YIĞINCAQ
Kәndin ortasında keçmiş
mülkәdar K a l ı ş b ә y i n boş samanlığına
kәnd camaatı cәm olubdur: kimi bağdaş qurma, kimi
çömbәlib, kimi dә ayaq üstәdir.
Tәqribәn iyirmi-otuz adam var. Yuxarı başda kәnd
şura sәdri H ә s ә n ә l i, sol әlindә
çubuq, sağ әlindә ağaç, çubuq
çәkә-çәkә vә
danışa-danışa әlindәki ağacı gahdan
bir yerә vurur. Onun çovuşu
Z e y n a l әlindә
şallaq, sәdrin әmri ilә gah gedir adam
çağırmağa, gah qayıdıb gәlir.
Kәndlilәr yenә gәlmәkdәdirlәr.
Әhvalat Qarabağın aran tәrәfindә
kәndlәrin birindә vaqe olur.
Mәclisi kәnd şura sәdri
Hәsәnәli bu sözlәrlә başlayır
vә tәzә içәri girәn Zeynala
üzünü tutub bir növ acıqlı deyir:
"Mәn, flan-flan olmuş sәnә
dünәn axşamdan dedim ki, camaatın hamısına
xәbәr verәsәn ki, bu gün günorta çağı
tәk bir adam da evdә qalmasın, bura cәm olsun. Pәs
hanı camaat?"
Z e y n a l
Yoldaş Hәsәnәli, allaha and olsun,
kәnddә bir ev dә qalmayıb ki, gedib xәbәr
vermәmiş olam. Qardaş, gәlmirlәr, vallah,
gәlmirlәr, lap belәcә dirәniblәr. Biri
deyir, su nobatımdır, gәlә bilmәnәm, biri
deyir, dәyirmana dәn aparacağam. Daxı mәn nә
elәyim? Ay Hәsәnәli, mәnimki demәkdi.
İndiki zamanda demәkdәn savayı nә
elәmәk olar?! Zornan xalqı
çәkә-çәkә gәtirә
bilmәnәm ki? Mәnimki demәkdi.
H ә s ә n ә l i (acıqlı vә ucadan). Necә
yanı gәtirә bilmәnәm? Canını da alaram!
Xalq öz başına deyil ki? Z e y n a l. Yanı sәn deyirsәn ki,
mәn kәnd camaatına zor elәyim?
H ә s ә n ә l i (acıqlı). Zor da
elәrәm, canını da alaram! Kәnd camaatı ki,
hökumәtin sözünә baxmadı, hökumәtin
qәrarını pozmaq istәdi,-- o camaatın
canını da alallar.
S ü l e y m a n.
Bir surәtdә ki, camaat hökumәtin
çağırmasına gәlmәdi, -- adamın
canını da alallar. M ü ә l l i m M i r z ә Y ә h y a. Әlbәttә ki, qәrardada
tabe olmaq lazım gәlir.
H ә s ә n ә l i (üzünü camaata tutub). Buna bax sәn allah, bir yandan
özәk katibi yazır ki, günorta vaxtı camaat orada
hazır olsun ki, iclas olacaq; bir yandan da hәrә bir cavab
versin ki, su nobatım belә gәldi, dәyirman nobatım
belә getdi. Cәhәnnәmә getdi, gora da
üstәlik! M u s t a f a
(Hәsənәliyә). Hәsәnәli,
doğrudan da görәsәn bu gün
mәrkәzdәn gәlәn kimdi? Yәqin tәzә
bir mәsәlәdәn ötrü bir iclas qurulur.
H ә s ә n ә l i (başını bulaya-bulaya
öz-özünә gileylәnir). Eh, nahaq yerә
belә camaatın tәklifini qәbul elәdim vә bu
boyunduruğu boynuma götürdüm. Qardaş, sәni ki,
iclasa çağırırlar, әlbәttә ki, bir
vacib mәsәlә var ki, mәrkәzdәn adam
göndәrirlәr. Qardaş, axır gün günorta ki,
olub, niyә vaxtlı-vaxtında cәm olmursunuz ki, adamın
üzünә söz gәlmәsin? Qurani-münzәl
haqqı, bu camaatın hәrәkәti mәni xarab
elәyibdir ki, huşum başımda deyil.
