmәt et,
Vasili-hәqq olmağına qeyrәt et!
Bülbül edәr nalәxuda
eşqinә,
Sәn dәxi gәl halә xuda
eşqinә.
Әbr qılır giryә haman şövq
ilә,
Qönçә qılır xәndә
haman zövq ilә.
Olmasa hәr dildә әgәr eşq, bil,
Tömәsidir gürbәnin ol, dil deyil.
Eşq deyil siyrәti abü gilin,
Eşq isә ancaq sifәtidir dilin.
Can tәni-adәmdә edәn dәm
qәrar,
Niştәri-eşq ilә olub zәxmdar.
Atәşәsәr bir neçә
qәtrati-xun
Çıxdı haman zәxmdәn, oldu
bürun.
Bildilәr ol halәtin әncamını,
Qoydular ol qәtrәyә "dil"
namını.
Olmasa dil aşiqi-möhnәtzәdә
Parçeyi-lәhmdir afәtzәdә.
Lәhmliyi tәrk qılıb, gәl dil ol,
Elmü әdәb eşqinә
sәrmәnzil ol!
Burada Şәms Tәbrizinin lәhmdil
adamların haqqında dediyi sözlәr münasibi-mәqal
görünüb yad olundu:
Hәr ke, nәbvәd mobtәlaye-xubruy,
Name-u әz louhe-ensani beşuy,
Hәr kera dәr sәr nәbaşәd
eşqe-yar,
Bәhre-u palano әfsari biyar,
Sineye-xali ze mehre-qolroxan,
Kohne әnbani bovәd por ostoxan[4].
[4] Şer parçası Şәms
Tәbrizinin deyil, Şeyx Bәhaәddin Amilinin
"Nanü halva" әsәrindәndir.
Tәrcümәsi:
Gözәl üzә mübtәla
olmayanın
Adını insanlıq lövhәsindәn
sil.
Başında yar eşqi olmayan
Üçün palan vә çilov
gәtir.
Gülüzlülәrin
mәhәbbәtindәn boş olan ürәk
Sürsümüklә dolu dәri
çantadır.
Hәqiqәtdә zövqü
şövqsüz adamlara, әhli-hal vә әhli-dil
olmayanlara palan ilә әfsar lazımdır vә
mәhәbbәtdәn xali sinәlәr sürsümük
ilә dolmuş köhnә bir dağardır. Belә
şәxslәrin adları lövhi-insaniyyәtdәn
pozulub götürülsә, eyni-sәlahdır.
Sonradan Nakam eşqi-hәqiqi әdәb
vә kәmaldan vә mәrifәti-ilahidәn
ibarәt olmasını şәrhü bәyan edib deyir:
Eşq o deyildir kim, olub bütpәrәst,
Daim olub cami-qürur ilә mәst,
Etmәyәsәn fәhm ki, dünya
nәdir,
Bilmәyәsәn alәmi-üqba
nәdir,
Yenә xәtadә olasan hәrzәrov,
Meykәdәlәrdә ola başın
girov.
Eşq odur kim, әdәbamuz ola,
Aqibәti xürrәmü firuz ola.
Olsa әgәr eşq hәqiqәtnüma,
Aşiq olar peyrәvi-әhli-vәfa.
Aşiq olan xaki-tәbiәt olur,
Vaqifi-әsrari-hәqiqәt olur.
Eşq sәrapa әdәbü elmdir,
Eşq, demәk, mәskәnәti-helmdir.
Aşiqin әxlaqi mühәzzәb
gәrәk,
Aşiq olan pakü müәddәb
gәrәk--
Kim, әdәbilә bulur әhli-vәfa,
Kişvәri-ürfanda taci-sәfa.
Elmü әdәbdәn xәbәri
olmiyәn
Bәhrәvәr olmaz
әsәri-dindәn.
Cümleyi-әdyanda әsasi-mәtin,
Elmü әdәb olduğunu bil yәqin.
Şәri-mübin daxi әdәbdir
әyan,
Yәni ki, din isә, әdәbdir
hәman.
Adәmә kәşf oldu әdәb
alәmi,
Feyzi-әdәb qıldı әziz
Adәmi.
Oldu çü iblis әdәbdәn
kәnar,
Randeyi-dәrgah olunub, oldu xar.
Olma cüda, ey könül, әbrardәn,
Sәn dә götür hissә bu
göftardәn.
Bil ki, әdәb içrә
tәcәlla nәdir,
Sudi nәdir, ondakı mәna nәdir.
Dövlәti-pürsud әdәbdir,
әdәb,
Himmәti-mәsudi-xirәddir әdәb.
Bari-әmanәt bu әdәbdir haman--
Kim, çәkir ancaq onu insan olan.
Mәhz әdәbdir әdәbin hasili,
İzzәti-dareyni bulur vasili.
Yәni әdәb sahibi hüşyar olub,
Cümleyi-üzv
ilә әdәbkar olub,
Verdiyi
peymanına etsә
vәfa,
Bәndәliyi haqqını qılsa әda,
Adәmiyәt silkinә daxil olur,
Rüşd
bulur, mәrdümi-kamil
olur.
Meyl
qılıb hәqqә cәnabi-Xәlil,
Olduğiçün
aşiqi-rәbbi-cәlil,
Narı mәqәrr etmәyi qıldı qәbul,
Eylәmәdi rәsmi-әdәbdәn nükul.
Hifz
qılıb kәndi
xuda dustin,
Etmәdi әğyarә fәda dustin.
Lütf
qılıb eylәdi ehsan ona,
Qıldı
hәman narı
gülüstan ona.
Sәn dәxi qıl sidq ilә, Nakam, nuş
Meykәdeyi-eşqdә bir cami-nuş!
Eşqdәn, adabdәn agah olub,
Pakdilü
arifi-billah olub,
Әvvәl edib pәndinә kәndin әmәl,
Sonra
çıxıb әrseyi-tәbliğә gәl!
Söylә әdәb nolduğunu, qıl bәyan--
Kim, bilib,
әhli-әdәb olsun cәhan!
Bu mәqalәlәrdәn sonra yәqin ki, İsmayıl bәy Nakam yenә bir neçә mәqalәlәr tәrtibü tәnzim qılıb, hәr bir mәqalәdә mәxsus mәtlәb üstündә, mәsәlәn, әdәb, elm, sәdaqәt kimi, öz rәy vә fikirlәrini әşari-abdar ilә ifadә qılıbdır. İsmayıl
bәy vәfat edibdir 1324-cü[5] sәnәdә Nuxa
şәhәrindә.
[5] 1906.