KİŞMİŞ OYUNU
Әhvalat vaqe olur 1891-ci ildә Gәncә
qubernyasında, Bәrgüşad kәndindә. Kәndin
ağsaqqalı vә mötәbәr sakini
Vәlisoltanın töylә otağında. Qış
günü idi. Bir sәmtdәn oturub Vәlisoltan papiros
çәkir. O biri tәrәfdәn oturublar altı
kәndli: N u r ә l i, Ş i
r ә l i, C ә f ә
r, H ә s ә n ә l
i, H ü s e y n q u l u vә
M u s t a f a. Bunlardan sinndә böyuk Nurәlidir ki,
otuz yaşı ancaq olar. Otağın
bir sәmti
baxır töylәyә.
Vә l i s o l t a n (papiros çәkir). Görәsәn indi pambıq neçәyә gedir şәhәrdә?
N u r ә l i. Dünәn kәnddә deyirdilәr ki, Novruzәli yeddi üç abbasıya
satıbdır. Amma Novruzәlinin pambığı qolay pambıq idi.
M u s t a f
a. Görsәnәn budur ki, pambıq rәvacdır. Hava bir az
yumşansaydı, bir-iki put pambığım var, aparıb
satardım.
Ş i r ә l i. Bu il pambıq yoxdur
ki!... Evi yıxılmış
çor qoydu ki, vilayәtdә
pambıq tapılsın, tamam puça çıxartdı.
V ә l i s o l t a n. Allah kәrimdir. Naümid olmayın (әsnәyir). Nurәli, sәn allah bir nağıl başla. Gecәlәr çox uzundur, yatmaqla qurtarmaq olmur.
N u r ә l i (әsnәyir). Soltan ağa, hövsәlәm yoxdur. Bu gün heç bir şey
deyә bilmәrәm.
C ә f ә r (Nurәliyә). Adә, sәn niyә özünü naza qoyursan. Sәn allah, әzilmә, bir hekayәt başla. Soltan ağanın
sözünü yerә salma, bizim üçün dә bir mәşğuliyyәt olsun.
H ü s
e y n q u l u. De, de, Nurәli. Naz elәmә, başla.
N u r ә l i (gülür). Vallah,
heç könlüm yoxdur. Әgәr zornan deyirsiniz, baş üstә (öskürüb
başlayır çubuğu doldurmağa vә bir az dikәlib deyir):
Süxәnәst çaşnizәn lәbi-xәndan
darәm.
Cani-mәn guş konәm çünki süxәn can
darәm.
Amma
raviyani-әxbar vә naqilani-asar belә rәvayәt ediblәr ki, bir gün İsfahanda Şah
Abbas öz barigahında әylәşib
vәzirinә dedi: Ey vәzir, mәnә bir yaxşı hekayәt nağıl elә. Vәzir istәyirdi hekayәti başlasın....
Töylә qapısı
açılır, Vәlisoltanın nökәri K ә r i
m daxil olur.
K ә r i m. Ağa, iki ermәni gәlib, cәnabınızı soruşullar. Nә cavab verim?
V ә l i s o l t a n. Yәqin ki, yenә tәzәkәndlidilәr; yәqin ki, olardı. Olan [1], belә dә yaman ermәnilәr olar? Xәta elәdik, olardan bir öküz gәtirib qoşduq cütә. Ayda üç dәfә gәlib, zәli kimi yapışıllar, gәrәk pulunu verәsәn. Heç bilmirәm necә elәyim. Öküzü versәm, yaz ağzıdı, sabah
cüt çölә çıxanda mәәttәl qalacağam. Pul da hәlә әlimdә yoxdur. Allahü әkbәr, bu nә iş idi düşdük. Bu ermәnilәr mәni tәngә gәtirdilәr.
[1] "Oğlan" demәk istәyir.
N u r ә l i. Soltan ağa, bular hamam
ermәnilәrdir ki, keçәn hәftә dә gәlmişdilәr?
V ә l i s o l t a n. A kişi, necә keçәn hәftә? Sәn deginәn hәftәdә neçә yol gәlәrlәr bir arıq öküzdәn ötrü?
N u r ә l i. Soltan ağa, vallah,
hövsәlәli adammışsan. Mәn olsam, vallah, oların
başına bir oyun gәtirrәm ki,
gәldiyi yolu da
itirәllәr.
