BABİLӘR
Tәbrizdә bu saat qәhәtlikdir
vә əhali çörәk üzünә
hәsrәtdir. Dәyirmanları sularını
kәsiblәr ki, dәyirmanlar yatsınlar. Şәhәrin
әtrafını atlılar bürüyüblәr vә
hәr yandan tәrәddüd kәsilib.
Mәşrutә tәrәfdarlarının
övrәt-uşaqlarının tәlәf olanı olub,
olmayanı Ermәnistana pәnah aparıblar.
Bağmeşә, Bilanku, Pürsәnku, Xiyaban,
Bazarçay, Maralyan mәhәllәlәri
tәmamәn dağılıb talan olublar. Burada bir mәtlәb
var.
İşdәn xәbәrdar olmayan elә
xәyal elәyә bilәr ki, Tәbriz davası politika
davasıdır; yәni elә xәyal elәyә
bilәr ki, mәşrutiyyәt tәrәfdarları
azdırlar ki, basılırlar vә padşah
tәrәfdarları çoxdur ki, qalib olur vә basır.
Belә deyil.
İranda Mәmmәdәli şahın
tәrәfdarı mәhz bir neçә adamdır ki,
öz şәxsi mәnfәәtlәri
üçün, yәni kimi rüşvәt alıb
vә kimi vәdә alıb, şaha kömәk
elәyirlәr; mәsәlәn, Tәbrizdә
Hacı Mirzә Hәsәn müctәhid, İmam
Cümә, Mir Haşım, Hacı İbrahim sәraf,
Hacı Mir Manaf, Hacı Nizamüddövlә,
Şücainizam, Hacı Fәramәrz, Zәrğam, Lotu
Kazım, Lotu Hәsәn, Lotu Әskәr; yәni
Tәbrizdә ancaq on iki adamdır, Tehranda da
hәmçinin.
Amma biz görürük ki, bütün
Tәbriz camaatı hücum çәkib
mәşrutәçilәrin
mәhәllәlәrini dağıdıb,
özlәrinin qanını içirlәr. Heç
kәs demәsin ki, hücum çәkәnlәrin
qәsdi padşahın düşmәnlәrini yox
elәmәkdir vә köhnә idarәni geri qaytarmaqdır.
Xeyr, saydığımız on iki adamdan savayı dәxi
Tәbrizdә bir adam tapılmaz ki, buna razı olsun. Bәs
bu nә qovqadır?
Bir az işlәrә diqqәtlә baxsaq,
görәrik ki, burada bir belә hikmәt var: Hacı
Mirzә Hәsәn Tәbriz meşәlәrindә
ot otlayan müsәlmanları inandırıb ki,
mәşrutiyyәt istәyәnlәrin hamısı
babidir. Dәxi qurtardı getdi. "Dәdәm
mәnә kor deyib".
Әdә, qoyma, tut bu pәdәr
süxtә babini!
Vur, tut!
Haray, qoyma qaçdı!
Al-gәldi, qırın bu babilәri!
Urra,
urra!
Budur Tәbriz davası!
Vә özgә çür dә ola bilmәzdi. Mәsәlәn, mәnә deyirlәr ki, filankәs babidir; yәni mürtәddir. Mәn dә bilirәm ki, onun qәtli vacibdir. Dәxi
qurtardı getdi. Yoxsa bir dә özümә zәhmәt verib başlayım sual-cavabı ki,
aya doğrudanmı filankәs babidir, yainki hürriyyәti-vicdan adına
durum hәlә bir az fikir dә elәyim? Qadan alım, Dәvәçi mәhәllәsi
hara, hürriyyәti-vicdan
hara. Bu işlәr bizim vilayәtdә yerimәz, vәssalam.
Budur Tәbriz davası.
* *
* * *
Müctәhid, bәli, müctәhid....
Hacı Mirzә Hәsәn ağa
müctәhidin gözünün qabağında
Tәbrizdә bir müsәlman uşağını
ayıb olmasın müsәlman qaydası ilә bihörmәt
elәyiblәr.
Hacı Mirzә Hәsәn ağa
müctәhidin gözünün qabağında
minlәrcә müsәlman övrәt-uşaqları
Ermәnistana qaçıb әcnәbilәrin evindә
gizlәniblәr. Amma rus bankının rәisi
Bidoloviç beş min tümәn xәrclәyib vә
sahibsiz qalan ac müsәlman övrәt-uşağına
çörәk verib ki, aclarından tәlәf
olmasınlar.
Biz keçәn vaxtdan yazmışdıq ki,
müctәhidlәr palçıqda hambalların dalına
minir, bizdәn incimişdilәr. İndi
tәvәqqә edirik ki, Hacı Mirzә Hәsәn
ağa müctәhidi dә görsünlәr.
Görsünlәr ki, belә lotular vә quldurlar da
dünyada ola bilәrmişlәr.
Molla Nәsrәddin.
"Molla Nәsrәddin", 30 iyun, 1908, Ή
26.