ANAMIN
KİTABI
Drama,
dörd mәclisdә
1) R ü
s t ә m b ә y--Rus
intelligenti libasında: yәni pidjak, jilet, nişastalı
yaxalı köynәk, boğazında qalstuk,
nişastalanmış ağ qolları. Rus darülfünununda
elm tәhsil elәmiş vә rus tәrbiyәsi
tәrәfdarı. Hərәkәti ağır vә
tәmkinli. Başı açıq, hәmişә
gözlәri eynәkli (çeşmәk). 40
yaşında.
2) M i r z
ә M ә h ә m m ә
d ә l i--İran ürәfası libasında, yәni uca
İran börkü, uzun İran arxalığı,
üstündәn qurşaq, arxalığın
üstündәn uzun İrani
çuxa (geymә), gen
şalvar, ağ corab. Başmaqlarını qapının
ağzında çıxardıb yerdә diz üstә
oturur. Hәmişә әlindә tәsbeh vә
gözündә eynәk.
Acıqlı vә gülmәyәn. İran tәrbiyәsi
tәrәfdarı. 35 yaşında.
3) S
ә m ә d V a h i
d--İstanbulda әdәbiyyat
dәrsi almış. Başında qırmızı
fәs, әynindә pidcak, jilet, ağ yaxalı
köynәk vә qalstuk, gözlәrindә eynәk.
Tәmkinli vә sakit. Osmanlı tәrbiyәsi
tәrәfdarı. 30 yaşında.
4) G ü
l b a h a r--surәtdә gözәl. Ümumi
müsәlman qızları libasında, başında
çarqat. Müsәlmanca savadlı. Anasını
nәhayәt istәyәn. 20 yaşında.
5) Z i v
ә r x a n ı m--Rus
tәrbiyәsi tapmış. Rus xanımları libasında.
Boğazı vә qolları açıq, müsәlmanca
savadsız.
6) Q
ә n b ә r--Sifәtdә göyçәk.
Әynindә çәrkәzi çuxa, belindә
qәmә vә tapança. Әlindә qamçı.
7) A s l a
n b ә y--hәr
cәhәtdәn Rüstәm bәyә
oxşayır.
8) M i r z
ә B ә x ş ә l
i--hәr cәhәtdәn Mirzә
Mәhәmmәdәliyә oxşayır.
9) H ü
s e y n Ş a h i d--hәr
cәhәtdәn Sәmәd Vahidә oxşayır.
10) S e n z
o r M i r z ә C ә f ә r b ә y--Rus çinovniki
libasında. Gözlәrindә eynәk.
M Ә C
L İ S L Ә R İ N Ә
H A L İ S İ
1. Z
ә h r a b ә y i m--60
yaşında.
2. R ü
s t ә m b ә y--onun
böyük oğlu, intelligent. 40 yaşında.
3. M i r z
ә M ә h ә m m ә
d ә l i--onun ikinci oğlu, elmi-ilahi müәllimi vә
vaiz. 35 yaşında.
4. S
ә m ә d V a h i d--onun
üçüncü oğlu, türk dili müәllimi (fәs qoyur) 30
yaşında.
5. G ü
l b a h a r--qızı, müsәlmanca oxumuş. 20
yaşında.
6. Z i v
ә r x a n ı
m--Rüstәm bәyin övrәti, rusca tәrbiyә tapmış. 25
yaşında.
7. M i r z
ә H ә s ә
n--Rüstәm bәyin dilmancı. 30 yaşında.
8. T e y m
u r b ә
y--Cәmiyyәti-xeyriyyәnin dәftәrdarı. 25
yaşında.
9. M i r z
ә Z e y n a
l--millәtpәrәst. 30 yaşında.
10. S
ә l i m ә x a n ı
m--müәllimә (danışmır). 25 yaşında.
11. A s l a
n b ә y--mal hәkimi (rus
intelligenti libasında). 30 yaşında.
12. İ
s m a y ı l a ğ
a--cәmiyyәti-xeyriyyә üzvü
(danışmır). 45 yaşında.
13. M
ü n ә v v ә r x a n
ı m--onun qızı (danışmır). 20 yaşında.
14. H
ü s e y n Ş a h i
d--türk dili müәllimi (fәsli). 30 yaşında.
15. M i r z
ә B ә x ş ә l
i--elmi-ilahi müәllimi. 35 yaşında.
16. Q
ә n b ә r--Rüstәm bәyin sәrkarı. 45
yaşında.
17. Q u r b
a n--çoban. 25 yaşında.
18. 3 a m a
n--çoban. 25 yaşında.
19. S e n z
o r M i r z ә C ә f ә r b ә y--45 yaşında.
20. P o l i
s m ә m u r u
(danışmır)--35 yaşında.
21. İ
k i n ә f ә r f ә r r a ş (danışmırlar)--30--35
yaşında.
22. M
ә ş ә d i C ә f
ә r--әrizә sahibi, 40 yaşında.
23. Y e n
ә ü ç n ә f ә r f ә q i r--40-45 yaşında.
24. B i r i
n c i h a m b a l--30
yaşında.
25. İ
k i n c i h a m b a l--30
yaşında.
Әhvalat
vaqe olur tarixi-hicrnin min üç yüz otuzuncu ilinin
yavıqlarında, Azәrbaycan şәhәrlәrinin
birindә, Rusiya hökumәti әsrindә.
BİRİNCİ MӘCLİS
Rüstәm
bәyin, Mirzә Mәhәmmәdәlinin vә
Sәmәd Vahidin ümumi kabinәsi: bir
tәrәfdә böyük yazı stolu, üstündә
qırmızı mahutdan örtük, yanında neçә
dәnә sandalya, kitab şkafı, stolun
üstündә vә şkafın içindә kitablar.
Stolun üstündә telefon, mürәkkәb qabı,
qәlәmlәr, kağızlar vә qeyri yazı
әşyası. Bu--Rüstәm bәyin yazı stolu. Bir
tәrәfdә qoyulub kitab qәfәsәsi (etajerka),
üstә kitablar, yanında bir dәnә sandalya. Bura
Sәmәd Vahidin yeri. Bir tәrәfdә qoyulub
sandıq, içindә vә üstündә yekә
vә qara cildli köhnә müsәlman kitabları.
Sandığın yanında döşәk. Bu da Mirzә
Mәhәmmәdәlinin yeri. Divarlarda
çaharcubәlәr, içindә şәkillәr.
Pәrdә qalxan vaxt otaqda oturub tәk R ü s t ә
m b ә y öz yerindә; gözlәrindә
çeşmәk, oxuyub yazmağa mәşğuldur. Bir
qәdәr sükutdan sonra içәri qapı
açılır vә Z ә h r a b ә y i m i n başı görsәnir vә
yenә yox olur. Bir qәdәr keçәndәn sonra
yenә Zәhra bәyim qorxa-qorxa başını
uzadıb yavaşca soruşur.
Z ә h
r a b ә y i m. Bala, görәsәn niyә
uşaqlar yubandılar?
R ü s
t ә m b ә y
(başını stolun üstündәn qovzamayıb). Ana,
mәni danışdırma, lüğәt yazıram.
Z ә h
r a b ә y i m dinmәyib yox
olur. Yenә bir dәqiqә sakitlik ilә keçir.
İçәri otaqda uşaq ağlayır. Rüstәm
bәy qәlәm әlindә tez durur ayağa vә
haman qapıya yavıqlaşıb deyir:
R ü s
t ә m b ә y. Ay uşaq
sәs elәmәyin, mәn lüğәt yazıram.
(Rüstәm bәy qayıdıb oturur vә yenә
yazıb oxumağa cumur; yenә bir dәqiqә keçir,
çöl qapını taqqıldadırlar).
R ü s
t ә m b ә y. Kimsәn?
Gir içәri.
Mirzә
Hәsәn girir içәri.
M i r z
ә H ә s ә n.
Sәlam әleyküm.
R ü s
t ә m b ә y.
Әleykәssәlam. Mirzә, nә әcәb bu
gün yubandın?
M i r z
ә H ә s ә n.
Bağışlayasınız. Rüstәm bәy,
çox sәy elәdim, tez gәlә bilmәdim.
R ü s
t ә m b ә y.
Әylәş.
Mirzә Hәsәn sandalyanı yazı
stolunun yanına çәkib oturur, qәlәmi
götürür, kağızları aralayır vә yerini rahatlayandan
sonra üzünü Rüstәm bәyә tutub
yazmağa hazır olur.
R ü s
t ә m b ә y.
Dünәn harda qaldıq?
M i r z
ә H ә s ә n
(kağıza baxır vә oxuyur). Necә ki, Yevropa,
habelә Asiya millәtlәrinin hürufatının
әvvәlincisi "A" sövtünün
әlamәtidir ki, biz ona "әlif" deyirik.
R ü s
t ә m b ә y. Mirzә,
dayan, gәrәk bir yerini dәyişәk. Necә
yazıbsan? Yevropa vә Asiya millәtlәrinin?
M i r z
ә H ә s ә n.
Necә ki, Yevropa, habelә Asiya millәtlәrinin
hürufatının ....
R ü s
t ә m b ә y. Dayan bir,
yaxşı olar artırasan: cümlәsinin.
M i r z
ә H ә s ә n. Xub,
cümlәsinin (yazısını düzәldir),
cümlәsinin hürufatının әvvәlincisi
"A" sövtünün әlamәtidir ki, biz ona
"әlif" deyirik....
R ü s
t ә m b ә y (kitaba
baxır). Yaz, (yavaş-yavaş deyir) bundan әlavә xah
Şәrq tayfalarının bәzilәrinin, habelә
slavların, qreklәrin....
M i r z
ә H ә s ә n.
Yunanların....
R ü s
t ә m b ә y.
Yunanların vә qәdim yәhudilәrin dilindә
hürufatın әvvәlincisinin mәnası hәmi
birdir, hәmi mindir; necә ki, mәsәlәn,
әrәb dilindә "әlif" lәfzi. (Yenә qabaqkı kimi
içәri otaqdan uşaq sәsi gәlir. Rüstәm
bәy). Sәs elәmәyin, mәn lüğәt
yazıram (әlindә kitab var-gәl edir). Mirzә, yaz;
vә lakin hәmin "A" sövtü
millәtlәrin bәzisinin dilindә çox
işlәnir, bәzisinin dilindә az işlәnir....
M i r z
ә H ә s ә n
(yaza-yaza). Bәzisinin dilindә....
R ü s
t ә m b ә y.
Bәzisinin dilindә çox işlәnir, bәzisinin
dilindә, bәzisinin dilindә az işlәnir.
İçәri
otaqdan Zivәr xanım әtirli vә kirşanlı,
sinәsi vә qolları açıq, qıvraq gәlir,
Rüstәm bәyin yazı stolunun üstündәki
telefonun dәstәyini qalxızıb, qoyur qulağına
vә belә danışır.
Z i v
ә r x a n ı m. Kto u
telefona? Kimdi telefonda? Kimdi? Sәlimә xanım? Salam
әleyküm. Sağ ol, sağ ol. Necә? Kim? Hә,
yaxşı! Gәlin bir yerdә gedәk. Yaxşı,
evdәdi. Yaxşı, sәlamәt qal.... (Dәstәyi
qoyur yerinә). Rüstәm, Sәlimә xanımgil indi
gәlәcәklәr; gәrәk bu gün
biletlәri paylayaq, sabah da ki, bilirsәn, bizdә
cәmiyyәti-xeyriyyәnin
yığıncağıdı. Bilmirәm sәnin
hәlә işin çoxdur?
R ü s
t ә m b ә y. Mәn
sonra da yaza billәm. Deyirsәn nә vaxt
gәlәcәklәr?
Z i v
ә r x a n ı m. Yarım
saata burada olallar. (Rüstәm bәy bir söz demәyib,
yenә kitaba mәşğul olur. Zivәr xanım
qıvraq çıxıb gedir. Rüstәm bәy
yenә kitaba baxa-baxa deyir).
R ü s
t ә m b ә y. Yaz,
Mirzә, harada qaldıq?
M i r z
ә H ә s ә n.
Bәli. Vә lakin hәmin "A" sövtü
millәtlәrin bәzisinin dilindә çox işlәnir, bәzisinin
dilindә az işlәnir.
R ü s
t ә m b ә y (bir
qәdәr fikir elәyir). Yaxşı, indi yaz: bunu da
lazımdır nәzәrә almaq ki, hәmin "A"
hәrfi bәzi dillәrdә qlasnı hәrfidir....
M i r z
ә H ә s ә n.
İmla hәrfidir.
R ü s
t ә m b ә y. İmla
hәrfidir vә özü dә özlüyündә
sloqdur.
M i r z
ә H ә s ә n. Yәni "heca" demәk
istәyirsiniz?
R ü s
t ә m b ә y. Bәli,
"heca" gәrәk ola vә lakin bәzi
tayfaların dilindә hәmin "A" hәrfi
soqlasnı hәrflәri cәrgәsindәdir.
M i r z
ә H ә s ә n. Bunu
"soqlasnı" әvәzinә
"hürufi-samitә" yazaq.
R ü s
t ә m b ә y. Mәsәlәn, necә ki, B,
D, L vә qeyrilәri.
Çöl
qapıdan M i r z ә M ә h ә m m ә d ә l
i girir içәri, salam verib,
başmaqlarını çıxardır vә keçib
oturur öz yerindә.
M i r z
ә M ә h ә m m ә
d ә l i. Dadaş, sәnә mane olmuram ki?
R ü s
t ә m b ә y.
Әleykәssәlam, mane olmursan, keç otur.
Mirzә
Mәhәmmәdәli oturur öz yerindә dizi
üstә vә kitablarını açıb baxır.
R ü s
t ә m b ә y. İndi
keçәk "almas" lәfzinә. Yaz,
"almas", latınca "atamas", pür qiymәt
daşlar cәrgәsindә әn gözәl
şәfәqli vә kimya alәmindә bundan bәrk
vә sәxt daş hәlә bu vaxtadәk dünyada tapılmayıb;
bәrklikdә cәvahiratın heç biri
buna
bәrabәr deyil. Nә zümrüd, nә tupaz, nә
dendrit, kvars, yaşma, tormalin vә nә qeyrilәri.
Mirzә Hәsәn yazır.
M i r z
ә M ә h ә m m ә
d ә l i (başını qalxızıb, Rüstәm
bәyә tәrәf deyir). Dadaş, o lüğәti
ki, sәn yazırsan, bu bir yadigardı ki, hәr bir kәs
oxuyub mәnfәәtbәrdar olacaq. Amma mәnim
qanacağıma görә sizin kitabınızda olan
mәlumat mәhz Yevropa vә Rusiya mәnbәindәn
әxz olunmuşdur. Belә olan surәtdә siz öz
әlinizlә lüğәtinizin dairәsini
daraldırsınız. Mәnә qalarsa haman ittilaatı ki,
siz o zәhmәtnәn cәm edirsiniz, onları
Şәrq vә islam
elmlәri ilә tәtbiq
elәmәyinizin bir eybi yoxdur. Mәsәlәn,
götürәk haman almas barәsindә bәrklik
söhbәtini. Mәnim qanacağıma görә,
"almasdan bәrk şey dünyada yoxdur" demәk
özü bir sәhv vә qәlәtdir. Almasdan bәrk
şey dünyada çoxdur.
R ü s
t ә m b ә y.
Mәhәmmәdәli, mәn heç vaxt o fikirdә
olmamışam ki, lüğәtimi Şәrq
alәmindәn uzaq tutum; nәinki o fikirdә
olmamışam hәlә bәlkә özüm
sәnә demişәm ki, mәnim yadımda vә
siyahımda olmayan lәfzlәri mәnim yadıma sal ki,
kitabımız nә qәdәr mümkündür, e ...
e ... e ... e....
M i r z
ә H ә s ә n.
Tәkmil olsun.
R ü s
t ә m b ә y. Tәkmil olsun. İndi hәr
nә sözün var, de.
