MOLLA MӘHӘMMӘD "HÜZNİ"

 

 

 

 

Molla Hacıbaba oğlu "Hüzni" tәxәllüs Nuxa şairlәrindәn birisi hesab olunur. Molla Mәhәmmәdin әsli Küngüt qәryәsindәndir. Atası Hacı әfәndinin dәxi tәbi-şeriyyәsi varmış. Molla Mәhәmmәd öz sәyi ilә bir qәdәr elmü mәrifәt kәsb edib prixod mollalığına tәyin olunubdur vә mollalıq ilә güzәran edәrmiş. Asudә vaxtını şer söylәmәyә sәrf edәrmiş. Әsәrlәrindәn [ki], ibarәt ola tәbriknamә, mәrsiyә, tәrifnamә, qәzәliyyat vә sair inşaat әnvaından, bir divan tәrtib olunubdur. Molla Mәhәmmәd Hüzni vәfat edibdir 1309-cu tarixdә (1822) vәba naxoşluğundan.

 

Әsәrlәrindәn bәzi nümunә olaraq burada tәhrir olundu:

 

Hәqqi tövhid qılıb qail olan mizanә,

Eylәr iqdam necә şurü şәrü üsyanә?!

 

Etsә Quranә әgәr taәt әhli-Quran,

Kafiran rәğbәt edib tabe olar Quranә.

 

Etsә göftarına kirdar güruhi-ülәma,

Әmri-hәqdәn cühәla bir qәdәm olmaz yanә.

 

Qövli-hәqdir ki, tәsәllüt bulamaz düşmәni-hәq

Şәri-Mәhmudi tutub taәt edәn yәzdanә.

 

Rәhnüma olmasa hәmsayә, xәyanәt edәmәz,

Kimsәyә rah bulub, cürәt edib biganә.

 

Eylә hәr lәhzә hәzәr bir bәşәrin şәrrindәn--      

Kim, olubdur sәn ilә hәmnәfәsü hәmxanә.

 

Hüzniya, ta әbәd әnduhü qәrabәt görәmәz,

Kim tәvәkkül edә ixlas ilә hәq sübhanә.

 

Bu kәlamda şairin artıq bir elmi vә tәbi-şeriyyәsi görünmәdiyindәn maәda, onun fikirlәrindә dәxi bir növ kәclik vә zәf müşahidә olunur. Mәsәlәn bu beytdә:

 

Eylә hәr lәhzә hәzәr bir bәşәrin şәrrindәn--         

Kim, olubdur sәn ilә hәmnәfәsü hәmxanә.

 

Burada aşkardır ki, hәmnәfәs vә hәmxanәdәn ibarәt kişinin әyalıdır. Vәqta ki, kişi öz әyalını sevmәyib, ona bavәr etmәyә vә hәr dәqiqәdә ondan ehtiyatda olub, özünü onun şәrrindәn qoruya, onda belә әyal ilә nә növ güzәran etmәk olar vә belә xanәdә rahatlıq vә könül xoşluğu ola bilәrmi? Bu nә fәsad fikirdir ki, şair qeyrilәrin dә qәlbinә bunu ilqa elәyir?

 

Beş vaxt namazın övsafında deyibdir:

 

Hәr kora sadiq olan dәvayi-imandır namaz,

İmtisali-әmri-hәq sübhanә bürhandır namaz.

Gәrçi bәs islamdә taatü ehsanat var,

Әfzәli-mәcmueyi-taatü ehsandır namaz.

Cümlә әdyanın kitabında namaza әmr var,

Bir mücәrrәd sanma kim, fәrmani-Qurandır namaz.

Dini-islamın sütunu şövkәtü arayişi,

Mәzhәri-hüsnü rizayi-fәzli-yәzdandır namaz.

Sәddi-rahi-әhrimәn, rövşәngәri-mirati-dil,

Baisi-rizqi-firavan, qüvvәti-candır namaz.

