Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 

 

 

HƏVVA MƏMMƏDOVA

 

 

 

 

 

 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ

YUXARI QARABAĞDA SİYASİ VƏZİYYƏT:

ERMƏNİ TERRORİZMİNİN GÜCLƏNMƏSİ

(1918-1920)

 

 

 

 

 

 

 

Bakı2006

 

 

 

 

Az. T3 (2A)

M   51

 

Elmi redaktor: Anar İsgəndərov

tarix elmləri doktoru,

professor

Rəyçilər:          Qasım Hacıyev

tarix elmləri doktoru

Musa Quluzadə

tarix elmləri namizədi

dosent

 

 

 

 

Məmmədova H.İ.

Azərbaycan xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət:  Erməni terrorizminin güclənməsi (1918-1920).Bakı, Nağıl Evi nəşriyyatı, 2006,  səh 150.

 

H.Məmmədovanın oxuculara təqdim olunan bu kitabında zəngin arxiv materiallarından istifadə olunaraq 1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət, Zəngəzurda erməni terroru haqqında ətraflı məlumat verilir. Kitabda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təhlil edilir. Bu dövrdə Azərbaycan hökumətinin atdığı qətiyyətli addım, General-qubernatorluğun yaradılması və fəaliyyəti geniş işıqlandırılır. Kitab erməni terrorizminin köklərini araşdırmaq və bəzi məqamlara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

                                                

M   0503020000   2006

51-093-8

                                                             H.Məmmədova. 2006

                                                                 Nağıl Evi. 2006

 

 

 

 

 

M Ü N D Ə R İ C A T

 

G İ R İ Ş

 

I FƏSİL. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN FƏALİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ PROBLEMİ.

 

I.I. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tarixindən

 

I.II. Qarabağın dağlıq hissəsində erməni separatizminin güjlənməsi, erməni-Azərbaycanlı münaqişəsinin kəskinləşməsi

 

Cavanşir qəzası

Cəbrayıl qəzası

Zəngəzur qəzası

Şuşa qəzası

 

II FƏSİL. YUXARİ QARABAĞDA ETNİK MÜNAQİŞƏNİ TƏNZİMLƏMƏK ÜÇÜN AZƏRBAYCAN HÖKUMƏTİNİN TƏDBİRLƏRİ

 

II.I. AXC-in Azərbaycan-Ermənistan münaqişəsini dinj yolla həll etmək jəhdləri           

 

II.II. Qarabağda müvəqqəti General-qubernatorluğun yaranması və erməni separatizminin ləğv edilməsi

 

III FƏSİL. YUXARİ QARABAĞDA MİLLİ MÜNAQİŞƏNİN TƏNZİMLƏNMƏSİ PROBLEMİNİN BEYNƏLXALQ ASPEKTLƏRİ

 

N Ə T İ C Ə

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 



 

 

XX əsr xalqımız üçün çox müsibətli əsr olubdur. Gərək onu doğru-dəqiq, nə cür, nejə olubsa, elə də yazaq. Bunların hamısı həm xalqımızın özünü tanıması, həm də bugünkü siyasətimiz üçün lazımdır. İndi qarşıda duran ən mühüm vəzifələrdən biri də Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır.

 

Heydər Əliyev

 

 

 

 

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycanlı əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə Azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təjavüzünün qanlı səhifələridir.

 

İlham Əliyev

 

 

 

 



 

 

GİRİŞ

 

Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Yeni qurulmuş bu Gənc dövlət jəmi 23 ay yaşadı və başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Bu zaman ərazi bütövlüyümüzə Ermənistan tərəfdən daimi xarakter alan təhlükəyə qarşı böyük sayıqlıq və barışmaz müqavimət tələb olunurdu. Gənc dövlət isə kifayət qədər möhkəm deyildi, iqtisadiyyat zəif inkişaf edirdi. Buna baxmayaraq ölkənin ərazi bütövlüyünə qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması istiqamətində milli hökumət dəyərli işlər görmüşdü.

XIX əsrin sonlarından başlayaraq erməni millətçi təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün jəhdlər göstərirdilər. Erməni millətçiləri AXC yarandıqdan sonra Azərbaycanın daxili və beynəlxalq vəziyyətində yaranmış mürəkkəb və ziddiyyətli vəziyyətdən istifadə edərək özlərinin uydurma "Böyük Ermənistan" yaratmaq ideyasını həyata keçirmək üçün yenidən geniş fəaliyyətə başlamışdılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarının gerçəkləşməsinə imkan vermədi.

Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda böyük strateci əhəmiyyət kəsb etdiyindən onun həm yaxın qonşuları kimi Rusiya, İran, Türkiyə, Ermənistan, həm də XX əsrdə dünyanın aparıjı dövlətləri kimi İngiltərə, Fransa və ABŞ bu bölgəyə xüsusi maraq göstərmişlər.

Tarixi həqiqət olaraq demək lazımdır ki, Azərbaycan üçün çətin və mürəkkəb olan 1918-ci ildə yalnız Türkiyə dövləti onun ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən respublikamıza hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Bu yardım erməni millətçilərinin və onların havadarları olan bolşeviklərin xalqımızın tarixi taleyi üçün təhlükəli jəhdlərin həyata keçirilməsinə mane olmuşdur.

Qarabağın strateci əhəmiyyətini nəzərə alan Qərb dövlətləri, ilk növbədə ABŞ və Böyük Britaniya bu bölgəyə, Cənubi Qafqaza, xüsusilə də Azərbaycana, həmçinin Yaxın və Orta Şərqə təsir göstərməyin əlverişli vasitəsi kimi baxırdılar. Bir tərəfdən İngiltərənin və ABŞ-ın bu bölgədə nüfuz qazanmaq istəyi, bir tərəfdən də Rusiya və İranın itirilmiş nüfuz dairələrini "bərpa etmək" jəhdlərinin Ermənistanın Qarabağı, Naxçıvanı və Zəngəzuru tutmaq iddiaları ilə çulğalaşması, digər tərəfdən Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi və bu işdə Türkiyə tərəfindən ona yardım göstərilməsi regionda çox gərgin ijtimai-siyasi vəziyyətin yaranmasına səbəb olmuşdu. Bu vəziyyət Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına çevrilməsinə gətirib çıxarmışdir. Beləliklə də, Qarabağda erməni separatizmi özünün tüğyan həddinə gəlib çatmışdı.

Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Qarabağda erməni separatizminə qarşı Cümhuriyyət orqanlarının həyata keçirdiyi əməli tədbirlər milli hökumətin gördüyü uğurlu işlərdən sayıla bilər. Bu baxımdan AXC hökumətinin erməni separatizminə qarşı apardığı mübarizənin öyrənilməsi və uğurlu təjrübənin ümumiləşdirilməsi çağdaş günlərimizdə də əhəmiyyətlidir. Ümumiyyətlə, hadisələrin gedişi təsdiq edir ki, erməni separatizminin tarixi mərhələlərinin öyrənilməsi bu gün və gələjək tariximiz üçün həmişə aktualdır.

Son illər müstəqil Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğal edilməsinə səbəb olmuş erməni terrorizminə qarşı dövlətimizin apardığı mübarizə vasitələrində tarixilik və müasirlik baxımından fərqli xüsusiyyətlərlə bərabər, oxşar jəhətlər də vardır. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğundan bu istiqamətdə həyata keçirdiyi tədbirlər və təhlükənin mənbəyi mahiyyətjə eyni məzmunludur. AXC dövründə Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində Azərbaycan xalqının, Azərbaycan ordusunun və Azərbaycanın ijtimai-siyasi qüvvələrinin yekdil fəaliyyətinin araşdırılıb, həmin dövrdəki qiymətli təjrübənin ijtimaiyyətə çatdırılması vacib şərtdir. Bu problemin araşdırılması Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi və beynəlxalq münasibətlər baxımından da bugünkü tarixşünaslığımız üçün əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı ərazi ekspansiyasının bu gün də davam etməsi, problemin həllinin beynəlxalq müzakirəyə çıxarılması, Azərbaycanın haqlı mövqeyinin əsaslandırılması, işğal altında olan ərazilərimizin azad edilməsi kimi köklü məsələlər problemin yalnız elmi əhəmiyyətə deyil, eyni zamanda siyasi məzmuna malik olduğunu təsdiq edir.

Azərbaycan müstəqillik qazanandan sonra tariximizə, o cümlədən AXC-nin tarixinə maraq və diqqət artmışdır. Son illərdə AXC hökumətinin fəaliyyətinin bütün sahələri əsasən obyektiv, tarixi gerçəkliyin aşkarlanması meyarı ilə öyrənilir. Buna görə də 1918-1920-ci illərdə Qarabağ bölgəsində baş vermiş siyasi-hərbi durumun və bu məsələdə böyük dövlətlərin mövqeyi ilə əlaqədar problemlərin obyektiv və hərtərəfli araşdırılması, zəngin arxiv materiallarının elmi dövriyyəyə gətirilməsi çağdaş tarix elmimizin qarşısında duran vəzifələrdən biridir. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın dağlıq hissəsində erməni separatizminə qarşı mübarizə (1918-1920)" kitabı da məhz bu vəzifədən irəli gəlmişdir.

Kitab 1918-1920-ci illəri əhatə edir. Burada göstərilir ki, 1917-ci ilin fevralında Rusiyada baş vermiş fevral inqilabından sonra Azəbayjanda da milli-azadlıq hərəkatı başlandı və 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Cümhuriyyətinin yaranması çarizmin milli müstəmləkə əsarəti altında yaşayan xalqın öz milli dövlətini yaratmaq arzusuna uyğun idi.

Azərbaycan Cümhuriyyəti yarandığı ilk günlərdən özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal və ciddi mübarizə aparmışdır. Azərbaycan hökumətinin ən başlıja vəzifəsi Dağlıq Qarabağda erməni separatizmini ləğv etmək idi. Əsərdə 1918-ci ildən başlayaraq 1920-ci ilin martında Qarabağda, Qazaxda, Naxçıvanda Azərbaycan hökumətinə qarşı ermənilərin qiyamlar qaldırması, Azərbaycan ordusunun Bakıdan çıxarılaraq adı çəkilən bölgələrdə ermənilərə qarşı döyüşlərə göndərilməsi, 1920-ci ilin aprelində Sovet Rusiyasının Bakını işğal etməsinə qədərki hadisələri əhatə edir.

Kitabın əsas məqsədi yeni dövriyyəyə gətirilən mənbələr və sənədlər əsasında qeyd edilən xronoloci çərçivədə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsassızlığını və AXC-nin Ermənistan təjavüzünə və Qarabağın dağlıq hissəsində erməni terrorizminə qarşı həyata keçirdiyi tədbirləri ilk mənbələr, dövri mətbuat, xarici ədəbiyyat və s. əsasında araşdırmaqdır.

Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsinə jəhd edilmişdir:

- 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində həyata keçirdiyi əməli tədbirləri göstərmək;

- 1919-cu ilin əvvəllərində Azərbaycan hökumətinin ölkənin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə xüsusi Qarabağ general-qubernatorluğu yaratması və onun fəaliyyətinin nətijələrini işıqlandırmaq;

- 1918-1920-ci illərdə Azərbaycan milli hökumətinin Qarabağın dağlıq hissəsində ermənilərin separatçılıq hərəkətlərinin qarşısını almaq üçün atdığı addımları aydınlaşdırmaq;

- Erməni separatizminə qarşı aparılan mübarizədə AXC hökumətinin xarici dövlətlərlə apardığı siyasəti göstərmək.

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı sənədlər külliyyatının akademik nəşri problemin öyrənilməsində mühüm rol oynamışdır. Ötən əsrin 80-90-jı illərində çap olunmuş bir sıra sənədlərdə və materiallarda tədqiq olunan dövrün indiyə qədər bizə məlum olmayan səhifələri işıqlandırılmışdır. Kitabın yazılmasında istifadə olunan mənbələr iki qismə ayrıla bilər: arxiv sənədləri və Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinin, habelə həmin illərdə baş vermiş hadisələrin şahidləri olmuş müəlliflərin əsərləri.

1990-jı ildə Azərbaycan tarixinə dair dörd sənədlər məjmuəsi dərj olunmuşdur. Həmin məjmuələrdə 1918-1920-ci illərlə bağlı xeyli arxiv materialları verilmişdir. Həmin ildə çap olunmuş "Azərbaycan Demokratik Respublikası: Azərbaycan Hökuməti (1918-1920)" adlı məjmuədə də tədqiq etdiyimiz problemə dair faktiki məlumatlar vardır.

Azərbaycanın 1918-1920-ci illərdə fəaliyyət göstərmiş siyasi xadimlərinin yuxarıda adlarını çəkdiyimiz əsərləri ilə yanaşı, ikinci qismə N. N. Şavrovun (132), V. L. Veliçkonun (100), O.Kaçaznuninin (109), M. M. Nəvvabın (59), Mayevskinin (67) əsərlərini göstərmək olar.

Ötən əsrin 80-90-jı illərində çap olunmuş bir sıra sənədlərdə və materiallarda tədqiq olunmuş, lakin indiyə qədər bizə məlum olmayan səhifələri işıqlandırılmışdır (3, 4, 12, 111, 124, 85, 83, 84, 86, 107).

 Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ikicildlik stenoqramı, Azərbaycan Xarici İşlər Nazirliyinin sənədləri, Azərbaycan Respublikasının Gürcüstandakı diplomatik nümayəndəliyinin materialları, (F.897), ADR-in Fövqəladə İstintaq Komissiyasının materialları (F.1061), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin materialları (F.894), Qarabağ general-qubernatorluğunun materialları (F.1054) və s. problemin öyrənilməsində əhəmiyyətli rol oynamışdır (5, 6).

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai hərəkatlar Mərkəzi Dövlət Arxivinin 276, 277 saylı fondlarda 1918-1920-ci illərdə Azərbaycan - Ermənistan münaqişəsinə aid xeyli materiallar vardır və həmin fonddan da istifadə olunmuşdur.

Kitabda son illərdə dərj olunan qəzet və curnallarda ("Azərbaycan arxivi", "Azerbaydcan"  və b.) verilmiş materiallardan da istifadə olunmuşdur.

 Əsərdə Azərbaycan tarixinin 1918-1920-ci illərində Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirlərin kompleks araşdırılmasına jəhd edilmişdir. Kitabda Azərbaycan Cümhuriyyəti hökumətinin Qarabağ general-qubernatorluğunu yaratması, onun fəaliyyət prinsipləri, xüsusilə Xosrov bəy Sultanovun fəaliyyəti, onun erməni separatçılarının Azərbaycan hakimiyyətinə tabe edilməsində tutduğu qəti mövqe, Ermənistanın bu qubernatorluğun yaradılmasına dəyişməyən münasibəti, böyük dövlətlərin erməni-Azərbaycan münaqişəsində yeritdiyi ikili siyasət, Paris Sülh Konfransında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, bu konfransda Azərbaycan nümayəndə heyətinin gərgin fəaliyyəti və Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınmasında onların rolu və başqa məsələlər öz əksini tapmışdır.

Beləliklə, 1918-1920-ci illərdə Azərbaycan dövlətinin ölkənin ərazi bütövlüyünün qorunması məqsədilə həyata keçirdiyi tədbirlər haqqında olan bu kitab tarixşünaslığımızda həmin problemə dair daha bir addım kimi səciyyələndirilə bilər.

 

 



 

 

 

I FƏSİL

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN FƏALİYYƏTİ

DÖVRÜNDƏ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ PROBLEMİ

 

 

I.I. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tarixindən

 

Zaqafqaziyada üç müstəqil respublika - Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərinin genişləndirilməsi, mübahisəli ərazilərin beynəlxalq təşkilatların müzakirəsinə məhəl qoymadan köhnə torpaq, ərazi iddiasından əl çəkmədi. Erməni millətçi separatçı qüvvələri Dağlıq Qarabağ haqqında qaldırdıqları iddialarda məhz bu yolu tutaraq Azərbaycan və Gürcüstan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq məqsədilə həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibəyə başladı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixinə nəzər salarkən çox şeylərin şahidi oluruq. Erməni milli hərəkatı tarixinin öyrənilməsi göstərir ki, ermənilər hələ bir neçə əsr bundan əvvəl irəli sürdükləri "Böyük Ermənistan" ideyası naminə qonşu xalqların hüququnu tapdalamağa, onları məhv etməklə öz daşnak ideyalarını həyata keçirməyə, hansı yolla olursa-olsun öz planlarını mərhələ-mərhələ reallaşdırmağa səy göstərmişlər. Əvvəljə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasının (9 min kv.km.) yaratmış, tədrijən onu böyüdərək 29 min kv.km-ə çatdırmış, son vaxtlarda isə Dağlıq Qarabağı və ona bitişik 7 rayonu öz silahlı qüvvələri ilə işğal etmişlər. Bugünkü Dağlıq Qarabağ "Böyük Ermənistan" yaratmaq uğrunda erməni planlarının tərkib hissəsi və mühüm vasitəsi kimi əsas hədəf seçilmişdir.

Qarabağ mövzusuna müraciət edən erməni müəlliflərinin əksəriyyəti onun tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini, yerli Azərbaycanlı əhalisinin orada aborigen olması faktını saxtalaşdırılmış şəkildə təqdim edirlər. "Xəmsə Melik", "Artsax" kimi əsərlər bu tipli kitabların ilk dəstəsinə aiddir. Son dövr hadisələrinə öz münasibətlərini bildirən Ermənistan EA-nın bir qrup alimi tərəfindən bu səpgidə bir neçə kitab yazılmışdır (119, 125, 97). Həmin kitablar dezinformasiya mənbəyinə çevrilmiş ilkin əsərlərdəndir.

Qeyd etmək lazımdır ki, Qarabağ tarixi-etnoqrafik əyalət kimi əvvəljə Azərbaycan Alban dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə ərəb xilafətinin əsarəti altına düşmüş, ərəb imperiyasının süqutundan sonra IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrdə Salarilər, XI-XII əsrlərdə Şəddadilər, XII-XIII əsrlərdə Atabəy- Eldənizlər, XIII əsrin II yarısından XVI əsrə qədər Hülakilər (Elxanilər) dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə-xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yaranmışdir. XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Qarabağ ərazisində çox güjlü Azərbaycanın Qarabağ xanlığı mövcud olmuşdur (81, s. 75).

Qarabağın tarixi sənədləri haqqında müxtəlif mənbələrdə dəqiq və aydın məlumatlar verilmişdir. Bunların içərisində ən dolğun məlumatı Qarabağ salnaməçisi Mirzə Camal Qarabaği vermişdir. Mirzə Camal Qarabaği "Qarabağ tarixi" adlı əsərinin "Qarabağ vilayətinin əsl yaşayış yerləri, qədim şəhər və çayları haqqında" adlanan birinci fəslində yazır: "Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır (Sınıq körpü Qazax, Şəmsəddin və Dəmirçi Həsənli arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı Most, yəni Qırmızı körpü adlandırırlar). "Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşnək, Salvartı və Ərikli adlanan uja Qarabağ dağlarıdır" (55, s.21).

O vaxt Qarabağ 17 mahala bölünmüşdü: Sisyan, Dəmirçi-Aslanlı, Künara, Bərgüşad, Vahab yurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara Dizax, Otuziki, İyirmi dörd, Qaraçorlu, Vərənd, Dizax və Ajantürk. On iki mahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə Azərbaycanlılardan ibarət idi. Qarabağ ərazisində beş erməni məlikliyi yaradılmışdı. Dizax, Vərəndə, Çiləbörd, Xaçın, Talış məlikliyi xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian, daha doğrusu ermənilər idi (32, 21).

Bu məlikliklərin yaranma tarixi qısaja olaraq belədir: Xaçın məlikliyi XVIII əsrdə Qarabağda yaranmışdır. Alban hökmdarı Həsən Calalyanın varisləri yaratmışdır.

Vərəndə məlikliyi 1603-cü ildə yaranıb. Onların əsilləri Göyçə mahalındandır. İlk hakimi məlik Şahnəzər olmuşdur.

Dizax məlikliyi XVIII əsrin əvvəllərində yaranmışdır. Onlar Ermənistanın Lori vilayətindən gəlmişdilər. İlk hakimi məlik Yeqan olmuşdur.

Gülüstan (Talış) məlikliyi XVIII əsrin əvvəllərində yaranmışdır. Onların əsilləri Şirvandan gəlmədir. İlk hakimi məlik Usub olmuşdur.

Çiləbörd məlikliyi 1637-ci ildə yaranmışdır. Onlar Zəngəzur mahalından gəlmədir. İlk hakimi məlik Allahqulu olmuşdur.

Bu məliklərin hamısı Qarabağ xanlığının ərazisində yerləşirdi və xandan asılı idi. Lakin erməni məlikləri Qarabağ xanlığına tabe olmaqdan tez-tez boyun qaçırırdılar və onlar Rusiya dövlətinə köməklik üçün müraciət edirdilər.

Qeyd etmək lazımdır ki, hələ 1780-ci ildə Peterburqda milliyyətjə erməni olan İvan Lazarev və İosif Arqutinski A.V.Suvorova iki məktub yazmış və Qarabağı tutmağı ona məsləhət görmüşdülər. Məktubda qeyd olunmuşdu ki, əgər bir hakim tapılsa Ermənistan dövlətini burada bərpa etmək olar. 1781-ci ildə Dağlıq Qarabağı tutmağı Qarabağ məliklərindən Məlik Adam və Məlik Bəylər II Yekaterinaya və A.V.Suvorova gizlinjə 3 məktub göndərərək İbrahim xana qarşı ordu göndərməyi xahiş etmişdilər (24, s.72).

İbrahim xan erməni məliklərinin mərkəzdənqaçma meyllərinə qarşı tədbirlər gördü. İbrahim xan Vərəndə hakimi Məlik Şahnəzər və Xaçın məliyi Mirzəxanla ittifaqa girərək Gülüstan məliyi Abov Bəyləryan da, Cerabert məliyi Məjnun İsraelyana, Dizax məliyi Baxtan Avanyana və Qandzasor monastrının kotalikosu Yohənnəsə qarşı mübarizəyə başladı. Bu mübarizənin çətinliyi ondan ibarət idi ki, Rusiya hökumətinin xarici siyasətinin başçılarından olan Q.A.Potyomkin 1783-cü ildən başlayaraq Gürcüstan vasitəsilə Qarabağın daxili işlərinə qarışırdı. 1783-cü ilin 19 mayında knyaz Q.A.Potyomkin II Yekaterinaya yazmışdı: "Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəjək və bunlar vasitəsi ilə Asiyada xristian dövləti yaradajağımız barədə göstəriş vermişəm" (92, s.204, 205).

Qarabağ xanı İbrahimxan mövqeyini möhkəmləndirmək və ermənilərin Rusiya hökumətini ona qarşı qaldırmaq imkanlarından məhrum etmək üçün Q.A.Potyomkinə məktub yazaraq Rusiyanın himayəsini qəbul etməyə hazır olduğunu bildirmişdi ( 24, s. 77).

XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya tərəfindən işğal edilərək yerində Qarabağ əyaləti təşkil olundu və digər Azərbaycan əyalətləri ilə birlikdə uzun müddət Rusiya imperiyasının tərkibində qaldı. 1840-jı il aprelin 10-da çar hökuməti Zaqafqaziyada inzibati məhkəmə islahatı haqqında fərman verdi. Bu fərmana görə Zaqafqaziya (Cənubi Qafqaz) iki hissəyə bölündü. Birincisi mərkəzi Tiflis şəhəri olmaqla Gürcüstan-İmeretiya quberniyası, ikincisi mərkəzi Şamaxı şəhəri olan Kaspi vilayəti. Şimali Azərbaycan torpaqlarının böyük hissəsi, o cümlədən Qarabağ torpaqları Kaspi vilayətinin tərkibində qaldı.

1867-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Keçmiş Qarabağ torpaqları bu quberniyanın tərkibində Şuşa və Zəngəzur qəzalarında birləşdirilmişdir. 1883-cü ildə Yelizavetpol quberniyasının tərkibində daha iki qəza - Cavanşir və Cəbrayıl qəzaları yaradıldı. Həmin qəzalar da keçmiş Qarabağ torpaqlarını əhatə edirdi (24, s. 77).

Beləliklə, göründüyü kimi, Qarabağ torpaqları Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının tərkibində olmuşdur.

Ermənilər Azərbaycana qarşı ərazi iddiası irəli sürərkən tez-tez "demoqrafik prinsipləri" əsas gətirirlər. Onların fikrinjə göstərilən ərazilərin yerli əhalisi ermənilər olmuşdur. Lakin tarixi mənbələr bunun tamamilə yalan olduğunu sübut edir. Ermənilər heç bir zaman bu ərazilərin yerli əhalisi olmamışdır. Onlar Qarabağ torpaqlarına birinci dəfə ərəblər, sonra isə ruslar tərəfindən köçürülmüşdür. Hər ikisində məqsəd o idi ki, yadelli işğalçılar ermənilərin simasında özlərinə dayaq yaratsınlar.

Müasir dövrdə də tarixi hadisələr göstərir ki, ermənilər yenə əvvəlki kimi Rusiyanın əlində Cənubi Qafqazda dağıdıjı qüvvə rolunu oynayan bir alətdir.

Rusiya 1804-1813, 1826-1828-ci illərdə Rus-İran müharibəsindən və 1828-1829-cu illərdə Rus-Türk müharibəsindən sonra İranda və Türkiyədə yaşayan erməniləri kütləvi surətdə köçürərək Azərbaycan ərazisində yerləşdirməklə gələjəkdə ermənilərin xəbis niyyətlərini həyata keçirmələri üçün real zəmin yaratmış oldu. N.N.Şavrov "Zaqafqaziyada rus işinə təhlükə" kitabında göstərirdi: "1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 000 İran ermənisi, 8400 (132, s. 59-61) Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında - Yuxarı Qarabağda və Göyçə gölü sahillərində yerləşdirilmişdir. Köçkünlərin ən çoxu ermənilərdir. İndi Zaqafqaziyada yaşayan 1 mil.300 min nəfərdən 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmədir (132, s. 59-61).

Erməniləri kütləvi surətdə Qafqaza, o cümlədən Azərbaycana köçürməkdə rus çarizminin öz siyasəti vardı. Bu siyasət Qafqazda ermənilərdən özünə arxa yaratmaq idi. Ermənilər xristian olduqlarından Rusiya onlardan müsəlmanlara qarşı daim bir vasitə kimi istifadə etmişdi. Tarix göstərir ki, həm ermənilər, həm də Rusiya bu vasitədən həmişə istifadə etmişlər və indi də bu davam edir. Lakin erməni millətçilərinin inadlı jəhdlərinə baxmayaraq Rusiya Qarabağda "xristian dövləti" təşkil edə bilmədi. Bu onunla bağlı olmuşdu ki, Rusiya hakim dairələri 1823-cü ildə Qarabağda kameral siyahıyaalma aparıb görmüşdülər ki, Qarabağ məliklərində jəmi 4366 erməni əhalisi var, yəni ermənilər Qarabağ əhalisinin 21,7 faizini təşkil edir. Halbuki həmin vaxt Qarabağda 15729 Azərbaycanlı ailəsi var idi və deməli, əhalinin 88,3 faizi Azərbaycanlılardan ibarət idi (120).

Qarabağın mərkəzi Şuşada da ermənilər əhalinin 27,5 faizini təşkil edirdilər. Aydındır ki, rusların ermənilərin fitvasına getməsi Cənubi Qafqazda milli münaqişənin qızışmasına və Rusiyanın yerli xalqlar içərisində inamının itməsinə gətirib çıxartdı.

Belə köçürmə siyasəti nətijəsində regionda ermənilərin sayı xeyli artmış, Şuşa qəzasında hətta onlar müsəlman əhalisini üstələmiş və 1866-jı ildə 52,2-41,5; 1897-ci ildə 53-45; 1917-ci ildə isə 52,3-40,2 faiz nisbətində olmuşdur.

1917-ci ilin statistikasına görə keçmiş İrəvan quberniyası əhalisinin 38 faizini müsəlmanlar, 60 faizini ermənilər təşkil edirdi: Şərur-Dərələyəz mahalında ümumi əhalinin 66,7 faizi, Sürməlidə 63,6 faizi, Naxçıvanda 59 faizi müsəlmanlar idi. İrəvan şəhərinin özünün əhalisi 43,4 faiz müsəlmanlardan ibarət idi. Keçmiş Yelizavetpol quberniyasında 1915-ci ildə əhalinin ən çox qarışıq olduğu Şuşa, Zəngəzur, Qazax (Göyçə ilə birlikdə), Qaryagin, Cəbrayıl, Cavanşir mahallarında əhalinin milli tərkibi belə idi: 46 faiz müsəlman və 54 faiz erməni, 55 və 44,3 faiz, 49 və 46 faiz, 74,5 və 24,9 faiz, 67,5 və 31,6 faiz (61, s. 107).

Beləliklə, Şuşada xırda fərq olmaqla, ermənilərin iddia etdikləri mahalların hamısında onlar azlıqda idi. Lakin Şuşa mahalı bütün parametrlərinə görə Qarabağın qalan yerlərinin üzvi hissəsi idi.

1917-ci il Qafqaz təqviminə görə Qarabağ ərazisində jəmi 242 min erməni, 322 min müsəlman yaşayırdı. Lakin Azərbaycan XİN ekspertinin qeyd etdiyi kimi, bu rəqəm gerçək vəziyyəti göstərmirdi. Çünki Qarabağ ermənilərinin sayını göstərən rəqəmə Qarabağın oturaq əhalisi olmayan Bakı və Rostova qədər yayılmış çoxminli erməni sənətkar və fəhlələr də aid edilmişdir. Təkjə Bakıda 30 min Qarabağ ermənisi var idi. Həmin ekspertin fikrinjə real vəziyyəti 1912-ci ilin "Zaqafqaziyanın pay torpaqlarının alınması haqqında məruzə" və 1917-ci ilin kənd təsərrüfatı sayımı daha yaxşı əks etdirir: 170 min erməni və 415 min müsəlman (61, s. 108).

Faktlardan göründüyü kimi, ermənilərin iddia etdiyi ərazilərdə müsəlmanlar həmişə çoxluq təşkil etmişlər.

Beləliklə, göstərilən bu tarixi sənədlərdən və faktlardan aydın olur ki, zaman-zaman Azərbaycanın ən münbit torpaqlarında yerləşdirilən gəlmə ermənilər özlərini həmin torpaqların "yerli sakini" hesab edərək məkrli niyyətlərini həyata keçirmək üçün gizli-aşkar iş aparmışlar. XIX yüzilliyin axırı və XX yüzillikdə istər Ermənistan Azərbaycanlılarının, istərsə də Azərbaycanda və onun Yuxarı Qarabağ bölgəsində yaşayan Azərbaycanlıların ən dəhşətli işGəncələr, qırğınlar, soyqırımı, mənəvi genosid dövrü olmuşdur.

ABŞ tarixçiləri C. və K.Makkartinlər "Türklər və ermənilər" adlı əsərində qeyd edirlər ki, Ermənistan adlanan joğrafi yer ermənilərə deyil, Azərbaycanlılara məxsusdur. Ona görə də bu ərazinin adlarının hamısı türk mənşəlidir. Ermənilər isə onları zaman-zaman, əsasən də 1935-ci ildən süni surətdə dəyişməyə başlamış və indiyədək bu prosesi davam etdirmişlər. Yeni yaranmış erməni adlarının əksəriyyətinin isə keçmiş erməni tarixilə heç bir əlaqəsi yoxdur. Onlar süni surətdə Azərbaycan dilindən erməni dilinə tərcümə edilməklə yaradılmışdır (114, s. 79).

Bunu xüsusilə qeyd etmək lazımdır ki, ermənilərin Azərbaycana və xüsusilə Qarabağa köçürülməsi ilə Azərbaycan xalqının tarixində faciəli və ziddiyyətli bir dövr başlandı. Ermənilərin bundan sonrakı hərəkətləri onların tamamilə sırf millətçi siyasət yeritdiyini bir daha sübut etdi. Bundan sonra yaradılan bir sıra millətçi erməni təşkilatları da bu məqsədə xidmət edirdilər. Belə təşkilatlardan biri 1885-ci ildə erməni Partakalyanın Fransada yaratdığı "Armenakon" təşkilatı oldu. Lakin bu təşkilat çox yaşamadı. Bundan sonra 1887-ci ildə "Qnçak" (Zəng) partiyası yaradıldı. Onun rəhbəri Avetis Nazarbekyan idi. Bu partiyanın proqramında "Böyük Ermənistan" yaratmaq ideyası əsas qoyulmuşdu və Azərbaycan torpaqlarının tutulması ön planda idi. Lakin bu təşkilatların rəhbərləri öz məqsədlərinə asanlıqla çata bilməyəjəklərini hiss edərək Avropanın bir sıra şəhərlərində geniş təbliğat aparmaqla məşğul olurlar.

"Böyük Ermənistan" ideyasının həyata keçirilməsi uğrunda ən fəal mübarizə aparan təşkilat "Daşnaksütyun" partiyası olmuşdur. Bu partiya özünün təjavüzkar ideyasını həyata keçirmək üçün indi də mübarizə aparır. Bu partiya 1890-jı ildə Tiflisdə yaradılmışdır. Rəhbəri S.Zavaryan, X.Mikaelyan, S.Zoryan və başqaları olmuşdur. Bu təşkilatın əsas mətbu orqanı Cenevrədə çap olunan "Droşak" (Bayrak) qəzeti idi. Qəzetdə geniş miqyasda millətçilik təbliğ edilirdi. Bu təşkilatın dünyanın müxtəlif ölkələrində 3 mindən yuxarı qrupu fəaliyyət göstərirdi (71, s. 72).

XX əsrin əvvəllərindən başlayaraq "Daşnaksütyun" partiyası Zaqafqaziyada, xüsusilə Azərbaycanda öz fəaliyyətini daha da genişləndirdi: 1905-1907-ci illərdə birinci Rusiya burcua demokratik inqilabı baş verdi. Çarizm öz hakimiyyətini saxlamaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Belə tədbirlərdən biri müxtəlif millətlər arasında nifaq salmaq idi. Çar hökuməti yaxşı bilirdi ki, Zaqafqaziyada (indiki Cənubi Qafqaz - H.M.) Azərbaycanlılarla ermənilər arasında dərin ziddiyyətlər var. Həmin ziddiyyətlər çarizmin milli siyasəti nətijəsində yaradılmışdı. Bu ziddiyyətlər ermənilərin XIX əsrin I yarısında Azərbaycana kütləvi şəkildə köçürülməsi ilə başlanmışdı. Azərbaycanlılarla ermənilər arasındakı ziddiyyətlər regionda olan hadisələrə də öz təsirini göstərmişdi. Bütün bunları nəzərə alan çarizm 1905-ci il inqilabı zamanı ermənilərdən bir vasitə kimi istifadə edib, onları müsəlmanların əleyhinə qaldırdı. Bu zaman ermənilər bir o qədər də çox deyildilər. Qafqazda olan 54 qəzanın yalnız 5-də ermənilər çoxluq təşkil edirdilər (20, s. 20). Bu zaman hətta İrəvanın özündə ermənilər azlıq təşkil edirdi. Lakin bunlara baxmayaraq ermənilər Qafqazda yüksək vəzifəli rus məmurları tərəfindən gizli tapşırıq alıb silahlandılar. Onlar Azərbaycanlılara qarşı müharibəyə başladılar və Azərbaycanlıları məhv edib, onları öz ata-baba yerlərindən qovmağa başladılar. Gürcü müəllifi Qaribi özünün "Qızıl kitab"ında yazırdı ki, "Daşnaksütyun" partiyasının yaradılmasına qədər Zaqafqaziyada sülh və dostluq hökm sürürdü. Ermənilər, Azərbaycanlılar və gürcülər əsrlərlə bir yerdə yaşamışdılar. Hətta bu müddət ərzində heç kim millətlərarası ədavət görməmişdi. Daşnaklar gəldilər və ermənilərdən ibarət Müstəqil Ermənistan yaratmaq istədilər (31, s.49). Beləliklə, 1905-1906-jı illərdə erməni-müsəlman toqquşması oldu. Həmin hadisələrin şahidi olan yazıçı M.S.Ordubadi 1905-1906-jı illərdə olan qırğına həsr etdiyi "Qanlı illər" əsərində yazmışdı: "Çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladı. Bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb yaxıldı. Bununla da təxminən iki il davam edən erməni-Azərbaycanlı qırğını başladı" (63, s. 13).

Beləliklə, XX əsrin əvvəllərində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Azərbaycanlıları planlı surətdə doğma yurdlarından çıxarmağa, qırmağa və milli soyqırıma başladılar. Azərbaycanlılarla-ermənilər arasında ilk toqquşma Bakı şəhərində başlayaraq sonra Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax qəzalarına yayıldı. Gəncə qubernatoru 1907-ci il avqustun 9-da Peterburqa məlumat vermişdi ki, zavallı Azərbaycanlı kəndliləri üzərinə "təqribən yüz minlik zinvorlar (əsgərlər) ordusu göndərilmişdi. Türkiyədən olan qaçqınların və anjaq insan öldürməyə adət etmiş yerli baş kəsənlərin demək olar ki, hamısı bu orduya qoşulmuşdu" (15, s.28). Erməni terrorunu dəf etmək üçün Azərbaycanlıların yaratdığı "Difai" partiyasının böyük rolu oldu. Bu partiya 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən Gəncədə yaradılmışdı. Onun Gəncədə, Şuşada, Qarabağda yerli bölmələri fəaliyyət göstərirdi (1, s.22). Azərbaycan ziyalılarının və vətənpərvərlərinin rəhbərliyi altında Azərbaycan xalqı rusların havadarlıq etdiyi ermənilərə qətiyyətli müqavimət göstərdilər. Ermənilər geri çəkilib gözləmə mövqeyi tutdular.

