MUSTAFA AĞA "NASİR"
Mәrhum Mustafa ağa ülum vә maarif
cәhәtincә, demәk olur ki, cәmi Qazax
şüәravü üdәbasının әfzәli
vә әlәmi olub, öz vaxtında mislü
bәrabәri az tapılan xoşxülq, naziktәb vә
alinәsәb bir şәxs imiş ki,
әksәri-övqatını firәng, rus vә fars
kitablarını mütaliәdә keçirәrmiş.
Mustafa ağa tәvәllüd edibdir Qazaxda
Dağkәsәmәn qәryәsindә.
Nәşvü nüması vә
tәlim-tәrbiyәsi dәxi haman mәkanda olubdur.
Tәvәllüdü vaqe olubdur 1824-cü
sәnәdә oktyabr ayının 15-ci günündә
ki, tarixi-hicriyyәnin 1240-cı[1] ilinә mütabiqdir.
[1] 1243.
Mustafa ağanın pәdәri-valaları
podpolkovnik Hәsәn ağadır ki, o da
nәcabәtü şücaәtdә
mәşhurü namdar vә öz әsrindә
sahibi-hökumәtü iqtidar bir bәy imiş.
Cümlә övladü әnsabı
cәddi-büzürgvarları Qiyas bәyә
nisbәtlә "Qiyasbәyzadәlәr"
demәklә beynәlәnam müştәhir vә
bәnamdırlar.
Mustafa ağa Dağıstan davasında
çox sәdaqәt vә hünәrlәr
göstәrib çin almışdı vә iki il
Varşavada qalıb rus vә firәng dillәrini
kifayәtincә öyrәnmişdi. Lakin, necә ki,
dәfәat ilә tәcrübә olunubdur, Mustafa ağanın
hünәr vә sәdaqәtlәri dövlәt
nәzәrindә qәdrü qiymәtsiz qalıb
vә hәtta onun haqqında aşkarәn
әdalәtsizlik vüqua gәlmәyә görә,
Mustafa ağa öz vәtәninә müraciәt edib
vә üzlәtü fәrağәt guşәsini
ixtiyar qılıb, vaxtlarını ibadәtdә vә
tәhsili-ülumü maarifdә keçiribdir. Necә ki,
bu barәdә Nasirin divani-әşarının
müqәddimәsindә Poylu qәryәsinin sakini
fazilül-ülәma mәrhum Hacı Sәdi әfәndi
lisani-bәlağәt-nişanı ilә tәhrir
qılmışdır ki, "ol xücәstәsifat,
yәni Mustafa ağa Nasiri-ömri-sәadәtsәmat
vә övqati-izzәtayatin min әvvәlihi ila axir
manәndi-Әmir Nizam Әlişir
әlmütә-xәllis be "Nәvai"
әzhәmeyi-şüğlha sir vә
cәmii-әsbabü müzәxrәfati-dünyәviyyәdәn
mütәnәffirü dilgir olub, әvvәlәn
tәhsili-ülumü maarif vә tәkmili-nükatü
lәtaifә vә saniyәn inşadi-şerü ibqa
asari-xeyrә bәzlü sәrf etdi vә axırda
nәşәyabi-rәhiqi-hәlqeyi-әhli-tәriqәt
vә
cürәnuşi-cami-bәzmi-әrbabi-hәqiqәt
olmaqla mәrtәbeyi-qürbü istifazә yetdi".
Mövlana
Caminin atidә
zikr olunan kәlami-dürsәnci:
Xoştәr ze ketab dәr cәhan yari nist,
Dәr ğәmkәdeye-zәmane ğәmxari nist.
Hәr lәhze әz u bequşeye-tәnhai
Sәd rahәt hәsto hәrgez azari nist--[2]
[2] Tәrcümәsi:
Dünyada
kitabdan yaxşı dost yoxdur,
Dunya qәmxanasında qәmxar yoxdur.
Tәklik guşәsindә hәr an ondan
Yüz
rahatlıq var, heç vaxt әziyyәt yoxdur.
--mәrhum Mustafa ağanın şәni-izzәtnişanına sadiq vә әtvari-sülukü tәәyyüşünә şayәstә vә layiq idi. Xüsusәn şair ömrünün
axır vaxtlarında hәmvarә
üzlәtgüzin
vә xәlvәtnişin olub, kitabü mütaliәdәn maәda özünә qeyri bir munis vә rәfiq bulmazdı". Necә ki, Hacı Sәdi әfәndi şairin halına müvafiq
deyibdir:
Ey xoş
ol azadә kim, cәngi-tәәllüqdәn müdam
Saf edib
dil şişәsini,
xeyrә
qıldı ehtimam.
Dәftәri-şerü kitabi-din olub munis ona,
Rehlәtindә rәhmәt ilә zikr edәr anı әnam.
Mәrhum Mustafa ağanın sinni әlliyә baliğ olduqda bu dünyayi-dunu tәrk qılıb, azimi-dari-bәqa olubdur. Necә kim, bir şairi-tazә bu babda yazmışdır:
Bilin,
adı Qazaxi Mustәfadır--
Ki, pәncah ömr ilә gözdәn xәfadır.