M i r z
ә M ә h ә m m
ә d ә l i. Söhbәt haman sәxtlik üstәdir
ki, siz orada yazdınız. Amma mәnim әqidәmcә
bu barәdә bizә bir әmr buyurulubdur, o
әmrdәn kәnara çıxmaq hәr ayinә
sәzavar deyil. Necә ki, mәlumdur vә kәrrat ilә
eşitmişik vә kitablardan tәhsil elәmişik ki,
hәqq-tәala bizә on şey tәyin edib ki,
bir-birindәn bәrkdir. Yәni әn әvvәli
sonrakından boş vә sonrakı qabaqkından bәrk; ta
gedir çıxır onuncuya ki, dәxi ondan bәrk, ondan sәxt bir şey
dünyada yoxdur vә ola bilmәz.
İçәri
qapıdan Z ә h r a b ә y i m görsәnir.
R ü s
t ә m b ә y v ә
M i r z ә M ә h
ә m m ә d ә l i (ikisi
dә әllәrini qalxızıb birdәn). Ana, dayan,
hәlә gәlmә, söz danışırıq.
Zәhra
bәyim yox olur.
M i r z
ә M ә h ә m m
ә d ә l i. Haman bәrk
şeylәrin әvvәlincisi
daşdır.
R ü s
t ә m b ә y. Yәni necә daş?
Axır dünyada daş çoxdur, görәk
hansını deyirsәn?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Heç tәfavütü yoxdur. Hansı daş
olur-olsun.
Rüstәm
bәy vә Mirzә
Hәsәn gülürlәr.
M i r z
ә M ә h ә m m ә
d ә l i. Dәxi burada gülmәk, yәni çe? Siz
xahiş etdiniz, mәn dә deyirәm. Lazım deyil,
mәni әfv buyurunuz; dәxi gülmәk yәni
nә olsun? Heç dәxli var?
R ü s
t ә m b ә y
(gülümsünә-gülümsünә).
Yaxşı, sözünü de, gülmәnik. Sonra?
Daşdan sonra?
M i r z
ә M ә h ә m m ә
d ә l i. İkinci mәrtәbәdә daşdan sonra
bәrk olan şey dәmirdir, zira bu iki cisimlәri
bir-birinә vuranda (әllәrini qoşa tutub yavaşca
bir-birinә vurur), aşkardır ki, dәmir daşı
sındıracaq.
Rüstәm
bәy vә Mirzә Hәsәn yenә
gülürlәr.
M i r z
ә M ә h ә m m ә
d ә l i. Hә ... gülәrsiniz, gülәrsiniz.
Vay sizin halınıza!...
Afәrin lüğәt yazanlar!
R ü s
t ә m b ә y
(gülә-gülә). Sonra? Dәmirdәn sonra bәrk
olan şey hansıdır?
Mirzә
Mәhәmmәdәli durur ayağa, istәyir getsin.
Rüstәm bәy durur, onun qabağını kәsir.
R ü s
t ә m b ә y. Mәhәmmәdәli,
uşağa uşaq deyәrlәr, böyüyә dә
böyük deyәrlәr. Sәn sözünü de,
әgәr sәnin sözün haqdır, gәrәk onu
demәkdәn çәkinmәyәsәn. Allaha
şükür, sәn vaizsәn, müәllimsәn;
sәn baxma bizim gülmәyimizә, sәn
sözünü de. Әgәr bizә lazım olar,
lüğәtә dә bir şey yazarıq, lazım
olmaz,--olmaz.
M i r z
ә H ә s ә n.
Mirzә Mәhәmmәdәli, mәn sәndәn
xahiş edirәm, hövsәlә elәyәsiniz
vә bәyanatınızı başa yetirәsiniz.
M i r z
ә M ә h ә m m ә
d ә l i (bir qәdәr fikir elәyib, oturur yerindә
vә sonra başlayır). Dәmirdәn bәrk olan
şey odur ki, dәmiri әridir vә özü dә
sәxtlik әnasirindә üçüncü
dәrәcәdәdir. Oddan bәrk olan şey sudur ki,
odu söndürür vә sәxtlik әnasirinin
dördüncü dәrәcәsindәdir.
Rüstәm
bәy vә Mirzә Hәsәn әllәrini
ağızlarına basıb gülürlәr.
Sudan bәrk olan şey buluddur ki, su
haman buluddan әmәlә gәlir. (Yenә
içәri otaqdan sәs
gәlir, yenә Mirzә Mәhәmmәdәli hirsli
deyir). Sәs gәlmәsin! Görürsünüz ki, biz
burda söz danışırıq! Bәli, ağama әrz
olsun ki, buluddan bәrkraq olan şey yeldir ki, buludlara
hәmişә yeldәn fәrman çıxır. (Bir
qәdәr dikәlib hәvәsә gәlir).
Yeldәn bәrk olan şey mәlәkdir ki, yellәri
idarә edir; yәni haraya göndәrmәlidir,
göndәrir; göndәrmәli deyil, göndәrmir.
(Bir az da ucadan vә hәvәsli). Mәlәkdәn
bәrk şey mәlәkül-mövtdür ki,
mәlәki qәbzi-ruh edir. Hı ... gülәrsiniz!
Gülün, eybi yoxdur, gülün! Vay halınıza!
Mәlәkül-mövtdәn dә bәrk olan şey
bilirsiniz nәdir? Ölümdür, ölüm! Hı ...
gülәrsiniz! (Dәxi dә hirsli). Bәs bilirsiniz ki,
ölümdәn bәrk şey nәdir? Bilirsinizmi, ey
lüğәt yazanlar?... Ölümdәn bәrk şey
xudavәndi-alәmin әmridir ki, lazım olan yerdә
ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan
yerdә vaqe olur bәlayi-nagәhanlar, misli-vәlvәleyi-sәqf-asimanlar,
zәlzәleyi-sәthi-xakidanlar, xüsuf-küsuf, yenә
xüsuf, yenә küsuf, ma-tәaqәbәl-mәlәvan!
(Әllәrini yuxarı qalxızır vә cuşә
gәlir). Siz gәrәk xәcalәt
çәkәsiniz, adınızı müsәlman qoyub
islam elmlәrinә istehza edirsiniz
(çığıra-çığıra durur ayağa).
Niyә gülürsünüz? Burada ilan oynatmırlar ki?
Mәgәr insan öz qәbahәtini gәrәk annamaya?
Eyb deyil? (hirsli gedir qapıya tәrәf).
Rustәm bәy vә Mirzә Həsәn dururlar ayağa vә
Mirzә Mәhәmmәdәlinin qabağını
kәsib deyirlәr.
R ü s
t ә m b ә y vә
M i r z ә H ә s
ә n. Dayan bir, dayan bir!
Çöl qapıdan S ә m ә d V a h i d
girir içәri vә qiylu-qalı görüb deyir.
S ә m
ә d V a h i d. İştә irkaklar! Hayda
arkadaşlar!
M i r z
ә M ә h ә m m
ә d ә l i (hirsli vә ucadan Sәmәd Vahidә).
A kişi, hәlә bilmirәm bu nә deyir ey!...
Sәmәd
Vahid gedib oturur yerindә vә kağız-qәlәmini
çıxardır. Rüstәm bәy vә
Mirzә Hәsәn yenә
gülmәkdәdirlәr. Mirzә
Mәhәmmәdәli istәyir başmaqlarını
geyә, gedә.
Z ә h
r a b ә y i m qapıda görsәnib, Mirzә
Hәsәndәn utanır vә çәkinir.
Mirzә Həsən bunu anlayıb, Rüstәm
bәydәn izin alıb çıxır, gedir. Zәhra
bәyim yavaşca içәri girir vә qorxa-qorxa
gәlir çökür bir tәrәfdә.
Rüstәm bәy öz yerinә oturub kitaba baxır.
Mirzә Mәhәmmәdәli qapının
ağzında dayanıb, bir istәyir çıxa, bir
istәyir qala.
Z ә h
r a b ә y i m (Mirzә
Mәhәmmәdәliyә). Ay balam, bir dayan görüm,
hara gedirsәn? Axı nә üstә bu qәdәr
savaşırsınız? Ay belә sizә mәn qurban
olum, axır min dәrd-sәrimiz, dost-düşmәn var!
M i r z
ә M ә h ә m m ә
d ә l i. Ana, sәn allah sәn dә әl götür
bizdәn!
Z ә h
r a b ә y i m. Bala, sizin belә mәn
qadanızı alım, mәnim axır siznәn vacib
işim var. Mәhәmmәdәli, bala, bir gәl otur,
arxayın danışaq. Sәn özün, allaha
şükür, yaxşı-yamanı bilәnsәn.
Axır, o qızı hәr yandan istәyirlәr; qız
uşağının evdә qalmağının da bir
vaxtı var. Nә deyirsәn, ay Rüstәm bala? Sәn
nә deyirsәn, Sәmәd bala? Niyә dinmirsәn,
Mәhәmmәdәli
bala! Bir deyin görüm, nә mәslәhәt
görürsünüz? Sizә gәlәn qada-bala
mәnә gәlsin.
M i r z
ә M ә h ә m m ә
d ә l i (acıqlı). Mәnә dәxli yoxdur!
Hәr kәsә istәyirsiniz verin.
R ü s
t ә m b ә y (kitabı qoyur, durur ayaq
üstә). Ana, mәn qabaqca da sәnә
demişәm, indi dә yenә deyirәm, qoy
oğlanların da eşitsinlәr: qız gәrәk
öz xoşu ilә hәr kәsә ki, kefi istәdi,
onu görә vә bәyәnә vә әrә
gedә. Dәxi o әsrlәr keçibdi ki, qızı
zornan istәmәdiyi adama әrә verirdilәr. Ancaq
yenә mәn mәslәhәt görürәm ki,
Gülbaharı Aslan bәyә verәk.
M i r z
ә M ә h ә m m ә
d ә l i (hirsli). Әstәğfürullah!
Әstәğfürullah! Әgәr Gülbahar mәnim
bacımdır, mәn bu әmrә hәrgiz razı ola
bilmәnәm!
R ü s
t ә m b ә y. Nә
sәbәbә razı ola bilmirsәn? Xub, nә eybi var,
razı olmursan, sәn de görәk kimә verәk?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Mәn nә bilim? Kimә qismәt olar, ona
verәrik.
R ü s
t ә m b ә y. Axır
necә kimә qismәt olar? Hazır qızı
istәyirlәr, dәxi yüz il
gözlәtmәyәcәyik ki?
M i r z
ә M ә h ә m m ә
d ә l i (bir qәdәr dinmәyib). Mәnә
qalırsa, Gülbaharı Mirzә Bәxşәliyә
verәrik.
Rüstәm
bәy gülür.
S ә m
ә d V a h i d. Necә
Mirzә Bәxşәliyә? Müәllim Mirzә
Bәxşәliyә?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Bәli, haman Mirzә Bәxşәliyә.
S ә m
ә d V a h i d. Bәn buna
hәrgiz razı olmam.
M i r z
ә Mә h ә m m ә
d ә l i (tәәccüblü). Necә yәni
razı olmazsan? Hәlә sәn nәçisәn?
S ә m
ә d V a h i d. Bәnә
qalıyorsa, Gülbaharı Hüseyn Şahidә
vermәli.
M i r z
ә M ә h ә m m ә
d ә l i (sağ әlini
fırladır). Pәh-pәh-pәh, buna bax sәn
allah! Bu da bizә müştәri tapdı.
3 ә h
r a b ә y i m. Ay
balalarım, sizә belә mәnim canım qurban, bir
mәnә deyin görüm, o dediyiniz adamlar kimdilәr? Yaxşımı
adamdılar, nәçidirlәr?
R ü s
t ә m b ә y. Ana,
mәn dediyim Aslan bәy çox yaxşı adamdı;
özü dә keçәn il yurist dәrsi oxuyurdu, sonra
peşiman oldu, vastoçni fakultetә girdi. İndi
istәyir mal hәkimi olsun.
Z ә h
r a b ә y i m (Sәmәd
Vahidә). Bala, sәn dediyin adam kimdi, nәçidi? Bir
qulluğu varmı?
S ә m
ә d V a h i d. Ana, Hüseyn
Şahid bizim gәnc әdiblәrimizdәndir, özü
dә xeyriyyә mәktәbindә әdәbiyyat
dәrsi müәllimidir.
Mirzә
Mәhәmmәdәli başını bulayır.
M i r z
ә M ә h ә m m ә
d ә l i. Pәh-pәh-pәh! Elә bizim gәnc
әdibimiz әskik idi. Allah bәd nәzәrdәn
saxlasın. (Hirsli). A kişi, mәn bilmirәm әdib
nәdi, axır ey?
R ü s
t ә m b ә y.
Qardaşlarım, mәn sizdәn xahiş edirәm ki,
hәr nә elәmәk istәyirsiniz,
mәslәhәtnәn vә ağıl ucuynan
elәyin. Onu siz gәrәk bilmiş olasınız ki, o
şey ki, mehribançılıqnan vә
mәslәhәtnәn aşar, dava-qalmaqalnan aşmaz.
Genә dә deyirәm ki, Gülbahar bizim bacımızdı,
gәrәk biz üçümüz dә sәy,
tәlaş edәk ki, bacımız bәdbәxt
olmasın. O axı heyvan deyil ki, yapışaq
әlindәn, kimә ki istәyirik--verәk. Sәn bir
söz deyirsәn, mәn bir söz deyirәm, o bir söz
deyir. Qardaşlarım, belәliknәn bir mәtlәb
hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı
(әlini içәri qapıya uzadır),
çağıraq bu saat özündәn sual
elәyәk ki, görәk meyli kimәdi?
Aslanbәyә istәr, Aslanbәyә gedәr,
Mirzә Bәxşәliyә istәr, Mirzә
Bәxşәliyә gedәr, Hüseyn
Şairdi-nәdi, onu istәr, ona gedәr.
S ә m
ә d V a h i d. Belә
mәslәhәtә qarşı bәn bir söz
söylәmәm.
R ü s
t ә m b ә y (Mirzә
Mәhәmmәdәliyә). Niyә dinmirsәn,
Mәhәmmәdәli?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Özünüz bilin, mәnim işim yoxdur.
Rüstәm
bәy durur, qapıdan
Gülbaharı çağırır. G ü l b a h a r girir içәri.
Z ә h
r a b ә y i m (Gülbahara).
Bala, Gülbahar, gәl otu yanımda, durma ayaq üstә.
R ü s
t ә m b ә y. Gülbahar,
keç otu vә qulaq as, gör nә deyirәm. Biz bu saat
sәnin barәndә danışırdıq. Sözün
açığı budur ki, sәni üç adam istәyir:
biri Aslanbәydi, biri Mirzә
Bәxşәlidi, biri dә Hüseyn Şahiddi....
İndi sәn dә fikirlәş, allaha şükür,
yekә qızsan, dәxi sәni öyrәtmәk
lazım deyil. Qәlbin kimә yapışır, ona da get;
bizim heç sözümüz yoxdu. Aslan bәy mәnim
dostlarımdandı, özü dә intelligentdi;
bәlkә görmüş, ya eşitmiş olasan.
Mirzә Bәxşәli vә Hüseyn Şahid dә
müәllimdirlәr, amma mәn onlara yaxşı bәlәd
deyilәm. Özün bil, fikirlәş vә cavab ver.
Gülbahar
dinmir.
Z ә h
r a b ә y i m (Gülbahara).
Bala, niyә dinmirsәn?
G ü l
b a h a r (Rüstәm
bәyә). Dadaş, әvvәl bu ki, sәn dediyin
adamların heç birinә mәn bәlәd
deyilәm vә qaldı ki, sizin mәnim barәmdә
çalışmağınız әbәsdir;
çünki mәn bilirәm ki, mәn bir kәsi
xoşlasam da, sәn razı olsan,
Mәhәmmәdәli dadaşım razı olmayacaq;
Mәhәmmәdәli dadaşım razı olsa, sәn
izin vermәyәcәksәn; hәr ikiniz dә
xoşlasanız, Sәmәd dadaşım
bәyәnmәyәcәk. Bir yadınıza salın,
görün indiyә kimi mәnim üstümdә siz
üç qardaşın neçә dәfә
dava-mәrәkәsinә qonşular
yığışıb tamaşaya. Yox-yox, mәn heç
kәsә getmәk istәmirәm. Kaş siz
bir-biriniznәn yola gedin. (Durub çıxır gedir).