1914-cü ildə birinci dünya müharibəsi başladı. Ermənilər özlərinin "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün böyük fəaliyyətə başladılar. Antanta dövlətləri ermənilərdən istifadə etməyi planlaşdırdılar. Onlar ermənilərə vəd etdilər ki, ermənilər Türkiyə dövlətlərinə qarşı vuruşsalar onlara muxtariyyət veriləjəkdir. Öz məqsədlərinə çatmaq üçün xəyanət yolunu əsas götürən ermənilər birinci dünya müharibəsinə ümid bəsləyirdilər. Müharibə dövründə fəallaşan Daşnaksütyun partiyası Azərbaycanlılara qarşı mübarizəni daha da güjləndirirdilər. Beləliklə, Qərb ölkələrinə və Rusiyanın köməyinə ümid bəsləyən ermənilər əsas mübarizə mərkəzini Azərbaycana keçirdilər. "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün Azərbaycan xalqına qarşı mübarizəni genişləndirdilər və dəhşətli faciələr törətdilər (139, s.37).

1917-ci ilin fevralında ikinci rus inqilabı baş verdi. Bu hadisə ermənilərin Azərbaycanlılara qarşı ərazi iddiaları tarixində yeni mərhələ açdı. 1917-ci ilin oktyabrında Tiflisdə daşnak başçılarının milli konqresi toplandı. Konqresin çağırılmasından sonra Cənubi Qafqazda və Azərbaycanda siyasi vəziyyət gərginləşdi. Bu millətçi Daşnaksütyun partiyasının öz fəaliyyətinin yenidən güjləndirilməsi ilə bağlı idi. Daşnaksütyun partiyası "Böyük Ermənistan" xəritəsini əllərində gəzdirərək Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqazda Azərbaycanlılara qarşı mübarizəni daha da qızışdırırdılar.

1918-ci il may ayının axırlarında Zaqafqaziya seyminin buraxılmasından sonra Daşnaksütyun partiyası Ermənistanın müstəqilliyini elan edərək öz millətçi ideyasını həyata keçirməyə başladı. 1918-1920-ci illərdə daşnak hökuməti Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ədalətsiz müharibələr aparmaq mövqeyindən çıxış etdilər. Gürcü Qaribi 1919-cu ildə yazmışdı: "Daşnaklar gəldilər milli ədavət gətirdilər, erməni-müsəlman ziddiyyətini daha da kəskinləşdirdilər..." (123, s. 19).

Daşnaklar əzəli Azərbaycan torpaqları olan Qarabağ və Naxçıvan ərazilərini ələ keçirmək üçün müxtəlif jəfəng iddialar irəli sürdülər. Onlar qəzalarda Azərbaycanlılara qarşı mübarizəni güjləndirdilər. Həmin mübarizə ilk növbədə Ermənistanda öz doğma ata-baba torpaqlarında yaşayan Azərbaycanlılara qarşı çevrildi. Onlar kütləvi şəkildə evlərindən çıxarılaraq didərgin salındılar. Dinj əhaliyə qarşı silah işlədilməsi nətijəsində Azərbaycanlılar dağlara və başqa istiqamətlərə qaçdılar. Bununla da Azərbaycanlıların kompakt yaşadığı Eçmiədzin, İrəvan, Sürməli, Şərur qəzalarının ərazisi ermənilər tərəfindən zəbt olundu.

1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin iclasında parlamentin sədri bildirmişdi ki, "parlamentə İrəvan quberniyasının əhalisinin adından məktub daxil olmuşdur. Həmin məktubda bildirilir ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyununa kimi erməni qoşunları tərəfindən İrəvan quberniyasında 200 dən çox Azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdır. Minlərlə insan dağlara qaçaraq ajlıqdan və soyuqdan ölmüşdü. Tərk edilmiş Azərbaycanlı kəndlərinə Türkiyədən olan ermənilər yerləşdirilir" (5, s.153). Azərbaycan Demokratik Respublikasının baş naziri F.X.Xoyski Ermənistan hökumətinə göndərdiyi notada bildirirdi ki, Azərbaycanlılara qarşı təjavüz siyasəti qəti olaraq dayandırılmalıdır. Lakin münasibətləri bərpa etmək mümkün olmadı (86, s. 136-137).

 

 



 

 

I.II. Qarabağın dağlıq hissəsində erməni terrorizminin güjlənməsi,

erməni-Azərbaycanlı münaqişəsinin kəskinləşməsi

 

1917-ci ildə fevral burcua demokratik inqilabı nətijəsində Azərbaycanda da milli azadlıq hərəkatı başlandı. Nətijədə bütün siyasi partiyaların - müsavat, eser, bolşevik, hümmət, daşnak, ittihad partiyalarının ölkənin siyasi həyatında fəaliyyətləri genişləndi.

Azərbaycan Cümhuriyyətinin elan olunması çarizmin milli müstəmləkə əsarəti altında yaşayan xalqın öz milli dövlətini yaratmaq arzusuna, milli qurtuluş istəyinə uyğun idi. 1918-ci il may ayının 26-da Zaqafqaziya seyminin sonuncu ijlasının qərarına uyğun olaraq Gürcüstan Zaqafqaziya federasiyasından çıxdıqdan sonra seym buraxıldı. Mayın 28-də 4 partiyanı təmsil edən 44 nəfər Azərbaycan deputatı Milli Şurada birləşərək yeni dövlətin - Azərbaycan Demokratik Respublikasının yarandığını bildirən İstiqlal bəyannaməsi ilə çıxış etdi. Bəyannamədə ADR-in qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq zərurəti təsbit olunmuşdu.

Çarizmdən miras qalmış inzibati ərazi bölgüsü ilə əhalinin milli tərkibi arasındakı uyğunsuzluq yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində kəskin ziddiyyətlərin meydana çıxmasına səbəb oldu. Azərbaycan hökuməti fəaliyyətə başladığı ilk günlərdə qonşulara müraciət edərək sərhəd məsələsində münaqişəli vəziyyətin yaranmasının qarşısını almaq və mehriban qonşuluq münasibətləri bərqərar etmək məqsədilə hər bir respublikanın ayrı-ayrılıqda ərazisini elan etməzdən əvvəl üçtərəfli danışıqlarda bu məsələni müzakirə edib razılaşmaya nail olmaq təklifini irəli sürdü.

Azərbaycan Milli Şurasının səlahiyyətli nümayəndəsi ilə Erməni Milli Şurası arasındakı danışıqların nətijəsi Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli ijlasında müzakirə edildi. Aleksandropolun Türkiyə tərəfindən tutulması ilə əlaqədar Ermənistan hökumətinin İrəvanı özünə siyasi mərkəz seçməsi məsələsi nəzərdən keçirildi. Azərbaycanla Ermənistan arasında konfederasiya ehtimalını nəzərə alaraq Azərbaycan Milli Şurası səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan Respublikasının mərkəzi kimi tanımağı mümkün saydı. Lakin Milli Şuranın bəzi üzvləri bu qərara etiraz etmiş, onun İrəvan quberniyasında yaşayan Azərbaycanlıların gələjək taleyi üçün təhlükə yaradajağı ehtimalından narahat olduqlarını bildirmişdilər. İrəvan Azərbaycanlılarının nümayəndəsi kimi Azərbaycan Milli Şurasında təmsil olunan B.Rzayev demişdir: "Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rija edirik bizi, erməni respublikası ərazisində qalanları da unutmayasınız" (58, s. 38).

Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinj yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə, üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi təklif etmişdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırmaq nəzərdə tutuldu. Lakin Ermənistan hökumətinin nümayəndəsi bu konfransa gəlmədi və  konfrans baş tutmadı. 1918-ci ilin dekabrında Gürcüstan ilə Ermənistan arasında müharibə başlandı. Hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan dövləti işə qarışmalı oldu. Dekabrın 26-da Azərbaycan parlamentinin fövqəladə ijlasında M.Ə.Rəsulzadənin üç maddədən ibarət təklifi qəbul olundu. Təklif Ermənistan və Gürcüstan parlamentlərini öz respublikalarının hökumətlərini müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün qəti tədbirlər görməyə çağırırdı. Bu məqsədlə Gürcüstan və Ermənistan parlamentlərinə teleqramlar da göndərilmişdi. Teleqramlarda mübahisəli məsələləri qan tökmək yolu ilə deyil, sülh danışıqları aparmaq yolu ilə həll edilməsi zərurəti göstərilirdi.

Qeyd edilməlidir ki, Azərbaycan və Ermənistan respublikaları yaranana qədər Dağlıq Qarabağın Gəncə quberniyasından çıxması, yaxud müstəqil olması, və ya İrəvan quberniyasına daxil edilməsi məsələsi qaldırılmamışdı.

 İlk vaxtlar Ermənistan hökuməti Dağlıq Qarabağa münasibətdə hələ müəyyən qədər diplomatik takt gözləyir, xain niyyətlərini tam açıqlamırdı. Belə bir fakt məlumdur ki, 1918-ci ilin avqustunda Tiflisdəki Ermənistan diplomatik nümayəndəsi Azərbaycanın oradakı diplomatik nümayəndəsindən Şuşaya Ermənistanın "xüsusi nümayəndə heyəti" göndərməsinə razılıq verməyi xahiş etmişdi. Bu rəsmi müraciətə Azərbaycan hökuməti aşağıdakı javabı vermişdi: "Əgər Azərbaycan hökuməti əmin olsa ki, nümayəndə heyəti Azərbaycanın qanunlarına əməl edəjək və Azərbaycan hökumətinin müşahidəsi altında fəaliyyət göstərəjək, onda Ermənistan xüsusi nümayəndə heyətinin Şuşaya getməsinə ijazə veriləjəkdir" (24, s. 113).

Ehtimal etmək olardı ki, Ermənistan hökuməti bununla Yuxarı Qarabağın Azərbaycan ərazisi olduğunu bilavasitə təsdiqləyirdi. Ermənistan hökuməti əslində bu kimi addımlarla əvvəljə Dağlıq Qarabağa "mübahisəli ərazi statusu" verilməsini, sonra isə bu amildən istifadə edərək Azərbaycana qarşı ərazi iddiası planlarını həyata keçirmək istəyirdi.

Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşov İstambulda ingilis polkovniki Tampla söhbətində bildirmişdi: "Ermənistan hökumətinin nümayəndələri dəfələrlə bizə bildiriblər ki, əgər onlara Qara dənizin sahilində liman verilsə, özlərinin Qarabağa olan iddialarından könüllü imtina edərlər. Onlar əhali mübadiləsi ilə kifayətlənərdilər. Lakin nəzərə almaq lazımdır ki, İrəvan quberniyasında 200 mindən yuxarı Azərbaycanlı yaşayır" (128, s. 67).

Respublikalar yaranan kimi İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. "Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada (şəhər əhalisinin 46 faizini Azərbaycanlılar təşkil edirdi) keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın tərkibinə daxil olmaq məsələsi hələ açıq hallanmırdı. Ermənistan hökuməti Dağlıq Qarabağın işğalı planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi" (58, s. 39). Elə təkjə bu fakt göstərir ki, Ermənistan Yuxarı Qarabağ problemini hərbi yolla həll etmək istəyirdi. Ona görə də 1918-ci ildə general Andranikin silahlı quldur dəstələri Qarabağa yeridildi.

Azərbaycan hökumətinin 1918-ci il 15 iyulda ijlası oldu. İjlasda xarici işlər naziri M.N.Hajınskinin erməni separatçılarının Azərbaycanın müxtəlif bölgələrində törətdiyi cinayətkar hərəkətləri barədə məruzəsi dinlənildi. Məruzədə deyilirdi: "Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif hissələrində dinj Azərbaycan kəndlərində ermənilər görünməmiş vəhşiliklər göstərir, adamların həyatlarını və əmlaklarını məhv edirlər. Buna görə də ümumdövlət mənafelərini və əhalinin zərər çəkmiş qruplarının mənafeyini nəzərə alaraq təklif edirik ki, ayrıja bir təşkilat yaradılsın və onun qarşısında aşağıdakı vəzifələr qoyulsun:

1. Bütün zorakı hadisələri dəqiq qeydə almaq;

2. Bu hadisələrin baş verdiyi şəraiti müəyyənləşdirmək;

3. Müqəssirləri və dəymiş zərərin həjmini müəyyənləşdirmək;

Bu təşkilat Fövqəladə İstintaq Komissiyası xarakteri daşımalı və onun məlumatları əsas Avropa dillərində - rus, fransız, alman və təbii ki, türk dilində yazılmalı və geniş yayılmalı.Əgər hökumət bu təkliflə razıdırsa, mən xahiş edirəm ki, bu komissiyanın təşkil edilməsi nazirlərdən birinə tapşırılsın və bu komissiyanın xərjləri üçün müvəqqəti olaraq 50 min manat pul ayrılsın" (52, v. 1).

Azərbaycan hökuməti M.N.Hacınskinin məruzəsini dinləyib müvafiq komissiyanın yaradılması haqqında qərar çıxartdı (53, v. 2).

Azərbaycan ərazisinin tarixən tərkib hissəsi olan Qarabağ torpaqlarını ələ keçirməyə jan atan erməni hökuməti nə kütləvi qırğınlardan, nə də onlarja yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. 1919-cu ilin yanvarında daşnak hökuməti Qarabağ ərazisi ilə əlaqədar iddialar irəli sürmüşdü. Ermənilər aşağıdakı əraziləri Qarabağdan qoparmaq istəyirdilər:

1. Tərtəri çıxmaq şərtilə Cavanşir qəzasının Cənub, qərb hissəsini;

2. Ağdamı və Qajar kəndini çıxmaq şərtilə Şuşa qəzasının qərb hissəsini;

3. Vəng, Hadrut, Yeqorlu və Arakel kəndləri ilə birlikdə Cəbrayıl qəzasının bir hissəsini;

4. Kirs dağından Cənub qərbdə yerləşən Şahverdilər kəndini və Araz çayı üzərindəki Ağbil stansiyasını çıxmaq şərtilə bütün Zəngəzur qəzasını (111, s. 15).

Respublikanın ərazi bütövlüyünü qoruyub saxlamağı və vətəndaşlarının həyatını müdafiə etməyi özünün başlıja vəzifəsi sayan Azərbaycan hökuməti bu iddiaları qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə edərək vəziyyəti normal hala salmaq üçün tədbirlər görməyə başladı. Hökumət əvvəljə bu məsələni dinj yolla həll etmək üçün Ermənistan hökuməti ilə bir neçə dəfə danışıqlar apardı. Lakin bu danışıqların nətijəsi olmadı. Ona görə də hökumət Qarabağın müdafiəsini güjləndirmək üçün oraya hərbi dəstələr göndərməli və nəhayət Qarabağ general-qubernatorluğunu yaratmalı oldu (87, N 12, 1919).

Ermənistan hökuməti dədə-baba torpaqlarında yaşayan Azərbaycanlıların zorakılıqla kütləvi surətdə didərgin salınması məqsədilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirir, iki xalq arasında ədavət və düşmənçilik siyasəti aparırdı.

İrəvan quberniyasının Azərbaycanlı əhalisi Azərbaycan hökuməti sədrinin adına bəyanat qəbul etdi. Bəyanatda bildirilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək quberniyada erməni hərbi qüvvələri 200-dən çox müsəlman kəndini yandırmış və yerlə-yeksan etmişdir (87, N 268, 1919). Dinj əhaliyə qarşı silah işlədildiyinə görə əhalinin bir hissəsi dağlara qaçmışdır. Əzəldən Azərbaycanlıların yaşadığı Sürməli, İrəvan, Eçmiədzin və Şərur qəzalarının ərazisini ermənilər tutmuşlar.

1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin ijlasında parlament üzvü M.N.Vinoqradov çıxış edərək demişdir ki, biz ruslar belə hərəkətlərə, belə müdhiş təjavüzlərə protesto edərək, hər dövlətin xətti hüdudunu təyin etmək ixtiyarına malik olan ümumjahan konfransının qərarınadək hər kəsin öz yerlərində qalmasını tələb ediriz (5, s. 153-154).

Azərbaycan parlamenti respublika hökumətinə təklif etdi ki, vəhşilik əməllərinin qarşısını almaq üçün bütün vasitələrdən geniş istifadə olunsun. Erməni hökumətinə notasında Fətəli xan Xoyski dinj əhalinin üzərinə silahlı basqın ilə əlaqədar qəti etirazını bildirdi və Azərbaycanlı əhaliyə qarşı təjavüzün dərhal dayandırılmasını təkid etdi. Tədbirlər görülməsinə baxmayaraq Cənubi Qafqaz respublikaları arasında normal qonşuluq münasibətlərini bərpa etmək mümkün olmadı.

Azərbaycan parlamenti Dağlıq Qarabağda törədilən milli toqquşmaların səbəbini araşdırmaq üçün ora xüsusi komissiya göndərdi və sonra da məsələni 1919-cu il 8 iyulda keçirilən ijlasında geniş müzakirə etdi ( 5, s. 801). İjlasda parlamentin üzvlərindən Çubaryan, Malxazyan və başqa erməni millətçilərinin uzun-uzadı böhtançı çıxışları tutarlı dəlillərlə təkzib olundu. Artan erməni təbliğatına qarşı mübarizə aparmaq, ermənilərin Qafqazda müsəlman qanına susamasını dünya ijtimaiyyətinin gözündə ifşa etmək, erməni elementinin bu bölgədə qızışdırıjı rolunu göstərmək üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə 1918-ci il 15 iyulda Azərbaycan Respublikasının Nazirlər Şurası Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Bu komissiyanın qarşısında üç vəzifə dururdu: I. Bütün zorakılıq hallarının dəqiq qeydiyyatını aparmalı; II. Bu zorakılığın törədildiyi şəraiti aydınlaşdırmalı; III. Günahkarları və dəyən zərərin həjmini müəyyən etməli.

Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov təyin edildi. Komissiya çox fəal şəkildə işə başladı. Bu komissiya 1918-ci ilin qanlı mart hadisələrini, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisindəki ermənilərin törətdiyi cinayətləri araşdırmağa başladı. Komissiyanın topladığı istintaq materiaları erməni iddialarının əsas rolunu göstərən və erməni cinayətlərini ifşa edən ən gözəl tarixi sənədlərdir (54,v.1).

 Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının erməni talanlarından zərər çəkmiş Azərbaycan kəndlərinin təhqiqatı üzrə: Azərbaycan Fövqəladə İstintaq komissiyasının üzvü Mixaylovun məruzəsi əsasında ermənilərin Qarabağdakı separatçı hərəkətləri dəqiq faktlarla açılıb göstərilmişdi. Həmin faktların təhlili əsasında belə nətijəyə gəlmək olur ki, özlərini həmişə "əzabkeş", "məzlum" xalq kimi qələmə verən ermənilər Qarabağın dinj əhalisinə qarşı nejə qəddarlıqlar törətmişdilər (48, v. 1).

Mixaylovun məruzəsində Qarabağın dörd qəzası üzrə vəziyyət təhlil olunur. Göstərilir ki, burada vəziyyət Azərbaycan Respublikasının zərər çəkmiş digər əyalətlərindən kəskin şəkildə fərqlənir. Qarabağın dörd qəzasının Azərbaycanlıları fasiləsiz olaraq (son günlərə qədər) həm Qarabağın yerli erməni əhalisi, həm də İrəvan quberniyasının erməniləri və Türkiyə vilayətlərindən buraya soxulmuş erməni quldur dəstələri tərəfindən hər cür zorakılığa məruz qalır. Hazırki vaxtda Ermənistan Respublikasının dövlət hakimiyyətinə tabe olmağı tələb edir. Məruzədə adları sadalanan qəzaların vəziyyəti aşağıdakı kimi səciyyələndirilir.

 

 

CAVANŞİR QƏZASI

 

Cavanşir qəzasının polis idarəsinin rəsmi sənədləri və istintaqda şahidlərin verdiyi ifadələrə əsasən qəzada aşağıdakı vəziyyət müəyyən edilmişdir. Hələ Rusiyanın hərbi əməliyyatları dayandırmasına qədər erməni əsgərləri jəbhədən fərarilik edərək, öz kəndlərinə çoxlu tüfəng, pulemyot və başqa döyüş sursatı oğurlayıb gətirmişdilər. Bu cür cinayətkar hallara bir tərəfdən yerli erməni ziyalıları və erməni kənd ijmalarının nümayəndələri rəvaj verir, digər tərəfdən rus polis hakimiyyətinin fəaliyyətsizliyi şərait yaradırdı. Rusiyada dövlət çevrilişi baş verdiyi vaxtda demək olar ki, döyüş sursatı və silahla təjhiz olunmuş ermənilərin müsəlmanlara qarşı düşmənçilik münasibətləri zorakılıq hərəkətlərində özünü göstərməyə başladı. Məruzədə qəzanın Azərbaycanlı kəndlərinin ərazi xüsusiyyətləri də təhlil olunmuşdu. Qəzanın kəndlərinin böyük əksəriyyəti düzənlikdə yerləşmişdir. Lakin Kolanlı və Avrayan kənd ijmalarının kəndləri belə yerləşmişdir: Kolanlı kəndləri dağ ətəyində, Avrayan kəndləri yüksək dağlıq sahədə yerləşir. Kolanlı jəmiyyətinin Dəmirlər, İmarət-Qərvənd, Çərəkdar, Umudlu, Qaralar, Şixavənd, Sırxavənd, Buruj, Əliağalı, Xaçın-Dərbənd, Çıraqlı, Hajı-Qərvənd kəndləri, ermənilərin yaşadıqları Marağa, Talış, Yuxarı və aşağı Çaylı, Ağdərə, Ulu Qarabəy, Kiçik Qarabəy, Çardaxlı, Həsənriz, Vənkli, Dovşanlı, Damğalı və digər kəndlər tərəfindən tam əhatə olunmuşdur. Beləliklə, Kolanlı Azərbaycanlıları qəzanın düzənlik hissəsi ilə yalnız erməni kəndlərini keçməklə əlaqə saxlaya bilərdilər. Ona görə Kolanlı ijmasının kəndləri ermənilər tərəfindən tamamilə dağıdılmış, Avrayan jəmiyyətinin kəndləri isə heç bir halda zərər çəkməmişdilər. Beləliklə, Cavanşir qəzasında yalnız Kolanlı jəmiyyətinin 12 kəndi tamamilə dağıdılmışdı (48, v. 1-2) .

1917-ci ilin dekabrından başlayaraq erməni quldur dəstələri yuxarıda adları çəkilən Azərbaycan kəndlərinə soxulmuş, oralarda silahlı gözətçilər qoymuşdular. Onlar kolanlılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, öz dövlətləri üçün vergi toplamaq adı altında Azərbaycanlılardan öz xeyirlərinə çoxlu pul yığırdılar. Onların dəstələri Azərbaycan kəndlərində eyş-işrət məjlisləri düzəldir, müntəzəm olaraq Azərbaycanlıların mal-qarasını zorla əllərindən alıb aparırdılar.

Cavanşir qəzası Azərbaycanlılarının milli komitəsi Kolanlı ijmasının əhalisini ağır vəziyyətdən çıxarmaq üçün ermənilərlə əvvəlki xeyirxah münasibətləri bərpa etməyə və bu məqsədlə erməni kəndlərinə qarışıq dinj nümayəndələr göndərirdilər. Bu, onu göstərir ki, Azərbaycanlılar ermənilərlə münasibətləri dinj yolla həll etmək istəyirdilər.

Azərbaycanlı əhalinin belə dözülməz vəziyyəti bəzi yerlərdə 1918-ci ilin sentyabrına qədər, bəzi yerlərdə 1918-ci ilin dekabrına qədər, jana doymuş Azərbaycanlıların müxtəlif vasitələrlə erməni bandalarının mühasirəsindən çıxıb, düzənlikdəki Azərbaycanlı kəndlərinə köçmələrinə qədər davam etmişdir. Bu, onlara çox ağır itkilər hesabına başa gəlmişdir.

Məruzədə göstərilir ki, Azərbaycanlı qaçqınlar bütün təsərrüfat alətlərindən, ev heyvanlarından və təsərrüfat tikililərindən məhrum oldular. Ən pisi o idi ki, qadınların və uşaqların çox hissəsi ajlıqdan, soyuqdan və xəstəliklərdən yollarda həlak oldular.

Cavanşir qəzasının düzənlikdə yaşayan Azərbaycanlı əhalisi də ermənilərin zorakılıq hərəkətlərindən ziyan çəkmişdilər. 1918-ci ilin yaz və yayında ermənilər Tərtərçay su hövzəsinin qarşısına bənd çəkdilər. Buna görə də düzənlikdəki Azərbaycanlılar nəinki öz tarlalarını və bağlarını suvarmaq imkanından, hətta içməli sudan da məhrum oldular, su dəyirmanları dayandı. Həm də qeyd etmək lazımdır ki, Azərbaycanlılar yay aylarında yaylağa Cavanşir dağlarına qalxırdılar. 1918-ci ilin yayında ermənilər yaylağa gedən bütün yolları kəsmişdilər. Həmin vaxtda isə ermənilər Azərbaycanlı kəndlərini keçərək qəzanın düzənlik hissəsinə gedir, hər həftə Tərtər bazarında olur, nəinki azad surətdə ticarət əlaqələrini aparır, hətta özlərinin cinayətkar əməllərini davam etdirirdilər. Bu isə ermənilərin hay-küy salıb Azərbaycanlıların onları "iqtisadi mühasirəyə" alması fikirlərinin uydurma olduğunu göstərir.

İndi isə qısa olaraq erməni bandalarının Cavanşir qəzasının hüdudlarında Azərbaycanlılara qarşı törətdiyi cinayətlərin bir neçəsini qeyd edək.

1. Marağa kəndinin erməniləri Məhəmməd İsgəndər oğlu və Müslüm Rəhim oğlu adlı iki Azərbaycanlını öldürmüş və meyitlərini "Daşarx" adlı kanala atmışlar.

2. Dovşanlı kəndinin erməniləri Fındıqlı adlı yerdə Fərhad Cəfərqulu oğlunu və onun iki yoldaşını öldürərək onların dörd öküzünü aparmışlar.

3. Ağdərənin silahlı erməni dəstəsi Qapanlı adlı Azərbaycan kəndindən 600 qoyun və 50 iri buynuzlu heyvanı zorla aparmışlar.

4. Dovşanlı kəndinin erməniləri Qarnakar kəndindən Ojaqverdi Molla Qəmbər oğlunu, Eyvaz Molla Novruz oğlunu və Ojaqverdinin arvadı Sona Şahməmməd qızını vəhşijəsinə öldürmüşlər.

5. "Çoxlu dəyirman" deyilən yerdə erməni əsgərlərinin dəstəsi Qoturlu jamaatının karvanına hücum etmiş, onların atlarını, öküzlərini, 1,2 milyon rubl məbləğində ev əşyalarını və mallarını ələ keçirmişlər (48, v.3).

Qeyd olunan bu qısa cinayətlərdən məlum olur ki, ermənilər çox çalışırlar ki, Azərbaycanlı kəndlərinin təsərrüfatını dağıtsınlar.

Buna görə də onlar ilk növbədə heyvanları və atları oğurlayırdılar. Çox saylı cinayətlər edən ermənilər heç bir cinsə, yaşa, azyaşlı uşaqlara, qojalara aman vermirdilər. Məsələn, Hajı Qərvənd kəndinin sakini Zeynəb Şirin qızının meyidi döşləri kəsilmiş formada tapılmışdı. Sirxavənd kəndinin sakini Soltanəli İman oğlunun meyidi Qazançı kəndində yandırılmış vəziyyətdə aşkar olunmuşdu (48, v. 4). Güneypəyə kəndinin sakinləri Şərif İsmayıl oğlunun və Rəjəb Novruzəli oğlunun meyidləri başları kəsilmiş şəkildə tapılmışdır.

Məruzədə deyilir ki, erməni bandalarının başçıları içərisində aşağıdakı şəxslərin adları müəyyən edilmişdir: Konstantin Nixitiq Abramov, Avam-Yüzbaşov Boqrat (bəyin malikanəsinin işlər müdiri), Marağa kənd jəmiyyətinin başçısı Nerses Manukov, Gülyataq kəndinin sakini Həsən Calalov, Damğalı kəndindən Tyuni Atambəyov, Ağdərə kəndindən Karapet Anastasov, Aşağı Çaylı kəndindən Akopjan Movsesov və b. adları çəkilən ermənilər həm Azərbaycanlıların qırılmasına başçılıq etmiş, həm də soyğunçuluğun iştirakçıları olmuşlar.

 

 

CƏBRAYİL QƏZASI

 

Məruzədə göstərilir ki, Cəbrayıl qəzası 12 Azərbaycanlı və üç erməni kənd icmasından ibarətdir. Azərbaycan kəndlərinin çoxluğuna və onların əlverişli joğrafi mövqedə yerləşdiyinə görə ermənilər buraya soxulmağa jəsarət etmirdilər. Qorxurdular ki, onlara layiqli javab verilər. Sorğu-sual edilmiş şahidlərin sözlərindən məlum olur ki, 1918-ci ilin dekabrına qədər Cəbrayıl qəzasının Azərbaycanlıları belə hesab edirmişlər ki, ermənilər heç vaxt onların üzərinə hücum etməyəjəkdir. Halbuki Qarabağın digər Azərbaycanlı kəndlərində ermənilərin qırğın törətdiyi haqda xəbərlər Cəbrayıl qızasına da gəlib çatmışdı.

1918-ci il dekabrın ilk günlərində ermənilər qəzanın Azərbaycanlılarına qarşı açıq silahlı mübarizəyə başladılar. Onlar əvvəljə ayrı-ayrı Azərbaycanlıları öldürür, mal-qarasını qovub aparır, sonra isə təşkil edilmiş quldurlarla Azərbaycan kəndlərinə basqınlar edirdilər. Bu da Ermənistan hökumətinin Yuxarı Qarabağ məsələsini sülh yolu ilə həll etmək fikrindən uzaq olduğunu bir daha təsdiq edir.

Cəbrayıl qəza rəisinin 1919-cu il fevralın 17-də Qarabağın general-qubernatoruna göndərdiyi 84 saylı raportda deyilir ki, "qəzanın Azərbaycanlı əhalisi ermənilərin fəal hərəkətlərinə javab olaraq, müdafiə mövqeyi tutub, yalnız özlərini və öz əmlaklarını ermənilərdən qoruyur, ermənilərə qarşı heç bir qeyri-qanuni hərəkətə yol vermirlər. Bu da onu göstərir ki, heç bir erməni kəndi zərər çəkməmişdir" (48, v. 4).

İndi isə ermənilərin törətdiyi cinayətlərdən bəzilərini sadalayaq:

1918-ci il dekabrın 2-də ermənilərin silahlı dəstəsi Aşıq Məlikli kəndini yandırmış, əhalinin əmlaklarını ələ keçirmiş və mal-qarasını aparmışlar. Həmin banda Xələfli və Şıxlar kəndlərini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. Dekabrın 18-də Sirik kəndi yandırılmış və dağıdılmışdır. 1919-cu ilin qışında Dolanlar kəndinin erməniləri Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişdir. Mülkdərə kəndinin erməniləri Məlikli kəndini dağıtmış, evlərini yandırmış, əmlakını və heyvanını aparmışlar.

Kəndlərin yandırılması, Azərbaycanlıların öldürülməsi və yaralanması ilə müşayiət olunurdu. Belə ki, Axıllı kəndində iki kişi, üç qadın və bir uşaq öldürülmüş, Tatar kəndində bir nəfər yaralanmış, Məzrə kəndində beş nəfər öldürülmüş, Sirik kəndində 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, iki kişi yaralanmışdır.

Azərbaycan kəndlərinə hücum edən ermənilərin başçıları aşağıdakılardır: Düdükcü - Balasan kəndinin sakinləri Ayrapetov, Loğmanov, Karapet Oqansanov, İvan Bəyləryarov, Usub Xajıyev, Ovakim Barxudarov, Sarkis Mirzoev; Kəmraquç kəndinin sakinləri praporşik Aslan Sarkisov, Nikolay Baxtiev; Qoqa kəndinin sakinləri Calal Cavadov, Qaraxan Cavadov, Ağasərkis Martirosov; Zamzur kəndinin sakini Aleksandr Melkumov; Gilan kəndinin sakini Markar Kazarov (48, v. 5).

Məruzədə qeyd edilir ki, Cəbrayıl qəzasının Azərbaycan kəndlərinə bir neçə on milyon rubl məbləğində ziyan dəymişdir.(48, v. 5)

 

ZƏNGƏZUR QƏZASI

 

Bu qəzada Azərbaycanlılar üzərində ermənilərin fasiləsiz zorakılıqları davam edirdi. Yüksək dağlıq ərazidə yerləşən bu qəzanın Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələri tamamilə kəsilmişdi. Azərbaycan kəndləri erməni kəndlərinin əhatəsində yerləşdiyinə görə ermənilər bundan istifadə edərək tez bir vaxtda üstün mövqe tutdular. Zəngəzur qəzasının vəziyyəti Azərbaycanın digər vilayətlərinə nisbətən daha ağır idi. Ona görə ki, buraya erməni kəndlərinin silahlı bandalarından başqa, general Andranikin yaxşı təşkil olunmuş qoşunları da hücum edirdilər. Andranik Azərbaycanlı əhalisinə ultimatum vermişdi ki, ya Ermənistan Respublikasının tərkibinə daxil olsunlar, ya qəzanı tərk etsinlər. Azərbaycanlılar heç bir müdafiə və yardıma malik olmasalar da, ermənilərin tələblərini qəbul etmədilər. Ermənilər son dərəjə amansızlıq göstərmişlər. Onlar Azərbaycanlıları amansızlıqla öldürür, kəndlərini yandırır, əmlaklarını zorla əllərindən alır və torpaq sahələrini öz aralarında bölüşdürürdülər. Yalnız Oxçu dərəsinin Azərbaycanlı kəndləri öz yurdlarını qəhrəmanjasına müdafiə etməkdə davam edirdilər. Sisiyan mahalının birinci polis məntəqəsinin bütün Azərbaycan kəndləri, 2-ci məntəqəsinin böyük hissəsi, 3-cü, 4-cü, 5-ci məntəqələrinin xeyli hissəsi ermənilər tərəfindən məhv edilmişdir. Bir neçə kənd ermənilər tərəfindən tamamilə torpağın üstündən silinmişdir və 50 minə qədər Azərbaycanlı qaçqın qəzanın 4-cü məntəqəsində və Cəbrayıl qəzasında məskunlaşmışdır.

Rəsmi sənədlərə və şahidlərin məlumatlarına görə qəzada aşağıdakı 115 kənd dağıdılmış və məhv edilmişdir (48, v. 6): Aqudı, Darabaş, Dulus, Qutlar, Şəki, Urut, Vaqudu, İsmis, Bəhilli, Qılçıx, Darakənd, Qara kilsə, Məlikli, Dortin, Dovruz, Qaradağ, Oxtar, Çobanlı, Qadayulu, Çullu, Şabadin, Almalı, Çanaxçı, Cibilli, Ağkənd, Turabxanlı, Qulud, Bekdaş, İnjəvar, Sıznak, Qara çəmən, Qatar, Seyidlər, Xalaç, Daşnov, Bayraq, Noraşenik, Cicimli, Qayaqulu, Homarat, Dərzili, Qazançı, Şayuplu, Tağamir, Tey, Atkis, Şarikan, Doluqlu, Avqanlı, Tanzaver, Maç, Xojaqan-1, Əmuzlu, Bukaqar, Mülk, Bənövşapyuş, Vartanozor-1, Vartanozor-2, Leqvaz, Əlidərə, Marzıket, Tuqut, Puşunlu, Rəzidərə, Məmməd-İsmayıl, Humandadanlu, Tatar kənd, Kelu-Qışlaq, Zəmilər, Əskərlər, Qaragöl, Çuxur Yurd, Nəjəflər, Qarakelü, Şayuflu, Qayagöl-1, Qayagöl-2, Burunlu, Burjalular, Güney-Qışlaq, Canbar, Xırdaqışlaq, Tuafşalı, Şərikan, Qazançı, Qaralar, Qəməran, Xotakan, Oxtarlu, Xudayarlı, Şəkərli, Qliçili, Tarnalu, Nüvədi, Baharlı, Sanalı, Səfi-Yurd, Kyurqilu, Çataris, Pirvəyisli, Məşədi İsmayıllar, Burjalı Dərzili, Subuklu, Məzməzək, Tazıqurdalı, Fərəjan, Suarası, Bayramuşağı, Köhnə kənd, Qışlaq, Zabıx, Baylandur, Bağırbəyli, Kiravis, Abdallar.

Adları sadalanan bütün bu kəndlər yandırılmış, əhalinin mal-qarası və əmlakı zorla aparılmış, ərazisi ermənilər tərəfindən tutulmuş və indiki vaxtda da Azərbaycanlılar buraya qayıda bilmirlər. Bütün adları göstərilən kəndlər üzrə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın, 485 uşaq yaralanmışdır (48,v. 7). Bütövlükdə qəza üzrə 10068 nəfər öldürülmüş və yaralanmışdır. Şahidlərin ifadələrinə görə ermənilərin Azərbaycanlılara qarşı törətdiyi amansızlıqlar  əsl terror idi, ən dəhşətlisi isə Baqudi kəndində baş vermişdir.

 "Baqudi kəndində erməni əskərlərinə verilmiş 15 gözəl qız fiziki əziyyətə dözməyərək ölmüşlər.Həmin kənddə 400 Azərbaycanlı məsçidlə birlikdə yandırılmışdır. Həmin kənddə Qədəmə Tahir qızı xənjərlə doğranmış, döşlərini kəsib, sonra isə doğranmış döşlərini südəmər körpəsinin ağzına soxmuşlar.

