ÖLÜLӘR
Dörd mәclis vә beş pәrdәli
komediya
MӘCLİSLӘRİN ӘHALİSİ
Ş e y x N
ә s r u l l a h--45 yaşında.
Ş e y x Ә
h m ә d--onun şagirdi, 40 yaşında.
H a c ı H
ә s ә n--şәhәrdә mötәbәr
bir hacı, 50 yaşında.
K ә r b ә l a y I
F a t m a x a n ı m--onun
övrәti, 40
yaşında.
İ s g ә n d ә r--onun oğlu, 22 yaşında.
C ә l a l--onun kiçik oğlu, 10
yaşında.
N a z l ı--onun qızı, 12
yaşında.
Z e y n ә b--Hacı Hәsәnin
qaravaşı, 20 yaşında.
Ә l i--Hacı Hәsәnin
nökәri, 18 yaşında.
H a c ı B
ә x ş ә l i--45 yaşında.
H a c ı K
ә r i m--50 yaşında.
H a c ı K a z
ı m--50 yaşında.
M ә ş ә d i O r u c--35 yaşında.
M ә ş ә d i O r u c u n
a n a s ı--50 yaşında.
M i r B a ğ
ı r a ğ a--35
yaşında.
H e y d ә r a
ğ a--teleqrafçı, 45 yaşında.
Ә l i b ә y--dilmanc, 30 yaşında.
M i r z ә H
ü s e y n--müәllim, 40 yaşında.
K ә r b ә l a y ı V ә l i--35 yaşında.
D ö r d n
ә f ә r q ı
z--Şeyx Nәsrullahın övrәtlәri: hәr biri
13-14 yaşında.
A z a r l ı l a r,
a r v a d l a r, m ü s a f
i r l ә r, c a m a a t.
Әhvalat vaqe olur İrәvan
şәhәrlәrinin
birindә, iyirmi il bundan irәli.
BİRİNCİ MӘCLİS
Hacı Hәsәnin evi.
İskәndәrin otağı, küncdә dәmir
kravat, qabağında köhnә miz, üstündә
bir-iki kitab; mizin yanında iki köhnә stul.
C ә l a l
vә M ü ә l l i m diz üstә qabaq-qabağa oturub
dәrs oxuyurlar.
C ә l a l (qabağında kitab, duruxa-duruxa
oxuyur). Mara çe töhfә adәrdi.
M ü ә l l i m
(ucadan). Avәrdi!
C ә l a l. Avәrdi. Küft. Bәxatir.
Bәxatir daştәm ki, çün bәdәr
xәt....
M ü ә l l i m (ucadan). Bәdirәxt!
C ә l a l.
Bәdirәxt gül rәsmi damәni, damәni
pәr künәm....
M ü ә l l i m
(ucadan). Pür künәm.
C ә l a l. Pür künәm hәdiyeyi
әshabra, әshabra çün rәsidәm buy
gülәm çәndan mәst gәrd ki,
damәnәm, damәnәm öz dәst bәrfәt.
M ü ә l l i m
(ucadan). Berәft!
C ә l a l. Әz dәst berәft, ey
mürği sәhәr, eşqi zipәrvanә,
zipәrvanә....
B i r k i ş i
(mәşәdi paltarında tәlәsik girir
içәri vә
tövşüyә-tövşüyә ucadan). Hacı
Hәsәn әmi evdә?...
C ә l a l (kişiyә). Ağam gedib bazara.
Kişi çıxıb gedir. Müәllim
tәәccüb ilә baxır onun dalınca.
C ә l a l (yenә oxuyur). Zipәrvanә
beyamu, beyamuz ... ganә ... suxtәra....
M ü ә l l i m (ucadan). Düz oxu, kon
suxtәra ... şeri
qәlәt oxumazlar.
C ә l a l. Kon suxtәra can şüd, can
şüd avaz nәyamәd....
İskәndәrin sәsi gәlir: “Mars,
Mars! Mars!” deyib iti çağıra, çağıra girir
içәri.
C ә l a l (oxuyur). Kon suxtәra, kon
suxtәra ... (İskәndәrә) Dadaş,
çıx get, qoy dәrsimi oxuyum.
İskәndәr itin qulaqlarından
yapışıb, istәyir çәkә
içәri. İt dartınıb gәlmir.
C ә l a l (İskәndәrә).
Sәn allah, dadaş, iti çağırma içәri;
qoy dәrsimi oxuyum.
İskәndәr itdәn әl
çәkib, çox hәvәsli vә kefli,
şlyapasını kravatın üstünә
çırpıb, başlayır papiros eşmәyә.
M ü ә l l i m
(İskәndәrә). Xudahafiz. İskәndәr
bәy. Yaxşı oldu tәşrif gәtirdiniz.
Tәvәqqe elәyirәm mirzә Cәlala
nәsihәt elәyәsiniz ki, dәrslәrinә can
yandırsın.
İ s k ә n d ә r (oturur kravatın
üstündә). Baş üstә, baş üstә,
nәsihәt elәrәm. Amma bunu de ki, mәnim
sözümә qulaq asan kimdi? Odu, allahın iti dә
mәnim sözümә baxmır; nә qәdәr
elәdim, içәri girmәdi. Xa ... xa ... xa ... (qah-qah
çәkib gülür).
M ü ә l l i m. Yox, elә buyurma.
Mirzә Cәlal ağıllı oğlandı; mirzә
Cәlal sәnin sözünә baxar; ondan ötrü ki,
bu qәdәr zәhmәti ki, mәn onun yolunda
çәkirәm, atası çәkir, gәrәk bu
da elә rәftar elәyә ki, bu zәhmәtlәr
sәmәrәsiz qalmayalar. Mәgәr mirzә
Cәlal görmür ki, elmsiz insan bir qәpiyә
dәymәz? İnsanın ki, elmi olmadı, onun nә
qәdr-qiymәti ola bilәr vә nә hörmәti
ola bilәr.
İ s k ә n d ә r (ucadan qah-qah
çәkib gülür). Mәgәr mirzә Cәlal
görmür ki, elmli insan bir qәpiyә dәymәz? Xa
... xa ... xa ... hәr kәsin ki, elmi var, onun hörmәti
yoxdu; hәr kәsin ki, hörmәti var, onun da elmi yoxdu. Xa
... xa ... xa.... İnsan ona
deyәrlәr ki, nә elmi ola, nә hörmәti ola. Xa
... xa ... xa....
M ü ә l l i m (Cәlala). Yox-yox,
İskәndәr bәy zәrafәt elәyir;
әlbәttә, zәrafәt elәyir.
C ә l a l (müәllimә). Mirzә,
vallah dadaşım genә keflidi.
İ s k ә n d ә r (tez durub gәlir
Cәlalın yanına). Mәn? Mәn? Mәn
kefliyәm?
Ağzını Cәlalın ağzına
tutub, "hu, hu, hu" elәyir. Hanı? Mәn
kefliyәm?
C ә l a l. (başını kәnara
çәkib üzünü turşudur). Vallah, dadaş,
genә çaxır içmisәn.
İ s k ә n d ә r
(gülә-gülә ucadan). Yalan deyirsәn, vallah yalan
deyirsәn! Çaxır içmәmişәm araq
içmişәm! Gördün yalan deyirsәn! Xa ... xa ...
xa!...
M ü ә l l i m (ayağa durub, Cәlala).
Çünki bu gün dәrsini yaxşı bilmirsәn,
dәxi mәn dә sәnә tәzә dәrs
vermirәm. Haman dәrsi sabah soruşacağam.
B i r k i ş i
(mәşәdi paltarında qapıdan tәlәsik
girib, tövşüyә-tövşüyә ucadan).
Hacı әmi evdә?
C ә l a l (kişiyә). Evdә deyil.
Kişi gedir. Hәyәtdә it
hürür kişinin üstünә.
İ s k ә n d ә r (qapıya
tәrәf gedib). Küş, küş, küş! Xa ...
xa ... xa! Küş, küş, küş! Xa ... xa ... xa! Mars,
Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).
C ә l a l (İskәndәrә). Vallah,
dadaş, ağam gәlәndә deyәcәyәm ki,
dadaşım iti küşkürürdü adamların
üstünә.
İ s k ә n d ә r (bir qәdәr
Cәlala baxandan sonra). Mәn dә deyәcәyәm
ki, Cәlal dәrsini bilmirdi. Xa ... xa ... xa! (Gülüb
qurtarandan sonra bir az baxıb, gәlir Cәlalın
yanına). Yox, yox, demәnәm, demәnәm. Sәn
bilirsәn ki, mәn sәni çox istәyirәm
(üzünü әllәyir). Amma dadaşının
sözünә baxmamaqda bir az yaxşı elәmirsәn.
İndi mәsәlәn, bu kitabı qoyubsan qabağına,
oxuyursan (Kitabı götürür әlinә). İndi
yәqin ki, ağan bu kitaba üç abbası,
bәlkә hәlә dörd abbası, ya bir manat verib,
alıb, sәn axmaq qabağına qoyub oxuyursan. Amma o
pulları aparıb Karapetә versәydin, sәnә iki
şüşә Smirnov arağı verәrdi. Sәn
dә gәtirib verәrdin İskәndәr
dadaşına. Mәn qoyardım cibimә. Birini
sәhәrdәn içәrdim axşama kimi sәnin
sağlığına, birini dә axşamdan içәrdim
sәhәrә kimi mirzәnin sağlığına. Siz
sağ olardınız, mәn dә kef elәrdim
(müәllimә tәrәf). Mәn ölüm,
mirzә, doğru demirәmmi? Xa ... xa ... xa!...
M ü ә l l i m. Bağışlayın,
İskәndәr bәy, hәrçәnd
bәndәnin tәrәfindәn küstaxlıqdır
sizә nәsihәt elәmәk, amma uşaq
tayfasına o cür sözlәri demәyiniz bir az
bicadır. Siz qardaşınıza demәkdәn ki, sәy
elә, elm dalınca get, başlayırsız ona lazım
olmayan nәsihәtlәri elәmәyә.
Cәlal istәyir kitabı onun
әlindәn ala, o da vermir.
İ s k ә n d ә r. Xa ... xa ... xa!... (Cәlala). Elm dalınca get. Xa ...
xa ... xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör
nә deyirәm.
B i r m ә
ş ә d i (tövşüyә-tövşüyә
içәri girib, ucadan). Hacı Hәsәn әmi
evdә?
İ s k ә n d ә r. Evdәdi,
evdәdi.
C ә l a l (mәşәdiyә).
Dadaşım yalan deyir, ağam gedib bazara.
M ü ә l l i m
(mәşәdiyә). Nә var, nә
xәbәrdi?
Məşәdi dinmәyib gedir.
İ s k ә n d ә r (әlindә kitab, qaçır
mәşәdinin
dalınca). A kişi, getmә, hacı evdәdi, getmә.
Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi.
Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş!
(Ayaqlarını yerә döyür).
M ü ә l l i m
(istәyir çıxıb gedә). Hәlә ki,
xudahafiz (Çıxıb gedir).
İ s k ә n d ә r
(gülә-gülә müәllimin dalınca).
Mirzә, getmә! Mәn ölüm getmә, gәl
Cәlala elm öyrәt. Oxusun alim olsun.
C ә l a l (İskәndәrә yavıq
gәlib). Dadaş, ver kitabımı.
İ s k ә n d ә r (çox ucadan vә hirsli).
Cәhәnnәm ol!
Cәlal qorxub qaçır eşiyә.
(İskәndәr bir az onun dalınca baxandan
sonra, gedib oturur kravatın üstündә vә bir
cibindәn araq şüşәsini vә o biri
cibindәn bir balaca stәkan çıxarıb,
başlayır töküb içmәyә, sonra kitabı
açıb baxır).
İ s k ә n d ә r (kitaba).
Tanıyıram sәni. Mәn dә sәni bir az
oxumuşam. On beş il bundan irәli hәmin otaqda mәn
dә sәni oxumuşam (oxuyur). "Mәlikra on
nәsihәt sudmәnd amәd vә әz
sәri-xuni-u dәr güzәşt" [1]. Mәnim
dә müәllimim mәnә nәsihәt elәrdi
ki, bala, sәy elә, dәrslәrini yaxşı
öyrәn. Amma bu dılğırların heç
birindәn eşitmәdim ki, desin: bala, adam ol. Hәr
kәsә rast gәlirsәn, elә bunu eşidirsәn
ki, elm oxu, alim ol. Amma mәni bir başa salan yoxdur ki, axır,
bu elm, elm nә demәkdir? Elm ona deyәrlәr ki, indi
birisi bu şüşәni çәkә başına,
hamısını içә, (içir). Pah! Puf!
(üzünü turşudur). Bax, elm--buna deyәrlәr.
[1] Sədi
Şirazinin məşhur “Gülüstan”
əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş gəldi və
onun qanindan keçdi.
C ә l a l (başını qapıdan
uzadır içәri). Dadaş, vallah, ağam
gәlәndә deyәcәyәm.
İ s k ә n d ә r (stәkaşı vә
şüşәni qoyur cibinә) Cәlal, Cәlal, bura
gәl, gör sәnә nә deyirәm.
C ә l a l. Gәlmirәm, sәn
keflisәn.
İ s k ә k d ә r. Cәlal,
bilirsәn Sokrat nә deyirmiş?
C ә l a l. Sokrat kimdi?
İ s k ә n d әr. Sokrat bir adam idi;
çoxdanın adamı idi. Çox, çox
çoxdanın adamı idi. Sokrat deyәrmiş ki,
"mәn dәrs oxumamış elә xәyal
elәrdim ki, dünyada bir zad bilirәm; amma elm oxuyandan sonra
yәqin elәdim ki, heç zad bilmirәm". Xa ... xa ...
xa! Yәni araq içmәyi dә bilmirәm! Cәlal,
ay Cәlal! İndi sәn mәndәn qaçırsan,
deyirsәn ki, mәn kefliyәm; amma and olsun Qara ağac
pirinә ki, sәn dә mәnim kimi dәrs oxuyub qurtarandan
sonra, başlayacaqsan İskәndәr dadaşın kimi
küplәrin dibindә yatmağa. Xa ... xa ... xa!...
N a z l ı (qapıda görsәnir).
Dadaş, sәn allah az iç bu zәhrimarı!
İ s k ә n d ә r. Baş üstә,
bax, mәnim bu gözlәrim üstә (әlini qoyur
gözünә).
N a z l ı. Vallah, yalan deyirsәn.
İ s k ә n d ә r. Vallah, yalan
demirәm. Nә qәdәr ki, sәn burada durubsan, bir
tikә dә içmәrәm, amma doğrudan doğrusu
elә ki, buradan gedibsәn, içәcәyәm.
N a z l ı (gәlib yapışır
İskәndәrin әlindәn). Mәn dә
sәnin yanından getmәnәm.
İ s k ә n d ә r (Nazlını
qucaqlayır). Ey mәnim gözәl bacım Nazlı.
Sәhәrdәn axşama kimi oturubsan evdә, anandan
bozbaş bişirmәk dәrsi alırsan, amma mәnim
yanıma gәlmirsәn ki,
gәzdiyim şәhәrlәrdәn sәnә
nağıl elәyim, görәsәn dünyada nә
var, nә yox! Bax, hәyәtdә gün
çıxıb; sәn ki, o günü
görmәyәcәksәn, nәyә lazımdır
onun işığı? Çöldә otlar
göyәrib, ağaclar çiçәk açıb,
amma nәyә lazımdır sәnsiz o
çiçәklәr, o çәmәnlәr?
Sәnin burnu fırtıqlı balaca qardaşların
(Cәlal vә Nazlı gülür) gedirlәr arxların
kәnarında yonca
yığıb yeyirlәr, amma sәn evdә oturub,
saqqız çeynәyirsәn. Evdә bitli
bacılarınnan әl-әlә verib, atılıb-düşürsәn
vә deyirsәn: haquşka ha haquşka! Bir yarım var
haquşka, uzun әtәk haquşka! Xa ... xa ... xa!...
(Cәlal vә Nazlı gülürlәr). Mәnim
istәkln Nazlı bacım! Gәl yapışım
әlindәn, baş alıb bu vilayәtdәn
çıxıb, qoyub gedәk. Dәm
qәnimәtәst. Dәxi niyә durubsan?
Dәxi nә yaşınmaq, nә
bürünmәk, nә utanmaq?
Bәsdir bu
dayanmaq!
Allaha şükür, lalә yanağında
eyib yox,
Qaşında, dәhanında, dodağında
eyib yox,
Bir zәrrәcә zülfündә,
buxağında eyib yox,
Dәxi nә yaşınmaq, nә
bürünmәk, nә utanmaq?
Bәsdir bu
dayanmaq! [2]
[2] Şer Molla
Pənah Vaqifindir.
Hacı Hәsәn çox havalı vә
lәhlәyә-lәhlәyә girir içәri.
Nazlı vә Cәlal gedirlәr.
İ s k ә n d ә r. Ata, nә
xәbәr?
H a c ı H
ә s ә n (bir az fikir elәyәndәn sonra
başını qalxızıb). Deyirlәr
Kәrbәlayı Fәtullah dirilib.
İ s k ә n d ә r
(tәәccüblә başını atasına
tәrәf әyib). Necә?
H a c ı H
ә s ә n. Deyirlәr Kәrbәlayı Fәtullah
dirilib.
İ s k ә n d ә r
(tәәccüblә). Necә Kәrbәlayı
Fәtullah?
H a c ı H
ә s ә n. Hacı Rüstәm әmivin oğlu
Kәrbәlayı Fәtullah.
İ s k ә n d ә r. O ki, Xorasanda
ölmüşdü?
H a c ı H
ә s ә n. Hә, hә ... haman Kәrbәlayı
Fәtullah.
İ s k ә n d ә r. Yәni lap dirilib,
qәbirdәn çıxıb eşiyә?
H a c ı H
ә s ә n (hövsәlәsiz). Hә, hә, dirilib.
İskәndәr düzәlib,
üzünü çöndәrir kәnara vә
istәyir gülmәyini saxlasın, amma tab gәtirә
bilmәyib, birdәn qah-qah çәkib gülür
vә qaçır eşiyә.
H a c ı H
ә s ә n (tәәccüblә onun dalınca baxa,
baxa). Allah sәnә lәnәt elәsin! Budu, bu da bizim
oxumuşlarımız! Yәqin ki, genә keflidir. Yәni
heç kefli dә olmasa, belә şeylәrә inanmaz.
Heç bir şeyә inanan deyil; nә allahı
tanıyır, nә peyğәmbәri tanıyır.
Öz ağırlığı qәdәrincә
oxumağına pul qoymuşam, on il gedib, nә bilim, hansı
cәhәnnәmin dәrәsindә dәrs oxuyub;
indi gör axırı nә günә qalıb?
Hәlә bir para namәrdlәr müsәlmanlara
mәzәmmәt elәyirlәr ki, uşaqlarını
dәrsә qoymurlar. Bu da sәnә dәrs! İndi qoy
gәlib, dәrs oxuyanları görsünlәr. Allah
mәnә min dәfә lәnәt elәsin,
әgәr bir dә mәn uşaq göndәrәm
gedә uzaq yerdә kafirlәr içindә dәrs
oxumağa! Yәni mәn başı küllü bilirdim ki,
axırı belә olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar
qoymurlar ki, xalq başını salsın aşağa öz bildiyini elәsin.
