XANIN TӘSBEHİ
Bakı ilә Tiflisin arasında dәmir
yolunun Yevlax stansiyasından şosse yolu gedir
Bәrdәyә, sonra Ağdama, buradan baş yuxarı
gedir Şuşa qalası şәhәrinә. Ağdamdan
sol tәrәfә şosse yolu gedir çıxır
Qarabulağ şәhәrinә, buradan Cәbrayıla,
Cәbrayıldan
yol gedib çıxır Araz
qırağına.
Mәşhur Xudafәrin körpüsü
hәmin buradadır.
Bir neçә il bundan әqdәm mәn
hәmin bu körpünü keçdim, qalxdım
İranın dağlarına. Buradan Qarabağ vilayәti
başlanır, ta gedib çıxır Tәbrizә. Sol
tәrәf Şahsevәn ellәri, sağ tәrәf
Rusiya torpağının Avar sәrhәddi.
Yayın qabaq ayı idi. Arazın bu
tәrәfindә isti çox şiddәt edirdi.
Körpünü keçib qaldıq çayın o
tәrәfindә, bir dağın әtәyindә.
Sübh tezdәn qalxdıq Larcan kәndinә; Quluxana qonaq
olduq. Üç gün burada qalandan sonra, baş yuxarı
dağları qalxa-qalxa dәxi dә
sәrin vә dәxi dә sәfalı
İran dağlarına qalxdıq.
İki gün yol gedib yetişdik mәşhur
Kәleybәr qәryәsinә. Burada da iki gün
qalandan sonra istәdik gedәk Әhәr
şәhәrinә ki, sonra da oradan Tәbrizә
yollanaq; amma haman vilayәtin mәşhur xanlarından
Nәzәrәli xan İkrammüddövlә
qabağımıza üç nәfәr atlı
göndәrib, bizi öz kәndinә qonaq
çağırdı. Biz dә getmәyә bilmәzdik
vә getdik.
Ağayi-İkramüddövlә
Gәrmә-çataq kәndindә olurdu ki, hәmin
kәnd dә vә qeyri әtraf kәndlәrin dә
cümlәsi xanın öz әmlakından idi.
Gәrmә-çataq kәndi Kәleybәrdәn
dә dәxi uca olan dağların әtәyindә
Mәrzәnli qәryәsinin sol sәmtindә
sәfalı, balaca bir yaylaqdır.
Kәndin әhalisinin miqdarı olar
tәqribәn iki yüz nәfәr. Yaxşı
sәrin suları, gözәl otlanacaqlar.... Amma heyf vә sәd heyf, xanların
arasında neçә ildә bir dәfә vaqe olan
toqquşma nәticәsindә kәnd әhalisi macal tapa
bilmir öz mәişәtini elә hala yetirsin ki,
asudәlikdә belә gözәl
yerdә rahat yaşaya bilsin. Bir tәrәfdәn dә
neçә il bundan qabaq orada üz verәn yatalaq azarı
vә aclığın sәbәbindәn camaatın
yarısı vә bәlkә dә yarısından
çoxu qırılıb qurtarıbdır. Odur, çox
yerlәr boş vә sahibsiz evlәr, qapı vә
pәncәrәsiz binalar gözә sataşmaqdadır.
Xülasә.
İkramüddövlәdәn
nәhayәt mehribançılıq gördük.
Vaqeәn İranın mehmannәvazlığının
mislini qeyri yerdә, zәnn edirәm, görmәk
olmaz.
Xanın әmrinә görә
Gәrmә-çataq kәndindә bizә bir
mәxsusi kәnd evi boşaldıb vermişdilәr vә
bundan әlavә haman evin damının üstündә
xanın xidmәtçilәri iki alaçıq
qurmuşdular ki, istәsәk haman alaçıqlarda,
istәsәk bizә verilәn eyvanda qalaq.
Nәzәrәli xan
İkramüddövlә Qarabağ xanlarının әn
insaniyyәtli vә әn tәrbiyәli xanlarından
hesab olunardı vә xanın rәiyyәtlәrini
danışdıranda da bir kәs tapıla bilmәz ki, xandan
bir zәrrә qәdәr incimiş olsun.
Bununla bәrabәr xanın
rәiyyәtlәrinә nisbәt rәftarına baxanda
bizim kimilәrә çox qәribә gәlirdi. Bir
nәzәr ilә baxanda haman rәftar başdan-axıra
kimi zülm vә sitәmdәn ibarәt idi. Amma bir
tәrәfә baxanda burada nә bir zülm, nә
dә sitәm görsәnirdi. Bir surәtdә
dә ki, hәlә bәlkә demәk
olar ki, rәiyyәtlәr asudә istirahәtlә
dolanırdılar.