Yenə Baqudi kəndində Nisə Aman qızı, Ajob Nuxbalı qızı, Sona Cəfər qızı və Şahnulu Calal qızını ermənilər zorlayıb öldürmüşlər. Həmin kənddə Gülbəstə Qasım qızı öldürülmüş, döşlərini isə kəsmişlər. Şəki kəndində çoxlu döşləri kəsilmiş qadın jəsədləri və hissələrə bölünmüş körpə jəsədləri tapılmışdır.

Baqudi kəndində ermənilər müsəlmanlardan tələb etmişdilər ki, xristianlığı qəbul etsinlər,qəbul etmədikdə qadınların döşlərini kəsib öz körpələrinin ağzına soxmuşlar. Yenə həmin kənddə bütün gözəl qızlar zorlanmış, sonra isə öldürülmüşdür" (48, v. 8).

Azərbaycan kəndlərinin çoxu Andranikin qoşunlarının hücumu nətijəsində dağıdılmışdı. O, Azərbaycanlılardan Ermənistan Respublikasına tabe olmağı tələb etmişdir. Bütün bu hadisələr 1918-ci ilin yayında və payızında baş vermiş əsl terror idi.

Məruzədə Azərbaycan kəndlərinə hücum etmiş terrorçu erməni dəstələrinin başçılarının adları göstərilmişdir. Gorus kəndindən praporşik Nikolay Osipov, Simon Mirimov, Astazor kəndindən praporşik Ağabəy Mudusi Padvakanov, həmin kənddən Nikolay Barsamov, Axlatyarı kəndindən Yaqub Arustamov, Qalaçı kəndindən İvan Mortorosov, Manuçar Poqosov, Xotanəng kəndindən zabit Ovanes Ter-Petrosov, Ataxan kəndinin keşişi, Ter-Qriqor Ter- Minasov, mühəndis Sumbat Məlik Stepanov, Aqarak kəndindən İvan Qazarov, Ayrapet Stepanov, Yefrem Ağaxanov, Dığ kəndindən Qriqor və Baxşı Seyranovlar, Qovar kəndindən Aqaro Poqosov.

Zəngəzur qəzasından 100-dən çox Azərbaycan kəndi dağıdılmış, talan olunmuş, on minlərlə iribuynuzlu mal-qara, bir neçə yüz min qoyun aparılmış, əkin sahələri və bağlar məhv edilmiş, 50 minə qədər adam didərgin düşərək, Azərbaycanın müxtəlif kəndlərində məskunlaşmışlar. Dəymiş ziyanlar təxminən bir milyard manat təşkil etmişdir.

Bütün bu faciəli faktları, hər bir Azərbaycanlı kəndində ermənilərin törətdikləri cinayətləri təhlil edərkən belə bir nətijəyə gəlmək olar ki, istər 1905-1906-jı illərdə erməni-müsəlman davasında olduğu kimi və istərsə də 1918-1920-ci illərdə Zəngəzur qəzası və onun əhalisi erməni terroruna daha çox məruz qalmışdı. Bu vəziyyət onunla izah olunur ki, Zəngəzur joğrafi mövqeyinə görə Ermənistana daha yaxın olmuşdur və təsadüfi deyildi ki, erməni təjavüzündən janını qurtarmağa çalışan 60 minə qədər adam bu qəzadan qaçqın düşmüşdür.

 

ŞUŞA QƏZASI

 

 Şuşa qəzasının kəndləri də Zəngəzur qəzasındakı kimi erməni kəndləri tərəfindən əhatəyə alınmışdır. Ermənilər həmişə olduğu kimi bu şəraitdən istifadə edərək Azərbaycan kəndləri üzərində hər cür zorakılıq törətmişdilər. Şahidlərin verdiyi ifadələrə görə ermənilər hələ 1903-cü ildən müsəlmanlara qarşı təjavüzə başlamışlar. Bu, xüsusilə 1905-ci ildə erməni-Azərbaycan münaqişəsində özünü daha aydın göstərmişdir. 1917-ci ildən sonra ermənilər daha güjlü silahlanmağa başladılar. Öz milli ideyalarını həyata keçirmək və Azərbaycanlıların maddi rifahını tamamilə dağıtmaq üçün Daşnaksütyun partiyası Azərbaycanlılar arasında toqquşmalar törədirdilər. Kəndlilər tərəfindən Fərrux bəy Vəzirovun bir neçə malikanəsi dağıdılmışdı. Ermənilər Levon Sergeyeviç Vartapetovu qəza komissarı seçərək tamamilə ermənilərdən ibarət olan milis dəstəsi təşkil etmiş, Şuşa ilə Qaryagin və Şuşa ilə Əsgəran arasında gözətçi məntəqələri yaratmış, Azərbaycanlıları tərk-silah etmişdi. Tədrijən ermənilər Azərbaycanlıların adı göstərilən istiqamətdə yollarını bağladılar.

Andranikin qoşunları Zəngəzur qəzasına soxulandan sonra Şuşa qəzasında ermənilərin düşmənçilik mövqeyi daha da möhkəmləndi. Andranik Gorusa gələn kimi Qarabağın bütün ermənilərini səfərbərliyə aldığını elan etdi. Bu vaxtdan etibarən Andranikin silahlı əsgərləri Zəngəzur qəzasının Azərbaycanlı kəndlərini məhv etməyə başladılar. Andranik üç dəfə Zabux dərəsi vasitəsilə Şuşaya getməyə jəhd göstərdi. Lakin onun bütün jəhdləri Azərbaycanlılar tərəfindən dəf edildi. Andranik böyük itki verərək Gorusa qayıdır. Şuşa qəzasının ümumi vəziyyətini təsvir edərək onu əlavə etmək lazımdır ki, Şuşa şəhərinin özü və ətrafında yerləşən Azərbaycan kəndləri 175 erməni kəndi tərəfindən əhatəyə alınmışdır. Bax buna görə də içməli sudan, ərzaq məhsullarının gətirilməsindən məhrum olan Azərbaycanlıların vəziyyəti doğrudan da faciəli olmuş, bu vəziyyət səkkiz ay, türklər gələnə qədər davam etmişdir.

Şahidlər göstərirlər ki, Şuşa şəhərinin və kəndlərinin erməniləri Azərbaycan Respublikasının hakimiyyətini tanımaq istəmir,  Qarabağı Azərbaycandan ayırıb Ermənistan Respublikasına birləşdirmək istəyirlər. Həmin vaxtda da Qarabağın erməni əhalisi Azərbaycan Respublikasına heç bir vergi vermir, heç bir mükəlləfiyyət yerinə yetirmir, Şuşa qəzasının 1-ci və 2-ci polis məntəqəsində Sokrat Məlik Şahnazarovun və Aranzəminli Kovxa Karapetin erməni dəstələri cinayətlərini davam etdirir. Ağdam, Qaryagin şose yolları bağlanmışdır. Belə ki, Qarakənd erməniləri Azərbaycanlıları yenə güllələməkdə və soymaqda davam edir. Qəzanın 2-ci polis məntəqəsi tam, 1-ci polis məntəqəsi qismən, 3-cü və 4-cü polis məntəqələri bir sıra hallarda dağıdılmışdı (48, v. 9-10).

Şahidlərin ifadələrinə görə 2-ci polis məntəqəsində aşağıdakı cinayətlər baş vermişdir: "1918-ci il dekabrın ortalarında ermənilər Qoqa kəndində 55 Azərbaycanlı evini dağıtmış, mülkədar Cavanşirin malikanəsini yandırmış, ailə başçısı Əsəd ağa Cavanşiri, onun oğlu Sultan ağanı, qızı İyanə bəyimi, qardaşı qızı Fatma bəyimi, qulluqçusu İnci Abış qızını və Vəli Kərbəlayı Ələsgər oğlunu öldürmüş, dərilərini soyub xənjərlə doğramışlar. Onların bütün əmlakı, heyvanları və kənd təsərrüfatı aləti aparılmış, ev və tikililəri yandırılmışdır. Tuğ kəndinin Azərbaycanlılar yaşayan evləri dağıdılmış və Azərbaycanlıları həbs edib onlardan tələb edirlər ki, Ermənistanın hakimiyyətinə tabe olsunlar. Tuğ kəndinin mülkədarı Ağabəy Məlik Aslanovu ermənilər öldürüb və əmlakını qarət etmişlər. 1918-ci ilin payızında ermənilər 33 evdən ibarət olan Salakətin kəndini tamamilə yandırmışlar. Onların əmlakını, mal-qarasını qarət etmişlər".

1918-ci ilin yayında ermənilər Zarıslı kəndinin 300 iribuynuzlu mal-qarasını aparmışlar. Yenə həmin vaxtı ermənilər Şuşadan Cəbrayıl qəzasına un almağa gedən 12 Azərbaycanlını "Molla Nəsrəddin yolu"nda öldürmüşlər.

1-ci və 3-cü polis məntəqələrində ermənilər aşağıdakı cinayəti törətmişlər: 1918-ci ilin avqustunda Ətyeməzli, Keşməzli, Quzanlı kəndlərindən olan Azərbaycanlıların heyvan və ev əşyalarını qarət etmiş, 240 evlik Gülablı kəndini dağıtmışlar. Mərzili kəndinin sakinlərini məjbur etmişdilər ki, öz evlərini tərk etsinlər.

1918-ci ilin martında erməni dəstələri Sokrat bəy Məlik Şahnəzərovun rəhbərliyi altında Abdal kəndini dağıtmış, kəndin bütün ev əmlakını və mal-qarasını qarət etmişlər.

1982-ci ildə 1918-1920-ci illərdə erməni vəhşiliklərini öz gözü ilə görmüş 95 yaşlı Xankəndi sakini Məcid Həsənov ata-anasının və kənd jamaatının başına gətirilən müsibətləri mənə belə söylədi: "Ermənilər 1918-ci ilin martında Xankənddən 10 km aralıda yerləşən Kosalar kəndinə hücum etdilər. Kosalar 6 kənddən ibarətdir. Düşmənin ilk hədəfi Canhəsən kəndi oldu. Onlar kənddəki qojalardan sakinlərin harada olduğunu soruşur. Məşədi Əbdül kişi arvadı Növrəstə ermənilərlə duz-çörək kəsdiklərini xatırladıb, sakinlərin yerini bilmədiklərini söyləyir. Azğınlaşmış düşmən əvvəl Növrəstənin sağ və sol qolunu, sonra isə Məşədi Əbdüllə birgə başlarını kəsir. Sonra da digər kəndlərə hücum edib qanlı cinayətlər törədir. Vəhşiləşmiş düşmən kəndi belə yandırmaqdan çəkinməmişdir.

1918-ci ilin avqustunda ermənilər Qaradağlı, Xojavənd kəndlərini dağıtmış və yandırmış, həmin kəndlərin adamlarının ev əmlakını və mal-qarasını qarət etmişlər.

Ermənilər Xojalı kəndinin Azərbaycanlılarını öz yerlərini tərk etməyə məjbur etmişlər.

Göstərilən faktlar ermənilərin törətdikləri zorakılıqları, soyğunçuluğu, hələ tam şəkildə əks etdirmir. Məlum olmuşdur ki, ermənilərin hücumları nətijəsində 100-dən çox Azərbaycanlı öldürülmüş və yaralanmışdır. Lakin bu rəqəm də əsl reallığı əks etdirmir. Çünki Şuşa qəzasında özbaşınalıq hökm sürdüyündən, erməni zorakılığının qurbanı olmuş Azərbaycanlıların sayını dəqiq müəyyənləşdirə bilmədik və bu ayrıja istintaq proseslərində aydınlaşdırılajaqdır.

Şuşa qəzasında Azərbaycan kəndlərinə hücum etmiş ermənilərin və erməni dəstə başçılarının adları şahidlərin verdikləri məlumatlara əsasən müəyyən edilmişdir: Çanaxçı kəndinin sakini Sokrat bəy Məlik Şahnəzərov, Qaybalı kəndinin sakini Akop Verdiyev, Armenak Xaçaturov, Gorus şəhərinin sakini Nikolay Osipov, Damğalı kəndinin sakinləri Amparsum Kyukyuev, Nerses Markasov, Asatur Petrosov, Cambat kəndinin sakinləri Artaşes bəy Ter-Mixaylov, İsbahançı kəndinin sakinləri Arşak Keşişev, Şuşa şəhərinin sakinləri Tiqsan bəy İşxanov, Xosrov bəy, Çiraquz kəndinin sakinləri Aleksan Cavadov, Astan Ayrapetov, Qoğa kəndindən Markar Qriqorov, Ağa bəy Ohajanov, David Ohajanov, Edilli kəndindən Baxşı Naxapetov, Movses Bağırov, Tuğ kəndindən Kosta Akopov, Saka Atayev, Pavel Asriyev, Siqorlu kəndindən Bəylər Usubov, Moqez kəndindən Ağa Prum bəy Şahnazarov, Tuğ kəndindən starşina Arsen Ağajanov, Sergey Bağdasaryan, Sos kəndindən Aruşan Sarkisov və Ağa bəy Poqosyants. Ziyana məruz qalmış mülkədarların və kəndlilərin təqdim etdiyi məlumatlardan və bağlanmış aktlardan məlum olur ki, Şuşa qəzasının Azərbaycanlı əhalisinə 100 milyon manat məbləğində zərər dəymişdir. Azərbaycanın ən varlı vilayətlərindən biri olan Şuşa qəzası o dərəjədə dağıdılmışdı ki, o özünün iqtisadi vəziyyətini uzun müddət bərpa edə bilməmişdir (48, v. 11-12).

Qarabağın mərkəzi Şuşada erməni zadəganlarının bir qədər çoxluğu və separatçılıq hərəkətlərinə başçılıq edən Erməni milli şurası burada yerləşdiyindən, onların ermənilərə təsir etmək imkanları güjlü olmuşdur. Buna görə də Şuşa qəzasında ermənilərin törətdikləri qırğınlar daha kütləvi, mütəşəkkil xarakter almış və bu da Qarabağın Azərbaycan Respublikasından ayrılmaq təhlükəsini yaratmışdır.

 Təsadüfi deyil ki, general Tomson Azərbaycanda fəaliyyət göstərən erməni silahlı bandalarının başçısına teleqram göndərmişdir. Tomson bildirmişdir: "Məndə olan məlumatlara görə Gəncə və Qazax qəzalarında ermənilər zorakılıq və soyğunçuluq törədirlər. Müttəfiqlərin nümayəndəsi kimi mən sizə əmr edirəm ki, bu özbaşınalığın qarşısını almaq üçün tədbir görəsiniz. Əgər siz mənim əmrlərimi yerinə yetirməsəniz, onda siz şəxsən məsuliyyətə cəlb ediləjəksiniz." Lakin Ermənistan dövləti tərəfindən qızışdırılan Qarabağdakı erməni Milli Şurasının rəhbərləri Tomsonun göstərişinə məhəl qoymadılar. Odur ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və Qarabağdakı erməni terrorizminin qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə məjbur oldu.

Bu fəsilə yekun vuraraq belə nətijəyə gəlmək olar ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası 1918-ci ildən, həmin iddiaların tarixi isə çox qədim dövrlərdən başlayır. Ermənilər əzəli Azərbaycan torpaqları olan Qarabağı tutmaq üçün dəfələrlə jəhdlər göstərmişdilər. Lakin onların bu əsassız iddiaları Azərbaycan xalqı tərəfindən qətiyyətlə dəf edilmişdir. Ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün XIX əsrin axırlarından bir sıra mllətçi təşkilatlar yaratmışdılar. Bunların içərisində ən böyüyü və hal-hazırda fəaliyyət göstərəni "Daşnaksütyun" partiyasıdır.

Qeyd etmək lazımdır ki, məhz bu partiyanın fəal iştirakı ilə XX əsrin əvvəllərində yenidən erməni millətçiləri Azərbaycan xalqına qarşı ərazi iddiaları irəli sürərək müharibəyə başladı. Onlar bu gün də öz mənfur siyasətlərini həyata keçirmək üçün əməli işlər görürlər.

 



 

 

 

II FƏSİL

 

YUXARI QARABAĞDA ETNİK MÜNAQİŞƏNİ TƏNZİMLƏMƏK ÜÇÜN

AZƏRBAYCAN HÖKUMƏTİNİN TƏDBİRLƏRİ

 

II.I. AXC-nin Azərbaycan-Ermənistan münaqişəsini dini

yolla həll etmək jəhdləri

 

Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq zərurəti təsbit olunmuşdu.

Çarizmdən miras qalmış inzibati-ərazi bölgüsünün əhalinin milli tərkibinə uyğun gəlməsi yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində kəskin ziddiyyətlərin ortaya çıxmasına səbəb oldu. Azərbaycan hökuməti fəaliyyətə başladığı ilk günlərdə qonşulara müraciət edərək sərhəd məsələsində mürəkkəb vəziyyətin yaranmasının qarşısını almaq və mehriban qonşuluq münasibətləri bərqərar etmək məqsədilə respublikaların ərazisini elan etməzdən əvvəl üç tərəfli danışıqlarda bu məsələni müzakirə edərək, razılaşmaya nail olmaq təklifi irəli sürmüşdü. Ermənistan hökuməti Azərbaycan dövlətinin irəli sürdüyü təklifləri qəbul etmədi. Əksinə, onun təhriki ilə Dağlıq Qarabağdakı erməni millətçiləri daha da fəallaşdılar.

Ermənistan hökuməti Dağlıq Qarabağda işğal planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi. Lakin Ermənistan hökuməti Qarabağ problemini silahlı qüvvə tətbiq etməklə öz xeyrinə həll edə bilmədi. Azərbaycan hökumətinin gördüyü qəti tədbirlər Ermənistan hökumətini müəyyən qədər geri çəkilməyə və beynəlxalq ijtimaiyyət qarşısında nüfuzdan düşməmək üçün yalandan da olsa sülh danışıqlarına razılıq verməyə məjbur etdi.

1919-cu il 13 apreldə Ermənistan Xarici İşlər naziri Tiqranyan Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə nota göndərərək 4 Zaqafqaziya respublikasının iştirakı ilə konfrans çağırılması təklifini irəli sürmüşdü. Ermənistan Xarici İşlər naziri bildirmişdir ki, onun hökuməti bu konfransın keçirilməsinə razılıq verir, lakin bu konfransda "Cənubi, Qərbi Qafqaz" respublikasının iştirak etməsi Ermənistan üçün qeyri məqbuldur. Konfransın çağırılması üçün ən münasib yer Tiflis şəhəridir (86,s.200).

İkinci Zaqafqaziya konfransı 1919-cu il aprelin 25-də açıldı. Bu, o dövr idi ki, Qarabağda və Naxçıvanda ermənilərlə Azərbaycanlılar arasında qanlı toqquşmalar baş verirdi. Naxçıvan İrəvan quberniyasının Azərbaycanlıların yaşadığı bir bölgəsi idi. Lakin ermənilər bu əraziyə qarşı öz iddialarından əl çəkmirdilər. Yenidən ingilislər işə qarışdı. İngilislər qorxurdular ki, Azərbaycan hərbi hissələri və Türk könüllüləri Azərbaycanla Türkiyəni birləşdirən Naxçıvanda strateci dəhliz yarada bilərlər. Buna görə də Tomson özünün müsəlmanpərəst mövqeyini dəyişdi. Bu zaman davam etməkdə olan Zaqafqaziya konfransı Denikin əleyhinə yaranmış Gürcüstan-Azərbaycan ittifaqına qoşulmaqdan Ermənistanın imtina etməsi ilə başa çatdı (127,N 3, s.46).

Azərbaycan rəhbərliyi Ermənistanla mübahisəli ərazi məsələlərini birdəfəlik nizama salmaq üçün əvvəljə ən kəskin problem olan qaçqınlar məsələsini həll etməyi ön plana çəkdi. "Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi 1919-cu il 23 iyunda Ermənistan Xarici İşlər Nazirliyinə təklif edir ki, hər iki tərəfdən yol verilən zorakılıq hallarının qarşısını almaq və onların bir daha baş verməməsi üçün qabaqlayıjı tədbirlər görülməsi üçün Ermənistan və Azərbaycan nümayəndələrindən ibarət (hər tərəfdən iki nəfər) qarışıq hökumət-parlament komissiyası yaradılsın. Azərbaycan hökuməti həmçinin bildirdi ki, Ermənistan hökuməti əgər etiraz etmirsə, Avropanın və Amerikanın nümayəndələri də bu komissiyanın tərkibinə daxil edilə bilər"(43, v.6).

Azərbaycan Xarici İşlər naziri M.Y.Cəfərov Bakı şəhərindəki ingilis silahlı qüvvələrinin baş komandanına, Zaqafqaziyadakı İtaliya hərbi missiyasının rəhbərinə və Fransa hərbi missiyasının rəhbərinə müraciət edərək, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət qarışıq hökumət parlament komissiyasının işində iştirak etmək üçün öz nümayəndələrini göndərməyi xahiş etmişdi.

Ermənistan Xarici İşlər naziri Tiqranyan 1919-cu il iyunun 25-də Azərbaycan hökumətinin müvafiq komissiya yaratmaq təklifinə müsbət javab verdi. Həmin il iyulun 6-da isə Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi N.Yusifbəyovun və M.Cəfərovun qəbulunda olarkən erməni-Azərbaycanlı münasibətlərinə dair məsələlər geniş müzakirə edildi, Ermənistanda müsəlmanların və Azərbaycanda ermənilərin vəziyyətini təhqiq etmək üçün hər parlamentdən iki nəfər və müttəfiqlərin iki nümayəndəsi də daxil olmaqla bir ümumi komissiyanın yaradılması razılaşdırıldı. ADR hökuməti "Azərbaycanda və Ermənistanda müsəlmanlar və ermənilər arasındakı münaqişələrin təhqiqatı üzrə hökumətlərarası istintaq komissiyasının yaradılması haqqında" qanun layihəsini işləyib hazırladı: İyulun 15-də "Azərbaycan" qəzeti bu komissiyanın artıq yaradılması barədə məlumat verirdi. Lakin bir sıra səbəblərə görə, xüsusilə də Ermənistan tərəfinin lazımi şəraiti təmin etmək istəməməsi üzündən bu komissiya lazımi səviyyədə fəaliyyət göstərə bilmədi və gözlənilən nətijəni vermədi.

Ermənistan hökuməti yenə də Zəngəzur və Qarabağda silahlı müdaxiləyə əl atdı. Lakin Azərbaycan hökumətinin yaratdığı Qarabağ general-qubernatorluğu, xüsusilə onun başçısı X.B.Sultanovun gördüyü qəti tədbirlər nətijəsində 1919-cu ilin oktyabr ayında ermənilər Zəngəzurda güjlü hərbi məğlubiyyətə uğradılar. Bundan sonra Ermənistan tərəfi müttəfiq dövlətlərin nümayəndələrinə müraciət etdi ki, Azərbaycan tərəfini sülh danışıqlarına başlamağa razı salsın. Müttəfiq dövlətlərin nümayəndələri Azərbaycan rəhbərliyindən bu qarmaqarışıqlığın qarşısını almaq üçün tədbirlər görməyi xahiş etdi. Azərbaycan tərəfi İngiltərə silahlı qüvvələrinin Baş komandanı Uordropa javab məktubu göndərərək bildirdi ki, Azərbaycan tərəfi qarmaqarışıqlığın qarşısını almaq üçün tədbirlər görmüş və görməkdə davam edir.

Bizjə, 1919-cu ilin noyabrını ermənilərin Zəngəzura dair növbəti fitnələri ilə bağlı fəal və gərgin diplomatik qarşıdurma, müxtəlif səpgili çoxlu yazışmalar, görüşlər və sazişlər ayı kimi də səciyyələndirmək olar. Hələ Zəngəzur məsələsinin yenidən kəskinləşməsinədək tərəflər 1919-cu il noyabrın 2-də Bakıda konfrans çağrılmasını razılaşdırmışdılar. "Hətta erməni qəzeti "Aşxatavor" güney Qafqaz respublikalarının yaxınlaşmasının zəruriliyindən, Ermənistanla Azərbaycanın kənar tərəflərin yardımı olmadan anlaşmalarından və erməni-Azərbaycanlı konfransının çağrılması təşəbbüsünün əhəmiyyətindən yazmışdı." Onun ardınja isə noyabrın 12-də T.Bekzadyan konfransın bu ayın 20-də Bakıda keçirilməsinə öz hökumətinin razılığını M.Cəfərova yetirmişdi. Lakin çox maraqlıdır ki, Ermənistan elə həmin gün, yəni noyabrın 12-də Azərbaycana verdiyi 4889 saylı notada öz nümayəndəsini həmin konfransa göndərməyəjəyini bəyan etmişdir (87,N 241, 1919). O, öz mövqeyini ADR-in qoşunlarını erməni Zəngəzuruna göndərib, oranı zorla tutmaq istəməsi ilə müharibəyə başlaması, bunun isə gözlənilən ikitərəfli müzakirələrin məqsəd və vəzifələrinə, yəni bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə zidd olması ilə əsaslandırmağa, əməliyyatların dayandırılmayajağı halda qanlı hadisələrin gələjək inkişafı və onların ajı nətijələrinin məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışmışdır.

"Ermənilərin siyasi toqquşmaların çərçivəsini genişləndirmək səyləri, habelə, regionda vəziyyətin yenidən ciddi surətdə ağırlaşmasının mümkün nətijələri və s. görə Qərb dövlətlərinin Qafqazdakı nümayəndəliklərinin diplomatik fəallığı da xeyli qüvvətləndi. N.Yusifbəyli və Xatisyana ünvanlanan və Zəngəzurdakı kəskin hərbi durumla bağlı narahatlıq ifadə edən teleqramlarda (Uordropun 1919-cu il 13 noyabr və 16 noyabr, Reyin isə 14 noyabr və 16 noyabr tarixli) onların xəbərdarlıqlarına baxmayaraq, bölgədə silahlı toqquşmaların davam etdirilməsinin tərəflərin mənafeyinə uyğun olmadığı və Sülh konfransının işinə xələl gətirə biləjəyi göstərilir və ümumi səciyyəli tövsiyyələr verilir" (87, N 250, 1919). Reyin 1-ci teleqramında Zəngəzur ətrafında jəmləşən Azərbaycan qoşunlarının başladıqları hərbi əməliyyatların (günah, göründüyü kimi, əks tərəfin üzərinə atılır) dərhal dayandırılması tələb edilir, məsləhətləşmələr və sülh şərtlərini müəyyənləşdirmək üçün ABŞ ordusunun mayoru Koloçun Bakıya göndərildiyi bildirilir. Onun 2-ci teleqramında isə respublikaların hökumət başçıları məsələlərin dinj yolla həlli məqsədilə onun yanında noyabrın 20-də konfrans keçirmək üçün Tiflisə dəvət olunurdular. N.Yusifbəylinin Uordrop və Reyin teleqramlarına javablarından (1919-cu il 17 noyabr tarixli, 7517 və 7519 saylı) göründüyü kimi, müttəfiqlərin nümayəndələrinin qaldırdıqları məsələlərlə bağlı ADR hökuməti tərəfindən prinsipial və eyni zamanda da işgüzar mövqe tutulmuşdu (86, s. 371). Yəni ki, N.Yusifbəyov vaxtı ilə Tomson və Haskel tərəfindən Zəngəzurla bağlı, əvvəldə sadaladığımız mülahizələri və dəlilləri bir daha xatırlatmaqla yanaşı bölgədə Azərbaycan ordusu tərəfindən heç bir hərbi əməliyyatlar aparılmadığını, Tiflisdə keçirilməsi məsləhət görülən iki və çoxtərəfli müzakirələrdə iştirak edəjəyini bildirmişdir. Həmin notanı olduğu kimi veririk.

ADR-in baş naziri N.B.Yusifbəyov 1919-cu il noyabrın 17-də müttəfiqlərin ali komissarının müavini Reyin notasına javab olaraq aşağıdakıları göndərmişdir. "Sizin bu il noyabrın 14, 15, 16-da göndərdiyiniz teleqramlara javab olaraq aşağıdakıları bildirirəm" (86, s. 371): Zəngəzurda Azərbaycan hökuməti tərəfindən heç bir hərbi əməliyyat aparılmır, Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və müttəfiq komandanlığın simasında ali komissar Haskel Zəngəzur qəzasının bizim ayrılmaz hissəmiz olduğunu tanıyaraq Naxçıvan məsələsi üzrə müqavilənin bəndlərinin birində Ermənistan hökumətindən tələb etmişdi ki, Zəngəzurda üsyançı hərəkatı dinj yolla yatırmaqda Azərbaycan hökumətinə kömək etsin və bununla bu qəzanın erməni əhalisini məjbur etsin ki, onlar Azərbaycan Respublikasının dövlət hakimiyyətinə tabe olsunlar. Azərbaycan hökumətinin aldığı son məlumatlara görə Ermənistan hökuməti polkovnik Haskel qarşısında nəinki öz öhdəliyini yerinə yetirmiş, əksinə, üsyançıları müdafiə etmək üçün nizami qoşun göndərmişdir. Azərbaycan hökuməti məjburiyyət qarşısında qalaraq erməni bandalarının hücumlarının qarşısını almaq və qayda-qanun yaratmaq üçün Qarabağ general-qubernatoruna hərbi kömək göndərmişdir. Azərbaycan hökumətinin məqsədi erməni üsyançıları tərəfindən Azərbaycan kəndlərinin dağıdılmasının qarşısını almaq, 60 min qaçqını doğma yurduna qaytarmaq və qayda-qanunu bərpa etməkdir. Sizin mənə göndərdiyiniz teleqramlarda etdiyiniz xahişi nəzərə alaraq mənim tərəfimdən Qarabağ general-qubernatorluğuna təklif edilmişdir ki, Zəngəzurda üsyançılara qarşı heç bir əməliyyat aparılmasın. Bu əməliyyat artıq dayandırılmışdır. Noyabrın 11-də Sizinlə və Xatisovla görüşməyə hazıram. Lakin bütün bunlar erməni nümayəndələrinin Bakıya konfransa gəlməsinə mane olmamalıdır." Eyni məlumat Cənubi Qafqazdakı Britaniya ali komissarı Uordropa göndərilmişdir.

Gürcüstanın Bakıdakı səfirinin bir məlumatında deyilirdi: "Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsinin müavini Atamanov 1919-cu il noyabrın 14-də ondan Zəngəzurda hərbi əməliyyatların dayandırılması işində vasitəçilik xahişini etmişdir" (86, s.371). Gürcüstan səfirinin noyabrın 15-də M.Cəfərov və N.Yusifbəyli ilə görüşlərində Azərbaycan hökumətinin məlum mövqeyi və dəlilləri təkrarlanmış, erməni-Azərbaycanlı konfransının keçirilməsindən imtina edilmədiyi bildirilmişdir.

Yaranmış vəziyyət, habelə, Rey və Uordropun teleqramlarında qaldırılan məsələlərlə bağlı ADR-in Dövlət Müdafiə Komitəsi 1919-cu il noyabrın 16-da öz ijlasında müvafiq müzakirələrdən sonra Zəngəzurdakı şəraitə dair əsl həqiqətləri bir daha Qərb nümayəndəliklərinə çatdırmağı və noyabrın 20-də konfrans keçirməyi vacib saydı. Müəyyən məsləhətləşmələrdən sonra N.Yusifbəyli Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvü M.H.Hacınski və Gürcüstanın Bakıdakı səfiri Alşibayın müşayiətilə noyabrın 20-də (19-u da göstərilir) Tiflisə gəldi. Noyabrın 20-22-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri (ikinciyə Xatisyan başçılıq edirdi) arasında birbaşa Reyin təklifi ilə aparılan ikitərəfli danışıqlar Zəngəzurda hərbi əməliyyatların dayandırılması məsələsinin hissələri və əsas müddəaların ifadə formulasında ciddi fikir ayrılıqlarını aşkarladı. Belə olduqda tərəflər baş tutmayan konfransın çağırılmasına zəmin yaratmaq və s. məqsədlərlə noyabrın 22-də öz təkliflərini Reyə verib, ondan hakimlik funksiyasını öhdəsinə götürməyi xahiş etdilər.

Ermənistan hökumətinin təklifləri aşağıdakılardan ibarət idi: 1. Azərbaycan öz qoşunlarını və artilleriyasını Zəngəzur sərhədlərindən əvvəlki yerlərinə qaytarır. 2. Ermənistan hərbi əməliyyatlar zamanı oraya göndərdiyi qoşunları və artilleriyanı geri aparır.3.Azərbaycan və Ermənistan bütün yolların açılması üçün öz nüfuzlarından istifadə edirlər. 4. Haskelin Şərur və Naxçıvan haqqındakı layihəsi həyata keçirilir. 5. Tiflisdə erməni-Azərbaycanlı konfransı çağırılır, onun gündəliyi əvvəljədən, qaçqınlar haqqında məsələ də daxil olmaqla, müəyyənləşdirilir.

Azərbaycan hökumətinin təkliflərinə isə bunlar daxil idi: 1. Azərbaycan və Ermənistan hökumətləri hazırki anda əhalisi onların hakimiyyətlərini tanımayan əraziləri özlərinə tabe etdirmək üçün heç bir hərbi qüvvə tətbiq olunmamasını öhdələrinə götürürlər. 2. Azərbaycan və Ermənistan hökumətləri aralarındakı bütün mübahisəli məsələləri sülh sazişləri yolu ilə həll etməyə razılıq verirlər. 3. Azərbaycan Respublikasının hökuməti Zəngəzur rayonuna - Qarabağ general-qubernatorunun sərənjamına göndərilən hərbi qüvvələri geri qaytarır; öz növbəsində Ermənistan hökuməti hərbi hissələri, zabitləri, təlimatçıları və komissarları Zəngəzur qəzasının hüdudlarından geri çağırır, habelə, yerli erməni əhalisindən artilleriyanın, pulemyotların və digər silahların yığılmasına hərtərəfli yardım göstərir. Eyni zamanda bu rayonun hüdudlarındakı bütün səngərlərin və möhkəmləndirilmiş mövqelərin dağıdılması üçün tədbir görülür. 4. Azərbaycan və Ermənistan hökumətləri Zəngəzurdan gələn bütün yolların açılması üçün real tədbirlər görür və əhalinin onlarla maneəsiz hərəkətinə yardım edirlər. 5. Zəngəzur qəzasının qaçqınlarına öz yerlərinə qayıtmaq imkanı verilir.

Azərbaycan və Ermənistan arasındakı bütün mübahisəli məsələlər Bakıda keçiriləjək Azərbaycanlı-erməni konfransının müzakirəsinə çıxarılır (56, s. 207).

Qeyd edək ki, Tiflisdəki görüş və müzakirələr, onların gedişində ortalığa çıxan fikir ayrılıqları müxtəlif dairələrdə, xüsusilə də erməni mətbuatında müxtəlif mövqe və rəylər yaratdı. "Azərbaycan" qəzetinin bu məsələ ilə bağlı erməni mətbuatından seçmələr əsasında hazırladığı xülasədən aydın olur ki, hələ Tiflisdəki danışıqların ərəfəsi və gedişi zamanı daşnak qəzetləri tərəfindən qərəzli təbliğat işi daha da genişləndirilmişdi. "Aşxatavor" qəzeti vaxtı ilə - 1919-cu ilin oktyabrında özünün 255-ci sayında Azərbaycanın kobudjasına Qarabağı ələ keçirdiyini, onun Ermənistanın müstəqilliyinə qarşı yönəldilən siyasət və hərəkətləri üzündən iki ölkə arasındakı münasibətlərin son zamanlarda xeyli kəskinləşdiyini yazmışdı.

Qəzet digər erməni ideoloci təsir vasitələri və diplomatik-siyasi qurumları ilə birlikdə Qərb dövlətlərinin Qafqazdakı nümayəndəliklərini də ikitərəfli mübahisələrə qoşduğu halda, indi Reyin məsələlərə müdaxiləsindən qayğılanırdı. Erməni tərəfinin mübahisəli məsələləri çoxdan danışıqlar yolu ilə həll etmək istədiyini, Azərbaycan rəhbərliyinin isə konfransın keçirilməsinə razılıq verməklə yanaşı Zəngəzura hücum etdiyini yazan qəzet ADR hökumətinin bu bölgəni özünün mübahisəsiz ərazi sayması və buna görə də heç bir müzakirələrin obyektinə çevrilə bilməməsi mövqeyindən xeyli narahat olurdu.

Müəyyən əlavə görüş və müzakirələrdən sonra 1919-cu il noyabrın 23-də amerikalıların vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında saziş imzalandı. Sazişə Azərbaycan və Ermənistan hökumətlərinin başçıları N.Yusifbəyov və A.Xatisyan, habelə təminatçı sifətilə ABŞ nümayəndəsi, müttəfiqlərin Ali komissarının müavini C.Rey və Gürcüstanın xarici işlər naziri E.Gekeçkori imza qoymuşdular. Beş maddədən ibarət olan bu sazişdə aşağıdakı şərtlər razılaşdırılmışdı:

1) "Ermənistan və Azərbaycan hökumətləri hazırda baş verən toqquşmaları dayandırmağı və yenidən silahın gücünə əl atmamağı öhdələrinə götürürlər.

2) Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilməsi və açılması, onlarla dinj hərəkət üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar.

3) Ermənistan və Azərbaycan hökumətləri sərhədləri haqqında məsələlər də daxil olmaqla, bütün mübahisəli məsələləri dinj sazişlər yolu ilə həll etməyi öhdələrinə götürürlər.

Dinj saziş əldə etmək qeyri-mümkün olduğu halda, hər iki hökumət üçüncü tərəf - münsiflər məhkəməsi sifətilə bitərəf şəxs seçməyi və onun qərarlarını məjburi qəbul etməyi razılaşdırırlar. Hazırki dövrdə belə bir bitərəf şəxs kimi polkovnik Rey tanınır.

4) Erməni-Azərbaycanlı konfransını 1919-cu il noyabrın 26-da Bakıda açmaq qərara alınır" (56,s .207).

