ÇAY
DӘSTGAHI
1) S a m a
v a r.
2) P a d n
o s.
3) Ç
a y n i k.
4) İ s
t ә k a n.
5) N ә l b ә k i.
6) Q a
ş ı q.
7) M a
ş a.
8) T r u b
a.
9) N ö
k ә r.
Әhvalat
vaqe olur. Zәngәzur mahalında bәrgüşadlı Hacı Rәhimbәyin evindә. Mәclisin ortalığında qoyulub
kreslo, üstә
oturub Samavar. Sağ tәrәfdә stullar üstә oturub Padnos, İstәkan, Qaşıq vә Maşa. Sol tәrәfdә yenә stullar üstә oturublar Çaynik, Nәlbәki vә Truba. Padnosun qabağında stol
üstә var
kağız vә
qәlәm. Pәrdә qalxan kimi Samavar üzünü mәclisә tutub başlayır.
S a m a v a
r
Dәvәt etdim sizi bura mәn özüm.
Çünki
var sizlәrә bir özgә sözüm.
Diqqәt ilә qulaq verin mәnә siz,
Ta ki, bu dәrdә bir әlac edәsiz.
Söz
budur ki, dünәnki
gün bu zaman
Çay
içib qurtarıb xanımla xan,
Görmәyiblәr o çayda bir lәzzәt,
Elәyiblәr qulamı bihörmәt.
Söylәyiblәr ona ki, ey nadan,
Әqldәn dur, eşşәgi-Hәmәdan!
Nә çayın rәngi var, nә tәmi gәlir
Nә xoş әtri, nә lәzzәti bilinir.
Ağanın
beylә pәs tutub qeyzi-–
Ki, buyurdu
bu gün qırsınlar bizi.
İndi,
qardaşlarım, dәxi nә edәk?
Biz bu
işdә gәrәk fәnaya gedәk.
Ç a
y n i k
(ağlayır)
Düşdü
daş başıma, yıxıldı evim!
Heç
rәvadır ki,
mәn bu yaşda
ölüm?
Şәkk yoxdur bizi ki, sübh olcaq,
Cümlәmizi ağa tamam qıracaq.
P a d n o s
Heç
qәm etmә buna, baba Samavar,
Bәndә Padnos bu dәm әlac tapar.
Әlac
odur gәrәk bu saat biz—-
Әldә insafı biz tutaq
hamımız.
İttifaq
eylәyәk, olaq aqil.
Ta görәk hәq nәdir, nәdir batil.
Sәbәbin kәşf edәk görәk nә üçün,
Nә çayın әtri var, nә rәngi bu gün.
Elә ki, biz bu tövr ilә bilәrik,
Sәbәbin bu işin yәqin edәrik.
Ol zaman gәr olar kömәk tari,
Verәrik ağaya günahkari.
S a m a v a
r
Afәrin, afәrin, gözüm Padnos,
Kömәk olsun xuda sәnә imruz.
Sәn dağıtdın mәnim qәmimi tamam,
Kömәk olsun sәnә hәmişә imam.
Ç a
y n i k
Ax,
dönüm başına sәnin, Padnos,
Kömәk olsun xuda sәnә imruz.
Ürәyim sakit oldu, dincәldi.
Nә qәşәk fikr ağlına gәldi.
S a m a v a
r
Elәdi indi başlayaq işi biz,
Bәlkә sabbaha qurtaraq işimiz.
Gәrәk heç olmuyaq biz avarә,
Bәlkә bir tövr ilә tapaq çarә,
Bilirәm diqqәt ilә biz indi,
Başlayaq
gәr işi yәqinimdi,
Hәm günahkarı, şәkk yox, taparıq,
Hәmi dә xabi-nuş ilә yatarıq.
Sözümüz
bir edib, olaq sadiq,
Başlayaq
mәndәn әvvәla tәhqiq.
Әhli-mәclis, edin mәnә diqqәt,
Qoymayın,
insafı yerә
heç vәqt,
Cәhd ilә axtarın qüsurlәrim,
Hәmçinin xoş sifәtlәrim, hünәrim—
Ki, bu
dünyada hәr
neçә ev
var,
Yuxarı
başda әylәşir Samavar.
