MUSTAFA AĞA "ŞUXİ"
Mustafa ağa Şәkixanov mәşhur
şair Kәrim ağa Fatehin sülbi oğludur. Mustafa
ağa validi-büzürgvarı kimi mәrifәt vә
kamal sahibi, möhtәrәm bir şәxs olub,
әksәr övqat mәclisini ürәfavü
şüәralar ilә tәzyin edәrmiş.
Zindәganlığının ibtidasında
dövlәtmәnd olub, axır vaxtlarda bir az kasıb
düşübdür vә özünә
mütәәlliq olan әmlakın mәdaxili ilә
güzәran edәrmiş. Mәrhum Mustafa ağa
Şuxinin çox rәvan vә gözәl tәbi var
imiş. Öz dәstxәtti ilә yazılmış bir
divanı vardır ki, onda әdәbiyyatın hәr
növünә dair әşarü kәlam vardır.
Onlardan bәzisi nümunә olaraq burada zikr olunur.
Zәmanә әhlinin
әxlaqi-zәmimәsinә dair deyilibdir:
Nә surәt bilmәzәm
әhvali-xәlqi-dövri-hazirdir,
Olubdur
bir-birinә
cürmsiz nahәqq
cabirdir.
Xәyanәtlә dәruni sәrbәsәr mәmlüvvdür xәlqin,
Kimi tәsviri-adәmlikdә görsәn, şәkli-zahirdir.
Әgәr kim, dәrdini izhar edәrsәn sandığın yarә--
Ki, guya alәmә izhar üçün mәmur naşirdir.
Atıb
öz karını cümlә biri hәmdigәri halın
Tәcәssüs eylәmәkdә daima amadә, nazirdir.
Ucalda gәr fәlәk hәmmillәtindәn bir kәsin başın,
Dili-әqvami büxlindәn müdam aşüftәxatirdir.
Vә ya dövri-qәza birlә ola әfsürdә ixvanı,
Dәnaәtdәn görә qardaşın ol halәtdә şakirdir.
Edib әfalını mәğşuş cümlә sahibi-sәnәt,
Hәzaran heyf ol ustadlәr kim, işdә mahirdir.
Görünmәz doğruluq әqvalü әmali-xәlayiqdә,
Sәrapa әyrilikdir feli-mәrdüm hәrçi sadirdir.
Nolur bilmәm bu әfal ilә axır karımız, ya rәb,
Bu tәrz ilә olub yek-digәrindәn cümlә nafirdir.
Gәhi xәndan, gәhi giryan edir dövri-fәlәk daim,
Әsasi-dövri-alәm ruzü şәb çәndan ki, dairdir.
Zamanın
halәtin bu tәrz ilә gördükdә, ey Şuxi,
Vәfa eylәrmi göftarә dili ol kәs ki, şairdir.
Şuxinin
bu qәzәli şikvәüslub olsa da, pürmәzmun kәlamlardan birisi olub, bizim yerlәrin әhalisinin müqtәzayi-tәbiәtlәri olan büxlü hәsәdi, nәmmamçılığı, öz
işini buraxıb özgә sözü danışmağı,
aralıq qarışdırmağı, qövm-әqrәbanın tәrәqqisinә xәyanәt vә әfsürdәhal olmasına bәşaşәt etmәklәri vә filcümlә bәşәrә layiq olmayan halı vә sifәtlәrini şәrhü bәyan edir.
Filhәqiqә, ancaq bizim torpağın
adamlarıdır kәsrәti-kәsalәtdәn öz şüğlü
karını atıb, hәmdigәri
halını tәcnis
etmәyә daim amadә vә nazir ola. Bir kәsin başı uca olsa, onun
büxlindәn
digәri pәrişan vә aşüftәxatir ola. Qardaşı qәzadan bir bәlaya düçar olsa, ona tәsәlli vermәyib kәsrәti-qәnaәtdәn onun pәjmürdә halına qәlbdәn şadü şakir ola. Bu qisim sifәtlәr ilә müttәsif olanlar, әlbәttә, zahirdә adama bәnzәsәlәr dә, batindә vә hәqiqәtdә adamlıqdan uzaq vә kәnardırlar. Odur ki, şair deyibdir:
Xәyanәtlә dәruni sәrbәsәr mәmlüvvdür xәlqin,
Kimi tәsviri-adәmlikdә görsәn, şәkli-zahirdir.