Mən əldə etdiyim arxiv materialları əsasında gələjək konfransın nümayəndə heyyətinin tərkibini dəqiqləşdirdim.

Müqavilədə göstərilirdi ki, "hazırkı konfransın vəzifəsi bu mübahisələri həll etməkdir. ADR tərəfindən konfransın sədri Fətəli xan Xoyski, üzvləri M.H.Hacınski və M.A.Vəkilov, Ermənistan tərəfindən İ.Q.Arqutinski-Dolqorukov, Q.A.Bekzadyan və M.A.Arutyunyats konfransın nümayəndə heyətinin üzvləri təyin edildilər.

5) Bu saziş imzalandığı gündən həqiqi sayılır və respublikaların parlamentləri tərəfindən təsdiq olunduğu vaxtdan isə qüvvəyə minir" (99, s. 46).

Qeyd etmək lazımdır ki, saziş müvəqqəti xarakter daşıyırdı. Çünki yalnız qarşıdakı mübahisəli məsələlərin bütün kompleksini və hissələrini həmin sazişə uyğun surətdə həll etməli idi.

Lakin çox keçmədi ki, ermənilər yaranmış fasilədən istifadə edərək vəziyyəti öz xeyrlərinə dəyişməyi qərara aldılar və dərhal Zəngəzura qoşun yeritdilər. Erməni hərbi qüvvələri tərəfindən Zəngəzurun dinj əhalisinə divan tutuldu.

Qarabağın general-qubernatoru X.B.Sultanovun və onun müavini Mahmudbəyovun ADR-in daxili işlər nazirinə göndərdikləri teleqramlarda göstərilən faktlar bunu bir daha təsdiq edir: "28-30 noyabr tarixli teleqramlara əlavə olaraq məruzə edirəm; Bu gün Zəngəzur qəzası Oxçinski rayonunun ermənilər tərəfindən mühasirəyə alınmış Azərbaycan kəndlərinin 20 nümayəndəsi yanıma gələrək elan etdilər ki, Oxçu və digər kəndlər dağıdılandan sonra ermənilər Zəngəzurda heç nəyə məhəl qoymayaraq bütün Azərbaycanlıları qırmağı öz qarşılarına məqsəd qoymuşlar. Xahiş edirəm ermənilərin təjavüzkar hərəkətlərini dayandırmaq haqqında sərənjam verəsiniz"(50, v.3).

"Zəngəzur qəza rəisinin 30 noyabr tarixli məlumatına görə 28 noyabrda Zəngəzur qəzasının Zeyvə kəndinin erməniləri ətraf kəndlərdəki ermənilərlə birləşərək Azərbaycanlıların yaşadığı Qaraqaç kəndinə hücum etmişlər ki, onu məhv etsinlər. Lakin kənd əhalisi onlara müqavimət göstərmiş və ermənilər qaçmışlar. Atışmada ermənilərdən beş nəfər öldürülmüşdür. Onların birinin üstündə bomba tapılmışdır ki, o da mənə verilmişdir" (50, v. 5).

Məjburiyyət qarşısında qalan Azərbaycan hökuməti Zəngəzurda qayda-qanunu və sakitliyi bərpa etmək üçün Qarabağ general-qubernatorunun köməyinə əlavə qüvvələr göndərmişdir. ADR-in Xarici İşlər Nazirliyi Paris konfransındakı nümayəndəliyimizə xüsusi məlumat da çatdırmışdır. Həmin məlumatı olduğu kimi veririk:

"Son vaxtlar Zəngəzur üstündə Azərbaycanla-Ermənistan arasındakı münasibətlər kəskinləşmişdir. Buna səbəb odur ki, əvvəlki məktubda yazdığım kimi Ermənistan hökuməti Zəngəzur rayonunda qayda-qanunu və sakitliyi qorumaq üçün Qarabağ general-qubernatorunun köməyinə bizim nizami qoşunlar göndərməyimizə özünün kəskin etirazını bildirmişdir. Qoşunun buraya göndərilməsi onunla bağlı idi ki, Ermənistan hökuməti öz qoşunlarını Zəngəzura göndərib və burada erməni əhalisinə hər cür silah paylayıb, onları istənilən an üsyan qaldırmağa hazırlaşdırırlar ki, guya erməni əhalisi bizim hökumətin hakimiyyətini tanımaq istəmir. Əlbəttə, bizim hökumət 60000 qaçqın Azərbaycanlını öz yerlərinə qayıdajağı təqdirdə onlara qarşı ermənilərin törədəjəyi özbaşınalıqlara biganə qala bilməz. Bu səbəblərə görə bizim qoşunlar göndərilmişdir. Erməni hökuməti bunu bəhanə edərək böyük hay-küy qaldırmış və bizim qoşunlarla erməni silahlı bandalar arasında kiçik bir münaqişə törətmişlər" (39,v.4).

Bu hadisələr o zaman baş verirdi ki, yaxın günlərdə erməni-Azərbaycan konfransı çağırılmalı idi. Ermənistan hökuməti Qarabağda olduğu kimi, Zəngəzurda da vəziyyətin onun xeyrinə dəyişilməyəjəyini görərək, Gürcüstan hökumətinə ingilis nümayəndəsi Uordropa və polkovnik Haskelin müavini polkovnik Reyə xahişlə müraciət etmişdir ki, "hərbi əməliyyatların dayandırılmasına köməklik etsinlər. Onların hamısı baş nazir N.Yusifbəylinin adına müvafiq teleqrammalar göndərmişdir. Hökumət yaranmış vəziyyəti müzakirə edərək və münasibətləri kəskinləşdirməmək üçün qərara aldı ki, öz qoşunlarını Zəngəzurdan çıxarsın. Lakin hökumət bu qərarı çıxararkən öz əvvəlki mövqeyində qalırdı ki, Zəngəzur Azərbaycanın ayrılmaz bir hissəsidir. Bu məsələyə görə Yusifbəyov Tiflisə getmişdir və Ermənistan baş naziri Xatisov onunla danışıqlar aparmaq üçün Tiflisə gəlməlidir.

Müxtəlif səbəblər üzündən Ümumqafqaz konfransını çağırmaq mümkün olmadı, lakin baş verən hadisələr bunların nizama salınmasının zəruriliyini tələb edirdi.

Ermənistan hökuməti öz nümayəndəsi Bekzadyanın mənimlə ilkin danışıqlardan sonra rəsmi müraciətlə Ermənistan-Azərbaycan müşavirəsinin çağırılmasını təklif etdi. Bizim hökumət Ermənistan hökumətinin irəli sürdüyü müvəqqəti demarkasiya xəttinin qurulması məsələsini deyil, sərhəd məsələlərini qəti şəkildə həll etməyin zəruriliyini əldə əsas tutaraq təklifi məmnuniyyətlə qəbul etdi. Müşavirənin yeri, keçirilməsi vaxtı və proqramı haqqında məlumat veriləjəkdir.

Qarabağ məsələsinə gəlinjə, uzun danışıqlardan və mübahisələrdən sonra Qarabağ ermənilərinin 7-ci qurultayı qərar çıxartdı ki, Azərbaycan hökumətinin hakimiyyətini tanıyır.

Zəngəzura gəldikdə isə Ermənistan hökuməti etiraz notası ilə çıxış edərək bildirdi ki, Zəngəzur Ermənistanın bir hissəsi olduğundan Azərbaycan qoşunlarının burada yerləşməsi yol verilməzdir. Buna javab olaraq bizim hökumət Ermənistan hökumətinə bildirmişdi ki, Zəngəzur Azərbaycanın bir hissəsi olduğundan bu məsələ barəsində Ermənistan hökuməti ilə hər hansı danışıqlar aparmağı lüzumsuz sayır. Buna javab olaraq Ermənistan hökuməti yenidən nota vermişdir ki, Zəngəzur mübahisəli vilayətdir və burada Azərbaycan hökumətinin hər hansı bir hərəkəti ingilis komandanlığının qərarları ilə ziddiyyət təşkil edir. Ermənistan hökuməti arzuolunmaz və qanlı münaqişələrin baş verməsinə yol verməmək üçün Azərbaycan hökumətinə təklif edir ki, bu məsələni xüsusi Azərbaycan-Ermənistan konfransında həll edək.

"Azərbaycan hökuməti Ermənistana xüsusi nota ilə bildirir ki, ingilis komandanlığı çoxdan ərazilərin sərhədlərini dürüst müəyyənləşdirmişdir; Qarabağ və Zəngəzur Azərbaycana, Naxçıvan və Şərur-Dərələyəz isə Ermənistana verilmişdir. Azərbaycan hökuməti Azərbaycan-Ermənistan konfransının keçirilməsinə bir şərtlə razılıq vermişdi ki, Azərbaycanla-Ermənistan arasında ərazi mübahisələri müvəqqəti deyil, qəti şəkildə həll edilsin" (39,v.12).

1919-cu il dekabrın 2-si, 8-i və 9-da Bekzadyan, Arqutinski və Arutyunovun N.Yusifbəyli, habelə, ADR parlamenti sədrinin müavini H.Ağayevlə keçirdikləri görüşlərdə erməni-Azərbaycanlı konfransı ilə bağlı məsələlər müzakirə edildi. Əvvəldə açıqladığımız taktikaya müvafiq olaraq ermənilər Zəngəzurda müəyyən ərazilərdən Azərbaycanlıları çıxardıqdan sonra yenə də vaxt qazanmaq və əldə olunan hərbi uğurları siyasi-diplomatik yolla möhkəmləndirmək məqsədilə konfransın keçirilməsinə razılaşdılar. 1919-cu il dekabrın 14-ü ilə 21-i arasında Bakıda Azərbaycanlı-erməni konfransı keçirildi. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərov konfransda giriş sözü ilə çıxış edərək bildirmişdi ki, Zaqafqaziya ayrı-ayrı müstəqil respublikalara ayrılsalar da, bu respublikalar arasında ərazi məsələləri həll edilməmiş və mübahisəli qalmışdır. Tiflisdə açılmış Zaqafqaziya konfransı bu məsələlərin həlli üçün əsas istiqamətləri müəyyənləşdirdi. Zaqafqaziya respublikaları arasında xeyirxah qonşuluq münasibətlərini qurdu. Çox təəssüf ki, yaranmış siyasi vəziyyət ujbatından konfrans öz işini dayandırdı və bir çox məsələlər həll edilməmiş qaldı. Bunların içərisində ən mühümü Azərbaycanla-Ermənistan arasında mübahisəli ərazi məsələsi idi.

23 noyabr müqaviləsi bu mübahisələri həll etməyin ümumi vəziyyətini müəyyənləşdirdi. İndiki konfransın vəzifəsi bu vəziyyəti ətraflı şəkildə işləyib hazırlamaqdır (86,s.398).

Konfransda Azərbaycanın təklif etdiyi Zaqafqaziya konfederasiyasını yaratmaq ideyası Ermənistan hökuməti tərəfindən qəbul edilsə də onların sonrakı hərəkətləri göstərdi ki, Ermənistan bu ideyanın həyata keçirilməsinə maraqlı deyil.

Konfransın dekabrın 14-də birinci və dekabrın 21-də ikinci plenar ijlaslarının protokolları (15, 17, 19 dekabr tarixli, 1, 2, 3) tərəfimizdən ətraflı araşdırılmasına (bu sənədlər Azərbaycan-Ermənistan münasibətləri tarixinin öyrənilməsi üçün zəngin materiallara malikdir və müxtəlif aspektlərdən daha dərindən tədqiq olunmağa ehtiyaj duyulur) əsasən ümumiləşdirdiyimiz mühüm jəhətləri qeyd edə bilərik:

1) F.Xoyskinin siyasi səciyyəli (respublikalararası saziş) məsələləri konfransın gündəliyinə salmaq, ilk növbədə isə ərazi problemlərini müzakirə etmək təklifləri və M.Hacnskinin 23 noyabr sazişinə uyğun olaraq sərhəd mübahisələrinin həllini konfransın əsas vəzifəsi sayması Arutunyantsın qaçqınlar və müvəqqəti sərhədlərin müəyyənləşdirilməsi məsələlərinin araşdırılması və Bekzadyanın ərazi mübahisələrinin qəti həlli üçün hələ lazımi şərait və vaxtın yetişməməsi mülahizəsi ilə üzləşdi;

2) Azərbaycan tərəfi (Xoyski) müvəqqəti sərhədlərin - demarkasiya xəttinin heç nə verməyəjəyi qənaətilə 23 noyabr aktını "Status duo" kimi götürərək ərazi-sərhəd məsələlərinin qəti həllini yubatmamağı vacib saymışdı;

3) Çox önəmli bir məqamı - hər iki respublikanın orientasiyası məsələsinin (ermənilərin Azərbaycanı Türkiyəyə hüsn-rəğbət bəsləyərək onunla birləşmək arzusuna düşməsindən, Azərbaycanlıların isə Ermənistanın Denikinlə müqavilə bağlamasından şübhələnmələri) onlar arasında qarşılıqlı etimadsızlıq yaratmaqla, dostluq münasibətlərinin qurulması və ərazi mübahisələrinin həlli yolunda başlıja maneçiliyini vurğulayan M.Hajınski Qafqaz respublikalarının konfederasiya formasında birləşməsini təklif etmişdi;

4) Ermənilərin (Bekzadyan) Denikinlə heç bir müqavilə bağlanmamasına dair mülahizəsinin (23 noyabr sazişi dəlil gətirməklə) müqabilində Azərbaycanlılar (Hajınski) Zəngəzurdakı son hadisələrə əsasən əks tərəfin həmin sazişə əməl etmədiyini xatırlatmışdılar;

5) Ərazi məsələsi ilə bağlı müzakirələrdə: a) bu problemə dair bütün aspektlərin və məruzəçilərin müəyyənləşdirilməsi, demarkasiya xətti anlayışının və onun niyə məhz müvəqqəti olmasının səbəblərinin aşkarlanması (Xoyski); b) erməni tərəfinin bu məsələ ilə bağlı mövqeyi tamamilə aydın olmadığından ona aid baxışların açıqlanması (Vəkilov); v) tərəflərin hazırlıqsızlığına görə məsələnin müzakirəsinin təxirə salınması (Arutunyants); q) dərhal müzakirələrə başlanılması (Bekzadyan) kimi təkliflər səslənmiş, məruzəçilər təyin etmək qərara alınmışdı;

6) Sonrakı fikir mübadilələrinin gedişində Azərbaycan tərəfi (Xoyski) ermənilərin həm bir-birilə uzlaşmayan mövqelərini görərək və hələ də tam açıqlanmayan niyyətlərini duyaraq ərazi məsələlərinin bütövlükdə konfransın müzakirəsinə qoyulmasını bildirmişdi. O, bu problemin xeyli dərəjədə mürəkkəb və dolaşıq, iki dövlət arasındakı çoxlu gərginliklərin mənbəyi olmasını, hökumətlərin fərqli nöqteyi-nəzərlərini, hazırki anda sərhədlərin kəskin ayrılmasının daha mənfi nətijələr verə biləjəyini nəzərə alaraq indiki şəraitdə məsələnin Ermənistan nümayəndələrinin təklifinə uyğun, yəni məhz demarkasiya xəttinin müəyyənləşdirilməsi formasında həllinə razılaşmışdı. Xoyski eyni zamanda Güney Qafqaz respublikaları konfransının təjrübəsindən çıxış edərək bunun əməli nətijələr verməyəjəyini xatırlatmış, çıxış yolu və vasitəsi kimi yenə də Qafqaz dövlətlərinin siyasi birliyinin konfederasiya forması üzərində dayanmışdı.

7) Müzakirələrin sonuna yaxın erməni tərəfi (Arutunyanst) konfederasiya məsələsinin öz hökuməti ilə razılaşdırılmalı olduğunu, demarkasiya xətti və ya müvəqqəti "modus vivendi"yə gəldikdə isə onun artıq 23 noyabr sazişi ilə müəyyənləşdiyini, həmin aktın bu konfransda yenidən təsdiqlənə biləjəyini söyləməklə ijlaslara müvəqqəti ara verib sonra Tiflisdə davam etdirmək təklifini bir daha təkrarlamışdı. Bunun javabında Xoyski adı çəkilən sazişin mətninə istinadən bu konfransın onu yenidən təsdiqi səlahiyyətində olmadığını göstərmişdi, Arqutinski və Dolqorukov isə nümayəndə heyətlərinin konfransın plenar ijlasında iki məsələyə: 1) respublikalar arasındakı hərbi əməliyyatların dayandırılması və 2) bundan sonra bütün mübahisəli problemlərin danışıqlar yolu ilə həll edilməsinə dair öz mövqelərini qəti açıqlamaları təkliflərini irəli sürmüşlər.

Ümumiyyətlə isə bu konfrans iki dövlət arasındakı münasibətlərə heç bir aydınlıq gətirmədi, mübahisəli ərazi - sərhəd məsələlərinin, o cümlədən də Zəngəzur probleminin həllində əməli işlər görə bilmədi və Güney Qafqaz respublikalarını konfederasiyası məsələsinə dair Tiflisdə konfrans çağırmaq haqqında qərar çıxarmaqla başa çatdı. Bütün bunlar göstərdi ki, Ermənistan hökuməti müttəfiq dövlətlərin gözü qarşısında özünü nüfuzdan salmamaq üçün sözdə danışıqlara girməyə razılıq verir, lakin real işə, məsələlərin həllinə gəldikdə müxtəlif bəhanələrlə boyun qaçırır. Azərbaycan hökuməti isə dəfələrlə bəyanat verərək Ermənistanla mübahisəli məsələləri dinj yolla həll etməyə hazır olduğunu bildirmişdir.

1919-cu il dekabrın 22-də parlamentdə çıxış edən yeni hökumətin baş naziri N.B.Yusifbəyov parlament üzvləri qarşısında öz hökumətinin fəaliyyət proqramını açıqlayarkən əsas məsələ olan Qarabağ məsələsinə xüsusi fikir vermişdir. O bildirmişdir ki, Qarabağın 2/3 hissəsi bizim əlimizdə, Zəngəzur qəzasının yarısı isə erməni üsyançılarının əlindədir. Biz bu məsələni dinj yolla həll etməyin tərəfdarıyıq və böyük dövlətlərin nümayəndələri bunu dəstəkləyir. Biz sülhün əleyhinə deyilik. Biz bütün məsələlərin həlli vasitəsini sülhdə görürük. Buna görə də biz bu məsələləri dinj yolla həll etməyə hazırıq (36,v.3-5).

Azərbaycan hökuməti bundan sonra da dəfələrlə bəyanat verərək bildirmişdir ki, Ermənistanla mübahisəli ərazi məsələlərini dinj yolla həll etməyə hazırdır. 1920-ci il fevralın 26-da Azərbaycanın xarici işlər naziri F.Xoyski Ermənistanın xarici işlər nazirinə nota göndərmişdi. Həmin notada deyilirdi: "Mənim tərəfimdən sizə xəbər verilmişdi ki, bizim hökumətimiz 23 noyabr müqaviləsinə dönmədən əməl edir. Lakin bu müqavilənin bağlanmasından sonra erməni qoşunları Zəngəzur rayonunda 40-a qədər Azərbaycanlı kəndini məhv etmişdir. Yanvarın 19-da erməni hökumətinin qoşunları silahlı bandalarla birlikdə Şuşa qəzası istiqamətində hücum əməliyyatlarını davam etdirmiş, yol boyunja yerləşmiş Azərbaycan kəndlərini məhv etmişdir. Yalnız bundan sonra bizim hökumətimiz Azərbaycan kəndlərinin dağılmasının qarşısını almaq və 23 noyabra qədər mövcud olmuş vəziyyəti bərpa etmək üçün silahlı dəstə göndərmişdir ki, erməni qoşunlarının hücumunun qarşısı alınsın" (87,N 53, 1920). Lakin Ermənistan hökuməti əvvəllər olduğu kimi, indi də qeyri-konstruktiv mövqedə qalaraq, yalandan danışıqlara hazır olmağa razılıq versə də əslində onlar özlərinin gizli emissarlarını Qarabağa göndərərək yerli erməni əhalisini Azərbaycan hökumətinə qarşı üsyan qaldırmağa çağırırlar. Buna misal olaraq 1920-ci il martın 3-də "Azər-Taj"ın verdiyi məlumatı nəzərinizə çatdırırıq:

1920-ci il martın 3-də "Azərbaycan"ın verdiyi məlumatdan bizə aydın olur ki, Qarabağın Qarakənd və Vake kəndlərinə Ermənistandan özgə adlar altında gələn təşviqatçılar yerli əhalini Azərbaycan hökumətinin hakimiyyətini tanımamağa çağırmışlar. Bununla əlaqədar olaraq adları çəkilən kəndlərin əhalisi Ağdama, Qaryaginə gedən əliyalın Azərbaycanlılar üzərinə silahla hücum etmişlər.

Buna görə də Azərbaycanın xarici işlər naziri F.X.Xoyski 1920-ci il martın 16-da Ermənistan xarici işlər nazirinə ikinci nota göndərmişdir. Həmin notanın məzmununu olduğu kimi diqqətinizə çatdırırıq: "Bir daha təkrar edirəm ki, Qarabağa aid olan məsələlər Azərbaycanın daxili işidir. Bununla belə mən yalan məlumatları təkzib etmək məqsədilə Sizə məlum edirəm ki, Qarabağda Nuru paşanın olması və Azərbaycan qoşunlarının jəmləşməsi haqqında məlumatlar düzgün deyildir. Guya Azərbaycan qoşunları tərəfindən 400 erməninin öldürülməsi, onların evlərinin dağıdılması, ermənilər üçün Ağdam-Şuşa yolunun bağlanması və ermənilərin iqtisadi blokada vəziyyətində olması haqqında Sizin verdiyiniz məlumatlar yalandır. Əslində vəziyyət aşağıdakı kimi olmuşdur. Fevralın 21-də Xankəndi yaxınlığındakı meşədə öldürülmüş və eybəjər hala salınmış Azərbaycanlı əsgərin meyidi tapılmışdır. Buna görə fevralın 22-də müəyyən qədər asayiş pozulmuşdur. Xankəndində 2, Ağdamda 3, Xojalıda 3 erməni öldürülmüşdür. General-qubernatorun gördüyü təcili tədbirlər nətijəsində qayda-qanun bərpa edilmiş və 4 nəfər günahkar saxlanılmış və onlar məhkəmənin qərarına görə həbsxanada jəza çəkirlər"(87,N 55, 1920).

Artıq bu dövrdə Sovet Rusiyası ADR hökumətini yıxmaq üçün ciddi tədbirlərə hazırlaşırdı. Bolşeviklər Azərbaycan hökumətinin diqqətini yayındırmaq və sayıqlığını zəiflətmək üçün Ermənistan hökuməti ilə razılığa gələrək onlara bir sıra əraziləri vəd etdilər. Bunun əvəzində isə Ermənistan tərəfinə təklif etdilər ki, Dağlıq Qarabağda yaşayan erməni əhalisini Azərbaycan hökumətinə qarşı qiyama qaldırsınlar.

Qabaqjadan razılaşdırılmış plana uyğun olaraq 1920-ci il martın 22-dən 23-nə keçən gejə Qarabağda erməni silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərinə hücuma keçdilər. Qarabağ ermənilərinin bu hərəkəti həm Azərbaycan hökumətində, həm Azərbaycan xalqında hiddət və qəzəb doğurdu. Azərbaycan xalqı və Respublikada fəaliyyət göstərən ijtimai-siyasi qüvvələr ermənilərin bu təjavüzkarlıq hərəkətlərini pisləyərək, Azərbaycan hökumətinin mövqeyini müdafiə etmiş və bildirmişlər ki, lazım gəlsə öz torpaqlarımızı son damla qanımıza qədər müdafiə etməyə hazırıq. Həmin məlumatlardan bəzilərini olduğu kimi veririk:

"Azərbaycan" qəzetində 27 martda verilmiş məlumat: "Qarabağdan alınmış məlumatlara görə ermənilərin hücumu davam edir, Şuşa, Xankəndi və digər məntəqələr üzərinə olan bu hücumlar hamısı dəf olunmuşdur. Marağa kəndində jəm olunmuş erməni silahlı dəstələri Tərtərə hücum etmişdir. Lakin bu hücum dəf olunmuş, həmin Marağa kəndi Azərbaycanlıların partizan dəstəsi tərəfindən ələ keçirilmişdir. Həmçinin ermənilərin güjlü mövqeyi olan - Yüzbaşıyevin mülkü - Xan Saqnax ələ keçirilmişdi. Zəngəzur qəzasından alınmış məlumatlara görə hər yerdə ermənilər Azərbaycan kəndləri üzərinə hücuma keçmişlər. Onlardan bəziləri dağıntıya məruz qalmışlar. Alınmış rəsmi məlumatlara görə erməni bandalarına İrəvan quberniyasının Novobayazid qəzasından kömək gəlir. Bizim hərbi hissələr hadisələrdə iştirak etmirlər, yerli partizan dəstələri isə hələlik müdafiə mövqeyi tutmuşlar."

Yenə "Azərbaycan" qəzetində martın 28-də məlumat verilmişdir. Qarabağ hadisələri ilə bağlı olaraq Azərbaycanın hər tərəfindən çoxlu miqdarda könüllülər öz silahları və bütün zəruri döyüş ləvazimatları ilə Qarabağa axışırlar. Könüllülər dəstəsi ermənilərin dinj əhaliyə və hərbi məntəqələrə hücum etdikləri yerlərə böyük ruh yüksəkliyi ilə gedirlər.

Qarabağ Azərbaycanlılarının yerli jəmiyyəti bütün hər cür ləvazimatı olan sanitar dəstəsinə rəhbərlik edir. Bakıdan və onun ətraf kəndlərindən çoxlu miqdarda könüllülər Qarabağa yola düşmüşdü (87, N61, 1920).

"1920-ci il martın 29-da Balaxanıda Bakının bütün mədən rayonlarının Azərbaycanlı fəhlələrinin mitinqi olmuşdur. Mitinqdə Qarabağdakı vəziyyət və Sovet Rusiyasına münasibət məsələləri müzakirə edilmişdir. Natiqlərin çıxışından sonra mitinq aşağıdakı məzmunda qətnamə qəbul etmişdir: "Biz Mədən rayonlarının fəhlələri ermənilərin Qarabağa xainjəsinə və qəflətən hücum etməsi haqqında məsələni müzakirə edərək, 1918-ci ildən indiyənə qədər "Böyük Ermənistan" yaratmaq haqqında uydurma ideyanı həyata keçirmək istəyən "Daşnaksütyun" partiyasının və Ararat hökumətinin agentləri tərəfindən qızışdırılan bu hərəkətləri qəti şəkildə pisləyirik. Biz bu münasibətlə Azərbaycan hökumətinə müraciət edərək tələb edirik ki, Ermənistan hökumətini öz nizami qoşunlarını Qarabağdan və Zəngəzurdan çıxarmağa məjbur etmək üçün təcili və qəti tədbirlər görsün və erməni təxribatçılarını jəzalandırsın. Əks təqdirdə iki il ərzində daşnakların törətdikləri hərəkətlərə sakit tərzdə baxdığımız halda, indi öz ədalətli mənafeyimizi və hüququmuzu müdafiə etmək üçün silahlı yolla torpaqlarımızın müdafiəsinə qalxajağıq" (86, s. 509-510).

1920-ci il martın 30-da "Müsavat" partiyasının şurası rayonların fəhlə təşkilatlarının nümayəndələrinin iştirakı ilə ümumi yığınjaq keçirmiş və Qarabağ məsələsinə dair qətnamə qəbul etmişdir. Qətnamədə deyilir ki, Qarabağ ermənilərinin bizim respublika üzərinə xainjəsinə hücum etməsi bütün Azərbaycan xalqında qəzəb doğurmuşdur. Biz hökumətdən Qarabağ və Zəngəzur məsələsini birdəfəlik və həmişəlik həll etmək üçün ən qəti və təcili tədbirlər görməyi tələb edərək, bütün partiya yoldaşlarımızı özünün bütün qüvvələri və vasitələri ilə vətənimizin müstəqilliyi uğrunda mübarizədə hökuməti müdafiə etməyə çağırırıq (86, s.501-502).

"1920-ci il aprelin 9-da şəhər dumasının binasında Bakı şəhərinin və onun rayonlarının ziyalılarının yığınjağında ermənilərin Qarabağ üzərinə hücumu məsələsi müzakirə edilmişdi. Çıxış edən ziyalılar bildirmişlər ki, respublikada qayda-qanunun və qanunçuluğun bərpa olunması işində hökumətə hər cür yardım göstərəjəklər. Ziyalılar öz çıxışlarında bildirmişlər ki, Qarabağda, Zəngəzurda və Naxçıvanda baş vermiş hadisələrə görə Ermənistan hökuməti günahkardır"(87, N 71, 1920).

Azərbaycan hökuməti Dağlıq Qarabağ separatçılarını cilovlamaq və onların təjavüzkarlıq hərəkətlərinin qarşısını almaq üçün çox ciddi tədbirlər gördü və bu tədbirlər öz nətijəsini qısa müddətdə göstərdi. Erməni separatçıları ağır məğlubiyyətə uğradılar.

"1920-ci il aprelin 1-də parlament Qarabağ hadisələrini geniş şəkildə müzakirə etmişdir. Daxili işlər naziri çıxış edərək Qarabağdakı hadisələrə dəqiq qiymət vermək üçün bu hadisələrin gedişini ətraflı şəkildə şərh etmişdir. Martın 20-də Şuşaya iki erməni məmuru tərəfindən 25 nəfərdən ibarət silahlı dəstə gətirilmişdir. Martın 22-də bu silahlı dəstənin üzvlərinin sayı 200 nəfərə çatdırılmışdır. Bu dəstəyə şəhər ermənilərindən təşkil olunmuş 200 nəfərlik silahlılar da cəlb edilmişdir. Martın 22-i gejə saat 3-də bu silahlı dəstələr bizim əsgərlər üzərinə hücum etmişlər. Bizim əsgərlər bu hücumu tamamilə gözləmirdilər və Şuşa şəhərinin əhalisi "Novruz bayramını" keçirirdi. Lakin buna baxmayaraq bizim qəhrəman əsgərlər bu hücumu dəf edə bilmişdilər. Martın 23-də Şuşa tamamilə silahlı dəstələrdən təmizlənmişdir (6, s.879). Bu zaman qonşu erməni kəndlərindən Xankəndində olan bizim əsgərlər üzərinə hücum olmuşdur. Ermənilər böyük itki verərək geri çəkilmişlər. Eyni vaxtda Əsgəran üzərinə hücum olmuşdur. Orada bizim əsgərlərin sayı az olduğuna görə ermənilər şəhəri tuta bilmişlər. Bizdə olan məlumatlara görə bu üsyana hansı xarici qüvvələr rəhbərlik edir (Ermənistan hökuməti) və bu üsyana bir neçə aydır hazırlıq gedirmiş. Şuşa ətrafındakı kəndlərin birindən topdan atılan yaylım atəşi ermənilərin bizim əsgərlərin üzərinə hücum etməsi üçün siqnal olmuşdur. Bundan başqa, ermənilər Qaryagin, Zəngəzur, Tərtər məntəqələrinə də hücum etmişlər. Lakin bu hücumların hamısında ermənilər böyük itki verərək məğlub olmuşlar. Ermənilər hücum etdikləri məntəqələrdə yalnız Əsgəranda müvəffəqiyyət qazana bilmişlər. Qalan məntəqələrdə isə ermənilər itki verərək dəf olunmuşlar.

Ermənilərin qəflətən - xainjəsinə bizim əsgərlər üzərinə hücum etməsi əhali içərisində böyük həyəjana səbəb olmuşdur. Hər tərəfdən partizan dəstələri Qarabağa axışır. Qarabağda məsuliyyətsiz bandalar tərəfindən pozulmuş normal həyatı bərpa etmək üçün hökumət bütün təcili tədbirləri görür və əmindir ki, qısa müddətdə Qarabağda həyat öz normal qaydasına düşəjəkdir. Daxili işlər nazirinin bəyanatından sonra parlament onun müzakirəsini keçirmişdir. Burada Ə.Qarayev (Hümmət) M.Ə.Rəsulzadə (Müsavat), Q.Qarabəyov (İttihad), Camalbəyov (s-d), A.B.Səfikürdski (s-d), A.Aşurov (bitərəf), Axundzadə (Müsavat), Ə.Əhmədov (bitərəf) çıxış etmişlər. Çıxış edənlərin hamısı bildirmişlər ki, Qarabağı silahlı bandalardan təmizləmək üçün ölkənin bütün qüvvələrini birləşdirmək lazımdır (6, s.882, 883, 887).

A.B.Səfikürdskinin bizim əsgərlərin əhval-ruhiyyəsi nejədir sualına daxili işlər naziri M.Vəkilov javab vermişdir ki, mən bu gün erməni bandalarının hücum etdiyi məntəqələrdən qayıtmışam. Mən şəxsən əsgərlərimizin böyük ruh yüksəkliyinin şahidi oldum. Onlar döyüşə böyük əhval-ruhiyyə ilə gedirlər. Əsgərlərimizin qidalanmasına gəlinjə, hətta hərbi nazirliyin müraciəti olmadan, əhali özü əsgərləri ərzaq məhsulları ilə təmin edir. Əsgərlərimiz yaxşı geyinmişdir. Tibbi xidmət də yüksək səviyyədədir. Hökumət qısa müddətdə bir neçə hərbi xəstəxanalar açmışdır. Azərbaycanın hər tərəfindən ziyalılardan ibarət sanitar dəstələri buraya axışır. Mən həm qoşun, həm də əhali içərisində bu ruh yüksəkliyini gördüyümdən böyük ümidlə bildirirəm ki, qəhrəman əsgərlərimizin köməyi ilə öz torpaqlarımızı düşmənlərdən təmizləyəjəyik.

Parlament axırda hökumətdən Qarabağda baş vermiş üsyanı yatırmaq üçün təcili və qəti tədbirlər görməyi tələb edən qətnamə qəbul edir (6, s.889).

Azərbaycan hökuməti Dağlıq Qarabağda erməni separatçılarını hərbi yolla aradan qaldırmaq üçün Ermənistan hökumətinə və Qafqazdakı müttəfiq dövlətlərin nümayəndələrinə teleqram göndərərək, bu məsələləri dinj yolla həll etməyə hazır olduğunu bildirir. 1920-ci il aprelin 5-də Azərbaycanın xarici işlər naziri F.X.Xoyski İngiltərənin və Fransanın Qafqazdakı ali komissarlarına və İtaliyanın siyasi agenti Qabbaya teleqram göndərmişdir. Həmin teleqramda Xoyski bildirir ki, mən Qarabağ məsələləri haqqında martın 28-də dəqiq məlumat vermişdim. Bu məlumatdan siz görürsünüz ki, ermənilər bütün Qarabağı zorakılıqla tutmaq məqsədi ilə müəyyən təşkilatlar tərəfindən qabaqjadan hazırlanmış plana əsasən bizim əsgərlər üzərinə xainjəsinə hücum etmişlər (85,s.576-577). Onu da bildirirəm ki, guya Qarabağ ermənilərinin blokadaya alınması, ermənilər üçün Şuşa-Yevlax yolunun bağlanması və erməni kəndlərinin artilleriya atəşinə məruz qalması haqqında məlumatlar həqiqətə uyğun deyildir. Azərbaycan hökuməti öz xalqının taleyi üçün məsuliyyət daşıdığına görə bir qrup təxribatçı tərəfindən törədilmiş bu üsyanı yatırmaq üçün təcili tədbirlər görmüşdür.

"1920-ci il aprelin 8-də Fransanın, İngiltərənin ali komissarları və İtaliyanın siyasi agenti Qabba Qarabağda, Qazaxda, Ordubadda baş verən hadisələr haqqında nota vermişdilər. Həmin notada Ermənistan və Azərbaycan hökumətlərindən tələb olunur ki, Qarabağ və digər ərazilərdə baş verən hadisələri dinj yolla nizama salsınlar. Azərbaycan və Ermənistan hökumətləri Gürcüstan hökumətinin çağırışı ilə mübahisəli məsələləri həll etmək üçün Tiflisdə keçirilməsi nəzərdə tutulan konfransa gəlməyə razılıq vermişlər. Biz də öz tərəfimizdən buraya müttəfiqlərin komissiyasını göndəririk ki, maraqlı hökumətlərin zəruri tədbirlər gördüyünə əmin olunsun" (86,s.516).

Azərbaycanın Xarici İşlər Nazirliyi 1920-ci il aprelin 8-də özünün Tiflisdəki diplomatik nümayəndəliyinə teleqramma göndərmişdir. Həmin teleqramda bildirilir ki, Azərbaycan hökuməti 1918-ci ildən indiyə qədər Zaqafqaziyada Azərbaycanlılarla ermənilər arasında baş vermiş hadisələri izah etmək və aydınlaşdırmaq üçün Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə müttəfiqlərin komissiyasının yaradılmasını alqışlayajaqdır. Azərbaycan xalqı bu komissiyanın yaradılmasını səbirsizliklə gözləyir.

"1920-ci il aprelin 9-da Tiflisdə Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının konfransı açılmışdır. Konfransın sədri Gürcüstanın xarici işlər naziri Qeqejkori seçilmişdir. Konfransın gündəliyi məsələsinə keçərkən Gürcüstan və Ermənistan nümayəndələri bildirmişlər ki, hər şeydən əvvəl, Qarabağda Azərbaycanlılarla ermənilər arasında baş vermiş hərbi əməliyyatları dayandırmaq haqqında məsələ müzakirə edilsin. Onlar bildirdilər ki, bu qanlı qırğın dayandırılmadan konfrans öz işinə sakit və səmərəli şəkildə başlaya bilməz.