V ә l i s o l t a n. Söz yox, elәdir. Mәn indiyә kimin istәmirdim oları incidim, yoxsa
oların mәnә zoru yoxdur ki. Nә ilә isbat elәyәcәklәr ki, mәnim olara borcum var?
N u r ә l i. Vallah, Soltan ağa,
heç zad vermә, it kimi qov getsinlәr!
C ә f ә r. Vallah, Soltan ağa, heç zad
vermә, qoy cәhәnnәm olub getsinlәr.
V ә l i s o l t a n. Yaxşı,
ondan nә
çıxacaq ki. Bu gün vermәrәm, sabah gәlәrlәr.
N u r ә l i. Pi, sabah da vermә. Oların sәnә bir zoru yoxdur ki?
V ә l i s o l t a n. Bulardan
heç zad çıxmaz. Sabah vermәrәm, biri gün gәlәrlәr.
N u r ә l i. Soltan ağa, bu sözlәr bir pula dәymәz. Bu işә biz bir tәdbir tökmәsәk, ermәnilәr sәnin yaxandan әl çәkmәyәcәk. Mәn oları yaxşı
tanıyıram.
C ә f ә r. Xeyr, әl çәkmәzlәr.
N u r ә l i. Soltan ağa, әgәr mәn bu ermәnilәri sәnin başından hәmişәlik rәdd elәsәm, mәnә nә verәrsәn? Mәn oların başına bir toy tutum
ki, ta nә qәdәr sәnin canın sağdı, olar Bәrgüşad kәndinә ayaq basmasınlar.
V ә l i s o l t a n. Hәr nә istәyirsәn verrәm; amma bu işdәn ağlım bir zad kәsmir.
N u r ә l i. Nә sәbәbә bir zad kәsmir?
V ә l i s o l t a n. O ermәnilәri ki, mәn tanıyıram, olar öz
başlarından әl çәkәrlәr ki, bu öküzün pulundan әl çәkmәzlәr.
N u r ә l i. Soltan ağa, and olsun
bizi yaradan allaha, mәn olara bir elә tövbәlәtmә görsәdim ki, öküz oların bilmәrrә yadlarından çıxsın.
V ә l i s o l t a n. Yaxşı,
Nurәli, sәn olara neylәyәcәksәn ki?
N u r ә l i. Sәnin nә işin var; sәn tamaşa elә, gör ki, nә elәyәcәyәm.
V ә l i s o l t a n. Әdә, Nurәli, birdәn eşşәkliyinә salıb bir xata zad törәdәrsәn, axırda peşimançılıq
çәkәrik.
N u r ә l i. Soltan ağanın başına
and olsun ki, heç bir xata mәndәn baş vermәz.
Arxayın ol.
V ә l i s o l t a n. Amma, Nurәli, vallah, bu
ermәnilәr mәni o qәdәr tәngә
gәtiriblәr ki, әgәr buları mәnim
başımdan rәdd elәsәn, pambıq satılanda
sәnә bir mahud çuxa verrәm.
N u r ә l i (sevincәk durur ayağa).
Baş üstә, Soltan ağa. Amma mәnim dә siz
ilә bir şәrtim var. Kәrim getsin ermәnilәrin
ikisin dә çağırsın, gәlsinlәr bura.
Amma mәn gәrәk gizlәnim ki, olar mәni burada
görmәsin. Ondan sonra mәn gәlәcәyәm
bura vә hәr nә danışsam, hәr nә
elәsәm, siz gәrәk zarafat bilәsiz vә
mәnim fәndimi başa düşәsiz ki, ermәnilәr
bir zad duymasınlar. Ә gәdә, Kәrim, get
ermәnilәri çağır gәlsnilәr.
Kәrim gedir.
C ә f ә r. Әdә, Nurәli,
genә nә bicliyin var?
N u r ә l n. Mәn ölüm dinmә,
tamaşa elә; gör nә işlәrdәn
çıxacağam.
V ә l i s o l t a n. Dinmәyin,
ermәnilәr gәldi.
Nurәli
qaçır gizlәnir, ermәnilәr daxil olur.
E r m ә n i l ә r (birdәn). Allah
saxlasın.
V ә l i s o l t a n. Ay allah saxlasın. Xoş
gәldiniz, buyurun әylәşin.
K a r a p e t. Eh, nә әylәşәk,
Soltan ağa. Bәrgüşada yol döymәkdәn
çarıqlarımız yırtıldı.