Nәfsi-bәdkirdara tabe, fasiqә düşvardır,

Salehü münqadi-әmri-hәqqә asandır namaz.

Alәmi-zahirdә beynәlxәlq mümtaz olmağa

Qeyri millәtlәrdәn asari-müsәlmandır namaz.

Şiveyi-taatü mәcmui-mәlayik surәti,

Pişeyi-әhli sülukü rahi-ürfandır namaz.

Cümlә әza ilә durmaqdır hüzuri-xaliqә,

Bir nә ancaq sanma kim, tәdili-әrkandır namaz.

Mәzhәbi-islamdә bir gülsitani-basәfa

Gahbigah anda bir bubürdi-xoşxandır namaz.

Taәtü tәqvayә gün-gün rәğbәtü pәrva verib,

Nәhy edib rahi-mәnahidәn, nigәhbandır namaz.

Olsa kim cuya behiştә rәhnümayi-mötәbәr,

Rәhnümayi-gülşәni-cәnnatü rizvandır namaz.

Mucibi-tәnzimü tәkrimi-bәni-növi-bәşәr,

Cümleyi-taat ilә mizanda yeksandır namaz.

Qәbrdәn mizanә qalxarkәn olub әmri-xuda,

Әhli-islamın üzündә nuri-tabandır namaz.

Hüzniya, ancaq müvәqqәt fәrzlәrdәn maәda

Dәrgәhi-izzәtdә mәqbul olsa, pünhandır namaz.

 

Elm vә әdәb babında deyibdir:

 

Әşrәfül-xәlq olmağa bais bәşәr elmü әdәb,

Hadiyi-rahi-riyazi-dadgәr elmü әdәb.

İstәsәn dünyavü üqba izzü rifәt xәlq ara,

Eylә hasil, sәy edib şamü sәhәr elmü әdәb.

Malü mәnsәb sahibin eylәr bәlayә mübtәla.

Sahibin amma bәladәn hifz edәr elmü әdәb.

Qәm deyil, olmazsa dünya dövlәtindәn dövlәtin,

Olsa gәr sәrmayeyi-әqlü hünәr elmü әdәb.

Ehtiram eylәr ümumәn pirü bürnayn-cahan,

Kim ki, olmuşdur ona deyhimi-sәr elmü әdәb.

Süni-qüdrәtdәn tikilmiş gülşәni-alәmdәdir

Bir nihali-barvәr peyvәstәtәr elmü әdәb.

Eylә kuşiş, etmәyib bir an tәğafül, Hüzniya,

Rövnәqidir bәzmgahi-xeyrü şәr elmü әdәb.

 

Peyğәmbәrimizin şәnindә deyibdir:

 

Ey vücudun rövnәqi-nüzhәtgәhi-darüssәlam,

Zayiri-firdovsi-kuyindir mәlayik sübhü şam.

Yömni-tәşrifi-qüdumundan bulub fәzlü şәrәf,

Kәbeyi-әşrәf olubdur qiblәgahi-xasü am.

Nuri-alәmgiri-xurşidi-cәmalın eşqinә

Buldu alәm dәrgәhi-izzәtdә izzü ehtiram.

Xilqәti-әflakdәndir gövhәri-zatın qәrәz,

Tövfi-kuyindir tәvafi-beytdәn mәqsudi-tam.

Bir imarәtdir ki, darül-әmni-şәri-әnvәrin,

Rәxnә bulmaz, olsa min tufan ilә yövmül-qiyam.

Olsa lütfün, bir bәni-adәm yaxılmaz atәşә,

Xassә bir adәm ki, dәr nami-şәrifindә bәnam[1].

Rahi-şәrin tut hәmin salari-dinin, Hüzniya,

Etdiyin rahi-mәnahidә tәkapudur tamam.

 

[1] Şairin özünә işarәdir, çünki öz adı da Mәhәmmәddir.