Azərbaycan nümayəndə heyəti bildirdi ki, biz məsələnin bu cür qoyuluşuna etiraz etmirik. Lakin bu məsələ Ordubadda, Naxçıvanda, Qazaxda baş vermiş münaqişələrlə birlikdə müzakirə olunmalıdır.

Ermənistan nümayəndələri buna etiraz etdiyindən konfrans öz ijlasını aprelin 10-na səhər saat 10-na keçirdi" (38, v.12-13).

Lakin Ermənistan hökuməti bu konfransı davam etdirməyi özünə lüzum bilmədi. Parlamentin sənədlərindən bir daha məlum olur ki, Azərbaycan hökuməti münaqişənin dinj yolla nizama salınması üçün təşəbbüs göstərmişdirsə də, erməni tərəfi müxtəlif bəhanələrlə konfransın işini pozur və yeri gəldikjə müttəfiq dövlətlərin dəstəyini qazanmaq üçün "yazıq" görkəmi alırlar.

 



 

 

 

II.II. Qarabağda müvəqqəti General-qubernatorluğun

yaranması və erməni separatizminin ləğv edilməsi

 

Azərbaycanın Ermənistanla mübahisəli ərazi məsələlərini dinj yolla nizama salmaq jəhdi müsbət nətijə vermədi. Digər tərəfdən, Ermənistanın qızışdırdığı erməni silahlı dəstələri Yuxarı Qarabağda separatçılıq əməllərini daha da genişləndirirdilər. Ermənilərin bölgədə möhkəmlənməsi təhlükəli xarakter almışdı. Belə vəziyyət Azərbaycan hökumətini daha ciddi tədbirlər görmək zərurəti qarşısında qoymuşdu. Bu sahədə görülən tədbirlər arasında Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasını təmin etmək məqsədilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıja Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır.

Azərbaycan hökumətinin 1919-cu il yanvarın 15-də keçirilən ijlasında Qarabağda vəziyyət haqqında daxili işlər naziri X.Xasməmmədovun məruzəsi dinlənilmişdir. Azərbaycan hökumətinin qərarlar curnalından aydın olur ki, həmin ijlasda aşağıdakı qərar (Daxili İşlər Nazirliyinə göndərilən 1919-cu il 15 yanvar tarixli, 359 saylı çıxarış) qəbul edilmişdir:

"Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında - məruzədə göstərilən hüquq və vəzifələrlə müvəqqəti general- qubernator vəzifəsi təsis olunsun; Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hökumətin növbəti ijlasınadək general-qubernator vəzifəsinə namizəd göstərsin və onun sərənjamına nə qədər məbləğdə vəsait buraxılmasının zəruriliyi barədə öz mülahizələrini təqdim etsin" (87, N 12, 1919).

Həmin məruzədə, ilkin olaraq son iki ildə Qarabağ və Zəngəzur bölgələrində yaranmış siyasi-hərbi vəziyyətin qısa, lakin dolğun səciyyəsi verilmiş, ən başlıjası isə bu iki bölgənin birləşdirilməsi əsasında ayrıja general-qubernatorluğun yaradılmasının zəruriliyi və əhəmiyyəti tutarlı faktlarla əsaslandırılmışdır. Adı çəkilən qəzalarda vahid general-qubernatorluğun təşkilinin vacibliyi isə, ümumiyyətlə, aşağıdakı amillər və dəlillərlə izah edilirdi.

Birinci, Zəngəzur, Şuşa və qonşu qəzaların dağlıq hissələrində məskunlaşan ermənilər Rusiyadakı Fevral çevrilişi və Transqafqaz hökumətinin formalaşdığı vaxtdan etibarən daşnak təşviqatçılarının təsiri ilə təjrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini (quberniyalarını) yaratmağa jəhdlər göstərməyə başlamışdılar. Bu zəmində də hökumətə itaətsizlik halları çoxalmış, bölgələrin müsəlman əhalisinə qarşı zorakılıqlar baş vermişdi.

İkinci, Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi, daxildəki və xarijdəki bəzi qüvvələrin fəal yardımı hesabına daha da məqsədyönlü (Azərbaycandan ayrılaraq Ermənistana birləşmək) xarakter almışdır. Yeni yaranmış Azərbaycan hökuməti çoxlu ağır və kəskin probləmlərlə qarşılaşdığından, hələlik yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü və s. ujbatından Zəngəzurda və onunla qonşu qəzalarda erməni separatçı hərəkatının qarşısını almaqda çətinlik çəkir.

Üçüncü, həmin bölgələri Azərbaycandan qopararaq Ermənistana birləşdirmək ideyasını açıq elan edən Andranikin hərbi hissələrinin bu yerlərə soxulması vəziyyəti daha da kəskinləşdirmişdir. Bu məqsədlə yerli ermənilər tərəfindən də silahlı dəstələr yaradılmış, onların Azərbaycanlıların kəndlərinə basqınları çoxalmışdı. Nətijədə həmin ərazilərdə 150-dən çox Azərbaycan kəndi dağıdılmış, əhalinin çox hissəsi isə qonşu mahallara və hətta İrana üz tutmuşdur.

Dördüncü, yerli idarə orqanlarının nümayəndələri nə qədər təjrübəli olsalar da, ermənilərin ciddi hərəkatı ilə əlaqədar məsələlərdə və hadisələrdə sərbəst xətt yeritmək səviyyəsində deyildilər. Onların fəaliyyətinə fasiləsiz rəhbərlik və nəzarət edilməsinə ehtiyaj duyulur. Qanuna görə bu iş Gəncə qubernatorunun səlahiyyətinə aid idi. Lakin baş verən hadisələr yerlərdə yerli idarə orqanlarının təcili tədbirlər görülməsini tələb etdiyi halda, qubernatorla əlaqə yaradılması nəinki xeyli vaxt aparır, hətta lazımı şərait olmadığından çətinlik yaranırdı. Deməli, yerlərdə xüsusi səlahiyyətləri olan və Mərkəzi Azərbaycan hökumətindən bilavasitə zəruri göstərişlər ala biləjək xüsusi ali hakimiyyətin təşkili şəksiz zəruriyyət təşkil edirdi (56, s.113).

1998-ci ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmiş kitabda göstərilir ki, Azərbaycan hökuməti özünün 15 və 29 yanvar tarixli ijlaslarında Qarabağ general-qubernatorluğunun yaradılması və bu vəzifəyə general-qubernator Xosrov bəy Sultanovun təyin olunması haqqında qərarlar qəbul etdi və qubernatorluğun ilkin xərjləri üçün 5 milyon manat pul ayrıldı (7, j.172).

Deyilənlərdən irəli gələn məntiqi nətijə kimi məruzədə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üçün mərkəzi Şuşa şəhəri olmaqla müvəqqəti general-qubernator vəzifəsi yaradılması zəruri hesab edilir. Eyni zamanda general-qubernatora mövcud qanunvericiliyə müvafiq hüquqlar və səlahiyyətlər verilməsi, məhkəmə və dövlət nəzarəti nümayəndələrindən savayı, qəzalardakı bütün idarələrin və vəzifəli şəxslərin ona tabe etdirilməsi qeyd olunurdu.

Məruzədə general-qubernatorun vəzifələri də dürüst və konkret müəyyənləşdirilirdi: erməni hərəkatına qarşı mübarizə və onun tamamilə ləğv edilməsi; yuxarıda göstərilən qəzalarda qəti qayda-qanun yaradılması; yerli hakimiyyətin təşkili; qaçqınların ərzaqla təmin olunması, onlara ümumi kömək göstərilməsi və əvvəlki yaşayış yerlərinə qaytarılması. Bu işlərin görülməsi məqsədilə general-qubernatorun yanında, ona kömək üçün özünün sədrliyi ilə xüsusi Şura yaradılması nəzərdə tutulurdu. Şuranın tərkibinə Hərbi, Ərzaq, Himayəçilik və Səhiyyə nazirliklərindən məşvərətçi səsi olan nümayəndələr daxil olmalı idi.

Müəyyən məsləhətləşmələrdən sonra Azərbaycan hökumətinin 1919-cu il yanvarın 29-dakı ijlasında "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi" dinlənildi və aşağıdakı qərar qəbul edildi.

a) X.Sultanovun general-qubernator təyin edilməsi;

b) Nazirliyin 20 milyon manatlıq fondundan general-qubernatorluğun ehtiyajları üçün 5 milyon manat ayrılması;

v) Həmin məbləğdən 1 mil. manatın general-qubernatorun sərənjamına indi buraxılması, ondan isə 728 min 300 manatın qubernatorluğun ştatının saxlanması, 600 nəfərlik süvarı dəstənin təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın isə gözlənilməz, təcili tədbirlərə xərjlənməsi;

q) Yuxarıda qeyd olunan dəstənin sayının 3000 nəfərə çatdırılmasının mümkünlüyünü etiraf etməklə, bunun hökumətin xüsusi göstərişi ilə həyata keçirilməsi" (56, s.114).

Maraqlıdır ki, general-qubernatorun müavinliyinə bolşevik Çingiz İldırım təyin olunmuşdu (56, s. 114).

Yeni vəzifəyə təyin edildikdən sonra Xosrov bəy Sultanov hələ Bakıda ikən general-qubernatorluğun təşkili ilə əlaqədar olan bəzi işləri görmüş və 1919-cu il fevralın 12-də Şuşaya gələrək vəzifəsinin ijrasına başlamışdır.

ADR hökumətinin bu addımı Azərbaycanlı əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Arxiv sənədlərindən aydın olur ki, bu general-qubernatorluğun təşkili müvafiq bölgələrin bir sıra problemlərinin həllinə mühüm təsir göstərmişdi. Fikrimizjə qubernatorluğun yaradılması Qarabağ ermənilərinin ADR hökumətini tanımalarında əsas amillərdən biri olmuşdu.

Xosrov bəy Sultanov Şuşaya gələn kimi Qarabağ torpağını erməni terrorizmindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernatorluğun yaradılması səbəblərini izah etmişdir. Müraciətdə deyilirdi ki, Azərbaycan hökumətinin yanvar ayında verdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları xüsusi general-qubernatorluğa daxil edilmişdir. Bu fövqəladə tədbir onunla izah olunur ki, "Azərbaycanın ən gözəl guşələrindən olan dörd qəza bir ildən artıqdır ki, hərj-mərjliyin içindədir. Məsuliyyətsiz ünsürlərin rəhbərliyi altında silahlı dəstələr öz şəxsi iddialarını həyata keçirmək üçün kəndləri yandırır, əhalini məhv edir, minlərlə qadın və uşağı qaçqınlığa məruz qoyur. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər özlərinin şəxsi məqsədlərini gizlədərək ona siyasi don geydirməyə çalışırlar. Bütün bunları nəzərə alaraq hökumət adları çəkilən dörd qəzada general-qubernatorluq yaratmağı nəzərə almışdır. Öz həyatını xalqına həsr etmiş bir ijtimai xadim kimi mən bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəjəyəm və bildirirəm ki, general-qubernatorluğun rayonlarında yeganə hökumət - Azərbaycan hökumətinin hakimiyyətidir və hamı məjburi şəkildə ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-qanunun pozulması, hərj-mərjliyə gətirib çıxarmış hərəkət general-qubernatorluğun qanunları ilə ciddi şəkildə jəzalandırılajaq. Qanun qarşısında hamı bərabərdir (73,v. 13).

Xosrov bəy Sultanov Şuşada, Qarabağda və Zəngəzurda vəziyyətlə hərtərəfli tanış olmaq üçün ingilis, Azərbaycan və erməni nümayəndələrinin iştirakı ilə bir neçə rəsmi müşavirə keçirdi. Həmin müşavirələrin protokollarından məlum olur ki, general-qubernator yaranmış vəziyyətə çox ciddi yanaşmış və hər bir məsələyə aid konkret göstəriş vermişdir.

İlk müşavirə 1919-cu il fevralın 15-də keçirilmiş və aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Erməni-Azərbaycan münaqişəsi, erməni qaçqınlarının müvəqqəti məskunlaşdırılması və köç məsələsi;

2. Milis orqanlarının fəaliyyətinin güjləndirilməsi və at-araba mükələfiyyəti.

3. Ərzaq məsələləri, əkin və bağ sahələrinin genişləndirilməsi;

4. Müsəlman qaçqınlarının öz yerlərinə qaytarılması;

5. Tibbi işlər;

6. Məktəb işləri;

7. Çağırışçılar məsələsi;

8. Poçt və teleqraf;

9. Cari məsələlər (75, v.11).

Müşavirədə çıxış edən Xosrov bəy Sultanov bildirmişdir ki, müşavirəni çağırmaqda məqsəd, onun iştirakçılarını ölkədə olan vəziyyətlə tanış etmək, müvafiq tədbirlər görməklə normal həyat tərzini bərpa etməkdən və həmçinin ahəngdar, planlı iş sistemi yaratmaqdan ibarətdir.

İjlasda çıxış edən Cavanşir qəza rəisi Bəhram bəy Məlik Abbasov bildirmişdir ki, hələlik sakitlikdir, lakin "millət təəssübkeşləri" əhali içərisinə narazılıq salırlar. O, qeyd etmişdir ki, erməni əhalisi Azərbaycan dövlətinin hakimiyyətini qəbul etməyə və hətta dağılmış 10 erməni kəndinin əhalisi Azərbaycanlı kəndləri ilə birləşməyə hazırdır. Onun verdiyi məlumata görə qəzada 48 erməni kəndi və 277 Azərbaycanlı kəndi varmış. Əhalinin nisbəti isə belə imiş: 24607 nəfər erməni və 48064 nəfər Azərbaycanlı. Onun dediyinə görə son məlumatda Azərbaycanlıların sayının 63000 nəfər olduğu müəyyən edilmişdir.

Qəza rəisi aşağıdakıları təklif etmişdir: 1) Andranikin və onun hərbi dəstələrinin Qarabağdan çıxarılması, 2) Azərbaycanın dövlət hakimiyyətini qəbul edən kasıb erməni əhalisinə ərzaqla yardım göstərilməsi, 3) Münaqişədə olan kəndlər arasında polis gözətçi məntəqələri yaradılması, 4) Araqarışdıran erməniləri əhali özü kənddən çıxarsın.

Zəngəzurun qəza rəisi Camal bəy Sultanov çıxışında demişdir ki, Andranik Ararat respublikasından xüsusi göstəriş alır, ingilis nümayəndəliyi isə ona hərbi yardım göstərir və ona bu məqsədlə iki milyon manat pul vermişdir. O, qeyd etmişdi ki, Zəngəzur qəzasında 166 Azərbaycan kəndi dağıdılmışdır. Burada 37000 Azərbaycanlı yaşayırdı. Qaçqınlıq zamanı Azərbaycanlıların 30 faizi var-dövlətini itirmişdir və dağılmış Azərbaycan kəndlərində ermənilər yaşayırlar. Dörd kənd isə ermənilərin hakimiyyəti altındadır.

Qəza rəisi daha sonra aşağıdakı faktları açıqlamışdır:

1) 1-ci sahədə 20 kənd ermənilər tərəfindən yandırılıb. Bunu ingilis missiyasının mayoru Qibbon da təsdiq etmişdir.

2) Zəngəzurdan didərgin düşmüş Azərbaycan qaçqınları özlərinə məxsus əmlaklarının böyük hissəsini itirmişlər.

3) Andranikin dəstəsində 400-500 adam vardır. O, istəsə ingilislərin ijazəsi ilə səfərbərlik elan edə bilər.

4) Bu təkliflərə əlavə olaraq B.M.Abbasov bildirmişdir ki, Zəngəzur xəzinədarıda 400 atlı və 600 piyada qoşununa hazırlıq görür. Onun qoşunu Qatar zavodunda yerləşir.

5) Andranikin Ararat Respublikası ilə əlaqəsi Sisyan vasitəsi ilə həyata keçirilir (75, v.12).

Göründüyü kimi, Azərbaycan hökuməti hadisələrə obyektiv yanaşmış, milli ədavəti dinj yolla nizama salmağa çalışmış, erməni və Azərbaycanlı qaçqınlarına münasibətdə heç bir fərq qoymamışdır. Lakin ingilislərin ikiüzlü siyasəti üzə çıxmışdır. Andranikə və onun quldur dəstəsinə qarşı ciddi tədbirlər görülməsi ön plana çəkilmişdir.

Şuşa qəza rəisi Abış bəy Qalabəyov çıxış edərək bildirmişdir ki, ikinci Azərbaycanlı alayı Şuşa qalasına gələndən sonra vəziyyət nəzərə çarpajaq dərəjədə yaxşılığa doğru dəyişmişdir. Lakin ingilislər bu alayın gəlməsindən narazı qalmışlar. Qorxuya düşmüş ermənilər ayrı-ayrı yerlərdə ijlaslar keçirirlər. Əgər ermənilər əvvəljə müstəqil Qarabağ dövləti yaratmaq uğrunda mübarizə aparırdılarsa, indi Qarabağı Ermənistana birləşdirmək istəyirlər. Hətta onlar bu məqsədlə Ararat Respublikasına göndərilmək üçün nümayəndə heyəti də seçmişlər.

O, demişdir ki, Şuşa qəzasının erməni başçıları gələjəkdə də Ermənistandan və Rusiyadan aldıqları maddi yardımla Qarabağ uğrunda mübarizəni davam etdirməyi planlaşdırmışlar. Buna görə də qəza rəisi aşağıdakıları təklif etmişdir: 1) Şuşa qəzasında araqarışdıran Sokrat bəy və onun əlaltıları qəzadan çıxarılsın; 2) Azərbaycanın Dövlət hakimiyyətini tanımayan erməni məmurlarına əmək haqqı verilməsi dayandırılsın; 3) Şuşa şəhərinin erməni başçıları işləmədiyi üçün onların öz vəzifələrindən azad edilməsi məsələsi qaldırılsın (75, v.12). Bu axırınjı təklifə əlavə olaraq çıxış edən Kərim ağa Mehmandarov Şuşa şəhər idarəsinin yarıtmaz olduğunu qeyd etmiş və bildirmişdir ki, mən bu məsələni Bakı şəhər duması qarşısında qaldırmışam. Lakin yaxın gələjəkdə bələdiyyə seçkiləri keçiriləjəyi nəzərə alınaraq seçkilərə qədər bu məsələnin müzakirəsini təxirə saldılar.

Məruzədən belə məlum olur ki, Yuxarı Qarabağ məsələsini qaldıran yerli ermənilər deyil, əslində Ermənistan Respublikası və Daşnaksütyun partiyasının buradakı emissarları olmuşdur. Həmçinin, məruzədə bu fikir də təsdiq olunur ki, Azərbaycan hökuməti az da olsa ciddi bir tədbir görən kimi ermənilər öz taktikalarını dəyişməyə məjbur olurlar, ingilislərin və Rusiyanın köməyinə üz döndərirlər.

Cəbrayıl qəzasından gələn nümayəndə öz çıxışında bildirmişdir ki, 28 kəndin 3-də ermənilər yaşayır. Burada da erməni-Azərbaycan münasibətləri gərgin vəziyyətdədir. Erməni kəndlərinin nümayəndəsi Artyom Lalayev və Cəbrayıl qəza rəisinin müavini Hajıbəyov bu gərgin münasibəti aradan qaldırmaq üçün görüşüb söhbət aparmışlar. Lakin bununla belə, Arakel kəndinin erməniləri Azərbaycanlıların daha çox toplaşdığı bazara xainjəsinə hücum etmişlər. Çıxış edən nümayəndə axırda Andranikin və onun qaniçən quldur dəstəsinin Zəngəzur bölgəsindən çıxarılması təklifini irəli sürmüşdür. Müşavirədə öz ev-eşiyini tərk etmiş qaçqınları zəruri ərzaqla təmin etmək və erməni-Azərbaycan münasibətlərini dinj yolla nizama salmaq üçün əhali içərisində təbliğat işinin güjləndirilməsi məsələləri də müzakirə edilmişdir.

Xosrov bəy Sultanovun yanında keçirilən müşavirədə qarın yatalağı xəstəliyinə tutulmuş erməni qaçqınları üçün münasib binanın ayrılması haqqında məsələyə toxunularaq, bildirmişdir ki, hələlik xəstələr öz əvvəlki yerlərində qalsınlar, ermənilərin və ingilis missiyasının nümayəndələri ilə birgə müşavirə keçiriləndən sonra həmin xəstələr müvafiq yerlərə köçürüləjəkdir.

X.B.Sultanov müşavirədə yekun çıxışında bildirmişdir ki, şəhər bələdiyyə işçiləri yarıtmaz işlədiklərinə görə öz vəzifələrindən tezliklə azad ediləjəkdir. İşlərində günahı olanlar vəzifələrindən çıxarılajaq, daha vijdanlı və səriştəli adamlarla əvəz olunajaqdır. Əhaliyə xəbər verilsin ki, rüşvət almış məmurları birinci dəfə böyük məbləğdə jərimə və yaxud da həbsxana gözləyir, bu hal təkrar olunsa onlar bölgədən sürgün olunajaqlar;

Kəndxudaların maaşı dövlət hesabına ödənilsin;

Şəhər bələdiyyə işçilərinin maaşını vermək mümkün olmadığından milis sisteminin hesabından ödənilsin (75, v.13).

Xosrov bəy çıxışının sonunda qəza rəislərinə və barışdırıjı hakim S.Qayıbova göstəriş vermişdir ki, növbəti ijlasa qədər təkliflərini hazırlasınlar.

Qısa fasilədən sonra yenə həmin gün general-qubernatorun yanında müşavirə öz işini davam etdirmişdi. Bu müşavirə öz tərkibinə görə daha geniş idi. Müşavirədə Xalq Səhiyyə Nazirliyinin nümayəndəsi C.Lənbəranski, Ərzaq Nazirliyinin nümayəndəsi Selezniyov, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Şapalov çıxış etmişdilər. Axundov çıxış edib bildirmişdir ki, ərzaq hazırlığı və ərzağın paylanması general-qubernatorun səlahiyyətinə aiddir.

Xosrov bəy Sultanov bildirmişdir ki, əhalini taxılla təmin etmək üçün yerinə yetirilməsi mümkün olan real təkliflər versinlər. Şuşa qəza rəisi çıxış edərək demişdir ki, ermənilərin yaşadığı yerlərdə taxıl təjhizatı normaldır. Azərbaycanlıların yaşadığı Xıdırlı və Gülablı kəndlərində isə quraqlıq olduğundan çörək təjhizatı pisdir. Bu kəndlərdə yalnız bir aylıq taxıl ehtiyatı var.

Cavanşir qəza rəisi çıxışında bildirmişdi ki, qənaət olsa, taxıl ehtiyatı çatar. Bu qəzaya lazım olan sənaye və çox işlənən mallar gətirilməlidir.

Müşavirədə bildirilmişdir ki, Zəngəzur və Şərur-Dərələyəz qəzalarında maldarlıqla məşğul olan 17 min əhalini taxılla təmin etmək lazımdır. Qeyd olunmuşdu ki, bölgənin əhalisini taxılla təmin etmək üçün əkin sahələrini genişləndirmək lazımdır. Belə ki, məlum hadisələr zamanı əkin sahələri 50 faiz azalmışdır.

Müşavirədə daha sonra taxıl, sənaye və çoxişlənən malların qiymətləri məsələləri müzakirə edilmiş və onların həll edilməsi üçün qəza rəislərinə göstərişlər verilmişdir. Cavanşir qəza rəisinə tapşırılmışdır ki, Tərtər çayından ayrılan su kanallarının normal işləməsini təmin etsin. Sonra Şuşa qəza rəisi at-araba mükələfiyyəti haqqında çıxış etmişdir. Müşavirədə qərara alınmışdır ki, əlavə yük avtomaşınları alınsın və digər nəqliyyat vasitələri səfərbərliyə alınsın. Əhalinin yoxsul vəziyyətdə yaşayan hissəsi bu mükələfiyyətdən azad edilsin (75, v.14).

İkinci ijlasın gündəliyinə salınan bir sıra məsələlər - poçt-teleqraf xətlərinin çəkilməsi, yaşayış binalarının və Şuşadakı xəstəxananın təmiri və sair vəsaitin çatışmamasına görə onların həlli müəyyən vaxta qədər təxirə salınmışdır.

Əsas məsələlərdən biri də orduya çağırış və ordunun təşkil edilməsi idi. Ona görə təklif olundu ki, hər bir yaşayış məntəqəsində xüsusi ijma komissiyası yaradılsın və ona nəzarət güjləndirilsin.

1919-cu il fevralın 16-da Xosrov bəy Sultanovun yanında növbəti müşavirə keçirilmişdir. Burada əsasən məktəb məsələsi müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Qarabağ və Zəngəzurda erməni-Azərbaycan münaqişəsi zamanı onsuz da sayja az olan məktəblər dağılmış və müəllimlər öz yerlərini tərk etmişlər. Müşavirədə Səhiyyə nazirinin nümayəndəsi C.Lənbəranski demişdir ki, Səhiyyə naziri Gendes respublikada yoluxucu və yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər görməyə başlamışdır. General-qubernator Şuşada 100 çarpayılıq xəstəxananın tikilməsi, lazım olan tibbi avadanlığın alınması və həkimlərə maaş verilməsi üçün vəsait ayrıldığını demişdir. Lakin Xosrov bəy bildirmişdir ki, Qarabağ əhalisinə tibbi xidmət göstərmək üçün böyük bir xəstəxananı təkjə Şuşada yox, həm də əlverişli joğrafi mövqeyə malik olan Ağdamda da açmaq lazımdır. Bizim hazırladığımız layihəyə görə bütün qəzalarda xəstəxanalar açılmalıdır(75, v.18). Bizə məlumdur ki, Bərdənin Xan Ərəb kəndində feldşer məntəqəsi açılmışdır. Baxmayaraq ki, Qaryagində həkimlər olsa da, feldşer məntəqəsi yoxdur.

Zəngəzur qəza rəisinin nümayəndəsi C.Sultanov çıxışında demişdir ki, doktor Paroyans xəstəxananı öz avadanlığı ilə birlikdə Zəngilandan erməni rayonlarına aparmışdır. Buna görə Azərbaycanlılar tibbi xidmətdən məhrum olmuşlar.

Doktor K.Mehmandarov bildirmişdir ki, Azərbaycan xalqının tibbi xidmətə daha böyük ehtiyajı var. Buna görə də Şuşada nəinki mahal xəstəxanası, həm də feldşer-mama kursu təşkil etmək lazımdır. Burada hazırlanan feldşer-mamalar Qarabağın bütün qəzaları üçün lazım olajaqdır. O, əlavə olaraq demişdi ki, Zəngəzur qəzasında geniş şəbəkəli tibbi məntəqələr açmaq lazımdır.

Bu müşavirədə çıxış edən Sosial-Təminat Nazirliyinin nümayəndəsi və doktor Ağayev də general-qubernator X.B.Sultanovun təklifini müdafiə etmişdilər. Yekunda belə qərara gəlinmişdi ki, vilayət xəstəxanası üçün ayrılmış 100 çarpayıdan 30-u Şuşaya, qalanı Ağdama və Zəngəzur qəzasına verilsin. Qəzada olan köçəri maldarlara tibbi xidmət göstərilməsi də nəzərə alınmışdır (75, v.19-20).

17 fevral 1919-cu ildə general-qubernator X.B.Sultanov Şuşaya gələn ingilis missiyasının kapitanı Seraylini qəbul etmiş və bu münasibətlə əvvəlki tərkibdə geniş müşavirə çağırmışdır. General-qubernator aşağıdakı məsələləri müzakirəyə vermişdir:

1) Böyük Britaniya təminatının 4-cü maddəsinə uyğun olaraq general Andranikin dəstəsinin tərk-silah edilməsi və Qara

    bağdan çıxarılması;

2) Həmin təminatın 1-ci maddəsinə əsasən qaçqınların öz əvvəlki yerlərinə qaytarılması;

3) Ağdam, Şuşa və Qaryagin yollarının gediş-gəliş üçün açılması;

4) Mayor Qibbonun tələbi ilə ona xəzinədən pul ayrılması.

 

Birinci məsələ ilə əlaqədar olaraq ingilis missiyası işə başlamış və bu məqsədlə öz nümayəndəsini Gorusa göndərmişdir.

İkinci məsələ ilə bağlı aşağıdakı qərar qəbul edilmişdir: Qaçqınların hamısı bir yerdə jəmləşdirilsin. Ona görə ki,

1) Qaçqınların çoxu yatalaq xəstəliyinə tutulmuşdur;

2) Qış olduğundan binaların çoxu yaşamaq üçün yararsızdır;

3) Həm də qaçqınları öz əvvəlki yerlərinə çatdırmaq üçün yollar boyunja ərzaq məntəqələri təşkil etmək lazımdır.

 

Üçüncü məsələyə gəlinjə Ağdam, Şuşa və Qaryagin yollarının açılmasını ingilis missiyası öz üzərinə götürmüşdür.

Dördüncü məsələyə gəldikdə Xosrov bəy Sultanov təklif etmişdir ki, bu tələb Azərbaycan hökuməti xəzinəyə pul köçürdükdən sonra yerinə yetirilə bilər.

1919-cu il fevralın 25-də X.B.Sultanovun yanında keçirilmiş müşavirənin protokolundan aydın olur ki, general-qubernator vurğulamışdır ki, milli məsələdə xüsusi injəlik, səbr və sayıqlıq göstərmək lazımdır. Bu yolla dövlətin nüfuzunu qaldırmaq və digər məsələləri də həll etmək olar.

Bu müşavirədə Şuşa şəhər məktəbinin müfəttişləri və şəhər ermənilərinin nümayəndələri də iştirak edirdilər. Müşavirədə çıxış edən ermənilər bildirmişlər ki, daşnak terrorçuları onları qorxudur və xüsusi göstərişlər verirlər. Belə olduqda X.B.Sultanov ingilis nümayəndələrinin iştirakı ilə yığınjaq çağırıb onlardan xahiş etmişdi ki, vəziyyəti olduğu kimi Tomsona çatdırsınlar. X.B.Sultanov ingilislərlə birlikdə şəhərdəki müəssisə və idarələrin vəziyyəti ilə tanış olmuşdur. Tomsonun göstərişi ilə mayor Mak-Mezonun göndərdiyi iki nümayəndə Şuşadakı vəziyyətlə tanış olub, X.B.Sultanovun fəaliyyətindən razı qalmışlar. İngilislər X.B.Sultanova təklif edirlər ki, milli məsələni dinj yolla nizama salmaq üçün, o, Şuşa şəhərinin başçısı Şahnəzərovu və Vərəndə baş komandanı Məlik Sokrat bəyi qəbul etsin. Lakin adları çəkilən bu iki şəxs general-qubernatorun hüzuruna gəlməmişlər. Çünki onlar özlərini Rusiyanın təbəəsi sayırdılar. Onların bu hərəkəti ingilislərin narazılığına səbəb olmuşdur. Belə olduqda X.B.Sultanov ingilislərə bildirmişdir ki, ermənilər Qafqazda rus monarxiyasının dayaqlarıdır. Rusiyanın məqsədi Qafqaz vasitəsi ilə Hindistana yol açmaqdan ibarət idi. Təbii ki, bu niyyət ingilislərin mənafeyinə toxunurdu. X.B.Sultanov ingilislərdən xahiş etmişdir ki, erməni-Azərbaycan münaqişəsini nizama salmaq üçün birlikdə müzakirə aparsınlar. Buna javab olaraq ingilislər belə bir təklif irəli sürmüşlər ki, X.B.Sultanov bölgənin general-qubernatorudur. Onun müavini isə hökumət tərəfindən təyin olunur.

Lakin Ermənistan Milli şurası bu təklifə qəti etiraz etdi. Bundan sonra X.B.Sultanov ingilis mayoruna bildirmişdir ki, ermənilər sülh istəmir və Qarabağı Azərbaycanın tərkibindən ayırmaq və Zəngəzuru da zəbt etmək niyyətindədirlər. Buna görə də ermənilər daima Azərbaycan tərəfinin təkliflərini öz təklifləri ilə əvəz edirlər.

X.B.Sultanov ingilislərə bunu da demişdi ki, Qarabağ məsələsi diplomatik yolla nizama salınsa, general Andranikin məsələsi də həll olunur və onun dəstəsi qısa müddətdə Qarabağın ərazisini tərk edə bilər. Bundan sonra isə Türkiyədən olan erməni qaçqınlarının məsələsini həll etmək olar (75, v. 8-9).

X.B.Sultanovun Azərbaycan hökumətinin Daxili İşlər Nazirliyinə məktubundan aydın olur ki, Şuşaya gəldiyi ilk günlərdən başlayaraq o, bölgədə məsələləri obyektiv və yerində həll etmək üçün qəza rəislərinin, şəhər ijtimai xadimlərinin və ingilis missiyasının iştirakı ilə müşavirələr keçirmişdir. Bu müşavirələrin sənədlərini təhlil edərkən məlum olur ki, general-qubernator erməni-Azərbaycan münaqişəsini dinj yolla həll etməyə çalışır. Təsadüfi deyildir ki, o, keçirdiyi müşavirələrə erməni tərəfinin nümayəndələrini və ingilis missiyasının üzvlərini dəvət edirmiş.

Göstərmək lazımdı ki, Qarabağı Azərbaycandan ayırmaq istəyən və daima Azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən Erməni Milli Şurasının rəhbərləri bu müşavirələrə gəlməmiş, hətta həyasızjasına Azərbaycan dövlət hakimiyyətini tanımadıqlarını bəyan etmişlər.

Çoxsaylı arxiv sənədləri və bir sıra tədqiqatçıların (T.Svyataxovski) araşdırmaları sübut edir ki, ADR hökuməti tərəfindən Zəngəzur qəzasını da əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun ona başçı təyin olunması Ermənistanı xeyli təşvişə salmış və onun diplomatik-hərbi fəallığını artırmışdır. R.Hovannesyan bu barədə belə yazırdı: "Ajıqlanmış ermənilərin özləri üçün təhqir üstündən təhqir hesab etdikləri, bir də bərk qorxduqları məşhur armenofob Xosrov Sultanovun Tomson tərəfindən hər iki ərazinin qubernatoru təyin edilməsi idi" (56, s.115). "Azərbaycan hökumətinin özünün tarixi torpaqlarında general-qubernatorluq yaratması və bu vəzifəyə Xosrov bəy Sultanovun təyin edilməsi haqqında qərarını ermənilər etirazla qarşılamışlar. Ermənistanın Xarici İşlər Nazirliyi və Daşnak mətbuatı aparıjı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində və ADR rəhbərliyinə etiraz notalarında Azərbaycan hökumətini "Ararat Respublikasının ərazi hüquqlarını" və iki qonşu ölkə arasında münasibətləri pozmaqda ittiham edirdilər. Ermənistan tərəfi yaranmış vəziyyətdən çıxış yolunu ya Azərbaycan general-qubernatorunun ləğv edilməsində, ya da müvəqqəti ingilis general-qubernatorluğunun yaradılmasında görürdü" (87, N2, 1919).

Azərbaycan hökuməti təbii ki, ölkənin ərazi bütövlüyünün və suveren hüquqlarının pozulmasına yol verməzdi və qonşu dövlətin onun daxili işlərinə qarışması jəhdləri ilə barışa bilməzdi. Buna görə də ADR-in xarici işlər nazirinin vəzifəsini ijra edən Adil xan Ziyadxanov Ermənistan hökumətinə javab notalarında bir daha Qarabağın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olduğunu xatırlatmışdır (86, s.160). Ermənistanın etirazını onun suverenliyinə qəsd kimi qiymətləndirən Azərbaycan hökuməti qətiyyətlə bildirmişdir ki, özünün ərazi toxunulmamazlığını hər vasitə ilə müdafiə edəjəkdir. Bununla yanaşı, Azərbaycan hökuməti bütün münaqişələri sülh yolu ilə ləğv etməyə hazır olduğunu bildirmişdir.

Regionda vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də ingilis komandanlığının Azərbaycanın bu regionuna münasibətdə ikili siyasət yeritməsi idi. İngilislər bir tərəfdən Zəngəzurun bir hissəsinin Ermənistana verilməsini istəyir, digər tərəfdən ADR hökuməti tərəfindən Qarabağda general-qubernatorluğun yaradılmasını müdafiə edirdilər. İngilislərin ikinci hərəkəti ermənilərdə böyük narazılıq yaratmışdı. Ermənilər müxtəlif vasitə və yollarla ingilislərdə özlərinə rəğbət yaratmağa və Azərbaycanın bu regionlarına ermənilərin "tarixi hüquqlarının" gerçəkliyinə Böyük Britaniya hökumətini inandırmağa çalışırdılar. İngilislər isə müxtəlif bəhanələrlə erməni tərəfinin şərtlərini qəbul etmirdilər. 1919-cu il aprelin 3-də yeni ingilis general-qubernatoru Şatelvort bəyanat vermişdi ki, X.B.Sultanovun general-qubernator təyin edilməsi tamamilə düzgündür və Andranikin silahlı dəstələri regiondan çıxarılmalıdır (73, v. 57). Lakin sonradan ingilislərin Qarabağ və Zəngəzura münasibətdə ziddiyyətli siyasəti özünü büruzə verdi. Onlar özlərinin əvvəlki vədlərindən imtina edərək bu regionlarda hakimiyyəti Azərbaycan hökumətinə deyil, Erməni Milli Şurasına vermək, Qarabağda və Zəngəzurda ermənilərin möhkəmlənməsinə mane olan Xosrov bəy Sultanovu vəzifədən götürmək üçün hər vasitə ilə çalışırdılar.