S o l t a n a ğ a. Ә kişi, hәlә
bir әylәşin, dincәlin, sonra gileyinizi
başlayın.
S ә r k i z. Nә
әylәşinbazlıqdı? Quru-quru
әylәşmәkdәn bizә bir qәpik nәf
var?
V ә l i s o l t a n. Hәlә bir oturun,
görәk nә var, nә yox? Bilirәm, siz
öküzün pulundan ötrü gәlmisiniz. O
barәdә xatircәm olun. Öküzün pulun tamam-kamal
vermәmiş mәn sizi, inşallah, boş yola salmaram.
Ermәnilәr oturullar.
K a r a p e t. Ağa, allah aqibәtin xeyir
elәsin, elә, vallah, biz dә kasıb adamux;
әgәr lazım olmasa, bu qәdәr gәlib
getmәrux.
S ә r k i z. Ağa, elә xacalat da
çәkiruq; yәqin bil ki, lazım olmasa, buxantara
gәlib getmәruq. Elә bil, öz cibindәn
verirsәn.
V ә l i s o l t a n (nökәrә). Ә
gәdә, Kәrim, get çay hazır elә,
gәtir.
Kәrim gedir. Nurәli daxil olur otağa
vә fikirli ermәnilәrin üzünә baxa-baxa gedib
qısılır Şirәlinin yanına vә
başlayır onunla pıçıldaşmğa.
Qalan kәndlilәr vә ermәnilәr
Nurәliyә tәrәf baxıllar. Mustafa
hәmçinin başın uzadıb başlayır
Şirәli ilә vә Nurәli ilә pıçıldaşmağa.
V ә l i s o l t a n. Nurәli, nә var,
nә pıçıldaşırsız?
N u r ә l i. Xeyr, Soltan ağa, heç bir
şey yoxdur (Nurәli sonra
Hüseynqulunun yanına qısılıb,
başlayır onunla pıçıldaşmağa).
V ә l i s o l t a n. Gәdә, Nurәli,
nә var axı? Nә bir elә gizlin sözünüz var
ki, pıçıldaşırsız? Hüseynqulu, nә
var, Şirәli, nә olubdu?
Ş i r ә l i. Xeyr, ağa, bir şey yoxdu.
Ermәnilәr
diqqәtә baxıllar kәndlilәrin
üzünә, Cәfәr
dә
hәmçinin
başlayır uşaqlar ilә pıçıldaşmağa.
V ә l i s o l t a n (qayım sәslә).
Olan, nә var axı? Nә xәlvәt işiniz var ki,
bizdәn gizlin danışırsız? Hәr nә
sözünüz var deyin, biz dә eşidәk dә.
Burada ki, yad adam yoxdur.
N u r ә l i. Soltan, bir tәdbirimiz var, amma
cürәt elәmirik ki, cәnabınıza әrz
edәk. Çünki bilirik ki, izin
vermәyәcәksiniz. Haman mәtlәbi öz aramızda
hәlәlikdә gizlin götür-qoy elәyirik.
V ә l i s o l t a n. Nә tәdbiriniz var?
N u r ә l i. Xeyr, bir tәdbirimiz yoxdur,
daxı nә baş ağrısı verәk. Siz ki, izin
vermәyәcәksiniz.
V ә l i s o l t a n. Olan, axı bir de
görәk necә tәdbirdir? Bәlkә elә
yaxşı işdi; daxı niyә izin vermirәm?
N u r ә l i. Xeyr, әlbәttә
yaxşı tәdbirdi, çox gözәl tәdbirdi.
Amma xeyr, daxı nә lazım baş ağrısı olsun?
Siz ki, izin vermәyәcәksiniz, daxı nә lazım
ki, söylәmәk?
V ә l i s o l t a n (guya ki, acıqlı).
Vallahi ki, qәribә adamsız. Olan, siz bir mәtlәbi
mәnә deyin, mәn dә baxım görüm izin
vermәlidi, ya vermәli deyil.
Ermәnilәr heyrәtlә baxırlar.
N u r ә l i. Soltan ağa, doğrusu budur ki,
bu saat, elә bu dәqiqә padşahlıq yolu ilә
Qalaya Araz tәrәfindәn bir karvan kişmiş
aparıllar. Aparanlar әvvәl-axır iki yava
dәvәçilәrdir. İkisi dә piyada. Yoldan indi
bu saat bizim kәndә gәlәn var.
