MİRZӘ CӘBRAYIL
"SÜPEHRİ"
Mirzә Kәrimin kiçik
qardaşıdır. Mirzә Cәbrayıl-Şüainin
vasitәsilә Dәrbәndin uyezdni işkollasına
ehkami-şәriyyә müәllimi tәyin
olunmuşdur. Amma 1877-ci ildә mәzkur işkolla tәbdil
tapıb, Mirzә Cәbrayıla pensiya qәrar etdilәr.
Mirzә Cәbrayıl şәbih ümuratına
mәşğul olardı vә onun dәxi xeyli
mükalimat vә mәrsiyәlәri vә sair
әdәbiyyati-mütәfәrriqәlәri
vardır. Amma bir kitab tәrtib-qılmayıb. Olan
әşarü kәlamı övraq vә pәrişan
haldadır.
Mirzә Süpehri, necә ki,
rәvayәt olunur, çox әhli-zövq vә
alitәb bir vücud imiş. Keçmiş şüәra
әşarü әdәbiyyatına çox meylü
rәğbәti olmağa görә, çoxunu
hafizәsindә saxlarmış. Әlәlxüsus
Әlişir Nәvainin türkcә, noqay istilahatında
inşa qildiği qәzәliyyatın әksәrini
әzbәrdәn bilib, çox mәrğub oxurmuş
(Belә ki, Nәvai әgәr hәyatda olub, onun
qiraәtinә istima etsәydi, әlhәqq, insaf
verәrdi).
Süpehri vәfat edibdir miladın 1902-ci
sәnәsindә, fevral ayının
qürrәsindә. Onun böyük oğlu universitetdә
kәsbi-ülumü fünuna mәşğuldur. Şüai
vә Süpehrinin atalarının adı İsrafil olmağa
görә, familiyaları İsrafilovdur.