ABUNӘ DӘFTӘRİMİZ
AÇILDI
Bu gün qәmәr "Әqrәb
bürcü"ndәn xaric olmaq münasibәtilә
fürsәti qәnimәt vә saatı xoş bilib
abunә dәftәrini açdıq. Bu gәlәn ilin
müddәtindә dә köhnә sayaq ilә nağıl
vә mәsalә yazmağa vә ilan-qurbağa
şәkli çәkmәyә mәşğul olub
әlimizdәn gәlәn qәdәr
çalışacağıq vә lakin burası var ki,
övzan-kәvakib tәğyir tapdıqca vә ilin
fәsillәri dәyişildikcә, biz dә buna
müvafiq hәrdәnbir mәslәkimizi
dәyişәcәyik. Artıq sәyimiz bunda olacaq ki,
hamı müsәlman qardaşları
özümüzdәn razı edib, heç bir kәsin
nә yaxşılığını, nә pisliyini
danışmayaq; әzqәza әgәr danışsaq
da, inşallah, yaxşıların da, pislәrin dә
yaxşılığını
danışacağıq vә heç şeydәn
dә şikayәtçi olmayacağıq. Zira:
Mәkon zigәrdişi geyti şikayәt,
ey dәrviş
Ki, tirәbәxti әgәr hәm
bәrin nәsәq mordi.
Bununla bәrabәr boş
oturmayacağıq. Әvvәlәn, usta Cәfәr
әmi üsuli-cәdidi-hәcәmәt
barәsindә yazdığı kitabın intişarına
vә Kәrbәlayı Allahverdi İrandan gәtirdiyi
hәnanın rәvacına mümkün qәdәr
sәy edәcәyik.
Saniyәn, gecә vә gündüz bari
pәrvәrdigara duamız bu olacaqdır ki, Qubada cәnab
Hacı Molla Babanın qarnının vә peysәrinin
yağından bir misqal da әskilmәsin.
Salisәn, milyonçularımızın
әhvalını hәmişә jurnalımız
vasitәsilә padşahlıq dumanın
nәzәrinә yetirәcәyik ki, bu yazıqların
ehtiyaclarını vә kassalar qabağında
çәkdiklәri mәşәqqәtlәri
mülahizә edib tәzә bir qәrardad ilә bunlara
mәrhәmәt elәsinlәr.
Rabiәn vә xamisәn: allah-taala cәmi
mömün bәndәlәrә әcri-xeyir verib
cәhәnnәm atәşindәn xilas elәsin!
Amin, ya rәbbül-alәmin!
Molla Nәsrәddin.
"Molla Nәsrәddin", 24 noyabr, 1908, ¹
47.