Kәndlilәrdәn Me h b a l ı içәri girir.
H ә s ә n ә l i (Mehbalıya). Hey, Mehbalı ağa, allaha
şükür olsun ki, axırı sәn dә
tәşrif gәtirdin. Qardaş, axır axşamdan
sizә xәbәr verilib ki, bu gün iclas
çağırılır, mәrkәzdәn adam
gәlәcәk. Axır mәn bilmirәm nә vaxt
bizdә dә bir qayda olacaqdır.
M e h b a l ı
(Hәsәnәliyә bir az qabarır). Axır
nә olub ki? Qoymazsınız xarabamızda bir saat oturub
yorğunluğumuzu alaq? Nә qiyamәtdir axır? Siz
çağırmısınız, mәn dә
gәlmişәm. Dәxi qanmıram ki, nә
istәyirsiniz?
H ә s ә n ә l i (qabarır). Әdә, balam,
sizә daxı söz demәk olmaz? Axır, a yoldaş, bir
bax gör günün nә vaxtıdır? (Göyә
baxır). İndi az qalır günorta olsun.
M e h b a l ı.
Cәhәnnәmә olsun, gora olsun! Sәn
çağırmısan, mәn dә gәlmişәm.
Daxı bilmirәm mәndәn nә istәyirsәn.
K a b l a S a l a
h (Hәsәnәliyә
tәrәf). A balam, siz olasınız allah,
söz-hekayәti qurtarın getsin. Mәn bilmirәm,
axır sözlәşmәyin nә mәnası var?
Daxı bәsdir, siz olasınız allah, qoyun görәk
başımıza nә iş gәlir. Qoyun görәk
gәlәn kimdi, nәdәn ötrü gәlir?
Әsl mәtlәbi qoymusunuz, ancaq bir-biriniznәn
deyişirsiniz.
Kalışbәy içәri girir vә
dinmәz-söylәmәz gedir quru yerdә bağdaş
qurma oturur. Tәsbehini çıxarıb başlayır
çevirmәyә.
H ә s ә n ә l i (Kalışbәy tәrәf).
Kalışbәy, bağışlaginәn, sәnin bu
mәclisә gәlmәyә ixtiyarın yoxdu. Sәnin
sәsin alınıbdı.
K a l ı ş bә y (iki әlli tәsbeh
çevirә-çevirә). Xub, burada indi seçki yox,
sәs vermәk yox. Mәnim sәssizliyimin sizә burada nә
zәrәri ola bilәr?
K a b l a S a l a
h, K a b l a Ә l i ş, Ә b d ü l k ә r i m (birdәn). A kişi, heç bir
zәrәri ola bilmәz? Burada nә var ki?
Ә b u z ә r,
k o m s o m o l M u r a d, S ü l e y m a n, C ә m ş i d (birdәn). A
kişi, necә ola bilmәz? Hazır ki, sәsi
alınıb. Sәsi alınmışların bu
mәclisdә nә işi ola bilәr?
Kalışbәy durur ayağa vә
sәs-küy yatır.
K a l ı ş b ә y. Eybi yoxdur, gedәrәm
(istәyir getsin, sonra isә fikirlәşir vә
Hәsәnәliyә tәrәf qayıdır). Hәsәnәli
yoldaş, samanlığın kirasından iki ayın haqqı
qalır; yәni o qәdәr dә pul deyil, ayı iki
manatdan dörd manat elәyir, onu çıxart ver. İmran
qoyun kәsib, uşaqlara әt alacağam. Bir qәpik pulum
yoxdur.
H ә s ә n ә l i. Necә
samanlığın kirası? Hansı samanlığın?