Dәvәçilәrin özü ilә
danışıbdır. Deyir dәvәçilәr
özlәri kişmişi belә tәriflәyirlәr
ki, guya o tayda indiyә kimi belә kişmiş
әmәlә gәlmәyibdir. İndi biz uşaqlarnan
elә haman mәtlәbi
pıçıldaşırdıq. Soltan ağa,
әgәr sizin izniniz olsa, biz bu saat gedib, karvandan bir tay
kişmiş gәtirrik. Vallah, Soltan ağa, heç belә
fürsәt әlә düşmәz; heç belә
kişmiş olmaz. Әgәr bir tay gәtirsәk,
bütün qış bizә bәsdir.
V ә l i s o l t a n. Pәh, pәh!
Afәrin, afәrin! Nurәli, mәgәr kişmişi
çöldә töküblәr? Tayı sizә kim
verәr gedib gәtirәsiz?
N u r ә l i. Soltan ağa, vallah, karvanda iki
dәvәçidәn artıq heç kәs yoxdur.
Oların hәrәsinin cibindә bircә dana
çuvalduz var. Vәssәlam. Amma biz altı-yeddi
nәfәrik, özümüz dә, söz yox,
tüfәng, tapança götürәcәyik.
Әliboş ki, getmәyәcәyik?
S ә r k i z (tәәccüblә,
qorxa-qorxa). Yәni istәyirsiz gedib zor ilә
gәtirәsiniz?
N u r ә l i. Xeyr, aşna, nә lazım olub
zor ilә gәtirәk. Biz bir tay çatarıq at
üstә; dinmәz-söylәmәz gәtirrik.
İki dәvәçi bizim qabağımızda nә
danışacaq ki, zor da lazım ola.
V ә l i s o l t a n. Vallah, Nurәli, mәn
qorxuram izin vermәyә; çünki qorxuram gedәsiz,
әlinizdәn bir xata baş verә, ondan sonra di gәl
divana düş, cavab ver.
E r m ә n i l ә r h ә r
i k i s i. Doğrudan xatalı işdir.
N u r ә l i. And olsun o bizi yaradana, bu
işdәn heç bir xata bizә vә sizә toxunmaz.
Belә tutaq ki, elә dәvәçilәr bizim
qabağımıza durdular. Biz onların başını
batırdıq, kim nә bilәcәk ki, bizik?
Mәgәr biz işi o qәdәr ehtiyatsız
tutacayıq ki, altımıza su çıxa?
V ә l i s o l t a n. Vallah, dәxi nә
deyim? Әgәr özünüzә belә
arxayınsız, özünüz bilin, gedin. Amma aman
günüdür, uşaqlar, ehtiyatı әldәn qoymayın!
N u r ә l i. Soltan ağa, sәn lap
arxayın ol. (Yoldaşlarına). Yoldaşlar, durun, gedin.
Hamınız yaraq-әsbablarınızı hazır
elәyin, gәlin bura; buradan bir yerdә yola
düşәk gedәk.
K ә n d l i l ә r. Baş üstә.
Çıxırlar.
K a r a p e t. Soltan ağa, gәrәk
uşaqlara izin vermәyәydin. Bu iş çox qorxulu
işә bәnzәyir. Soltan ağa gәrәk izin
vermәyәydin. Mәssәb haqqı, bu işdәn qan
qoxusu gәlir.
V ә l i s o l t a n. Vallah, elә mәn
özüm dә peşimanam ki, izin verdim. A kişi, axı
nә çarә qılım başıma?
Deyәrәm xeyr, olmaz; qoymaram, izin vermәrәm,
başlayıllar and-amanı ki, bu işdә bir xata yoxdu.
Doğrusu, öhdәlәrindәn gәlә
bilmirәm. Bir ay yoxdu ki, haman cahıllar ki, getdilәr
kişmiş oğurluğuna, üç ermәnini
padşahlıq yolunda soyub, birin dә yaralayıb, beş-on
manat pullarını, bir gümüş
kәmәrlәrini gәtirmişdilәr. Elә indi bu
saat hamısı silist altındadılar. Eh, doğrudan,
aşnalar, müsәlman çox nadinc millәtdi.
S ә r k i z. Soltan ağa, bizi yola sal
gedәk. Allah atana rәhmәt elәsnn. Yolumuz uzaqdır.
K a r a p e t. Soltan ağa, bizi yola sal gedәk.
Allah ömrünü uzun elәsin.
