AZӘRBAYCAN PADŞAHLARI
Hәrdәn bir mәnim xәyalıma bir
belә şey gәlir:
Azәrbaycanda neçә padşah var?
Bu barәdә Almaniya sәyyahı Reynqart
vә ingilis sәyyahı Bekker kitablarında
yazdıqları mәlumat bir-birilә müxtәlifdir.
Reynqart sәyahәtnamәsinin 65-ci
sәhifәsindә yazır ki, Azәrbaycanda 2522
padşah var, amma Bekkerin sәyahәtnamәsinin 125-ci
sәhifәsindәn anlaşılır ki, Azәrbaycanda
2323 padşah var.
Hәmin iki sәyyahın arasında
keçәn il bu mәsәlәnin barәsindә
sual-cavab var idi: Reynqrat Almaniyada çıxan "Trinxen"
qәzetindә yazdığına Bekker
İngiltәrәdә çıxan "Taymes"
qәzeti ilә cavab verәrdi.
Axırda mәlum oldu ki, Bekker
Azәrbaycanın Nәmin adında vilayәtini
nәzәrә almayıb vә buranın
padşahlarını hesaba daxil elәmәyib vә bu
sәbәbdәn Bekkerin hesabında Azәrbaycan
padşahlarının sayı 199 qәdәr әskik
çıxıb.
Vaqeәn Nәmin vilayәtindә 199
padşah var ki, bu vilayәtdә onlara--"xan"
deyirlәr.
Reynqart Nәmin vilayәti barәsindә
belә yazır: "Nәmin vilayәtindә 199 xan var
vә on beş fәqir vә biçarә
rәiyyәt var vә burada bir yaxşı hamam var vә
bu hamamın pakizә suyu var. Hәr bir xanın 99 oğlu
var vә 99 әlquşu vә 99 tulası var. Xanların
binayi-xeyirlәrindәn qırxa kimi darülfünun var
vә bu darülfünunların xәrci güc ilә on
beş nәfәr kasıb rәiyyәtdәn
alınır vә bu mәktәblәrdә
yaxşı elm oxunur. Mәsәlәn: "Cin Yusif",
"mәşrubat", "qumar". Vә bu
vilayәtdә rәiyyәtlәrin әkilmiş
zәmilәri dә var vә hәrdәn bir xanların
könlü gәzmәk istәyir, çünki allaha
şükür keyflәri kök, damağları
çağ, alacaq var, verәcәg yox, quş var, ar yox,
tula var, insaf yox, yumruq var, allah yox....
Xülasә, a başınıza
dönüm, bir gün bu padşahlar, yәni bu xanlar, adama
bir at, 21 tula vә bir quş, 21 nökәr üz qoydular
rәiyyәtin әkilmiş zәmilәrinә vә
başladılar bu tәrәfdәn o tәrәfә
çapmağa, o tәrәfdәn bu tәrәfә
çapmağa. Çәkmәdi bir az, zәmilәr
zirbәzir oldular vә әkinçilәr dә
asudәliyә çıxdılar, çünki dәxi
bir zәhmәtlәri qalmadı vә axşam vaxtı
Nәmin padşahları, yәni xanlar belә
әhәmiyyәtli fәth vә zәfәr ilә
geri qayıdıb başladılar әvvәl
"qaraxallı tulanın iy bilmәyini, tәrlan quşun
ovlamağını" müzakirә vә
mübahisә etmәyә. Vә sonra mübaşir
oldular eyşü işrәtә.
İdarәdәn: Biz belә eşitdik ki,
Reynqartın kitabında bu әhvalatı oxuyandan sonra Yevropada
çox adam ağlayıb.
Amma bizlәrdә bir belә xәbәr
qәzetdә ya kitabda oxuyanda öz-özümüzә
deyirik: "Maşallah, maşallah!"
Uşaqlıqda bir gecә canıma bir
"birә" girib qoymurdu yatam. Çağırdım xalamı
vә ağlaya-ağlaya şikayәt elәdim. Xalam
mәnә dedi: "Bala, yat, әlbәt allah belә
mәslәhәt bilib". Dedim: "Xala, valla yata bilmirәm". Dedi:
"Bala, yat, allah mәslәhәtidi". Dedim: "Xala, sәn allah bu "birәni" mәnim canımdan rәdd elә". Dedi: "Bala, yat, әlbәt allah belә mәslәhәt bilib". Xalam belә deyirdi.
Mollalarımız
da deyir:
"Dәr dәfi-xәdәngi-sitәmi-gәrdişi-kәrdun
Behtәr
zikifayati-ilahi süpәri nist".
Xanәndә vә sazәndәlәrimiz dә hәr toy mәclisindә әvvәl bunu başlayıb oxuyarlar:
"
Adamlar da
çıtmıq tutub oynayırlar.
Hәrdәmxәyal
"Molla Nәsrәddin", 17 mart, 1907, ¹
11.