K a l ı ş b ә y. Bax, hәmin bu samanlığı
deyirәm ki, siz bunu klub elәmişsiniz vә burada iclas
qurursunuz.
H ә s ә n ә l i. Mәn kira-zad bilmәnәm.
Mәn heç kәsdәn samanlıq kira
elәmәmişәm.
Y a r m ә m m ә d (Hәsәnәli
tәrәfә). Hә, doğrudu, keçәn ilin
sözüdü.
İ m a m v e r d i.
Hәlә bәlkә altdakı ilin söhbәt
ola.
K a b l a Ә l
i ş. Onda Şura sәdri
Hәsәnәli deyildi.
H ә s ә n ә l i. Xeyr, mәn deyildim.
Ә b u z ә r.
A kişi, haranın sözünü
danışırsınız, onda şura sәdri sarvanlı
İsa idi.
B i r n e ç
ә s i. Hә, İsanın
vaxtında idi.
B i r-i k i k
ә n d l i. Hә,
İsanın vaxtında idi.
K a l ı ş b ә y. Xub, istәr
İsanın vaxtında olsun, istәr Musanın vaxtında
olsun. Mәn samanlığımı hökumәtә
icarәyә vermişәm, hökumәtdәn
dә istәyirәm. Nә dәxli var ki?
Bu nә sözdü?
B i r-i k i k
ә n d l i girir içәri
vә hәrә bir yanda gedib oturur.
K a l ı ş b ә y (gedә-gedә). Xub, mәn
gedirәm. Amma bizim Şura hökumәtimiz әdalәtli
hökumәtdi. O razı olmaz ki, mәnim var-yoxum,
torpağım vә kәhrizim alınıb
kәndlilәrә verilәndәn sonra bir uçuq
samanlığımdan da mәnә çatası olan
üç-dörd manat cib xәrcliyimi Şura sәdri
lәngә sala ki, nә var-nә var, mәn
köhnә mülkәdaram. Xub, bunun mәtlәbә
nә dәxli var? Xudahafiz (yox olur).
Kәndlilәrin bir parası
gülüşür vә Kalışbәy dala baxa-baxa
çıxıb gedir. Kәndlilәrin içindә
gülüşmә ucalır, fışqırıq
çalınır vә camaat gülüşür. Ayaqyalın Q u r b a n
adlı muzdur
mәclisә girib,adamlara tәәccüblә
vә guya qorxa-qorxa baxır.
H ә s ә n ә l i (acıqlı, Qurbana
tәrәf). Qurban, and olsun
Әbülfәzl-Abbasa, sәnin sәsini alacağam! (Qurban
fağır-fağır durub dinmir).
H ә s ә n ә l i (yenә acıqlı haman
sözlәri deyir). Sәnin meyidini görüm ki, sәnin
sәsini alacağam!
Q u r b a n
(yavaşca, qorxa-qorxa). Nә sәbәbә, a
Hәsәnәli koxa?
H ә s ә n ә l i. Necә yanı nә
sәbәbә? Hәlә burası qәribәdir
ki, hәlә sәbәbini dә soruşur.
Zeynal girir içәri.
Qәribә burasıdır ki, hәlә
sәbәbini dә soruşur. (Qurbana tәrәf).
Necә yanı nә sәbәbә? Pәs sәn
bilmirsәn ki, bu gün burada iclas çağırılır.
C a b b a r
(Hәsәnәliyә). Hәsәnәli
yoldaş, sәn ağzının
danışığını bilmirsәn. Onunçün
dә vә nahaq yerә dә çığırırsan.
Çünki burada kar adam yoxdur.
H ә s ә n ә l i. Hәlә
mәn danışıram, Qurban danışır. Pәs
sәnә kim söz verdi, sәn Qurbana vәkillik
elәmәyi başladın?
C a b b a r.
Necә kim söz verdi? Mәn özüm söz verdim.
H ә s ә n ә l i (Cabbara). Sәn çox
danışsan, sәnin dә sәsini alaram.