Günü
keçmәz, mәn olmasam, xanın,
Nә gәdanın, şәhin vә dehqanın.
Hәr bir evdә nә vәqt şadlıq olar,
Ona baisdi
tәk baba Samavar,
Kim odu su
içindә od
saxlar?
Onu saxlar
genә baba
Samavar.
Mәn qızanda gәr istәyә birisi,
Uzada
barmağın mәnә o kәsi
"Uf",
"uf" ilә
çıxardıban dilini
Soxacaq
ağzına bütün әlini.
Yoxdu dәrdim, bu dunyada nә qәmim,
Tula şәhri olub mәnim vәtәnim.
Lehimim tazәdir vә safdı misim,
Nәdә tüstüm olar mәnim, nә hisim.
Lülәgim gendi, kipdi hәm qapağım,
Bu mәnim qulplarım, buda
papağım.
İndi,
qardaşlarım, görürsüz siz,
Ola billәmmi mәn buna bais—
Ki,
çayın әtri
gәlmәsin vә dadı?
Götürüm
üstümә
bu tövr adı?
Ağarıb
saqqalım, özüm ahil,
Ağamın
mәn evindәyәm on üç il,
Deyil insaf
onun evindә bu dәm,
Başlayım
mәn ona xәyanәt edәm.
P a d n o s
(qalxır)
Padnosam, hәm özüm cәvanәm mәn,
Qab-qaşıqlar
içindә xanәm mәn.
Yoxdu
çirkim, nә
bir lәkә, nә tozum,
Şәfәqim nur tәk, gözәldi üzüm.
Birisi diqqәt ilә baxsa mәnә.
Pәh-pәh ilә mәni alıb әlinә,
Qalacaq surәtimә mat-heyran,
Edәcәk tәrifim qoca vә cavan,
Mәnsiz olmaz nә toy, nә dә bayram,
Sәdri-mәclisdә mәn gәrәk oturam.
Qalı
üstü vә
miz yerimdi mәnim,
Qabağımda
durur gәdә-nökәrim.
İstәkanlar vә nәlbәkilәrә mәn—
Analıq
haqqını әta
edәrәm,
Bәslәrәm bunları qucağımda,
Biri solda,
biri dә
sağımda.
Ağa,
xanım edәr mәnә hörmәt,
İpәk örtük verәr mәnә zinәt.
Rәngbәrәng şir içindәdir bәdәnim,
Vardımı
tәqsirim bu
işdә mәnim—
Ki,
çayın rәngi yox, nә
tәmi gәlir,
Nә xoş әtri, nә lәzzәti bilinir?
Belә iş üz verә
әgәr mәndәn,
Çürürәm tezlik ilә mәn qәmdәn.
Ağamın
mәn
üzünә
ta qәtәn—
Baxa bilmәm dәxi xәcalәtdәn.
Böyüdübdür
mәni onun әmәyi,
Kor edәr gözlәrim duzu, çörәyi.
S a m a v a
r
(Padnosa)
Bizә çoxdan yәqin olub hasil:
Әqlin
artıq, özün dә hәm
qabil.
Qalarıq
olmasan biz avarә,
Sәn taparsan çәtin işә çarә.
Razı
olduq, ziyadә sәndәn biz.
Çün
gedirdik fәnayә biz sәnsiz.
Ç a
y n i k
(qalxır)
Çaynikin
qәdrini bilәr çay içәn,
Çay
büsatında ruzigarı keçәn.
Olmasam mәn, nә tövr çay dәm alar.
Çay
büsatı mәgәr ki, mәnsiz olar?
İki dәfә çıxam gәrәk hәr gün,
Әrşә mәn, yәni başına babamın.
Kimdi mәndәn uca görüm ol vәqt?
Tәk xudadır, o sahibi-qüdrәt.
Çox
sevәrlәr mәni ağa, xanım,
Çinidәndir tutaq mәnim canım.
Amma neylәr mәnә ya od ya alov?
Dәm alar çün içimdә çayi-Papov.