Yapışırlar yaxamdan ki, hacı, uşağına
yazığın gәlsin, allaha şükür,
mәqdurun [3] var, qoy getsin dәrs oxusun, gәlib bir qulluq
sahibi olsun; incinar olsun, hәkim olsun, silitçi [4] olsun,
nә bilim nә zәhirmar olsun. Bәli, göndәrdik.
Maşallah, oxudu gәldi; indi gör nә olub;
sәhәr kefli, axşam kefli. Divanxanalarda heç
mirzәliyә dә götürmürlәr. Allah baisin
evini yıxsın.
[3]
Qüvvәn; burada: pulun, imkanın.
[4] Rusca sledovatel
(müstәntiq) sözünün o zaman el arasında
işlәnәn şәkilidir.
H a c ı B
ә x ş ә l i
(tövşüyә-tövşüyә girir
içәri). Hacı, Kәrbәlayı Fətullah
dirilib?
H a c ı H
ә s ә n (durur ayağa). Bәli, bәli, dirilib;
hәtta öz әliynәn kağız da yazıb.
Mәәttәl qalmışam.
H a c ı B ә x ş ә l i. Allahın
qüdrәtindәn heç bir şey uzaq deyil vә bir
dә, ay hacı, ölü öz başına dirilmәz
ki? Әlbәttә, onu bir dirildәn var.
H a c ı H
ә s ә n. Yәni, ay hacı, bu bir qәribә
iş deyil ki! Odu, keçәn il Kabla Xәlilin arvadı,
xәbәr çıxdı ki, ölüb. Amma
sәhәr dedilәr ki, dirilib. İndi odura gәzir.
İ s k ә n d ә r (qapıdan
başını içәri uzadıb).
Әlbәttә, axşam elә biliblәr ki, arvad
ölüb, amma demә sәn diri imiş! Xa ... xa ... xa!...
H a c ı H
ә s ә n (çox ucadan vә hirsli
İskәndәrә tәrәf) Cәhәnnәm
ol!
H a c ı K
ә r i m (tövşüyә-tövşüyә girir
içәri). Hacı, deyirlәr Kәrbәlayı
Fәtullah dirilib?
H a c ı H
ә s ә n. Bәli, belәdir, doğrudur. Hacı,
әylәş. Hacı, әylәş.
Otururlar.
H a c ı K a z
ı m (tövşüyә-tövşüyә girir
içәri). Hacı, Hәsәn ağa, deyirlәr
Hacı Rüstәm dadaşın oğlu dirilib?
H a c ı H
ә s ә n (durur ayağa). Bәli, hacı ağa,
belәdir, doğrudu.
M ә ş ә d i O r u c
vә onun dalınca bir dәstә adam
tövşüyә-tövşüyә girirlәr
içәri.
M ә ş ә d i O r u c (bir әlindә
kağız, hәr iki әlini göyә qalxızıb,
allahı çağırır). Bari pәrvәrdigara,
sәnin qüdrәtini tәrif elәmәyә dilim
laldır. Min şükürlәr olsun kәrәminә,
ilahi!
Adamların bir parası qabağa yeriyib,
kağıza baxırlar vә deyirlәr.
“Budurmu Kәrbәlayı Fәtullahın
kağızı? Oxu görәk nә yazıb?”
H a c ı H
ә s ә n (Mәşәdi Oruca). Mәşәdi
Oruc, yaxşısı budur ki, kağızı oxuyasan,
camaatın hamısı eşidә; çünki çox
qәribә işdir; insan mәәttәl qalır.
M ә ş ә d i
O r u c (yenә hәr iki әlini yuxarı
qalxızıb, başlayır ağlamağa vә
gözünün yaşını arxalığının
әtәyi ilә silәndәn sanra başlayır
kağızı oxumağa).
"Ey mәnim әziz vә mehriban
qardaşım Mәşәdi Oruc! Bu kağız
sәnә çatan kimi, әvvәl qabaqca Hacı
Hәsәn әmimә müjdә ver.
Hacı Hәsәn ağlayır.
Ondan sonra, hәyә anam sağdır, get
anamı bas bağrına vә deginәn: "Ay ana,
yazıq ana, dәxi qüssә elәmә, oğlun
Kәrbәlayı Fәtulah dirilib. Sonra mәnim oğlum
Mәhәmmәdhәsәni al qucağına vә
deginәn: "Ey yazıq bala, ürәyini sıxma,
sәn dәxi yetim deyilsәn, atan dirilib vә bir
neçә gündәn sonra sәnә Xorasandan
qırmızı başmaq gәtirәcәk". Vә
ayıb olmasın Mәhәmmәdhәsәnin
anası,--әlbәttә indi gedib әrә vә
işdi, әgәr getmәmiş olsa,--gәlin bacımı
göndәr, ona xәbәr versin (ağlayır). Ey
mәnim әziz vә mehriban qardaşım
Mәşәdi Oruc! Ola bilәr ki, mәnim dirilmәk
xәbәrim sәnә vә bir para qәlbi-qara
adamlara tәәccüblü görsәnә. Min
lәnәt olsun o kәslәrә ki,
xudavәndi-alәmin hikmәtinә şәkk
gәtirәlәr!
A d a m l a r h a m
ı b i r d ә n:
Lәnәt!
M ә ş ә d i O r u c (oxuyur). Qardaşım!
Mәşәdi Oruc! Mәn vә mәndәn savayı
yüz on dörd nәfәr qәbirdәn ricәt edib, dübarә bu
dünyaya gәlәnlәr, gәrәk bir
hәftә tamam ziyarәtә mәşğul olaq
vә inşallah bir hәftәdәn sonra
gәlәrәm vәtәnә. Ancaq indi
müxtәsәr surәtdә bunu deyә
bilәrәm ki,
Mәşhәdi-müqәddәsdә bir abid peyda olub,
bunun ismi-şәrifi Şeyx Nәsrullahdır.
Әyyәdullah tәala billütf! [5] Şeyx
cәnabları neçә illәr ilә İsfahanda
ülumi-xәfiyyatı tәhsil edәndәn sonra,
tәşrif gәtiriblәr Xorasana vә burada
neçә ay riyazәti-tam vә
mücahideyi-lakәlamdan sonra, hәmin elmin
xәfayasının istinbatına vә istixracına
müttәle olub, axırda bu niyyәtә
düşüb ki, sübhanә vә tәalanın
mәrhәmәtilә tәsxiri-әrvahә iqdam
elәsin.
[5] Allah-taala
öz lütfü ilә kömәk elәsin.
Ey mәnim mehriban qardaşım
Mәşәdn Oruc! Macәranın tәfsilini,
inşallah, gәlәndә özüm dil-cavabı
nağıl elәrәm vә sәn eşidib mat vә
heyran qalarsan. Ancaq bunu bil vә eşit ki,
cәmadiyәl-axirin on sәkkizinci günü,
qәmәr süfla alәminә yavuqlaşan saatda,
şeyx cәnabları
Mәşhәdi-müqәddәsdә qürәba
qәbristanına әhli-qübur ziyarәtinә
gәlib, tәsxirül-әmvat şәraitini
әmәlә gәtirәndәn sonra, әvvәl
başlayıb bir dua oxumağa vә sonra uca sәslә
deyib: Әzzәmtü әleyküm ya
әhlәl-qübur! Durun ayağa ey allahın mömin bәndәlәri!
Bu sәsi eşitcәk cәmi ölülәr allahın
qüdrәtilә bir hәrәkәtә
gәldilәr.
Adamlar
başlayır
ağlamağa.
Dәxi nә deyim, ay qardaş? Gördüm
başımın üstündә bir şәxs durub, uca
qamәtli, qırx yaşında, abidi-saleh vә rәhmdil,
siyәhçeşm vә
rәngi-ruyi-mübarәkәş bәsәbzә mail
vә ismi-mübarәkәş
Şeyx Nәsrullah İsfәhani [6].
[6]
Qaragözlü, mübarәk üzünün
rәngi yaşıla çalır vә mübarәk
adı Şeyx Nәsrullah
İsfәhani.
H a c ı l a r ı n
b i r i d e y i r: Xudaya,
şükür sәnin cәlalına!
B i r i d e y i r:
Bari pәrvәrdigara, rәhmin gәlsin yazıq
bәndәlәrinә!
Hamı yenә ağlayır.
M ә ş ә d i O r u c (oxuyur). Ey mәnim mömin
qardaşım Mәşәdi Oruc! Bu kağızı
sәnә yazmaqda mәqsәdim sәni xәbәrdar
elәmәkdir ki, fazili-bimisl vә
abidi-müqәddәs Şeyx Nәsrullah rәcәb
ayının qürrәsindә Mәşhәdi-müqәddәsdәn
çıxacaq, Culfa yolu ilә Tәbrizdәn keçib,
Nәcәfül-әşrәf şәhәrinә
azim olacaq. Şeyx cәnablarının qәsdi bizim
şәhәrimizdә bir gün qalıb vә
әhli-qübur ziyarәtinә müşәrrәf
olub, sonra yola düşüb getmәkdir.
Adamlar ağlayır.
Bu kağız sәnә yetişәn kimi
bu xәbәri vәtәn qardaşlarıma vә
xüsusәn möhtәrәm Hacı әmimә
yetirәsәn ki, ayın yeddisindә ya sәkkizindә
şeyx cәnablarının pişvazına
çıxıb, o pak vücuda layiqincә ehtiram
göstәrsinlәr ki, bәlkә ağanın
fәzilәtinin kәramәt vә mәrhәmәtindәn
mәnim hәmşәhәrlilәrim bibәhrә
qalmasınlar. Vәssәlam. Kağıza qol qoyub
әhli-vilayәti-filan Mәşәdi Fәtullah
Hacı Rüstәm oğlu, fi-tarix 19 cәmadiyәl-axir,
şәhri Mәşhәdi-müqәddәs. (Hәr
iki әlini göyә qalxızıb ağlayır. Adamlar
da habelә ağlayırlar). Xudaya, şükür!
H a c ı B
ә x ş ә l i (tәәccüblü).
Elәdә şeyx cәnabları bizim
şәhәrә dә tәşrif
gәtirәcәk?
H a c ı H
ә s ә n. Bәli, bәli. Kağızdan belә
mәlum olur ki, belә yazılıb. Adamlardan bir
neçәsi gәlәcәk; bizim şәhәrә
gәlәcәk.
M ә ş ә d i O r u c. Bәli, bәli, bizim
şәhәrә gәlәcәk; yәni gәlib
buradan Tәbrizә gedәcәk.
H a c ı K a z
ı m. Nә vaxt tәşrif gәtirәcәk? A
kişi, nә deyirsәn?
M ә ş ә d i O r u c. Bәli, bәli, belә
yazılıb; rәcәb ayının yeddisindә ya
sәkkizindә tәşrif gәtirәcәk.
H a c ı K
ә r i m. A kişi, nә danışırsan? Yәni
neçә gündәn sonra bizim şәhәrә
tәşrif gәtirәcәk?
M ә ş ә d i O r u c. Yәni iki-üç
gündәn sonra.
A d a m l a r ı n
b i r n e ç ә s i.
Yәni iki-üç gündәn sonra şeyx
cәnabları bizim şәhәrә tәşrif
gәtirәcәk?
M ә ş ә d i O r u c.
Bәli, bәli, belәdir.
Adamlar hәrәkәtә gәlir,
bir-birinә deyir: "Dәxi niyә durmuşuq?" Bir az
hamı baxır bir-birinin üzünә.
H a c ı H
ә s ә n (üzünü hacılara tutub) Vallah,
dünyanın işlәrinә mәәttәl
qalmışam (bir az fikirdәn sonra). Yәni
hәqiqәtdә bu bir möcüzәdir ki, insan
ölәndәn sonra dirilә vә bizim kimi
ağıllı-başlı adam ola.
H a c ı B
ә x ş ә l i. Hacı Hәsәn ağa, sәn
elә sözlәri gәrәk buyurmuyasan. Allahın
hikmәtinә әl aparmaq olmaz vә bir dә bu
işlәr gizlin bir iş ki, deyil: odur ki, kişi öz
әli ilә kağız yazıb. Xeyr, Hacı ağa,
sәn o sözlәri buyurma.
B i r n e ç
ә a d a m.
Әlbәttә, әlbәttә, bunların
hamısı hikmәtdir. Bu sirlәr hamısı allah-talalanın
yanındadır.
H a c ı H
ә s ә n. Elәdә dәxi niyә durmuşuq?
Elәdә indi şeyx cәnabları yoldadır. Dәxi
durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kәrim, Hacı
Bәxşәli, Mәşәdi Oruc, dәxi kim var,
hamınıza deyirәm: durmayın, tәdarük
görün (ucadan). A gәdә, Heydәrәli,
haradadır bizim gәdәlәr?
Nökәr
Ә l i qapıda
adamların dalında görsәnir.
A gәdә, ata arpa verin,
yәhәr-әsbabı sazlayın. Siz dә, hacılar,
mәşәdilәr, hazırlaşın; durmaq vaxtı
deyil. Gәrәk yol tәdarükü görәk.
Gәrәk qabağa gedәk.
Hacılar, adamlar hәrәkәtә
gәlirlәr. Adamların bir neçәsi
çıxır vә bir-birinә deyir: "Gedәk atları
hazırlayaq".
H a c ı H
ә s ә n. A gәdә, Heydәr! Durma, tez evә
xәbәr elә ki, otaqlara fәrş salsınlar, qonaq
gәlәcәk.
Adamların içindәn nökәr
Heydәr çıxıb gedir.
H a c ı K a z
ı m (Hacı Hәsәnә). Hacı, qoy sizә
zәhmәt olmasın, şeyx cәnablarının zәhmәtini
mәn çәkim, qoy bizim qonağımız olsun;
qorxuram sizә zәhmәt ola.
H a c ı H
ә s ә n. Yox-yox, Hacı Kazım, sәn allah elә
demә. Elә vücudun yolunda belә
zәhmәtlәr xoşdur.
H a c ı B
ә x ş ә l i. Xeyr, Hacı Hәsәn ağa, qoy
şeyx bizә qonaq olsun.
H a c ı K
ә r i m. Vallahı, razı olmanam, gәrәk şeyx
cәnablarının bәndәçiliyini özüm
qәbul edәm. Vallah, olmaz.
H a c ı H
ә s ә n (Hacı
Kәrimә). Sәnin başın üçün
razı olmanam; çünki şeyx cәnablarının
boynumuzda haqqı çoxdur.
H a c ı K a z
ı m. Elәdә, Hacı Hәsәn ağa, dәxi
dayanmaq vaxtı deyil. Gedәk hazır olaq. Hacılar, buyurun
gedәk, yol tәdarükü görәk.
Hamı "buyur-buyur"--deyib
çıxırlar. Otaqda bir Hacı Hәsәn qalır.
Bu, tәrәfdәn qapıdan Kәrbalayı Fatma
xanım, başında çadra, qorxa-qorxa başını
içәri uzadıb, sonra girir, içәri.
K ә r b ә l a y ı F a t m a
x a n ı m (Hacı Hәsәnә). Ay Hacı, bu
nә xәbәrdir? Deyirlәr Kәrbәlayı
Fәtullah dirilib gәlir?
H a c ı H
ә s ә n. Kabla Fatma, dәxi durmaq vaxtı deyil,
ev-eşiyi sazla. Dünya
vә alәm bir-birinә dәyib; Xorasanda
hәr nә qәdәr adam ölmüşdü,
hamısı dirilib. Kәrbәlayı Fәtullah da dirilib;
odur, bu gün-sabah gәlir. Onu dirildәn şeyx dә
gәlir; özü dә düşәcәk bizdә.
Di sәnә deyirәm durma get, ev-eşiyi
sәliqәyә sal (ucadan vә hirsli). Di sәnә
deyirәm durma! (İstәyir çıxıb getsin).
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ay Hacı, allah atana rәhmәt
elәsin, bir de görüm, bizim şәhәrin
ölülәrini dә dirildәcәk?
H a c ı H
ә s ә n (qapıda). Ay arvad, sәn allah, tez ol, durma!
Bilmirәm dirildәcәk ya diriltmәyәcәk. O
bağlıdır allahın iltifatına. Mәnim
özümün dә ağlım çaşıb;
heç bilmirәm nә cür dirilәcәk? Allahın
iltifatı olsa, bu nә bir çәtin işdir?
(Çığırır). Arvad, sәnә deyirәm
durma get, tәdarük gör! Mәn gedirәm
(çıxır).
K ә r b a l a y ı F a t m a
x a n ı m (hәr iki әlini yuxarı qalxızıb
ağlayır). Ey yeri-göyü yox yerdәn yaradan allah!
Mәni il yarımdır ağlar qoyubsan, gülüzlü
qızımı әlimdәn alıbsan, mәnim
ciyәrimә dağ basıbsan! Ay rәhim allah, mәn
sәndәn istәyirәm Saramı! Ay
Kәrbәlayı Fәtullahı dirildәn allah,
mәnә dә rәhmin gәlsin; mәnim
gülüzlü qızımı dirilt! Allah! Allah! ...
(ağlayır, üzüqoylu döşәnir yerә).
İ s k ә n d ә r (içәri girir,
yavaş-yazaş gәlib durur anasının yanında
vә başını aşağı salıb qәmgin
deyir). Yazıq ana!
P ә r d ә
IKINCI MӘCLIS
Hacı Hәsәnin qonaq otağı. K ә r b ә l a y ı F a t m a
x a n ı m vә
qulluqçusu Zeynәb evi sәliqәyә salırlar.
Nazlı sevincәk gәzir, oynayır, oxuyur.
N a z l ı (sevincәk anasına). Ana,
başına dönüm, ana, o qadanı alım, ana,
deyirlәr bu gәlәn qonağımız
ölülәri dirildir. Qadanı alım, ana, bir de
görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ay qız, mәn nә bilim? Mәn
dә sәnin kimi. Deyirlәr Xorasanda on yüz adam dirildib.
Kәrbәlayı Fәtullah әmoğluvu da dirildib.
Hәlә mәni ötür, indi qonaqların
gәlmәk vaxtıdır, qoy işimi görüm. Ay
qız, Zeynәb, tez ol yasdıqları gәtir, bu tәrәfdәn
qoy. Bu xalçanı bir az bu tәrәfә
çәk. Tez ol! Bir az çәpik tәrpәş!
N a z l ı. Ana, vallah, bilmirәm
ağlayım, ya gülüm. Vallah, gör fikrimә nә
gәlir. Ana, ürәyimdә bir söz var, qoy deyim
(anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam,
onun ayağına düşәcәyәm
(ağlaya-ağlaya) mәnim Sara bacımı da diriltsin.
K ә r b a l a y ı F a t m a
x a n ı m. Ay qız, nә bilim (Yerә
çöküb, üzünü çarqatının ucu
ilә örtür vә başlayır ağlamağa).