C a b b a r (bir iz
yuxarı qalxıb xoruzlanır). Necә ala bilәrsәn?
Heç vaxt ala bilmәzsәn.
K a b l a S a l a
h (danışanlara). Ay uşaq,
sizi pәrvәrdigar, qalmağal salmayın.
K ә n d l i Y
a r m ә m m ә d
(Hәsәnәliyә).
Hәsәnәli, ağlın nә kәsir, bu
gün mәrkәzdәn gәlәn kim ola bilәr?
C a b b a r. Yәqin ki, mirab olacaq, çünki
Seyid Hüseyn dünәn sudan yana şikayәtә
getmişdi.
K a b l a Ә l i
ş (Cabbara tәrәf). Yox, Cabbar, mirab ola bilmәz. Mirab
bu gün sarvanlara gedәsi idi. Mәn deyirәm belә
naloqdan yana gәlirlәr.
Z ü l f ü q a r
(Kabla Әlişә). Yox, Kabla Әliş, belә
deyil, mәnim dünәn şәhәrdә
qulağıma çatdı ki, hәmkarlar ittifaqı
sәdri bizim kәndә gәlәsi idi.
H a q v e r d i. (Hәsәnәliyә).
Hәsәnәli, pәs sәnә heç
yazmayıblar ki, kәndә gәlәn kimdi vә
nә işdәn ötrü gәlir?
H ә s ә n ә l i. Yox, gәlәnin
nәçi olduğunu yazmayıblar. Ancaq özәk katibi
sifariş edib, bu gün günorta vaxtı iclas
çağırım, çünki buraya gәlәn
adamın mәruzәsi olacaqdır.
Ә b u z ә r.
Elәdә ukom da gәlәcәk.
C ә m ş i d. Elәdә ispolkom da
gәlәcәk.
Q a s ı m H a c
ı l a r o ğ l u.
Elәdә politbüro
gәlәcәk.
K a b l a C a h a n
g i r (guya bir şey
tapıbdır). Hәsәnәli, Hәsәnәli,
yol, yox, srağa gün bazarda zemkom mәnә rast gәlib
soruşdu ki, niyә qoyursunuz Hәmzәnin
çәpәrinin qabağını Rzaqulu әkin
elәsin? Bәlkә bu gün gәlәn zemkom ola.
İ m a m v e r d i. A kişi, mәn qanmıram
ki, axır niyә belә uzağa gedirsiniz? Yoxsa belә
güman elәyirsiniz ki, Mәmişi
özlüyünә qoyacaqlar ki, vurub fağır
Mәmmәdәlinin başını dağıdıbdır,
biçarәnin başı deyirlәr simlәyibdir. Siz
ölәsiniz ki, bu gün gәlәn silisçi
olacaqdır.
K o m s o m o l M u
r a d (içәri
girә-girә). Deyәsәn mәrkәzdәn
gәlәnin sözünü danışırsınız?
Mәn eşitdiyimә görә bu adam maarif xadimlәri
ittifaqının sәdri gәrәk ola. Biz onu iki
gündür gözlәyirik.
M ә ş ә d i S a l m a n
(Hәsәnәliyә). Hәsәnәli
yoldaş, nә ağlın kәsir, bәlkә
hәrbi stol müdiri ola?
Ә b d ü l k ә r i m. Yox, yox, o da deyil. Yәqin ki,
yardım komitәsidir. Dünәn Heybәtqulu yardım
komitәsinә şikayәtә getmişdi.
İ m a m v e r d i. İndi nә deyirsiniz deyin,
amma çәgirtkә adamları da ola bilәr ha!
Q a s ı m H a c
ı l a r o ğ l u. Amma ola
bilәr ki, milis naçarniki dә olsun ha!
Ş a h v e r d i. Amma ola bilәr ki, toxucular
ittifaqı adamlarından da olsun.
Ә b d ü l k ә r i m (Hәsәnәliyә).
Hәsәnәli, bәlkә Yermeşә
ittifaqından gәlәn var?