Hacı Sәdi ibn әlqazi Sәdi әfәndi ki, Nasirin zümreyi-xülsi-әhbabü әshabından mәdud idi, şairin tarixi-vәfatını belә nәzmә çәkmişdir:
Mülkü
malü cahi-dünyayә, könül, etmә nәzәr,
Qafil olma,
bil yәqin kim,
mövtәdir
axır güzәr.
Görmәdinmi Nasiri әhli-kәmalın әkmәlin
Fövt
qıldı dәhri-dun
ba cümleyi-fәzlü
hünәr?!
Camei-әnvai-hikmәt hәm süxәnsәncü zәrif,
Maliki-mülkü
imarәt, şәnü şövkәt, izzü fәr.
Böylә kim, mәcmu idi onda şücaәt, mülkü din,
Nadir olsa
yoxsa kim, olmaz ona hәmta digәr.
Zümreyi-әkmәl içindә zati-paki müntәxәb,
Nәzmi şöhrәtyabi-alәm, hәm cahanda namvәr.
Gәrçi cismi gәnc tәk xak içrә mәdfundur, vәli
Nami-niku,
nәzmi-xoş
dünyadәdir
ondan sәmәr.
Zikri-xeyr
ilә әbәd nami cahanda baqidir,
Demәsin qalmadı kәs nәxli-vücudundan sәmәr.
Çün
"ğәfir"[3]
oldu, xudaya, tarixi-fövti onun,
Eylәyib mәğfurә, üqbadә ona vermә kәdәr.
Niknamü
xoşәmәl kim oldu, oldu cavidan,
Yoxsa kim,
baqi deyil dünyadә, Sәdi,
bir bәşәr.
[3]
"Ğәfir"dәn hesabi-әbcәd ilә tarixi-vәfatı çıxartmaq
lazımdır.
Vәfatı vaqe olubdur 1291-ci sәneyi-hicriyyәdә--oktyabrın 10-cu günündә ki, tarixi-mәsihiyyәnin 1873-cü sәnәsinә mütabiqdir. Onun qәbrinin daşı üstә öz kәlamından bu şer
yazılıbdır:
Olur qәbrim görәn dәmdә xütur xatiri-arif--
Ki, Nasir әslinә rücәt edib axır qubar oldu.
Mustafa
ağanın fars vә türk dillәrindә
yazdığı әşarü asarı hali-hәyatında bir qayda üzrә tәrtib olunmayıb, bisәrü pa vә mütәfәrriqül-әcza qalmışdı. Bәdәl-vәfat müqәrrәbi-zati-hәmidәsifatı olan Molla Mәhәmmәd Cәnnәtzadә hәzrәtlәri әzruyi-hәqvari vә şükürgüzari cümlәsini cәm vә tәrkib vә hürufi-heca üzrә tәrtib etdi. Bununla dostluq vә sәdaqәt vәzifәsini yerinә yetirib, cümlә әqrәbavü әhibbasına böyük minnәtlәr qoydu. Vә lakin Mustafa ağanın divani-bәlağәtünvanı hәnuz çap
olunmayıbdır. Bir-iki әl ilә yazılmış nüsxәlәri var vә әgәr onlar da itib tәrk olsa, onda dübarә o divanı tәrtib etmәk mümkün
olmayacaqdır. Onun adını baqi saxlamaq möhtәrәm bәradәrlәri polkovnik Nәsib ağa Qiyasbәyov cәnablarına borc olur. Türki vә farsi әsәrlәrindәn bir neçәsi burada dәrc olunur.
Dünyanın
әhvalına
dair:
Delәm xahәd hәme әhvale-donya,
Ze әvvәl mikonәd ta axәr inşa.
Bedana zolme-faheş mikonәd çәrx,
Begәrdәd daema ba kame-kana.
Qoruhe-әblәhan әndәr
tәnәom,
Xorәd xune-cegәr dәr dәhr dana.
Ze nadan daema dana bәrәd cour,
Dәlil arәm ze әhde-adәm inca.
Bedәste-Qabele-naqabel oftad,
Bezәxme tire-Qabel Habel әz pa.
Ço Nәmrud atәşe-xodra
bәrәfruxt
Xәlilira dәr u әfkәnd dәr va.
Ve pakiyo [be] hosn ol-xolq Yusef,
Çe tohmәtha bedidәş әz
Zoleyxa.
Bedәste-kaferan şod sәr boride
Әgәr tarix xani bini Yәhya.
Yәhudan coure-bipayan nәmudәnd,
Bedan paki ke mibudi Mәsiha.
Tәvanәm dәr qozәşt әz
coure-әğyar,
Ze şagerdane-u bude Yәhuda.
Rәva başәd ke, İsara bedan qәdr,
Minase-u bovәd deyre-Sәkuba.
Nәdidi ke, be Mesr әz dәste-Feron
Tәzәllom kәrd sobho şam Musa.
Besәd noe-mәsiyyәt axәrolәmr
Qozәr benmud ba qoumәş ze dәrya.
Hәkimi bud Qeys әndәr qәbile,
Şode Mәcnun nam әz eşqe-Leyla.
Әgәr Vameq nәbudi naderol-әsr
Nәbudi ğәrqe-ab әz
dәrde-Әzra.
Hәmi Soqratra zәhre-hәlahil
Benuşanid qoumәş bi mәhaba[4].
[4] Tәrcümәsi:
Ürәyim istәyir ki, dünyanın
bütün әhvalını
Әvvәldәn axıra kimi yazım.