Bir
neçә
şәxsdәn mәnim әlbәt,
Şәnim artıq ola gәrәk qayәt.
Köynәgimdir mәnim ya şal, ya ipәk,
Tәmiz ollam lәtif mәrmәr tәk.
(ağlaya-ağlaya)
Xoş
gedәrmi
görüm xudaya, babam,
Ağamın
qeyzinә sәbәb mәn olam?
Tәqsirim olmasın, gedim zayә,
Qırılım
mәn,
köçüm o dünyayә?
S a m a v a
r
(Çaynikә)
Ağlama,
ağlama, oğul, Çaynik,
Hamımız
biz, bunu yәqin
bilirik
Ki, sәnin yoxdu burda tәqsirin,
Olma sәn heç әbәs yerә qәmgin.
Sәn özünsәn hәmişә taçi-sәrim,
Sәn ilәdir mәnim tamam hünәrim.
Olmasan sәn mәnim nә hüsnüm olar,
Mәni sәnsiz mәgәr ki, yada salar
Ya
xanım, ya ağa, ya özgәlәri?
Vardımı
qeyrinin belә
hünәri?
İ s t ә k a n
(durur)
O hünәr mәndәdi, baba Samavar!
İstәkansız nә tövr çay qoyular?
Olmasam mәn, düşәrmi çay yada?
Vardımı
beylә ev bu
dünyada—
Ki, o evdә mәn olmayam lazım?
Bәzi yerlәrdә görmüşәm hәm özüm—
Ki,
tökürlәr
suyu böyük qazana,
Yığışırlar
ata, bala vә ana.
Qaynayır
su, qazana çay salınır,
Yoxdu
Çaynik, qazanda çay dәm alır.
Yoxdu
Çaynik vә
yoxdu hәm
Samavar,
Nә Qaşıq, Nәlbәki, nә Padnos var.
Amma var
İstәkan vә çay dәmdә,
Gәr belә evdә olmasam mәn dә
Ya gәrәk çayı nimçәyә tökәlәr,
Ya da su
parçına töküb içәlәr.
İsmi-
rәsmim mәnim olub mәşhur,
Badәnim dә ya şişәdir ya bülur,
Gәr mәni hörmәt ilә saxlayalar.
Mәnim ömrüm otuz vә qırx il olar.
Elә ki, verdilәr aşıq yerinә
Mәni oynatmağa uşaq әlinә,
Ya da soyuq
suda mәni yuyuban
Dağ
suyu üstümә tökәr
nadan.
Yoxdu
söz, mәn o vәdә az yaşaram.
Ola
mümkün, әgәr ki mәn bacaram,
Yollaram
düz Sibirә
qatilimi,
Mәn itirrәm bu tövr zalimimi.
Kimdi burda
otuz beş il yaşayan?
O mәnәm ağ hәmişә, saf vә cavan.
Pasım
olmaz, nә
tüstü, toz, nә hisim,
Şad edәr külfәti lәtif sәsim.
Gәrәk hәr gün ağa vә xanımlar
Dodağa
qalxızıb mәni öpәlәr.
Әql kәsmәz ki, mәn olum naqis,
Ağamın
qeyzinә olum
bais.
Üstümә beylә pis adı götürüm
Vә olan ismü rәsmimi itirim.
S a m a v a
r
(İstәkana)
Sәnin әslin-nәcabәtin, oğlum
Vә sifatın bizә olub mәlum
Sәnә qiymәt verәr bahalı bülur,
Yaraşarmı
sәnә bir özgә qüsur?
Nә günahkar bizik, nә dә sәnsәn.
Olmarıq
heç xәcil
nә biz, nә dә sәn.
Ağamın
qeyzinә sәbәb, әlbәt,
Ya
qaşıqdır, ya Nәlbәki bәdbәxt
(İşarә edir Nәlbәki vә Qaşığa vә sonra onlara deyir).
Degilәn, Nәlbәki, bizә indi
Ağamın
qeyzinә sәbәb kimdi?
Ya
özün beylә fitnә
sahibisәn,
Ya
Qaşıqdır bu tövr cürәt edәn.
N ә l b ә k i
(barmağının
ucunu göstәrir).