Z e y n ә b. Ay xanım, sәn allah,
ürәyini sıxma, allah kәrimdir (Kәrbәlayı
Fatma xanım gözlәrini silib, üzünü
açır). Ay xanım, sәn allah, o kişi necә
adamdır ki, ölülәri dirildir? Yaxşı,
bәlkә imamdı, seyiddi? Bay, allah, kәrәminә
şükür. (Bir az dinmәyib). Sәn allah, xanım,
bircә bunu sәndәn soruşacaqdım ki, görәsәn
o kişi kasıbların da ölüsünü dirildir, ya
bircә dövlәtli adamlarınkını? Vallah,
xanım, bu gün o qәdәr fikir elәmişәm heç
bilmirәm nә qayırıram. Doğrusu
(ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan
çıxmır. Elә deyәsәn tifil bu saat
qabağımda can verir. Yazıq uşaq ölәndә
gözlәrini elә dirәmişdi üzümә ki,
deyәsәn mәndәn bir zad istәyir.
(Ağlaya-aqlaya çarqatı ilә gözünün
yaşını silir).
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ah, vallah, heç özüm dә
bilmirәm. Allah rәhim allahdı, әlbәttә
bizә dә yazığı gәlәr. Di durma,
Zeynәb, get Әliyә de ki, su gәtirsinlәr.
Sәn dә ocağın altına bax. (Zeynәb
çıxır).
N a z l ı. Ana, ana, vallah, ürәyim bir
tikә olub. (Gülә-gülә). Bircә
dәfә Sara bacımı görsәydim,
ölmәzdim. Ana, axı, sәn bilirsәn mәn Sara
bacımı nә qәdәr istәyirdim. Bircә
ölmәyәydim, o günü görәydim Sara bu
qapıdan girir içәri. Belә atılıb onun boynunu
qucaqlayaydım, deyәrdim, ay torpaqların içindә
çürüyәn bacı! Vallah, ana, istәyirәm
dәli olam. Bilmirәm gülüm, ya ağlayım.
Mәn and içirәm allaha, peyğәmbәrә;
nәzir elәyirәm ki, hәr nәyim var, paylayım
fәqir-füqәraya, bax, paltarlarımı,
qızıllarımı, bax, gedib hәr nә var gәtirәcәyәm.
(İstәyir qaçıb gedә).
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ay qız, hәlә tәlәsmә.
Qoy hәlә görәk. Gedib şey-şüyü
gәtirib bura tökmә. Qonaqların gәlmәk
vaxtıdı. Get Zeynәbә de tez olsun gәlsin.
İ s k ә n d ә r (oxuya-oxuya girir
içәri). Hә ... ana, kefin necәdi?
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Eh, zәhrimar olsun kefim! Sәnin dәrdin
az qalıb mәni çürütsün. Xalqın da
uşaqları dәrs oxuyublar. Odu, hamısı
ağıllı-başlı adam olublar; hamısı
ayıx-şayıx, ağılları başlarında.
Hәrәsi özünә görә bir qulluq sahibi
olub. Amma sәn gecә kefli, gündüz kefli.... Vallah, el içindә lap
biabır olmuşuq. İçirsәn o zәhrnmarı, hәr
nә ağlına gәlir, danışırsan. Nә
allah tanıyırsan, nә böyük-kiçik
tanıyırsan. Hәlә o nә sözdü
dünәn Nazlıya demisәn? "Gәl yapışım
әlnndәn gedәk, gәzәk". Yoxsa indi dә
bu qalıb ki, qız uşaqları da oğlanlar kimi
çıxıb çölü-bacanı
gәzәlәr? Vallah, dünәn bunu Cәlal
mәnә deyәndәn az qalıram elә öz
әlimlә bir qәbir qazam, girәm içinә, yaxam
qurtarsın.
İ s k ә n d ә r (qah-qah
çәkib, yapışır anasının
çiynindәn). Daha bundan sonra ölsәn dә,
yaxanı qurtara bilmәyәcәksәn. Odu, Şeyx Nәsrullahdı-nәdi,
bu gün gәlir. Sәn ölәrsәn, şeyx
genә sәni dirildәr. Xa ... xa ... xa!... Daha bundan sonra ölmәknәn dә
yaxan qurtarmaz. Xa ... xa ... xa!...
Z e y n ә b
vә N a z l ı girirlәr. İskәndәr
gedib oturur yasdıqların üstündә, Z e y n ә b istәyir qoymasın.
Z e y n ә b. Oturub yasdıqları
әzmә! Sәndәn ötәri bunları bura
qoymamışıq! Görmürsәn ki, qonaq gәlir?
İ s k ә n d ә r (Zeynәbә). Hey,
Zeynәb, vallah, fәndini duymuşam! (Durur). Qonağın
yolunda, bu qәdәr çalışırsan ki, әrin
Kәrbәlayı Novruzu diriltsin? Vallahı, fәndini
duymuşam. Xa ... xa ... xa!...
K ә r b ә l a y ı F a t m a
x a n ı m (İskәndәrә). Ay yazıq, ay
başı daşlı! Sәn nәyә inanırsan ki,
buna da inanasan? Yazığım gününә!
Yaxşısı budu çıx get, qoy işimizi
görәk. Ay qız, Zeynәb, gәl bu xalçanın
ucunu düzәlt.
N a z l ı (İskәndәrә).
Dadaş, sәn allah, barı bu gün özünü
yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad
gәlәcәk.
M i r B a ğ
ı r a ğ a (girib,
başmaqlarını çıxardır). Salam
әleyküm.
Nazlı üzünü örtüb,
qaçıb gedir.
K ә r b ә l a y ı F a t m a
x a n ı m.
Әleykәssәlam. Ağa, buyur әylәş.
M i r B a ğ
ı r a ğ a oturur. İskәndәr
qaçır Nazlının dalınca.
İs k ә n d ә r. Ay qız, Nazlı,
muştuluğumu ver! Nişanlın gәldi.
K ә r b ә l a y ı F a t m a
x a n ı m (İskәndәrә acıqlı).
Kәs sәsini! Axmaq-axmaq danışma!
Mir Bağır ağa başını
salır aşağı.
İ s k ә n d ә r (gәlib durur Mir Bağırın
qabağında). Mәn ölüm, әl ver! Lotusan
hәyә, әl ver! Vallah, ruhun var; düz doqquz
yaşında; gәrәk bircә tikә artıq
olmasın. Quzu әti, şax, tazә-tәr, lәtif,
balaca. Ağzından süd qoxusu gәlir. Lәzzәt,
lәzzәt! Vallah, ruhun var! Lotusan hәyә, әl ver!
M i r B a ğ i r
(İskәndәrә). Ayıbdı, ayıbdı!
Heç olmasa, anandan hәya elә, o sözlәri
danışma.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Onun hәyası olsa, niyә o
sözlәri danışır?
İ s k ә n d ә r (bir az durub,
tәәccüblü baxır özünә).
Doğrudan, bәlkә mәndә heç hәya yoxdu.
(İki әlini ciblәrinә salıb, bir şey axtaran
kimi). Baxım görüm, bәlkә hәya
ciblәrimdәdi: yox, yoxdur. (Mir Bağır ağaya).
Ağa, mәn ölüm, sәn dә bir
ciblәrinә bax, bәlkә ciblәrindә ola.
Mir Bağır ağa istәyir dursun
ayağa.
Xa ... xa ... xa!... Mәn ölüm incimә! Lotusan
hәyә, incimә! Әylәş, әylәş.
Bu saat gedib nişanlını gәtirәcәyәm
yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma
xanım da durur ayağa).
M i r B a ğ
ı r a ğ a (qeyzli çox
ucadan). Kәs sәsini, piyan! (istәyir getsin).
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu
gәdә lap dәli olub. (Ucadan) Adә, Әli, kәl
bu sәfehi çıxar sal eşiyә! (Mir Bağır
ağa çıxıb gedir)
N a z l ı (girir içәri). Dadaş,
vallah, lap biabır olduq. O nә sözlәrdi
danışırdın? Ayıb deyil?
İ s k ә n d ә r (çırtıq
çala-çala oxuyur vә oynayır).
Bir qız sevmişәm doqquz yaşında...
Sürmә gözündә, rasix
qaşında.
Ay can! Ay can! Ay can!...
(Kәrbәlayı Fatma xanım ikiәlli
İskәndәrә boğma çıxardıb gedir).
N a z l ı (ucadan). Dadaş, kәs sәsini!
İ s k ә n d ә r (bir az fikir
elәyәndәn sonra gedib yapışır
Nazlının әlindәn vә gәtirir
pәncәrәnin qabağına). Bax, bax, o kimdi?
N a z l ı. Nә bilim? Özün
bilirsәn kimdi.
İ s k ә n d ә r. Yaxşı bax! Bax,
gör kimdi?
K ә r b a l a y ı F a t m a
x a n ı m (gәlib durur qapıda). Ay balam, axı bir
bәsdi! Utan, yorul! Axı bir özünә
yazığın gәlsin. Axı bir hәya elә. O
sözlәri ki, o kişiyә dedin, necә utanmadın?
Yazıq kişi xәcalәtindәn dayana bilmәdi, durub
getdi. Necә olsa seyiddi, qohumdu. Mәgәr adamın
ağzına nә gәlsә danışar? Axı o da
yazıqdır, qәribdir; bizdәn savayı onun bu
şәhәrdә kimi var?
İ s k ә n d ә r (çırtıq
çalıb Nazlını göstәrir). Belә bu
şәhәrdә onun Nazlı kimi nişanlısı
var.
N a z l ı. Dadaş, and olsun allaha, mәn Mir
Bağır ağaya getmәyәcәyәm. Mәn heç
kәsә getmәyәcәyәm.
İ s k ә n d ә r. Xa ... xa ... xa!...
(gedib yapışır Nazlının әlindәn).
Bacım, hәlә sәn uşaqsan. Get dolanginәn,
xamsәn hәnuz! Bir gün olar ki, gәlib
görәrәm sәnin qabağına bir ayna tutub,
çәkә-çәkә aparırlar. Onda tutaq ki,
sәn çәm-xәm elәdin. (Özü dә
çәm-xәm, elәyәn kimi burulur). Tutaq ki,
sәn istәmәdin gedәsәn. O vaxt bir dә
görәcәksәn ki, sәni daldan itәlәyib
deyirlәr ki, "Dayanma, tez-tez
get!" Çönüb baxıb görәrsәn
ki, itәlәyәn sәnin atan Hacı Hәsәndir.
Bәli, sonra bәlkә gedә-gedә bir dә
istәdin ki, dayanıb getmәyәsәn; bir dә
görәcәksәn ki, daldan genә bir adam sәni
dürtmәlәyir ki: "Dayanma, yeyin yeri!"
Çönüb baxıb görәcәksәn ki, bu da
sәnin anan Kәrbәlayı Fatma xanımdı.
Әgәr, işdi, çox hay-huy elәsәn,
yanındakı, әtrafındakı bibilәrin,
xalaların, әmilәrin, seyidlәr, mollalar, qonşular,
cicilәr, bacılar--hәrә bir yandan sәni
mizlәyәcәklәr ki: "Dinmә, kәs
sәsini! Xortdan gәlәr sәni aparar!" Bәli, halla-hallaynan sәni aparıb qatacaqlar bir kişinin
yanına. Onda daha sәn mәni haradan tapacaqsan?
(Çırtıq çalıb oxuyur).
Bir gün olar sәn dә mәni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan,
Bacım, qatarsan!...
(Bir az dayanıb fikir elәyәndәn
sonra, baxır Nazlının vә anasının
üzünә). Ana, bәlkә mәn kef havasına bu
sözlәri danışıram? (Kәrbәlayı Fatma
xanım dinmir. Nazlı gәlib İskәndәri
qucaqlayır).
N a z l ı . Dadaş, kefli dә olsan, mәn
sәnin sözündәn çıxmanam.
N ö k ә r l ә r
(tövşüyә-tövşüyә girib,
xәbәr verirlәr). Xanım, çıxın
eşiyә, qonaqlar gәlir.
Xanım vә Nazlı qaçırlar otaqdan.
H a c ı H
ә s ә n (üstü-başı tozlu, girib
tövşüyә-tövşüyә otağın o
tәrәfinә, bu tәrәfinә baxır, uzaqdan
salavat sәsi gәldikcә ucalır). Allah-taalanın
hәr bar bәlası gәrәk bizim vilayәtә
nazil ola, Şeyx cәnabları yolda bir az naxoş olub. Bari
allah şәfa versin ki, xәcalәt olmayaq.
(İskәndәrә). İskәndәr, bu gün
qonaqların yanında özünü yaxşı saxla.
Ayıbdı, dost-düşmәn var.
İ s k ә n d ә r. Dadaş, bu haman
ölü dirildәn şeyxdir ki, gәlir?
H a c ı H
ә s ә n. Şeyx Nәsrullah cәnablarıdır.
Dәxi vaxtım yoxdur sәnnәn artıq
danışmağa. (İstәyir çıxsın).
Görüm evdә hәr bir şeyi hazır
elәyiblәrmi?
İ s k ә n d ә r. Dadaş,
elәdә qonaqdan tәvәqqe elә ki, әvvәl
qabaqca mәni diriltsin; çünki elә mәn dә
ölü kimi bir şeyәm.
Hacı Hәsәn tez vә dinmәz
gәlib yapışır İskәndәrin qolundan
vә çәkә-çәkә aparır
eşiyә. Salavat sәsi, adamların hay-küyü
yaxınlaşır. Tarap-turup, at kişnәmәsi vә
qiylu-qal gәldikcә ucalır,
H a c ı H ә s ә
n bir tәrәfdәn
vә Ş e y x Ә h m ә d bir tәrәfdәn, Ş e y x
N ә s r u l l a h ı
qoltuqlayıb, gәtirirlәr içәri vә
oturdurlar döşәyin üstündә vә
özlәri çәkilib, әdәblә dururlar
kәnarda. H a c ı B ә x
ş ә l i, H a c ı K
ә r i m, H a c ı K a z ı
m, M ә ş ә d i O r u
c, M i r
B a ğ ı r a ğ
a vә h a c ı l a r, otaq tutduqca, c a m a a
t üst-başları tozlu,
tövşüyә-tövşüyә otağa girib,
әdәblә dururlar kәnarda. Şeyx Nәsrullah
naxoş kimi heç kәsә baxmayıb, dayanır yastıqlara.
İskәndәr adamların içindәn
başını çıxardıb baxır. Hacı
Hәsәn işarә elәyir ki, çıxıb
getsin. İskәndәr yox olur. Şeyx Әhmәd yavaşca
gәlir, çökür Şeyx Nәsrullahın
qabağında vә dizi üstә yavaşca soruşur.
Ş e y x Ә
h m ә d (Şeyx Nәsrullaha). Şeyxәna,
әhvalınız indi necәdir?
Şeyx Nәsrullah bir söz demәyib,
başını tәrpәdir.
H a c ı H
ә s ә n (qorxa-qorxa Şeyx Әhmәdә yavıq
gәlib). Şeyx cәnabları izin versin çay
gәtirsinlәr.
Şeyx Nәsrullah başı ilә yox
işarәsi elәyir.
H a c ı H
ә s ә n (qorxa-qorxa). Bәlkә qәndab
gәtirsinlәr?
Şeyx Nәsrullah yenә başı ilә işarә
elәyir razı deyil.
H a c ı H
ә s ә n. Bәlkә şeyx cәnabları
tәam buyuralar? Yaxşı cücә-plov
bişiriblәr.
Ş e y x N
ә s r u l l a h (heç kәsin üzünә
baxmayıb yavaşca). Adәmi dәr
vәqti-mәrәz iştәhayi-tәam nәmibaşәd.
Dil niz dәr vәqti-ibtila bәillәti-hәva vә
istilayi-mәrәzi-hübbi dünya, rәğbәt
bәzikri-pәrvәrdigar nәmidarәd. Tәam
hәrçәnd lәziz başәd vә lakin
dәr nәzәri-bimar lәzzәt namidәhәd.
Dil niz çün bәmәrәz zatül-sәfәr
vәsvәseyi-dünya mübtәla başәd, әz
nemәti-bәndәgiyi-xuda vә
tәhsili-faideyi-üqba mütәlәzziz
nәmigәrdәd. Bәqәdri-matәhzünü
lid-dünya yüxrücühümül-axirәtü min
qәlbikә vә biqәdri matәhzünü
axirәtin yüxrücü hümmüd dünya min
qәlbikә [7].
[7]
Xәstәlik zamanı insanın xörәk
yemәyә meyli olmaz. Ürәk dünyanın
hәvavü hәvәs mәrәzinә
mübtәla olan vaxt allahı yada salmağ
rәğbәt etmәz; yemәk nә qәdәr
lәzzәtli olur-olsun xәstәnin
nәzәrindә lәzzәtli görünmәz
vә axirәt faydasını әlә keçirmәk
dә ona lәzzәt vermәz. Sәndә axirәt
eşqi olsa, dünya üçün gözәl hesab etdiyin
şeylәrin hamısını axirәt sәnin
ürәyindәn çıxardar vә axirәtdә
görmәk istәdiyin şeylәr dünyanı
sәnin ürәyindәn çıxardar.
(Bir az fikir elәyib, baxır Hacı
Hәsәnin üzünә vә birdәn dikәlib
çığırır). Necә tәam? Necә
cücә-plov? (Şeyx Әhmәdә). Şeyx
Әhmәd, mәni hara gәtirmisәn? Bunlar necә
müsәlmandırlar? Necә mömindilәr? Bu
nәdir? (Otağın fәrşlәrini
göstәrir). Bu xalilәr nәdir? Necә tәam,
necә cücә-plov? Şeyx Әhmәd, mәgәr
sәn bunlara demәmisәn ki, mәnim xörәyim
gündә bir xurmadır?!
Şeyx Әhmәd vә adamlar qorxub
titrәyirlәr.
Ş e y x Ә
h m ә d. Bәli, şeyxәna, demişәm.
Ş e y x N
ә s r u l l a h (üzünü adamlara tutub
çığırır). Bu nәdir,
vәlәdüzzina? Nә uymusunuz bu dünyaya?
İnnә dünyaküm indi lahövlә min
vәrәqәtin fixümmi cәradәtin. Bu nәdir?
Nә istәyirsiniz? Nә axtarırsınız?
Ölәcәksiniz, әgәrçi şah olasız.
Dünyayi-şüma dәr nәzdi-mәn hәr
ayinә biqәdrtәr әst әz bәrgi ki, dәr
dәhәni-mәlәx başәd [8]. Sizin
dünyanız ibarәtdir altı cür lәzzәtdәn:
mәtum, mәşrub, mәlbus, mәnkuh, mәrkub
vә mәşmum. Vәssәlam! Lakin tәamların
әn lәzzәtlisi baldır ki, arının
tüpürcәyindәn әmәlә gәlir.
İçdiyiniz suyun içindә minlәrcә heyvanat
cәmdәyi üzür. Әtirlәrinizin әlası
müşkdür ki, ahunun göbәyinin qanından
ibarәtdir. Mәrkubatın әşrәfi atdır ki,
onu minәn hәmişә xәtadadır. Libasların
nәfistәri ipәkdir ki, qurdun üfunәtli
ağzından çıxır. O ki, qaldı
mәnkuhatın müәzzәm faydaları burada
mәtlәb bir az tuldur (bir az sakit olub, yavaşca deyir).