Dünya daim öz kamınca dolanıb,
Ağıllıya çox zülm edir.
Әblәhlәrin hamısı
naz-nemәt içindәdirlәr,
Ağıllılar isә cigәr qanı
içirlәr.
Ağıllı daim nadandan cәfa
görür.
Adәm dövründәn burada bir misal
gәtirim:
Habil naqabil Qabilin әlindә
Onun iti (qabil) oxunun yarasından öldü.
Elә ki, Nәmrud öz odunu yandırdı,
Xәlili götürüb odun içinә
atdı.
Tәmiz vә gözәl xasiyyәtli Yusif
Züleyxadan necә töhmәtlәr
gördü.
Әgәr tarixi oxusan, görәrsәn
ki, Yәhyanın
Kafirlәr әlindә başı
kәsildi.
Yәhudilәr tәmiz vә pak olan
İsaya,
Hәdsiz-hesabsız zülm etdilәr.
Әğyarın çövründәn
keçә bilәrәm,
Yahuda ki, onun şakirdlәrindәn idi.
Rәvadırmı ki, İsanın o
әzәmәtlә
Sığınacaq yeri Sükuba deyri olsun?
Görmәdin ki, Misirdә Fironun
әlindәn
Musanın gecә-gündüzü ah-zarla
keçdi?!
Nәhayәt, yüz cür
müsibәtdәn sonra
Öz qövmü ilә dәnizdәn
keçdi.
Qәbilәdә Qeys adlı bir
ağıllı vardı,
Leylanın eşqindәn onun adı Mәcnun
olmuşdu.
Әgәr Vamiq öz әsrinin yeganәsi
olmasaydı,
Әzranın dәrdindәn suda
boğulmazdı.
Sokrata öldürücü zәhәri
dә
Onun cәmaәti insafsızcasına
içirtdi.
Burada şair keçir öz büti-bimehrinin
cövrü vә ondan şikayәt edib deyir:
Әgәr çe hәst sәdre-u bolurin,
Delәş sәxt әst çon әz
sәngxara.
Dela, xune-dәrunәt çәnd puşi,
Ze әşke-mәn şode serrәt hoveyda.
Ço әncom mәhv migәştәnd
xuban,
Roxe-deldare-mәn çon gәşt peyda[5].
[5] Tәrcumәsi:
Onun sinәsi büllur kimi olsa da,
Ürәyi çaxmaq daşından
bәrkdir.
Ey ürәk, daxilindәki qanı nә
vaxta kimi gizlәdәcәksәn?
Sәnin sirrin mәnim göz yaşlarımda
zahir olmuşdur.
Mәnim yarımın üzü
görunәndә
Gözәllәr ulduzlar kimi yox olurlar.
Şair öz
mәhbubeyi-dilfәribәsini tәrifü tövsif edib,
yenә әvvәlki mәtlәbә keçib,
gәrdişi-zәmanәdәn şikvәvü
nalә edir:
Әgәr Tusi bovәd әndәr
zәbanәm,
Konәd tәhsin in әbyate-ğәrra.
Sәfihanra fәlәk dadәst ezzәt,
Hәkimanra nәkәrde hiç pәrva.
Qoyuran daema ba bәxt dәr cәng,
Hәme әsbabe-dәyyusan mohәyya.
Fәlәk hәr dәm berizәd
xune-pakan,
Begәrdan, saqiya, an came-mina.
Hәr an kәs dәm zәd әz
mәrdi zәbun şod,
Nәşod agәh kәsi әz in
moәmma.
Besenne-dәh gerefti kelke-delha,
Besenne-to şode lolovo lala.
Ço çel şod sale-mәn, ey del, coz
әz mәrg
Nemidarәm ze dәhre-dun tәmәnna.
Bedәhr әndәr bәsi
gәştәnd aşeq,
Nәgәştәndi ço Naser leyk
rosva[6].
[6] Tәrcumәsi:
Tusi әgәr dilimdә olsa,
Bu parlaq beytlәri alqışlayar.
Fәlәk sәfehlәrә
cah-cәlal verib,
Ağıllılara isә qayğı
göstәrmәyib.
Qeyrәtlilәr bәxt ilә daim
vuruşurlar,
Dәyyusların bütün
lәvazımatı hazırdır.
Fәlәk daim pakların qanını
tökür,
Saqi, o büllur camı dolandır.
Kim ki, kişilikdәn dәm vurdu, xar oldu,
Bu müәmmadan heç kәs baş
çıxara bilmәdi.
Sәn on yaşında ürәklәrin
qәmini әlә aldın.
Әn әla dürrlәr bu yaşda
әldә edilir.
Ey ürәk, elә ki yaşım qırxa
çatdı, ölümdәn başqa
Bu rәzil dünyadan tәmәnnam yoxdur.
Dunyada çoxları aşiq olublar,
Amma Nasir kimi rüsvay olanı yoxdur.
Atidә mәstur olan qәzәli
namәlum bir şairin mәdhindә deyibdir. Çox ola
bilәr ki, bu şair mәrhum İskәndәr ağa
"Şair" tәxәllüs vә ya Abbas ağa
Qaibov "Nazir" tәxәllüs olmuş ola.