Mәndә gәr bircә beylә tәqsir var,
Başımı
kәs mәnim, baba Samavar,
Gәr mәnim beylә bir günaha sәbәb,
Allah etsin
mәnә hәmişә qәzәb.
Şahid
olsun xuda, bu mәn,
bu da siz,
Diqqәt ilә mәnә burada baxız.
Mәndә tapsaz ya pis qoxu, ya lәkә
Mәndә gәr nalayiq süfәt görükür
S a m a v a
r
(onun
sözünü kәsib deyir).
Bilirik biz
sәni ki, yoxdu sәnin—
Nә qüsurun, bu işdә, nә günәhin.
Qar kimi
ağ, üzün belә göyçәk,
Nә yol ilә sәni müqәssir edәk?
Q a ş
ı q
(ağlaya-ağlaya)
Nә üçün mәn olum, baba, bәdbәxt?
Nәdi bilmәm bu tövr әmrә cәhәt?
S a m a v a
r
(qaşığa)
Etmisәn sәn dünәn belә görükür,
Biәdәblik, hәmi günahi-kәbir.
Ağa,
xanım sәni tәmiz bilibәn
İstәkana sәni salubla dünәn.
İndi
bildik günah edәn kim imiş,
Ağa,
xanım nәçün
deyirlәrimiş.
Ki
çayın rәngi yox, nә
tәmi gәlir,
Nә xoş әtri, nә lәzzәti bilinir.
Q a ş
ı q
İzn
ver, mәn sәnә, baba Samavar,
Bir
neçә
söz edim bu dәm
izhar.
Mәn bu işdә müqәssir olsam әgәr.
Öldürün
siz mәni, edin
bisәr.
Mәn cәvanәm, adım gümüş
Qaşıq,
Cәmi mәxluq olub mәnә aşiq.
Çünki
ömrü mәnәm edәn asan,
Var-yoxun xәrc edәr mәnә insan.
Mәnsiz heç kәs çayın dadın bilmәz,
Olmasam istәkanda, qәnd әrimәz.
Heç
olar isti çaya әl vurmaq?
Kimdә var beylә bir uzun barmaq—
Ki,
yetişsin Qaşıq kimi qәndә.
Bu hünәr vardı bircә tәk mәndә.
Vay o
şәxsin, o
yazığın halına—
Ki, uzun
çöp kәsib
alar әlinә.
İstәkanı
qarışdırır çöpnәn
Vә çayın tәmini kәsir qәtәn,
Mәn problu, özüm tәmiz gümüşәm.
Dәxi mәn bilmirәm nә eylәmişәm—
Ki,
çayın rәngi yox, nә
tәmi gәlir,
Nә xoş әtri, nә lәzzәti bilinir?
Vazehi beylәdir bәyan edirәm—
Amma indi
belә güman
edirәm—
Ki, sәbәbkar beylә әmrә, baba,
Ya Maşadır
ya da qara Truba.
(göstәrir Maşanı vә Trubanı. Truba
üzünü tutub yana, oxuyur bu beyti).
T r u b a
"Xabi
nuşini bamidadi rәhil,
Baz darәd piyadәra zisәbil" [1]
[1] Sədi Şirazi. Səfər
səhərinin yuxusu piyadanı yoldan qoyar.
S a m a v a
r
(Trubanın
sözünü kәsib acıqlı sәslә
çığırır onun üstünә).
Kәs sәsin, biәdәb vә nalayiq!
Nә üçün üz verib
sәnә şadlıq?
Biz bәladә vә fikrdә, qәmdә,
Amma siz hәm fәrәhdә, hәm dәmdә,
Çayı
sizsiz hәmişә zaye edәn,
Oluruq biz
xәcil nahaqdәn.
Gәrәk indi mәnә bәyan edәsiz,
Hansınız
olmusuz buna bais?
M a ş
a
(Samavara)
Yoxdu,
vallah, baba, mәnim
xәbәrim,
Dәymәyib mәndәn heç kәsә zәrәrim.
T r u b a
(Samavara)
Şahid
olsun bu әmrә ol qadir,
Olmayıb
mәndәn heç günah sadir.