Mirzә Mәhәmmәdәli
gәlib oturur yerindә.
R ü s
t ә m b ә y. İş
belә olan surәtdә mәn mәslәhәt
görürәm ki, bir surәtdә ki, Gülbahar biz
dediyimiz adamların heç
birinә bәlәd deyil, sabah axşam gәrәk ki,
cәmiyyәti-xeyriyyәnin zasedaniyasıdır,
özü dә növbәtә görә
gәrәk bizim evә yığışalar. Aslan bәy--necә
ki, üzv zasedaniyaya gәlәcәk. Gәrәk hesabnan
müәllimlәrdәn dә olalar; çünki
proqramlar barәsindә müәllimlәrdәn cavab istәyiblәr.
Gәrәk onlardan şikayәt dә var. Xülasә,
onlar gәrәk gәlәlәr zasedaniyaya. Gülbahar
da istәyәr, çıxar onlarnan tanış olar.
M i r z
ә M ә h ә m m ә
d ә l i (sağ әlini oynadır). Bәli, istәr,
çıxar, onlarnan tanış olar....
R ü s
t ә m b ә y. Nә eybi
var, çıxmaz, qapının arasından baxar,
hamısını görәr.
S ә m
ә d V a h i d.
İzdivaci-niyyәt edib, toğrudan-toğruya mülaqatda
bulunmaq, zәrrә qәdәr eyb törәtmәz,
zәnnindәyәm.
M i r z
ә M ә h ә m m ә
d ә l i (hirsli, Sәmәd Vahidә). Allah xatirinә,
öz dilindә danış, peyğәmbәr
xatirinә, öz dilindә danış!
Çöl
qapı taqqıldayır.
R ü s
t ә m b ә y. Kimsәn?
Gәl!
Daxil
olur T e y m u r b ә y,
qoltuğunda papka; Zәhra bәyim üzünü
tutur o tәrәfә ki, T e
y m u r b ә y görmәsin.
T e y m u
r b ә y. Sәlam
әleyküm.
R ü s
t ә m b ә y. Ay
әleykәssәlam, Teymur bәy. Gәl
әylәş.
T e y m u
r b ә y. Yaxşıdı,
gedәcәyәm.
İçәri
otaqdan Z i v ә r x a n ı m çıxır, Teymur
bәyә әl verir.
Z i v
ә r x a n ı m
(gülә-gülә). A, zdravstvuyte, Temur bek!
T e y m u
r b ә y (Zivәr
xanımın әlini öpür). Zdrastvuyte, Zivar xanum!
Teymur
bәy dә Zivәr xanım da otururlar Rüstәm
bәyin yanında. Mirzә Mәhәmmәddәli
acıqlı baxır bunlara. Teymur bәy papkanı
açır, kağızları aralayır, sonra üç
kağız qoyur Rüstәm bәyin qabağına; bu da
kağızlara qol çәkir, verir Zivәr xanıma, o da
qol çәkib, verir Teymurbәyә. Teymur bәy dә
yığışdırır, qoyur papkaya.
T e y m u
r b ә y. Sabahkı
zasedaniyanın povestkasında smeta mәsәlәsi
barәsindә bir şey yazılmayıb; bir az biqaidә
oldu. Ola bilәr ki, yenә Әfruz xanım
çığır-bağır sala.
Z i v
ә r x a n ı m. Pajalsta,
sәn qorxursan qorx, amma mәn heç dә qorxmuram. Onlar
özlәri tutduqları iş guya çox qaydalıdı
ki, bizimkini dә bәyәnmәyәlәr?
Hәlә, sәn allah, o dünәnki nә
hәrәkәt idi, o nә çәmxәm idi? Vallah
mәn Әfruz xanımın yerinә xәcalәt
çәkirdim.
T e y m u
r b ә y (saatına baxıb deyir).
Deyәsәn yubanırıq ha!...
3 i v
ә r x a n ı m (durur ayağa). Rüstәm, bu
gün cәmiyyәti-xeyriyyәnin o qәdәr işi
var ki, bilmirәm axşama kimi qurtara bilәcәyәm, ya
yox. Yaxşı olardı, sәn dә gedә idin,
bizә kömәk elәyәydin.
R ü s
t ә m b ә y. Eybi yoxdu,
siz gedin, mәn macal elәsәm, gәlәrәm. Harda
olacaqsınız?
T e y m u
r b ә y. Qabaqca
gәrәk teatra gedәk, atçotun kopyasını alaq,
sonra Markovun kağız mağazasına gedәk,
kağız seçәk.
R ü s
t ә m b ә y. Ola
bilәr ki, mәn dә gәlәm.
Zivәr
xanım vә Teymur bәy dururlar ayağa. Zivәr
xanım ayna qabağına gedib, şlyapasını
düzәldir vә Teymur bәy ilә çıxıb
gedir. Mirzә Mәhәmmәdәli yenә
acıqlı-acıqlı baxır bunların dalınca. Q
ә n b ә r, uzun çuxalı vә belindә
xәncәr, yanında çoban Q u r b a n, girirlәr
içәri. Qurbanın bir әlindә uzun çomaq, bir
әlindә dәsmala düyülü bir qab. İkisi
dә baş yendirirlәr.
R ü s
t ә m b ә y.
Qәnbәr, nә var, qoyunlar necәdi?
Q ә n
b ә r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bәrk qızdırma
düşüb, yaman qırır; heç bir әlacı da
yoxdu. (Qurbanın әlindәn düyünçәni
alıb qoyur yerә). Buyuraydınız, bu
yavanlığı boşaldaydılar; bir az kәrәdi,
bir az da tәzә şordu.
(Qәnbәr
düyünçәni aparır içәri,
qapının yanına qoyur).
Z ә h
r a b ә y i m. Qәnbәr, niyә
çoxdandı görünmürsәn?
Q ә n
b ә r. Xanım bәyim, vallah macalımız olmur. Qoyunun
azarı başımızı bәrk qatıb.
R ü s
t ә m b ә y.
Qәnbәr, bilirsәn nә elә? Sabah axşam mal
hәkimi bizdә olacaq, cәmiyyәti-xeyriyyәnin
yığıncağıdı; sәn dә gәl,
yadıma sal, deyәk, bәlkә qoyunların
qızdırmasına bir dava deyә.
Q ә n
b ә r. Baş üstә, gәlәrәm.
R ü s
t ә m b ә y. Hә, yadıma düşdü,
dәvә yunu tapşırmışdım, heç yerini
elәyә bildin?
Q ә n
b ә r. Ağa, axtarıram. Dәxi bizә görә
qulluq?
R ü s
t ә m b ә y. Gedә
bilәrsiniz.
Qәnbәr
vә çobanlar çıxırlar.
(Rüstәm
bәy gәlir anasının tәrәfinә vә
gülә-gülә deyir). Ana, kefin necәdi?
Yaxşıdır? Ana, bilirsәn nә var? Mәn
lüğәt yazıram. Bilirsәn lüğәt
nәdi? Yәni insanın dilindә hәr nә
qәribә söz var, gәrәk o kitaba yazıla;
hamısı gәrәk yazıla ki, bir söz dә
qalmaya. Bәlkә sәn dә elә bir qәribә
söz bilirsәn ki, bizim yadımıza
düşmәmiş ola. Hә, nә deyirsәn, ana? Bir
qәribә söz de yazım.
Z ә h
r a b ә y i m. Bala, qadan
mәnә gәlsin, mәn nә bilirәm ki, nә
deyim?
M i r z
ә M ә h ә m m ә
d ә l i (durur ayağa). Dadaş, әgәr
qәribә söz axtarırsan, mәndәn soruş,
deyim; dәxi ağbirçәk arvad nә bilir, nә
desin? Qәribә söz budu ki, indi maşallah kraxmallı
alimlәr dәxi hicabı-zadı bilmәrrә atıb,
başlayıblar russayağı üzüaçıq
zindәganlıq elәmәyә. Elә mәnnәn
olsa, lüğәtә bu mәtlәbi dә yazsan, pis
olmaz. (Başmaqlarını geyir getsin).
R ü s
t ә m b ә y
(acıqlı vә ucadan). Mәhәmmәdәli,
sәni and verirәm atavın goruna, mәndәn әl
çәk.
Mirzә
Mәhәmmәdәli başmaqlarını geyir getsin.
Z ә h
r a b ә y i m
(Mәhәmmәdәliyә). Bala,
Mәhәmәdәli, bir dayan. Bala, bir dayan, bir
getmә.
Zәhra
bәyim qalxır ayağa, qoltuğundan bir bayaz
çıxardır, gedir Mәhәmmәdәlinin
dalıyca: o da qulaq vermәyib gedir. Zәhra bәyim
yenә gәlib oturur yerindә vә bayazı qoyur
qoltuğuna.
Sәmәd
Vahid yazıya mәşğul olduqda, içәridәn
uşaq ağlamağı eşidilir. Sәmәd Vahid,
әlindә qәlәm, durur gedir qapıya tәrәf
vә hirsli.
S ә m
ә d V a h i d. Çocuq
ağlamasın, bәn şer yazıyorum (gәlib oturur
yerindә vә Rüstәm bәyә). Dadaş,
әdәbiyyatdan lazımsa, nümunә olaraq bir şer
deyim, yaz lüğәtә.
R ü s
t ә m b ә y. Nә eybi
var. Amma bu şәrt ilә açıq olsun. Yoxsa,
doğrusu, mәn sәnin dilini qanmıram.
S ә m
ә d V a h i d
(kağızlarını әllәşdirir vә bir
yerdәn şairanә oxuyur):
Әnzari-şәbabımda
pәdidar olan, ey zill!
Ey
zilli-tüluat, oluyorsun yenә peyda!
R ü s t ә m b ә y ("eh" elәyib,
çönüb gedir öz stoluna tәrәf). O dili mәn özüm qanıram ki,
lüğәtә dә yazam?
S ә m
ә d V a h i d (durur ayağa vә
kağızlarını yığışdırır ki,
getsin). Dadaş, mәn söylәdiyim "Faust"dan
türk dilinә tәrcümәdir. Bizim
müәllimlәr bunu indi bu saat
mәktәblәrimizdә balaca çocuqlara
öyrәdiyorlar. Sәn ki, bunu qanmıyorsan,
sәnayei-nәfisәdәn bibәhrә
olmağını müşahidә ediyorsın,
zәnnindәyim, әfәndim. (Sәmәd Vahid
acıqlı, kağızı qәfәsәnin
içinә atıb, durur gedir).
Rüstәm
bәy tәәccüblü baxır onun dalıyca.
Z ә h
r a b ә y i m (durur ayağa, bayazını
qoltuğundan çıxardır vә Sәmәd Vahidin
dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Sәmәd bala, bir
dayan!
Rüstәm
bәy dә kağızlarını
yığışdırır vә acıqlı,
hazırlaşır çıxıb getmәyә.
(İndi
dә Zәhra bәyim bayazını buna tәrәf
tutub yalvarır). Rüstәm, Rüstәm,
ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan,
bir bu kitaba bax.
R ü s
t ә m b ә y
(acıqlı). Eh, ana, sәn allah әl çәk!
(Rüstәm bәy dә çıxıb gedir).
Zәhra
bәyim qalır ortalıqda tәk, әlindә kitab. Bir
qәdәr fikirdәn sonra qayıdıb oturur yerindә,
kitabın bir sәhifәsini açır vә diqqәt
ilә baxır. Bir qәdәr baxandan sonra başlayır
haman sәhifәni öpmәyә.
P ә r
d ә s a l ı n ı r.
İKİNCİ
MӘCLİS
Rüstәm
bәyin zal otağı. Ortalıqda uzun stol, әtrafında
sandalyalar üstә әylәşiblәr
cәmiyyәti-xeyriyyә üzvlәri: başdan
Rüstәm bәy ki, cәmiyyәti-xeyriyyәnin
sәdridir; onun sağ tәrәfindә Z i v ә r x a n ı m, sol
tәrәfindә T e y m u r
b ә y. Ondan savayı әylәşiblәr: M i r
z ә 3 e y n a
l--millәtpәrәst, S ә l i m ә x a n ı m--müәllimә, A
s l a n b ә y, İ s m a y
ı l a ğ a, M ü n ә
v ә r x a n ı m, S ә m
ә d V a h i d, H ü s e y
n Ş a h i d, yanında
mәktәb şagirdi, fәsli. Kәnarda, yerdә diz
üstә әylәşiblәr: M i r z ә M ә h ә m m ә d ә l
i, M i r z ә B ә x ş
ә l i, yanında bir mәktәb şagirdi,
börklü. Qapının yanında üç-dörd
nәfәr fәqir vә qeyri adamlar ki, ayaq üstә
durub iclasa tamaşa edirlәr. Otağın
küncündә, camaata görükmәyәn yerdә,
pәrdә dalında Z ә h r a
b ә y i m vә G ü l b a h a r oturub,
mәclisә nәzәr elәyirlәr.
Üzvlәrin hәrәsinin qabağında bir
vәrәq ağ kağız vә
qәlәmtәraş; sәdrin qabağında zәng.
Adamların çoxu papiros çәkir.
R ü s
t a m b ә y. Qospoda, zasedanie obyavlyayu
otkrıtım [1].
[1] Ağalar, iclası açıq
elan edirәm.
M i r z
ә Z e y n a l (durur ayağa
vә yumruğunu
silkәlәyә-silkәlәyә, acıqlı).
Ağalar, ana dilindәn başqa burada özgә dil
danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.
Camaat
çәpik çalır.
3 i v
ә r x a n ı m (durur
ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim
yazıkom luçşe vladeet na tom i obyasnyayetsya, çto je
takoe?! [2]
[2] Ağalar, başa
düşmürәm bu nә vәhşilikdir? Qoy kim hansı dili daha yaxşı
bilirsә, o dildә danışsın. Buna nә var ki?
M i r z
ә M ә h ә m m ә
d ә l i (acıqlı). Haqq buyurur Mirzә Zeynal, islam
mәclisi hara, rus dili hara?!
Qalan
üzvlәrdәn dә bәzi deyir: "eybi yoxdur";
bәzi deyir: "olmaz".
R ü s
t ә m b ә y. (zәngi
çalır). Ağalar, mәn tәklif edirәm ki,
hәr kәs ki, mümkündür, müsәlmanca
danışsın; çünki burada rus dili
bilmәyәnlәr dә var. O ki, birisi müsәlmanca
heç danışmaq bilmir, onda dәxi çarә
nәdi....
M i r z
ә Z e y n a l. Xeyr,
Rüstәm bәy, birisi ki, müsәlmanca bilmir....
M i r z
ә B ә x ş ә l i
(Rüstәm bәyә). Bağışlayınız,
Rüstәm bәy, birisi ki, müsәlmanca bilmir,
dәxi bu mәclisdә onun üzv olmağa nә
haqqı?!
Z i v
ә r x a n ı m. Qospoda,
tak nelzya rassujdat, yey boqu [3].
[3] Ağalar, vallah belә
mühakimә etmәk olmaz.
M i r z
ә Z e y n a l (durur ayağa vә ucadan. Biz
dübarә tәvәqqә edirik sәdr
cәnablarından ki, rusca danışmağı
bilmәrrә qәdәğәn elәsin.
Yenә
sәs-küy qalxır, yenә Rüstәm bәy
zәngi çalır, camaat sakit olur.
R ü s
t ә m b ә y (Teymur
bәyә). Xub, Teymur bәy, povestkada yazılan
voprosları oxu, camaat eşitsin.
T e y m u
r b ә y (papkadan bir
kağız
çıxardıb oxuyur). Әvvәlinci
mәsәlә: il hesabı tәsdiqi mәsәlәsi;
ikinci mәsәlә: mәktәb proqramı
barәsindә; üçüncü mәsәlә:
acların әrzi-halı barәsindә;
dördüncü mәsәlә: elmi-ilahi
dәrslәri barәsindә,--bunlardır.
