ABİRİN
VӘ KİLAB
Bir neçә gün bundan әvvәl
türk qәzetlәrinin birindә oxudum ki, rus әdibi
mәşhur Krılov "Abirin vә kilab" adında bir
tәmsil yazıb. Çünki mәn rusca az-çox
oxumuşam vә mәlumdur ki, Krılovun
tәmsillәrini mübtәdi mәktәblәrdә
oxudurlar, çox tәәccüb elәdim ki, bu
tәmsildәn mәnim xәbәrim yoxdur. Açdım
Krılovun mәcmuәsini vә vәrәqlәyib,
"Abirin vә kilab" adında bir tәmsil tapa
bilmәdim. Sonra öz-özümә ha fikirlәşdim
ki, görәsәn, "Abirin vә kilab" nә
demәkdir?
Axırı әrәbi bilәnlәrin
birisi mәni başa saldı ki, "abirin"--yәni
әrәbcә keçәndәr, yolçular;
"kilab"--yәni itlәr.
Burada mәn barmağımı
dişlәdim: "a kişi, bu tәmsili biz rus dәrsi
oxuyan vaxt әvvәlinci il oxuyub
әzbәrlәmişik".
İndi mәn çox heyfslәnirәm ki,
әrәbcә savadım yoxdur; әgәr olsaydı,
ömrümdә bircә kәlmә türkcә
nә oxuyardım, nә yazardım, nә
tәrcümә edәrdim.
Mәnim xәyalıma bir şey dә
gәlir: rusca oxuyanlara mәlumdur ki, Krılov
tәmsillәrini sadә rus dilindә yazıb ki, rus
millәti yaxşı başa düşsün. Әgәr
Krılov bilsәydi ki, türklәr onun tәmsillәrini
türk dilinә tәrcümә edәndә
yolçulara "abirin" vә itlәrә
"kilab" adı qoyacaqlar, yәqin ki, Krılov da
tәmsillәrini firәng, ya nemsә dilindә
yazardı.
Heyf ki, mәn dә özgәlәr kimi
әrab dilini dәrin oxumamışam.
Hop-hop.
"Molla Nәsrәddin", 25 avqust,
1906, M 21.