Gәlmişәm mәn bu sinnә, görmәmişәm
Nalayıq
iş, günah etmәmişәm.
Bәnzәrәm sәrvә, qәdd-qamәtli,
Olmuşam
mәn ziyadә qiymәtli.
Ondan
ötrü ki, tәk mәnәm mahir—
Ki,
kömür bir dәqiqәdә qızarır.
P a d n o s
Nisfi-şәbdir, belә güman edirәm,
(Maşa
vә Trubaya işarә edir)
Bunların
barәsindә söz verirәm—
Ki,
müqәssir
deyillәr
heç birisi,
Ondan
ötrü ki, bunlar hәr ikisi
Heç
deyil çay busatına daxil,
Oldu indi mәnә yәqin hasil—
Ki,
müqәssir bu
işdә biz
deyilik,
Necә ki, cәmimiz bunu görürük.
(bir az
duruxur)
Baba, indi
gör ağlıma nә gәlir:
Hamıya
gün kimi müşәxxәsdir—-
Ki,
çayın gәr suyu bir az lil ola,
Olmaz
heç rәngi
dә onun әsla.
Gәrçi su lazımınca
qaynamadı,
Çayın
olmaz nә lәzzәti, nә dadı.
İndi mәn beylә mәslәhәt görürәm,
Çağıraq
Nökәri
buraya bu dәm.
Soruşaq
biz hәqiqәtin ondan,
Odu bәlkә bizi bәlayә salan.
S a m a v a
r
(Padnosa)
Mәrhәba, mәrhәba sәnә olsun!
(üzünü
tutur uşaqlara)
Çağırın
Nökәri ki,
tez gәlsin
(Padnosa
işarә edir)
Әsb
tazi әgәr zәif bәvәd
(o biri
uşaqlara işarә edir)
Hәmçinin öz tәvileyi xәr beh.
Әrәb at gәr ölә zәiflikdәn,
Yaxşıdır
bir tәvilә eşşәkdәn.
gәlir nökәr Әli, köhnә vә cındır paltarda, әllәri kömürçü әli kimi qara vә çirkli, Samavara baş әyir.
S a m a v a
r
(nökәrә)
Niyә sәn çirklisәn, a bәdheybәt?
Bu әtәklәr nәçün olub neybәt?
Ә l i
Silirәm bunlar ilә qab-qaşığı.
Nәlbәki, istәkanları, qaşığı.
(әli ilә göstәrir)
S a m a v a
r
(irәli çağırıb әtәklәrini qoxlayır, sonra üzünü
turşudub deyir)
Neftә sәn batmısan, belә bilirәm.
Ә l i
(әtәklәrini göstәrir)
Lampanı
bunlar ilә mәn silirәm.
S a m a v a
r
(Padnosa)
Yaz, bәradәr, bu sözlәri kağıza—
Ki,
düşә
istәyәndә yadımıza.
(Padnos
götürür kağızı, qәlәmi vә yazır)
S a m a v a
r
(Әliyә)
Doğrusun
indi sәn gәrәk deyәsәn,
Nә su ilә çayı qoyursan sәn?
Ә l i
Demәyibdir hәlә mәnә birisi—
Ki, suyun
vardı yaxşısı vә pisi.
P a d n o s
(Әliyә)
Qaynadıbsanmı
sәn mәnә degilәn,
Çay
qoyanda suyu babamda dünәn?
Ә l i
Bilmәdim qaynadı ya qaynamadı,
Çünki
hәr vaxt qaidәm belәdi:
Açıram
mәn sudan bir az әlimә,
Su әgәr tәsir eylәdi dәrimә,
Mәn haman vaxt çayı dәmlәyirәm.
P a d n o s
(onun
sözünü kәsir)
Bilirәm belәdir, yәqin edirәm
әli
ilә işarә edir ki, dәxi danışmasın. Padnos
yazdığı kağızı götürüb,
oturanlara başı ilә ayağa qalxmağı bildirir, cәmiәn dururlar.
P a d n o s
(oxuyur)
Nökәrin sözlәrindәn indi bizә,
Belә mәlum oldu cümlәmizә,
Әvvәla, bizlәri silir nәynәn?