Q u l a m ә l i. Yox, yox. Hәr nә
deyirsiniz deyin, amma bu gәlәnlәr muzdur
komitәsindәn gәlәn olacaq.
S e y i d b a l a.
Qardaş, bir allaha baxın, axır kağızı gәtirin.
Açıqca deyibdi ki, kağızı firqә
özәk katibi verdi, yanında da bir adam var idi, o da çox
acıqlı adama oxşayırdı; özü dә urusca
danışırdı, amma musurman idi. Yәqin ki, o adam bu
gün bura gәlir. Ya yollara baxan adamdı ki,
körpülәrә vә arx-bәrәyә nәzәr
yetirsin, ya da malları istraxavoy elәyәn adamdı. Ancaq
bunlar hansı birisi olsa, әvvәl-axır bizim
üçün dәrd-sәrdi; çünki o ki,
körpülәri deyirsәn, qardaş, vallah....
Ç a l C
ә f ә r . (Seyidbalanın sözünü kәsir). A
kişi, mәn qanmıram ki, yavığı qoyub
uzağı axtarırsınız. Bu adam köybirliyi
tәrәfindәn gәlir.
X ә l i l.
Köybirliyi yox, sәnәtbirliyi.
Ә b u z ә r. Sәnәtbirliyi yox,
ticarәt birliyi.
K ә n d m
ü ә l l i m i. Xub, ticarәt birliyi deyәndә
lazımdır, müәyyәn elәmәk ki, aya
ticarәtin hansı şöbәsinin birliyini
nәzәrdә tutursan; pambıq birliyinimi, yun birliyinimi,
ipәk birliyinimi, yaxud .... (hıqqıldayıb dayanır).
Ç a l C
ә f ә r. Yox, xeyr, bir
dәri birliyini, bağırsaq birliyini, ciyәr birliyini
(adamlar gülüşür).
Qapıda duranlardan sәs gәlir:
"çәkilin, çәkilin" vә i k i
n ә f ә r a t l
ı atdan yenirlәr. İkisinin dә qoltuğunda yekә
portfel. Qabaqca gözü çeşmәkli bir c a v a n, başında şapqa,
ayağında paxodnı, tapançalı qalife şalvar,
tәqribәn iyirmi yaşında, qoltuğunda portfel, i k i n
c i s i iyirmi beş-otuz
yaşında, şapqalı paxodnı çәkmә,
yaraqlı. Bunlar daxil olur camaatın içinә vә
yuxarı başa keçirlәr vә yuxarı başda
qoyulmuş miz üstә portfellәrini qoyub,
başlayırlar portfellәrin içindәn
kağız-kuğuzlarını qurtdalamağa vә oradan
bir neçә kağız-kuğuzu mizin üstә qoyub,
camaata tәrәf nәzәr edirlәr. Bunlardan
çeşmәksiz yoldaş -- ki, adı tәbliğat
şöbәsi müdiri imiş,--üzünü camaata
tutub deyir.
T ә b l i ğ a t
ş ö b ә s i m
ü d i r i. Yoldaşlar, mәn bu gün iclası
açılmış elan edirәm vә
mәtlәbә keçmәkdәn qabaq bu bir
neçә sözü dә lazım bilirәm
söylәyәm ki, bundan qabaqkı әsrlәrdә
insanlar heyvan kimi yaşayırdılar; necә ki, bir
sürü heyvan düşәrdi bir çobanın
qabağına vә o çoban da bu sürünü hara
istәrdi oraya da aparardı. Amma indi, necә ki
görürsünüz, dünyanın
zәhmәtkeşlәri bir-biri ilә
әl-әlә verib, daxı özlәrini heyvan
sürüsünә oxşatmaq istәmirlәr vә
daxı, padşahlara, bәy vә xanlara boyun әymәk
istәmirlәr. Ancaq şahlar, bәy vә xanlar da qara
camaatı istismar etmәk üçün bunları qaranlıqda
saxlamağa çalışırdılar. Haman bugünkü
iclasımızın mövzusu haman bu mәsәlәdir
ki, mәrkәzdәn qәzamıza gәlәn
tәbliğatçı yoldaş burada bu saat
mәruzәdә bulanacaqdır. Söz verilir hәmin
qәzadan gәlәn tәbliğatçı yoldaşa.
