MİRZӘ SADIQ "FANİ"
Mirzә Sadıq Molla Әsәdulla oğlu
"Fani" tәxәllüs әslәn tәbrizlidir.
Bu halda qırx ildәn ziyadәdir ki, Gәncәdә
iqamәt edir. Elmi Tәbrizdә öz atasından
tәhsil edibdir. Hicrәtin 1255-ci ili zilhiccә
ayının 18-ci günü[1] anadan olubdur. Әlan
Gәncәdә mәktәbdarlıq ilә
iştiğal edir vә lakin mәktәbin qaydası
vә üsuli-tәlimi әski qayda üzrәdir.
[1] 1839.
Fani cәnabları farsca vә türkcә
yaxşı bilir vә özünün dә
qüvveyi-şeriyyәsi fövqәladәdir. Hәr iki
dildә çox gözәl şerlәri var. Faninin
yazdığı şerlәr әlәlümum
tәrbiyәyә, әxlaqa vә hәkәmiyyata
dairdir. Divanı var vә lakin çap olunmayıbdır,
haman divan "Divani-Fani" adlanır. Faninin gözәl
hüsnxәtti var.
Şairin öz iddiasınca yeddinci babası
mәşhuri-afaq Şeyx Bәhai
әleyhirrәhmәdir. Gәncәdә evlәnibdir
vә iki oğlu var. Fani müsinn bir şәxs ikәn
yenә zövqü şövqdәn düşmәyibdir.
Mәktәb şagirdlәri üçün
"Xәmseyi-әdәbiyyә" adlı bir
mәcmuә tәrtib qılıbdır. Bu mәcmuә
beş cüzdәn ibarәtdir: 1) Lazımdır, 2)
Әdәbiyyә, 3) Tәmsilat, 4) İqbaliyyә vә
idbariyyә, 5) Әxlaqiyyәdir. Üç
әvvәlinci mәtbudur. Bundan әlavә cәnab
Faninin "Ağıl, bәxt vә dövlәt"
ünvanlı mәnzum bir әsәri dә var. Mәzkur
әsәrdә bu üç şeyin hansı birisinin
qeyrilәrinә tәrcihi var isә, mәlum olur.
Fani әlan sağdır vә sinni
yetmişә baliğdir. Vәhdәt vә
üzlәtin yaxşılığı xüsusunda Fani
cәnablarına yazılan bir mәktuba qarşı
yazır:
Cana, sәnә bu yazdığım
әsrar nihandır,
Hәr fәrdi öz әhvalıma bir
kәşfi-bәyandır.
Üns atәşi can olduğunu mәn
dә bilirdim,
Atәşzәnәvü sәng haman
ünsi-cahandır.
Fulad yetәr daşә, çıxar
atәşi-suzan,
Keyfiyyәti-üşşaqә bu nә
türfә nişandır.
Sayidә olur müşk, yanar ud,
çıxar әtr,
Әsbabi-kәmalati-cahan kәsrәti-candır.
Vәhdәt nә odur kim, çәkәsәn cismi kәnarә,
Tәcrid haman tәzkiyәvü
tibi-cinandır.
Kәsrәtdә olan vәhdәti tap,
kәsbi-kәmal et,
Tövhidi-xuda kәsrәti-cәm ilә
әyandır.
Mәcnun kimi yığ başına hәm
vahşü tüyuri,
Kәsrәtdә olan vәhdәtü
tәcrid hamandar.
Yekrәngdi zahirdә әgәr beyzә
yәqinәn,
Aç pәrdәsini, gör iki rәng
ilә nihandır.
Pendar ilә mәn hәm özümü
fәrd görürdüm,
Güzgüyә baxıb gördüm onu
mәhz yalandır.
Düzlük dilәsәn, kәclәr
ilә eylәmә ülfәt,
Әyrilә düşәn
keyfiyәti-tirü kәmandır.
İstәrsәn әgәr kәsb
edәsәn eşqi-hәqiqi.
Bazari-mәcaz içrә bu
kalayi-girandır.
İsbati-vücud etmәyә ifnayi-vücud
et,
Can feyzi әbәd almağa
tuğrayi-әmandır.
Fani sәnә göndәrdi dua şerü
qәzәldәn,
Beynәş-şüәra şerü
qәzәl lövheyi-candır.