R ü s
t ә m b ә y (durur
ayağa). Hәzәrat, il hesabı barәsindә
keçәn zasedaniyada bir qәdәr raznoreçiya oldu.
Bu da o barәdә idi ki, smetanın bir para punktlarında bir
qәdәr tәfavüt görsәndi vә
özgә cür dә ola bilmәzdi; sәbәb bu ki,
mәdaxil oldu, mәxaric oldu, onun bәzi yerlәrini biz
mәhz priblizitelno tәyin edirik. Mәsәlәn, biz ki,
deyirik bal qonaqlığından gәlәcәkdә bu
qәdәr mәdaxil olacaq, әlbәttә, bu
mәdaxil biz yazdığmızdan ya bir qәdәr
әksik olacaq, ya artıq olacaq vә mәhz bu
sәbәbdәn smetada rәdd-bәdәl
әmәlә gәlir ki, onu toçno düz götürmәk
mümkün deyil. Kimin bu barәdә sözü var,
buyursun. Aslan bәy danışacaq.
A s l a
n b ә y (durur ayağa).
Gülbahar
diqqәt ilә baxır.
Heç
belә deyil; bağışlayasınız. Zakon bu
sluçayları tamamәn predusmatret elәyibdir.
Әgәr raznoreçiye elә bir sluçayda oldu ki, onu
mәdaxil cәrgәsindә olan punktlar düz
gәtirmәdi, o vәdә smetni statyaları o
qәdәr sokratit edirlәr ki, il axırında hesab
düz gәlir. Amma bizim smetanın poqreşnostları o
barәdәdir ki, biz, naprimer, tәyin elәmişik aclara
ildә yüz manat paylayaq; amma biz yüz manat әvәzinә
paylamışıq yüz doqquz manat on dörd şahı iki
qәpik.
Camaatdan
bir neçәsi gülür, bir neçәsi dә
çәpik çalır. Gülbahar neçә
dәfә әsnәyir, bәrk yuxusu gәlir;
Mirzә Mәhәmmәdәli vә Mirzә
Bәxşәli başlarını bulayır.
R ü s
t ә m b ә y (zәngi
çalır). Dәxi bu barәdә genә söz
danışan varsa, desin.
Bir
sәs gәlmir.
Xub (kağızları aralayır).
İkinci mәsәlә mәktәb proqramı
barәsindәdir. Mәlumdur ki, keçәn
hәftә reviziyonnaya komissiya....
M i r z
ә Z e y n a l. Tәftiş
komissiyası.
R ü s
t ә m b ә y.
Keçәn hәftә tәftiş komissiyası
mәktәb proqramı barәsindә irad tutub ki, guya
proqramlara, neçә ki, lazımdır, diqqәt olunmur
vә dәrslәr bir növ süst keçir vә
ikinci klasda....
M i r z
ә B ә x ş ә l i.
İkinci sinifdә.
R ü s
t ә m b ә y. İkinci
sinifdә әdәbiyyat dәrslәri nәhayәt
çәtnilәşib vә bizim öz milli
Azәrbaycan dilimiz bilmәrrә nәzәrdәn
salınıb. Keçәn zasedaniyada müәllim
cәnablarından xahiş olunub ki, bu barәdә
camaatın arzusuna hörmәt qoyuban, mәsәlәni
mümkün dәrәcәdә nәzәri-diqqәtә
alsınlar. Hüseyn Şahid cәnabları danışmaq
istәyir.
H ü s
e y n Ş a h i d (durur
ayağa).
Gülbahar
qulaq verir.
Möhtәrәm
әzayi-әncümәn hәzrәtlәrinә
öz ixlasımı tәqdim edib, mәtlәbin әn
ibtidasından bir şәmmә izahat vermәyi fәrz
vә qәrz bilib, iltimas ediyorum, әfәndim.
Arkadaşlar, şimdi hәpimiz tanrımızın
buyruğu ilә iştә göyümüzdә
torpağa borcunu ödәmәkdәn qaçacaq tәk
bir kişi olmaz; onu hay cift sürәrkәn tәr olaraq
әlimizdәn dökmüşüz, yetәr! Az
әvvәl alçaqca buraxıb savuşduğumuz torpaqlar
yetәr! Hay vә ya düşmәnә
savaşarkәn qan olaraq damarlarımızdan
axıtmışız, yetәr! Akıl irmәz tanrı
hikmәtlәri ilә әvәt, yarın qәddar
vә murdar әllәri qafalarımızı
әnsәmizdәn kәsәrәk bizi
vәhşәt şeytanlarına qurban edәcәk,
zәnn ediyorum, әfәndim. Yetәr, az әvvәl
alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetәr!
Gülbahar
vә adamların çoxu әsnәyir.
Әvәt,
çocuqlar, qadınlar, irkaklar, yenilәr bu torpaqdan
çıxıb, yavuqlusuna qovuşmuşdu.
Qartlaşmış qollarını üç, beş
mızraq boyu ötәdәki binaların üstünә
qadar salan bol kölgәli sokakların dibindә
gümlәyәn davulların sәsi çocuqların
düyününü bildiriyordu. Sağlam
kökslәrdә uyqudakı yavuzluq duyğularını
qabartan bu gumbultu kәndi qılınclarımızın
әrmağını xatırlatıyordu, әfәndim.
Halbuki, әvәt, bir takım әdәbiyyat ki, ikinci
sinifdә tәhsil olunmaqdadır....
İştә
kәlәbәklәr kimi qarlar düşüyor,
Sanki bir
nur eniyor hәr fidana,
Lakin
әylәncә olurkәn adana,
Yavru
çocuqlar üşüyor!
Ağalar,
bu deyilmn milli әdәbiyyat! Bu deyilmi milli turk lisanı!
Sәməd
Vahid çәpik çalır. Qalan çamaatdan
gülәn də var və tәk-tək çәpik
çalan da var. Gülbahar mürgüləyir.
M ә k
t ә b ş a g i r d i b a ş ı n d a f ә s:
İştә
kәlәbәklәr kimi qarlar düşüyor,
Sanki bir
nur eniyor hәr fidana,
Lakin
әylәncә olurkәn adana,
Yavru
çocuqlar üşüyor!
Sәmәd
Vahid vә Hüseyn Şahid әllәrini qoyurlar hәmin
şagirdin çiyninә. Camaatdan gülәn dә var,
çәpik çalan da var.
Z ә h
r a b ә y i m (Gülbahara).
Qızım, bu adamlar nә danışırlar?
Gülbahar
cavab vermir, çünki mürgülәyir.
M i r z
ә M ә h ә m m ә
d ә l i (hirsli, camaata). A balam, hәlә bizi başa
salın görәk, niyә çәpik
çalırsınız?
R ü s
t ә m b ә y
(kağızları aralayır). Ağalar, qaldı iki
mәsәlә: biri elmi-ilahi dәrslәri
barәsindә, biri dә acların әrizәsi.
Elmi-ilahi barәsindә uşaqların bir parasının
ataları tәrәfindәn әrizә gәlib ki,
mәktәbin üçüncü sinfindә
müәllim cәnabları--ki, ibarәt olsun Mirzә
Bәxşәli vә mәnim kiçik
bәradәrim Mәhәmmәdәlidәn,--oktyabr
ayında xüsuf vә küsuf barәsindә, yәni
ayın vә günün tutulmağı barәsindә
bir moizә başlayıblar ki, indi dörd ay olur ki, haman
küsuf vә xüsuf dәrslәri nәinki azalmır,
hәlә bәlkә altı ay da bundan sonra
qurtarmayacaq....
M i r z
ә B ә x ş ә l
i. Xeyr, ağa, elә deyil, әfv buyurasınız.
İndiki dәrslәr mәhz xüsuf barәsindәdir
ki, dörd aydır oxunur. O ki, qaldı küsuf
dәrslәri, bәli, hәqdir, bir altı ay da küsuf
dәrslәri tәhsil olunmalıdır.
R ü s
t ә m b ә y (Mirzә
Bәxşәliyә, zәng çala-çala).
Cәnab, Mirzә, mәni bağışlayasınız,
xahiş edirәm sözümü qurtarmamış
sözümü kәsmәyәsiniz. Bәli, heç
eybi yoxdur, danışmaq istәyirsiniz, izahat veriniz. Amma
xahiş olunur bәyanatınızı müxtәsәr
söylәyәsiniz.
M i r z
ә B ә x ş ә l i
(durur ayağa vә әlindә bir yekә,
dәridәn cildi, köhnә müsәlman kitabı);
Gülbahar
diqqәt ilә qulaq asır.
Әzayi-giramdan
üzr istәyirәm ki, zeyldә
mәruzeyi-mühәqqәrim
ağayani-büzürgüvarın dәrdi-sәrinә
şayәd sәbәb ola. Ağama әrz olsun ki,
elmi-ilahi dәrslәri, elmi-nücum dәrslәri,
heyәt dәrslәri vә xülasәtül-hesab
dәrslәri mәktәb proqramlarında,--necә ki,
şayistә vә әlzәmdir,--arayişt olunmuyub ki,
aya xüsuf vә küsuf mәsәlәlәri bu
saydığınız fünunun hansı birisinin
dairәsindә tәhsil olunasıdır vә
fövqәzzikr fünun hansı müәllimin
öhdәsindә vә tәhti-cәvabdehliyindәdir.
Bәndәyә mühәvvәl olunan
elmi-әqdәsi-ilahi dәrslәri
dövri-ibtidasından--necә ki, mәlumdur,--bisti
hәştümi-rәbiüssani,
yövmi-cәharşәnbә, qütrün
әsәblәrinin iki dangı vә şәmsin
qürsünün tamam sәhifәsinin dang yarımı
rәs üqdәsinin hәvalisindә
mütәkәssif olub, yәni bәistilahi-türk,
gün tutulub vә hәmin küsuf gün çıxandan
beş saat on üç dәqiqәdә vaqe olub.
Әzayi-әncümәn hәzrәtlәrinin
hüzuri-mübarәklәrinә әrz olsun ki,
küsufun keyfiyyәti vә onun övzaı
küreyi-әrzin cәmi biladlarında müxtәlif
surәtdә zühr edibdir vә mәhz küsuf
nәqşәsinin naziri-möhtәrәmlәrinin ittilaından
ötәri, bәndeyi-hәqir o fikirdә oldum ki, bir
tәrәfdәn
әsәri-pürsәmәri-cәnab
fәxamәtnisab, Mirzә Hәsәn xan Nәcmülmülk,
әxәvizadeyi-cәnab Hacı
Nәcmüddövlәni dәsturil-әmәl
mәnzilәsindә tutub, digәr tәrәfdәn
heyәt elmindәn әxz vә Şәrq
ülәması tәrәfindәn tәsdiq
olunmuş
kәvakibi-sәyyarәnin
hәrәkatının
bәyanatından müstәfid olub, millәt balalarına
hәmin ülumun fәvaidini ixtisar edibәn
növcavanların nәzәri-diqqәtlәrinә
tәbliğ edim.
Camaatdan
və üzvlәrdәn çoxu mürgülәyir;
Zәhra bәyim vә Gülbahar da mürgülәyir.
M i r z
ә B ә x ş ә l i
(Mirzә Mәhәmmәdәliyә). Buyur, ağa,
növbәt sizindir.
M i r z
ә M ә h ә m m ә
d ә l i (durur ayağa). Fәsli-nozdәhhüm dәr
bәyani-küsuf vә xüsuf; yәni ayın vә
günün tutulmağı....
Z i v
ә r x a n ı m (yavaşca Rüstәm bәyә).
Nelzya li sokratit reçi oratorov? [4]
[4] Natiqlәrin nitqini ixtisar etmәk olmazmı?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Әhval ki, kövkәblәrә ariz ola,
haman övzada ki, bir-birinә nisbәtlәri var, әz on
cümlә haman әhvaldır ki, qәmәr
şәmsә ariz ola vә bir surәtdә ki,
qәmәr bir kәsif cinsdir vә afitabdan kәsbi-nur
elәyir vә çün....
T e y m u
r b ә y. Mәnim
qanacağıma görә, bu qәdәr tәfsil
vermәyin lüzumu yoxdur.
M i r z
ә M ә h ә m m
ә d ә l i (hirsli vә ucadan). Necә yәni
lüzumu yoxdu?
Camaatın
içinә danışıq düşür; bir
neçәlәri deyir:
"lüzumu yoxdur", bir parası deyir: "qoy
sözünü desin"
M ә k
t ә b ş a g i r d i b a ş ı n d a p a p a q.
Küsuf, yәni afitab giriftәgi on halәt әst
ki, qәmәr miyani-afitab hail başәd vә küsuf
vaqe olanda hәmin duanı oxuyurlar:
bismillahir-rәhmanir-rәhim, rәbbәna atina
fiddünya....
Mirzә Bәxşәli, Mirzә
Mәhәmmәdәli әllәrini qoyurlar hәmin
şagirdin çiyninә.
R ü s
t ә m b ә y. (zәngi
çalır). Ağalar, әzayi-mәclis xahiş edir ki,
bәyanatı tamam edәk vә dәxi
danışmağa ixtiyar vermәyәk. Kim buna
razıdır, dursun ayağa.
Üzvlәr
tәmamәn durur ayağa, Mirzә
Mәhәmmәdәli başını bulaya-bulaya gedir
oturur yerindә vә bir neçә dәfә deyir:
"necә lüzumu yoxdur?".
R ü s
t ә m b ә y (zәngi
çalır vә bir kağız alır әlinә).
Camaat, xahiş olunur acların әrizәlәrinә
qulaq verәsiniz. Әrizә müsәlman
cәmiyyәti-xeyriyyәsinә Mәşәdi
Cәfәr usta Mehdi oğlu tәrәfindәn.
Әrizәdә yazılıb ki, "mәn qoca vә
şikәst adamam vә on iki nәfәr külfәtim
var, yomiyyә çörәyinә möhtacıq;
cәmiyyәti-xeyriyyәdәn beş-on manat
çörәk pulu istәyirik ki, nә qәdәr
canımız sağdır, sizә duaçı olaq".
Haman
әrizә sahibi M ә
ş ә d i C ә f ә
r yeriyir camaatın
içinә vә ağlaya-
ağlaya
pul istәyir.
R ü s
t ә m b ә y. Ağalar, bu barәdә
sözü olan danışsın.
T e y m u
r b ә y. Mәn elә
bilirәm ki, cәmiyyәti-xeyriyyә bu
mәsәlәyә indi әl vura bilmәz.
Sәbәb budur ki, keçәn iclasda da acların
әrizәlәrinә kifayәt verilmәdi vә
verilmәmәyinin dә sәbәbi budur ki,
cәmiyyәtin sandığında olan pulları zapasnoy
fonda qoymaq söhbәti ortalığa qoyulubdur.
R ü s
t ә m b ә y. Belә
olan surәtdә acların әrizәlәrini bu
günkü mәclisdә müzakirәyә qoymaq
olmayacaq.
Üzvlәrin
bir neçәsi deyir: "xeyr, olmayacaq"; bir
neçәsi deyir: "gәrәk müzakirәyә
qoyulsun"
R ü s
t ә m b ә y (zәngi
çalır). Ağalar, acların
әrizәlәrinә bu gün kifayәt vermәk
istәyәnlәr dursunlar ayağa.
Durur
ayağa Zivar xanım vә Münәvvәr xanım.
R ü s
t ә m b ә y (Teymur
bәy ilә pıçıldaşandan sonra). Camaat,
cәmiyyәti-xeyriyyә belә qәrar qoydu ki,
acların әrizәsi mövcibincә acların
halını yoxlamaq vә onların hәqiqәtdә
möhtac olmaqlarını tәhqiq elәmәkdәn
ötrü әlahiddә komissiya tәyin olunsun vә bu
sәbәbdәn hәmin mәsәlәnin
müzakirәsi bundan sonrakı iclasa qalmağı qәrar
verildi.
Aclar
ağlaşır. Zivәr xanım durur gedir.
Mәşәdi Cәfәrә bir gümüş pul
verir.