Sudmәndtәr daruyi ki, cәrәb xarxari-şahidan
gülüzarra füru minişanәd, әmri-tәzvic
nikahi-mitәәst. Tәdbirist mәtin dәr
mühafizәti-şәhristani-iman әz taraci-türkan,
qәmzәhayi canistan hisnisti-hәsini dәr
tәqlidi-xuni-fasid [9]. (Çox ucadan). Mәn
tәzәvvәcә әhrәzә nisfi dinihi.
Yәni hәr kәs ki, tәzvic konәd nisfi-dini-xudra
әz şәrri-vәsvasi-şeytani vә fәsadi
vә hәvәshai-nәfsani eymәn başәd [10].
(Bir az dayanıb yavaşca), Şeyx Әhmәd, bu
camaatın içindә bacılardan heç
gözümә dәymir? Deynәn ki, o
biçarәlәrә xәbәr versinlәr ki, onlar
da buraya gәlib vә pәrdә dalına cәm olub,
allah-taalanın hökmlәrini eşitmәkdәn
bibәhrә qalmasınlar.
[8] Sizin
dünyanız mәnim yanımda çәyirtkә
ağzında olan yarpaqdan da alçaqdır.
[9]
Gözlәrin xәyalı ilә
tәrpәnәn çox qaşıntılı
qoturluğun әn faydalı dәrmanı-- evlәnmәk
mәsәlәsi, yәni siğә elәmәkdir.
İman mәmlәkәtini canalıcı
naz-qәmzә gözәllәrinin qarәtindәn
mühafizә etmәk üçün siğә
möhkәm bir tәdbirdir.
[10] Hәr
kәs evlәnsә, evlәnmәk onun dinini saxlar.
Vәlәdüzzina, yәni hәr kәs
evlәnsә, öz dininin yarısını şeytanın
şәrindәn vә nәfsani hәvavü
hәvәsdәn qorumuş olar.
Adamlar hәrәkәtә gәlir.
Çadraya bürünmüş övrәtlәr
tәk-tәk otağa girib, kişilәrin dal
tәrәfinә düzülürlәr.
Ş e y x N
ә s r u l l a h (ucadan). Әksәrü
әhlinnaril-әz-zәb; biştәrin
әhli-cәhәnnәm әzabanәnd (yavaşca
Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәnim
taqәtim yoxdur, sәn bunları başa sal.
Ş e y x Ә
h m ә d (camaata). Şeyx cәnablarının
fәrmayişindәn belә mәlum olur ki,
cәhәnnәm әhlinin çoxsu
siğeyi-mütәdәn mәhrum olan kişi vә
övrәtlәrdir.
Ş e y x N
ә s r u l l a h (Şeyx Әhmәdә). Ucadan de, ucadan
de. (Çığıra-çığıra). Dü
rükәt nәmazi ki, mütәzәvvic güzarәd
behtәr әst әz hәftad rükәt nәmazi ki,
әzәb miküzarәd [11]. (Birdәn ayağa
qalxıb vә sağ әlini camaata tutub, çox ucadan).
Tәzvic kon vә gәr nә әz cümleyi
rәhbanani-nәsarayi vә gәr nә әz
bәradәrani-şeytani [12].
[11] Evlinin
qıldığı iki rükәt namaz subayın qıldığı yetmiş
rükәt namazdan yaxşıdır.
[12] Evlәn,
әks tәqdirdә nәsara rәhbanlarından vә
şeytan qardaşlarından olarsan.
H a c ı H
ә s ә n (qabağa yeriyib, düşür Şeyx
Nәsrullahın qabağında sәcdәyә).
Şeyxәna, bizә rәhmin gәlsin; biz yazığıq.
Biz hәr halda sizin әmrinizә itaәt etmәyә
hazırıq. Bizә yazığın gәlsin.
Ş e y x N
ә s r u l l a h (bir qәdәr Hacı Hәsәnin
üzünә baxandan sonra başlayır ağlamağa).
Hәzrәt Davudra bә qәbristani güzar iftadә,
mәlәki әzabra did ki, mürdәra әzab
mikünәd. Hәzrәt fәrmud [13]. (Dayanıb oturur yerә vә
camaat başlayır ağlamağa). Şeyx Әhmәd,
danışmağa taqәtim yoxdur.
[13] Davudun bir
qәbiristana yolu düşdü, gördü ki, әzab
mәlәki bir ölüyә әzab verir.
Hәzrәt buyurdu.
H a c ı H
ә s ә n. Allah şәfa versin!
A d a m l a r. Allah şәfa versin!
Adamların içindәn "çәkil
oyza yol ver" sәsi gәlir.
H e y d ә r a ğ
a, Ә l i b ә y
vә müәllim M i
r z ә H ü s e y n girirlәr içәri. Şeyx
Nәsrullah bunlara göstәrilәn hörmәti
görüb, durur ayağa.
Ş e y x N
ә s r u l l a h. Şeyx Әhmәd, bu ağalar
kimdirlәr?
H a c i H ә s
ә n. Şeyxәna! Bu Heydәr ağadır,
telğrafxanada sahibmәnsәb vә әhli-elm bir
vücuddur. Bu ağa--Әliqulubәydir. Mәşhur
Cahangir bәy mәrhumun oğlu; özü dә hakim
yanında dilmancdır. Bu cәnab--Molla Hüseyn
müәllimdir.
Ş e y x N
ә s r u l l a h (әli ilә gәlәnlәrә
yer göstәrir, onlar da otururlar). Mәzaci-şәrifiniz
inşallah sәlamәtdir?
H e y d ә r a
ğ a. Allah-taala siz tәk ülәmanın sayәsini
bizim üstümüzdәn әskik elәmәsin.
Ә l i q u l u
b ә y. Allah sizә ömür versin.
Ş e y x N
ә s r u l l a h. Çün adәmira bә
cәnazә güzarәnd vә raqimani-kitabxaneyi-qeybi
ibrәtxaneyi-kalbudi-insanra baxameyi-әcәl bәr
lövhi-tәxteyi-tabut nigarәnd hәqq-tәala.... [14]
(Şeyx Nәsrullah birdәn "uy-uy" elәyib,
üzünü qırışdırır vә sol
әlini qoyur böyrünә).
[14] Elә ki,
insanı qәbrә qoydular, qeyb kitabxanasının
katiblәri insan bәdәninin ibrәtxanasını
әcәl qәlәmilә tabut taxtasının
üstünә
yazarlar....
Allah-taala....
Adamlar tәәccübә gәlib
dinmirlәr. Şeyx Әhmәd genә bir söz
demәyib, durur
ayağa vә Hacı Hәsәnә
işarә elәyib çıxır. Hacı
Hәsәn Şeyx Әhmәdin dalınca
çıxandan sonra Şeyx Nәsrullah yenә başlayır
moizәsini.
Çehl sual әz u nümayәd. Әz
cümleyi on sual: yeki anәst ki, fәrzәndi-alim, zahiri
xudra balibashayi-kafiran zinәt dadi vә batini xudra ki,
mәhәlli-nәzәri-mәn büvәd
vagüzaşti. Nәdanәm ki, dәr cәvabi-in sual
çe guyәnd? [15].
[15] Ona 40 sual
verәr. O suallardan biri odur ki, ey alim oğlum, sәn
öz zahirini kafirlәrin
paltarları ilә bәzәdin, amma mәnim
nәzәrimi cәlb edәn batinini yaddan
çıxartdın. Bilmirәm bu suala necә cavab
verәcәklәr.
H e y d ә r a
ğ a. Bәli, cәnab şeyx, biz hәr halda
allah-taalanın günahkar bәndәlәrindәnik.
(Üzünü adamlara çöndәrib bir az yavaş).
Maşallah, cәnab elm dәryasıdır; mәn belә
alim görmәmişәm.
A d a m l a r ı n
b i r n e ç ә s i.
Maşallah, qәribә danışır, lap allah vergisidir.
Ә l i q u l u
b ә y (adamlara). Maşallah olsun şeyxin elminә!
"Malades!".
Ş e y x N
ә s r u l l a h (Heydәr ağaya). Ağayi-mәn, bu
şәhәrdә sizdәn savayı da әcnәbi
dәrsini oxuyan var, yainki siz iki nәfәrsiniz?
H e y d ә r a
ğ a. Xeyr, şeyxәna, yoxdur. Ancaq bir neçә
nәfәrik. Doğrudur, Hacı Hәsәn
ağanın oğlu da Firәngistanda oxuyub; amma çifayda
ki, axırı peşimanlıq olub. Hәqiqәt, cәnab
şeyx, әcnәbi millәtlәrin dilini insan bir az
öyrәnsә, heç eyib deyil.
Ş e y x Ә
h m ә d vә H a c ı
H ә s ә n girirlәr içәri.
Amma bir surәtdә ki, müsәlman
uşağı illәrlә gedib kafirlәr
içindә qaldı, әlbәttә, etiqadı
dәyişilәcәkdi.
H a c ı H
ә s ә n. Şeyxәna, doğrusu, mәn övladdan
yana bәdbәxt olmuşam. Bir qәlәtdir
elәmişәm.
Ş e y x N
ә s r u l l a h. Hacının oğlu da burada camaat
içindәdir?
H a c ı H
ә s ә n. Xeyr, cәnab şeyx,
xәcalәtindәn sizi görcәk qaçıb
gizlәnib. Allah onun üzünü qara elәsin.
Ş e y x N
ә s r u l l a h. Әmr bәmәruf hәr
müsәlmana vacibdir. Hacı Hәsәn ağa,
çağırın oğlunuzu gәlsin; mәn onu
görmәk istәyirәm.
Adamlar hәrәkәtә gәlir,
Hacı Hәsәn qapıya tәrәf gedir, bir övrәt
başlayır ucadan ağlamağa.
Nә istәyir övrәt?
M ә ş ә d i O r u c (bir az qabağa yeriyib).
Şeyxәna, bu mәnim anamdı; oğlundan ötrü
ağlayır. Oğlu haman Kәrbәlayı Fәtullahdır
ki, sizin mәrhәmәtiniznәn Xorasanda dirilib.
A ğ l a y a n
ö v r ә t (çadra başında, bir az
ağlaya-ağlaya qabağa gәlir). Belә sәnә
qurban olum, ay şeyx! Mәn oğlumu sәndәn
istәyirәm.
Ş e y x N
ә s r u l l a h (çox ucadan). Hәr süxәn cayi,
hәr nüktә mәqami darәd [16].
[16] Hәr
sözün bir yeri, hәr nüktәnin bir mәqamı
var.
Ş e y x Ә
h m ә d (övrәtә). Ay bacı, çәkil get,
şeyxә başağrısı vermә; hәlә o
söhbәtin vaxtı deyil.
Hacı Hәsәn yapışıb İ s k ә n d ә r i n әlindn gәtirir.
İskәndәr gәlib durur Şeyx Nәsrullahın
qabağında vә әllәrini ciblәrinә qoyub
baxır onun üzünә.
Ş e y x N
ә s r u l l a h. Bәyin ismi-şәrifi nәdir?
H a c ı H
ә s ә n. Nökәrinizin adı
İskәndәrdir.
Ş e y x N
ә s r u l l a h. Pәh, pәh! İskәndәr!
İskәndәr! İskәndәri-Rumi!
İskәndәri-Zülqәrneyn! Nә gözәl
ismdir! İskәndәr, İskәndәr! Hiç yek
әz ahadi-xәlqra tәkmili-nәfsi
Hacı Hәsәn Hacı
Bәxşәlini işarә ilә
çağırır vә hәr ikisi çıxır
eşiyә.
vә tәhzibixülq zәruritәr
әz mülki-sәlatin nist ki, mәmlәkәt
sәddi möhkәm bәstә kişvәri-xatir
süknәra zi şәri-yәcuci tәşvişi
düşmәnani-şum eymәn kәrdanәd [17].
[17] Xalqın
heç bir nәfәrinә öz nәfsini və
әxlaqını tәmizlәmәk padşahlara vә
sultanlara zәruri olan qәdәr zәruri deyildir ki,
mәmlәkәtә möhkәm bir
İskәndәr sәddi çәkib, qәlb
ölkәsini, Yәcucun şәrri kimi pis olan
düşmәn tәşvişindәn әmin
elәsin.
Әz әsәri söhbәtәst,
Hәr çi dәr in alәmәst.
Vәrzi küca yafti
Bid bәhayi-nәbat [18].
[18] Bu dünyada
hәr nә varsa, hamısı yoldaşlıq
әsәridir, yoxsa söyüd ağacı nәbatat
baharını haradan tapacaqdı?
İ s k ә n d ә r. Bәli, cәnab şeyx, başa
düşdüm.
H e y d ә r a
ğ a (Әliqulu bәyә). Görürsәn şutit
elәyir.
Ş e y x N
ә s r u l l a h (İskәndәrә).
Cәnabınız da bir mәnsәb sahibisiniz ya yox?
İ s k ә n d ә r. Xeyr, mәn heç
bir şey sahibi deyilәm. Mәnsәb sahibi bu
ağalardır. (Heydәr ağanı vә Әliqulu
bәyi göstәrir). Mәn ancaq bu meyvәlәrin
içindә itburnu gülüyәm.
Ә l i q u l u
b ә y (Heydәr ağaya). Yәqin genә keflidi.
Ş e y x N
ә s r u l l l a h (İskәndәrә). Belә
mәlum olur ki, sizin dәrsiniz bu ağaların
dәrsindәn azdır ki, bir mәnsәbә çata
bilmәmisiniz.
İ s k ә n d ә r. Bәli, bәli,
bunlar elm dәryasıdırlar. İndi dә ki,
inşaallah, siz cәnabdan ölü diriltmәk elmini
öyrәnәrlәr, onda daha lap alim olarlar, inşaallah!
Ş e y x N
ә s r u l l a h (hacılara). Hacı Hәsәn ağa,
tәvәqqe edirәm bu biәdәbi buradan kәnar
edәsiniz! Bu mürtәd allah-taalanın hikmәtinә
istehza elәyir.
Hacı Hәsәn vә qeyrilәri
İskәndәri hәdәlәyib, salırlar
eşiyә.
H e y d ә r a
ğ a. Şeyxәna, onun ağlı başında deyil,
çünki gecә-gündüz keflidir.
M i r B a ğ
ı r a ğ a. Hәlә
kefliliyi qalsın kәnarda, hәlә hicabı da
danır. Deyir ki, gәrәk övrәtlәr
üzüaçıq gәzәlәr.
Ş e y x N
ә s r u l l a h (çox ucadan). Necә?
H a c ı K
ә r i m. Xeyr, Mir Bağır ağa, o qәlәti
elәyә bilmәz.
M i r B a ğ
ı r a ğ a. Necә
elәyә bilmәz? Hazır dünәn mәgәr
doqquz yaşında bacısına demәyib ki, dur
çıxaq küçәyә gedәk,
gәzәk. Nә bilim, gün çıxıb,
çiçәklәr açıb. Mәn öz
qulağımnan eşidmişәm.
Ş e y x N
ә s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar
hәrәkәtә gәlir vә hamı qalxır
ayağa, Şeyx Nәsrullah qapıya tәrәf hücum
elәyir). Mәn bu vilayәtdә qala bilmәnәm!
Adamlar qarışır bir-birinә. Hacı
Hәsәn tәşvişlә girir içәri
vә ağlaya-ağlaya gedib düşür şeyxin
ayaqlarına.
H a c ı H
ә s ә n. Şeyxәna, mәn yazığam,
mәnә rәhmin gәlsin. Nә tәnbeh
lazımdır, mәn elәyim; kaş siz mәnim
evimdәn narazı getmәyin vә mәni
bәdbәxt elәmәyin.
H a c ı l a r. Şeyxәna, siz sakit olun. Biz
bu saat onu buradan qovarıq, itilib gedәr
cәhәnnәmә!
Adamların bir neçәsi evdәn
çıxıb, İskәndәrin dalınca
deyinә-deyinә qaçırlar.
H a c ı H
ә s ә n (adamların dalınca). Yavaş! Yavaş!
Sәbr elәyin. Mәn özüm onun tәnbehini
elәrәm. Hacı Bәxşәli, Hacı Kәrim,
Hacı Kazım! Cahıl-cuhulu sakit elәyin, mәn
özüm o mәlunun öhdәsindәn
gәlәrәm (çıxır, otaqda qalır Şeyx
Nәsrullah vә Şeyx Әhmәd).
Ş e y x N
ә s r u l l a h. Şeyx Әhmәd, mәnim bu
İskәndәrdi nәdi, bundan gözüm su içmir.
Ş e y x Ә
h m ә d (bir az fikirdәn sonra). Şeyxәna, heç narahat
olma, onu buralarda heç adam yerinә qoyan yoxdur. Sәn
damağını pozma, işindә ol.
Ş e y x N
ә s r u l l a h (bir az fikir elәyib). Şeyx Әhmәd,
әvvәlәn, çıx ev sahibinә
xәlvәtcә de ki, mәnә bir tikә
çörәk gәtirsinlәr. Saniyәn [19],
tәvәqqe elә ki, gәlib mәnә yer
göstәrsinlәr, rahat olmaq istәyirәm. Vә
salisәn [20], (bir az dayanıb) dәxi özün
bilirsәn ki, söz yox ki, tәdarük
görübsәn. Mәn bu gecә tәk burada qala
bilmәnәm, bәdәnim yekcә ağrıyır.
Gәrәk ovduram.... Allaha
şükür, özün hamısını bilirsәn.
Dәxi dayanma, tez ol!
[19] İkincisi.
[20]
Üçüncüsü.
Şeyx Әhmәd çıxır, hava
başlayır qaranlıqlaşmağa.
(Şeyx Nәsrullah gәlib oturur
döşәyin üstündә vә bir qәdәr
fikirdәn sonra öz-özünә). Mәn
hәmişә xalqa deyәndә ki, naxoşam, elә
bilirlәr ki, xalqı aldadıram; amma allah şahiddir ki ...
(bir az dayanıb) mәn heç kәsi aldatmıram;
çünki hәqiqәtdә mәn naxoşam.
Camaatın qabağında mәn özümü
naxoşluğa vuranda, Şeyx Әhmәd
hәmişә elә bilir ki, mәn adamları
әlә salıram; amma bu biçarәnin heç
xәyalına gәlә bilmәz ki, mәnim
mәrәzim çox şiddәtli
mәrәzdir.... (Fikir
elәyir). Hәmin bu mәrәzin
bәrәkәtindәndir ki, mәn bu bambılı
Әhmәdin yanında olmuşam bir balaca uşaq vә
ağlayıb atamdan kişmiş istәyәn kimi
gündә bir dәfә utana-utana deyirәm: "Şeyx
Әhmәd, mәnә kişmiş" (iki
әlilә üzünü örtüb, sakit oturur).
Hacı Hәsәnin nökәri Ә l i
bir mәcmәyi içindә plov vә qeyri
xörәklәr gәtirib qoyur ortalığa vә
çıxır. Ş e y
x Ә h m ә d daxil olur vә gәlib durur bir
tәrәfdә. Bir qәdәr keçir, qapıda
iki ö v r ә t görsәnir.