Çünki hәr iki şairin tәbi-mövzunu Nasirin
artıq xoşuna gәlirmiş, amma Abbas ağa Qaibov Mustafa
ağanın vaxtında hәnuz cavan sinndәymiş vә
asari-qәlәmiyyә[si] artıq bir elә
mәtai-fәsahәt vә bәlağәt
meydanına vәz etmәmişdi vә ehtimal var ki, Nasirin
bu mәdhi Şeyx Nizami haqqında olmuş ola. Çünki
mәrhumun әn sevdiyi kitab mumaileyhin
asari-cәlilәsi--"Xәmseyi-Nizami" idi ki,
hәmә vәqt onu mütaliә edәrdi:
Zәhi tәbi ke, hәmçon
bәhre-kane-dorre-qәltanәst,
Zәhi nәzmi ke, bәhre-u beh әz lolovo
mәrcanәst.
Soxәn quyivo dor sәnci tәalәllah
bedin payә,
Dele-qouhәrfeşane-u mәgәr
dәryaye-ommanәst?
Sezәd gәr әqde-nәzmәşra
mәlәk dәr gәrdәn avizәd,
Xәridare-nokate-u fәlәk bin kәz delo
canәst.
Sәr ayәd şere-u әknun
beçәrx әndәr hәmi Zohre,
Әcәb nәbvәd әgәr
Bәhrame-Çin dәstar әfşanәst.
Otaredra sezәd gәştәn
dәbire-nәzme-vey hәr dәm,
Tәalәllah çe nәzmәst in to
qui couhәre-canәst.
Әgәr tәşbihe-mәn noui
beşәre-kofr mibaşәd,
Çe qәm gәrdәd әgәr quyәd
hәr an ke, namosәlmanәst:
Kәlamәş vәhye-monzәl gәr
bexanәm hiç nәbvәd eyb,
Xodaya, әfv kon cormәm ke, dәr hәqqe
soxәndanәst.
To dadi in çenin tәbi ke,
xәlqәş bәhr әnqarәd,
Benәzde-xas yarai әgәr çe
bәrtәr әz anәst.
Әgәr çe hasele-giti
bәhaye-nәzme-u girәnd,
Bepişe-aref in qeymәt bәsi
әrzane-әrzanәst.
Mesale-moceze-İsa konәd әmvatra ehya,
Qolube-xәsteqanra in çenin әşar
dәrmanәst.
Nәdide dideәm şeri beomr xubtәr in
san,
Sәzәd gәr noqteәş quyәm
beeynih eyne-ensanәst[7].
[7] Tәrcümәsi:
Afәrin o tәbә ki, dәniz kimi
qiymәtli dürrlәr mәdәnidir.
Afәrin bir nәzmә ki, onun
bәhrәsi lölә vә mәrcandan
yaxşıdır.
Uça tanrı, bu dәrәcәdә
dә gözәl danışmaq vә dürr tanımaq
olar,
Onun gövhәr saçan ürәyi
mәgәr Ümman dәnizidir?!
Layiqdir ki, onun nәzm boyunbağısını
mәlәk boynundan assın,
Onun incә kәlamını fәlәk
dә can-dildәn alar,
İndi onun şeri göydә
Zöhrәdәn üstündur,
Әgәr Çin bәhramı
çalmasını açırsa, tәәccüblü
deyil.
Ütarid onun nәzminin katibi olmağa
dәyәr,
Uca allah, bu nә nәzmdir ki, sәn
deyirsәn canın cövhәridir.
Әgәr mәnim tәşbihlәrim
bir növ kafirlәr şәriәtinә
bәnzәyirsә,
Nә eybi var hәr hansı müsәlman
olmayan desә:
Әgәr onun sözünü allahdan nazil
olmuş vәhy adlandırsam,
heç
eyb olmaz.
İlahi, günahımı әfv elә ki,
bu, bir söz ustası haqqındadır.
Belә bir tәbi sәn verdin ki, xalq onu
dәniz hesab edir.
Böyüklәrin yanında onun
bacarığı bundan da artıqdır.
Hәrçәnd onun nәzminin qiymәti
dünyaya dәyәr,
Ariflәr yanında bu qiymәt çox
ucuzdur.
O, İsa möcüzәsi kimi
ölülәri dirildir,
Xәstәlәrin ürәyi
üçün belә şerlәr dәrmandır.
Ömrümdә gözüm belә
yaxşı şer görmәyib,
Onun hәr nöqtәsinә insan
gözü desәm dәyәr.
Şair bu kәlamın axırında
yenә dәnitәb, bicövhәr vә bikamal
adamların dünyada xoşbәxt, kamran olmaqların,
hükәma vә üqәlanın zillәt vә
üsrәtdә zindәganlıq etmәlәrin
zәbani-tәәrrüzlә zikrü bәyan
elәyib deyir:
Xәran dәr touqe-zәrrin әrseye-giti
hәmi girәnd,
Dela, bin әsbe-tazira ke, zire-bare-palanәst.
Konәd әhle-honәrra çәrx
mohtac әblәhanra,
Sәrasәr gәrdeşe-gәrdun
bekame-kәcco nadanәst.
Bekame-del resәd mәrdom әgәr
homqe-sәfahanәst,
Nәsibe-aqelan daem
bezire-çәrxe-hermanәst.
Gereftare-bәla gәrdәd kera bәhre ze
daneş hәst,
Qolame-caheli gәrdәd behekmet hәr ke,
Loğmanәst[8].