V ә l i s o l t a n. Yox, yox, heç olmaz. Bu
saat nökәr çay vә çörәk
gәtirәcәk sizә. Vә bir dә ki, gecә
vaxtı nә olubdur ki, gedәsiz? İnşallah, gecә
qalarsız burda, tezdәn öküzün dә pulun
alıb, yola düşәrsiz. İndi Nurәligil
kişmiş gәtirәcәk, bir az da qoyarsız
dәsmalınıza, apararsız uşaqlarınıza.
K a r a p e t. Yox, yox, Soltan ağa, başına
dönüm bizә kişmiş lazım deyil. Bizi yola sal.
Nurәli yaraqlı vә qıvraq girir
içәri.
N u r ә l i. Hәlә uşaqlar
gәlmәyiblәr, ağa?
V ә l i s o l t a n. Yox, hәlә
gәlmәyiblәr. Nurәli, gәlәsiz, bu
daşı әtәyinizdәn tökәsiz. Doğrusu,
mәn qorxuram.
N u r ә l i. Soltan ağa, nәdәn
qorxursan? İnşallah, heç zad olmaz.
K a r a p e t (Nurәliyә). Ay allah
bәndәsi, belә işlәrdәn nә
tökülәcәk? Xatadı, vallah, oturun aşağa.
Bir tay kişmiş nәdi ki, ondan ötәri
özünüzü bәlaya salırsız?
N u r ә l i. Doğrusu Karapet, xonaxa [2]
belә fürsәt әlә düşmәz. Bu
kişmiş belә o sәn deyәn
kişmişlәrdәn deyil. Heyifdir bu cür kişmişi
әldәn çıxartmaq. Yoxsa әlbәttә kişmiş
nә bir elә bahalı şeydir ki?
[2] Әn
yaxın adam, qonaq..
K a r a p e t (Sәrkizә). Zarmaneli bana [3].
[3]
Qәribә şeydir
Daxil olurlar k
ә n d l i l ә r, qıvraq vә yaraqlı.
K ә n d l i l ә r (Nurәliyә).
Nurәli, biz dә hazırıq, gedirsәn gedәk.
N u r ә l i. Yaxşı, gedәk.
Hamı kәndlilәr uzaqlaşırlar.
V ә l i s o l t a n. Xoş gәldiz. Aman
günüdür, uşaqlar, ehtiyatlı tәrpәşin.
K ә n d l i l ә r (uzaqdan). Arxayın ol.
Soltan ağa, heç xof elәmә!
V ә l i s o l t a n (ermәnilәrә).
Bir dә, dostum, siz nahaq yerә ehtiyat elәyirsiz.
İnsanın alnına hәr nә ki, yazılıb, o
olacaqdır. Hәr kәsә hәr nә
qismәtdi--yetişәcәkdir. Әgәr o kişmişlәr
bizim uşaqlara qismәtdi, göydә dә olsa,
gәtirәcәklәr. Yoxsa nә olacaqdı bir
mәnә de körüm. Karapet kirvә, әgәr
mәn sәndәn aldığım öküzün pulu
sәnә qismәtdi, hәr vaxt olsa,
yetişәcәk; yoxsa qismәt deyil, al görüm,
pulunu mәndәn necә alacaqsan!
K a r a p e t. Soltan, hәrgah öküz indi bu
saat sәnә lazım deyil, elә yaxşısı budur
ki, ver aparaq. İndi mәnim özümә öküz
çox lazımdı.
V ә l i s o l t a n. Yox, dostum, verә
bilmәrәm. Öküz mәnim özümә dә
lazımdır. Ancaq puluna sözüm yoxdur. İnşallah,
gedәndә pullarını sanıyıb, qoyaram ovcunuza,
apararsız.
Uzaqdan bir neçә güllә sәsi
gәlir.
V ә l i s o l t a n. Bu nә tüfәng
sәsidir? Yәqin ki, bizim uşaqlar olacaq.
Karapet vә Sәrkiz qorxa-qorxa dururlar
ayağa.
S ә r k i z. Karapet, yaxşısı budur biz
gedәk, sonra gәlluq, pulu alluq.
K a r a p e t. Soltan
ağa, heç zәrәri yoxdur, qoy pul qalsın. Doğru
indi bizim yolumuzu kәnddә gözәtlәyirlәr.
Әgәr getmәsәm, çox nigarançılıq
olar. Allah qoysa, bir özgә vaxt gәlluq qulluğunuza.