Pıçapıç ilә övrәtlәr bir b a l a c a
ö v r ә t i n
әlindәn tutub, gәtirirlәr içәri
vә dururlar qapının yanında. Nökәr girib
çıraq yandırır. H
a c ı H ә s ә n
övrәtlәrin dalınca girir.
H a c ı H
ә s ә n (övrәtlәrә). Qızım,
utanma, allah әmridir. Niyә utanırsan?
Ş e y x N
ә s r u l l a h. Şeyx Әhmәd, mәnim
tәrәfimdәn vәkil ol vә siğәni cari
elә.
Ş e y x Ә
h m ә d. Baş üstә.
Hamı çıxır vә balaca
övrәt qalır otaqda. Bu da istәyir adamların
dalınca çıxsın; amma çıxanlar
qapını örtüb, bunu qoyurlar içәridә.
Şeyx Nәsrullah durur ayağa vә bir qәdәr
fikirdәn sonra tәrpәşmәyib,
övrәtә sarı bәlağәtlә deyir.
Ş e y x N
ә s r u l l a h. O sәnin öz ixtiyarındadır:
istәyirsәn get, istәyirsәn qal. O sәnin öz
ixtiyarındadır ki, ölәndә
düşәsәn bәrzәx [21] alәminә. Ayaq
tәrәfindәn baca açıla
cәhәnnәmә vә qatır yekәlikdә
әqrәblәr gәlib yapışalar
bәdәninә. Bu da sәnin öz ixtiyarındadır
ki, sәni qәbrә qoyanda baş tәrәfindәn
bir dәriçә açıla vә o
dәriçәdәn bir nәfәr qılman
gәlib sәnnәn mazaqlaşa vә bu әsnada
qılmanın boynunda sana düzülmüş
zәbәrcәd danәlәri qırılıb
dağılalar vә başlayasınız hәrә bir
tәrәfdәn zәbәrcәdi genә sapa
düzmәyә vә bir dә görәsiniz ki,
yetmiş min dünya saatları gәlib dolanıb vә indi
qiyam-qiyamәt olur. (Övrәtә yavuqlaşır). O
vәdә qılman yapışar sәnin әlindәn
(yapışır övrәtin әlindәn) vә
gülә-gülә sәnә deyәr:
"Görәsәn dünyada nә qәdәr savab
işlәr görübsәn?"
[21]
Cәhәnnәm.
P ә r d ә
ÜÇÜNCÜ
MӘCLİS
Üçüncü mәclis vaqe olur
şәhәrin kәnarında, qәbiristanın
yanında. Çox cәmiyyәt ayaqyalın, şalvar
vә tumanlarını dizәdәk çırmayıb,
әllәrini әllәrinin üstә qoyub, ayaq
üstә durublar. Ortalıqda Ş e y x N ә s r u l l a h uca daşın üstünә
çıxıb, oturub danışır. Sağ
tәrәfindә Ş e y x
Ә h m ә d, sol tәrәfindә H a c ı H ә s ә n vә әtrafında biz
gördüyümüz adamların hamısı,
İskәndәrdәn vә övrәtlәrdәn
savayı.
Ş e y x N
ә s r u l l a h (әlindә bir cildli yekә kitab,
çox fәsahәtlә danışır). Dәr
xәzaini-qüdrәt cövhәri-şәriftәr
әz elm vә nәfistәr әz daniş nist
(Şairanә).
Elm bәvәd zindәgiyi-canü dil,
Elm bәhәd tazәgiyi-abü gil.
Elm nәsimi-çәmәni-can
bәvәd,
Rayiheyi-rövzeyi-rizvan bәvәd.
Hәr ki,
bәsәrçeşmeyi--daniş rәsid,
Abi-hәyati-әbәdira çәşid
[22].
[22]
Qüdrәt xәzinәlәrindә elmdәn
daha әziz vә daha qiymәtli bir cәvahir yxdur.
Qәlbin vә ruhun yaşayışı elmә
bağlıdır. Elm suya vә palçığa
tәzәlik verәr.
Elm can
çәmәninin nәsimidir. Elm behişt
bağının әtridir. Elm
sәrçeşmәsinә
çatan adam hәmişәlik abi-hәyat daddı.
(Bir az dayanıb, kitabı iki әli ilә
yuxarı qalxızıb, çox ucadan). Budur kitab! Budur elm!
(Bir az dayanıb yavaşca). Әnvai-ülum vә
әsnafi-on dü qismәst: cәliyyә vә xәfiyyә.
Cәliyyә on ki, sәmti-iştihar yaftә,
әksәri-ülәma bәr qәvaid vә
qәvanini on müttәle mişәvәnd vә
әhateyi-dәqayiqü rәqabiqi-külliyyat vә
cüziyyati-on minümayәnd. Vә xәfiyyә on ki,
dәr zәvayayi-ixtifa mandә hәr kәsra vüquf
bәr hәqayiqi әsrar vә bәdayei-asari-on
müyәssәr nәşәvәd. (Bir azca ucadan).
Әz cümleyi-xәfiyyat: әvvәl,
elmi-tilismatәst. Vә lakin bunnan işimiz yoxdur.
Dövvüm, elmi-tәsxirat. Bunnan da işimiz yoxdur.
Sevvüm, elmi-xәyalat. Bunnan da işimiz yoxdur.
Cәharüm, elmi-şәbәdә. Bunnan da işimiz yoxdur.
Pәncüm (ayağa durub, üzünü qәbirstana
çöndәrib, bir qәdәr baxıb, çox
ucadan). Ricәti-әmvat (bir az dayanıb, yavaşca),
yәni ölülәrin ricәti. (Bir az sakit olub oturur,
yavaşca). Bina bәr ümumi-fәvaid vә
şümuli-әvaidi-in kitab (kitabı yuxarı
qalxızır) ki, lübbü lübab vә
mәqbuli-ülül-әlbabәst. Misali bimisal,
lazimül-imtisal, alicәnab, niqabәti-intisab,
dirayәti-nisab, vәlayәti-iktisab, cәlalül-hәşәmәt
vәddövlә, qәvimüd-din vәl-millәt,
sәrirarayi-gah-Xösrövi әmiri-bahadir lazalә,
müәyyәdәn min indillah binnәfsil-qüdsiyyә,
simәti-südur yaft ki, in hәqiri-fәqir Nәsrullah
ibni-Cәfәrül-vaizül-İsfәhani
bәtәlifi in kitab iştiğal künәd vә in risalәra
ki, bә
"Kәşfül-kәşşafi-hikmәti-ricәt"
gәştә bәr pәnc mәqsәd mәbni
saxt. Әvvәl, elmi-simiya; dövvüm, elmi-rimiya;
sevvüm, elmi-kimiya; çәharüm, elmi-limiya;
pәncüm, elmi himiya. Vә lakin bunlarınan da işimiz
yoxdur. (Bir az dayanıb). Ricәt bәfәthra,
bәmәniyi-bәrgәşt bәdünyast bәd
әz mürdәn. (Bir az baxıb, çox ucadan) Oturun!
Adamların hamı birdәn
çöküb, diz üstә otururlar. Şeyx bir az
alçaqdan.
Bәzi münkirlәr deyirlәr ki,
ricәt bәd әz mәrg münafiyi-tәklifәst.
Zira kәsi ki, mürdә, tәklif әz u
mürtәfe şüd. Dübarә amәdәni u be in
alәm çe sәmәr darәd? (Ucadan). Bәlkә
sizin dә içinizdә belә münkirlәr var?
Әgәr var, gәlsin mәnim
bәrabәrimә. Mәn bu kitab ilә
onun cavabını verim. Kimdir deyәn ki, ölülәr
dәxi bu dünyaya qayıtmayacaqlar?
Ş e y x Ә
h m ә d (yavaşca Şeyx Nәsrullaha).
Әrәbcә de, әrәbcә de.
Ş e y x N
ә s r u l l a h (çox ucadan). Fәiza әrәftә
haza vә övzәhtü lәkә fil-qövli
bir-ricәtil-lәti
içtәmәәtiş-şiәtü әleyhima
fi cәmiil-әqvam. Bunu inkar edәn gәrәk
elәdә bunu da inkar edә ki, dәsti
mübarәkәşra bәr püşti gusfәndi
(başlayır ağlamağa), fürud avürdә
düayi-bәrәkәt güft vә
bәqüdrәti bari-tәala әz on ek gusfәnd hәftad
gusfәndi digәr mütәvәllid şüdәnd.
Bir qoyunu bir saniyәdә yetmiş qoyun elәyәn
öz bәndәlәrini öldürә dә
bilәr, dirildә dә bilәr. (Çox ucadan). Kimdir
bunu danan? Qoy gәlsinlәr bәrabәrimә, bu kitab
ilә onların cavabını verim.
H a c ı H
ә s ә n (әli әlinin üstündә,
qorxa-qorxa başını aşağı әyib). Fәda
olaq sәnә, allahın hökmünü danan kafirdir.
Ş e y x N
ә s r u l l a h (hirslә camaata, ucadan). Durun ayağa!
Hamı birdәn qalxır ayağa.
Mәgәr eşitmәyibsiniz ki, yetmiş
min nәfәr bir qövm taundan hәlak olmuşdular.
Әrz kәrd, ilahi, әgәr mixasti inhara zindә
gәrdani ta biladi-türa abad nümayәnd. Ondan
ötrü ki, sәn göndәrdiyin bәladan
qaçmayıb, şәhadәtә yetişiblәr.
Qoy indi dirilsinlәr. Qoy zindә olub, sәnә ibadәt
elәsinlәr. Qoy bu dünyaya ricәt edib, sәnin
şәhәrlәrini abad elәsinlәr.
Xudavәndi-alәmdәn cavab gәldi ki:
(ağlaya-ağlaya) aya, dust midari ki, işanra zindә
nümayәm, bәcәhәti xatiri tü? Әrz
Camaat başlayır ağlamağa.
gәrd: bәli! Pәs hәqq-tәala
işanra zindә gәrdanid Allah-taala onların
hamısını diriltdi. Çinan ki, zikr şüd,
mürdәәnd vә zindә şüdәnd vә
rücu nümudәnd bәin dünya.
C a m a a t i
ç i n d ә n b i r q o c a
k i ş i (ağlaya-ağlaya). Ay şeyx, belә qurban
olsun sәnә mәnim canım. Mәn pәhlivan
oğlumu sәndәn istәyirәm ki, indi bir ay olar
ölüb; mәnim ciyәrimi yandırıb. Qurban olum
sәnә, ay şeyx, mәn yazığam.
Bir neçә adam istәyir belә
tәvәqqe elәsin.
Ş e y x Ә
h m ә d (ucadan). Sәbr elәyin, hәlә o
söhbәtlәrin vaxtı deyil.
Camaat başlayır yenә ağlamağa
vә yalvarmağa, biri deyir: "atamı dirilt", biri
deyir: "anamı dirilt", biri: "bacımı", biri:
"qardaşımı".
Ş e y x N
ә s r u l l a h (çox ucadan). Sükut!
Hamı gözlәrinin yaşını
silә-silә sәsini kәsir.
Şeyx Әhmәd, götür
kağız-qәlәmi, hәr kәs öz
qohum-әqrәbasından ölәnlәrinin
hansının dirilmәyini xahiş edir, yaz, ver
mәnә.
Adamlar hәrәkәtә gәlir,
istәyirlәr yavuqlaşsınlar Şeyx Әhmәdin
yanına, bir-birini basır. Bәzi ağlayır. Hәr
kәs istәyir qabağa keçә vә axırda
basa-bas düşür vә qiylu-qal başlanır.
Ş e y x N
ә s r u l l a h (çox ucadan çığırır).
Әdәb!
Hamı yavaş-yavaş çәkilib durur
öz yerindә.
Ş e y x
Ә h m ә d (kağızı vә qәlәmi
alır әlinә). Bismillahir-rәhmanir-rәhim. Hәr
kәs ölәnlәrinin ricәtini, yәni dirilib bu
dünyaya gәlmәyini xahiş edir, bir-bir növbә
ilә vә qayda ilә vә әdәb ilә desin,
mәn yazım bu kağıza vә yetirim şeyx hәzrәtlәrinin
xidmәtinә.
Yenә adamlar hәrәkәtә
cәlib, istәyirlәr basabas salsınlar.
Ş e y x N
ә s r u l l a h (çox ucadan). Әssәbr! Ya
mәşәrәl-isl a m! [23].
[23] Ey
müsәlmanlar! Sәbr edin.
Camaat qorxub, sakit olur.
Ş e y x N
ә s r u l l a h. (Hacı Hәsәnә). Hacı
Hәsәn ağa, ölәnlәrinin adlarını
bir-bir söylә, Şeyx Әhmәd yazsın.
H a c ı H
ә s ә n (әdәblә әllәrini bir-birinin
üstünә qoyub, qabağa gәlir vә baş
әyir). Atam Hacı Mehdi. Allah sizin dә
ölәnlәrinizә rәhmәt elәsin.
C a m a a t (bir sәslә). Allah
rәhmәt elәsin!
Ş e y x
Ә h m ә d (yazır). Atan Hacı Mehdi.
H a c ı H ә
s ә n. Anam Sәkinә.
Ş e y x
Ә h m ә d (yazır). Anan Sükeynә.
H a c ı H
ә s ә n. Bir oğlum Cәfәr (ağlayır).
Ş e y x
Ә h m ә d (yazır). Bir oğlun Cәfәr.
H a c ı H
ә s ә n. Bir oğlum Heydәr.
Ş e y x
Ә h m ә d (yazır). Bir oğlun Heydәr.
H a c ı H
ә s ә n. Qızım Sara.
M i r B a ğ
ı r a ğ a (birdәn
adamların içindәn çığırır). Onu
yazma! Onu yazma!
Hacı Hәsәn vә adamlar
tәәccüblә baxırlar Mir Bağıra
tәrәf.
Ş e y x N
ә s r u l l a h (ucadan). O kimdir deyәn yazma? Ona nә
dәxli var?
M i r B a ğ
ı r a ğ a (yeriyib
qabağa). Şeyxәna, o qız, ayıb olmasın,
mәnim övrәtimdir!
Ş e y x N
ә s r u l l a h. Xub, mәgәr әyalının
dirilmәyinә razı deyilsәn?
M i r B a ğ
ı r a ğ a (bir az duruxub).
Cәnab şeyx, sözüm orada deyil. Mәnә bu
acıq gәlir ki, hәyә Hacı Hәsәn düz
adamdır, niyә bәs qardaşı Hacı Rzanı
yazdırmır?
Camaat diqqәtlә baxır Hacı
Hәsәnin üzünә.
H a c ı H
ә s ә n (Mir Bağıra hirsli). O sәnә borc
deyil! Öz qardaşımdır; istәrәm yazdıraram,
istәmәnәm yazdırmanam. Sәnә nә
dәxli var?
M i r B a ğ
ı r a ğ a (Hacı
Hәsәnә hirsli). Çox әcәb, indi ki, o
yekәlikdә kişini yazdırmırsan, bir balaca
qızı bәs niyә yazdırırsan?
Ş e y x N
ә s r u l l a h (ucadan). Çox mübahisә lazım
deyil! (Hacı Hәsәnә). Hacı Hәsәn
ağa, nә sәbәbә ölәn qardaşın
Hacı Rzanı yazdırmırsan?
H a c ı H ә s ә n (başını
aşağı salıb, fikir elәyir). Şeyxәna!
Qardaşım Hacı Rza beş ildәn artıqdır
ölüb; indi çürüyüb gedib; dәxi o
necә dirilib gәlib adam olacaq?
Ş e y x N
ә s r u l l a h (çox ucadan). Necә
çürüyüb? Kimdir onu çürüdәn?
Әnzәr-üllah-ül-izam keyfә nәnşәrәha.
Yәni nigah kon bәsuyi istixanәha ki, çe gunә
xudavәndi-alәm onhara әz zәmin bülәnd mikünәd
vә bәcayi-xud rәdd mikünәd ki,
cәsәdi-işan başәd vә
mürәkkәb mikünәd bәzira bәbәzi
bәd әz on guşt miruyanәd vә mipuşanәd
[24]. Necә çürüyüb? Kimdir onu
çürüdәn?
[24] Bax gör
sümüklәri necә dirildirik. Yәni
sümüklәrә sarı bax gör
xudavәndi-alәm onları yerdәn necә
qaldırır vә öz yerlәrinә qaytarır
ki, onların
bәzisini o birilә birlәşdirir, ondan sonra da әt әmәlә
gәtirib, onların üzәrini örtür.
Ş e y x Ә
h m ә d. (Hacı Hәsәnә). Hacı
Hәsәn ağa, sözü müxtәsәr
elәmәk lazımdır. Şeyx hәzrәtlәrinin
övqatı çox bahadır. Qardaşın Hacı
Rzanı da yazımmı kağıza ya yox? İxtiyar sizindir.
Әgәr dirilmәyinә razı deyilsiz, o özgә mәtlәbdir.
H a c ı H
ә s ә n (Şeyx Nәsrullaha). Şeyxәna,
mümkündürmi ki, mәnә izin verәsiniz, gedim bir
qәdәr fikirlәşim?
Ş e y x N
ә s r u l l a h. Xub, get fikirlәş.
Hacı Hәsәn başını
aşağı salıb çıxır.
Ş e y x N
ә s r u l l a h (Hacı Bәxşәliyә). Hacı
ağa, növbәt sizindir. Ölәnlәrinizin
adlarını bir-bir de, Şeyx Әhmәd yazsın.
H a c ı B
ә x ş ә l i (әlini әlinin üstünә
qoyub, yeriyir qabağa vә başlayır ağlamağa).
Atam-anam sәnә fәda olsun. Әvvәl-axır,
ayıb olmasın, bir qızım qalıb, oğul
üzünә hәsrәt qalmışam. Bütün
ömrümdә allah-taala mәnә iki oğul
mәrhәmәt elәyib: amma ikisini dә mәn
biçarәnin әlindәn alıb. Birinin adı
Cәlil, birinin adı Xәlil idi. Cәlil on yaşında
idi, Xәlil sәkkiz yaşında. İkisi dә
nişanlı idi. Elә Cәlilin toyunun
tәdarükündә idim ki, birdәn
ayınşayın gәzdiyi yerdә, bax, boynunun
burasından, әli ilә öz boynunun dalını
göstәrir, bir yara çıxdı. Nә
qәdәr Usta Cәfәrә dava-dәrman
elәtdirdim, başa gәlmәdi (ağlayır). Ax,
binәva Cәlil! Nә qәdәr nәzr elәdim,
neçә dәfә Qaradaş ocağına apardım,
çifayda. Demәyinәn yazığın әcәli
tamam imiş.
Ş e y x N
ә s r u l l a h. Hacı Bәxşәli, mәnim burada
çox oturmağa vaxtım yoxdur.
Ş e y x
Ә h m ә d. Hacı Bәxşәli,
sözü müxtәsәr elә, kimi
istәyirsәn, de yazım.
H a c ı B
ә x ş ә l i (Şeyx Nәsrullaha). Cәnab
Şeyx, dәxi mәnim sözüm yoxdur. Mәn
Cәlilimi vә Xәlilimi sәndәn istәyirәm.