[8] Tәrcümәsi:
Uzunqulaqlar qızıl yüyәnlә
dünya üzünü tutmuşlar,
Ey ürәk, әrәb atlarına bax ki,
ağır palan altındadırlar.
Fәlәk hünәr әhlini
әblәhlәrә möhtac edir,
Dünya hәmişә әyrilәrin
vә nadanların kamınça gәrdiş elәyir.
Sәfehlәr vә axmaqlar öz
arzularına çatırlar,
Ağıllıların nәsibi
hәmişә mәhrumiyyәt çәrxinin
altıdır.
Elmdәn bәhrәsi olanlar bәlaya
giriftar olurlar,
Hikmәtdә Loğman olanlar
cahillәrә nökәr olurlar.
Qәzәli-türki:
Nigara, şәmi-ruyinlә yenә
bәzmim münәvvәrdir,
Bihәmdillah, nişatım
cami-vәslindәn müyәssәrdir.
Müsәlsәl zülflәrin tarına
peyvәnd etmişәm canım,
Dolanmaq başına daim mәnә indi
müqәrrәrdir.
Gәhi türrәn alır huşum,
üzarın gah canımı,
Gecә-gündüz bu vәch ilә
mәnә, ey mәh, bәrabәrdir.
Nә hacәt mәscidә girmәk,
dәxi mehrabә baş әyәmәk,
Sәri-kuyindürür qiblәm,
qaşın mehrabü mәnbәrdir.
Dәmadәm yadi-lәl ilә olur dil
mәstü layәqәl,
Sanırlar bixәbәrlәr kim,
dәmağım badәdәn tәrdir.
Kimin kim, eşq odu olsa, o yanmaz qeyri odlarә,
Qiyas eylә ol oddan kim, Xәlilә
dәfi-azәrdir.
Tutub ruzi-әzәldә atәşi-eşqinlә
xuy könlüm,
Yox әsla baki yanmaqdan, sanasan kim,
sәmәndәrdir.
Qәmin çün kuhi-Qaf olsa,
götürrәm başıma yeksәr,
Tәni-fәrsudәmә baxma mәnim
kim, munca lağәrdir.
Görәndә möcüzi-lәlin ki,
әmvatı edәr әhya,
Ona iman gәtirmәz, zahidi gör kim, nә
kafәrdir.
Meyi-gülguni nuş eylә, keçib bu
zöhdü tәqvadәn,
Könül, әyyami-gül gәldi,
zәmani-dövri-sağәrdir.
Dili-üşşaqı hәr lәhzә
edәrsәn tarümar, ey şux,
Bәli, fәxri-şәhәnşәh
hәr zaman bir fәthi-kişvәrdir.
Deyil xali xәyalımdan bir an ol
lәblәrin zikri,
Sifatın ayәti daim dilü canımda
әzbәrdir.
Sәba mәhrum olalı
zülfi-müşkinindәn ol mahın,
Sәrasәr kuhü sәhralәr ol
әtr ilә müәttәrdir.
Hünәrdәn vurma dәm, Nasir, sәni
biqәdr edәr gәrdun,
Bәli, mәşhuri-alәmdir ki, dövran
süflәpәrvәrdir.
Bu qәzәldәn bir neçә
fәrdlәr ki, mәnәn tәkrari-kәlam
qәbilindәndirlәr, buraxılıbdır.
Әyzәn kәlami-türki:
Könül, ordibehişt oldu,
zәmani-eyşü işrәtdir,
Bu dәhri-fanidә eyşü tәrәb
beş gün qәnimәtdir.
Qәmü әnduh ayağından tutub, et
sәrnigun, saqi,
Әyağın qoyma әldәn
cani-mәn hәngami-fürsәtdir.
Bulunmazsa әgәr hәmdәm, behişt
içrә olur duzәx,
Әgәr duzәxdә hәmdәm
bulsa, әhli-halә cәnnәtdir.
Canımdan qeyri yanımda sәnә bir
türfә töhfәm yox,
Qәbul etsәn bu mәrcanı, nigara, cana
minnәtdir.
Sәri-kuyin verib Adәm alıbmış
cәnnәti әvvәl,
İqamәt eylәyib sonra bilib
eyni-xәsarәtdir.
Gәdayi-dәrgәhin, cana,
hәvayi-sәltәnәt tutmuş,
Mәqam etmiş sәri-kuyin o kim,
әhli-sәadәtdir.
Zәhi ol tәbi-mövzuna ki, misli-bәhri-ümmandır,
Bәli, qәvvasi-bәhri-nәzm olana
gövhәrәfşandır.
Görәndә
mәrdümi-çeşmim sәrasәr nöqtәsin
öpdü,
Nәdir bus etdiyin--sordum, dedi:--Әfsanә,
insandır.
Dedim:--Noldu günahı kim, kәm etmәz
dövr cövr ondan,
Dedi dil kim, budur cürmi ki, xoştәbü süxәndandır.
Qalıbdır cümlә danalar,
dәriğa, künci-möhnәtdә,
Bulan kami-dilin dәhr içrә yeksәr
gicü nadandır.
Qalıbdır әsbi-tazilәr yekayek
ziri-palanda,
Sәrasәr tovqi-zәrrin birlә
xәrlәr әhli-meydandır.
