MOLLA İBRAHİMXӘLİL
"DODUİ"
Nuxa şairlәrindәn birisi dә Molla
İbrahimxәlil Mәhәmmәd oğlu "Dodui"
vә ya "İbrahim" tәxәllüsdür. Molla
İbrahim Nuxada Dodu mәhәllә[sin]dәn
olmağına görә, tәxәllüsünü
dәxi "Dodui" qoymuşdur. Mәrhum Molla İbrahim
ülumi-әrәbiyyә tәhsilinә
mәşğul olub, bu axır vaxtlarda Küdudlu
qәryәsindә prixod mollalığına tәyin
olunub, ruhanilәr silkinә daxil olmuşdur.
Molla İbrahimxәlilin
tәbi-şeriyyәsi olmağa görә,
mütәәddid şerlәr dәxi inşa
qılmışdır vә lakin әsәrlәri
mürәttәb bir qayda üzrә cәm olunmayıb,
pәrişan haldadır. Onlardan әlә
düşәnlәrinin bәzisi burada zikr olunur:
Eşq bir bәhrdir kәnarәsi yox,
Tәrki-candan sәvayi çarәsi yox.
Dudi-ahim dәrundәn çәksәm,
Asimanın
olur sitarәsi
yox.
Qәmi-әyyam dildәdir mәktub,
Bibәsәrlәr deyir ki, qarәsi yox.
Nalәdәn nalә döndü qamәti-rast,
Söylәr әmma ki, xәlq әmarәsi yox.
Dodui, fal әgәr deyil niku,
Sәndә ixlasu istixarәsi yox.
Zәkat yığmağa gedәn tamahkar bir mollanın
haqqında deyibdir:
Alәmdә neçә saili-cәrrar görünmüş,
Zәnn etmә ki, bir böylәcә idbar görünmüş.
Әhbablığa
hiç sәlahiyyәti yoxdur,
Fisqi sәbәbilә mәnә әğyar
görünmüş.
İllikdәn o yanә olur azuqәsi әfzun,
Çardağına
get, bax neçә xarvar görünmüş.
Anınla
nә ruyәnlik edir gör ki, qәryәdә,
Hәtta dedilәr qәryeyi-küffar görünmüş.
O yan
Babaratma, bu yanı Dәhnәçapağan[1],
Cümlә nәzәri-xәlqdә murdar görünmüş.
[1] Dәhnәçapağan, Babaratma--kәnd adlarıdır.
Kim sehrinә pabәstәdi, tәvizinә kim ram,
Bir pәf zühur eylәmәdi, zar görünmüş.
Söylәrlәr onun tәntәnәsi vәsfini bihәd,
Bu halla
yox bir fәrәci, xar
görünmüş.
Hәq verdiyi әnvayi-niәm var ikәn onda,
Bişәrmliyi alәmә izhar görünmüş.
İqrari-qüsur
eylәmәz әsla o hәyasız,
Yox sidqi,
bütünlük ona hәr bar görünmüş.
Hәr qәdr yığa, söylәyәcәk:--Olmadı bir şey,
Bir dәfә onun adәti inkar görünmüş.
Burada
şayani-diqqәt
olan budur ki, molla özü öz hәmsinfinin bişәrm, hәris vә tamahkar olmağına iqrar edib deyir
ki, molla qismi nә
qәdәr sәdәqә, ehsanat vә zәkat yığsa da, yenә söylәyәcәkdir ki, bir zad olmadı, çünki
әvvәldәn onun tәbiәtü adәti haqqı inkar etmәk olubdur. Burada dәxi cәm etdiyini hökmәn gәrәkdir inkar etsin.
Nәti-rәsulüllah:
Lisanım
nәtini guya
deyildir, ya rәsulüllah,
Sәzayi-dәrgәhindir, ya deyildir, ya rәsulüllah!
Budur mәnzur әltafi-xudadәn eylәyә tövfiq--
Ki,
mirati-könül icla deyildir, ya rәsulüllah!
Hәvayi-nәfsi-zülmat içrә bir gәz әql şaşmışdır,
Hәrimi-vәsfinә bina deyildir, ya
rәsulüllah!
Sәmavat ilә әrz onlarda hәr nә
var mövcudat,
Biri yox nurdәn peyda deyildir, ya
rәsulüllah!
Zülali-lәblәrin
sihhәtfәzayi-dәrdi-üsyandır,
Onun tәk sәlsәbil әhli deyildir, ya
rәsulüllah.
Civari-kuyi-rövzәn bir müәmma,
sirri-bitimsal--
Ki, manәndi onun mәva deyildir, ya
rәsulüllah!
Dәmi-fәryadrәslik Doduiyә
lütfün izhar et,
Günahın qabili-dәva deyildir, ya
rәsulüllah!
Әyzәn kәlami-Dodui:
Dedim:--Könül, sәni bu halә
dәrdi-yar salıb?
Dedi:--Bәli, bәli, әlbәttә, bir nigar salıb.
Dedim:--Bu
ahü ününә sәbәb nәdir şәbü ruz?
Dedi:--Bu
sineyi-pürdәrdә yar nar salıb.
Dedim:--Xәzan dәmidirmi böylә pәrişansan?
Dedi:--Fәraq qәmi, nә xәzan, bahar salıb.
Dedim ki, sәbrü qәrar ilә hәll olur müşkül,
Dedi ki,
zülfi-siyahi biixtiyar salıb.
Dedim ki,
ey güli-tazә,
nәdir bu
cövrü cәfa?
Dedi ki,
böylәdir adәt ki, ruzigar salıb.
Dedim:--Bu
hüsndә
Yusifmisәn,
Züleyxasәn?
Dedi:--İkisi
bәrabәrcә yadigar salıb.
Dedim ki, lәrzә salıb canә sәfi-müjganın,
Dedi:--Nә bircә sәni, çoxları fikar salıb.
Dedim:--Bu
möhnәti-hicranә yoxmu bir әncam?
Dedi:--Nә çarә qәzayә ki, girdgar salıb.
Dedim:--Doduiyә bais olan әdavәt nә?
Dedi:--Әbәs deyil, әlbәttә, vәchi var, salıb.
Molla
İbrahimxәlil
Dodui vәfat
edibdir 1900-cü sәnәdә. Vәfatı vaxtı qırx
yaşında imiş.