Ş e y x
Ә h m ә d (yazır). Demәk ki, bir oğlun
Cәlil vә bir oğlun Xәlil. Bunları yazdım.
Dәxi bunlardan savayı?
H a c ı B
ә x ş ә l i. Şeyx Әhmәd ağa, dәxi
bunlar kifayәtdir.
Ş e y x
Ә h m ә d (tәәccüblü). Xub,
mәgәr atandan, anandan vә qeyri әqrәbanızdan
vәfat edәn yoxdur?
H a c ı B
ә x ş ә l i. Bәli, atam da, anam da vәfat edib;
amma biçarәlәr çox qocalmışdılar. O
qәdәr qocalmışdılar, o qәdәr
qocalmışdılar ki, özlәri dә tәngә
gәlmişdilәr.
Ş e y x Ә
h m ә d. Demәk, Cәlildәn vә Xәlildәn
savayı özgә bir kәsiniz yoxdur ki, yazım?
H a c ı B
ә x ş ә l i (üzünü qәbiristana
tәrәf tutub). Ax, yzıq balalarım. Biçarә
tifillәrin qәbri elә buradan görsәnir.
İkisini dә bir-birinin yanında dәfn
elәmişәm. Çünki o yazıq Xәlil,
doğrusu, çox nadinc idi, amma bir-birini çox
istәrdilәr. Odur ki....
Şe y x N
ә s r u l l a h (Hacı Bәxşәlinin
sözünü kәsib hirslә). Hacı
Bәxşәli, әgәr dәxi ölәniniz
yoxdur, çәkil kәnara!
H a c ı B
ә x ş ә l i. Xeyr, şeyxәna, dәxi yoxdur.
C a m a a t i
ç i n d ә n b i r i s i
(ucadan). Necә yoxdur? Pәs
övrәtin Hürnisәni nnyә yazdırmırsan?
Camaat tәәccüblә baxır sәs
gәlәp tәrәfә.
Ş e y x N
ә s r u l l a h. Kimdi o danışan? Gәlsin qabağa.
K ә r b ә l a y ı V ә l i (qabağa yeriyib).
Şeyx, mәnәm danışan. Bu hacıdan (Hacı
Bәxşәlini göstәrir) bir soruş görәk,
üç il bundan qabaq ölәn arvadını niyә
yazdırmır? Adı da Hürnisәdi; özü dә
mәnim doğma bacımdı.
H a c ı B
ә x ş ә l i (Kәrbәlayı Vәliyә).
İtil cәhәnnәmә, axmağın biri! Öz
әyalımdı; kefim istәr yazdıraram,
istәmәz yazdırmaram; sәnә nә borcdu?
Ş e y x N
ә s r u l l a h (ucadan). Sükut! Mübahisә lazım
deyil! Hacı Bәxşәli, qәti cavab lazımdır.
Mәnim vaxtım azdır; istәyirsiniz ki, övrәtiniz
dirilsin, yazdırın; istәmirsiniz, çәkilin
kәnara.
H a c ı B
ә x ş ә l i (bir az fikir elәyib). Şeyxәna,
tәvәqqe edirәm bir az izin verәsiz, gedәm
fikirlәşәm.
Ş e y x N
ә s r u l l a h. Çox әcәb, get fikirlәş.
Şeyx Әhmәd, gör dәxi kimdir xahiş edәn,
yaz qutar.
Hacı Bәxşәli çıxır,
adamlar başlayır yavaş-yavaş azalmağa.
K ә r b ә l a y ı V ә l i (qabağa gәlib).
Cәnab şeyx, belә o qәdәmlәrinә qurban
olum. Mәnim bacım Hürnisәni siyahıya yazdır,
qoy yazıq arvad dirilsin vә öz dili ilә
cәnabınıza әrz elәsin, görün bu Hacı
Bәxşәli onun başına nә toy tutub. Onda
cәnabınız görәrsiniz ki, nә
sәbәbә Hacı Bәxşәli övrәtinin
dirilmәyinә razı deyil.
H a c ı B
ә x ş ә l i (adamların içindәn
dübarә qabağa gәlib, hirsli vә ucadan).
Әdә, hәlә utanmırsan da danışırsan?
Çox әcәb, Hürnisәni yazdır. Amma bu
şәrtlә ki, sәn dә ölәnlәrinin
hamısını yazdır.
K ә r b ә l a y ı V ә l i (hirsli). Cox
әcәb, yazdırram.
Ş e y x Ә
h m ә d. Uzun danışıq lazım deyil.
Kәrbәlayı Vәli, әgәr
deyәcәksәn, ölәnlәrüvün adını
de, çәkil kәnara.
K ә r b ә l a y ı V ә l i. Atam Mәşәdi
Mustafa.
Ş e y x
Ә h m ә d (yazır). Atan Mәşәdi
Mustafa.
H a c ı B
ә x ş ә l i. Çox әcәb.
K ә r b ә l a y ı V ә l i. Bir oğlum Zeynal
(istәyir ağlasın).
Ş e y x Ә
h m ә d (yazır). Bir
oğlun Zeynal.
H a c ı B
ә x ş ә l i. Çox әcәb.
K ә r b ә l a y ı V ә l i. Qızım Püstә.
Ş e y x Ә
h m ә d. Qızın
Püstә.
H a c ı B
ә x ş ә l i. Çox әcәb.
K ә r b ә l a y ı V ә l i (bir az
fikirlәşib). Vәssәlam.
H a c ı B
ә x ş ә l i (hirsli qabağa yeriyib,
Kәrbәlayı Vәliyә). Necә
vәssәlam? Bәs ananı niyә yazdırmırsan?
Bәs anan ölmüyüb? Keçәn il
ağbirçәk arvadı döyә-döyә
öldürdün! Hә, niyә dinmirsәn? Yoxsa qorxursan
dirilә, gedә hökumәtә şikayәt
edә, sәni tutub qatalar dustaqxanaya? Hә ... niyә yazdırmırsan?
Niyә gözlәrini bәrәldirsәn?
Ş e y x N
ә s r u l l a h (ucadan). Qiylü-qal lazım deyil.
Kәrbәlayı Vәli, istәyirsәn, ananı da
Şeyx Әhmәd yazsın; istәmirsәn,
çәkil kәnara.
K ә r b ә l a y ı V ә l i. (başını
salıb aşağı). Cәnab şeyx, qoy gedim fikirlәşim.
Ş e y x N
ә s r u l l a h. Xub, sәn dә get, fikirlәş.
Kәrbәlayı Vәli vә Hacı
Bәxşәli bir-birinә acıqlı baxa-baxa
çıxırlar. Camaat başlayır azalmağa. Uzaqdan
kefli İskәndәrin sәsi gәlir: "Xub, sәn
dә get, fikirlәş! Xub, sәn dә get,
fikirlәş!... Bu
sözlәri deyә-deyә vә cibindәn
çörәk parçalarını çıxarıb
yeyә-yeyә İskәndәr qalan tәk-tük
adamların qolundan yapışıb, gülә-gülә
baxır üzlәrinә. Onlar da bir söz demәyib,
başları aşağı, çıxıb gedirlәr.
Şeyx Nәsrullah daşın üstündәn yenir
aşağı vә Şeyx Әhmәd
qәlәmdan-kağızı
yığışdırır. Sonra İskәndәr
yenә öz-özünә bir-iki dәfә: "Xub,
sәn dә get, fikirlәş!--deyib, şeyxi
görәn kimi durur vә qah-qah çәkib, uğunub
elә gülür ki, az qalır yıxılsın. Sonra
sakit olub, bir qәdәr şeyxin üzünә baxandan
sonra deyir:
İ s k ә n d ә r. Hamı getdi
fikirlәşsin. Bu meydanda qaldı bircә nәfәr
kefli İskәndәr. Bu meydan pәhlivan meydanıdır.
Hünәr istәr ki, İskәndәr kimi bir igid
gәlib şәstinәn dursun bu meydanda vә desin:
(ucadan). Cәnab şeyx, hәr nә qәdәr ki, bu
qәbiristanlıqda (әli ilә göstәrir)
ölü basdırılıb, hamısını dirilt. Xa ...
xa ... xa!... (Çönüb baxır camaat dağılan
tәrәfә). Xa ... xa ... xa!... Hamı getdi
fikirlәşsin: (Şeyx Nәsrullaha tәrәf
çönüb, gәlir onun qabağına vә
istәyir әl versin). Cәnab şeyx, mәn ölüm
әl ver! Lotusan hәyә, әl ver!
Ş e y x N
ә s r u l l a h (ucadan). Kәnar ol! Mәn sәnә
әl vermәrәm. Sәn şәrab istemal
elәyirsәn.
İ s k ә n d ә r. Cәnab şeyx, siz
gәrәk şükr elәyәsiniz ki, mәn
şәrab içirәm. Әgәr mәn
şәrab içmәsәm, ağlım başımda
olar; ağlım başımda olanda birdәn
gözümü açıb, görәrәm ki, aha bizim
şәhәrimizә bir müctәhid gәlib,
adını qoyub ölü
dirildәn vә mömin
hacılarımızın başını ricәt
mәsәlәsilә piylәyә-piylәyә
hәr gecә bir balaca qız alır. Xa ... xa ... xa!... Mәn
ölüm әl ver! Lotusan, әl ver! Xa ... xa ... xa!...
Ş e y x N
ә s r u l l a h (çox hirsli). Cәhәnnәm ol!
Vallahı elә bәd dua elәrәm ki, yer ilә
yeksan olarsan! Mәn allahın әmri ilә hәr
gecә intәhasız sәvaba nail oluram; dәxi
sәnin tәk meyxanalarda övqatımı zaye
elәmirәm (Şeyx Әhmәdә). Şeyx
Әhmәd, gәl gedәk, hәlә bu babi çox
söz danışacaq.
Şeyxlәr uzaqlaşır.
İskәndәr dinmәyib, baxır onların dalınca
vә şeyxlәr gözdәn itәndәn sonra iki
yumruğunu yuxarı qalxızıb, ucadan deyir.
İ s k ә n d ә r. Bu qollarda
Rüstәm pәhlivan kimi qüvvәtim olaydı,
yapışaydım sizin ayaqlarınızdan vә ataydım
göyün üzünә, başaşağı
gәlib, kal qarpız kimi paqq elәyib dağılaydınız
... (vә özü dә paqq elәyib atılır
göyә). Tfu, şarlatanlar! ... (kefli kimi ufuldayır. Sonra
diqqәtlә öz-özünә baxıb,
gülә-gülә). Buy! Әdә, vallah, dinmә,
deyәsәn elә lap pәhlivanam! Xa ... xa ... xa!...
(papirosu yandırıb, yavaş-yavaş gәlib durur Şeyx
Nәsrullah oturduğu daşın üstündә, ayaq
üstә durub, baxır qәbiristanlığa. Bir
qәdәr fikirli baxandan sonra heyifsilәnib,
әllәrini dizlәrinә vurub deyir:)
Ax, allahın altında, Şeyx Nәsrullah
kimi mәnim dә bir elә elmim olaydı ki, burada yatan
ölülәrnәn danışa bilәydim! Ax!
Әgәr olsa idi, üzümü tutardım bu
qәbiristanlığa vә çağırardım:
(çox ucadan). Ölülәr! (bir az alçaqdan). O
vәdә hamı yatmışlar başlarını
qәbirdәn çıxardıb, soruşacaq idilәr ki,
"nә deyirsәn, a İskәndәr bәy?"
Onda mәn bu rәhmәtliklәrә bir belә
vәsiyyәt elәrdim; mәn bunlara deyәrdim:
(üzünü qәbiristanlığa tutub
çığırır). Ölülәr! (yenә bir az
alçaqdan). Bir gün Şeyx Nәsrullah gәlib duracaq
sizin başınızın üstündә vә bir dua
oxuyub, uca sәslә çağıracaq: (ucadan). "Durun
ayağa, ey allahın mömin bәndәlәri!" (Bir
az dayanıb, bir az alçaqdan.) Ölülәr! Mәn
sizә vәsiyyәt elәyirәm ki, şeyxin
sözünә әmәl elәmәyәsiz.
Gәlin bu kefli İskәndәrin sözünü bir
yaxşıca düşünün vә nәsihәtini
qәbul edin. Vә әgәr mәndәn
soruşsanız ki, niyә?--Mәn sizә cavab vermәyә
hazıram. (Bir az dayanıb, cibindәn bir tikә
çörәk çıxardıb yeyir). Ay
rәhmәtliklәr! İndi siz burada rahatca
yatıbsınız; heç dünyadan xәbәriniz
yoxdur. Amma, vallah, billah, and olsun sizin әziz canınıza
elә ki, başınızı qәbirdәn
çıxardıb durdunuz ayağa, lap peşiman
olacaqsınız. Әgәr mәndәn soruşsanız
ki, niyә?--Mәn sizә bu saat әrz elәrәm.
Belә tutaq ki, siz, mәsәlәn, dirildiniz. Çox
әcәb. Axı dirilәndәn sonra bu qәbiristanda
ki, qalmayacaqsınız; istәyәcәksiniz ki, söz
yox, dağılasınız evlәrinizә. Çox
әcәb, dağıldınız. İndi bir deyin
görüm, sizi hәlә evә qoyacaqlarmı? Vallah,
billah, Şeyx Nәsrullahın başına and olsun, gedib
görәcәksiniz ki, evlәrinizin qapıları
bağlıdır. Bәli, nә eybi var, yerdәn bir
daş götürüb, qapını döyәcәksiniz
ki, gәlib açsınlar. Onda qapının dalına bir
adam gәlib soruşacaq: (nazik sәslә) Ey, qapını
döyәn, sәn kimsәn? Bәli, siz cavab
verәcәksiniz ki, tez ol, aç qapını,
mәnәm. (Nazik sәslә). Axı sәn kimsәn?
Adın nәdi? Aç qapını! Mәn bu evin
sahibiyәm. (Nazik sәslә). Cәhәnnәm ol, qoy
get! Biz sәni tanımırıq--A kişi, necә
tanımırsınız? Mәn Kәrbәlayı
Hüseynquluyam, bu ev mәnimdi. Mәnim burada arvadım var,
uşağım var. (Nazik sәslә). Çox
danışma! İtil cәhәnnәmә! Sәnin
burada heç zadın yoxdur! Qardaşın Hacı
Fәrәc arvadını da alıb, evinә dә sahiblәnib,
uşaqlarını da göndәrib naxıra.--A kişi,
allah xatirәsi üçün, aç qapını,
mәnim burada әrim var (yoğun sәslә). Çox
danışma! Çıx qoy get! Bizә arvad-zad lazım
deyil! Dünya doludu 9 yaşında qıznan. Sәnin kimi
kaftarın yeri qәbirdi. İtil cәhәnnәmә!
Haradan gәlmisәn, çıx qoy get ora! Bizә
lazım deyilsәn. Xa ... xa ... xa!... Xa ... xa ... xa ...
(birdәn sakit olub baxır qәbiristanlığa vә
ucadan çağırır). Ölülәr! (bir az
yavaş). Gәlin bu kefli İskәndәrin
sözünü eşidin vә necә ki,
yatıbsınız yatın! Allah sizә rәhmәt
elәsin....
P ә r d ә
DÖRDÜNCÜ
MӘCLİS
ӘVVӘLİNCİ PӘRDӘ
Hacı Hәsәnin evi,
İskәndәrin otağı,
H a c ı H ә s ә
n vә övrәti. K ә r b ә l a y ı F a t m a
x a n ı m fikirli oturublar.
H a c ı H
ә s ә n. Ay qız, Fatma, Nazlının
әl-ayağını hazırla, bu gün gәrәk
köçürәk şeyxin otağına.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ay Hacı,
elә bu tezlikdә?
H a c ı H
ә s ә n. Bәli, elә bu tezlnkdә....
K ә r b ә l a y ı F a t m a
x a n ı m (bir az fikir elәyәndәn sonra) Ay
hacı, vallah bilmirәm nә elәyim? Lap mәәttәl
qalmışam: bilmirәm şeyx bu qәdәr arvadı
nə eləyir? Elә gündә birini alır. İndi
dә bizim qızı istәyir.
H a c ı H
ә s ә n. Yәni gündә birini alanda bir
xlafi-şәr iş görmür ki? Allahın әmridi,
alır.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Hacı, yaxşı deyirsәn, amma qorxuram
Nazlı atılıb- düşә. Bir dә, vallah,
hacı, doğrudan, Nazlı hәlә lap uşaqdı.
H a c ı H
ә s ә n (hirsli). Axmaq-axmaq danışma! Uşaq
olmağını ya olmamağını mәn
sәndәn yaxşı bilirәm. Zilhәccә
ayının 18-dә doqquz yaşı tamam olub, on
yaşına ayaq qoyub. Dәxi bilmirәm uşaq
nәyә deyirsәn? Sözü oyza-buyza atmaq lazım
deyil. Bir yolluq aşkar de ki, Nazlını da
verәcәyәm Mir Bağır ağaya.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Yox, vallah, Mir Bağır ağaya
vermәkdәn ötrü demirәm! Özün bil, öz
qızındır. Hәr kәsә istәyirsәn ver.
Ancaq bilirәm ki, Nazlı
atılıb-düşәcәk.
H a c ı H
ә s ә n. Cәhәnnәmә-gora
atılıb-düşәcәk! Qız tayfası axmaq bir
şeydi; xeyrini-şәrini nә anlayır?! Kefli
İskәndәrin bacısı ondan artıq olmayacaq ki!
Hәlә o gәrәk allahına şükür
elәsin ki, Şeyx Nәsrullah kimi bir vücuda әrә
gedir. Bir belә müqәddәs şәxslә qohum olmaq
elә bir qәnimәtdi ki, dünyada az-az adama qismәt
ola bilәr. Bu bir mәrhәmәtdi ki, xudayi-taala
bizә göndәrir vә bunların hamısı
keçәndәn sonra, sәn özün gәrәk
bilәsәn ki.... (yavaşca) şeyxi incitmәk olmaz.
Axı gәrәk başa düşәsәn nә
deyirәm.
K ә r b ә l a y ı F a t m a
x a n ı m (yavaşca). Başa düşürәm.
H a c ı H
ә s ә n. Doğrusu, Fatma, mәn bu iki gündür,
deyәsәn, elә bir tәhәr olmuşam:
gözlәrim qaralır, hәrdәn bir başım da
gicәlir.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ay hacı, allah kәrimdi, heç zad olmaz.
H a c ı H
ә s ә n (fikirli). Nә bilim? (Bir az dayanıb). Di durma,
Fatma, get. Nazlıya nә lazımdı de (övrәt
çıxır, Hacı başını aşağı
salıb fikrә gedir. Bir az keçib, qapıya
tәrәf baxır, guya bir şey görür vә
hövlnak ayağa durub soruşur). Nә istәyirsәn?
(cavab gәlmir. Tez-tez öz-özünә deyir).
Әstәğfürullah rәbbi vә tube ileyh,
bismillahür-rәhmanür-rәhim, (sonra ucadan çağırır).
Fatma, Fatma!
İskәndәr girir içәri vә
tәәccüblә soruşur.