V ә l i s o l t a n. Yox, yox, vallah mәn sizi
gecәnin bu vaxtı ac vә susuz heç vәdә yola
salammaram.
K a r a p e t. Yox, vallah, Soltan ağa, heç
zәhmәt çәkmә. Biz çörәk-zad
yemәyәcәyik. Elә biz getsәk, çox
yaxşıdır.
S ә r k i z (yapışır Karapetin
qolundan). Elә, Karapet, gedәk. Getmәyimiz
yaxşıdır. Pulu sonra gәlib alarsan.
V ә l i s o l t a n (qabaqların kәsib). A
kişi, siz nә tәhәr adammışsınız?
Axı bu soyuqda gәlmisiz, bir istәkan çay
içmәyә nә var? Ondan sonra genә gedәrsiz
da. Yoxsa belә dә zad olar ki, mәnim evimә gәlib
bir istәkan da çay içmәyәsiz? Bu harada
görünübdür? Gәdә, Kәrim, çay
necә oldu?
K a r a p e t. Ağa, elә çaydan vacib o
Kәrimi yolla körәk kimmiş tüfәng atan?
Bu heyndә kәnardan tappıltı vә
qiylü-qal sәsi gәlir, ermәnilәr
istәyirlәr qapını açıb
çıxsınlar. N u r ә
l i vә Ş i r ә l i vә
C ә f ә r
vә H ü s e y n q u l
u bir tay
sürüyürlәr otağın içinә. Ermәnilәr
qorxub çәkilib qısılırlar bucağa vә mat-mat baxırlar
vә kәndlilәr tövşüyürlәr.
V ә l i s o l t a n. Әdә, Nurәli,
nә tez gәldiniz? Deyәsәn, qoçaqlarım,
әlidolu gәlmisiniz?
N u r ә l i. Soltan ağa, oqatımız
tәlxdi, işimiz pis getdi. Allah axırın xeyir elәsin.
V ә l i s o l t a n. Nә var, Nurәli,
olmaya әlinizdәn bir xata çıxmış ola? O
tüfәng sәsi nә idi bayaq gәlirdi?
N u r ә l i. Eh, Soltan ağa, qәzadı
da. Adam nә bilir ki, başına nә
gәlәcәk? Bir işdi olubdur.
V ә l i s o l t a n. Gәdә, Nurәli,
nә danışırsan? Yoxsa әlinizdәn bir xata
çıxıbdır?
Qalan kәndlilәr dәvәçinin
ölüsünü sürüyüb salırlar otağa.
Vәlisoltan mat qalıb, ermәnilәrin rәngi
qaçıb vә gözlәri böyüyüb.
N u r ә l i. Soltan ağa, gördün
başımıza nә iş gәldi, necә xataya
düşdük? Aman günüdür, Soltan ağa, bizә
bir tәdbir elә!
Kәndlilәr dәvәçinin ölüsünü salıb
ortaya, kor-peşiman çәkilib kәnarda
başıaşağı mütәfәkkir baxırlar.
V ә l i s o l t a n (kәndlilәrә). Olan,
sәfeh uşağı sәfeh, bu iә iş idi
elәdiz? Gәdә, köpәk uşağı,
dәli olmusuz? Adam da bir tay kişmişdәn ötәri
adam öldürәr? La-ilahә illәllah! Nәlәt
sәnә şeytan! Haramzadalar! İndi mәn nә
tәdbir töküm? Siz dәli olmuşduz,
keflәnmişdiz ki, getdiz nahaq qana bais olduz, ay it
uşağı! Siz hәlә silisdәn
qutarmamısınız. Siz lap elә quldurmuşsuz, yol
kәsәn imişsiz. Siz vilayәtin adın
batırdız. Bәrgüşad hara, belә işlәr
hara? İndi gәl divana cavab ver.
N u r ә l i. Soltan ağa, iş işdәn
keçibdir, durmaq vaxtı deyil. Sәn bizә bir tәdbir
tök. Sәn genә dünya görmüş adamsan.
V ә l i s o l t a n. Nәlәtә
gәlәsiz sizi görüm! (Bir az fikir elәyir).
Gәdә, durmayın daxı götürün
ölünü dә, kişmişi dә, aparın
töylәdә peyin içindә basdırın. Sabah
olsun görәk başımıza nә gәlir.
N u r ә l i. Soltan ağa, xeyr, ondan fayda
yoxdur; iş çox pis gәtirәcәk. Biz
qәflәt elәmişik.