Ermənistan hökumətinin diplomatik-siyasi oyunları daşnak mətbuatının saxta, eyni zamanda məqsədyönlü və sistemli təbliğatı ilə tamamlanırdı. Məsələn, "Naşe vremya" qəzetinin 1919-cu il 29 yanvar tarixli sayındakı baş məqalədə Qarabağ və Zəngəzur bölgələrində xüsusi general-qubernatorluğun yaradılması "Azərbaycan zadəgan dairələrinin məsuliyyətsizliyi", iki qonşu xalq arasındakı münasibətlərin kəsilməsi faktı kimi səciyyələndirilirdi. Qəzet müharibənin səbəblərini Ermənistanın işğalçılıq siyasətində deyil, ADR hökumətinin "feodalizmi"ndə görür, bu işdə Azərbaycan zadəganlarını günahlandırırdı (87, N 22, 1919).

Bakı daşnaklarının qəzeti "Vpered"in 1919-cu il fevralın 12-də çıxan 13-cü sayında Ermənistanın məlum siyasəti və mövqeyinin ideoloci təminatına dair proqram səviyyəli "Başlanğıj" adlı məqalə verilmişdir. Zəngəzur qəzasını da əhatə edən general-qubernatorluq qəzet tərəfindən "yeni dəvət olunmamış hökumət", Azərbaycan rəhbərliyinin erməni əhalisinin iradəsinə zidd addımı kimi qələmə verilirdi. Məqalə Azərbaycanın bu bölgələrə heç bir tarixi və etnik hüquqlarının olmadığını, qubernatorluğun yaradılmasının isə ADR hökumətinin Qarabağı və Zəngəzuru ələ keçirərək türk-tatar Arazdəyən Respublikası ilə birləşmək və öz sərhədlərini Sürməli qəzasında Türkiyə sərhədlərinədək genişləndirmək məqsədi daşıdığını yazırdı.

Məqalədə daha iki jəhət diqqəti cəlb edir.

Birinci, Azərbaycanın guya islamçı əhval-ruhiyyəli hakimlərinin imperialist meylləri qan tökülməsinə, Ermənistanın bölgələrdəki erməni əhalisinə köməyə gəlməsi isə iki ölkə arasında hərbi toqquşmaya gətirib çıxara bilər. Guya bölgələrin ərazi mənsubiyyəti məsələsi mübahisəlidir, yalnız Sülh konfransı tərəfindən həll olunmalıdır. Buradan aydın olur ki, qəzet Ermənistanın bölgələrdə yaşayan erməni əhalisinə hələ bundan sonra "yardım edəjəyi" barədə xəbərdarlıq edilir və Ararat respublikasının himayəsində olan Andranikin quldur dəstələrinin artıq xeyli müddətdən bəri həmin ərazilərdə Azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri ya etiraf etmək istəmir, ya da onları "qanuni" sayırdı;

İkinci, deyilir ki, general-qubernatorun yerli əhaliyə müraciətində İngiltərənin ən demokratik ölkə, qanunçuluğun tərəfdarı, zorakılığın əleyhdarı olmasına dair fikirləri, onun Tomsona istinad etməsi xüsusi məna ilə vurğulanır. Həmçinin, Tomsonun Qarabağa və Zəngəzura öz nümayəndəsini göndərmək və yerli özünü idarəni müdafiə etməklə əhalinin azadlığını, toxunulmazlığını, digər hüquqlarını qoruyajağı barədə vəd verdiyi qeyd olunur.

Daşnak qəzeti yekunda Ermənistanın ərazi iddialarını müdafiəyə qalxır. Azərbaycanın öz torpaqlarının idarəçiliyini həyata keçirmək jəhdlərini rədd edir və vəziyyətdən "yeganə ağıllı" çıxış yolunu "yerli əhaliyə" (yəni ermənilərə) müstəqil, hər hansı bir general-qubernatorsuz yaşamaq imkanı verilməsini "məsləhət görür".

Çox maraqlıdır ki, bu dövrdə daşnak hökumətinin Azərbaycandakı diplomatik nümayəndəsi olan T.Bekzadyan Britaniya komandanlığının nümayəndələri ilə görüşlərində müttəfiqlərin bölgələrin məsələsini Ermənistanın xeyrinə həll etməyəjəyi təqdirdə, heç olmazsa burada müvəqqəti İngilis general-qubernatorluğu yaradılmasına çalışırdı.

Şübhəsiz, ADR hökuməti Ermənistanın əsassız ərazi iddialarına və bölgələrimizin idarə olunmasına müdaxiləsinə biganə qala bilməzdi. Xarici İşlər nazirinin əvəzi A.Ziyadxanov 1919-cu il yanvarın 31-də Ermənistan Respublikasının XİN-nə göndərdiyi 178 saylı teleqramda bildirirdi ki, "Azərbaycanın Zəngəzur və digər rayonlarında müvəqqəti general-qubernatorluq yaradılmasına hər hansı bir etiraz əsassızdır, çünki həmin ərazilər ADR-nın ayrılmaz tərkib hissələridir" (9, N 103,1919). Daha sonra teleqramda bildirilirdi ki, öz torpaqlarında qayda-qanun yaratmaq, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların ləyaqətini və əmlakını məsuliyyətsiz şəxslərin özbaşınalığından müdafiə etmək Azərbaycan hökumətinin nəinki hüquqi, hətta mənəvi vəzifəsidir. A.Ziyadxanov bu bölgələrə general-qubernatorun təyin edilməsi barədəki qərarın Ermənistanın ərazi hüquqlarına qəsd olmadığını, əksinə onun hökumətinin etirazını isə daxili işlərimizə qarışmağa jəhd göstərməklə suverenliyimizə qəsd kimi qiymətləndirirdi (47, v.3).

Xüsusi qeyd olunmalıdır ki, Tomsonun 1919-cu il yanvarın ortalarında Qarabağın və Zəngəzurun Azərbaycan Respublikasının müvəqqəti idarəçiliyinə verildiyini bəyan etməsi, həmin bölgələrdə müvəqqəti general-qubernatorluğun yaradılmasına obyektiv münasibət bəsləməsi də Ermənistan rəhbərliyini xeyli çaşdırmış və narazı salmışdır. O, ermənilərin bununla bağlı etirazlarına javab olaraq demişdi ki, bəzi ermənilər Azərbaycanın Britaniya tərəfindən tutulmasından intiqam məqamı kimi istifadə edə bilmədiklərindən çox mütəəssir olmuşlar. Onlar başa düşməlidirlər ki, məsələni hərbi qüvvələr deyil, Sülh konfransı həll edəjəkdir. Müttəfiqlərin komandanlığının müvəqqəti general-qubernatorluğun təşkilini himayə etməsi onun tərəfindən 1919-cu ilin fevralında Şuşaya göndərilən mayor Mak-Mezona (arxiv sənədlərində onun adı Makk Messey kimi də getmişdir) və xüsusi komissiyaya verilən təlimatdan da görünür. Həmin təlimatda Azərbaycan tərəfi üçün müəyyən məna və əhəmiyyət kəsb edən bəzi məqamlara nəzər salaq. Təlimatda göstərilirdi ki, Zəngəzur və Qarabağın Azərbaycana və ya Ermənistana mənsub olması məsələsi yerlərdə həll oluna bilməz, komissiya da bu işə heç bir təsir göstərmək imkanına malik deyildir və onun yoluna qoyulması yalnız Sülh konfransı vasitəsilə mümkündür. Təlimatda daha sonra Xosrov bəy Sultanovun bölgələrin general-qubernatoru təyin edilməsi bildirilir, onun "modus vivende" tapmaq, vilayəti qüvvə tətbiq olunmadan idarə etmək və ərazi iddiaları haqqında məsələ qaldırmaq vəzifələri sadalanır və bunları həyata keçirməkdə ona hərtərəfli yardım göstərilməsi tapşırılırdı.

Komissiyanın qarşısına qoyulan və təlimatda öz əksini tapan ən mühüm və Azərbaycan üçün olduqja zəruri olan vəzifələrdən birini xüsusilə fərqləndirmək lazımdır. Həmin sənədin 4-cü bəndində yazılırdı ki, Mak-Mezon və komissiya qoşunların tərxis olunması haqqında təlimatı Andranikə çatdırmalı, onun hərbi hissələrinin Yevlaxa daşınması, orada isə ləğv olunduqdan sonra dəmiryolu ilə Ermənistana ötürülməsi və qaçqınların bu yazda öz vətənlərinə göndərilməsi üçün lazımi sərənjamlar verməlidirlər. Şuşaya gedən iki erməni nümayəndəsi isə onlara hərtərəfli kömək göstərməli idi. Komissiyanın ardınca X.Sultanovun general-qubernator təyin olunması 1919-cu il aprelin 3-də polkovnik Şatelvortun bəyanatı ilə müttəfiqlərin komandanlığı tərəfindən rəsmən tanındı və təsdiq edildi. Ermənistan hökuməti hadisələrin bu səpkidə gedişi ilə qətiyyən razılaşmır, bölgələrə dair öz haqsız iddialarının "əsaslılığına" ingilisləri inandırmağa jəhdlər edirdi. Daşnak hökumətinin sədri Ov. Kaçaznuni 1919-cu il martın 7-də ingilis generalı Uokkerlə söhbətində bildirmişdir: "Ermənilər qəti əmin idilər ki, müttəfiqlərin qələbəsi və Qafqaza gəlişi ilə onların vəziyyəti yaxşılığa doğru dəyişəjəkdir. Mən açıq deməliyəm ki, xalqın şüuruna heyrət, şübhə və təəssüf hissləri daxil olmağa başlamışdır. O, artıq özünün sağ qalması, ya da məhv olmasının müttəfiqlər üçün təfavütsüzlüyü haqqında düşünməyə başlayır"(109,s373).

Ermənistan xarici işlər naziri S.Tiqranyanın general Tomsona göndərdiyi 1919-cu il 11 mart tarixli, 559 saylı teleqramında deyilirdi: "Bu ilin yanvarında o, Ermənistan hökuməti adından Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında Azərbaycan hökuməti tərəfindən general-qubernatorluq yaradılmasına qarşı etirazını bildirmişdir. Hələ fevralda isə doktor X.Sultanovun bu vilayətlərin general-qubernatoru təyin edilməsi ilə əlaqədar general Uokkerə öz etirazını çatdırmış, onun funksiyalarını etibarsız saydığını elan etmişdir"(73, v.27). Nazir bu mövqeyini bəzi əsassız dəlillərlə izah etməyə çalışır və general-qubernatorluğun böyük hissəsinin guya Ermənistanın ərazisi olduğunu göstərir, Sülh konfransının sərhəd dəyişikliklərinə yönəldilən birtərəfli zorakılıq aktlarından çəkinmək haqqında 1919-cu il 24 yanvar tarixli qərarına istinad edir (73, v.27). "Dəlillər sırasında qeyd olunan bir məsələ, yəni Ermənistan parlamentinin həmin bölgənin erməni ərazisi sayılması, bu ərazilərin guya Ermənistan hökumətinin adından tam səlahiyyətə malik Milli Şura tərəfindən idarə edilməsi, daşnak hökumətinin Gorusda öz komissarına malik olması və vilayətin bütün inzibati xərjlərini ödəməsi kimi fikirlərin söylənməsi əslində ADR-ə qarşı torpaq iddialarının, onun hüdudlarında törədilən vəhşiliklərin bilavasitə müəlliflərinin açıq etirafı idi. Ermənistan xarici siyasət idarəsinin Azərbaycan hökumətinin zorakı və birtərəfli addımlarının arzuolunmaz nətijələri barədə xəbərdarlığı, general-qubernatorun funksiyalarının dayandırılması üçün Tomsonun işə qarışması çağırışı isə respublikanın siyasətinə birbaşa müdaxilədən və əsassız torpaq davasından başqa bir şey deyildi.

General-qubernatorluğun yaradılması və onun idarəçiliyi məsələsi Tomsonun Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu il martın 28-də və aprelin 6-da keçirilən müşavirələrdə qaldırılmış və müzakirə obyektinə çevrilmişdir. Uzun sürən müzakirə və mübahisələrdən sonra ingilislər nəhayət ki, bu məsələdə güzəştsiz mövqe tutaraq ermənilərdən müttəfiqlərin komandanlığının qərarlarına tabe olmağı, Qarabağda və Zəngəzurda ADR-in hakimiyyətini tanımağı tələb etdilər. Bununla razılaşmayan Ermənistan XİN-yi Qafqazdakı Britaniya komandanlığına ünvanladığı 1919-cu il 15 aprel tarixli, 1332 saylı teleqramında bu məsələ ilə bağlı tutduğu əvvəlki mövqeyini bir daha təkrarlamışdır. Təkinski bu barədə 1919-cu il 20 aprel tarixli teleqramla ADR-in XİN-nə məlumat vermişdir. O, 1919-cu il iyunun 25-də isə Ermənistanın XİN-nə 224 saylı nota verərək Qarabağ general-qubernatorluğunun yaradılması və X.Sultanovun təyinatına dair sənədləri, bölgədə yerləşməsinə və burada qanunçuluğun təmin edilməsinə qarşı etirazları əsassız saymış, Ermənistanın iddialarını respublikamızın daxili işlərinə qarışmaq səyləri kimi qiymətləndirmişdir. Həmin notanı olduğu kimi veririk:

"Mən hökumətimizin tapşırığı ilə sizə bildirirəm ki, X.Sultanov Azərbaycan Respublikası hökumətinin 1919-cu il 15 yanvarda Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl, Cavanşir və Şuşa qəzalarının general-qubernatoru təyin edilmiş və aprelin 3-də rəsmən tanınmışdır. Ermənistan Respublikası hökumətinin X.Sultanovun fəaliyyətinə və adları çəkilən qəzalarda Azərbaycan qoşunlarının yerləşməsinə qarşı etirazları Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq sayılır.

Qarabağın general-qubernatoru X.Sultanovun gördüyü ciddi tədbirlər nətijəsində Şuşa rayonunda qayda-qanun bərqərar olunmuş və həyat normal ahəngə düşmüşdür" (86, s.249).

Andranikin quldur dəstələrinin Zəngəzurun Azərbaycanlı əhalisinə qarşı törətdikləri vəhşiliklər, Azərbaycan hökumətinin və müttəfiqlərinin komandanlığı missiyalarının səylərinə baxmayaraq, 1919-cu ilin martınadək davam etdi. Zəngəzur qəza rəisinin Gəncə qubernatoruna göndərdiyi 1919-cu il 28 fevral tarixli məlumatda qeyd edilirdi ki, qaniçən Andranikin quldur dəstələrinin vəhşilikləri Həkəridən Araza, Minkənddən Bazarçaya və Naxçıvan qəzasının sərhəddinədək uzanan ərazini bürümüşdür.

1919-cu il fevralın sonlarında Andranik daha geniş miqyaslı qəsbkarlıq hərəkətlərinə başladı. Zəngəzur qəza rəisinin göndərdiyi teleqrama əsasən Vəkilovun ADR-in Daxili İşlər və Hərbi Nazirliklərinə yolladığı 1919-cu il 28 fevral tarixli, 790 saylı sənəddə deyilirdi: "Fevralın 23-də Andranik qüvvətli silahlı dəstə ilə Gorusdan Tuğ istiqamətinə hərəkət etmiş, eyni vaxtda onun dəstəsinin 4 bölüyü (100 nəfərlik hissə) Əkərək kəndinə gəlmişdir. Yerdəyişmənin məqsədi bizə tam aydınlaşmasa da, erməni mənbələrindən onların Cəbrayıl, Şuşa qəzalarının dağlıq hissəsini və bütün Zəngəzuru Xudafərin körpüsünədək işğal etmək niyyətləri məlum olmuşdur. Andranikin Şuşa istiqamətində, onun hissələrinin isə Əkərəkdən keçməklə Zəngəzurun Azərbaycanlı əhalisini qarət etmək məqsədilə Araz yönümündə hərəkəti bu məlumatları təsdiqləyir"(35,v.30).

General-qubernatorluğa daxil olan qəzalarda siyasi-hərbi şəraitin kəskinliyini, Andranikin quldur dəstələrinin Zəngəzurun Azərbaycanlı əhalisi və bu mahalın gələjəyi üçün yaratdığı təhlükəni çox yaxşı duyan X.Sultanov ADR-in müvafiq nazirliklərinə göndərdiyi bir teleqramda daşnak generalının məsələsinin ləğvi məqsədilə qətiyyətli tədbirlər görülməsinə dair ətraflı məruzə etmək üçün Bakıya gələjəyini bildirirdi. O, belə bir mühüm jəhətə də diqqət yetirirdi ki, ermənilərə və ingilislərə bir aylıq dinj, həddən ziyadə ehtiyatlı siyasət yalnız məsələnin həllini yubadır və nətijələr vermir. Qubernator habelə ermənilərin hər yerdə qarşıdakı əməliyyatlara ciddi hazırlıq gördüklərini xəbər verir, hərbi nazirdən hazırlaşmadan orduya adam yığmamaq barədə sərənjam verməyi xahiş edirdi.

Andranikin silahlı dəstələrinin Zəngəzur və digər bölgələrdə yaratdığı ciddi təhlükəni birdəfəlik aradan qaldırmaq üçün onların Azərbaycan torpaqlarından yubadılmadan çıxarılması zəruri idi. Bu barədə artıq xeyli müddət idi ki, müxtəlif səviyyələrdə çoxlu çağırışlar, mülahizələr eşidilirdi. Buna görə də qəza rəislərinin və ijtimai xadimlərinin X.Sultanovun sədrliyi ilə 1919-cu il fevralın 15, 16 və 17-də keçirilən ümumbölgə müşavirəsində Zəngəzurda 166 kəndin dağıdılması, onların əhalisinin 30%-nin məhv edilməsi nəzərə çatdırıldı. Andranikin silahlı dəstəsinin tərkibi barədə məlumatlar verilməklə onun mahaldan çıxarılması məsələsi qətiyyətlə qoyulmuşdur. Həmin müşavirədə iştirak edən ingilis zabiti Seroyl bu barədə artıq müəyyən işlərin görüldüyünü bildirdi"(75,v.10-20).

Azərbaycan hökumətinin 1919-cu il martın 26-da bu ciddi məsələ ilə əlaqədar keçirilən ijlasında daxili işlər nazirinin Qarabağa dair məruzəsi müzakirə edildi. Müzakirələrdə Andranikin hərbi hissələrinin Azərbaycandan çıxarılmasının zəruriliyi və onun haradan çıxıb getməsi məsələləri mühüm yer tutdu. İjlasın qərarında deyilirdi: "DİN-nə Andranikin öz dəstəsi ilə Yevlaxdan çıxıb getməsinə hərtərəfli qətiyyət göstərməsi tapşırılsın. Əks təqdirdə, əgər o, Naxçıvan qəzasından keçməyi arzu edərsə, onda həmin dəstənin Gorusda tərk-silah olunajağı, ingilis dəstəsi və Qarabağ general-qubernatorluğu nümayəndəliyinin müşayiəti ilə hərəkət edəjəyi, Naxçıvan və Şərur-Dərələyəz qəzalarının hüdudlarında dayanmayajağı barədə Britaniya komandanlığından mütləq yazılı təminat alınmalıdır. Daha sonra isə həmin qərarın surətinin Britaniya Ali Qərargahına göndərilməsi barədə general-qubernatorluğun yanında olan ingilis nümayəndəliyinə lazımi göstəriş verilməsi xahiş olunurdu.

Azərbaycan ordusu 1-ci piyada diviziyasının komandiri ADR-in hərbi nazirinə "Andranikin dəstəsində siyasi vəziyyət və əhval-ruhiyyə haqqında" raportunda Qarabağın general-qubernatorundan aldığı 1919-cu il 28 fevral tarixli məlumata əsasən yazırdı ki, Andranikin 1300 nəfər piyadadan, 500 at və artilleriyadan ibarət dəstəsinin martın 7-si ilə 11-i arasında şosse yolu ilə Yevlaxa keçməsinə ijazə verilmişdir. O, burada tərk-silah edilərək dəmiryolu ilə İrəvana göndəriləjəkdir. Müttəfiqlərin komandanlığının qəti mövqeyi də Andranikin silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasında böyük rol oynadı.

X.Sultanov ADR DİN-nin 1919-cu il 9 aprel tarixli teleqramına özünün 1919-cu il 13 aprel tarixli javabında bildirirdi ki, o, hələ Bakıda ikən Britaniya missiyasından Andranikin Gorusdan getməsi və Sisyanda olmasına dair məlumat almışdır. Xosrov bəyin nümayəndə göndərmək haqqında Britaniya qərargahına müraciəti ilə əlaqədar olaraq javab alınmışdır ki, nümayəndə gedənədək Andranik Qarabağın hüdudlarından kənarda olajaqdır. X.Sultanov həmçinin məlumat verirdi ki, Şuşaya gəldikdən sonra onun Britaniya missiyasının rəisindən aldığı 1919-cu il 7 aprel tarixli, 304 saylı rəsmi məktubda (Gorusdakı ingilis nümayəndəsinin raportuna əsasən) Andranikin hazırda Ermənistanın hüdudlarında olması bildirilirdi (75,v.9).

Sənədlərdən aydın olur ki, Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvan və Zəngəzur bölgələrində çoxlu vəhşiliklər törətdikdən, on minlərlə Azərbaycanlını öldürdükdən, bir o qədəri də şikəst etdikdən, əlli mindən çoxunu isə didərgin saldıqdan sonra Andranikin quldur dəstələri nəhayət ki, 1919-cu ilin yazında bu bölgələrin hüdudlarını tərk edib getdilər. Yeri gəlmişkən qeyd edək ki, İ.Nersesyanın yazdığına görə, Andranik öz dəstəsini Eçmiədzində katolikosa təhvil verərək xarijə getmiş və orada da bir müddət "Böyük Ermənistan" yaradılması uğrunda daşnak hökuməti adından "diplomatik mübarizə" aparmışdır.

Andranikin hərbi dəstələri Azərbaycana soxulduqdan sonra da bir sıra bölgələrdə, o cümlədən də Zəngəzurda ermənilərin fitnəkar əməlləri davam etmişdir.

Həmin vaxtlarda X.Sultanov general-qubernatorluğun hüdudlarında vəziyyət və oradakı milli ordu hissələrinin statusu, onunla hərbi hakimiyyət arasındakı münasibətlərin xarakteri ilə bağlı Azərbaycan hökuməti qarşısında müəyyən məsələlər qaldırmışdır. 1919-cu il aprelin 2-də Nazirlər Şurasının sədrinə məktubunda Xosrov bəy yazırdı: "Ağır anda general-qubernatorluğun hüdudlarında tam siyasi məsuliyyət daşıdığı halda hərbi hissələrin onun hakimiyyətinə tabe olmaması bir tərəfdən mahalda ikihakimiyyətlilik yaradır, digər tərəfdən də, general-qubernatoru lazım gəldikdə silahlı qüvvədən əməli surətdə istifadə imkanından məhrum edir. Və hətta ermənilərin hücumları baş verdikdə hökumətlə ilkin əlaqə yaratmadan (teleqramların çatdırılması ilə bağlı çətinliklər xüsusilə nəzərə alınmaqla) silahlı qüvvələrdən istifadə etməyin qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə sala bilər". Məktubda daha sonra qeyd edilirdi ki, qanuna görə general-qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyətinə bərabər tutulur və hərbçi olmasa da, general-qubernatorluğun ərazisindəki silahlı hissələr onun tabeçiliyinə keçməlidir.

Azərbaycan Respublikasının Nazirlər Şurasının sədrinə Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov tərəfindən arxivdən əldə edilmiş məktubu olduğu kimi təqdim edirik: "Qarabağda erməni məsələsinin dinj yolla həlli üçün hərbi hissələrin mənə tabe edilməsinin zəruriliyi haqqında dəfələrlə verdiyim bəyanata baxmayaraq indiyə qədər javabsız qalmışdır. Mənim tərəfimdən bildirilmişdir ki, bu cür tabe edilmə qətiyyən mövcud qanunlara zidiyyət təşkil etmir. Məsələnin bütün vacibliyinə və təxirəsalınmazlığına baxmayaraq, Azərbaycanın bu vilayətinin taleyi bu məsələnin həlli ilə bağlıdır. İndiki vaxtda Qarabağ məsələsinin həll edilməsi mənim javabdehliyimdə olduğunu nəzərə alaraq belə hesab edirəm ki, hərbi hissələri tabe etmədən bu məsələnin həlli şəhərin ya Qarabağın general-qubernatoruna tabe edilməsi haqqında qərar verəsiniz, ya da mənim istefamı qəbul edib, hərbi hissələri ona tabe etməklə digər bir şəxsi mənim yerimə təyin edəsiniz.

Mən bu haqda bəyanat verərkən tamamilə vətənpərvərlik hissələrindən çıxış edirəm. Nə üçün? Ona görə ki, vilayətdə hərj-mərjlik olmasın, vilayət özbaşına buraxılmasın və hökumətin Qarabağdakı nümayəndəsinə heç bir mövcud siyasi vəziyyətlə, mövcud qanunlarla bəraət qazandırılmayan qeyri-müəyyən və anlaşılmayan münasibət bəsləyən ermənilərin hakimiyyətinə verilməsin.

Axırda onu da deməliyəm ki, ingilis rəsmi bəyannaməsində hərbi hissələrin hər cür yerdəyişdirilməsi barədə Şuşadakı İngilis missiyasına mütləq xəbər verilməsini göstərən 6-jı bənd bizim hökumət tərəfindən də qəbul edilmişdir. Bu bənd hərbi hissələr yerli Ali hakimiyyətə tabe edilmədən yerinə yetirilə bilməz. Ona görə ki, təcili çağırış və yaxud tamamilə siyasi məqsədlər üçün hərbi hissələrin yerdəyişməsinin zəruriliyi meydana çıxan hallarda telefon şəbəkəsinin yarıtmaz işlədiyi bir vəziyyətdə hərbi nazirlə əlaqə saxlamaq tamamilə qeyri-mümkündür. Ən yaxşı halda isə faydasız olajaqdır (41,v.47).

Sultanovun bu məktubu ADR hökumətinin 1919-cu il 4 aprel tarixli ijlasında müzakirə edilmişdir. Nazirlər Şurası Sədrinin müvafiq məruzəsi və fikir mübadiləsindən sonra hərbçi olmadığına görə general-qubernatorluqda yerləşən hərbi hissələrin Xosrov bəyə tabe etdirilməsinin qeyri-mümkünlüyü, qanunda nəzərdə tutulduğu kimi, ona yalnız fövqəladə hallarda silahlı qüvvələrin köməyindən istifadə etmək hüququnun verilməsi və general-qubernatorluğun hüdudlarındakı hərbi hissələrin hər cür hərəkəti və say tərkibinin dəyişdirilməsinin yalnız onun tələbi və razılığı ilə həyata keçirilə bilməsi qərarı çıxarılmışdır.

Hökumətin bu qərarı ilə kifayətlənməyən general-qubernator yenidən DİN-nə yolladığı 1919-cu il 6, 7, 14 aprel, Azərbaycan hökumətinin başçısına ünvanladığı 14 aprel tarixli məktublarda öz mövqeyində qaldığını təkrarlamışdır. O, 1919-cu il aprelin 14-də DİN-nə yazdığı məktubunda Qarabağ qubernatorluğuna aid ərazilərin məsələsinin qəti həlli üçün kifayət qədər hərbi sursatlı 2000 nəfər əsgərin bəs etdiyini söyləyir və bu məqsədlə bölgələrdəki hərbi hissələrin onun tabeçiliyinə keçirilməsini, əks təqdirdə isə istefaya buraxılmasını xahiş edir.

Buna görə də ADR hökumətinin 1919-cu il aprelin 19-dakı ijlasında Nazirlər Şurasının sədri N.Yusifbəyli X.Sultanovun rəhbərlik etdiyi qubernatorluqdakı hərbi hissələrin ona tabe olması haqqında əlavə vəsadətinə dair məruzə ilə çıxış etmişdir.

İjlasda Qarabağ general-qubernatorluğunun hüdudlarında yerləşən hərbi hissələrin Xosrov bəyin ijazəsi və razılığı ilə hərəkət etməsi və onun həmin qüvvələrdən istifadə olunduqda sərənjamlarına görə məsul olması qərara alınmışdır. N.Yusifbəyli bu qərara müvafiq olaraq hərbi nazirliyə məktubunda X.Sultanovun vəsadətini yerinə yetirməyi və bu sahədə ona kömək göstərməyi tapşırmışdır.

Müttəfiq qoşunları komandanlığının təqribən yarım ildən artıq müddət ərzində Zəngəzurda yeritdikləri siyasətin, onun Qarabağ general-qubernatoru ilə buradakı dörd aylıq birgə fəaliyyətinin bəzi nətijələrini də təhlil etmək lazım gəlir. Yeri gəlmişkən, X.Sultanovun "Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və həmin vəziyyəti ləğv etmək üçün zəruri tədbirlər" adlı məruzəsində, onun 1919-cu il iyunun 25-də general Şatelvortla Qarabağ məsələsi ilə bağlı söhbəti barədə arayışda həmin nətijələrə dair maraqlı mülahizələr vardır. Onların bir qismi mübahisəli olsa da, bütövlükdə tədqiq olunan problemin bəzi məqamlarının açılması üçün əhəmiyyətlidir.

X.Sultanovun məlumat məruzəsində Qarabağ general-qubernatorluğuna daxil olan bölgələrin, o cümlədən Zəngəzurun Azərbaycan üçün ərazi və siyasi əhəmiyyəti açıqlanırdı. O, haqlı olaraq hesab edirdi ki, Qarabağın ermənilərin əlinə keçməsi torpaqlarımızın ən yaxşı hissəsinin, o sıradan Naxçıvan və Ordubadın, ümumiyyətlə bütün Azərbaycanın itirilməsi demək olardı. Naxçıvana və Ordubada yiyələnməklə Ermənistan Bakı ilə Gəncə arasında bir paz kimi pərçim olaraq Azərbaycana öz şərtlərini diqtə etdirər, dövlətimizin siyasi qüdrətini və mövcudluğunu təhlükə altında qoya bilər.

Məruzədən aydın olur ki, general-qubernatorun dörd aylıq fəaliyyəti ərzində ingilislərsiz bir addım belə atılmamasına baxmayaraq, onlar verdikləri vədlərin heç birinə əməl etməmişlər. X.Sultanov Şatelvortla söhbətindən belə nətijəyə gəlmişdir ki, ingilislərin guya bizə qarşı qərəzsizlik və xeyirxahlıq göstərərək Qarabağ məsələsində bitərəf mövqe tutmaları əslində məsələnin həllini yubatmaqla və sayıqlığımızı azaltmaqla ermənilərin xeyrinə olmuş, eyni zamanda da Şərur, Naxçıvan və Qarsın onlara verilməsi elan edilmişdir. Şatelvortun da təkzib edə bilmədiyi bu nətijə ingilislərin bizə münasibətdəki qeyri-səmimiliyini aydın göstərir.

İngilislərin məsələnin həllini ləngitməklə Azərbaycan üçün əlverişsiz şərait yaratdığını gördükdə qəti tədbirlərə əl atmış general-qubernator müttəfiq qoşunları komandanlığının heç bir hüququ və mənəvi əsası olmayan ultimatum səciyyəli tələbləri ilə qarşılaşmamışdır. Hətta ingilislər Qarabağ məsələsində onların ziddiyyətli siyasətləri ilə razılaşmayan, ADR-in xəttini qətiyyətlə yeridən X.Sultanovun vəzifəsindən kənarlaşdırılmasını tələb etmişlər. Onlar general-qubernatoru səhlənkarlıqda günahlandırmağın əsassız olduğunu yaxşı bildiklərinə görə öz hökumətinin siyasətini düzgün aparan və bununla da ermənilərin Milli Şurasının Qarabağda möhkəmlənməsinə mane olan bir şəxs kimi işdən uzaqlaşdırmağa çalışırdılar.

Zəngəzurla bağlı hadisələrə toxunan X.Sultanov ingilislərin öz vədlərinə xilaf çıxaraq, bu bölgədə hakimiyyəti Azərbaycana yox, Erməni Milli Şurasına verdiklərini, Ermənistan hökumətinin agentləri olan Arzumanovun və Çiləngərovun ingilis bayrağının himayəsi altında buraya pul və təlimatlar gətirmələrinə dair faktları qeyd edirdi. İngilisləri təmin edən mövcud vəziyyət isə ermənilərin Zəngəzur tərəfdən müxtəlif istiqamətlərdə hücuma keçərək Azərbaycanlıların kəndlərini dağıtmaları, elat əhaliyə divan tutmaları, hərbi əməliyyatların mümkünlüyü təhlükəsi altında Şuşada toplanan qurultayın elə ermənilər tərəfindən də təxirə salınması, qubernatorluğun bir sıra yerlərində onların tələsik taxıl ehtiyatı görməsi və s. ilə səciyyələnirdi.

X.Sultanovun çıxardığı nətijələr arasında belə bir mühüm fikir də nəzər-diqqəti cəlb edir: ingilislərin Azərbaycan hökuməti vasitəsilə onu vəzifəsindən kənarlaşdırmağa çalışmaları bir tərəfdən ermənilərdə ingilislərin onları müdafiə etmələrinə, Azərbaycanı tanımamalarına və Zəngəzurdan kömək gözləməyə inamlarının möhkəmlənməsinə bilavasitə şərait yaradır, digər tərəfdən isə Azərbaycanlılarda onların taleyinin Ermənistanla ingilislərin ittifaqına tapşırılması kimi məyusedici təəssürat oyadır. Xosrov bəy yerli şəraitin təhlili əsasında dərin inamını belə ifadə edir; 1) Qarabağ və Zəngəzur məsələsinin həllində ingilis köməyindən qətiyyətlə imtina etmək lazımdır; 2) İngilislər bu işdə bizə yalnız maneçilik törədirlər; 3) Nə qədər ki, daşnakların partiyası bu bölgələrdə iş aparır, məjburedici tədbirlər görülməzsə, ermənilər Azərbaycan hökumətinin tabeçiliyinə razı olmayajaqlar; 4) Bu problemin bir ay ərzində həllinə nail olunmazsa, əhali hökumətin güjsüzlüyünə inanajaq ki, bu da anarxiyaya gətirib çıxarajaqdır. Bu isə həmin bölgələrdən həmişəlik əlini üzmək deməkdir.

Yaranmış təhlükəli vəziyyəti düzgün qiymətləndirən X.Sultanov ondan çıxış yolunu aşağıdakı təcili tədbirlərin həyata keçirilməsində görür: 1) Təxirə salmadan hərbi hissələri Zəngəzura yeritmək və eyni zamanda ermənilərin İrəvandan Azərbaycan torpaqlarına hərəkətinin qarşısını kəsmək; 2) Dağlıq Qarabağa Azərbaycanın hakimiyyətini tanımaq barədə ultimatum vermək və altı gün vaxt qoymaq; 3) Eyni zamanda bütün ermənilərə Azərbaycan rayonlarından getməyi təklif etmək və ultimatum müddətinədək onlarla hər cür əlaqələrin kəsiləjəyini bildirmək; 4) Ultimatumun yalnız Şuşa şəhəri üçün istisna ediləjəyini göstərmək; 5) Azərbaycan hökuməti tanınmazsa altı gündən sonra hərbi əməliyyatlara başlamaq və bunun məsuliyyətinin tamamilə erməni əhalisi başçılarının üzərinə düşəjəyini bildirmək (56, s.127).

General-qubernator onun təklif etdiyi tədbirlərin ləngidiləjəyi və ya qəbul olunmayajağı təqdirdə bölgələri nələr gözlədiyini belə yekunlaşdırırdı: birinci, ermənilər Zəngəzurdan irəliləyərək Dağlıq Qarabağ erməniləri ilə birləşəjək, bununla da onlar pulla və döyüş sursatı ilə təjhiz olunajaqdır; ikincisi, Azərbaycanlıların içərisində anarxiya başlanajaqdır; üçüncüsü, köçərilər arandan təjrid ediləjəkdir; dördüncüsü, Qarabağın itirilməsi ehtimalı artajaqdır.

X.Sultanovun 1919-cu il iyunun 25-də general Şatelvortla Qarabağ məsələsinə dair söhbətində aşağıdakı konkret problemlər ətrafında fikir mübadiləsi olmuşdur: ingilislərin Qarabağ məsələsində üzərlərinə götürdükləri öhdəliklər və onlara əməl edilməməsi. Azərbaycan hökuməti nümayəndələrinin bu sahədəki tədbirləri, bölgələrdəki dörd aylıq birgə fəaliyyətin və ingilis siyasətinin nətijələri. İngilislərin köməyi ilə Qarabağın sakitləşdirilməsi və burada Azərbaycanın hakimiyyətinin həyata keçirilməsi işinin bu müddət ərzində irəliləməməsi məsələsinə toxunan X.Sultanov bildirmişdir ki, general Tomsonun Mak Mezona verdiyi təlimata uyğun olaraq o, məlum dörd qəzanın general-qubernatoru təyin edilmişdi və mayor həyatın dinj axarının bərpasında ona kömək göstərməli idi.

Belə razılaşdırılmış siyasətə və xəttə uyğun olaraq ingilislər aşağıdakı tədbirləri görməyi üzərlərinə götürmüşdülər: 1) ermənilər tərəfindən atəşə tutulan Ağdam-Qaryagin və erməni rayonlarından keçən Şuşa-Qaryagin yollarının açılması; 2) X.Sultanovun Şuşadakı ingilis missiyası ilə birlikdə işləyib hazırladığı və Erməni Milli Şurası tərəfindən qətiyyətlə rədd edilən "modus vivende" formulasının reallaşdırılması; 3) Dağlıq Qarabağda Azərbaycanın hakimiyyətinin bərqərar olmasının təmin edilməsi; 4) Andranikin və onun dəstəsinin Ermənistana Yevlaxdan keçirilməsi; 5) Azərbaycanın hakimiyyətinin bərqərar edilməsi üçün ingilis dəstəsinin ardınja Azərbaycan qoşunlarının Gorusa gətirilməsi; 6) Ermənistan hökumətinin Qarabağ məsələsində əli olmasının (Azərbaycanı tanımamaq sahəsində Qarabağ ermənilərinə yardım mənasında) sənədlərlə müəyyənləşdiriləjəyi təqdirdə Ermənistana qarşı ölçü götürülməsi. Bütün bu məsələlərdə ingilislərlə müəyyən razılıq əldə edilməsinə baxmayaraq, həmin vaxtadək onlar bəzi istisnalarla, demək olar ki, həyata keçirilməmişdir.