İ s k ә n d ә r. Ata, nә
istәyirsәn?
H a c ı H
ә s ә n (İskәndәrә). Bura gәl, bura
gәl. Gәl yapışım әlindәn, dizlәrim
titrәyir (oturur, İskәndәr yapışır
atasının әlindәn).
Bismillahür-rәhmanür-rәhim. Deginәn
mәnә bir stәkan su gәtirsinlәr.
İ s k ә n d ә r. Ata, qorxma, heç
zad yoxdur, ancaq bir az ağlın qaçıb.
H a c ı H
ә s ә n (yapışıb İskәndәrin
әlindәn). Yox, İskәndәr, ağlım
başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq
gözlәrim qaralır.
İ s k ә n d ә r. Qorxma, heç bir
şey deyil, ancaq adam dәli olanda elә bir azca
gözlәri qaralır. Dәxi bundan başqa bir şey
yoxdu. Qorxma, bircә bu var ki, sәnin başına hava
gәlib.
H a c ı H
ә s ә n. Yox, yox, inşallah, heç zad olmaz.
Deginәn bir stәkan su gәtirsinlәr.
İ s k ә n d ә r. Su
gәtirsinlәr; amma dәli olana su xeyir elәmәz.
(Ucadan). Әli, Әli!
Әli gәlir içәri.
Bir stәkan su gәtir. (Әli
çıxır).
H a c ı H
ә s ә n. İskәndәr, sәn mәni lap
qorxudursan. Axı mәn özüm bilirәm ki,
ağlım başımdadı. Ancaq deyәsәn ki,
gözümә bir şey görsәndi. Elә
kәfәnli adam kimi bir şey idi. Gәlib durmuşdu
qapıda. Bәlkә sәnin dә gözünә bir
elә şey sataşıb?
İ s k ә n d ә r. Yox, ata, mәnim
gözümә bir şey sataşmayıb. Dәli
adamın gözünә elә şeylәr
görsәnәr.
Әli su gәtirir, Hacı Hәsәn
alıb içir vә deyir:
Allah Yezidә lәnәt elәsin!
H a c ı H
ә s ә n (İskәndәrә).
İskәndәr, vallah, deyәsәn mәnnәn
zarafat elәyirsәn. Mәn burada hәr bir zadı
ayın-şayın görürәm. Nәdәn
deyirsәn ki, mәnim başıma hava gәlib?
İ s k ә n d ә r. Ondan ötrü ki,
Şeyx Nәsrullah sizә tәlә qurmaqdan ötrü
beyninizi doldurub ki, ölülәri dirildә bilәr,
sәn dә inanıb var-yoxunu istәyirsәn
verәsәn İsfahan lotusuna!
H a c ı H
ә s ә n (bir qәdәr fikir elәyib).
Yaxşı, bir saatlığa, tutaq ki, mәn dәli
olmuşam; bәs Mir Bağır ağa ki, alim adamdır, o
niyә bәs ölülәrin dirilmәyinә
inanır? Elәdә o da dәlidi?
İ s k ә n d ә r. Yox, Mir Bağır
ağa dәli deyil, ancaq eşşәkdi.
H a c ı H
ә s ә n (dikәlib hirsli, ucadan). Kәs sәsini,
namәrbut! (Bir az baxıb). Bәs telğqrafçı
Heydәr ağa niyә inanır, elәdә o da dәli
olub?
İ s k ә n d ә r. Yox, dәli
odmayıb. O da o sәbәbә inanır ki, qulaqları
çox uzundur.
H a c ı H
ә s ә n. Hә, elәdә, dünyada
sәndәn savayı hamı dәlidi, hamı
eşşәkdi, bircә sәn ağıllısan.
Elәdә Hacı Bәxşәli dә dәlidi,
Hacı Kazım da axmaqdı, Hacı Kәrim dә
sәfehdi. Hamı dәlidi, bircә İskәndәr
ağıllıdı.
İ s k ә n d ә r. Dünyada uzunqulaq mәgәr
azdı? Nuhun gәmisindә hәr heyvandan
hәrәsindәn bircә dәnә var idi, amma indi gör
bircә Hәmәdanda nә qәdәr
eşşәk var?
H a c ı
Hә s ә n (hirsli). Axmaq, axmaq danışma!
K ә r b ә l a y ı F a t m a
x a n ı m (girir içәri vә durur bir
tәrәfdә). Hacı, mәn sәnin
qızının öhdәsindәn gәlә
bilmirәm; sәn özün bәlkә onu dilә
tutasan.
H a c ı H
ә s ә n (bir az fikirdәn sonra). Arvad, Fatma, sәn
mәni, allaha şükür, tanıyırsan; bilirsәn
ki, hirsim tutanda gözümә heç zad görsәnmir.
Get dinmәz-söylәmәz qızıvın
әl-ayağını qayır. Axşam gәrәk
köçürәk. (Fatma xanım çıxır.
Hacı Hәsәn onun dalınca). Dayan, dayan! (arvad
dayanır). Qızına de ki, razı olmasın gәlim onun
qabırğalarını sındırım! (Fatma xanım
çıxır; İskәndәr bir az atasına baxandan
sonra "tfu" elәyib çıxır).
H a c ı H
ә s ә n (hirsli onun dalınca ucadan). A sәni
әkib-doğan tünbәtün düşsün!
Axırda işi bu yerә yetirdin? (İskәndәrin
dalınca hirsli çıxıb, yenә qayıdıb
gәlir yerinә)
Ә v v ә l i n c i a z a r l ı ("ay, vay"
elәyә-elәyә vә
öskürә-öskürә, rәngi
qaçmış bir kişi әlindәki ağaca
söykәnә-söykәnә girir içәri).
Salam әleyküm. Ax! Vay! Vay! Heç ayaq üstә
durmağa taqәtim yoxdu. Hacı ağa, allah
oğlanlarını
saxlasın, mәnә bir әlac. İndi az qalır
bir il tamam olsun ki, bu zәhrimar naxoşluq yapışıb
yaxamdan, әl çәkmәk bilmir. Ay, ay, vay! Ay, vay!
(öskürür). Bax, hәrdәnbir
döşümün burasından ki, bir ağrı tutmur,
dәxi qoymur nәfәsimi alım. Gecә
sәhәrә kimi öskürmә qoymur yatım. Dua
yazdırmaqdan yoruldum. Dәllәk usta Cәfәrә
yol döymәkdәn dәxi yorulmuşam. Aman
günüdür, ay hacı (öskürür). Mәnә
әlac. Allah sizә ömür versin. Dәxi sizin
qapınıza pәnah gәtirmişәm: ya
gәrәk şeyx cәnabları bu saat mәnim
canımı ala ki, bir yolluq ("uy, uy" elәyib
әlini qoyur
döşünә, öskürür) dincәlәm, ya
gәrәk mәnә bir әlac elәyә.
Şeyxin qәdәmlәrinә fәda olum. Heç zad
istәmirәm, elә bircә mәnә
mәrhәmәt nәzәrilә baxsa, yaxşı
olaram; yoxsa, heç bir şeyim yoxdur. Elә allah-taalanın
mәnә mәrhәmәti bәsdi. Ax ... ay ... vay!
Nәfәsim kәsildi.
H a c ı H
ә s ә n. Çox әcәb, baş üstә,
mәşәdi. Ancaq indi şeyx cәnabları
ibadәtә mәşğuldur. Baş üstә,
fariğ olan kimi, mәn әrz elәrәm ki, yazıqsan,
sәnә bir әlac elәsin. Baş üstә.
Ә v v ә l i n c i a z a r l ı. Ax!
(öskürür). Ax!... Vallah bilmirәm ki, bu nә
dәrddi gәlib yapışıb yaxamdan. Bir-iki ay bundan
irәli, yәni deyәsәn bir az yaxşı idi.
Öskürmәm azaldı, iştәham da....
İ k i n c i a
z a r l ı (başı dәsmal ilә bağlı,
qaşqabaqlı girib, әvvәlinci azarlının
sözünü kәsir). Salam әleyküm.
(Әvvәlinci azarlıya). Mәşәdi Hüseynqulu,
sәn dә buradasan? Yaxşı elәyib
gәlibsәn; biz yazıqlara nicat yolu elә bu qapıda
olacaq. Allah Hacı әminin kölgәsini bizim
başımızın üstündәn әskik
elәmәsin öz birliyi xatirinә! (Hacı
Hәsәnә). Hacı әmi, bu başağrısı
mәni hәlәk elәyibdir; nә qoyur geçә
rahat olam, nә qoyur gündüz rahat olam. Gedirәm Usta
Cәfәrin yanına, deyir: qanın çoxalıb, gәrәk
sәndәn qan alam. Gedirәm Mir Bağır ağanın
yanına, deyir: qanın azalıb, gәrәk bal
halvasından savayı özgә şey
yemәyәsәn. Hacı әmi, mәni
çövür balalarıvın başına, şeyx
cәnablarından iltimas elә, mәnә bir barmaq
yekәlikdә (әlinin şәhadәt barmağını
göstәrir) dua yazsın ki, bu başağrısı
mәndәn rәf olsun. Hacı әmi, nә
qәdәr canım sağdır....
Qucağında uşaq bir kişi, uşaq
ağlayır vә ikinci azarlının sözünü
kәsir. Sonra yenә azarlılar başlayırlar bir-bir
içәri girmәyә. Kimi başını, kimi
boynunu, kimi qolunu bağlayıb, "ax vay" ilә girib
düzülürlәr. Vә bәrk azarlılar girәn
kimi çöküb otururlar yerә. Bunların bir
neçәsi başlayırlar, Hacı Hәsәndәn
bu tövr tәvәqqe elәmәyә.
A z a r l ı l a r. Hacı әmi! Qapına
dәxil düşmüşük, şeyx
cәnablarından bizә bir çarә. Aman
günüdü, bizә yazığınız gәlsin.
H a c ı H
ә s ә n (gәlib durur azarlıların
qabağında). Baş üstә, mәn әlimdәn
gәlәni sizdәn әsirgәmәnәm; ancaq indi
görürsünüz, şeyxәna hәlә heç
kәsә içәri girmәyә izin vermir. Siz
zәhmәt çәkin hәyәtdә oturun
ağacın kölgәsindә, gözlüyün. Baş
üstә, elә ki, şeyx cәnabları izin verdi,
mәn sizә xәbәr verәrәm, hamınız dәrd-dilinizi
әrz edәrsiniz vә inşallah, gümanım
bunadır, bu qapıdan naümid qayıtmayasınız.
A z a r l ı l a r (Hacı Hәsәnә
dua edә-edә, yavaş-yavaş çıxırlar).
Allah hacı әmiyә ömür versin! Allah hacı
ağanın atasına rәhmәt elәsin! Allah onu
bizә çox görmәsin öz birliyi xatirinә!
H a c ı H
ә s ә n (qapıda nökәri Әlini görüb
deyir). Әli, şeyx cәnablarına
çay-çörәk aparıbsan?
Ә l i. Xeyr, hacı ağa, hәlә
şeyx yuxudan durmuyub; qapısı indiyә kimi
bağlıdır.
K ә r b ә l a y ı F a t m a
x a n ı m (girir içәri, Әli
çıxır). Hacı, Nazlını bir fәndlә
dilә tutdum, razı elәdim. Amma
vallah, bir sözüm var, demәyә dә qorxuram.
H a c ı H
ә s ә n. De, sözün nәdi, de.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Hacı, sәn bilirsәn yazıq
Saranı әrә verәndә mәn nә
qәdәr niskil elәdim ki, yazıq qıza toy
çaldırmadıq. Sәn dedin günahdı--mәn
dә bir söz demәdim. Allaha qurban olum, biz elә
hәmişә günahdan qorxmuşuq, ancaq....
H a c ı H
ә s ә n (arvadının sözünü kәsib).
Hә, sözünü de görüm. İndi elә o
qalıb ki, şeyxin hüzurunda evimizә bir toyçu da
gәtirәk.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Vallah, mәnim işim yoxdu, mәn
heç zad demirәm. Odu, öz qardaşın qızları,
Fizzә xanım, Sәkinә xanım,
Gülçöhrә xanım, Ümmigülsüm
xanım--hamısı tökülüb gәlib,
yapışıblar yaxamdan ki, gәrәk oxuyub-çalan gәlә.
H a c ı H
ә s ә n. Sәnә deyirәm axmaq-axmaq
danışma. Hәlә şeyx qalsın kәnarda, kim
görübdür ki, hacı evindә toy çalına?
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Sәn elә barı insafnan danış:
mәgәr Hacı Әlәkbәrin qızını
әrә verәndә toy çaldırmadılar?
Bә Hacı Mirtağıya nә deyirsәn? Hazır toya
çağırmışdılar. Toy sәsindәn
mәhәllә köçürdü. Elә bircә
sәnin gözün bizi görüb? Odur, bir ay bundan qabaq
Hacı Bәxşәli oğlunu evlәndirdi; indi bir
soruş gör oxuyub çalan gәtirmişdilәr ya yox?
Elә dünyada
bәdbәxt bircә
bizik? Nә zәhmәtnәn uşaq
böyüdürük, amma evdәn
köçürdәndә elә
köçürdürük ki, deyәsәn oğurluq
maldı; nә qonum bilir, nә qonşu bilir. Mәn
demirәm adam çağır, demirәm qonaqlıq
elә, demirәm batman qazanlarını as; ancaq deyirәm
ki, yasa yas deyiblәr, toya da toy. O yazıq
qohum-qardaşlarımız da tökülüb
gәliblәr. Nә olu ki, heç olmasa, bircә saat
çәpik çalalar, yazıq Nazlının da
ürәyi açıla. Vallah, sәhәrdәn
indiyәdәk ağlayır. Yad ki, deyil, sәnin öz
qızındı; gәrәk sәnin dә qızına
yazığın gәlsin.
H a c ı H
ә s ә n (bir az fikirdәn sonra yavaş sәslә).
Yox, qızıma degilәn ki, ağlamasın. Mәn
razı olmanam ki, o ağlasın. Dur gedәk, mәn dә
onu dilә tutum. (Durur ayağa), Yox, yox, Nazlı qızım
ağlamasın, dur gedәk (çıxırlar).
Nökәr Ә l i
girir içәri vә onun dalınca iki qoca ö v r ә t. Sonra yenә
ikisi-üçü vә bu cür on
beş-iyirmiyәdәk çarşovlu övrәt,
çoxu qoca,
pıçıldaşa-pıçıldaşa gәlib
çökürlәr bir tәrәfdә. Әli
çıxır. C ә l a l
ağzında konfet, gәlib durur qapıda,
övrәtlәrә baxır. Övrәtlәrin
heç biri dinmir vә heç biri üzünü
açmır. Cәlal bir az baxandan sonra soruşur:
C ә l a l. Siz dә toya gәlmisiniz?
Arvadlar dinmәyib baxırlar Cәlala.
(Cәlal bir az baxıb deyir). Hәyә toya
gәlibsinizsә, toy otağı bura deyil.
Arvadlar dinmirlәr, ancaq başlarını
bulayırlar. Sonra bir övrәt alçaq sәslә
Cәlala deyir: "Gәlmişik şeyxә siğә
olaq".
C ә l a l (soruşur). Siğә olaq
nәdir?
Övrәtlәr yavaşca
gülüşürlәr. Bir övrәt cavab verir:
"Gәlmişik şeyxә әrә gedәk".
Cәlal başlayır gülmәyә
vә deyir.
C ә l a l. Buy, bu qәdәr dә arvad
bir kişiyә әrә gedәr? (Gülüb
qaçır eşiyә);
Övrәtlәrin bir neçәsi dә
gülür. Mir Bağır ağa qapıdan içәri
girib, övrәtlәri görüb, diksinәn kimi
qayıdır. Sonra F a t m a x a n ı m başında çarşov;
dalınca Mir Bağır ağa, girirlәr içәri.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ağa, buyur gәl, get әylәş o
tәrәfdә.
Mir Bağır ağa dalını
övrәtlәrә çöndәrib, gәlib
әylәşir qabaqda, dalı övrәtlәrә
tәrәf. Kәrbәlayı
Fatma xanım gedib övrәtlәrә әyilib
pıçıldaşandan sonra Mir Bağır ağaya.
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Ağa, bu bacılar sәndәn
tәvәqqe elәyirlәr, zәhmәt
çәkib şeyxә deyәsәn ki, allah rizası
üçün adını qoysun bu biçarәlәrin
üstünә ki, yazıqlar allahın savabından binәsib
olmasınlar.
M i r B a ğ
ı r a ğ a
(başıaşağı). Baş üstә, baş
üstә. Deyәrәm, әlbәttә,
deyәrәm. Çox gözәl işdir. Allah-taala
hәmişә belә bәndәlәrini dost tutar.
Allah әcri-xeyir versin. Maşallah, maşallah, bacılar!
Çıtmıq sәsi gәlir vә
sazәndә çalıb oxumağı eşidilir.
M i r B a ğ
ı r a ğ a
(tәәccüblü başını qalxızıb, F a
t m a x a n I m a). Әmidostu, bu nә xәbәrdi?
K ә r b ә l a y ı F a t m a
x a n ı m. (arvadlara). Bir dә, vallah, billah, hәr
kәs hәr nә desә, yalandı. Hәr kәsin
alnına nә yazılıbsa, elә dә olacaq. Yoxsa
kimin ağlına gәlәrdi bizim Nazlı şeyx kimi
adama qismәt olacaq.
M i r B a ğ
ı r a ğ a (çox
tәәccüblü). Necә Nazlı, sizin Nazlı?
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Nә bilim, ay ağa, bu gün Hacı
Nazlını verir qonağımıza.
M i r B a ğ
ı r a ğ a
(tәәccüblü). Şeyx Nәsrullaha?
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Bәli,
cәnab şeyxә.
M i r B a ğ
ı r a ğ a (bir az fikir
elәyib). Elә bu gün?
K ә r b ә l a y ı F a t m a
x a n ı m. Yәni, vallah, ağa, mәn
hacının öhdәsindәn gәlә bilmirәm;
deyirәm axı bu tәlәsikdә iş olmaz. Nә
bilim, vallah, özüm dә mәәttәl
qalmışam.
Mir Bağır ağa başını
salıb aşağı, cibindәn qırmızı
güllü dәsmalını çıxarıb, basır
üzünә vә başını aşağı
әyib, başlayır ağlamağa.
H a c ı H
ә s ә n (qapıda görsәnir. Fatma, bacıları
apar o biri otağa; bura adam gәlәcәk.
Kәrbәlayı Fatma xanım vә
övrәtlәr durub gedirlәr. Hacı Hәsәn
vә İskәndәr girirlәr içәri. Hacı
Hәsәn oturur vә İskәndәr durur ayaq
üstә.
H a c ı H
ә s ә n (oğluna). İskәndәr, qulaq as,
gör nә deyirәm. Mir Bağır ağa da
özgәsi deyil. Sәn bilirsәn ki, bacın Nazlı
sәni nә qәdәr istәyir. Bugünkü
gündә razı olma ki, mәnim evimdә göz
yaşı tökülsün. Şeyx cәnablarına
getmәyә mәn onu razı elәmişәm; amma
bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nә bilim,
gәrәk İskәndәr razı olsun. Bunu da
sәnә xәbәr verirәm ki, razı oldun,
olmadın, mәnә heç tәfavütü yoxdu.