Sanasan qövli sadiqlәr misali-lalü
әbkәmdir,
Olardır әhli-divan kim, şüarı
kizbü böhtandır.
Nәsib etmiş ona çәrx
licami-gövhәrәndudi--
Ki, insaf ilә layiq hissәsi әfsarü
palandır.
Sual huşdan qıldım: Bu xoş
lәhcә nәdir, şair?
Dedi kim, әndәlibasa bu bir
mürği-xoşәlhandır.
Dedim:--Bu şeri-әnbәrbu mәgәr
Çin nafәsindәndir?
Dedi dil:--Zadeyi-tәb odur kim, qiymәti
qandır.
Vәfa etdi, cәfa gördü bәsi
yari-münafiqdәn,
Dәlili-vazehim bunda mәnim
mәhbusi-Şirvandır.
Tәmәnna etdi xaliqdәn ki, qurtulsun
münafiqdәn,
Behişti-әdndә sakin rәfiqi indi rizvandır.
Gözümdәn qaib oldu nami-әcdadi kimi ol
yar,
Mәqami cәnnәtül-mәva,
әnisi hurü qılmandır.
Neçün bu qüssәvü
qәmdәn, könül, azad olmazsan,
Bilirsәn kim, әbәs әnduh daim
düşmәni-candır?!
Onunçun bu cahana ariyәt, cana,
demişlәr kim,
Gәlәn dünyayә
növbәtlә ki, beş gün onda mehmandır.
Nәdir, Nasir, dilәrsәn cah,
bilmәz[sәn] deyil baqi,
Köçüb şahü gәda ondan,
cahan mülki-Süleymandır.
Mәrhum Mustafa ağa dünyanın
özündәn vә әhlindәn o qәdәr
cәfavü sitәmlәr görübmüş, az
şeri tapılar ki, onda hәr ikisindәn şikayәt
etmәsin vә eyni-rahatlığı,
salamatlığı Mirzә Cәfәr Qarabaği kimi
ancaq guşeyi-vәhdәtdә bul[ma]sın.
Aşağıda yazılan qәzәl sözümüzü
qәti surәtdә tәsdiq edә bilәr:
Könül, gәldi gül әyyami,
güzәr eylә gülüstanә--
Ki, onda bülbüli-tәbin gәtirsin
qönçә dәstanә.
Dila, bu az ömründә cahanı imtahan
etdin,
Әcәb olmaz gәr ah ilәn
görürsәn cümlә mәstanә.
Sәrasәr әhli-dünyanı, könül,
peymanşikәn gördüm,
Kәnar ol әhli-alәmdәn,
әlindәn qoyma peymanә.
Cahan әhlindә iş ancaq fәribü
mәkrdir yeksәr,
Gözümdә qaldı ki, bir kәs
danışsın sözü mәrdanә.
Vәfası әhli-dünyanın
dәmadәm ğәdrdir, tәzvir,
Gözüm, sәn etibar etmә bu
alәmdә bir insanә.
Qarındaşın isә, ey dil,
sözünә etmә gәl bavәr,
Qaçıb bu әhli-alәmdәn,
sığın bir şahi-mәrdanә.
Könül, әnqa kimi eylә
tәriqi-üzlәti pişә,
Fәribindәn hәzәr eylә,
qәrin olma bir insanә.
Vidayi-dәhri-dun etsәm, olam qәmnak
mәn haşa,
Çü әbnayi-zәman mәkri
yetirmiş Nasiri canә.
Bu kәlamın mәzmun vә mәalı
nә dәrәcәdә Nasirin batini alәmini vә
onun dünyaya nә göz ilә baxmasını
bәyanü әyan edirsә dә, ona bir
sözümüz yox vә lakin qәzәlin zahirinә
nәzәri-tәnqid ilә baxılsa, bir para qüsurlar
müayinә olunur. Mәsәlәn, әvvәlinci
beytin ikinci misraı--"Ki, onda bülbüli-tәbin
gәtirsin qönçә dәstanә" nә
demәk olduğu dürüst tәfhim olunmur.
"Gәtirsin qönçә dәstanә",
yәni şairin bülbüli-tәbi nә elәsin?
Qönçәnimi tәrifü mәdh qılsın?
Hәr nә isә, kәlam açıq deyil.
İkinci beytin yenә ikinci misraı mövhum
vә mücmәl kәlamlar cümlәsindәndir:
"Әcәb olmaz gәr ah ilәn görürsәn
cümlә mәstanә". Mәnәn vazeh
tәrzdә ifadә olunmayıbdır.
Dördüncü fәrdin әvvәlinci
misraına istemal olunan "iş" kәlmәsi
mәnaya xәlәl yetirmirsә dә, kәlamı
mühәssәnatdan salır. Onun әvәzinә
"fikr" vә ya özgә bir söz
işlәnsә, daha da münasibraqdır. Haman fәrdin
ikinci misraı vәzn cәhәtincә dürüst
gәlmir.
Beşinci fәrdin әvvәlinci
misraında "ğәdr" әvәzinә
"zülm" sözü istemal olunsaydı, daha da şer
mövzun düşәrdi.