General-qubernator Azərbaycan hökuməti nümayəndəsinin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair faktlardan bəhs edərkən bildirmişdir ki, Şuşa-Yevlax yolunda birinci ayda tam qayda-qanun yaradılmış və təhlükəsizlik təmin olunmuş, ikinci ayın sonuna yaxın Şuşa-Gorus yolunda təhlükəsizlik bərpa edilmiş və əhalini ucuz taxılla təmin etmək üçün general-qubernatorluğun hüdudlarından kənara taxıl çıxarılmasına qadağa qoyulmuşdur.

İ.Musayev bu münasibətlə yazmışdır: "Beləliklə, X.Sultanov dörd aylıq birgə işin - ingilis komandanlığının yardımının nətijələrini yekunlaşdıraraq bildirirdi ki, bir tərəfdən, ingilislər qəbul etdikləri qərarların heç birini, xüsusilə də Zəngəzur və Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyətinin dinj yolla tanımalarını təmin edəjəklərinə dair vədlərini yerinə yetirməmiş, digər tərəfdən isə Qarabağ məsələsinin həlli ləngidilmiş, Zəngəzurun idarəçiliyi müvəqqəti olaraq erməni Milli Şurasına verilmiş, Dağlıq Qarabağda Azərbaycanın hakimiyyəti bərqərar edilməmiş, nətijədə də bölgələrdə millətlərarası münasibətlər xeyli kəskinləşmişdir. Azərbaycan hökumətinin nümayəndəsi isə millətlərarası qeyri-normal vəziyyətin imkan verdiyi səviyyədə qayda və sülh yaradılmasına dair öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir" (56,s.128).

X.Sultanovun Qarabağ hadisələrini real qiymətləndirilməsi və bu problemi həll etmək səyləri onun "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində daha aydın  aşkarlanmışdır:

"1919-cu il aprelin 5-də Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov Azərbaycan qəzetində Qarabağın məsələlərinə dair geniş müsahibə vermişdir. Onun fikirlərindən məlum olur ki, Qarabağın əhalisi onları yenidən siyasi həyata cəlb etmək istəyən millətçi və sosialist xarakterli müxtəlif növ ünsürlərin əməllərindən jana doymuşdur. Çox təəssüf ki, özlərini demokrat adlandıran bir sıra siyasi partiyaların nümayəndələri xalqların mənafeyini nəzərə almayaraq onları özlərinin şəxsi mənafeyi naminə fəaliyyət göstərməyə məjbur edirlər və bu məqsədə çatmaq üçün terrorçu hərəkətdən istifadə etməkdən çəkinmirlər. Son iki ay müddətində ermənilər Qarabağın Azərbaycan rayonlarına sərbəst şəkildə gedib-gələ bilirlər. Digər tərəfdən isə Azərbaycanlıların erməni kəndlərinə getməsi çox təhlükəlidir. Tək-tək hallarda Azərbaycanlılar jəsarət edərək öz işlərinin arxasınja gedə bilirlər. Mən bunun günahını xalq kütlələrində yox, öz proqramını həyata keçirməyə çalışan ayrı-ayrı şəxslərdə görürəm. Qarabağın erməni əhalisi iqtisadi jəhətdən çox ağır vəziyyətdədir. Əgər Qarabağın düzənlik hissəsində yaşayan Azərbaycanlılar erməniləri taxılla təmin etməsələr, onda onların ajından ölməsi labüddür.

Bütün bunlar göstərir ki, Qarabağ həm iqtisadi, həm də siyasi jəhətdən bölünməz bir ərazidir.

Digər tərəfdən, Qarabağ Azərbaycanla həm iqtisadi, həm də, nejə deyərlər, fizioloci jəhətdən sıx əlaqədədir. Qarabağın Azərbaycana birləşdirilməsini Qarabağda yaşayan hər iki xalqın ümumi mənafeləri tələb edir" (87,N 71,1919).

X.Sultanovun general-qubernator təyin olunmasından sonra da Qarabağın qəsbkar erməni separatistləri Ermənistan hökumətinin yardımı ilə onu Azərbaycan Respublikasının tərkibindən ayırmaq və Ermənistana birləşdirmək üçün səylərini davam etdirdilər. Onlar 1919-cu il iyunun əvvəllərində Şuşada və onun ətraf kəndlərində yaşayan Azərbaycanlılara və hərbi hissələrə hücum təşkil etdilər. Ermənilər buna çoxdan hazırlaşırdılar. Bunu X.Sultanovun baş nazir N.Yusifbəyliyə məktubu da təsdiq edir. Həmin məktubun mətnini oxuculara təqdim edirik: "Xahiş edirəm ki, xəzinəyə birdəfəlik 200 min manatdan artıq olmayaraq pulun, daha yaxşı olardı ki, mənim vasitəmlə köçürülməsi haqqında sərənjam verəsiniz ki, mən bu pulu ehtiyaj olan hallarda xəzinəyə buraxım. Bu ermənilərin xəzinədəki pulları ələ keçirə bilmək imkanı ilə izah olunur. Tezliklə Andranikin məsələsini ləğv etmək üçün gördüyümüz fəal və qəti hərəkətlər haqqında məruzə hazırlanajaqdır. Bir ay ərzində ermənilərlə və ingilislərlə apardığımız dinj, ehtiyatlı siyasət heç bir nətijə verməyərək məsələni yubadır. Ermənilərin hər yerdə hərəkətlərindən görünür ki, onlar güjlü hazırlığa malikdir. Xahiş edirəm hərbi nazirə sərənjam verəsiniz ki, əvvəljə geyim ləvazimatı hazırlığı olmadan orduya hərbi çağırış keçirilməsin. Dünən yerli batalyonun hissələri içərisində ayaqqabı, geyim çatışmazlığı üjbatından narazılıq olmuşdur. Mən işə qarışmasaydım yəqin ki, kəskin xarakter alardı. Dörd qəzada sakitçilikdir. Vəd olunmuş patronları almamışam" (35,v.41).

1919-cu il 4 iyunda Dağlıq Qarabağ ermənilərinin silahlı dəstələri Şuşa ətrafındakı Azərbaycanlı hərbi hissələrinin yerləşdiyi gözətçi məntəqələrinə hücum etdilər. Lakin onların bu hücumu X.Sultanovun gördüyü qəti tədbirlər nətijəsində dəf edilmişdir.

Yeri gəlmişkən qeyd edilməlidir ki, Şuşanın müdafiəsində Xosrov bəyin qardaşı Soltan bəy də mühüm rol oynamışdır. Andranikin quldur dəstəsi Şuşanı almaq üçün Zabux dərəsini və Abdalları (sonrakı Laçını) ələ keçirmək istəyirdi. Bu məqsədlə o, Zabux kəndinə gəlmiş və elçilər vasitəsi ilə Soltan bəyə çatdırmışdır ki, əgər o ermənilərin Abdallardan keçib Şuşaya hücuma keçməsinə maneçilik göstərməsə, külli miqdarda qızıl və daş-qaş alajaqdır. Soltan bəy qardaşı Xosrov bəylə məsləhətləşmək üçün Şuşaya gəlmiş və sonra Zabuxa qayıtmışdır. Soltan bəy Andranikə xəbər göndərmişdir ki, onun Şuşaya hücumunun təhlükəsizliyini təmin etmək üçün bir qədər silah lazımdır. Andranik Soltan bəyə 20 qatır yükü silah göndərmişdir. O, bu silahla Qaladərəsi ilə Şuşa arasında pusquda durmuş və gejə vaxtı Şuşaya hücuma keçmiş Andranikin quldurlarını darmadağın etmişdir (13, s.9).

General-qubernator X.Sultanov Şuşanın müdafiəsinə dair tədbirlər haqqında Nazirlər Sovetinin sədri N.Yusifbəyliyə aşağıdakı rəsmi məlumatı vermişdir: "Köçəri maldarların hərəkəti ilə əlaqədar mənim tərəfimdən Əsgərandan Turşsuya qədər 17 km-lik məsafədə və xüsusilə köçərilərin keçdiyi ən mühüm məntəqə olan Şuşa ətrafında xalq milisindən və piyadalardan güjləndirilmiş gözətçi məntəqələri qoyulmuşdur. Milliyyətindən asılı olmayaraq Şuşaya kənardan silahlı dəstələrin gəlməsinə mane olmaq üçün Şuşa ətrafındakı bütün məntəqələr mənim əmrimlə tutulmuşdur. Bunlar erməni milli şurasının rəhbərlik etdiyi erməni əhalisindən olan bəzi ünsürlərin xoşuna gəlməmişdir və onlar bizim əsgərlərin tutduğu birinci məntəqəyə "3-Mıxa" 4 iyunda hücum etmiş, bunun nətijəsində bizim əsgərlərdən üç nəfər öldürülmüşdür və bütün bunlar əhalinin və qoşunun hiddətinə səbəb olmuş, atışma başlamışdır. Mən böyük çətinliklə Şuşa şəhərinin birinci hissəsinin əhali və qoşun tərəfindən darmadağın edilməsinin qarşısını almışam. Hadisənin ikinci günü atışma dayandırılmışdır. Bizim tərəfimizdən üç nəfər öldürülmüş, dörd nəfər yaralanmışdır. Münaqişənin ləğv olunması bütün Qarabağ üzrə aparılmışdır. Köçərilər məjburiyyət üzündən öz yollarını dəyişərək ermənilərin yaşadığı Qaybalı kəndinin yanından keçərkən ermənilər tərəfindən atəşə məruz qalmışlar" (99, v.8).

Xosrov bəyin məlumatından aydın olur ki, toqquşma nətijəsində hər iki tərəfdən ölən və yaralanan olmuşdur. Qaçqınlara və başsız qalmış ailələrə tam yardım göstərilmişdir. Ermənilər tərəfindən Daşaltı kəndinə hücum jəhdinin də qarşısı alınmışdır. Ölən və yaralanan olmamışdır. Məlumatda daha sonra qeyd edilir ki, bir neçə evdən ibarət Bəhlul qəsəbəsi naməlum adamlar tərəfindən yandırılmışdır. Xosrov bəy yazırdı ki, əldə olan məlumatlara görə indi saat 8-də Xan bağı yaxınlığında köçərilərə hücum edilmiş və iki nəfər öldürülmüşdür. Şuşada atışma günü köçərilərdən dörd nəfər öldürülmüş, beş ailə isə bütün mal-qarası ilə aparılmışdır. "Atışma günü mənim tərəfimdən ultimativ formada məsələ qoyulmuşdur ki, erməni milli şurasının bütün üzvləri Şuşadan sürgün edilsin. Əks halda şəhərin birinci hissəsinə silahlı yolla daxil olub, onları həbs edib, sürgün edəjəyəm. Ertəsi gün ingilislər doğrudan da İşxanyanı, Avetisyanı, Tumanyansı Şuşa şəhərindən və Azərbaycandan sürgün etmişlər.

Bu gün saat 7-də bizim qoşunlar heç bir artıq hərəkət olmadan kazarmaları tutmuşlar. Ümid edirəm ki, Qarabağ ermənilərinin tabe edilməsi haqqında məsələ tezliklə xoş məramla həll ediləjəkdir" (49, v.8).

Erməni separatistləri Qarabağda öz fitnəkar fəaliyyətlərinə ermənilər qarşısında bəraət qazandırmaq üçün yalan məlumatlar yayaraq, beynəlxalq dövlətlərə müraciət etməyə, Azərbaycana təsir göstərməyə hər vasitə ilə jəhd göstərirdilər. Məsələn, "Naşe vremya" qəzeti 1919-cu il 13 iyunda Qarabağ hadisələrinə dair aşağıdakı məlumatı vermişdir:

"Qarabağ erməni jəmiyyətinin təşəbbüsü ilə Qarabağda qanlı hadisələrə dair Van kilsəsinin yanında 8 iyunda mitinq olmuşdur. Mitinqin sədri Leo seçilmişdir. Xununts Navasardyan və başqaları çıxış etmişlər. Mitinq aşağıdakı qətnaməni qəbul etmişdir: 1919-cu il 8 iyunda Tiflisdə ermənilərin çoxsaylı mitinqi olmuşdur. Mitinq Azərbaycan qoşunlarının Şuşa şəhərində və onun ətrafındakı kəndlərdəki erməni əhalisinə hücum etməsini müzakirə edib, diqqəti ona yönəldir ki, Azərbaycan bu düşmənçilik hərəkəti ilə çalışır ki, Qarabağı ermənilərdən alsın. Buna görə də müttəfiq dövlətlərin missiyasına aşağıdakıları təklif edirik: 1. Qarabağda qanlı hadisələrin dayandırılması və erməni xalqının fiziki təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görülsün. 2. Qarabağda Azərbaycan hökumətinin zorakılığına həmişəlik son qoymaq üçün Dağlıq Qarabağı Paris Sülh konfransında bu məsələyə baxılana qədər Azərbaycan hökumətinin səlahiyyətindən kənarda qalması məqsədəuyğun hesab edilsin. 3. Qarabağda daimi olaraq sakitliyi və qayda-qanunu pozan məşhur türk agenti və Azərbaycan general-qubernatoru Xosrov bəy Sultanov və bütün Azərbaycan hərbi hissələri Qarabağdan çıxarılsın" (49, v.1).

Mitinq Zəngəzurun və Qarabağın idarə edilməsinin müttəfiq dövlətlərin nümayəndəliyinə həvalə olunmasına çalışırdı. "Naşe vremya" qəzeti Ermənistan əhalisinə Qarabağdakı vəziyyət barədə yalan məlumat verərək yazırdı: "Aşxatovar" qəzeti xəbər verir ki, "Qarabağ Erməni Milli Şurası güjləndirilmiş tərkibdə şəhərdə ətraf yerlərə gedərək Dağlıq Qarabağda bütün hakimiyyəti öz əllərinə almışlar. Şəhərdə toqquşmaların baş verdiyi ilk gündən erməni qoşun hissələri ətraf yerlərdə şəhərə doğru hərəkət etmiş, lakin ingilislər işə qarışdıqdan sonra erməni milli şurasının əmri ilə qoşun hissələri şəhərə daxil olmamışdır" (49, v.2).

Öz alçaq məqsədlərinə nail ola bilməyən erməni separatistləri X.Sultanovun vəzifədən uzaqlaşdırılması üçün beynəlxalq dövlətlərə müraciət edirdilər. Müraciətdə X.Sultanova böhtan atılırdı. Həmin müraciət ermənipərəst "Znamya truda" qəzetində dərj olunmuşdu. Müttəfiqlərə və dünyanın sivil dövlətlərinə Qarabağ Erməni Milli Şurasının və Qarabağ jəmiyyətinin aşağıdakı müraciəti göndərilmişdir:

"4 iyunda Şuşada qanlı faciələr başlanmışdır. Azərbaycan qoşunları dinj əhaliyə hücum etmiş və evlərə daxil olaraq soyğunçuluğa, talana başlamışlar. Erməni əhalisi vahimə içərisində İngiltərə nümayəndəliyinin yanında toplanıb və xahiş edirlər ki, qanlı qırğın dayandırılsın, müqəssirlər jəzalandırılsın.

Hələ mayın 25-də general-qubernator X.Sultanovun əmri ilə Azərbaycan ordu hissəsi şəhəri mühasirəyə almış və şəhərdəki bütün gözətçi məntəqələrini tutmuşdur. Ermənilər bunu onların üzərinə hücuma hazırlıq kimi qiymətləndirərək 2-3 iyunda ingilis nümayəndəliyinin binası qarşısına toplaşaraq xahiş etmişdilər ki, X.Sultanovun hərəkətlərini və ermənilər üzərində gözlənilən qanlı qırğının qarşısını alsınlar. İngilis nümayəndəliyinin rəisi ermənilərə söz vermişdir ki, qanlı qırğına yol verilməyəjəkdir. 4 iyunda Azərbaycan qoşunları ermənilər üzərinə hücum edəndə nümayəndəliyin rəisi general-qubernatora atəşi dayandırmağı əmr etmişdir. Lakin o, əmrə tabe olmamış və nümayəndəliyin rəisinə ultimatum vermişdir ki, əgər Erməni Milli Şurasının və erməni ijmasının üzvləri həbs olunub ona verilməsə atəş nəinki dayandırılajaq, hətta ətraf yerlərdən Şuşa şəhərinin atəşinə başlanılajaqdır" (49,v.3).

Nümayəndəliyin rəisi həmin şəxslərə əmr etmişdir ki, X.Sultanovun ultimatumunu yerinə yetirsinlər və şəhəri tərk etsinlər. Ermənilər bu əmri yerinə yetirmiş, ingilis əsgərlərinin mühafizəsi altında 6 iyunda Tiflisə gəlmişlər. Bundan sonra nümayəndəliyin rəisi qanlı qırğına son qoymaq üçün hər iki tərəfə əmr etmişdir ki, ingilis qoşunlarının buraya daxil olması üçün səngərləri tərk etməlidirlər. Ermənilər bu əmrə tabe olmuş, lakin Azərbaycan qoşunları ingilis əsgərlərinə atəş açmışlar. Onlardan bir nəfər öldürülmüş, bir nəfər isə yaralanmışdır. X.Sultanovun və nümayəndəliyin rəisinin bütün tələblərinin yerinə yetirilməsinə baxmayaraq qanlı qırğın yenə də davam edir və bu faciənin hansı xarakter aldığını biz bilmirik. Qarabağ xalqı həmişə olduğu kimi, indi də öz hüququnu müdafiə edir. Lakin indi türk agenti jənab X.Sultanov bu xalqdan intiqam alır. Biz müttəfiq dövlətlərdən xahiş edirik ki, qanlı qırğını dayandırsınlar.

Bununla kifayətlənməyən erməni separatistləri əhali qarşısında özlərinə bəraət qazandırmaq üçün onları yalan və təhrikçi məlumatlarla mitinqlərə çağırırdılar. Belə mitinqlərdən biri Ermənistan parlamenti qarşısında olmuşdu. Mitinqdə David Amanun, Xondkaryan, Baqan Xoreni və digərləri çıxış etmişdilər. Mitinq iştirakçıları musiqinin müşayiəti ilə Nazirlər Kabinetinin sədrinin yanına getmişlər. Hökumətin sədri mitinqçilərə bildirmişdir ki, bu gejə İngilis nümayəndəliyinin başçısı leytenant Çerkasomla birlikdə Tiflisdə olan İngilis Ali Komandanlığı ilə danışıqlar aparmışlar. İngilislər vəd vermişlər ki, qəzəblənmiş xalqın tələblərini yerinə yetirəjəklər, hər halda Qarabağ ermənilərinin məsələsini qətiyyətlə həll edəjəklər. Bu xəbərdən cuşa gəlmiş xalq erməni xalqlarının hüquqlarını müdafiə etmək üçün orduya könüllü yazılmağa hazır olduqlarını bildirmişlər. Bundan sonra Gözəlyanın, Aqoraryanın və Dronun ehtiraslı nitqləri səslənmişdir. Nümayişçilər ingilis nümayəndəliyinin binasına doğru hərəkət etmişlər ki, ona özlərinin qəti etirazını bildirsinlər. Nümayişçilər özlərinin yazılı etirazlarını nümayəndəliyə təqdim edib, dağılmışlar" (49, v.21).

Arxiv sənədlərindən aydın olur ki, Dağlıq Qarabağın dinj erməni əhalisinin əksəriyyəti erməni separatistlərinin fitnələrinə uymamış və general-qubernator X.Sultanovun gördüyü tədbirləri bəyənmişlər. "Azərbaycan" qəzetinin 1919-cu il 17 iyunda dərj etdiyi məlumatdan biz bunu aydın görürük.

Aşağıda gətirilən iki sənəd son hadisələr vaxtı dinj erməni əhalisinə qarşı münasibətdə Qarabağ İnzibati İdarəsinin humanist münasibətini əks etdirir: "Şuşa şəhərinin erməni əhalisinin nümayəndələrinin yazdığı məktublardan birincisi Qarabağ İnzibati İdarəsinin üzvlərindən birinə, ikincisi isə Ağdam İnzibati İdarəsinə ünvanlanmışdı. Birinci məktubu Q.Baqaturov və E.İşxanov erməni əhalisi adından yazmışlar. İjazə verin, Sizin simanızda dünən Şuşa şəhərində baş vermiş münaqişəyə görə çox hörmətli Xosrov bəyə və bütün Azərbaycanlılara öz üzrxahlığımızı bildirək. Biz ermənilərin dünən sizin əsgərlər üzərinə hücum etməsindən hiddətlənmişik və sizin əsgərlərin haqlı hiddətini başa düşürük. Biz belə hesab edirik ki, siz bizim Azərbaycan xalqına səmimi münasibət və hisslərimizi həmişə hiss etmisiniz. Siz şübhə etməyəjəksiniz ki, tez bir zamanda cinayətkarları tapıb jəzalandırmaq üçün tədbirlər görülmüşdür. Götürülmüş atlar və tüfənglər qaytarılajaqdır. Bir tüfəng İngilis nümayəndəliyinə verilmişdir ki, Azərbaycanlılara qaytarılsın. Pristav Primov bizim gördüyümüz adamlar haqqında sizə məlumat vermişdir. Biz çox təəssüflənirik ki, bizim iradəmizdən asılı olmayaraq yaranmış vəziyyət bizə imkan vermir ki, şəxsən üzr istəyək və bu anlaşılmazlığı izah edək. Buna görə çox xahiş edirik bizim səmimi hisslərimizi məktubda göstərdiyimiz adamlara çatdırasınız" (49, v.11).

Məktubda deyilirdi ki, biz ermənilər 1918-ci il iyun ayının ilk günlərində Yevlax stansiyasından çıxaraq Şuşaya gedərkən Ağdam stansiyasında saxlanıldıq. Çünki bu zaman Şuşada çaxnaşma baş vermişdi. Bu zaman biz polkovnik Xosrov bəy Poladovun rəhbərlik etdiyi Ağdam inzibati idarəsi tərəfindən son dərəjə səmimi və qayğıkeş münasibət gördük. Bizim üçün ayrılmış binada biz erməni sərnişinlər nəinki sərbəst şəkildə gəzirdik, bizim üçün zəruri olan ərzaq məhsullarını alırdıq. Biz hətta İnzibati İdarə tərəfindən çox səmimi münasibəti gördük. Xüsusilə, ermənilərin saxlandığı məntəqənin müdiri jənab Əbdül Rəhim bəy Xojalinskinin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bütün bu şəraiti nəzərə alaraq biz aşağıda imza atmış 94 nəfər erməni xahiş edirik ki, Ağdam İnzibati İdarəsinə bizim təşəkkürümüzü çatdırasınız.

Qarabağın general-qubernatoru X.Sultanov erməni terrorçularının dini erməniləri yoldan çıxarmasına və beynəlxalq ijtimaiyyəti aldatmasına yol verməmək üçün "Azərbaycan" qəzetində geniş müsahibə verərək iyun hadisələrinin əsl mahiyyətini ətraflı şəkildə işıqlandırmışdır. Xosrov bəy aşağıdakıları bildirmişdir: "Son vaxtlar mətbuatda Qarabağ məsələsinə çox diqqət yetirilir. Lakin bir çox hallarda bir sıra qəzetlər xüsusən "Aşxatavor" qəzeti faktları təhrif edir, düzgün məlumat vermirlər və bir sıra ittiham xarakterli aktlar tərtib etmişlər. Azərbaycanlıların və ermənilərin bir-birinə qarşılıqlı inamsızlığı və anlaşılmazlıq əsasında 4-5 iyunda Qarabağda baş vermiş hadisələri soyuq başla qiymətləndirmək üçün əvvəljə bu hərəkətlərə gətirib çıxarmış hadisələrin gerisini diqqətlə izləmək lazımdır. Hələ üç ay bundan əvvəl ermənilərin Azərbaycanlılarla dinj yaşamasına əngəl törədən erməni milli şurasının üzvlərinin fəaliyyəti ilə tanış olan ingilis komandanlığı vəd vermişdi ki, həmin şuranın üzvlərini Qarabağdan çıxardajaqlar. Bundan sonra qərara alınmışdı ki, Şuşa şəhərinin erməni hissəsində olan kazarmalar Azərbaycan hərbi hissələri tərəfindən tutulsun (49,v.13). Yuxarıda adı çəkilən iki qərarın yerinə yetirilməsinə kifayət qədər qüvvə olmadığından bir qədər ləngidilmişdir. Yalnız iyunun əvvəllərində bu istiqamətdə mühüm tədbirlər görmək imkanı əldə edilmişdir. Şübhəsizdi ki, erməni əhalisinin narahat ünsürləri bu tədbirlərin həyata keçirilməsindən narazı qalmış və millətlərarası münasibətləri kəskinləşdirmişlər. Bunu sübut edən fakt o idi ki, 3 iyunda 2 Azərbaycanlı əsgər şəhərin erməni hissəsində saxlanılmış, atları, tüfəngləri, patronları əllərindən alınmış, əsgərlərin özləri böyük çətinliklə qaçıb janlarını onları gözləyən qanlı jəzadan qurtarmışlar" (49, v.13).

1919-cu il 4-5 iyun hadisələrinin faktiki tərəfi aşağıdakı kimi idi. Ararat respublikasının nümayəndəsi Arzumanovdan göstəriş alan Erməni Milli Şurasının cinayətkar məqsədləri haqqında müəyyən qədər məlumat əldə edən general qubernatorluq Erməni Milli Şurasının təjavüzkar əhval-ruhiyyəli üzvlərini Qarabağdan uzaqlaşdırmaq üçün və köçəri maldarların yaylaqlara maneəsiz hərəkətini təmin etmək üçün tədbirlər görməyi qərara aldı.

Xosrov bəy yazırdı ki, gördüyümüz tədbirlərin təjavüzkar xarakterdə olmadığı aşağıdakı dediklərimizdən məlum olur: Hələ 1905-ci ildə faciəli hadisələr vaxtı Şuşa şəhərinin Azərbaycanlı hissəsində "3-mıx" yüksəkliyinə aparan səngərlər var idi; ondan 500-600 addım aralıda erməni səngərləri var idi. Son vaxtlar bu səngərlərdə müəyyən qədər gözətçi dəstələri var idi. Şəhərə erməni silahlı dəstələrinin soxulajağı haqda şaiyələri nəzərə alaraq Azərbaycanlı səngərlərində gözətçi dəstələri möhkəmləndirildi. Bundan başqa, şəhərdən bir kilometr aralıda olan İrəvan qapıları tərəfindən gələn yola 20 əsgərdən ibarət gözətçi məntəqəsi qoyuldu. Onlara göstəriş verildi ki, silahlanmış fərdi adamlar və qruplar heç bir halda Şuşaya buraxılmasın, həm də onlara xəbərdarlıq edilmişdi ki, köçəri Azərbaycanlılara Daşaltının erməni əhalisinin xuliqan ünsürləri tərəfindən artıq hərəkətlərə yol verilə bilər (49,v.13). 4 iyunda beş-altı əsgər erməni səngərlərinə daxil olmuş və onun ətrafının joğrafi mövqeyi ilə hər cür tanışlıq tamamilə göstərir ki, şəhərin erməni hissəsinin heç bir "mühasirəsi" olmamış və bu nəzərdə tutulmamışdı (49, v.14). 1919-cu ilin 4 iyununda səhər saat 10-da general-qubernatorluğun binasında ingilis komandanlığının nümayəndəsi ilə müşavirə oldu. Həmin nümayəndə bildirmişdir ki, şəhərin erməni əhalisi görülmüş tədbirlərdən narahatdırlar. Buna javab olaraq Xosrov bəy Sultanov xahiş etmişdir ki, ingilis komandanlığının nümayəndəsi şəhərin erməni əhalisini sakitləşdirsin və onu inandırmışdır ki, Azərbaycanlılar tərəfindən tamamilə təjavüzkarlıq məqsədi olmamışdır.

"Səhər saat 11-də gözlənilmədən atışma başlamışdır. İlkin məlumatlara görə "3-mıx"dakı erməni səngərlərindən 50 nəfər silahlı erməni 5-6 əsgərdən ibarət olan Azərbaycan səngərlərinə hücum etmişlər. Üç Azərbaycanlı əsgəri öldürülmüş, həmçinin ermənilər də itgi vermişlər. "3-mıx" münaqişəsi şəhərdə ümumi atışmaya və Şuşadan 4 kilometr aralıda hərəkət edən köçərilərin üzərinə ermənilərin hücum etməsinə bir siqnal olmuşdu. Hücum zamanı beş köçəri ailəsi özünün bütün əmlakı və mal-qarası ilə birlikdə şəhərin erməni hissəsinə aparılmışdır. Köçərilər bütün günü yolun açılmasını gözləyərək şəhərdən bir qədər aralıda qalmışlar. Ertəsi gün, 5 iyunda onlar öz yollarını dəyişərək Xankəndi vasitəsilə getməyə jəhd göstərmişlər. Köçərilər Qaybalı kəndi yanından keçərkən onlara bir neçə tərəfdən atəş açılmışdır. Üzücü yoldan və beş ailənin aparılmasından qəzəblənmiş köçərilər kəndə hücum etmiş və qısamüddətli atışmadan sonra kəndi yandırmışlar. Şəhər hakimiyyətinin "Qaybalı kəndinə olan qəfil hücumdan xəbəri olmamışdır. Yalnız kəndin üzərinə qalxan tüstüdən və ingilislərin verdiyi məlumatdan sonra general-qubernatora baş vermiş hadisə haqqında xəbər verilmişdir. Bu faciəli hadisələrin baş verdiyi yerə hərbçilər göndərilmiş və onlar 50 nəfər qaçqını şəhərə gətirib yerləşdirmişlər" (49, v.15).

Arxiv sənədində göstərilir ki, Qaybalı kənd sakinlərinin xeyli hissəsi Xankəndindəki Azərbaycanlı əsgərlərinin düşərgəsində sığınajaq tapmışdır. General qubernatorun əmri ilə diviziya rəisi bir neçə gün ərzində ermənilərə ərzaq vermişdir. Eyni zamanda Kərkijahanın və Bəhlul kəndinin erməni əhalisi öz heyvanlarını qonşu Azərbaycanlılara tapşırıb şəhərə qaçmışlar. 4 iyunda atışma baş verdiyi vaxtdan etibarən general qubernator yol boyundakı bütün məntəqələrə telefon və telefonoqrama ilə xəbər göndərmişdir ki, gələn və gedən bütün erməniləri saxlasınlar. Bundan məqsəd o idi ki, ermənilər üzərində heç bir zorakılıq olmasın. 106 erməni Ağdamda, 200 erməni Xankəndində saxlanmışdır. Onlara qaldıqları müddətdə hər cür ərzaq verilmiş və öz kəndlərində yerləşdirilmişdir. Qaçqınlara 100 pud un verilmişdir və hazırda onların zəruri ərzaq məhsulları ilə təmin edilməsi üçün bütün tədbirlər görülür.

Xosrov bəy Sultanov ingilis komandanlığının nümayəndəsinə bildirmişdir ki, yaranmış qarmaqarışıqlığı tezliklə ləğv etmək üçün Erməni Milli Şurasının üzvlərini təcili şəkildə Qarabağdan və Azərbaycanın hüdudlarından çıxarmaq və Şuşa şəhərinin ermənilər yaşayan kazarmalarında Azərbaycan hərbi hissələrini yerləşdirmək lazımdır. Bu bəyanatın nətijəsində iyunun 5-də səhər saat 9-da ingilis komandanlığının nümayəndəsi Azərbaycan məmurunun müşayiəti ilə Erməni Milli Şurasının separatçı üzvlərini Şuşadan çıxartmışdı (49, v.15). Bu tədbir 6 iyun səhər saat 9-da Azərbaycanlı əsgərlərin Şuşa şəhərinin erməni hissəsindəki kazarmalarda yerləşdirilməsi əhalini sakitləşdirmiş və atışma tamamilə dayandırılmış, şəhərdə həyat öz normal axarına düşmüşdür. İyunun 5-də general-qubernator ona tabe olan bütün qəzalara əmr göndərmişdir ki, ermənilərin şəxsiyyəti və əmlakı əleyhinə törədilmiş hər hansı bir cinayət hərbi vəziyyətin qanunları üzrə ciddi şəkildə jəzalandırılajaqdır. 5 iyunda Xosrov bəy Sultanovun yanına gələn yepiskop R.N.Məlik-Şahnazarov faciəli hadisələrin dayandırılması üçün bütün tədbirlərin görülməsində general-qubernatorluqla həmrəy olduqlarını bildirmişdir. 6 iyunda Qarabağın general-qubernatoru şəhərin erməni hissəsinə yepiskopun yanına javab görüşünə getmişdir. Orada əhali X.B.Sultanovu səmimi qarşılamış və ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan hökuməti gələjəkdə də bu hadisələrin baş verməməsi üçün və Qarabağın Azərbaycanlı və erməni əhalisi arasında xeyirxah qonşuluq münasibətlərini möhkəmləndirmək üçün bütün tədbirləri görəjəklər. General-qubernator javab nitqində demişdir ki, Azərbaycan hökuməti öz qarşısına ciddi dövlət vəzifələrinin həll edilməsində heç bir milli və dini ayrı-seçkiliyə yol verilməməsi məqsədini qoymuşdur (49, v.16-17).

Lakin 5 iyunda Şuşada münaqişə ləğv olunandan sonra yol boyunja yerləşmiş erməni kəndlərinə hücumlar başlanmışdır. Bu hadisələr bir neçə gün davam etmiş və nətijədə Qarabağa ərzaq məhsullarının gətirilməsinin dayandırılmasına səbəb olmuşdu. Yollarda atışmanın dayandırılması üçün X.B.Sultanova təklif olunmuşdur ki, hərbi qüvvə tətbiq olunsun. Lakin general-qubernator bu təklifi rədd etmiş və Şuşadakı ingilis komandanlığı nümayəndəsinin vasitəsi ilə bütün Qarabağ əhalisinin nümayəndələrini yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etmək üçün öz yanına dəvət etmişdir.

Dəvətnamə göndərilsə də nümayəndələr müşavirəyə gəlməkdən imtina etmişlər. Bunun əvəzində 10 iyunda Şuşanın erməni yepiskopunun iştirakı ilə bütün partiyaların nümayəndələrinin yığınjağı olmuşdur. Yığınjaqda qərara alınmışdır ki, kəskinləşmiş milli məsələni tezliklə dinj yolla həll etmək üçün Şuşada qurultay çağırıb Qarabağın Azərbaycan hakimiyyətini tanımasını elan etmək lazımdır.

Qarabağ general-qubernatoru yığınjaqda bildirmişdir: Xəbərlər yayılır ki, guya bu inzibati idarə fəaliyyətsizdir və hadisələrə qeyri ciddi münasibət bəsləyir. Buna javab olaraq Qarabağ general-qubernatoru inzibati idarəsinin fəaliyyətini səciyyələndirən faktlar gətirmişdir: "İyunun 5-dən 6-na keçən gejə məlumat alınmışdır ki, 200 nəfər suvari Şuşanın Daşkənd kəndinə hücum etməyə hazırlaşırlar. Təcili Daşkəndə qəza rəisinin komandanlığı altında 50 nəfər göndərilmişdir (49, v.17). Eyni zamanda əmr verilmişdir ki, həmin kəndə pulemyotla silahlanmış daha 100 nəfər göndərilsin, hər iki dəstə vaxtında gəlmiş və hücum edənləri qovmuşdu. Daha sonra Müsəlmanlar kəndinin 500 nəfərdən ibarət silahlanmış dəstəsi beş köçəri ailəsinin zorla aparılmasından qəzəblənərək Daşaltı kəndinə hücum etməyə hazırlaşırlar. General-qubernator Sultanov həmin saat batalyon komandirini həmin kəndə göndərmiş və Azərbaycanlılara dağılışmaq əmrini verdirmişdi. Azərbaycanlı kəndinin sakinləri bu əmrə tabe olmuş və hər kəs öz evinə getmişdi. Daşaltı kəndi üzərində heç bir zorakılıq olmamışdır (49, v.18-19).

4-5 iyun hadisələrinə bir həftə qalmış ermənilər Xankəndindəki gözətçi məntəqəsinə uğursuz silahlı hücum etmişdilər. Bu haqda məlumat alan 5 min nəfərlik kürd dəstəsi, Araz çayının sahillərində 1000 atlı və düzən Qarabağdan silahlı dəstə Şuşaya doğru hərəkət etmişdilər. Lakin general-qubernator onları Şuşanın 2 kilometrliyində dayandırmış, bununla da nətijəsi çətin təsəvvür olunan faciənin qarşısı alınmışdır.

General-qubernator həmçinin bildirmişdir ki, iyun hadisələrinin qabaqjadan hazırlanması haqqında məlumatlar tamamilə əsassızdır və bunu sübut edən ən yaxşı dəlil o idi ki, bu hadisələr yerli xarakter daşımış, Cavanşir və Cavad qəzalarına yayılmamışdır. İndiki vaxtda Qarabağda həyat normal şəkildə davam edir, yollarda hərəkət təhlükəsizdir. General-qubernator qəzet vasitəsilə bildirmiş və əmr vermişdi ki, Qarabağın yollarında hərəkət edənlərə hər cür köməklik göstəriləjəkdir. Lazım olsa silahlı mühafizə də veriləjəkdir. O, həmçinin bildirmişdir ki, yollarda baş verən ən cüzi zorakılıq haqqında ona məlumat verilsin (49, v.18-19).