Mәmlәkәtdә bir
müәyyәn qanun görsәnmirdi. Hökumәtә oxşar bir idarә yox idi. Mәmlәkәt hәmin İkramüddövlәdәn başqa heç bir qeyri hökumәt tanımırdı. Tәbrizdәn vә Tehrandan bir xәbәr vә bir әlaqә yox vә Nәzәrәli xan hәr bir kәsi asıb kәsә dә bilәrdi,
әfv
edib hәr bir bәndәnin ömrünü ona
bağışlaya da bilәrdi.
Mәhkәmә dә özü idi, qәzavat da özü idi, şәriәt dә özü idi.
Hәr bir kәndin bir kәndxudası kәndi idarә edirdi, cәmi kәndxudaları da İkramüddövlә idarә edirdi. Vәssalam.
Vә hәmin Nәzәrәli xanın әtrafındakı vәzirlәr ibarәt idilәr bir dәstә fәrraşdan ki, әllәrindә şallaq küçә-bacanı gәzib, xanın әmrini rәiyyәtә yetirirdi.
Vә lakin Nәzәrәli xanın tәk bircә nәfәr baş vәziri var idi ki, bunun adı Mirzә Sadıq Munşi cәnablarıdır ki, kәndli arasında Molla Sadıq
adı ilә dә mәşhur idi.
Nәzәrәli xan da hәmin Mirzә Sadıq Münşi dә -- hәr ikisi olardı altmış, bәlkә altmış beş sinndә.
Xan
özü çox xoşxasiyyәt nәzәrә gәlirdi ki, rәiyyәtlәrlә bunun arasında heç bir
saxtalıq, bәdmәzaclıq mәn görmәdim. Amma fәrraşlara gәldikdә bunu әbәdәn söylәmәk olmaz. Vә orada gördüklәrimdәn bunu yadımda saxladım ki,
dünyada zülm vә incitmәk
ibarәt imiş
Qaradağda xan fәrraşlarının rәiyyәt barәsindә tutduqları rәftarlarından.
Sübh
tezdәn yuxudan
oyanan kimi eşidirdik ki, rәiyyәtin birinin evindәn qiylü-qal sәsi gәlir. Mәlum olardı ki, fәrraş Әli Cәfәr, xanın evi üçün Kәrbәlayı Musadan iki girvәnkә yağ istәyir.
arvadı
söyüb yamanlayandan sonra qayıdıb gedir vә dübarә qayıdıb xanın tәsbehini gәtirir. Di çarә yox, yer deşiyindәn dә olmuş olsa, Kәrbәlayı Musanın arvadı
yağı tapıb fәrraşı yola salır.
Çünki
xanın tәsbehi
gәrәk boş qayıtmaya.
Tәsbeh barәsindә bir neçә söz
Bir yana
sifariş elәyәndә bir nişanә göndәrmәk qәdim adәtlәrin biridir. Nişanә göndәrmәk o vәdәlәr lazım olub vә olur ki, sifariş elәyәn, ya sifariş alan savadsız ola. Birisi
öz evinә
adam göndәrib
bir şey istәyәndә bıçağını göndәrir vә qeyri birisi bir yerә
sifariş
edә, açar
göndәrir.
Nәzәrәli xan İkramüddövlә belә qayda qoymuşdu: qabaqca fәrraş gәlib rәiyyәtdәn bir şey istәrdi. Әgәr rәiyyәt verdi, verib, әgәr vermәdi, fәrraş bir-iki şallaq çәkib qayıdardı xanın
üstünә
vә ikinci dәfә xanın tәsbehini gәtirәrdi. Bu dәfә әgәr o hökmә әmәl
olundu,
olunub, olunmadı -- dәxi fәrraş
ixtiyar sahibidir; yәni o qәdәr ixtiyar sahibidir ki, әgәr xәncәrin çıxardıb "yox"
deyәnin boynunu
vursa, dәxi
bilmirәm nә olar vә yәqin dә heç bir şey olmaz.
Mәn bir dәfә haman tәsbehi gördüm. Fәrraş bir kәndlidәn genә xanın evinә bir qoyun istәyirdi. Qoyun da yox idi. Fәrraş qayıdıb ikinci dәfә xanın tәsbehini gәtirdi. Kәndli fori
ulağını verdi qonşusuna, bir keçi ilә bir qoyun aldı, qoyunu
göndәrdi Nәzәrәlixana,
keçini
ötürdü otlamağa.
Haman tәsbeh qara, narın dәnәli vә qırmızı ipәk sapa düzülmüş
tәsbeh idi vә qeyri bir fәzilәti dә yox idi, savayı ondan ki, Nәzәrәlixanın tәsbehi idi.