Mәrhum Mustafa ağanın xalqdan
qәti-әlaqә edib guşәnişin olmasına
ümdә sәbәblәrdәn birisi dә onun
istәkli zövceyi-möhtәrәmәsi Xeyransa
xanımın hәnuz bir nazәnin cavanә ikәn
vәfat etmәsidir. Mustafa ağaya vәfalı vә
ismәtli yoldaşının vaxtsız mәrgi ziyadә
tәsir edib. Onun tarixi-vәfatını belә
nәzmә çәkmişdir:
Bu mәrqәd
mәrqәdi-Xeyrәnnisadır,
Tәvaf et, ey könül,
әhli-vәfadır.
Behiştә gәrçi ruhu etdi
pәrvaz,
Vәli hicri mәni-zarә cәfadır.
Xudaya, lütfün et şamil o mahә--
Ki, әhli-iffәtü kani-hәyadır.
Şәfi ol, ya rәsulüllah, ona kim,
Kәnizi-Fatimә, ali-әbadır.
Nә bәklәrsәn, mәgәr
bilmәzmisәn kim,
Hәqiqәtdә bu ev mehmansәradır?!
Yәqin bil, abi-kövsәr eylәmәz
ağ
Әzәl gündәn kimin bәxti
qәradır.
Min ildәn sonra gәlsәn qәbrim
üstә,
Görәrsәn kim, bitәn mehr
kiyadır.
Özüdür gәrçi
nәsli-zülqәdrdәn,
Vәli zövcü Qәzaxi
Mustәfadır.
Fәxarәt etmә, ey dil,
mehri-çәrxә--
Ki, süsti-әhdü eyni-bibinadır.
Vüsalı qәdrini bilmәzdin, ey dil,
Fәrağın gör sәnә
eyni-cәfadır.
Nişimәn rövzeyi-rizvanı eylәr,
Kim әhli-hәqqә dildәn
aşinadır.
Çü cananım vida etdi cahandan,
Qәmi-hicranә canım
mübtәladır.
Vәfatı tarixin gәr sorsa, Arif,
De: kafü ğeynü sinü ravü madır
Verib can vasil olsan yarә, Nasir,
Deyәr alәm sәnә
әhli-vәfadır.
Nasir fars dilindә dәxi zövceyi-möhtәrәmә
vә әzizәsinin maddeyi-tarixini suznak şerlәr
ilә inşad qılıbdır. Bu fәrdlәr
mәrhumeyi-mәğfurәnin şәnü rütbәsini
göstәrir:
Ço morğan cane-pakәş kәrde
pәrvaz,
Belotfe-hәqq ferdousaşiyan şod.
Ço bud әz sakenane-alәme-qods,
Soye-mәvaye-xod şadikonan şod[9].
[9] Tәrcümәsi:
Pak ruhu quşlar kimi pәrvaz elәdi,
Allahın lütfü ilә yeri behişt
oldu,
Qüdsiyyәt alәminin
sakinlәrindәn olduğu üçün
Öz mәnzilinә şadlıqla getdi.
Mustafa ağanın
asari-nәfisәlәrindәn birisi dә Şeyx Nizami
әleyhirrәhmәnin "Xosrov vә Şirin"
hekayәsinin tәrcümәsidir. Heyfa ki, şair
әcәldәn macal bulmayıb, başladığı
işi әncama yetirmәmiş axirәt mәnzilinә
sәfәr qılmış. Bir neçә mәclis ki,
Nasir "Xosrov vә Şirin"dәn tәrcümә
edibdir, onun tәbinin rәvan vә salim olmağına
dәlalәt edir. Qareini-girama nümunә
üçün hekayәnin ibtidasından bir neçә
sәtirlәr burada tәstir olundu:
Sipasü hәmdi-bipayan xudayә--
Ki, oldur bibәdayә, binәhayә.
Münәzzihdir bәsi vәhmü
gümandan,
Bәridir hәr cәhatü hәr
mәkandan.
Nә dәm "kön" lәfzinә
әmr etdi cabbar
İki hәrf ilә qıldı alәmi
var.
İradә oldu çün hәyyü
vәdudә,
Gәtirdi cümlә mәxluqi
vücudә.
Cәmi әşyanı qıldıqda o
peyda,
Ona yavәr ola "haşa vә
kәlla"!
Mәcliskәrdәni-Xosrov vә
söxәngöftәn ba arifani-әrbabi-şirinlәban:
Gәtir, saqi,
şәrabi-әrğәvani--
Ki, Xızr ondan bulubdur zindәgani.
Peyapey son mәni-mәstü xumarә,
İnayәt etgilәn ömri-dübarә.
Bu ömri-faniyә yox etibarım,
Bәqayi-ömr üçün qıl
yadigarım--
Ki, şöhrәt bula adım bu cahanda,
Fәramuş olmayım dövri-zamanda.
* *
* * *
Dedi bir arifi-şirinrәvayәt
Edәndә bәzmi-Xosrovdan
hekayәt--
Ki, bir gün cәşn qıldı şah
Xosrov,
Cәmalından salıb cam içrә
pәrtov.
Ayaq üzrә durub mәtbui-saqi
Verirdi badә ilә ömri-baqi.
Bir әldә camü bir әldә
sürahi
Oxurdu nәğmeyi-"haza mübahi".
Hәrifan düşmüş idi
mәstü mәxmur,
Üzari-saqidәn kim,
çәşmi-bәd dur.