Bu şer
Mövlana Cәlalәddin Ruminin kәlamını xatirә gәtirir:
İn ke,
mibini xelafe-adәmәnd,
Nistәnd adәm ğelafe-adәmәnd[1].
[1] Tәrcümәsi:
Bu
gördüklәrin
adamların әksidir,
Adam deyillәr, adam qınıdırlar.
Müәllim Nacinin dәxi bu babda mәşhuri-üdәba olan tәrcibәndindә dediyi fәrdlәr şayani-diqqәtdir:
Zahirdә görüb bizlәri sanma üqәlayiz,
Biz bir
sürü aqil sifәtindә
büdәlayiz
Aqil
denilirmi bizә
kim, halı bilürkәn,
Dildadeyi-alayişi-neyrәngü hәvayiz.
Vә yenә bu babda Müәllim Naci yenә haman tәrcibәndindә deyir:
Dәhri arasan mindә bir adәm bulamazsan,
Adәm görünәn xәrlәri adәmmi sanırsan?
Mәrhum Mustafa ağa Şuxi
öz din qardaşlarının belә pozğun vә pәrişan halda vә xabi-qәflәtdә qalmaqların görüb kәmali-tәәssüflә deyir:
Yetdi
dövran bizә
bir vaxt, xudaya, sәd heyif,
Vәzi-әyyam pәrakәndә, nә bәrca, sәd heyif!
Xabi-qәflәtdә qalıbdır belә әhli-islam,
Hәmә bihuş, nә bir karә mühәyya, sәd heyif!
Hiç
bir mәşğәlә yox bizdә ki, hasil ola nәf
Onda
mövcud nә
dünyavü nә üqba, sәd heyif!
Qabili-tәrbiyeyi-elmü maarifdә ikәn
Qalmışıq
vadiyi-qәflәtdә sәrapa, sәd heyif!
Var ikәn gör necә pamali-cahan olmadayız,
Növi-insanda
belә qәdri-müәlla, sәd heyif!
Söndürüb
әldә ikәn böylә qalıb zülmәtdә
Nuri-islam
kimi mәşәli-ziba, sәd heyif!
Nә sәbәb qalmağa bu halәtә bilmәm, Şuxi,
Yox
imiş bir kәsimiz
samevü bina, sәd heyif!
Doğrudan
da sәd heyif vә yenә heyif ki, әlimizdә nuri-islam kimi belә pürziya vә münәvvәr çirağ ola-ola cәhalәt qaranlığında vә qәflәt vadisindә pәrişan vә sәrgәrdan qalıb, pamali-cahan olmuşuq.
Әşrәfi-әnbiya olan peyğәmbәrimiz Mәhәmmәdәl-Mustafa hәzrәtlәrinin mәdhindә vә çahar yarın vәsfindә inşa qıldığı kәlamdır:
Sәni mәhbub qılmışdır xudayi-әkbәrü әla--
Ki, sәnsәn kainat içrә münәvvәr gövhәri-әla.
Şәhi-tәxti-nәbüvvәtsәn, hәbibi-hәqqi-ziqüdrәt,
Sәfarayi-güruhi-әhli-mәhşәr, sәrvәri-әla.
Xoşa
mümtaz qılmışdır sәni kövnü mәkan içrә,
Hәmә mәxluqi-alәmdәn güzidә, bәrtәrü әla.
Hamana әbr açıb daim әlaimdәn cinahi-xoş,
Mübarәk fәrqinә bir çәtri-zәrrin şәhpәri-әla.
Şәbi-merac әzmindә dәri-dәrgahi-mövlayә,
Qәdәmgahında fәth olmuş firavan kişvәri-әla.
Sәnayi-cümlә әshabın, xüsusәn çar yaranın
Öyünmәk cümlә ümmәtçün sәzadır әzbәri-әla.