Z i v
ә r x a n ı m. Doğrusu,
mәnim bu kişiyә yazığım gәlir. Kakoy on
jalkiy! İ navernoye qolodnıy [5].
[5] O nә qәdәr
zavallıdır! Yәqin ki, acdır.
Qapıda görsәnir Q ә n b ә r, Q u r b a n
vә Z a m a n. Qurbanın vә Zamanın hәrәsinin bir
әlindә uzun çomaq, bir әlindә dәstmal
bağlaması.
Z a m a n
(kobud çoban sәsi ilә). Burdadımı o mal
hәkimi?
Camaaat
üzünü çöndәrir çobanlara
tәrәf.
Q ә n
b ә r (Zamana). Әdә, heyvan, әdәbli
danış. Ağalardan ayıbdı!
R ü s
t ә m b ә y
(Qәnbәrә). Qәnbәr, bir az dayanın,
mәclis qurtarsın, sonra danışarıq.
(Üzünü Aslan bәyә tutur, yavaşca). Aslan
bәy, bu bizim sәrkarımızdı, o ikisi dә
qonşu çobanlarındandı. Dünәn
gәlmişdilәr, deyirdilәr ki, qoyunlara bir azar
düşüb. Cәmiyyәt dağılandan sonra bir
qәdәr ayaq saxla, bәlkә bunlara bir dava deyәsәn.
A s l a
n b ә y. Yaxşı,
qalaram.
Q u r b a n
(acların ağlamağına diqqәt salır vә
deyir). A balam, niyә ağlayırsınız?
M ә
ş ә d i C ә f ә
r. Ay qardaş, vallah, acıq. Üç gündü
dilimizә çörәk dәymәyib.
Bunu
eşidәndәn sonra Qәnbәr, Qurban vә Zaman
bağlamanın birini açırlar vә üç
nәfәr acların hәrәsinә bir
çörәk vә çörәk üstә
yağ qoyub verirlәr.
A c l a
r (çobanlara). Ay qardaşlar,
allah sizә kömәk olsun, allah atanıza rәhmәt
elәsin.
Z a m a n.
Nuş-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genә
verәrik.
Cәmiyyәt
durur ayağa vә acların
yemәyinә tamaşa edir. Gülbahar da diqqәt
ilә baxır çobanlara.
R ü s
t ә m b ә y. Qospoda,
zasedaine obyavlyayu zakrıtom [6].
[6] Ağalar,
yığıncağı bağlı elan edirәm
Cәmiyyәt
әl-әlә verib istәyir çıxa gedә
vә sonra yenә qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca
bir-birilә öpüşür vә sonra
hazırlaşır çıxmağa. Hamının nәzәri
çobanların aclara çörәk
vermәyindәdir.
R ü s
t ә m b ә y.
Qәnbәr, Qәnbәr, yavuğa gәl,
sözünü de.
Qәnbәr,
Qurban vә Zaman gәlir qabağa, Aslan bәyin yanına.
A s l a n b ә y. Yәqin ki, qoyunlarda yara
görsәnir.
Q ә n
b ә r. Bәli, yaralananı da olur, amma yaranın dilini biz
bilmirik; qara nöyüt sürtәn kimi yaxşı olur.
Amma qızdırmanın çarәsini bilmirik.
Üzvlәr
çobanların danışağına qulaq verir.
A s l a
n b ә y (bir qәdәr
fikirdәn sonra). Yaxşı, bir mәnә deyin
görüm, qoyunun yarasını siz dezinfeksiya
elәyirsinizmi?
Q ә n
b ә r. Qanmadıq, hәkim ağa.
Q u r b a
n. Başa düşmәdik, qurbanın olum.
Z a m a n.
O nә sözdür, başına dolanım.
Camaat
gülüşür.
A s l a
n b ә y. Bir dә
mәnә deyin görüm, qoyun yaralananda onun
temperaturasını ölçürsünüzmü?
Q ә n
b ә r. Qanmadıq, hәkim ağa.
Q u r b a
n. Başa düşmәdik, qurbanın olum.
Z a m a n.
O nә sözdü, başına dolanım?
Camaat
gülüşür.
Q u r b a
n. Hәkim ağa, yaraynan sәnin işin yoxdur, yaranın
dilini biz özümüz bilirik. Keçәn hәftә
qumral kәrә qoyunu canavar yaralamışdı; bax,
yarası belә kalafa kimi idi. Qara nöyüt sürtdük,
iki gündә yaxşı oldu.
Camaat
vә Gülbahar diqqәt ilә qulaq asır.
Bәnöyüş
qaraüzü canavar iki hәftә bundan qabaq
yaralanmışdı; onu da qara nöyütnәn
yaxşı elәdik. Keçәn gün Hacı
Әmrahgilin sürüsündәn sarı әbrәş
qoyunu genә canavar dağıtmışdı; ona da qara
nöyüt sürtdülәr. Sәnin yaraynan işin
yoxdu. Bilirik, sәn yaxşı hәkimsәn; sәn bu
şoqәrib qızdırmaya bir dava ver, ya bizә bir
mәslәhәtli söz de. Bir dә sәni and
verirәm allaha, biznәn elә danış ki, başa
düşәk; yoxsa biz çöldә
böyümüş çobanıq. Sәn bir dava ver, qoyun
qızdırmadan ölmәsin. Odu, bir ayın
içindә bizim sürüdәn iyirmi qoyun
qızdırmadan qırıldı; sarı kәrә
dünәn bizim sürüdәn qızdırıb
öldü. Zamangilin sürüsündәn dünәn
yox, irәliki gün bir qara bәnöyüş, bir dә
sarı qaraüz azarladı vә murdar oldu. (Zamana).
Әdә, Zaman, niyә dinmirsәn? (Aslan bәyә).
Sәn bu qızdırmaya bizә bir dava ver, yoxsa belә
getsә, evimiz yıxılar. Sәn bizә rәhm
elә, biz dә sәnin yolunu boş qoymanıq,
hәrdәn bir yağdan, şordan gәtirrik, uşaqlar
yeyәr; ağ yavannıq pis deyil. Bilirәm,
şәhәr yeridi, qonaq-qaranız olur.
A s l a
n b ә y (Rüstәm
bәyә әl verib gedir vә çobanlara deyir).
Yaxşı, gәlәrsiniz retsept yazaram.
Çobanlar mәәttәl qalıb, bilmirlәr nә
elәsinlәr. Camaat hamı başlayır
gülә-gülә dağılmağa.
(Otaqda
qalır Rüstәm bәy, Mirzә
Mәhәmmәdәli vә Sәmәd Vahid. Bunlar
üçü dә yavıqlaşırlar Gülbaharın
yanına).
R ü s
t ә m b ә y. Hı,
bacım, gördün Aslan bәy nә yaxşı
danışır?
Mirzә
Mәhәmmәdәli narazı başını
bulayır.
G ü l
b a h a r. Xeyr, dadaş!
Z ә h
r a b ә y i m (Gülbahara).
Ay qız, Aslan bәy danışanda sәn
yuxulamışdın. Maşallah, yaxşı
danışdı.
Rüstәm
bәy çәkilir kәnara. Sәmәd Vahid
gәlir qabağa.
S ә m
ә d V a h i d. Gülbahar,
gördün Hüseyn Şahid nә gözәl
әşar söylәdi?
Gülbahar
bәrk gülür, buna baxıb Mirzә
Mәhәmmәdәli dә gülür. Sәmәd
Vahid dә çәkilir kәnara vә Gülbahar
gülmәkdәn sakit olub deyir.
G ü l
b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur
ki, çobanların danışdığından savayı
mәn bir söz başa düşmәdim.
(Çıxır gedir içәri otağa).
R ü s
t ә m b ә y (gәlib
durur Zәhra bәyimin qabağında vә acıqnan
deyir). Ana, dәxi bundan sonra qızını kimә
istәyirsәn ver. Mәnim dәxi işim yoxdur.
M i r z
ә M ә h ә m m
ә d ә l i (Rüstәm bәyә). Söz yox ki,
Aslan bәy kimi әhmәqlәrә
getmәkdәnsә, Gülbaharın evdә
qalmağı mәslәhәtdir.
R ü s
t ә m b ә y (çox
ucadan Mirzә Mәhәmmәdәliyә). Axmaq-axmaq
danışma!
M i r z
ә M ә h ә m m ә
d ә l i (bu da ucadan). Danışacağam!
S ә m
ә d V a h i d (bu da ucadan).
Әdәbsizlәr! Әvәt, әdәbsizlәr!
(Üçü
dә bir-birinә çox hirslә baxa-baxa
çıxıb gedirlәr. Zәhra bәyim tez durur
ayağa vә oğlanlarının dalınca yalvara-yalvara).
Z ә h
r a b ә y i m. Sizә
gәlәn qada-bala mәnә gәlsin, ay balalarım,
savaşmayın! (Qoltuğundan bayazını
çıxardıb, qalxızır yuxarı. Oğlanları
uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerindә.
Bayazını yenә qoyur qoltuq cibinә vә dәrin
fikrә gedir).
P ә r
d ә s a l ı n ı r.
ÜÇÜNCÜ
MӘCLİS
Rüstәm
bәyin kabineti. Zәhra bәyim vә Gülbahar oturublar
öz yerlәrindә. Qapıda durublar Qәnbәr, Qurban
vә Zaman.
Q ә n
b ә r. Xanımlar, biz mәәttәl qaldıq,
bilmәdik bu mal hәkimindәn qoyunlara dava olacaq, ya yox?!
G ü l
b a h a r. Niyә gedib soruşmursan?
Q ә n
bә r. Xanımcan,
bilmirәm harda olur.
G ü l
b a h a r. Rüstәm dadaşım bilәr. Niyә
tәlәsirsiniz, gözlәyin gәlsin, soruşun.
Q u r b a
n. Xanımcan, qoyunlardan nigaranıq.
G ü l
b a h a r. Qәnbәr, dünәn sәn mal
hәkiminnәn danışanda mәn qulaq asırdım;
qoyunların adı çox mәzәli idi. Necә,
necә? Qumral qaragöz? (Gülür).
Çobanlar
utanırlar vә başlarını aşağı
salırlar.
Q ә n
b ә r. Xanımcan, bizim sürüdә yüz әlli
qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz
әlli adam ola, hәrәsinin dә ayrı-ayrı
adı ola. (Gülbahar
gülür. Zәhra bәyim qulaq asır). Bu adları
qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar hәmişә
nәzәrimizdә olsun vә onların birisi
sürüdәn çıxmış olsa, o dәqiqә
bilәk vә dalıyca olaq. İndi, mәsәlәn,
mәnim qoyunlarımı
gәtirәlәr mәnim gözümün
qabağına vә imtahan üçün
sürüdәn bir qoyun çıxardalar; mәn
sürüyә bir belәcә baxan kimi (gözünü
dolandırır o tәrәf-bu tәrәfә)
bilәcәyәm ki, mәsәlәn, çal
әbrәş qoyun sürüdәn çıxıb: ya
oğurlayıblar, ya canavar dağıdıb.
G ü l
b a h a r (Qәnbәrә yavıqlaşır). Dayan, dayan.
Qәnbәr, sәn allah bir mәni başa sal. Çox
әcәb, indi, mәsәlәn, tutaq ki, bir
saatlığa sürünü gәtiriblәr bura, sәn
dә baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun
deyil. Özün deyirsәn yüz әlli qoyundu; özü
dә canlı heyvandı, bir yerdә duran deyil;
qarışqa kimi qaynaşır bir-birinә. Sәn nә
tövr bilәcәksәn ki, bunun içindәn
hansı qoyun yoxdu. Hamısı da bir-birinә oxşayır.
Sәn allah, Qәnbәr, nağıl elә.
Çobanlar
gülüşür.
Q ә n
b ә r. Xanımcan, bax, mәsәlәn, Qurban gedir durur
qoyunların bir tәrәfindә, Zaman da gedir durur bir
tәrәfindә--ki, qoyunlar
dağılmasın.--Alıram ağacı әlimә
(Qurbanın әlindәn çomağı alır) vә
başlayıram qoyunları yoxlamağı: qara kәrә,
tayın görmәk gәrәk; qumral kәrә,
tayın görmәk gәrәk; sarı kürә,
tayın görmәk gәrәk, qumral kürә,
tayın görmәk gәrәk; bәnöyüş
kәrә, tayın görmәk gәrәk; qumral
әbrәş, tayın görmәk gәrәk; ağ
qaraüz, tayın görmәk gәrәk; bәnöyüş
әbrәş kürә, tayın görmәk
gәrәk; sarı kәrә, qara kәrә,
çal kәrә, ağ kәrә, boz qumral
kәrә, hanı boz qumral kәrә? Әdә,
Qurban, hanı boz qumral kәrә? Әdә, Zaman, yoxdu
boz qumral kәrә; Zaman, Qurban, Salman, boz qumral kәrә
yoxdu. (Bayatı havası ilә oxuyur). Çal kәrә,
maral kәrә, haradasan boz qumral kәrә, boz qumral
kәrә, boz qumral kәrә ... ey vay ... ey....
(Çobanlar
gülür, Gülbahar da heyran-heyran baxır vә
dәsmalı ilә gözünün yaşını
silir).
G ü l
b a h a r. Qәnbәr, indi sәn bildin boz qumral
kәrә yoxdu?
Q ә n
b ә r. Bәs necә bilmәdim? Bildim ki, boz qumral
kәrә yoxdu.
G ü l
b a h a r. İndi nә elәyәcәksәn? Qoyun
sürüdәn yox olanda nә elәyirsiniz?
Q ә n
b ә r. Xanımcan, bizim qoyunçuluq bir
tәrәfdәn gözәl peşәdi.
Hәmişә gәzdiyimiz vә
yaşadığımız yerlәr, çәmәnlәr,
lalәli vә çiçәkli dağlar, daşlar;
içdiyimiz nәdir? Bulaq suları vә pak qoyun
südü. Amma bu heyvanın yox olmağı,
üzdәniraq, elә bir dәrddir ki, elә bil, bir
külfәtdәn bir övlad yox olub.
G ü l
b a h a r. Yәni çoxmu dәrd elәyirsiniz?
Q ә n
b ә r. Xanımcan, elә olur ki, ağlayırıq da;
çünki söz bir qoyunun qiymәtindә deyil ki,
üç, ya beş manatdı. Amma deyәndә ki, boz
qumral kәrә yoxdu, elә bilirik bu boz qumral kәrә
bizim qardaşımız idi, yainki bir әziz
yoldaşımız idi. Xanımcan, and olsun allaha,
keçәn ay sarı әbrәş kәrәni
canavar dağıdanda Zaman bir gün axşama kimi
tütәk çaldı, mәn axşama kimi bayatı
deyib ağladım.
(Qolu
ilә gözünün yaşını silir).
Gülbahar
dәsmalını basır gözünә, girir
içәri otağa. Rüstәm bәy
çöldәn girir içәri. Zәhra bәyim
dә gedir içәri otağa.
R ü s
t ә m b ә y
(Qәnbәrә). Qәnbәr, hәlә
buradasınız?
Q ә n
b ә r. A bәy, elә davadan ötrü qaldıq,
bilmәdik mal hәkiminnәn qoyunlara dava olacaq, ya olmayacaq?
R ü s
t ә m b ә y. Niyә
gedib soruşmursan? Mal hәkiminin evi bazar başında,
karvansaranın yanında, Hacı Qasım bәyin
evindәdir. Get hambaldan-zaddan soruş, tap.
Mәәttәl olmuyun, gedin.
Qәnbәr
vә çobanlar çıxırlar. Rüstәm bәy
yazıya mәşğul olur. Çöl qapıdan girir
içәri M i r z ә M
ә h ә m m ә d ә l i, dalınca bir h a m b a l.
Mirzә Mәhәmmәdәli gedir kitablarını
yığışdırır sandığa ki, versin hambala.
Z ә h r a b ә y i m,
qorxa-qorxa başını qapıdan uzadır içәri
vә Mirzә Mәhәmmәdәlinin
yığşmağını görәndә, gәlib
durur onun yanında.