Biz
olduğumuz ev Kәrbәlayı
Qurbanın yetimlәrinin evi idi. Evin sahibi yetimlәrin anası Pәri arvad idi. Biz eyvanda vә damın üstündә vaxtımızı
keçirirdik, Pәri arvad da üç-dörd yetimlәrilә içәri evindә bir-iki baş heyvanları ilә olurdu; bir ulağ idi, bir inәk idi, bir-iki dә qoyun-keçi idi. Sәhәrlәr Pәri arvad süd sağıb uşaqlara
bişirәndә mәn dә hәrdәn bir gedәrdim. Pәri arvad ağzında yaşmaq
oraların keçәcәyindәn nağıl edәrdi. Arvadın yaşı әllini vә bәlkә әlli
beşi keçmişdi; amma özü mәrtub, sifәti qaraşın,
hündür vә
salamat bir arvad idi. Әlahiddә
bir gözәlliyi
dә yox idi; amma
belәcә babat idi.
Mәn bircә dәfә gördüm ki, Mirzә Sadıq Münşi
sübh tezdәn
Pәrinin
ocağının başında oturub çubuq çәkir vә Pәri ilә danışırdı. İkinci dәfә dә gördüm ki, Mirzә Sadıq Münşi genә haman ocaq başında oturub
çubuq çәkir; amma bu dәfә mәni görcәk işarә ilә
mәni çağırdı. Mәn dә getdim vә Pәri arvad mәnim dә altıma bir köhnә uşaq döşәkçәsi saldı. Mirzә Sadıq mәnә әylәşmәyi tәklif etdi. Oturdum.
Mirzә Sadıq üzünü mәnә tutub dedi:
"Cәnab Molla Nәsrәddin, mәn sәni bir allah bәndәsi hesab edib bu mәclisә dәvәt etdim ki, mәnim haqq sözlәrimә şahid olasan. Mәn bu saat sәndәn qabaq bu Pәri arvada tәklif etdim ki, müvafiq qayda allah-taala
göstәrdiyi
yol ilә mәnә siğә olsun."
Elәcә Mirzә Sadığın ağzından bu
söz bәlkә hәlә çıxıb
qurtarmamışdı, Pәri arvad elә
atıldı geriyә, guya ayaqlarına od basdılar.
"Molla
Sadıq Münşi, Molla Sadıq Münşi, o sözü
danışma. O sözü danışma, o sözü
danışma!...."
Vaqeәn Pәri arvad bu sözlәri elә bir әl-qol ata-ata dedi ki, mәn dik atıldım ki, istәdim qaçam. Hәrçәnd qaçmadım, amma
yavaşca çıxdım getdim. Mәnim dalımca da Mirzә Sadıq Münşi
çıxdı vә düz, dinmәz-söylәmәz çıxdı getdi.
Amma bir
azdan sonra haman Mirzә Sadıq, yanıyca fәrraş Әli Cәfәr gәlib durdular Pәrinin hәyәt qapısının ağzında. Fәrraş Pәri arvadı harayladı. Arvad
çıxdı qapının ağzına vә fәrraş xanın tәsbehini yuxarı
qalxızıb, başladı әn uca sәslә demәyә:
"Pәri, Pәri, Pәri! Axund Sadıq Münşinin
şikayәtinә görә xan bu tәsbehi göndәrdi ki, sәnә nişan verim. Yaxşı bax bu tәsbehә. Bu haman tәsbehdir ki, iki il bundan qabaq xanın fәrmayişinә ağ olan dәyirmançı Mehdini, bax,
haman qayadan dәrәyә elә tulladı ki, uşaqları heç
ölüsünü dә tapmadılar. Bu haman tәsbehdir ki, Orucәlinin evini yandırdı,
uşaqlarını çölә dağıtdı. Aç gözlәrini, gör haman tәsbehdir, ya yox...."
Pәri arvad astanada
ağzını yaşmaqla büküb, dәxi dinmәz-söylәmәz qulaq asırdı.... Qonşular da
qulaq asırdı.
O da bir
söz demәdi,
Mirzә Sadıq
da bir söz demәdi, fәrraş
da dәxi bundan
artıq danışmadı vә hamı dağıldı.
Bundan
sonra bir neçә gün mәn
görәrdim ki,
Münşi Axund Mirzә Sadıq gәlir girir Pәri
arvadın evinә
vә orada ocaq
başında oturub söhbәt edir.
Mәn dәxi ora getmәzdim vә mәni ora heç çağıran da
olmazdı.
Bundan sonra ay yarım da Gәrmә-çataqda qaldım, sonra çıxdım getdim Әhәr şәhәrinә.