Neftә batmış cırıq әtәklәrinәn.
Saniyәn, Nökәr heç özü bilmir,
Nә su ilә hәmişә çayı qoyur.
Salisәn, zәhmәti qәbul etmәz
Vә suyu lazımınca qaynatmaz
Bizә çün beylә aşikar oldu—
Ki, sәbәb qiylü qalә mәhz budu.
Elәyәk indi biz ağaya xәbәr—
Ki,
müqәssir gәrәk ola Nökәr.
Ә l i
Bir dәqiqә әgәr mәcal verәsiz
Vә mәnim sözlәrimә lütf edәsiz.
İnanasız
ki, yoxdu burda mәnim—
Hәm günahım, hәmi dә tәqsirim.
Nökәrәm mәn, adım Әli nökәr,
Hansı
nökәr bu
tövr qulluq edәr?
(әtәklәrini göstәrir)
Edirәm altı aydı mәn xidmәt,
Amma
görmәm mәvacibi heç vәqt.
Köhnә paltar mәnim vәzifәmdir.
Belә paltar görәk nә alәmdir?
Bircә dәsmal verib mәnә xanım,
Onilә evdә qab-qacağı silim.
O da
itmişdi çay qoyanda dünәn,
Nәyinәn bunları sileydim mәn?
(uşaqları
göstәrir)
S a m a v a
r
(Samavar
başını әyib aşağa, bir az fikir edir)
Bәlәdәm zatına sәnin, Nökәr,
Dәymәz heç bir pula bu cür sözlәr.
İş
qurtardı vә
qaldı bircә
sözüm,
Bundan әqdәm dedim sizә mәn özüm—
Ki, tutaq
insaf ilә hәr işi biz,
Bunu da
indi siz nәzәrdә tutuz.
Nә üçün eşşәyi kәnara qoyaq
Vә günahsız palanı
tapdalayaq?
Hansı
evdә olar belә neybәt,
(Әlini göstәrir)
Bu qoyan
çayә kim
edәr rәğbәt?
Çünki
rәğbәt edәr buna ağamız
Qiylü
qalә sәbәb odur şәksiz.
Bu qoyan
çay ona güvarә gәlir,
Hansı
ki, ağzının dadın bilmir.
Hansı
ki, çay içir nәdәn
ötәri—
Ki,
içirlәr
çayı hәm
özgәlәri.
Amma
keçmiş zamanda mәn bәdbәxt
Eylәr idim bir evdә mәn xidmәt,
Ax
cavanlıq, şükufәsi ömrün!
Doğrudur
çatmaz heç keçәn günә gün.
Mәn o evdә nә tövr ömr elәdim!
Olmaz idi o
evdә dәrdü qәmim.
Çay
içәn vәqtdә mәni nökәr
Mizin
üstә
qoyardı şamü sәhәr,
Çay
tökәrdi hәmişә xanım özü.
Heç olarmı belә günün
әvәzi!
Görmürәm beylә hörmәti
indi,
Nökәrin mәnzili mәkanımdı.
Hәr tәrәfdә kömür,
sabın, piy, şam,
Qalaram
orda mәn sәhәr, axşam.
Mәnә rәhm etmәyib hәmin nadan
(Nökәri göstәrir)
Çirklәnәndә silir mәni qumnan.
Amma bilmir
onu ki qırmızı yağ
Mәni eylәr hәmi tәmiz, hәmi ağ.
Heyf o qәndә, o çayә, ay ağalar—
Ki, onu xar
edәr belә nökәr!
Etmişәm beylә tәcrübә hasil:
Çay
qoyub içmәyi
bilәn aqil
Çün
tutar çox ziyadә qәdrimizi,
Silәr o bizlәri hәmişә özü.
Nökәrә vermәz o çayı-qәndi,
Çayi
pis dәmlәyib tökәn kimdi?
Xanımın
borcudur çayı tökmәk,
Necә xoşdur belә çayı içmәk!
Pәrdә salınır.
Dekabrın 2-sindә 1889.
Baş Noraşen.