İKİ ALMA
Axşam vaxtları gәzmәyә
çıxanda, hәrdәn bir balaca oğlumu da yanımca
aparıram. Bu dәfә dә apardım.
Vә haman balaca oğlum ilә
gәzmәyә gedәndә, hәrdәn bir ittifaq
düşür ki, ona yemәli şey dә alıram ki,
mәndәn razı qalsın. Bu dәfә dә balaca
oğlum dükanlarda düzülmüş nazü-nemәti
görәndә mәndәn yemәli bir şey
istәdi. Mәn o әqidәdә deyilәm ki, hәr
dәfә uşaqla bazara gedәndә ona bir şey almaq
lazımdır vә lakin bunu da deyirәm ki, heç bir vaxt
almaq lazım deyil. Ancaq bu dәfә heç bir zad almaq
istәmirdim; o sәbәbә ki, cibimdә pulum yox idi.
Vә bir dә istәmәdim ki, uşağım hәr
dәfә bazara çıxanda dadamal öyrәnsin.
* *
* * *
Bir qәdәr dolandıq, sonra yolumuz
dәrya kәnarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çün
tәrbiyә
öz qaydasınca, uşağın öz tәbiәti--bu da öz qaydasınca.
Vә onunçun da çox da inad
etmәmәk babәtindәn dәrya kәnarında tabağa
düzülmüş meyvәlәrdәn iki şahıya iki dәnә yaxşı qırmızı
Oğlum
o dәrәcәdә mәndәn narazı imiş ki, mәn almaları ona verәndәn sonra da genә bir söz danışmaq istәmәdi vә mәn ona verdiyim suallara da çox meyilsiz
cavab verirdi.
Dәxi onu belә qaşqabaqlı görәndә mәn özüm dә bidamağ oldum vә Azәrneft idarәsinin qabağında duran tramvay
vaqonlarının birinә oğlumu qalxızdım vә özüm dә mindim ki, gәlәk evimizә.
Vaqonda hәlә bizim ikimizdәn başqa heç kәs yox idi. Oğlum boyda bir
yetim rus uşağı cır-cındır içindә, üz-gözü qap-qara,
çirkli vә
iyrәnc, gәldi durdu qabağımızda
vә mәndәn bir qәpik pul istәdi.
Cibimdә ancaq bir abbası
gümüş pul var idi. Mәn uşağa bir söz demәdim ki, keçib getsin. Bir
neçә minik
arvad vә
kişi vaqona girdilәr vә
sağımızda-solumuzda yer tutdular. Burada mәnim fikrim getdi yetimә pul vermәmәyimә vә dilәnçiyә pul vermәk lazımdı, ya lazım deyilmi mәsәlәsi mәni başladı mәşğul etmәyә; hәr kәs nә deyir desin, ancaq dilәnçi uşağa
heç bir şey vermәmәk mәnim xoşuma gәlmәdi. Buradan ona işarә etmirәm ki, mәn heç bir dilәnçiyә yox demәrәm; çünki ola bilәr ki, bir para filosofların dilәnçiyә pul vermәk, onu bәdbәxt etmәk sifәti bәlkә mәnә dә sirayәt edibdir. Ancaq sözün hәqiqәti budur ki, bugünkü dilәnçi uşağa bir qәpik vermәmәyim mәni burada xarab etdi; o sәbәbә xarab etdi ki, haman dilәnçi uşaq yaşda mәnim atalı vә analı olduğum, әyni-başı tәzә, qarnı tox, bu saat buraya mәnim sağ tәrәfimdә mәndәn incimiş oturmuşdu ki, niyә mәn ona konfet almadım, ancaq iki alma
aldım.
Vaqonumuz hәrәkәt edib gedәndә akoşkanın şüşәsinin dalından gördüm
ki, haman dilәnçi
uşaq yerdә
durub, bir qırmızı almanı ağzına basıb gәmirtlәyir. Qabaqca bir şey duymadım, amma
haman dәqiqә yanımdakı oğlumun
almaları yadıma düşdü vә çöndüm uşağa tәrәf. Oğlum gülә-gülә mәnә yavaşca bunu dedi:
“Dәdә, almanın birini verdim dilәnçi uşağa.”
Bir dәnә qırmızı
Filosofiya
alәminә gәldikdә, qeyrilәri dilәnçiyә küçәdә ianә vermәyi nә cür başa düşürlәr-düşsünlәr vә insaniyyәt mütәxәssislәri bu mәsәlәni nә tövr hәll edirlәr etsinlәr, ancaq mәnim bir balaca oğlum iki
almasını birisini bir yetim uşağa verdi.
Vә ola bilәr ki, oğlum da yekәlәndәn sonra, bir para alimlәrin "küçәdә dilәnçiyә ianә vermәyiniz" nәsihәtini eşidәndәn sonra, onları küçәdә görәndә mәnim kimi üz çöndәrәcәkdir. Ancaq hәlә ki, indi oğlum bu işlәri başa düşmür vә onunçun da iki almanın birini yetim uşağa verir.