AXUND İLӘ KEŞİŞİN
VӘZİ
İrәvan quberniyasında bir kәnd var;
adı Samanlıqdır, kәndin camaatı yarıya
qәdәr ermәni vә yarısı
müsәlmandır.
Bir gün atla hәmin kәndin
mülkәdarı Rәhim bәyә qonaq gedirdim. Yay
fәsli idi. Uca atın üstündә oturub kәndin
alçaq divarlarından hәyәtlәrin hamısını
görürdüm. Hәyәtin birindә bir ermәni
arvadı toyuq-cücәyә dәn sәpirdi; bir
hәyәtdә bir müsәlman arvadı arxın
kәnarında qab yuyurdu. Hәyәtin birindә bir
ermәni uşağı ağacın kölgәsindә
oturub kitab oxuyurdu. Bir hәyәtdә on iki-on üç
yaşında bir müsәlman uşağı pişiyin
quyruğuna ip bağlayıb hәyәtin o
tәrәfinә-bu tәrәfinә
qaçırdı vә pişik mavıldaya-mavıldaya
uşağın dalicә dalı-dalı
hәrәkәt edirdi.
Hәyәtin birindә böyük tut
ağacının kölgәsindә bir neçә
ermәni oturub çörәk yeyirdilәr. Keşiş
ayaq üstә durub sağ әlini yuxarı qovzayıb
danışırdı. İstәyirdim keçib gedәm,
hәmin keşişdәn bir söz eşidib atı
saxladım. Keşiş uca sәslә üç
dәfә dedi: hayreniq, hayreniq, hayreniq
("hayreniq"--ermәni dilindә "vәtәn"
demәkdir).
Çünki mәn ermәninin dilini başa
düşürәm, bir qәdәr dayandım
keşişin sözlәrinә qulaq asam. Bu heyndә
küçәnin bir tәrәfindәn müsәlman
danışığı eşitdim. Atı qabağa
sürüb gördüm ki, küçә ayrımında
divarın kölgәsindә dörd müsәlman oturub.
Bunların birisi Axund Molla Qurbanqulu Molla Qurbanәliyev idi. Bu
axundu mәn çoxdan tanıyırdım; özü
dә İran әhlidir. Molla Qurbanqulunun әlindә bir
kitab var idi. Molla kitabı oxuyurdu vә kәndlilәr
diqqәti-tam ilә qulaq asırdılar.
Keşiş uca sәslә
kәndlilәrә bu sözlәri deyirdi:
“Ermәni millәtinin dünyada üç
sevgili balası var: "vәtәn",
"millәt" vә "dil". Vә nә
qәdәr ki, biz hәmin üç sevgili balaların
yolunda fәda olmağa qadirik, nә osmanlının
hәmidiyyә әsgәri vә kürdlәri, nә
Rusiyanın qalitsinlәri vә nә zәmanәnin qeyri
bir tәqazası ermәni millәtinin bәqasına
xәlәl yetirә bilmәyәcәklәr.”
Keşişin bu sözlәrindәn sonra
Qurbanqulunun sәsi gәldi. Molla kitabdan bu sözlәri
oxuyurdu: "Babi hәftüm [1]. Әgәr bir
şәxs yata, yuxusunda hәcәmәt görә,
hәmin şәxs dünyada heç bir bәlaya vә
naxoşluğa giriftar olmayacaq".
[1] Yeddinci
fәsil.
Keşişin belә sәsi gәlirdi:
"Ey mәnim ermәni qardaşlarım, dünya xәlq
olunandan indiyә kimi ermәni tayfası müxtәlif
millәtlәrin cövr vә zülmünә
düçar olub. Qarışqalar at nalının altında
әzilәn kimi, ermәnilәr qüvvәtli vә bimürüvzәt
tayfaların yumruğunun altında pamal olublar; bunilә
belә ermәni ölüm halında can verә-verә,
yenә deyib: "vәtәn, vәtәn, millәt, hayreniq!".
Ey mәnim qardaşlarım, nә qәdәr ki,
millәt, dil vә vәtәn yolunda fәda olmağa biz
qadirik, cәmi dünyanın tayfaları müttәfiq olub
bizim üstümüzә hücum gәtirәlәr, biz
yenә onların qabağında dayanıb dilimizi vә
vәtәnimizi mühafizәt edә bilәcәyik.
Yaşasın vәtәn yolunda fәda olan ermәni
millәti! Yaşasın millәt uğrunda şәhid
olan qardaşlar! Getse [2], getse hayreniq!".
[2]
Yaşasın.