Q ә z a d a n
g ә l ә n t ә
b l i ğ a t ç ı y o l
d a ş. Mәruzәdәn qabaq mәn onu
istәyirәm sizә deyәm ki, siz avam kәnd
camaatı bircә
dәnә mәtlәbi gәrәk heç
unutmayasınız ki, hәr bir tәrәqqinin banisi
vә hәr bir mәruzәnin şәrt vә
şәraiti vә hәr bir tәbliğatın birinci
mәzmunu budur ki, mәn onu burada sizә bәyan etmәk
istәyirәm ki, siz dә , onu nәzәrdә
saxlayasınız vә illa әgәr onu siz
nәzәrdә saxlamasanız vә onu özünüz
üçün dillәrdә әzbәr
etmәsәniz -- nә kәnd istehsalatımız
tәrəqqi edәr vә nә dә beşillik
planımız baş tutar vә nә dә qeyri bir
mәramımız baş tutar.
C a m a a t.
Әlbәttә, әlbәttә belәdir.
Q a s ı m H a c
ı l a r o ğ l u. Ay yoldaş, buyurun görәk indi
tәklifiniz nәdir vә bizә nә yol
göstәrmәk istәyirsiniz.
Q ә z a d a n
g ә l ә n t ә
b l i ğ a t ç ı.
Hәr şeydәn qabaq bunu gәrәk
nәzәrә alaq ki ,... (dayanır). Q a s ı m. Bәli,
nәzәrә alaq ki....
K ә n d l i l ә r d ә n b i r
n e ç ә s i.
Hә, nәyi nәzәrә alaq?
Q ә z a d a n
g ә l ә n t ә
b l i ğ a t ç ı.
Nәzәrә alaq ki....
K ә n d l i l ә r d ә n b i r
n e ç ә s i.
Hı, buyur görәk.
Camaat daxı da artmaqdadır. Adamlar diqqәt
ilә qulaq asır.
Q ә z a d a n g ә l ә n t ә b l i ğ a t ç
ı. Ay yoldaşlalar, bunu
borcluyam sizә xәbәr verәm ki....
Camaat bir növ ölgün kimi olur vә çox tәәccüblü bir-birinin
üzünә
baxır.
Ç a
l C ә f ә r (tәbliğatçıya). Ay
yoldaş, camaat xahiş edir o sözü bir dә deyәsiniz.
Q ә z a d a n g ә l ә n t ә b l i ğ a t ç
ı. Mәn deyirәm
ki, allah yoxdu.
K a b l
a Ә l i ş,
S e y i d b a l a, K a b l
a P i r v e r d i vә b i r n
e ç ә s i.
Necә yan? allah
yoxdu?....
Q ә z a d a n g ә l ә n t ә b l i ğ a t ç
ı. Yoxdu da! Daxı necәsi yoxdu ki!
Camaat yenә bir-birinin üzünә tәәccüblü baxır.
S e y i d b
a l a (tәbliğatçıya). Xub, ay
yoldaş, bu söz sizin doğru sözünüzdü, yoxsa
zarafat elәyirsiniz?
Q ә z a d a n g ә l ә n t ә b l i ğ a t ç
ı (tәәccüblü). Daxı burada
zarafat ola bilmәz
ki! Mәnim siznәn nә zarafatım ola bilәr?
Camaat yenә tәәcüblü bir-birinin
üzünә
baxır.
K a b l
a Ә l i ş
(tәbliğatçıya).
Xub, a yoldaş, bir zәhmәt
olmasa bizi başa sal görәk necә yanı yoxdu; yәni lap dibindәn yoxdu, yoxsa genә bir az-maz var?