Tәranәsaz idi hәr bir tәranә,
Oxurlardı nәvayi-aşiqanә.
Cavan idi bәsi şahi-cavanbәxt,
Arardı bir әrusi-varisi-tәxt.
Miyani-bәzmdә şahi-yeganә
Gәtirdi cümlә әsrarin
bәyanә.
Soruşdu hәr bir
әrbabi-hünәrdәn--
Ki, rәcәt eylәmişdir bir
sәfәrdәn--
Ki, cümlә şәrh qılsın ol
nigari,
Gәzәn dәmdә görübsә
hәr diyari.
Biri şәrh eylәdi
yәğmayi-Çindәn,
Olarda gördüyü hәr
nazәnindәn.
Biri söz açdı Türkanü
Xitadәn,
Dilü imanә afatü bәladәn.
Biri xubani-Turanı qılıb yad,
Verirdi әqlü sәbri cümlә
bәrbad.
Biri nәql eylәyirdi rumiyandan,
Nigari-sәrvqәddi-mumiyandan.
Biri Kәşmirü Hindi yad edirdi,
Şәhin könlün onunla şad edirdi.
Biri söylәrdi xubani-Yәmәndәn,
Ruxi gülnarü sәdri
yasәmәndәn.
* *
* * *
Gәlib göftarә ol fәrzanә
Şapur
Dedi:--Ey dövlәtindәn
çәşmi-bәd dur,
Sәfәr etdikdә mәn
Әrmәnzәminә,
Sataşdı gözlәrim bir
nazәninә.
Mәlәk zәnn eylәdim, lakin
bәşәrdir,
Cәmali şux-şәng, ali
göhәrdir.
Ruxindәn әks alır ol
mehri-rәxşan,
Fәdayi-cәbhәsidir mahi-taban.
Saçından sünbülә min tab
iribdir,
Gözündәn nәrgisә hәm xab
iribdir.
Xuramı sәrvi pabәst eylәyibdir,
Hәvası alәmi mәst eylәyibdir.
Ona fәğfuru xaqan çakәr olmuş,
Şәhi-rusi qulami-kәmtәr olmuş.
Tәalәllah nәziri yox cahanda,
Bulunmaz böylәsi kövnü mәkanda.
Görüb onu mәlahәt birlә
rәngin,
Zәmanә onun adın qoydu Şirin.
Miyani-vәsfdә şahi-zәmanә
Çәkib candan sәdayi-aşiqanә,
Xәyalı dilbәrin olduqda mәnzur,
Düşüb bixud sәlahi-әqldәn
dur.
Burada Xosrov özündәn gedir. Şapur onun
üzünә әtirlәr sәpib huşa gәtirir
vә şah ayıldıqda ona xitabәn әmr edir:
Dedi
Şapura ki, ustadi-kamil,
Sәnә lütfüm olur peyvәstә şamil,
Әgәr peyğam o canandan gәtirsәn,
Mәni ol hur vәslinә yetirsәn.
Deyib lәbbeyk ayağә durdu Şapur--
Ki, etsin
ol zaman әzmi-rәhi-dur.
Ona zadi-rәh üçün
şahi-novrәs
Nisar etdi
zәru
dürrü göhәr bәs....
Bu
müxtәsәr nümunәdәn möhtәrәm oxucular görür ki, Nasir
"Xosrov vә
Şirin" kimi belә zәrif vә nazik әsәrin tәrcümәsindә şairin özünә bәrabәr mәharәt vә bәlağәt izhar edibdir. Vә çox heyifdir ki, Mustafa
ağanın belә pürqiymәt zәhmәti yarımçıq
qalıb, әdәbiyyat vә lisanımız "Xosrov vә Şirin" kimi lәtif vә gözәl әsәrin tәrcümәsindәn mәhrum qalsın.
Anladığımıza
görә, bizim
hali-hәyatda olan
şairlәrimizin
bir neçәsi,
әzancümlә Mirzә Rәhim Fәna, Mirzә Әlәkbәr Sabir, Mәşhәdi Әyyub Baki, Mirzә Hәsib Qüdsi, Mirzә İbrahim Tahir mәrhum Mustafa ağanın
natamam qalmış zәhmәtini
asanlıqla bacarıb itmama yetirә bilәrlәr.
Cәnab Sabirin "Rәhbәr" jurnalında çap ol[un]an
"Şahnamә"dәn tәrcümәsi, Tahirin vә Qüdsinin ruznamә vә jurnallarda dәrc olunan әşari-abdarları vә Fәnanın vә Bakinin gözәl vә can riştәsi kimi nazik olan qәzәllәri bizim rәyimizi tәsdiqedici dәlillәrdir. Bu şairlәrdәn hәr birisi vә ya özgә bir şair bizim tәklifimizi qәbul etmәli olsalar, hәqirә bildirsinlәr ki, mәn dә Mustafa ağanın tәrcümәsini lazimeyi-dәstaviz ilә onlara tәqdim edim.
Mustafa
ağa Nasirin qeyri asari-mütәnәvveәlәri dәxi çox imiş vә lakin mәrhum bir gecә mütaliә etdiyi vaxtda yorulub yuxuya
gedibdir vә nә sayaq olubsa, yanında yanan
şam yıxılıb, çevrәsindә olan kitabların vә tәsnifatından bir çoxunu
yandırıb tәlәf
edibdir.