Molla Qurbanqulu kәndlilәrә deyirdi:
“Ağacın altında, suyun
qırağına bövl etmәk yaxşı deyil;
çünki hәmzad, әcinnә, şәyatin insana
zәrәr yetirәr. Çaharşәnbә,
şәnbә vә tәk günü qәbristana
vә hamama getmәk olmaz; çünki bu
günlәrdә әcinnә vә divlәr
qәbristana vә hamama cәm olub qonaqlıq
edәrlәr vә hәmin günlәr bunların
bayramıdır. İnsanı görsәlәr,
zәrәr yetirәrlәr. Әgәr bir kәsin
belә bir qәza başına gәlsә durmayıb,
gәlsin mәnim yanıma, vaxt ikәn ona "hәft
hәsar" duası yazım.”
Bu sözlәri eşidib atı sürdüm
müsәlmanların yanına vә üzümü Molla
Qurbanquluya tutub dedim:
Ey ardan
ari bala, mәrdanә utanma!
Hәr lәhzәdә ol sakini-çayxanә, utanma!
Çıxma
eşiyә sel
tuta gәr dam ilә daşi,
İç
çayuvi, çәk tiryәküvi,
böyrüvü qaşi,
Yanında
oturmuşlar әgәr olsa da naşi,
Ver
tüstüsünü onlara mәstanә, utanma!
Axşamadәk ol guşeyi-hәmmamda sakin,
Dırnaqlarıva
bağla hәna,
saqqala lakin
İnsanı
salar rövnәqә bu xeyrül-әmakin,
Ondan sora
çıx, saqqala vur şanә, utanma!
Sübh
olcaq әyağa
dur otur, isticә
gündә,
Paltarlaruvun
bitlәrini
qır göz önündә,
Ver
özgәsinә olmasa gәr fürsәt özündә,
Gey,
paltarını, seyr qıl hәr yanә, utanma!
Yüz zәhmәt ilә qonşuların elmi tapanda,
Sәn alim olursan gedib asudә yatanda,
Sәn eyş qıl, onlar
toza-torpağә
batanda,
Get
yarü rәfiq
ilә
gülüstanә,
utanma!
Cümlә işi at bayıra, tap bir sulu qәlyan,
Aksizni [3]
әgәr qoymasa ol azimi-İran,
İranda
olur tәnbaku,
tiryak ilә әrzan,
Lәng olma, götür rәxtivi[4]
İranә,
utanma!
Bir
söz demәyә nökәrüvu tutgilә mәzun,
Bir
sözlә cәnabnızı edim dәhrdә mәmnun,
Dәrviş Ağabalanı
tapıb algilәn
әfsun,
Ondan sora
hey vur sulu qәlyanә, utanma!
Bir dә edirәm mәn sәnә bir böylә vәsiyyәt,
İranda
cәhd et özüvә tapgilә xidmәt,
Fövt
eylәmә, bil fürsәti hәr lәhzә qәnimәt,
Ol sidq ilә zәvvar çilovxanә, utanma!
Tәng olsa әgәr başuva ol büqeyi-Tәbriz,
Çünki ora bir şәhrdi pürdәrdü qәmәngiz [5].
Get Xoyda sәfalәr çәkib ol eşq ilә lәbriz,
Çıx
qәlә kәnarında xiyabәnә, utanma!
Var
yaxşı sәyahәtdi çәmәn qәleyi-Xoyda,
Bir parә әcayib iş olur Xoyda hüveyda,
Hәr nә ürәyin istәsә
dәrhal olu peyda,
Bir az qalıb
ol adәmi-dәrxana, utanma!
Söz müxtәsәr, ol bir neçә il sakini-İran,
Al bir lәğәbi-faxirә tut rütbeyi-әyan,
Qardaş,
olusan getmәsәn axırda peşiman,
Yox faidә axır ki, peşimanә, utanma!
Bir qәdr qalıb himmәt elә, cәm elә dövlәt,
Ondan sora
qıl bir dәfә Kaşanә siyahәt,
Xab
içrә
gözün görmәsә eylәllә tәbabәt,
Bәnd olma bu övzai-pәrişanә, utanma!
Ver
huşuvu Molla Nәsrәddinә amandır,
Bu
fürsәti
fövt eylәmәk әlbәttә yamandır,
Hәr kәs bu nәsihәtlәri dәrk eylәdi xandır,
Bir şәhrdә bax min iki yüz xanә, utanma!
[3] Aksiz--geniş surәtdә istehlak olunan şeylәrә vergi qoyan müәssisә.
[4] Pal-paltar.
[5] Dәrdi başdan aşan, qәmli.
Lağlağı.
"Molla Nәsrәddin", 7 iyil, 1906, ¹ 14,