Z ә h
r a b ә y i m. Bala, bunu hara
yığışdırırsan? (Mirzә
Mәhәmmәdәli cavab vermir vә kitablarını
yığışdırır). Olmaz, olmaz! Deyәsәn
buradan köçmәk istәyirsәn? Qoymanam, qoymanam,
özümü öldürrәm! (Qoltuğunu
eşәlәyir, bayazını çıxardır).
Olmaz, köçmәk olmaz! Siz burda hamınız bir
yerdә yazılmısınız, ayrıla bilmәzsiniz;
yoxsa vallah bağrım çatlar! (Üzünü
çöndәrir Rüstәm bәyә)).
Rüstәm, bala, qoyma getsin. Burada hamınız bir yerdә
yazılmısınız, qoymanam ayrılasınız.
Çöl qapıdan S ә m ә d V a h i d,
dalınca bir hambal
girirlәr içәri;
Sәmәd Vahid dә gәlir, kitablarını
yığışdırır.
Z ә h
r a b ә y i m (Sәmәd
Vahidә). Sәmәd, bala, sәn nә
qayırırsan? Niyә bunları
yığışdırırsan? Yoxsa sәn dә
köçmәk istәyirsәn? Buy, evim
yıxıldı! Aman allah, mәnim başıma kül
әlәnsin! Allah, mәni öldür, öldür,
öldür! (Ağlaya-ağlaya girir içәri).
Mirzә
Mәhәmmәdәli vә Sәmәd Vahid
Zәhra bәyimә qulaq vermәyib
yığışmaqdadırlar. Bu heyndә çöl
qapıdan girir içәri S e n z o r M i r z ә C ә f ә r b ә y,
yanında bir nәfәr p o l
i s m ә m u r u vә
i k i n ә f ә r p o l i s
f ә r r a ş ı. Üç qardaş
çәkilib dururlar öz yerlәrindә, hamballar
çәkilir kәnara. İçәri otaqdan,
qapının arasından G ü l b a h a r baxır vә
çöl qapıdan
Q ә n
b ә r baxır.
S e n z o
r. Hәzәrat, hökumәtin qәrardadı
mocibincә biz tәyin olunmuşuq ki, burada üç
qardaşın, yәni (papkasından bir kağız
çıxarıb baxır) Rüstәm bәy, Mirzә
Mәhәmmәdәli vә Sәmәd Vahidin
mәnzilini axtaraq, kitabxanalarını müayinә
edәk, siyahiyә götürәk,
mәzmunlarını bilәk vә hökumәtә
çatan bәzi şayiatı tәftiş vә
tәhqiq edib, bu barәdә bәratülqovl yazaq vә
hökumәtin baş senzorxanasına pişnәhad edib,
bizә mühәvvәl olunan mәmuriyyәti
sәdaqәtlә yerinә yetirәk. Burada olan
әşxasdan xahiş olunur ki, nә bir yerә
tәrpәnsinlәr vә nә dә buraya sair bir adam
qoysunlar.
R ü s
t ә m b ә y. Bәli,
nә sözümüz ola bilәr.
M i r z
ә M ә h ә m m ә
d ә l i. İxtiyar sahibisiniz.
S ә m
ә d V a h i d. Şayәd
belә icab edәr.
S e n z o
r. Cәnab Rüstәm bәy, Mirzә
Mәhәmmәdәli vә Sәmәd Vahid.... (kağıza baxa-baxa) xahiş
edirәm familiyanızı da buyurasınız.
R ü s
t ә m b ә y.
Rüstәm bәy Әbdülәzimof.
M i r z
ә M ә h ә m m
ә d ә l i. Mirzә Mәhәmmәdәli
xәlәfi-mәrhum Ağa Әbdülәzim.
S ә m
ә d V a h i d.
Әbdülәzimzadeyi Sәmәd Vahid.
S e n z o
r. Xub, sizdәn gәrәk pünhan olmaya ki, sizin bir para
bәdxahlarınız hökumәt nәzәrindә
sizi belә qәlәmә veriblәr ki, siz üç
qardaş söz bir vә hәmfikir olmusunuz ki,
әvvәla, Rusiya islamlarını Türkiyә
dövlәtinә tәrәf çәkib,
ittihadi-müslimin cәmiyyәtinә iştirak
edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda
әmәlә gәlәn Hübbi-vәtәn vә
Әdәmi-mәrkәziyyәt firqәsinin amalı
yolunda çalışmaqdasınız ki, bir
tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr
tәrәfdәn İran Azәrbaycanını--ki,
ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran
Kürdüstanı, Urmu vә qeyrilәrә--bu
vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil
Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz
vә salisәn bu fikirdәn dә uzaq deyilsiz ki,
müsavat vә hürriyyәt әsaslarını
kәndli vә әhli-kәsәbә içindә
müntәşir edirsiniz ki, min il yuxuda olan camaat
hökumәtin әsarәt zәncirini qırıb,
özlәri üçün bir nicat yolu tapsınlar vә
hәmin niyyәtlәrinizi әmәlә
gәtirmәk yolunda lazımi mәtbuat cәm elәyib,
qәlәm ilә çalışmaqdasınız.
Mәhz bu sәbәbdәn siz üç qardaşın
cәmi kitablarını bu saat gәrәk tәftiş
edәk. Cәnab Rüstәm bәy, әvvәl siz
öz kitablarınızı nişan veriniz.
Rüstәm
bәy öz kitablarını nişan verir. Senzor bir-bir
kitabları çıxardır, açıb baxır vә
polis mәmuru oturub, senzor baxdığı kitabları
siyahı edir.
S e n z o r
(rusca da, müsәlmanca da oxuyur):
Slovar russkoqo yazıka--Rus dili
lüğәti, bir cild.
Slovar russkoqo yazıka Dalya, 3 toma--rus
lüğәti.
Bolşaya
ensiklopediya, 2 toma--Rus dilindә böyük qamus, iki cild.
Slovar
inostrannıx slov v russkom yazıke--Rus dilindә
әcnәbi lüğәt.
Slovar
velikorusskoqo yazıka--Genә rus lüğәti.
Malaya
ensiklopediya--Rus dilindә kiçik qamus.
Russko-slavyanskiy
slovar--Rus vә slavyan lüğәti.
Slavyano-russkiy
slovar--Slavyan-rus lüğәti.
Sokraşennıy
ruskiy slovar Nikitina--Genә rus lüğәti.
Tolkovaniye
serbskix slov, voşedşix v russkiy yazık--Serb vә rus
lüğәti.
Mirzә
Mәhәmmәdәli başını bulamaq ilә
narazılığını bildirir.
Malorossiyskiy
slovar--Genә rus lüğәti.
Sravnitelnoye
tolkovaniye bolqarskix slov--Rus-bolqar lüğәti.
Russko-bolqarskiy
slovar--Rus-bolqar lüğәti.
Moldavo-russko-çeşskiy
slovar--Genә rus lüğәti.
Medisinskiy
slovar--Rus dilindә müalicә lüğәti.
Yujno-velikorusskiy
slovar--Velikorus lüğәti.
Russko-rumınskiy
slovar--Rus-rumın lüğәti.
Texniçeskiy
slovar--Rus dilindә sәnәt lüğәti.
Filosofskiy
slovar--Filosofiya lüğәti.
Polnıy
slovotolkovatel Zimina--Zimin lüğәti.
İssledovaniye
drevnix russkix slov po letopisi Nestora--Nestorun lüğәti.
Yenә
Mirzә Mәhәmmәdәli
narazılığını büruzә verib,
başını bulayır.
Slovar
Solovyeva--Solovyovun lüğәti.
Vostoçno-russkiy
slovar--Şәrqi-rus lüğәti.
Zapadno-russkiy
slovar--Qәrbi rus lüğәti.
Akademiçeskiy
slovar--Akademiya lüğәti.
Drevnerusskiy
slovar--Qәdim rus lüğәti.
Rüstәm
bәyin kitabları qurtarır.
S e n z o
r. Buradakı kitablar tamam oldu. Dәxi bundan savayı bir yanda
kitabınız varsa, nişan veriniz.
R ü s
t ә m b ә y. Xeyr,
dәxi bundan savayı mәnim kitabım yoxdur.
S e n z o
r. Xub, bunlar cәmisi rus
lüğәtlәridir. Bunlardan bizim üçün bir
mәtlәb hasil olmadı. Bunları
yığışdırın qoyun yerinә. Pәs sizin
müsәlman kitabınız mәgәr yoxdur?
R ü s
t ә m b ә y. Xeyr, yoxdur.
S e n z o
r. Heç biri dә?
R ü s
t ә m bәy. Heç
yarısı da.
S e n z o
r. Sәbәb nәdir? Hә, Hә, bağışlayınız,
yәqin ki, siz darülfünun qurtarmısınız!
R ü s
t ә m b ә y. Bәli,
ağa.
S e n z o
r. Xub, pәs siz nә işә mәşğulsunuz?
R ü s
t ә m b ә y. Mәn
lüğәt yazıram.
S e n z o r
(Mirzә Mәhәmmәdәliyә). Cәnab
Mirzә Mәhәmmәdәli, şayәd siz
ittihadi-müslimin mәşqinә
düşübsünüz ki, İran vә Rusiya
azәrbaycanlılarından bir müstәqil hökumәt
әmәlә gәtirәsiniz vә bu qәsd
ilә qardaşlarınız ilә bir ittihad
bağlamısınız. Xahiş edirәm, siz dә öz
kitablarınızı nişan verәsiniz.
M i r z
ә M ә h ә m m ә
d ә l i (Hәr iki әli ilә kitab
sandığını nişan verir). Ağa, buyura
bilәrsiniz, bu da mәnim kitablarım.
S e n z o r
(bir-bir kitabları alır әlinә, baxır). Xub, bu
nәdir? Bәli, Kitab dәr bәyani-küsufi-külli,
yәni günün tamam tutulmağının duaları
(polis mәmuru yazır). Kitab dәr
bәyani-әhvәlati-küsufi-cüzi, yәni
günün yarımçıq tutulmağının
әhvalatı (polis mәmuru yazır).
Keyfiyyәti-xüsuf vә küsuf; ayın vә
günün tutulmağı (polis mәmuru yazır, senzor o
biri kitabı oxuyur). Mütәvәssit
şüdәni-afitabi-miyani-övci-qәmәr vә
mәrkәzi-tәdviri-u vә
bәyani-tәfsilati-xüsuf vә küsuf (polis mәmuru
yazır, senzor o biri kitabı götürür).
Giriftәciyi qәndili-İsa, yәni afitabi-alәmtab,
yәni günün tutulmağının duaları, (polis
mәmura yazır, senzor o biri kitabı götürür).
Kitab dәr bәyani-әhvali-ki, zәmin miyani-mah vә
afitab hayil şәvәd, yәni bәyani-hali-xüsuf
vә onun hökmlәrindәn danışır ki,
xudavәndi-alәm tәrәfindәn bәndәlәrә
tövsiyә olunubdur (polis mәmuru yazır, senzor o biri
kitabı götürür). Keyfiyyәti-küsuf vә
övzai-on nisbәt bәbiladi-müxtәlifә;
demәk, bu da günün tutulmağından
danışır (polis mәmuru yazır, senzor o biri
kitabı götürür). Övzai-kәvakib dәr
mәqami-ittifaq şüdәni-küsuf vә xüsuf
vә tәklifi ki, bebәndәgai mühәvvәl
şüdә әst; demәk, bu da ayın vә
günün tutulmağından vә onun ibadәtlәrindәn
danışır (o biri kitab),
Nәqşeyi-xüsufi-külli, yәni ayın tamam
tutulmağının nәqşәsi (o biri kitab),
Xәtti-xüsufi-cüz dәr afaqi-mәrkәzi;
xülasә, bu da ayın tutulmağından
danışır. Vәssәlam, dәxi kitabınız
yoxdu?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Xeyr, ağacan, dәxi bunlardan savayı kitabım
yoxdur.
S e n z o
r. Bağışlayasınız, sizin sәnәtiniz
nәdir?
M i r z
ә M ә h ә m m ә
d ә l i. Bәndә xüsuf vә küsuf duası
yazıram, özüm dә
cәmiyyәti-xeyriyyәdә elmi-ilahi
müәllimiyәm.
S e n z o
r. Cәnab Rüstәm bәy vә Mirzә
Mәhәmmәdәli, hökumәti-әliyyәnin
politikasına xәtәr yetirәn mәtlәblәr
sizin ikinizin dә kitablarından tapılmadı. Yәqin ki,
olsa Sәmәd Vahid cәnablarında olacaq. (Sәmәd
Vahidә). Yәqin ki, sizin kitablarınız bunlardır?
S ә m
ә d V a h i d. Bәli,
ağa.
S e n z o r
(bir kitabı götürub oxuyur).
Zavallının
işi çoqdur zaman bulub gәlәmәz,
Gedib
dә söylәmәmişsә, nә haldasan
bilәmәz.
M i r z
ә M ә h ә m m
ә d ә l i (öz-özünә). Pәh-pәh,
lәzzәt apardıq.
S e n z o
r. Demәk, bu hamısı şerdir?
S ә m
ә d V a h i d. Әvәt,
hәpsi әşardır.
S e n z o
r (o biri kitabı
götürüb oxuyur).
Köksündәn
qalqar, topuqdan salqar,
Kәndini
içә saqın, iç çәngәlә taqar.
Güc
ilә әgәr Misri,
Varmı
bu pәhlәvanların qüsuri.
S e n z o
r. Bunlar da deyәsәn hamısı şerdi.
S ә m
ә d V a h i d. Әvәt.
S e n z o r
(bir kitabı da götürüb, yaxşı oxuya bilmir, verir
Sәmәd Vahidә). Deyәsәn bu da hamısı
şerdi. Buyur buradan oxu görüm.
S ә m
ә d V a h i d (şairanә
oxuyur, әl-qolunu ata-ata).
Fәrda
sәnin, sәnin bu tәcәddüd, bu inqilab.
Hәr
şey sәnin deyilmi ki, zatәn sәn, ey şәbab?!
Ey
çöhreyi-bәhici-ümid, iştә
mәkәsin,
Qarşında
bir sәmayi-sәhәr safü bisәhab.
Mirzә
Mәhәmmәdәli başını bulayır.
S e n z o
r. Mәn, doğrusu, bunu başa düşmәdim. Pәs
bu qalan kitablar nә kitablarıdır?
S ә m
ә d V a h i d. Hәpsi
Türkiyә әşarıdır.
S e n z o r
(bir kitab da götürüb baxır). Mürәbbelәr.
Tәthiri-mәcaz
hәml eqaq,
Bir
eyşi-hәziz nar xәndir.
Bir hiz
visal töhfәdәndir,
Aşüftә
nihan xaki-müştaq.
(Bu
kitabı qoyur, o biri kitabı götürüb oxuyur).
Failatün,
failatün, failatün, failat,
Şölәyabi,
xaki-paki, inkişaki-tәntәraq,
(Bu
kitabı qoyur, o birini götürür, oxuyur).
Elmi-vәzi
hamısı şerdir. Bu kitab da üsuli-qafiyәdәn
danışır. Hamısı şerdir. Bu kitab
sәrbәst nәzm şerlәridir. Bu kitab da
müxәmmәs şerlәridir. Bu da tәxmisdir.
Hamısı şerdir. Bu kitab qәsidәlәrdir;
yәni hamısı şerdi. Bu da saqinamә
şerlәridi. Bu da mәsnәvi. Bu da
qәzәllәr. Bu nәdir? Tәrcibәnd. Bu da
tәrkib-bәnd. Genә hamısı şerdir.
Mirzә
Mәhәmmәdәli başını bulayır.
S e n z o
r. Görüm dәxi nә var? Bu kitab görüm
nәdәn danışır? Bu da
sәnәti-süxәndәn danışır. Bu da
şerdir. Bu da müsәddәs şerlәridir. Ba-ba-ba!
Cәnab Sәmәd Vahid, bunlar ki, cümlәsi şer
kitablarıdır, özlәri dә hamısı
İstambul çapıdır. Pәs sәbәb nәdir
ki, Osmanlıdan gәlәn kitablar hamısı şerdir?