Mәni sәn o qәdәr incitmisәn ki, mәn
sәni daha adam yerinә qoymuram. İndi özün bil:
әgәr istәyirsәn ki, uşağın qәlbi
sıxılmasın, onu çağır bura vә xoş
dilnәn onu danışdır. Qәrәz, özün
bil.
Mir Bağır ağa ağlaya-ağlaya
Hacı Hәsәnlә çıxıb gedirlәr.
Sazәndәnin çalıb-oxumaq sәsi gәlir.
İskәndәr fikir elәyir. N a z l ı qapıda
görsәnib, durub vә dinmir.
N a z l ı. Dadaş, qoy gәlim
üzündәn öpüm. (İstәyir gәlsin
irәli. İskәndәr tez çәkilib, durur
kәnarda vә dinmәyib, baxır Nazlının üzünә).
Dadaş, sәn allah, mәndәn incimә!
İ s k ә n d ә r. Hәyә
istәyirsәn mәn sәndәn incimәyim, dur orada
vә yerindәn tәrpәnmә. (Bir qәdәr
Nazlıya baxandan sonra әlini salıb, çibindәn araq
şüşәsini çıxardıb, istәyir
başına çәkib içә. Nazlı onun
yanına yeriyib, istәyir qoymaya. İskәndәr
çox ucadan vә hirslә "çәkil!"--deyib
Nazlını elә bәrk itәlәyir ki, qız
dalı üstә yıxılır yerә.
İskәndәr başlayır arağı
içmәyә vә Nazlı ağlaya-ağlaya durur
ayağa vә qapıya tәrәf gedir.
İskәndәr: "puf" elәyib üzünü
turşudur vә Nazlıya deyir). Dayan, dayan! Getmә! Sәnә
söz deyәcәyәm. (İkinci dәfә
şüşәni başına çәkib içir
vә şüşәni qoyur cibinә. Sazәndәnin
çalıb oxumaq sәsi gәlir. İskәndәr
haman sәsi eşidib, başlayır yavaş-yavaş
alçaqdan oxumağa. Sazәndә oynamaq havası
çalır vә İskәndәr düşür
oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mәn
ölüm bura gәl; gәl bura, gәl barışaq.
İndi hәr nә sözün var de. İndi mәn
sәnә nökәrәm, mәn sәnә qulam.
Gәl, gәl barışaq. (Gedib Nazlını
qucaqlayır).
M ә ş ә d i
O r u c (әlindә teleqraf kağızı,
kәhildәyә-kәhildәyә girir
içәri vә ucadan soruşur). Hanı hacı
әmi?
Onun dalınca anası yenә
ağlaya-ağlaya girir içәri. Nazlı yox olur. Sonra
kәhildәyә-kәhildәyә içәri
girirlәr. H a c ı B ә x
ş ә l i, H a c ı K
ә r i m, H a c ı K a z
ı m, M i r B a ğ ı r a ğ a, H e y d ә r a ğ a
vә biz gördüyümüz adamların çoxu.
Çox adam da otağa sığışmayıb durur
qapıda. Adamlar kәhildәyә-kәhildәyә
bir-birinin üzünә baxıb, bilmirlәr nә
qayırsınlar. Hacı Hәsәn içәri girib,
çox tәәccüb elәyib, mat qalır vә
adamlara üzünü tutub soruşur.
H a c ı H
ә s ә n. Camaat, xeyir ola? Nә xәbәrdi, nә
var?
M ә ş ә d i O r u c (ağlaya-ağlaya).
Hacı, Kәrbәlayı Fәtullah dirilmәyib.
İskәndәr xa ... xa ... xa! ...
çәkib gülür vә adamların içinә
girib yox olur.
H a c ı H
ә s ә n (Mәşәdi Oruca). Nә
danışırsan, necә dirilmәyib?
A d a m l a r ı n
ç o x u b i r d ә
n. Bәli, bәli, dirilmәyib.
H a c ı H
ә s ә n. A kişi, allah rizasına, elә söz
danışmayın. Elә şey olmaz vә ola da
bilmәz.
M ә ş ә d i O r u c. Hacı әmi, vallah,
belәdi. Bu da telğraf, al, oxut, gör nә
yazılıb. (Әtәyi ilә gözünün
yaşını silir vә kağızı uzadır
Hacı Hәsәnә). Hacı әmi, axı
Kәrbәlayı Fәtullahdan kağız
gәlmişdi ki, guya bu şeyx onu dirildib vә özü
dә çıxıb gәlir. Mәn dә, özün
bilirsәn ki, Xorasana telğraf elәmişdim ki,
görüm Kәrbәlayı Fәtullah niyә
yubandı. Telğrafı da Hacı Mәmmәdәlinin
üstünә göndәrmişdim. Çünki
dadaşım dirilsәydi, Hacı
Mәmmәdәligildәn savayı özgә yana
getmәzdi. İndi Hacı Mәmmәdәli yazır ki,
siz dәli-divanә olmusunuz. Adam da mәgәr
ölәndәn sonra dirilәr?
H a c ı H
ә s ә n (teli ala-ala). Necә?
İskәndәr adamların
içindәn xa ... xa! ... çәkib gülür.
H a c ı H
ә s ә n (Heydәr ağaya). Ay Heydәr ağa, allah
atana rәhmәt elәsin, bir bizi başa sal görәk,
bu necә telğrafdı? Axı, ağıl kәsmir ki,
gözümüz ilә gördüyümüz
işlәrin hamısı yalan çıxsın. Biz ki,
allaha şükür, uşaq deyilik, dәli deyilik. Allaha
şükür, şeyx cәnablarının
möcüzәlәrini burada olan adam hamısı
gördü. Bәlkә telğrafda sәhv-zad var?
Hamı bir-birinә deyir: "Vallah, belә
zad olmaz", "Xeyir, belә deyil". "Vallah, başa
düşә bilmirәm".
H e y d ә r a
ğ a. Hacı Hәsәn ağa, mәn telğrafı
diqqәtlә oxumuşam. Telğrafda sәhv yoxdur. Mәn
belә mәslәhәt görürәm, genә
şeyxin özünә bu әhvalatı bildirәsiniz ki,
görәk sözü nәdi vә bu teli kim vura
bilәr vә belә yalanı kim düzәldә
bilәr?
H a m ı b i r
d ә n. Bәli, bәli, yaxşı buyurur; şeyxin
özünә demәk lazımdır.
(Hamı sakit olur).
H a c ı H
ә s ә n. Vallah, doğrusu, adam utanır da şeyxә
belә sözlәri demәyә. Doğrusu, mәn bir
az xәcalәt çәkirәm. A kişi, vallah, ola
bilmәz. Burada bir özgә әmәl var.
Qәrәz ki, vallah, mәn utanıram. Belә
xәbәri mәn şeyxә verә bilmәnәm.
H a c ı B
ә x ş ә l i (Hacı Kәrimә). Hacı
Kәrim ağa, sәn yaxşısan, sәn özün
şeyxnәn danış.
H a c ı K
ә r i m. Xeyr, xeyr, mәn o qәlәti elәyә
bilmәnәm! (Hacı Kazıma). Hacı Kazım ağa,
sәn özün yaxşısan.
H a c ı K a z
ı m. Doğrusu, mәn şeyx cәnablarından qorxuram.
Qardaş, görmürsünüz ki, necә hirslidir?
Elә çığırır ki, dam-daş titrәyir.
M i r B a ğ
ı r a ğ a (qabağa
yeriyib). A kişi, burada, mәn bilmirәm, nә
çәtin iş var? Şeyx Nәsrullah adamyeyәn deyil
ki! İstәyirsiniz mәn bu saat gedim, hәr nә
sözünüz var deyim. (Yavuqlaşır şeyxin
qapısına).
H a m ı.
Çox әcәb! Çox әcәb! Allah atana rәhmәt
elәsin!
H a c ı H
ә s ә n (yeriyib Mir
Bağır ağanın qabağına). Ay ağa, sәn
allah barı bir az ehtiyatlı ol. Genә hәr nә
deyәcәksәn, bir az әdәbli de ki, yazıq
şeyxi özümüzdәn incitmәyәk.
M i r B a ğ
ı r a ğ a (әli
ilә şeyxin qapısını tıqqıldadır,
hamı qorxub çәkilir kәnara. Çoxları otaqdan
çıxır. Mir Bağır ağa yenә
qapını döyә-döyә
çağırır). Cәnab şeyx!
H a c ı H
ә s ә n (kәnardan qorxa-qorxa). Mir Bağır ağa,
gәl bir istixarә elәyәk; bәlkә, heç
şeyxi narahat elәmәyimiz mәslәhәt deyil?
Mir Bağır ağa qulaq asmayıb,
qapını dәxi dә bәrk döyür. Hamı
sakit olub, mat qalır.
İskәndәr adamların
içindәn
çıxıb, birdәn gәlir vә
qapını tәpiyilә bәrk vurur. Qapı
açılır, adamlar qorxularından qaçırlar
eşiyә vә şeyxin
otağının tamaşaçılara tәrәf
pәrdәsi qalxır.
İKİNCİ
PӘRDӘ
Şeyxin otağında bir kәs
görsәnmir. İskәndәr otağa girib,
tәәccüblü o tәrәf-bu tәrәfә
baxıb, yavuqlaşır küncdә asılan pәrdәnin
yanına vә pәrdәnin kәnarını
qalxızıb baxan kimi, pәrdә dalında olan dörd
nәfәr qız başlayır birdәn ağlamağa.
İ s k ә n d ә r (qızlardan
soruşur). Hanı şeyx? (Qızlar cavab vermәyib
ağlayırlar).
İ s k ә n d ә r (Şeyxi axtarmaq
qәsdilә yenә o tәrәf-bu tәrәfә
baxıb vә sonra pәrdәnin dalındakı qızlara
baxıb, yenә soruşur). Bәs qonaqlar hara gediblәr?
Q ı z l a r d a n
b i r i s i (pәrdәnin
dalından). Gecәynәn şeylәrini
yığışdırıb dedilәr: "gedirik
hamama".
İskәndәr bir söz demәyib,
qızların pәrdәsini salıb, başını
aşağa salıb, bir qədәr fikirli durur. Bu heyndә
eşikdә qiylü-qal vә qaçhaqaç qopur. Bir az
da keçir, ü ç n
ә f ә r a d a m,
müsafir paltarında, silahlı vә toz-torpaqlı,
çox hirsli girirlәr qabaq otağa vә ucadan
soruşurlar. "Hanı o ölü dirildәnlәr?"
Sonra müsafirlәr vә onların dalınca c a m a a t
girir şeyxin otağına. Müsafir vә camaatdan bir
neçәsi İskәndәrdәn soruşurlar:
"hanı Şeyx Nәsrullah?" İskәndәr
cavab verir ki, "qaçıblar". Müsafirlәr
vә camaat ucadan soruşur: "Necә qaçıblar,
hara qaçıblar?". Otağa böyük
mәrәkә düşür. Pәrdә dalından
qızlar başlayır ağlamağa. Adamların biri
soruşur: "Hara qaçıblar?" biri: "Necә
qaçıblar?". Biri deyir: "Nә vaxt
qaçıblar?" Bir-iki kişi gәlib pәrdәnin
dalından qızlardan soruşur: "Bala, niyә
ağlayırsan? Bala qorxma!" Adamlar qarışıb
bir-birinә. Müsafirlәrin biri üzünü camaata
tutub deyir.
M ü s a f i r. Ey müsәlman qardaşlar!
Bir sakit olun; iki kәlmә sözümüzü eşidin;
sonra siz dә tәklifinizi bilin; bizә dә
kömәk elәyin. Biz İrәvan vilayәtindәnik
vә indi elә başa düşürük İsfahan
lotuları bizim başımıza gәtirәni, sizin
dә başınıza gәtirib. Belә ki, bu haramzadalar
yalandan adlarını müctәhid qoyub, gәlib bizim
şәhәrdә dörd gün qalıblar vә min
hiylә ilә gecәdә bir qız alıb, kәbin
altında qoyub, çıxıb qaçıblar. Aman
günüdür, onlar qaçan yolu bizә nişan verin,
tutaq vә onların divanını elәyәk.
Pәrdә dalında qızlar yenә
ağlaşırlar. Adamların bir neçәsi
müsafirlәrin qabağına düşüb vә
çoxusu onların dalınca tez qaçırlar va
qaça-qaça çığırırlar.
Durmayın, durmayın! Qaçaq Culfa yoluna!
Kәrbәlayı Hәsәn! Mәşәdi
Cәfәr! Әli! Hәsәnqulu! Atları minin,
durmayın, gedәk o lotuları tapaq!
Adamların çoxu vә müsafirlәr
qaçıb, çıxıb gedirlәr.
İ s k ә n d ә r (Şeyxin
otağının ortasında durub, müsafirlәrin
sözlәrini tәkrar elәyib, öz-özünә
deyir). Gecәdә bir qız alıb, axırda qoyub
qaçıblar! Xa ... xa ... xa!... (Qah-qah çәkib
gülür; sonra sakit olub fikirli, qızlara tәrәf
üzünü çöndәrib vә yenә bir az
fikirdәn sonra qalan adamları eşik otaqdan bir-bir
çağırır içәri). (Adamlara). Gәlin
içәri, gәlin bura! Gәl, gәl! Yavuq gәl!?
Gәl, keç içәri. Sәn dә gәl,
Hacı Kazım, sәn dә buyur içәri.
hamınız gәlin içәri! Mәn ölüm
hamınız gәlin! Bax, belә! Keç! Keç!
Sәn dә keç içәri! Sәn dә gәl.
Gәlin, gәlin (Bu sözlәri deyә-deyә
İskәndәr adamları, yığır şeyxin
otağına), Di indi növbәt mәnimdir, qulaq asın;
mәn dә bir-iki kәlmә söz danışım.
(Hamı düzülüb vә sakit dururlar vә
İskәndәr "sus" elәyib, gedir
qızların pərdәsini çәkib qopardır,
atır kәnara. Camaat utandğından başını
salır aşağı. Qızlar da utanıb,
üzlәrini әllәri ilә tuturlar vә başlayırlar
ağlamağa. İskәndәr üzünü tutur
camaata).
İSKӘNDӘRIN
NITQI
Baxın! Baxın! Yaxşı baxın!
Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu,
qan ilә yazılmış bir sәhifәdir. Sizdәn
sonra gәlәnlәr bu kitabı vәrәqlәyib,
bu sәhifәni görәndә sizi yada salıb
deyәcәk: (ucadan) tuf sizin üzünüzә!
"Tüpürür camaata tәrәf". Hamı
başını aşağı salıb dinmir).
Bağışlayın, kefli İskәndәr bir az
biәdәblik elәyir. Amma indi dә növbәt
mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca
uşaqları (qızları göstәrir) zornan gәtirib
qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara
deyәndә ki, sәni verirәm bu şeyxә, bu
biçarәlәr çığırıb
bağırırdılar vә sizin çirkli
ayaqlarınızı öpә-öpә
yalvarırdılar: "Ata, aman günüdür, mәni
anamdan ayırma!" (Üzünü qızlara tutub).
Elәdirmi? Doğrumu deyirәm?
Qızlar
ağlaya-ağlaya
baş yendirirlәr.
Yox, mәn ondan ötrü incimirәm.
Çünki siz qızlarınızı bura
çәkә-çәkә elә xәyal edirdiniz
ki, bunları behiştә çәkirsiniz vә
İsfahan şeyxlәri sizi inandırmışdılar ki,
hәr kәs bu mübarәk otağa qәdәm qoysa,
ölәndәn sonra qiyamәtәdәk qәbrin
dәriçәsindәn mәlakәlәrlә
söhbәt edәcәk. Amma zәmani ki, ricәt
mәsәlәsi ortalığa qoyuldu vә Şeyx
Nәsrullah ölülәrin dirilmәk ixtiyarını
qoydu sizin qabağınıza, siz, dәriçәdәn
mәlakә axtaranlar, ölәn
qardaşlarınızın, bacılarınızın vә
övrәt-uşaqlarınızın dirilmәyinә
razı olmadınız. Niyә razı olmadınız? Ondan
ötrü ki, arvadlarınızın hamısını yumruq
altında öldürmüşsünüz; ölәn
qardaşlarınızın arvadını
almısınız, ölәn dostlarınızın
yetimlәrinin malını yemisiniz. Razı olmadınız
ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi
görüb desinlәr: "Tuf sizin
üzünüzә!" (Bәrk tüpürür).
Camaat hamısı başını salır
aşağı.
Bu sözlәri sizә demәkdә
elә xәyal elәmәyin ki, mәn sizi pislәyib,
özümü tәrif etmәk istәyirәm. Yox, yox!
Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn
çöllәrin otuyam, küçәlәrin
torpağıyam, dağların daşıyam, kolların
kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir
şeyәm. Әgәr mәn bir şey olsaydım,
cibimdәn bir bomba çıxarıb (әlini uzadıb
cibindәn araq şüşәsini çıxardır) bu
evi bir saniyәnin içindә havaya dağıdıb,
İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn
edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә
şeylәr gәlmәz. Bu araq şüşәsidir
vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca
uşaqları boğanda, mәn bu
şüşәdәn araq içәrdim.
Qızlar başlayırlar ağlamağa.
Yox, yox, o
mәnim işim
deyil. O, igid işidir. Siz tәk camaatın da igidi mәnim tәk olar. Hәlә mәn heç. İndi görәk siz kimsiniz? Mәnim adım kefli İskәndәrdir; bә sizin adınızı nә qoyaq? Mәn dağları,
daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: "Ölülәr". Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, Şeyx Nәsrullahın hәrәmxanasına tamaşa elәsinlәr; o vәdә bütün yer üzünün
tayfaları sizi bir sәslә
adlandırarlar: "Ölülәr!" Vә bizdәn sonra gәlәnlәr illәr uzunu sizi yada salıb bir sәslә deyәcәklәr. "Ölülәr"....
Musiqi.
Dәxi bәsdi. Di gәlin qızlarınızı aparın
analarının yanına. (Yapışır qızın
birinin әlindәn). Bu kimin qızıdı?
Camaat
içindәn
bir kişi yeriyir qabağa.
Sәnin qızındı? Di gәl apar.
Kişi gәlib, yapışır
qızının әlindәn.
İskәndәr (o biri qızın әlindәn yapışıb, yenә soruşur). Bu kimin
qızıdır?
Yenә bir kişi gәlib yapışır
qızın әlindәn vә aparır. Bu minvalla
üçüncü vә dördüncü qızı İskәndәr yola salır. Qızlar
başlarını aşağı salıb, alçaqdan
ağlaya-ağlaya musiqinin sәsilә çıxıb gedirlәr. Camaat da başını
aşağı salıb, mәyus durur. Axırıncı qız
yola düşәndә İskәndәr araq şüşәsini çәkir başına vә boş şüşәni vurur yerә. Yavaş-yavaş pәrdә yenir vә musiqi çalır.
Axırı.
12 iyun
1909. Tiflis.