V ә l i s o l t a n. Necә qәflәt
elәmisiz? Yoxsa gәlәndә adama-zada rast gәlmisiz?
N u r ә l i. Xeyr, biz heç kәsә
rast gәlmәmişik. Deyirәm çox xam iş tutduq.
V ә l i s o l t a n. Necә mәgәr!
N u r ә l i (ermәnilәrә
tәrәf başı ilә işarә edib
Vәlisoltana). Heç, deyirәm ki.... (yenә baxır ermәnilәrә
vә başını buluyur).
C ә f ә r (öz-özünә).
Mәn bilmirәm bu ermәnilәr hardan gәlib
çıxdılar bura! Zәhirmar olsun buların
öküzü dә, haqq-hesabı da!
Kәndlilәr başlayırlar
pıçıldaşmağa.
N u r ә l i. Doğrudan, Soltan ağa,
çox xam iş tutmuşuq. Gәrәk biz işin
әvvәlindәn tәdbiri elә götürәydik
ki, kәnar adam bizim işimizdәn xәbәrdar
olmayaydı.
V ә l i s o l t a n. Necә kәnar adam?
Bilmirәm siz kәnar adam kimi hesab elәyirsiz?
Kәndlilәrin bir neçәsi әyilib
baxır ermәnilәrin üzünә,
pıçıldaşırlar.
N u r ә l i. Doğrusu, Soltan ağa, biz bu
işi heç vәdә basdıra
bilmәyәcәyik. Bu ermәnilәr bizi girә
verәcәklәr. Bunlara nә etibar var? Ermәni
heç vәdә müsәlmanın sirrini saxlamaz.
K a r a p e t. A canım, biz sizә nә vaxt
yamanlıq elәmişik? Nә vaxt sizi girә vermişik?
Ermәnidәn heç belә işlәr
görünmәyib. Yer haqqı, göy haqqı, biz bu
işi heç bir yerdә açıb ağartmarıq,
arxayın olun.
S ә r k i z. Va, olan, niyә deyiruq? Biz
qonşu deyilük? Qonşu qonşunun sirrin açar?
V ә l i s o l t a n. Xeyr, Nurәli, siz bulardan
arxayın olun. Yox, bular elә adam deyillәr.
N u r ә l i. Xeyr, Soltan ağa, heç olmaz.
Yox, heç ağlım kәsmir, bizi bular gurultuya
verәcәklәr. Ermәniyә etibar yoxdur.
Ş i r ә l i. Allaha and olsun, elә burdan
çıxan kimi gedib pristova xәbәr
verәcәklәr.
K ә n d l i l ә r. Әlbәttә,
belәdir. Yәqin ki, xәbәr verәcәklәr.
K a r a p e t (yalvara-yalvara). Başına
dönüm, Soltan ağa, bizi әldәn qoy, çıxaq
gedәk allah rizasına.
N u r ә l i (qeyz ilә). Yox, dostum, gedә
bilmәrsiz; heç yana tәrpәşә
bilmәssiz.
S ә r k i z. Canım, biz gedirik, Karapet,
gәl düş qabağa, gedәk.
C ә f ә r. Nurәli, aman
günüdür, qoyma getsinlәr! Yoxsa bular bizim evimizi
yıxar!
N u r ә l i. Әdә, kimin nә
cürәti var ayağın bayıra bassın?
Kәndlilәr başlayır
pıçıldaşmağa.
K a r a p e t (yavaşca). Soltan ağa, aman
günüdür, bizә bir çarә elә, o
uşaqların fikri özgәdir. Bizi çövür
balalarının başına.
V ә l i s o l t a n. Dostum, qaçmaqdan savay
bir әlacı yoxdur. Görün bir tәhәr qaça
bilәrsiz.
Ermәnilәr qaçırlar,
kәndlilәr "Әdә qoyma!" deyib
ermәnilәrin dalısınca, ermәnilәri bir az
qovub qayıdırlar otağa. Ölü qalxır.
N u r ә l i. Soltan ağa, mәn
ölüm, bu ermәnilәr bir dә bu kәndә ayaq
basallar?
V ә l i s o l t a n. Bәli, o hörmәti
ki, biz bulara qoyduq, tez gәlәllәr. Afәrin!
K ә n d l i l ә r
h a m ı b i r d ә n. Sağ ol, Nurәli!
Tamam olur,
pәrdә salınır.
P ә r d ә