AŞİNA SӘDASI
Aşina danәd sәdayi-aşina.
Mәnim aşnam "Tәzә
hәyat"ın 119-cu nömrәsindә hәcc
mәsәlәsindәn söhbәt açanda, söz
yox, bilmirdi ki, onun "Aşina sәdası"nı
hamıdan qabaq Molla Nәsrәddin eşidәcәk.
Min yaşasın sözün açıq
danışan qәlәm sahiblәrimiz!
* *
* * *
Bu müxtәsәr vә qәlbi
xeyir-duadan sonra "aşnama" bir neçә söz
demәk istәyirәm.
Mәqalә sahibi belә yazır: "Cahil
ruhanilәrimiz hәcc mәsәlәsinә
yanlış mәna vermәkdәn hәya etmirlәr
vә avamı inandırırlar ki, hәccә
gedәnlәr ömrlәrinin müddәtindә nә
qәdәr günah ediblәr, hamısı
bağışlanacaq vә bu biçarә
qırmızısaqqallılarımız bu cahilanә
tәriflәrә inanıb vә
övladi-әqrabalarından min-min mәşәqqәt
ilә pul tapıb, Hicaza gedirlәr. Bunların qәsdi,
әvvәlәn, günahlarını
bağışlatmaqdır vә ikinci, vәtәnә
qayıtdıqdan sonra nüfuz, hörmәt vә etibar
sahibi olmaqdır. Bunların çoxu oxumaq vә yazmaq
bilmәdiklәrindәn qәzet vә kitab oxumaqla
mәşğul olmazlar, ancaq saqqallarını
qızardıb vә bez parçasını papaqlarına
sarıyıb, hind toyuqları kimi
kәmali-әzәmәtlә orada-burada
dolanırlar".
Sonra "aşnam" deyir: "Hәccә
getmәyin hikmәti-siyasiyyәsi budur ki, hәr il
dünyanın hәr ucundan olan müsәlmanlar bir
nöqtәyә cәm olub, bir-birinә mәlum olmayan
nöqsanlarını vә dәrdlәrini vә siyasi
hallarını bir-birinә bildirsinlәr, bunların
islahı xüsusunda tәdbir vә vasitәlәr tapsınlar
vә vәtәnlәrinә qayıdandan sonra
vәtәndaşlarını bu tәdbir vә
vasitәlәrdәn hali edib, bunları әncama
gәtirsinlәr".
Ey mәnim "aşnam!"
Qadan alım, bizi niyә belә
bәrkә qısnayırsan? Balalarına qurban olum, ey
mәnim "aşnam", bizi, axır, niyә zora
salırsan? Qurban olsun sәnә mәnim canım!
Deyәsәn, elә Firәngistanda, maşallah, anadan olub,
ömrünu orada keçiribsәn vә deyәsәn
heç bizlәrdәn xәbәrin yoxdur! A belә
atam-anam sәnә qurban, bizә niyә yazığın
gәlmir, niyә bizi zora salırsan? Axır, biz haradan alaq sәn
deyәn hacıları ki, "gedib Hicaza,
müsәlmanların nöqsanlarını,
dәrdlәrini vә siyasi hallarını bir-birinә
bildirsinlәr, bunların islahı barәsindә
tәdbir vә vasitәlәr tapsınlar"?
Qadan alım sәnin, ey mәnim
"aşnam!" Axır, bir bizim dә halımızı
mülahizә elә, yoxsa biz biçarәlәri
bәrkә qısnamaqdan qәsdin nәdir? Ey mәnim
başımın sahibi "aşnam", bizi niyә zora
salırsan?
Bir yandan özün deyirsәn
"qırmızısaqqallılarımız", bir yandan da
deyirsәn ki, "Hicaza gedib, siysi hallarını
bir-birinә bildirsinlәr". Ey mәnim tacisәrim
"aşna!" "Qırmızısaqqal" hara,
"siyasi hal" hara? Heç bilirsәnmi nә
danışırsan? Qırmızısaqqad hacı hara, kitab
vә qәzet oxumaq hara?
Ey mәnim gözümün nuru
"aşnam" bir dә bunu deyirsәn ki,
"qırmızısaqqal hacılarımız
hәccdәn qayıdandan sonra mәhz bunu bilirlәr ki,
bez parçasını papaqlarına sarıyıb, hind
toyuqları kimi orada-burada dolanırlar". Bu sözlәri
oxuyanda mәnim xәyalıma bir şey gәlir, mәnim
qәlbim bir şey arzu edir, bunu arzu edir ki, günlәrin bir
günü "aşnama rast gәlib, o vücudi-әzizi
ziyarәt edәydim vә әl-әlә verib
deyәydim:
"Min yaşasın sözü açıq
vә mәrdanә danışan qәlәm
sahiblәrimiz!"...