S ә m
ә d V a h i d. Sәbәb
budur ki, Osmanlıda cәmi qәlәm sahiblәri
şairdi; cәmi doktorlar, mühәndislәr, diplomatlar,
hәtta ministrlәr dә şairdi, hәpsi şairdi.
S e n z o
r. Bağışlayasınız, pәs sizin
sәnәtiniz nәdir?
S ә m
ә d V a h i d. Mәn
özüm dә şairәm. Kәndim dә
cәmiyyәti-xeyriyyә mәktәbindә
elmi-qafiyә dәrsi diyorum.
M i r z
ә M ә h ә m m ә
d ә l i
(öz-özünә). Allah bәrәkәt versin.
S e n z o r
(üzünü polis mәmuruna vә fәrraşlara
tutub). Xub, biz getmәli olduq. (Üç qardaşa)
hәzәrat, bәndә bir saat bundan әqdәm sizin
üçünüzün dә barәsindә bir
özgә xәyalda idim. Amma kitablarınızı
görәndәn sonra, dәxi indi fikrimi bilmәrrә
dәyişdim. İndi nә fikirdәyәm, o da
qalsın mәnim öz yanımda; lakin özümә
fәrz bilirәm hökumәtә әrzi-hal edib sizi
ümәnayi-dövlәt yanında әn sәlamәt
vә zәrәrsiz bәndәlәr
cümlәsindә hesab edәm. Mәni әfv
buyurasınız vә sәlamәt qalasınız.
(Senzor,
polis mәmuru vә fәrraşlar çıxıb
gedirlәr).
R ü s
t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l
i v ә S ә m ә d V a h i d
(birdәn). Xoş gәldiniz.
(Qardaşlar
başlayırlar kitablarını
yığışdırmağa. Rüstәm bәy
kitablarını şkafa düzdüyü yerdә
birdәn üzünü çöndәrir
qardaşlarına vә qah-qah çәkib başlayır
gülmәyә. Mirzә Mәhәmmәdәli
vә Sәmәd Vahid tәәccüblü baxırlar
Rüstәm bәyә. Bir dәfә dә uğunub
cülәndәn sonra Rüstәm bәy
qardaşlarına deyir):
R ü s
t ә m b ә y. Hәlә indiyә kimi xalq bir
şeyi başa düşmürdü. İndiyә kimi xalq
deyirdi: mәrhәba-Әbdülәzimin
oğlanlarına! Maşallah, biri Peterburqda elm tәhsil edib,
biri İstambulda, biri Nәcәfül-әşrәfdә.
Üçü dә, maşallah, oxuyub alim olub. Amma bundan
sonra ağızlarda söylәnәcәk ki, haman
üç alimlәrin biri (Mirzә
Mәhәmmәdәliyә işarә edir)
xüsüf-küsuf duası yazır; biri (Sәmәd
Vahidә baxır) mәfailün fәilatün; biri dә
... (özünә baxır), vallah, mәn özüm
dә heç başa düşmürәm ki, mәn
nәçiyәm. Qah-qah-qah! (Qah-qah çәkir).
M i r z
ә M ә h ә m m ә
d ә l i (Rüstәm bәyә). Cәnab
Rüstәm bәy! Әksәr ülәma vә
füzәladan mütәvatir rәvayәtdir ki,
"әl-qәhqәhәtü minәşşeytan"--yәni
bilirsәn bunun mәnası nәdir? (Bir az dayanır).
Bilmirsәn tәfsir edim. Bunun mәnası budur ki, qah-qah
çәkib gülmәk şeytan sәnәtidir (mәşğul
olur kitablarını yığışdırmağa).
R ü s
t ә m b ә y
(çığırır). Biәdәb!
M i r z
ә M ә h ә m m ә
d ә l i (çığırır). Biәdәb
özünsәn!
R ü s
t ә m b ә y
(çığırır). Sәnsәn!
M i r z
ә M ә h ә m m ә
d ә l i (çığırır). Sәnsәn.
S ә m
ә d V a h i d
(çığırır). Bәradәrlәrim, nә
qovğa?
Z ә h
r a b ә y i m girir içәri vә
qoltuğundan bayazını çıxarıb tutur gah
Rüstәm bәyin qabağına, gah Mirzә
Mәhәmmәdәlinin qabağına. Bunlar da
Zәhra bәyimi itәlәyib deyirlәr: "Sәn
dә cәhәnnәm ol başımızdan!"
İkisi dә övrәtin kitabını
tullayırlar,
vәrәqlәri dağılır. G ü l b a h a r vә
Q ә n b ә r ç
o b a n l a r ilә
tökülürlәr içәri. Mirzә
Mәhәmmәdәli "sәnsәn!"
deyә-deyә çıxıb gedir. Sәmәd Vahid
"nә qovğadır!"
deyә-deyә çıxıb gedir. Z i v ә r x a n ı m
gәlib yapışır Rüstәm bәyin
qolundan, çәkib aparır. Zәhra bәyim
yıxılıb bihuş olur. Gülbahar özünü
salır arvadın yanına. Qәnbәr dә yavuq
gәlib, mәәttәl qalır.
P ә r
d ә s a l ı n ı r.
DÖRDÜNCÜ
MӘCLİS
Rüstәmbәyin
vә qardaşllarının haman kabinәsi. Z ә h r
a b ә y i m azarlı halәtindә
sövkәnib yastığa, yanında oturub Gülbahar
vә yapışır anasının әlindәn.
Rüstәm bәy öz yerindә oturub, kitaba baxır.
Sәmәd Vahid vә Mirzә Mәhәmmәdәli
kitablarını yığışdırıb qoyurlar qutuya
vә az qalıb ki, qurtarsınlar Zәhra bәyim
vayıldayır.
R ü s
t ә m b ә y (gәlir durur anasının
qabağında). Ana, ay ana! (Zәhra bәyim dinmir.
Rüstәm bәy yekә çağırır). Ana!
Ana!
Z ә h
r a b ә y i m (hәzin sәs ilә). Nә
deyirsәn, Rüstәm bala?
R ü s
t ә m b ә y. Ana mәn sәnin yanında
müqәssirәm. Mәnim günahımdan keç.
Dünәn sәni mәn incitdim.
Z ә h
r a b ә y i m. Bala, sәnin mәn qadanı
alım. Sәnin nә bir günahın var ki, mәn
sәnin günahından keçәm? Sәn mәni
incitmәmisәn. Sәn bircә qardaşlarından
ayrı düşmә, mәn ölәndәn sonra da,
qәbirdә dә sәnә duaçı olum, ay
Rüstәm bala!
R ü s
t ә m b ә y (bir
qәdәr dinmir vә sonra). Ana, ay ana, axır sәn
bәzi işlәri bilirsәn, bәzisini dә
bilmirsәn. Bizim bir-birimiznәn
danışığımız mәslәk üstәdir,
mübahisәmiz kitab üstәdir. Yoxsa sәn dediyin
söz bir gözәl sözdü. Mәsәlәn,
elә mәn açığını sәnә deyim.
Ana, ana, eşidirsәn nә deyirәm? Ana, qulaq asırsan
ya yox?
Z ә h
r a b ә y i m (hәzin
sәs ilә vә güc ilә). Hә, hә, bala,
sözünü de, eşidirәm.
R ü s
t ә m b ә y. Ana, bax, mәn sәni lap
yaxşı başa salım: nә qәdәr ki, mәn
bu kitablara etiqad elәyirәm (öz kitabları
tәrәfә әlini tutur),
Mәhәmmәdәli dә bu kitablara (Mirzә
Mәhәmmәdәlinin tәrәfinә әlini
uzadır) vә Sәmәd dә bu kitablara
(Sәmәd Vahidә tәrәf әlini uzadır)
etiqad elәyirlәr, dәxi biz nә tәhәr ittihad
edib, mehriban yola gedә bilәrik?
(Rüstәm
bәy yavaş-yavaş uzaqlaşır içәri
otağa. Zәhra bәyim dәrin ah çәkir, sonra
Mirzә Mәhәmmәdәli gәlib
çökür diz ustә anasının qabağında).
M i r z
ә M ә h ә m m ә
d ә l i. Ana, mәni
bağışla, dünәn hirsli vaxtımda sәnә
tәrk-әdәblik göstәrdim.
Z ә h
r a b ә y i m. Bala,
ayaqlarının altında ölüm, qardaşlarından
ayrılma.
G ü l
b a h a r. Dadaş, sәn, atanın goru, ayrılma.
M i r z
ә M ә h ә m m ә
d ә l i. Ana, ay ana, bir qulaq as, gör nә deyirәm.
İşin әslkarı bir yerdәdir ki, bax, mәn
sәni bu saat başa salım. Bax, bu evdә üç qism
kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir
qismi budur (Rüstәm
bәyin kitablarını nişan verir). Bir qismi budur
(Sәmәd Vahidin kitablarını nişan verir). Bir qismi
dә budur (öz kitablarını nişan verir).
Әgәr biz bu kitabları bir-birinin yanına qoysaq,
diqqәtnәn baxsaq vә zaiqәyә tapşırsaq,
baxıb görәrik ki, bu üç qism kitablar
bir-birinә o qәdәr oxşayır, necә ki, mәsәlәn,
mәn Sәmәdә oxşayıram, Sәmәd
Rüstəmә oxşayır, Rüstәm bәy dә
mәnә oxşayır. Bax, qoy sәni qurtarım; qulaq
asırsan, ana, ya yox? Bu kitabların cәmisi
әşardı, özü dә әşar deyirәm
ha! Fikrin özgә yana getmәsin. Xoruz sәsi
eşitmәyәn әşardı!
S ә m
ә d V a h i d. Pәki!
M i r z
ә M ә h ә m m ә
d ә l i (әlini Rüstәm bәyә sarı tutur).
Bu kitabların da cәmisi bilirsәn nәdir? Bilmirsәn,
deyim: cәmisi rus lüğәtidir. Bu da elә bir cür
naxoşluqdur.
Rüstәm
bәy sağ әlini Mirzә
Mәhәmmәdәliyә tәrәf atır
vә gedir çölә.
O ki,
qaldı mәnim öz kitablarım (kitablarına
tәrәf baxır vә bir qәdәr fikrә gedir),
bunların biri xüsufdu, biri küsufdu. Di indi, ana, bizә
bir tәdbir tök, görәk biz nә tövr yola
gedә bilәrik?!
Zәhra
bәyim dәrin ah çәkir.
Ana,
sözün yoxdu? Mәni bağışla, mәn
getmәliyәm. (Durur, başmaqlarını geyir).
Gülbahar, mәn hammal göndәrәcәyәm,
mәnim kitab sandığımı vә
yatacağımı verәrsәn gәtirsin
(çıxıb gedir).
S ә m
ә d V a h i d (Zәhra bәyimә tәrәf
gәlir). Validәm, bәnә dә
bәradәrlәrim ilә yola getmәyi tәklif
edәcәksәn, bәni dә әfv et, zira
gәrәk gavur lüğәtlәrinin (Rüstәm
bәyin şkafınaa işarә edir) vә
gәrәk fanatik kitablarının (Mirzә
Mәhәmmәdәlinin kitablarına işarә edir)
sahiblәri ilә bir sırada bulunmaq bәndә
üçün qabili-imkan deyil. Bәni әfv et.
(Gülbahara) Bәnim dә kitablarım ardınca hammal
gәlәsidir, ona tәslim etmәkdә müzayiqә
göstәrmәzsәn, zәnn ediyorum.
(Çıxıb gedir).
Zәhra bәyim
bir qәdәr fikir
elәyir vә güc ilә o tәrәf-bu
tәrәfә baxır vә Gülbahardan savayı
otaqda bir kәsi görmür.
Z ә h
r a b ә y i m. Qızım,
bunlar hara getdilәr?
G ü l
b a h a r. Nә bilim, ana? Çıxıb getdilәr.
Z ә h
r a b ә y i m (fikrә
gedir). Ürәyim, ürәyim (әlini qoyur
ürәyinә) üç yerә bölünә,
üç tikә ola, hәr tikәsi dә bir
tәrәfә çıxıb gedә (yenә
baxır otağa), onda dәxi ürәyim parçalanar,
ölәrәm. Qızım, pәs mәnim ürәyim
üç parça olsa, sәn nә elәrsәn?!
Qızım, anasız qalarsan (dәrin ah çәkir
vә huşa gedir).
Gülbahar
bir qәdәr baxır anasına vә tez durur ayağa,
qaçır qapıya vә nә qәdәr sәsi
var, çığırır.
G ü l
b a h a r. Sәmәd, Sәmәd!... Mәhәmmәdәli dadaş!... Sәmәd!...
Q ә n
b ә r hövlnak girir
içәri, dalınca Q u r
b a n vә Z a m a n.
Gülbahar qaçır Qәnbәrin yanına,
yapışır әlindәn vә
çәkә-çәkә gәtirir
anasının yanına vә özü dә
çökür anasının qabağında, әlini
götürür vә çağırır.
Ana! Ana!
Qәnbәr
tәәccüb edir vә deyir.
Q ә n
bә r. Xanımcan, nә var? Yoxsa xanım bәyim pis
haldadır?
Zәhra
bәyim gözlәrini açır vә baxır
Gülbahara vә sonra da Qәnbәrә vә güc
ilә başını çöndәrir vә
gözü ilә bir şey axtaran kimi çobanlara
gözü sataşır.
G ü l
b a h a r. Ana, necәsәn?
Z ә h
r a b ә y i m
(Qәnbәrә baxır). Qәnbәr, sәnsәn?
Hәlә getmәmisәn?
Q ә n
b ә r. Xanım bәyim, qulluğunda durmuşam.
G ü l
b a h a r. Ana, Qәnbәr vә çobanlar
gәliblәr sәnin kefini xәbәr alırlar.
(Qәnbәrә) Qәnbәr, bir az danış,
anamın kefi açılsın.
Z ә h
r a b ә y i m
(Qәnbәrә). Qәnbәr, bir az danış,
danış. Nә olar, danış, qulaq asaq. Niyә
danışmırsan? Mәn istәyirәm qulaq asam. De
gәrәk, indi qoyunların nә qayırır? Deyirdin
axı azarlıyırlar.
Qәnbәr
utanır vә başını salır aşağı.
G ü l
b a h a r (gülә-gülә). Qәnbәr, hı, indi
qoyunların sәni gözlәyir. İndi
görәsәn qumral bәnöyüş qoyunu canavar
dağıtmayıb ki? (gülür).
Q ә n
b ә r. Xanım bәyim, qumral bәnöyüş qoyun
sәnә qurban olsun.
G ü l
b a h a r. Qәnbәr, hı, sәn allah bir nağıl
elә görәk, qoyunu canavar dağıdanda necә
ağlayırsan?
Q ә n
b ә r (utana-utana). Xanımcan, onu mәn sәnә
nağıl elәmişәm, onu sәn bilirsәn.
Bәlkә sәn Zamanın tütәk
çalmağını görәsәn,
görәsәn necә tütәyin sәsi ilә
qoyunları qaytarır?
G ü l
b a h a r. Necә, necә? Sәn allah, Qәnbәr,
necә? Bir nağıl elә görәk. (Anasına).
Ana, qulaq asırsanmı, nağıl elәsinmi? Ana, qoy
nağıl elәsin, qulaq as.