Әbubәkr sәdaqәt göstәri siddiqü yoldaşın,
Rәfaqәtdә qәdәm kәm qoymadı ol mehtәri-әla.
Hәrasan sәtvәti-Faruqdәn dövründә küffaran
Olubdur nәşr üçün
dini-mübinә
mәzhәri-әla.
Güli-sәdbәrgi-gülzari-hәya Osmani-Zünnureyn
Sәadәt bürcünә arayişәfza әxtәri-әla.
Mәhi-bürci-sәxa nәcmi-sәadәt şiri-yәzdani
Cәnabi-xatәmi-tәxti-xilafәt Heydәri-әla.
Vücudunla
verib xәllaqi-alәm bu cahan içrә
Çiraqi-alәmәfruz olmağınla zivәri-әla.
Ümidim
böylәdir, ya
müqbili-dәrgahi-sübhani,
Qıla
ümmәtlәrin әtasinin çün davәri-әla.
Әzancümlә olursa Şuxiyi-mücrim dә azadә,
Nigahınla
tәrәhhüm etsәn, ey sәrdәftәri-әla.
Qәzәli-Şuxi:
Hәr tәbәssüm ki, gәr ol lәli-şәkәrxәndә edәr,
Özünә yüz dili-şeydanı o dәm bәndә edәr.
Toxuna
zülfünә
nagah nәsimi-sәhәri,
Әnbәrәfşan qılır, әqli pәrakәndә edәr.
Pәrtövi-bәrq ilә pәjmürdәvü suzan kәs tәk
Hәr nigahında mәni ol ruxi-tabәndә edәr.
Edәsәn ruyinә nәzzarә hәr an dәm guya
Qeyri bir
hissi-novicad nigarәndә edәr.
Aparır
huşumu mәstanә dönüb baxması,
Hәr zaman naz ilә ol sәrv xuramәndә edәr.
Firqәtindәn gözüm ol novgüli-şirindәhәnin
Әşkini
әbri-baharan kimi
barәndә edәr.
Şuxiya,
vәqti-hәlakımda yetәn dәm lәbdәn
Zindә bir busә ilә ol büti-nazәndә edәr.
Әşarü kәlamından mәlum olur
ki, mәrhum Mustafa ağa ziyadә dindar vә millәt
tәәssübü çәkәn bir vücud
imiş. Mustafa ağa vәfat edibdir Nuxa
şәhәrindә 1312-ci tarixi-islamiyyәdә
cәmadiyülәvvәl ayında ki,
tarixi-mәsihiyyәnin 1895-ci sәnә oktyabr ayına
mütabiqdir.
Yenә baniyi-dini-mübinimiz olan
Xatәmün-nәbinin şәnindә yazıbdır:
Sәnә, ey nur, әyan xәlqi-cahan maildir,
Sәndәki cәmi-kәmalatә qamu qaildir.
Әqli-küll
mәnzәri-zati-şәrәfayinindir,
Cümlә övsaf vücudunda sәnin kamildir.
Filisufani-cahan
hәrçi ki,
tәrqim edәlәr,
Qeyri әqvali-şәfabәxşin ola, batildir.
Xәlәli-izzәtü namusuna kim qәsd qıla,
Nәssi-qate onu cәrh etmәk üçün maildir.
Özünә gülşәni-kuyindәn alıb daneyi-töxm,
Hәr ülum üzrә ki, hәr kim görünür,
fazildir.
Ey şәhәnşahi-cahan, lütfi-cahanpirayәn
Cümlә fәrqi-sәri-mәxluq üzәrә şamildir.
Tövfi-kuyindә süfufati-mәlayik şәbü ruz
Dәrgәhindә hәmә mәxluqi-cahan saildir.
Kim ki,
ixlasın ilә
qılmaya pürnur dilin,
Sәrnigun çahi-zәlalәtdә qalıb, qafildir.
Sahiba,
Şuxiyi-pürcürm hesab eylәr özün
Lütfi-ami-dәri-şahәnşәhinә naildir.