Keçәk mәtlәbin özgә
tәrәfinә.
Ey mәnim әzizim "aşna"!
Sәndәn bircә söz dә xәbәr almaq
istәyirәm: belә fәrz edәk ki, hәccә
gedәnlәrimiz elmli, şüurlu vә
gözüaçıq müsәlmanlardır. İndi
mәnә izn ver, sәndәn bir söz soruşum: bir
mәnә cavab ver görüm, bu elmli, şüurlu vә
gözüaçıq hacılarımız nә
cürәtlә Osmanlı torpağına ayaq basa
bilәrlәr?! Mәgәr bilmirsәnmi ki, Osmanlı
torpağına bir tәzә adam daxil olan kimi
xәfiyyәlәr milçәk tәki gәlib
әtrafını alırlar vә ciblәrini vә
yüklәrini axtarırlar ki, görsünlәr bu adam
nә işin sahibidir?
Şükr allaha, qırmızısaqqal
hacılarımıza osmanlı mәmurları indiyә kimi
etdiklәri hörmәtin altından nә qәdәr
ki, bizim canımız sağdır, qurtara
bilәyәcәyik. Çünki hәr bir kәs bunu
yәqin edibdir ki, bizim indiki hacılarımızın
ciblәrindә çoxluca puldan savayı vә
sәlamәtlik duasından savayı bir şey tapılmaz.
Amma sәn deyәn kimi şüurlu, elmli hacıların
birinin cibindә olacaq "Türk" qәzeti, birinin
cibindә olacaq "Hәblül-mәtin", birinin
cibindә "İctihad", "Şurayi-Osmani" vә
qeyri bu cür bic-bic qәzetlәr. Mәgәr sultan
Әbdülhәmidin vәkillәri vә "şәrifi-Mәkkә"
vali paşaları vә bunların kompaniyaları o cür
şüurlu adamları Mәkkәyә qoyarlarmı ki,
oradakı camaatın da gözlәrini açsınlar?
Mәkkәyә oxumuş vә elmli hacılarımız
getsәlәr, o vaxt "şәrif"lәrin ya
"vali"lәrin sandıqları nә ilә dolacaq
vә bu zalımlara vә dinsizlәrә kim boyun
әyәcәk?
Ey mәnim nuri-çeşmim
"aşna"! Niyә mәni dәli-divanә edirsәn? Niyә qoymursan öz yerimdә oturum, bozbaşımı
yeyim vә allaha
şükr elәyim?
Niyә bizi zora
salırsan ki, sultanın vә onun dostlarının yanında bu qәdәr biәdәblik göstәrәk?
Sәn elә bilirsәn ki, әgәr Mәkkәyә şüurlu adamlar getsәlәr, oradakı müsәlmanlarla siyasi mәsәlәlәr barәsindә söhbәtlәr edәrlәr. Amma burasını nәzәrdәn çıxardırsan ki,
osmanlıların әn şüurlu vә
әn hәmiyyәtlilәri Mәkkәdә vә Mәkkәnin әtrafındadırlar. Mәgәr bunlar burada ağız açıb
danışa bilәrlәr? Mәgәr eşitmirik ki, ayda vә bәlkә hәftәdә bir millәt fәdaisi Osmanlı hökumәtinin vәhşi mәmurlarının әli ilә tәlәf olunur? Mәgәr bu biçarәlәrin dadü fәryadı hәzrәtin pak ruhunu narahat etmir? Mәgәr hәr an o müqәddәs mәqamlar bir bigünah hürriyyәtpәrvәrin al qanı ilә boyanmır? Mәgәr Midhәt paşa vә yoldaşları Taifdә kәndirlә boğulmadılar? Kimә mәlum deyil ki, bu zamanda Mәkkә vә әtrafı
әn dәhşәtli bir qәtlgah olubdu?
Ey mәnim "aşnam"! Yoxsa
sizin qәsdiniz
budur ki, osmanlı qurbanlarının üstünә beş-on da Qafqaz
qurbanları qoyulsun?!..
Vallah,
billah, bu sözlәr heç kәsә
lazım deyil.
Molla Nәsrәddin.
"Molla
Nәsrәddin", 8 oktyabr, 1907, ¹38.