Q ә n
b ә r. Xanımcan, and olsun allaha, bir dәfә mәn
özüm tәәccüb qaldım. Günorta zamanı
idi. Qoyunları çobanlar aparırdılar "Qızlar
bulağına". Biz dә yoldaşlarımıznan
oturmuşduq kәklik tәpәsinin yamacında, qoyunlara
baxırdıq. Bax, bu qırışmal Zaman da oturmuşdu
yanımızda, tütәk çalırdı. Bizim qoyunlar
da, Zamangilin qoyunları da bulağa sarı getmәkdә
idi. Birdәn Zaman bizә qayıtdı ki, "nә
verәrsiniz, elә çalım ki, qoyunlar getdiklәri
yerdә dayanıb, geri qayıtsınlar?" Söz yox,
heç kәs inanmadı. Xülasә, nә
başınızı ağrıdım, xanımlar, Zaman
başladı çalmağa. (Zamana). Әdә,
çıxart tütәyini. (Zaman utana-utana tütәyini
çıxardır). And olsun sizin әziz canınıza,
qoyunlar tütәyin sәsini eşidәn kimi elә bil
ki, bir şeydәn ürkdülәr. Elәcә
getdiklәri yerdә dayandılar, qulaqlarını
qırpıtdılar. Elә bil, bir şeydәn qorxan kimi
geri döndülәr vә quyruqlarını ata-ata,
mәlәşә-mәlәşә
başladılar tәpәyә tәrәf geri
qaçmağa. (Zamana). Әdә, Zaman, çal.
Zaman
başlayır tütəkdә çoban--bayatını
çalmağa; bir qәdәr ona baxıb, Qәnbәr
oxuyur.
Q ә n
b ә r.
Biz
çobanıq, dağdı, daşdı yerimiz,
Yoldaşımız
qoyun-quzu sürümüz,
Dәrs
almayıb, haqdı-ki, heç birimiz,
Amma
zövqü sәfalıdı çobanlar,
Qardaşlıqda
vәfalıdı çobanlar.
Gözәl
olur çöldә çәmәnlәr, çaylar,
Qışda
arandayıq, dağda da yaylar,
Çoban
südü sağar, hamıya paylar,
Niyyәti
çünki alidir çobanlar,
Qardaşlıqda
vәfalıdı çobanlar.
Sürü
kәndә dönәndә axşam-sәhәr,
Qoyun
mәlәr, quzu mәlәr, hey mәlәr,
Sәsә-küyә
düşәr, köpәklәr hürәr,
Billah,
zövqü sәfalıdı çobanlar,
Qardaşlıqda
vәfalıdı çobanlar.
Z a m a n
(tütәyi qoyur cibinә vә deyir). Eh, xanımların
canı sağ olsun.
G ü l
b a h a r (Qәnbәrә). Qәnbәr, sәn allah o
sözlәri sәn özün bir dә de.
Qәnbәr
başını salır aşağa vә bir dә
avazsız hәmin sözlәri deyir.
Q ә n
b ә r. Biz çobanıq, dağdı, daşdı yerimiz
... (vә axıra kimi).
Qәnbәr
qurtardıqda çöl qapıdan bir hambal girir
içәri.
H a m b a
l. Burdadımı Mirzә Mәhәmmәdәli
ağanın kitabları? Mәni göndәrib aparam
mәscid hücrәsinә.
Gülbahar hambala
әli ilә işarә elәyir dinmәsin
vә hambala yavuq gәlib qulağına bir şey
pıçıldayır. Hambal çıxıb gedir, sonra
gәlir anasının yanına.
G ü l
b a h a r (anasına). Ana, dur sәni aparım içәri
otağa. Orada uzan, rahat ol.
Zәhra
bәyim hazırlaşır dursun ayağa, bir qәdәr
fikir elәyir vә qoltuğunu eşәlәyib
bayazını çıxardır verir Gülbahara vә
deyir:
Z ә h
r a b ә y i m. Qızım,
bu kitabı al saxla yanında. Qardaşların yola
getmәyәndә kitabın bir yerindә atanın
yazısı var,--öz әlinәn yazıb,--onu axtar tap,
ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu
atan ölәndәn iki gün qabaq öz әlinәn
yazdı (durur ayağa) әli titrәyә-titrәyә
yazdı; elә naxoş ola-ola yazdı. Dedi uşaqlar
oxusunlar. Qız, yapış әlimdәn, qalxa bilmirәm.
Zәhra
bәyim "vay-vay" elәyə-elәyә durur
ayağa, Gülbahar kitabı qoyur qoltuğuna,
yapışır anasının әlindәn;
yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri,
kitabı vәrәqlәyir, bir yerini tapır,
diqqәtnәn oxuyur.
İ k i
i c i h a m b a l daxil olur içәri.
İ k i
n c i h a m b a l. Mәn
gәlmişәm Sәmәd Vahidin kitablarını
vә yatacağını aparam.
G ü l
b a h a r. (bir qәdәr baxır). Bir qәdәr dur
çöldә, bir azdan sonra gәl apar.
Hambal
gedir.
G ü l
b a h a r (bir qәdәr fikirdәn sonra,
Qәnbәrә). Qәnbәr, bilirsәn nә var?
Q ә n
b ә r. Buyur, xanımcan.
G ü l
b a h a r. Gәrәk mәnә kömәk
elәyәsәn.
Q ә n
b ә r. Gözüm üstә, xanımcan, buyur.
(Әlini qoyur gözünün üstә).
G ü l
b a h a r. Qәnbәr, bilirsәn nә var? Qulaq as, deyim.
Qәnbәr, Mәhәmmәdәli dadaşım
vә Sәmәd dadaşım indi hammalları
göndәrmişdilәr ki, kitablarını vә
yatacaqlarını buradan aparsınlar. Amma anam onların
köçmәyini eşitcәk qutaracaq; yәqin bil ki,
haman dәqiqә keçinәcәk. Qәnbәr,
mәnә kömәk elә.
Q ә n
b ә r. Xanımcan, hәr nә buyurursan buyur. Hazıram.
G ü l
b a h a r (fikirli). Vallah, mәәttәl qalmışam.
Q ә n
b ә r. Xanımcan, hәr nә buyursan,
әmәlә gәtirә bilәrәm.
G ü l
b a h a r. Vallah, heç bilmirәm nә qayırım?
(Gülbahar
gah gedir qapıya tәrәf, gah girir içәri
otağa, gah bir durur fikir elәyir, gah gedir
qardaşlarının kitablarına diqqәt ilә
baxır.)
Bu
heyndә R ü s t ә m
bәy içәri otaqdan başını uzadıb,
Q ә n b ә r i vә ç o b a n l a r ı görüb
deyir.
R ü s
t ә m b ә y.
Qәnbәr, sizin burada bir işiniz yoxdur, bu saat buradan
rәdd olun, bir dә sizi mәn burada görmәyim!
Qәnbәr
vә çobanlar çıxıb gedirlәr,
Rüstәm bәy dә yox olur. Gülbahar dәrin
fikirdә
o tәrәfә-bu tәrәfә var-gәl
elәyir vә axırda gedir durur pәncәrәnin
qabağında vә baxır çölә vә
birdәn uca sәs ilә çığırır:
"Qәnbәr!" Çöl
qapıdan
içәri daxil olur i k i n c
i h a m b a l.
İ k i
n c i h a m m a l. Xanım,
mәn mәәttәl oldum, mәni yola sal, gedim.
Gülbahar
yenә bir qәdәr fikir edir, sonra gәlir
yapışır onun әlindәn,
çәkә-çәkә aparır
pәncәrәnin qabağına vә deyir:
G ü l
b a h a r. Ay hammal qardaş, bir mәnә de görüm,
axır adamlar niyә hәrә bir yana gedir?
İ k i
n c i h a m m a l. Xanım,
pәs hara getsinlәr?
G ü l
b a h a r. Necә hara getsinlәr? Mәn axır
sәndәn söz soruşuram ki, niyә hamısı bir
yerә getmir, niyә hәrә bir tәrәfә
gedir? Bax, görürsәn, o adamlar o tәrәfә
gedir, bu adamlar bu tәrәfә gedir; mәn bu işi
başa düşmürәm. Yәqin ki, dәli olublar.
İ k i
n c i h a m m a l. Hәrәnin
bir yanda işi var, hәrәnin evi bir
tәrәfdәdi: biri evinә gedir, biri işinә
gedir.
G ü l
b a h a r (hövsәlәsiz). Eh, mәn sәndәn
söz soruşuram, sәn bilmirәm mәnә nә
cavab verirsәn. Nә sәbәbә, axır, hamı
bir tәrәfә getmir? Yox, yox, bu pis işdi, vallah, pis
işdi. Bir yaxşı fikir elә (oturur
pәncәrәnin içindә).
İ k i
n c i h a m m a l. Xanım,
mәni yola sal gedim. Hansı kitabları aparacağam, ver
aparım.
G ü l
b a h a r (hirsli qalxır ayağa vә uğadan). Axmaq-axmaq
danışma! Mәn sәndәn söz soruşuram,
sәn hәlә mәndәn katab istәyirsәn. Bu
saat mәnә de görüm ki, axır bu adamlar niyә
hamısı bir tәrәfә getmir? Niyә biri o
tәrәfә gedir, biri bu tәrәfә gedir?
İ k i
n c i h a m m a l. Xanım,
başına dolanım, axır mәn nә bilim? Hәr
kәs hara istәyir gedir. Mәn dәxi nә
elәyim?!
G ü l
b a h a r. Qәlәt elәmә, haramzada! Bu saat get onlara
de ki, and olsun allaha, elә bir iş edәrәm, bir
dәqiqә içindә, bax, bir göz yumub saatda
(gözlәrini yumur) quruyub daşa dönәrlәr. Onlar
hamısı allahın yolundan çıxıblar. Yox, yox,
sәn onları xәbәrdar elә! Yoxsa
yazıqdılar, axırda özlәri peşiman olarlar.
Olarlar inşallah, olarlar inşallah!
Hambal
çönüb qapıya tәrәf gedir.
G ü l
b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gәl kitabları
apar. Amma mәn sәnә necә ki, dedim, elә dә
camaatı başa salarsan.
İ k i
n c i h a m m a l. Baş
üstә, xanım. Pәs mәn hansı kitabları
aparacağam.
Gülbahar
gedir Rüstәm bәyin kitab şkafını
açır, kitabları bir-bir çıxardır vә
cildlәrini cıra-cıra, vәrәqlәrini
dağıda-dağıda tullayır ortalığa
vә
tullaya-tullaya deyir.
G ü l
b a h a r. Rus lüğәti. Slavyan lüğәti (hambal
bu işi görcәk yavaşca yox olur. Rüstәm
bәyin kitablarını qurtarandan sonra Gülbahar
Sәmәd Vahidin kitablarını haman minval ilә,
yәni cırıb dağıda-dağıda atır yerә
vә ata-ata deyir): Elmi-qafiyә. Vәzni-şer. (Bu
kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzә
Mәhәmmәdәlinin sandığından
kitabları yenә bir-bir çıxarır vә
cıra-cıra tullayır yerә vә deyir): Xüsuf.
Küsuf. Sonra o tәrәf-bu tәrәfә baxıb
görür hambal yoxdur, gәlir kitabların
tikә-parçalarını qucaqlayır vә
pәncәrәdәn tökür çölә.
Qaçır içәri otaqdan neft vә spiçka
gәtirir, kitabların üstünә neft töküb od
vurur. Kitablar çöldә alışır vә
Gülbahar durur otağın ortasında; qoltuğundan
anasının kitabını çıxardır, bir
sәhifәsini açır vә diqqәt ilә
baxır.
Çöl
qapıdan hövlnak daxil olur, M i r z ә M ә h ә m m ә d ә l i
, S ә m ә d V a h i d vә
dallarınca b i r i n c i vә
i k i n c i h a m b a l l a r.
İçәri otaqdan hövlnak daxil olurlar R ü s t ә
m b ә y, Z i v ә r x a n ı m vә
bunların dalısınca
Z ә h r a b ә y i
m
sürünә-sürünә özünü
salır qapının ağzına.
Camaat hamısı kitabların yanmağını vә
Gülbaharın әhvalının dәyişmәyini
görüb mat qalır. Zәhra bәyim
vayıldaya-vayıldaya deyir.
Z ә h
r a b ә y i m. Ax, yazıq
canım!
Qardaşlar gedirlәr,
pәncәrәdәn kitabların yanmağına
baxırlar, sonar çönüb Gülbahara tamaşa
edirlәr. Gülbahar әlindәki kitabın açıq
sәhifәsini yuxarı qalxızıb, qardaşlarına
tәrәf tutub baxır. Ara bir qәdәr sakit keçir
vә heç kәs dinmir. Axırda Gülbahar ucadan
mütәәssiranә deyir:
G ü l
b a h a r. Qaldı bircә kitab: bu da anamın kitabı! Bir
qәdәr hamı sakit durur baxır.
Budur atam
öz әli ilә yazdığı vәsiyyәt
(oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü
ilindә, rәbiüs-saninin on ikisindә,
çeşәnbә günü, sübh әzanından
yarım saat keçdikdә yoldaşım Zәhranın
cismindәn bir parça qopub ayrıldı ki, ibarәt olsun
Rüstәm balamdan (barmağı ilә Rüstәm
bәyә işarә edir; Rüstәm bәy
atasının xәttinә diqqәt edәndәn sonra
dәsmalını basır üzünә).
Biçarә
övrәtin cisminin qalanından genә tarixi-hicrinin min iki
yüz doxsan doqquzuncu ilindә, ramazanın beşindә,
pәncşәnbә günü, axşamdan üç
saat keçdikdә genә bir parça ayrılıb qopdu.
Haman gün oğlum Mәhәmmәdәli anadan oldu
(barmağı ilә Mirzә Mәhәmmәdәliyә
işarә edir; Mәhәmmәdәli dә yavuq
gәlir vә atasının xәttini görür vә
dәsmalı basır üzünә).
Yazıq
Zәhranın qalan cismi genә bir dәfә
parçalandı. Bu da vaqe oldu haman tarixin min üç
yüz dördüncü ilindә,
cәmadiәl-әvvәlin on beşindә,
çaharşәnbә günü, günorta zamanı ki,
haman gün balamız Sәmәd dünyaya gәldi
(Sәmәd Vahidә işarә edir; Sәmәd Vahid
dәsmalı basır üzünә).
Bundan da
bir neçә il sonra baxtı-qara övrәtin qalan
yarım canından genә bir parça qopdu ki, adını
Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz
onuncu ilindә, şәvvalın iyirmi birindә,
cümә axşamı, sübh vaxtı.
Yer,
göy, aylar vә ulduzlar göylәrdә seyr edib gәzә-gәzә
genә әvvәl-axır günün başına
dolanırlar; çünki bunlar hamısı qәdim
әzәldә gündәn qopub ayrılmış parçalardır.
Mәn
etiqad edirәm ki, mәnim dә balalarım dünyada
hәr yanı gәzib dolansalar, genә
әvvәl-axır anaları Zәhranın (әlini
anasına tәrәf tutur) әtrafında gәrәk
dolanalar; çünki ay vә ulduz şәmsin
parçaları olan kimi, bunlar da analarının ayı
vә ulduzlarıdır. Vay o kәsin halına ki, tәbiәtin
hәmin qanununu pozmaq istәyә! Onun insafı vә
vicdanı ona müdamül-hәyat әziyyәt
edәcәk, nә qәdәr canında nәfәs
var, peşiman olacaq.
(Gülbahar
qurtarcaq anası Zәhra bәyim bihuş oturduğu
yerdә yıxılır. Gülbahar kitabı qoyur qoltuq
cibinә vә gedir oturur pәncәrәnin
qabağında, dizlәrini qucaqlayır vә baxır
çölә tәrәf).
R ü s
t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l
i, S ә m ә d V a h i d
vә Z i v ә r x a n ı m tökülürlәr Zәhra
bәyimin yanına. Mirzә Mәhәmmәdәli
anasının әllәrini soyumuş vә can
üstә görüb, qalxır durur övrәtin
başının üstündә vә başlayır
fatihә surәsini oxumağa. Hamı qalxır ayağa.
Rüstәm bәy, Sәmәd Vahid vә Zivәr
xanım dәsmallarını üzlәrinә basıb,
yavaşca ağlayırlar.
(Gülbahar
mat-mat baxır gah anasına tәrәf, gah
çölә tәrәf).
M i r z
ә M ә h ә m m ә
d ә l i (avaz ilә).
Әlhәmdülillahi-rәbbil-alәmin.
Әrrәhmanir-rәhim, maliki yövmәddin....
Pәrdә
salınır vә Mirzә Mәhәmmәdәlinin
oxumağını kәsir.
Tamam.