XӘSTӘ QӘDİR

 

 

 

 

Xәstә Qәdir nam bir şәxs dә Nuxa şüәrası zümrәsindәn olubdur. Xәstә Qәdir Çayqırağı mәhәllәsindәn olub, atası Qasım Nuru oğludur. Şair Rәsul Dülgәrin müasiri olub, 20-25 sәnә bundan irәli qırx yaşında mәqtul olubdur. Xәstә Qәdirin әsәrlәrindәn bir parası әlimizә düşdüsә dә, onlardan heç birini әdәbiyyata layiq görmәyib, mәcmuәmizә nümunә salmadıq.