X.Sultanovun Dağlıq Qarabağda erməni separatistlərinin qiyamçı hərəkətlərini qəti tədbirlər nətijəsində aradan qaldırması dinj erməni əhalisi tərəfindən razılıqla qarşılanmış, onlar X.Sultanovun yanına gələrək təşəkkürlərini bildirmişlər. Bu haqda "Azərbaycan" qəzeti 1919-cu il 25 iyunda aşağıdakı məlumatı vermişdi: "Bir neçə təxribatçı ünsürlərin əməlləri nətijəsində bir neçə yüz adamın ölməsinə və zərər çəkməsinə səbəb olmuş qardaş qırğını Qarabağ general-qubernatoru X.B.Sultanovun gördüyü qətiyyətli tədbirlər nətijəsində tamamilə ləğv edilmişdir. Son hadisələrlə əlaqədar köçərilərin dayandırılmış hərəkəti yenidən bərpa edilmişdir. Əsgərandan Şuşaya qədər bütün yollar boyunja gözətçi məntəqələri qoyulmuşdur. Daşaltı erməni kəndindən general-qubernatorun yanına gələn nümayəndə heyəti faciəli hadisələr zamanı onlara kömək göstərdiyinə görə Xosrov bəy Sultanova öz təşəkkürlərini bildirmişlər" (49, v.22).

Ermənilərin nümayəndə heyəti Azərbaycanın hakimiyyətini tanımaq haqqında Daşaltı ijmasının qərarını general-qubernatora təqdim etmiş və demişdir ki, bu kəndə Azərbaycanlı məmur göndərilsin və onun iştirakı ilə burada vəzifəli şəxslər seçilsin. Digər erməni kəndlərindən də general-qubernatorun yanına nümayəndələr gəlmiş və bildirmişlər ki, onları silahlı dəstələr daimi nəzarət altında saxlamışlar və general-qubernatorun yanına gəlib əsl vəziyyəti izah etməyə qoymurlar.

Nümayəndələr daha sonra demişlər ki, hər hansı bir nəfər erməni silahlı dəstəsinə etiraz etsəydi, yaxud öz fikrini açıq şəkildə bildirsəydi, onları günün günorta çağı öldürərdilər. Buna misal olaraq Şuşa şəhərində Xankəndinin erməni əhalisinin başçısı Movsesin öldürülməsini göstərə bilərik. Nümayəndələr bildirmişlər ki, Movses vijdanlı başçı olmuş, öz kəndini zərərli ünsürlərdən qorumuş və imkan verməmişdir ki, onların təsiri bu kəndə yayılsın (49,v.23).

General-qubernator bütün erməni kəndlərinə belə məzmunda dəvətnamə göndərmişdir ki, öz nümayəndələrini onun yanına göndərsinlər. Bununla da Şuşa qəzasında qayda-qanun tamamilə bərpa edilmişdir. Zərər çəkmiş hər iki tərəf hökumətə müraciət edir və tam yardım alırlar (99, v.23). General-qubernatorun sərənjamı ilə Ticarət, Sənaye və Ərzaq Nazirliyinin səlahiyyətli nümayəndəsi Axundov tərəfindən qaçqın ermənilərə 100 pud un paylanmışdır. Yevlax-Şuşa yolu tamamilə sakitləşmişdir. Faciəli hadisələr zamanı Ağdamda və Xankəndində saxlanmış 300 erməni sərnişini tamamilə zərər çəkmədən Şuşaya göndərilmişdir. General-qubernatorun dəvətnaməsində deyilir ki, Qaryagin və Cavanşir qəzalarında vəziyyət hələ də kəskindir. Yaylağa gedən köçərilər burada saxlanılmışdır və onlar çalışırlar ki, yaylaqlara getmək üçün yol açılsın. Əgər onlara müqavimət göstərilsə, yəqin ki, münaqişə yenidən ola bilər. Ona görə də lazımdır ki, erməni ijtimai xadimləri bunu başa düşsünlər, məsuliyyətsiz və təxribatçı əhval-ruhiyyəli ünsürlərin fəaliyyətinə yol verməmək üçün qabaqjadan tədbirlər görsünlər. Bu jənablar birdəfəlik bilməlidirlər ki, onlar nə qədər çalışsalar da, jəhd göstərsələr də Qarabağda Azərbaycanlılar və ya ermənilər birlikdə yaşayajaqlar (51, v.4).

X.Sultanovun gördüyü ciddi tədbirlərdən sonra Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan dövlətinin hakimiyyətini tanımağı qərara aldı.

1919-cu il 27 iyulda Qarabağın general-qubernatorunun yanında Şuşa qəzasının və Şuşa şəhərinin Azərbaycanlı və erməni əhalisinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Şuşa şəhərində və onun ətrafında baş vermiş münaqişəni aradan qaldırmaq üçün Azərbaycanlılarla ermənilər arasında barışıq yaratmaq məqsədi ilə iki komissiya yaradılmış və tapşırılmışdır ki, yerlərdə vəziyyətlə tanış olub müşavirəyə məruzə təqdim etsinlər. Müşavirə bu iki komissiyanın məruzəsinə baxıb onlardan məqsədəuyğun olanı qəbul edəjəkdir (51, v.4).

1919-cu il 29-30 iyulda Qarabağın həyatında xoş hadisə baş verdi. "Azərbaycan" qəzeti yazırdı: "Bu günlərdə Qarabağ öz torpağında özünün ən əziz və sevimli qonaqlarını Gəncənin qubernatoru Rəfibəyovun müşayiəti ilə Azərbaycan Respublikasının baş naziri N.Yusifbəylini və hərbi nazir Mehmandarovu qarşılayırdı. 29 iyulda qonaqlar Xankəndinə gəldi. 30 iyulda hörmətli qonaqlar Şuşaya gəldilər. Şəhər əhalisi qonaqları duz-çörəklə qarşıladı. Bundan sonra hörmətli qonaqlar məsciddə Azərbaycanlılar qarşısında çıxış etdilər. Sonra isə onlar erməni kilsəsinə getdilər. Erməni ruhaniləri onları duz-çörəklə qarşıladılar. Yepiskop Azərbaycan dilində çıxış edərək iki millətin dinj yanaşı yaşamasının zəruriliyini göstərdi" (87, N164, 1919).

Bütün bunlardan sonra Qarabağ erməniləri 1919-cu ilin avqustunda fövqəladə qurultay çağıraraq Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul etmişlər. Qarabağ ermənilərinin 7-ci qurultayının xüsusi nümayəndələri Qarabağ general-qubernatoru X.B.Sultanovun hüzuruna gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycanın hakimiyyətini tanımaq haqqında məsələni dinj yolla həll etmək arzusunda olduqlarını bildirmişlər. Qubernatorun hüzuruna qurultayın nümayəndələri ilə birlikdə erməni ruhaniləri də gəlmişlər. Danışıqlar iki gün davam etmiş və nəhayət müqavilə layihəsi işlənib hazırlanmışdır. Qarabağın dağlıq hissəsinin taleyi haqqında məsələnin Sülh konfransında ermənilərlə Azərbaycanlıların birgə yaşamasından asılı olaraq həll ediləjəyini nəzərə alaraq Qarabağ ermənilərinin 7-ci qurultayı 1919-cu il avqustun 15-də özünün səhər ijlasında Azərbaycan Respublikasının hökuməti ilə müvəqqəti müqavilə bağlamağı qərara almışdır. Aşağıda biz həmin qərarın Qarabağ probleminə aid bəndlərini təqdim edirik:

"Maddə 1. İndiki müvəqqəti müqavilə tərəflər tərəfindən bu məsələ Sülh konfransında həll edilənə qədər qəbul edilir. Onun qərarları hər iki tərəf üçün məjburidir.

Maddə 2. Qarabağın dağlıq hissəsində Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında yaşayan ermənilər özlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının sərhədləri daxilində hesab edirlər.

Maddə 5. Qarabağ general qubernatorluğun yanında 6 nəfərdən: 3 erməni və 3 Azərbaycanlıdan ibarət şura yaradılır.

Maddə 7. Millətlərarası xarakter daşıyan bütün prinsipial məsələlər şurada əvvəljədən müzakirə edilmədən həyata keçirilə bilməz.

Maddə 12. Qarabağ erməniləri mədəni muxtariyyət hüququndan istifadə hüququna malikdirlər.

Maddə 14. Azərbaycan hökuməti erməni nümayəndələri vasitəsilə erməni milli şurasının fəaliyyətinə nəzarət edirlər.

Maddə 17. Siyasi əqidələrinə görə heç kəs nə məhkəmə, nə də inzibati qaydada təqiblərə məruz qala bilməzlər.

Maddə 20. Azərbaycan Respublikasının hökuməti dağıdılmış Azərbaycanlı və erməni kəndlərinin təcili bərpa edilməsi işində Qarabağın əhalisinə maddi və mənəvi yardım göstərir.

Maddə 24. İndiyə qədər baş vermiş millətlərarası münaqişələrdə iştirak etdiyinə görə heç kəs təqiblərə məruz qala bilməz.

Maddə 25. Hazırki müqavilə Qarabağ ermənilərinin 7-ci qurultayı onu qəbul etdiyi andan qüvvəyə minir.

Maddə 26. Hazırki müqavilə hər cür vəziyyətdə: mühasirə, hərbi və digər hallarda qüvvədə qalır.

1919-cu il 19 avqustda Şuşikənddən xəbər gəldi ki, müqavilənin şərtləri yekdilliklə qəbul edilmişdir. Bu vaxtdan etibarən şəhərin erməni və Azərbaycan hissələri təntənəli hazırlığa başladılar" (87, N 185, 1919).

1919-cu il avqustun 28-də Qarabağın erməni əhalisinin nümayəndə heyəti Bakıya gələrək N.B.Yusifbəylinin qəbulunda olmuşlar. Nümayəndə heyəti Qarabağ məsələsinin dinj yolla nizama salınmasına görə ona Qarabağın erməni əhalisi adından öz minnətdarlığını bildirmişdir (86, s.228).

Erməni daşnaklarının Qarabağ general-qubernatorunu dinj erməni əhalisini qırmaqda yalandan günahlandırmasına baxmayaraq, X.Sultanov həmişə sülhün və razılığın tərəfdarı olmuş, çalışmışdı ki, ermənilərlə mübahisəli məsələləri sülh yolu ilə həll etsin (98, N 103, 1993). Lakin Xosrov bəy Sultanovun sülhsevər səyləri o vaxt Ermənistan tərəfindən birmənalı qarşılanmasa da, müəyyən məqamlarda onun yeritdiyi siyasətlə razı olduğu bildirilmişdi.

1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndələrinin vasitəçiliyi ilə mübahisəli məsələləri nizama salmaq üçün Azərbaycanla Ermənistan arasında müqavilə bağlandı. Lakin ermənilər müqavilədən az sonra, 1919-cu il dekabrın əvvəllərində yenidən Qarabağa və Zəngəzura hücumlar təşkil etdilər. General-qubernator X.Sultanov 1919-cu il dekabrın 7, 8 və 11-də Azərbaycan xarici işlər nazirinə göndərdiyi teleqramlarda ermənilərin barışığı xainjəsinə pozub, hər yerdə hücuma başladıqlarını xəbər vermişdir (74,v.130).

Xosrov bəy Sultanov 1919-cu il 13 dekabrda Azərbaycana göndərdiyi teleqramda ermənilərin hücumlarının kəskin xarakter aldığını nəzərə çatdırmış və bildirmişdir ki, ona lazımı köməklik göstərilməlidir. Həmin teleqramda deyilirdi ki, Zəngilan əhalisini ermənilərdən müdafiə etmək üçün 3 zabit, 2 pulemyot və Qaryagində olan 600 türk əsgərini göndərməklə, həmin bölgəni erməni hücumundan müdafiə etmək olar. Xosrov bəy daha sonra yazmışdır ki, tabeliyimdə hərbi qüvvə olmadığına görə istənilən vaxt banditlərə və terrorçulara qarşı mübarizə apara bilmirəm (74, v.139).

O qeyd etmişdir ki, ayrı-ayrı hərbi qüvvələrin köməyi ilə Azərbaycanlılara istənilən vaxt köməklik göstərmək və ermənilərin hücumuna javab vermək mümkün deyil. Ermənilər bunu bilərəkdən istədikləri kimi hərəkət edir və sərbəst şəkildə fəaliyyət göstərərək Azərbaycanlılarla bildikləri kimi rəftar edirlər. Bu təkliflərinə Azərbaycan hökumətinin ciddi münasibət bəslənmədiyini görən X.B.Sultanov bir neçə dəfə hökumətə müraciət edərək onu vəzifəsindən azad etmələrini xahiş etmişdir.

Xosrov bəy Sultanov istefa məsələsini irəli sürərkən bunu Azərbaycan hökumətinə qarşı müxalifətdə duran qüvvə kimi yox, özünün dediyi kimi vətənpərvərlik hisslərindən çıxış edərək demişdir. Çünki o, öz vətənini və xalqını son dərəjə böyük məhəbbətlə sevirdi.

Məlum olduğu kimi 1920-ci il aprelin 28-də əslində keçmiş Rusiya imperiyasını bərpa etmək uğrunda mubarizə aparan Sovet Rusiyası (RSFSR) Azərbaycan Demokratik Respublikasını birbaşa hərbi təjavüz  yolu ilə ələ keçirdi. Bolşeviklər ADR-in siyasi xadimlərin toxunulmazlığına vəd vermələrinə baxmayaraq sonra namərd mövqe tutaraq qısa müddət ərzində Azərbaycan xalqının qabaqjıl ziyalılarına və siyasi xadimlərinə qarşı kütləvi tədbirlərə başladılar. Məqsəd Azərbaycan xalqını öz liderlərindən və uzaqgörən siyasi xadimlərindən məhrum etmək idi. Bolşevik təqibindən yaxa qurtarmaq və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra xadimləri kimi Xosrov bəy Sultanov da məjburiyyət qarşısında doğma vətənini tərk etmiş və taleyin hökmü ilə müxtəlif ölkələrdə mühacirət həyatı yaşamışdır. Xosrov bəy Sultanovun 1923-cü ildən sonrakı həyatı Almaniya, Fransa və Türkiyədə keçmişdir. Mühacirətdə olduğu dövrdə o , "İttihad" partiyasının fəal xadimi kimi bolşevizmə qarşı mübarizəni davam etdirmiş və xarici ölkələrdə olan digər siyasi qüvvələrlə vahid jəbhə yaratmağa çalışmışdır.

Xosrov bəy Sultanov 1926-jı il martın 4-də Parisdən Tehrana gələrək Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün tədbirlər gördü. O "İttihad" partiyasının Tehran komitəsinə Aşur bəy İsabəyi, Təbriz komitəsinə isə qardaşı İsgəndər bəyi təyin etmişdir. Xosrov bəy Sultanov digər ittihadçı Mir Yaqub Mehdiyevlə "İttihad" partiyasının xarici ölkələr bürosunu yaratmaq üçün ciddi səylər göstərmişdi.

Xosrov bəy tariximizə və ədəbiyyatımıza vurğun ziyalılardan idi. O, asudə vaxtını mütaliəyə həsr edərdi. Onu yaxından tanıyanlar Şuşadakı evini "şərq kitabxanası" adlandırırdılar. Xosrov bəyin quberniya işçilərinə şərq ədəbiyyatı və tarixindən mühazirələr oxuması, Firdovsidən, Xəqanidən, Nizamidən, Ömər Xəyyamdan, Sədidən və b. klassiklərdən farsja, Nəsimidən, Xətaidən, Vaqifdən Azərbaycanja əzbər şerlər deməsi barədə məlumatlar vardır.

İkinci Dünya müharibəsi başlayarkən Xosrov bəy Türkiyədə yaşayırdı. O, Sovet-Alman jəbhəsində əsir düşmüş Azərbaycanlıları Almaniyanın həbs düşərgəsindən xilas etmək üçün böyük xidmətlər göstərmişdir. Məhz Xosrov bəyin səyi nətijəsində minlərlə Azərbaycanlı ölüm məngənəsindən xilas olmuşdu.

Lakin amansız ölüm Xosrov bəyə özünün qəhrəman və parlaq fəaliyyətini davam etdirməyə imkan vermədi. O, 1956-jı ildə Türkiyənin Bursa şəhərində vəfat etmişdir.

Azərbaycanda və mühacirətdə olarkən bütün həyatını xalqının azadlığı və səadətinə həsr etmiş bu görkəmli ijtimai-siyasi xadim və sərkərdənin gərgin, lakin parlaq və mənalı həyatının öyrənilməsinə böyük ehtiyaj vardır.

Sovet imperiyası dövründə digər görkəmli siyasi xadimlər kimi Xosrov bəy Sultanovun da adının çəkilməsi qadağan olunmuşdu.

Təəssüflə qeyd edilməlidir ki, indi də bu görkəmli şəxsiyyətin həyat və fəaliyyəti haqqında Gənc nəslin ətraflı məlumatı yoxdur. Zəngəzur və Dağlıq Qarabağ bölgələrinin 1918-1919-cu illərdə erməni Andranikin quldur dəstələrindən qorunması sahəsində Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının fəaliyyətləri hələ xüsusi tədqiqat predmeti olmamışdır. Müstəqillik yoluna qədəm qoyduğumuz dövrdə Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin dolğun araşdırılması zərurəti də bununla bağlıdı.

İkinci fəslə yekun vuraraq demək olar ki, Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü və Dağlıq Qarabağda erməni separatizmini ləğv etmək üçün olduqja məqsədyönlü və qətiyyətli fəaiyyət göstərmişdir. Faktlar göstərir ki, Azərbaycan hökuməti ilk əvvəllər özünün elan etdiyi mehriban qonşuluq münasibətinə əməl edərək çalışırdı ki, mübahisəli məsələlər sülh yolu ilə həll edilsin. Lakin Azərbaycan hökumətinin belə nəcib səyləri bir nətijə vermədiyini, ermənilərin bəd əməllərini, ikiüzlü siyasətlərini gördükdə əməli tədbirlər görməyə məjbur oldu. Milli hökumət erməni separatçılığını aradan qaldırmaq üçün dörd qəzanı əhatə edən Qarabağ general-qubernatorluğunu yaratmış və görkəmli ijtimai xadim Xosrov bəy Sultanovu ona rəhbər təyin etmişdir. İlk gündən X.B.Sultanov olduqja jəsarətli addımlar atdı. Belə ki, onun gördüyü tədbirlər nətijəsində Qarabağda və ona bitişik ətraf bölgələrdə erməni separatçılığı aradan qalxmış, Dağlıq Qarabağ erməniləri özləri öz təşəbbüsləri ilə qurultay çağıraraq Azərbaycan Respublikasının hakimiyyətini tanımaq haqqında qərar qəbul etmişlər.

Ermənistan dövlətinin Qarabağ general-qubernatorluğunun yaradılmasına qarşı etirazları Azərbaycan dövləti tərəfindən qətiyyətlə rədd edilmişdir.

 



 

 

 

III FƏSİL

 

YUXARI QARABAĞDA MİLLİ MÜNAQİŞƏNİN TƏNZİMLƏNMƏSİ

PROBLEMİNİN BEYNƏLXALQ ASPEKTLƏRİ

 

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin başlıja məqsədi Azərbaycanın müstəqilliyinin tanınmasından ibarət idi. Qonşu ölkələrin Azərbaycan istiqlalını tanıması müstəqilliyin dönməzliyinin təmin edilməsi üçün kifayət deyildi. Hesab edilirdi ki, dünyanın böyük dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması əski metropolyanın (ağ və qırmızı Rusiyanın) iddiaları və birbaşa təjavüzü qarşısında önəmli rol oynaya bilər. Xarici siyasətin ana xəttini təşkil edən bu vəzifənin həyata keçməsində Azərbaycan istiqlalının tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb edilmiş, bu sahəyə birinci dərəjəli əhəmiyyət verilmişdir (61, s.203-204).

Birinci Dünya müharibəsinin başa çatması ilə əlaqədar olaraq sülh və müharibədən sonrakı siyasi və iqtisadi məsələləri həll etmək üçün 1919-cu il yanvarın 18-də Antanta dövlətlərinin əsas iştirakçılarından Fransa, İngiltərə, ABŞ, İtaliya, Yaponiya və başqalarının iştirakı ilə Paris Sülh konfransı öz işinə başladı. Parisdə çağırılmış Beynəlxalq Sülh konfrasına Azərbaycan dövləti öz nümayəndə heyətini göndərməyi qərara aldı.

1919-cu il yanvarın 8-də Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransına yola düşdü. Nümayəndə heyəti M.H.Hajınski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hajıbəyli, Ə.Hüseynzadə və V.Marçevskidən ibarət idi (61, s.209). Nümayəndə heyətinə parlamentin sədri Ə.M.Topçubaşov rəhbərlik edirdi.

Qeyd etmək lazımdır ki, Ə.M.Topçubaşov 20 yanvardan 22 aprelə qədər Türkiyədəki Amerika, İngiltərə, Fransa nümayəndə heyətləri ilə ciddi danışıqlar apararaq Fransaya getməyə ijazə almağa çalışmış və nəhayət martın 6-da bu ijazə ona verilmişdir. Konfransda Azərbaycan nümayəndə heyətinin fəaliyyəti əsl fədakarlıq nümunəsi idi. Nümayəndə heyətinin üzvləri ingilis və fransız dilində çox az bir müddətdə Azərbaycanın ərazisi, etnik tərkibi və iqtisadiyyatı barədə kitabçalar yazıb konfrans iştirakçılarına payladılar. Bunun Azərbaycanın tanınmasında əhəmiyyəti böyük oldu.

Azərbaycan Demokratik Respublikası haqqında məsələyə ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının ijlasında rəsmi şəkildə baxıldı. Həmin gün ABŞ prezidenti V.Vilson tələb etdi ki, Azərbaycan nümayəndə heyətinə konfransın işində iştirak etmək üçün ijazə verilsin.

1919-cu il mayın 28-də səhər konfransındakı Amerika nümayəndə heyətinin üzvü Morqentau (ABŞ-ın Türkiyədə keçmiş səfiri) Azərbaycan nümayəndə heyəti ilə uzun müddət söhbət aparmışdır.

Morqentau Azərbaycanın siyasi, hərbi, xüsusilə iqtisadi vəziyyəti ilə ətraflı maraqlanmışdır. O, Topçubaşovla söhbətində bildirmişdir: "Mən sizin memorandumla tanış oldum. Siz Amerikada çox yaxşı qəbul və hətta öz sərvətləriniz üçün yaxşı kapital tapa bilərsiniz" (46, v.6-7).

May ayının 28-də Azərbaycan nümayəndə heyəti ABŞ-ın prezidenti V.Vilson tərəfindən qəbul edildi. Görüş zamanı Ə.M.Topçubaşov V.Vilsona müraciət edərək bildirdi ki, xalqların dinj yanaşı yaşaması, bütün millətlərin, o cümlədən kiçik millətlərin öz taleyini həll etmək haqqında ali prinsiplərin müəllifi olan Amerikanın prezidenti Vilsonu Azərbaycan nümayəndə heyəti görməyi və salamlamağı özü üçün xoşbəxtlik hesab edir. Azərbaycan nümayəndə heyəti V.Vilsona qısa siyasi memorandum təqdim etmişdir. Burada Azərbaycanda baş verən ijtimai-siyasi hadisələr qısa şəkildə təsvir ediləndən sonra Azərbaycan nümayəndə heyətinin tələbləri verilmişdir. Bu tələblər 6 maddədən ibarət idi. Vilsonun javabı isə 4 bənddən ibarət idi:

1. Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər.

2. Əgər Azərbaycan Qafqaz federasiyası yaratmaq istəsə, bu onun üçün yaxşı olar.

3. Bu konfederasiya Millətlər Cəmiyyətinin təklifi ilə hər hansı bir dövlətin köməyinə arxalana bilər.

4. Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz (45, v.7).

Azərbaycan hökuməti 14 bölmədən ibarət olan "Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin Paris Sülh konfransına memorandumu" adlı sənəd təqdim etdi. Memorandumun ən əhəmiyyətli bölmələri ADR-in ərazisi və əhalisi ilə bağlı bölmələr idi. Ermənilərin, gürcülərin və İranlıların konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana aid olduğu üçün Azərbaycanın hüdudları barədə konfransın rəhbərlərində aydın təsəvvür yaradılması zəruriyyəti meydana çıxmışdı. Təqdim edilən memorandumda Qafqaz Azərbaycanının ərazisi keçmiş inzibati bölgü sistemi üzrə 7 maddədən ibarət olaraq göstərilmişdir (19,s.203).

Memorandumda ərazi məsələlərinə toxunulmayan bəndlər çox böyük ehtiyatlılıqla aşağıdakı şəkildə ifadə olunmuşdu:

1. "Sülh konfransı Qafqaz Azərbaycanının keçmiş Rusiya imperiyasından ayrılmasını bəyənir. Azərbaycan təqdim olunan xəritədə göstərilən sərhədlər daxilində Azərbaycan Demokratik Respublikası adı altında tamamilə müstəqil dövlət olajaq.

2. Azərbaycan Respublikası nümayəndələri Sülh konfransının və onun komissiyalarının işinə buraxılmalıdır.

3. Azərbaycan Respublikası Millətlər liqasının üzvlüyünə qəbul edilməlidir, çünki respublika onun müdafiəsində olmaq istəyir" (127, N 3, s.45).

Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri ermənilərin Azərbaycanlılara qarşı törətdikləri hərəkətlər haqqında həqiqəti bütün dünyaya çatdırmaq idi. Ə.M.Topçubaşov bu münasibətlə yazırdı: "Mənim tərəfimdən ermənilər haqqında deyilənlər Qərb diplomatları üçün tamamilə yenilik idi" (96, N 69, 1993).

1919-cu ilin yayında Paris Sülh konfransında Azərbaycan nümayəndələrinin qarşılaşdığı ciddi məsələlərdən biri də erməni nümayəndələri ilə münasibətlər idi. Ermənilər Paris Sülh konfransının onların bütün problemlərini həll edəjəyinə ümid bəslədikləri üçün ona ciddi hazırlaşmışdılar. Onlar özlərini böyük mütəffiqlərin kiçik müttəfiqi hesab edib, Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüşdülər. Ermənistan nəinki Anadolunun 6 vilayətini, eyni zamanda Kilikiyanı da tələb edirdi. Onlar hətta İran Azərbaycanının bir hissəsini istəyirdilər. Halbuki İran I Dünya müharibəsində iştirak etməmişdir. Onların əsassız iddialarını Paris, London və xüsusilə Vaşinqton müdafiə edirdi.

Belə böyük iddiaların nətijəsi idi ki, ermənilər Parisə iki nümayəndəlik göndərmişdilər. Birincisi milli erməni diasporunun nümayəndəliyi idi ki, ona Qərbdə və xüsusən Fransa siyasi dairələrində yaxşı tanınan Poqos Nübaryan başçılıq edirdi. Milli erməni nümayəndəliyi müttəfiqlər tərəfindən rəsmi şəkildə konfransa dəvət edilmişdi. İkincisi Ermənistan Respublikasının nümayəndəliyi idi ki, ona az əvvəl İstanbul konfransına gələn nümayəndə heyətinə başçılıq etmiş erməni milli şurasının sədri Avetik Ağaronyan başçılıq edirdi.

Azərbaycan nümayəndə heyətinin Fransada olduğu günlərdə Azərbaycan xalqının qəddar düşmənləri, Qarabağda və Zəngəzurda qanlı qırğınlar törətmiş, Türkiyənin 6 vilayəti, Azərbaycan və Gürcüstan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq arzusu ilə Parisə gələn Andrenik gərgin fəaliyyətə başladı. O, 15 iyunda Poqos Nübar Paşanın vasitəsi ilə Fransa prezidenti Raymon Puankare tərəfindən qəbul edilmişdir. Bu zaman Avropa və Amerikada erməni və ermənilərə xidmət göstərən mətbuat orqanları qaniçən Androniki "Erməni Hariballisi" kimi ijtimaiyyətə və siyasi dairələrə təqdim edirdi. Qəbul zamanı Andronik müttəfiqlərin Qarabağ məsələsindəki mövqeyindən narazı olduğunu bildirmiş və qeyd etmişdi ki, "ermənilər müttəfiqlərə arxayındılar". O, Puankareye demişdir ki, erməni xalqı Dünya müharibəsi dövründə həm Türkiyəyə, həm də Almaniyaya qarşı Antanta ilə çiyin-çiyinə vuruşmuşdur. Qafqazdakı rus ordusunun tərkibində 180 min, Avropada isə 15 min erməni könüllüləri guya müttəfiqlərin "müqəddəs işi" uğrunda mübarizə aparmışdır.

Ə.M.Topçubaşov Paris Sülh konfransında görüşdüyü müxtəlif nümayəndə heyətlərinin üzvləri ilə söhbətlərdə və Böyük Dövlətlərin başçılarına və xarici işlər nazirlərinə göndərdiyi notalarda "erməni xalqının qəhrəmanı" sayılan Andronikin fəaliyyətinin iç üzünü açıb göstərmiş və onun əsl simasını üzə çıxara bilmişdir. Ə.M.Topçubaşov yazırdı ki, "vanlı", "sasunlu" və digər adlarla adlandırılan Andronikin bandaları müsəlman kəndlərini dağıdır, qojalara və uşaqlara aman vermir, zirehli qatarlardan və toplardan atəş açaraq bütöv kəndləri yandırır, müsəlman qadınlarını təhqir edir, öldürülənlərin qarnın yarır, gözlərini çıxarır, bəzən meyidləri yandırır və ümumiyyətlə, görünməmiş vəhşiliklər törədirlər.

Birləşmiş Ermənistan haqqında akt qəbul edildikdən sonra A.Ağaronyan hər iki erməni nümayəndəliyi adından Sülh konfransının sədrinə xüsusi məktubla və yeni memorandumla müraciət etdi. Ermənilərin bu memorandumu Sülh konfransının sədrinə təqdim edilməkdən əlavə, Fransada çıxan "Curnal De Deba"da çap edilmişdir. Bu sənəd ilk növbədə Türkiyə və Azərbaycana qarşı yönəlmişdi. Orada müttəfiqlərə məsləhət görülürdü ki, türkləri və Azərbaycanlıları bütün erməni ərazilərini boşaltmağa məjbur etsinlər. Ermənilər bildirdilər ki, panislamistin və pantürkistin ünsürlərinin köməyi ilə düşmən qüvvələr yenidən fəaliyyətə başlamışlar. Memorandumda demoqoqjasına qeyd edilirdi ki, türklər və Azərbaycanlılar müttəfiqlərə rəğbət bəslədiyi üçün erməni xalqını bağışlaya bilmirlər. Onlar daimi qapazaltı etdikləri ermənilər əleyhinə quduzjasına hücum edirlər. Memorandumun mətnini fransız curnalında çap etdirməklə bütün Avropaya yayırdılar ki, "türklər və tatarlar sevinj hissilə qeyd edirlər ki, barışıq sazişi erməni xalqının həyatında heç bir dəyişikliyə səbəb olmadı və Türkiyə Ermənistanı öz əvvəlki sahibinin əlində qalmaqda davam edir. Sənəddə erməni xalqının aşağıdakı tələbləri qoyulmuşdur: 1. "Qafqazdakı Türk zabitlərini uzaqlaşdırmaq. Belə ki, onların iştirakı barışıq şərtlərini pozur. 2. Tatar (Azərbaycanlı - H.M.) ordusunu tərksilah etmək. 3. Ermənistan Respublikasını güjləndirmək və yenidən təşkil etmək" ( 43, v.1, 2, 3).

Memorandumda guya Kilikiyada da ermənilərin qırılması barədə mütəffiqlərə məlumat verilirdi. Təxribatçılıq xarakteri daşıyan bu memorandumla bağlı Parisdəki Azərbaycan nümayəndəliyi xüsusi bəyanatla çıxış etdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Ermənistan hökumətinə qəti etiraz notası göndərdi. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi hökumətin tapşırığına uyğun olaraq Müttəfiq komandanlığının Bakıda yerləşən qərargahına, Azərbaycanın Ermənistanda və Gürcüstanda olan diplomatik nümayəndəliyinə sorğu ilə müraciət etdi. Çünki iyun ayının əvvəllərində keçirilən Azərbaycan hökumətinin ijlasında Ermənistanın Versaldakı nümayəndələrinin saxtakarlıq xarakteri daşıyan memorandumu ilə bağlı çıxış edən Nazirlər Şurasının sədri N.Yusifbəyli Xarici İşlər Nazirliyinə tapşırıq vermişdi ki, bu məsələni ətraflı şəkildə öyrənsinlər. İjlasın qərarının ikinci bəndində xarici işlər nazirinə tapşırılırdı ki, Transqafqaz müsəlmanlarının həqiqi vəziyyətini Avropada doğru və hərtərəfli işıqlandırmaq üçün on milyon manat vəsait ayırmaq haqqında parlament qarşısında məruzə ilə çıxış etsin. Qərarın üçüncü bəndində isə Xarici İşlər Nazirliyinə göstəriş verilirdi ki, Ermənistanda yaşayan müsəlmanların vəziyyətini yerlərdə öyrənib, Avropa ijtimaiyyətinə çatdırmaq üçün Azərbaycanlılardan, ermənilərdən və avropalılardan ibarət komissiya yaradılsın (43, v.4). Bu barədə Ermənistan Respublikasındakı diplomatik nümayəndə M.Təkinskiyə şifrəli teleqramla iyun ayının 4-də məlumat verilirdi. M.Təkinskinin yardımı ilə İrəvan müsəlman Milli Şurası təcili şəkildə İrəvan quberniyasında yaşayan Azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və Amerikanın Böyük Dövlətləri üçün məlumat hazırlayıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi. Xarici İşlər Nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələri vasitəsilə Avropa və Amerika dövlətlərinin Parisdəki nümayəndələrinə çatdırdı.

Parisdəki erməni nümayəndələri Qarabağda özlərinin törətdiyi cinayətləri Azərbaycanlıların ayağına yazır və bununla müttəfiq ölkələrin nümayəndələri qarşısında Azərbaycan Respublikasını və onun Versaldakı nümayəndələrini nüfuzdan salmağa çalışırdılar.

1919-1920-ci illərdə Qafqazda münaqişə zonasında olmuş ingilis curnalisti Skotland Liddel haqlı olaraq yazırdı: "Ermənistan əbədi olaraq toqquşma axtarır, nə vaxt ki, ona nail oldu, onu öz təbliğatlarında "təzyiq aləti" adlandırır və doğrudan da bu əməlli başlı jəza alətinə çevrilir. Daşnaklar üçün ölmüş erməni çox qiymətlidir. Əgər ondan lazım olduğu kimi istifadə etmək mümkün olsa, onda o, təbliğat işinə çox fayda gətirə bilər. Ermənilər dünyada ən yaxşı təbliğatçılardır. Onların təbliğatı təkjə son ayların işi deyil, uzun illər ərzində müntəzəm olaraq aparılmışdır. Rusiyada və Qafqazda elə bir adam tapa bilməzsən ki, ermənilər haqqında nəsə bir yaxşı şey desin. Ruslar, Azərbaycanlılar, gürcülər onlara nifrət edirlər. Bu bir faktdır ki, ermənilər ən çox nifrət olunan xalqdır. Anjaq onların Avropada və bütün dünyada təbliğatçıları çox güjlüdür. Qarabağ haqqında məsələni əsaslı şəkildə öyrənərkən mən əminliklə bildirirəm ki, törədilən bu qarma-qarışıqlığın səbəbi ermənilərin yalançı təbliğatıdır.

Onların Zaqafqaziyadakı təbliğatları sadəjə təxribatdır. Məsələn, Tiflisdə iki erməni qəzeti nəşr olunur. 2-3 ay bundan əvvəl bu qəzetlərdə məlumat verilmişdi ki, İranla Azərbaycanın sərhədlərində yerləşən Qaradağ ermənilərini kütləvi şəkildə qırmışlar. Təxminən bu dövrdə həmin qəzet Gürcüstanın baş naziri Cordaniya ilə İngilis qoşunlarının komandanı Tomson arasında guya olmuş müsahibədən hesabat vermişdir. Həmin müsahibədə bildirilir ki, Tomson Cordaniyaya xəbər verir ki, Sülh konfransı Gürcüstanı Rusiyaya qaytarajaqdır və anjaq Ermənistan müstəqil olajaqdır.

Lakin sonradan məlum oldu ki, bütün bunlar uydurmadır. Mən bu sətirləri yazdığım zamanda da ermənilərin anti-Azərbaycan təbliğatı davam edir. Andronik Gorusda özünün hökumətini yaratmışdır və hətta İrəvandakı Ermənistan hökumətini tanımır. Şuşadan Gorusa gedən yollara erməni silahlı bandaları tərəfindən tez-tez hücumlar təşkil edilir" (40, v.10, 13, 16).

1919-cu ilin iyun ayında Qarabağda törədilmiş təxribatdan Ermənistan hökuməti Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovu ləkələmək, onun Parisdəki nümayəndələri isə guya müttəfiqlər tərəfindən müdafiə edilməyən ermənilərin Azərbaycanlılar tərəfindən öldürüldüyünü və qovulduğunu sübut etmək məqsədilə təbliğat kompaniyasından geniş istifadə edirdi.

Şuşada baş vermiş iyun hadisəsini yerli ermənilər "adını erməni qoymuş xuliqanların törətdiyi zorakılıq faktı" kimi qiymətləndirdiyi halda, Ermənistan hökuməti və Versaldakı erməni nümayəndələri tamamilə ayrı fikirdə idilər. Ermənistan hökuməti bununla bağlı Azərbaycan hökumətinə göndərdiyi notada X.Sultanovun və Azərbaycan ordusunun Qarabağdan çıxarılmasını tələb edirdi. Lakin bu tələb Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistandakı diplomatik nümayəndəsi M.Tekinski vasitəsilə erməni hökumətinə verdiyi javabda rədd edilirdi: "Ermənistan hökumətinə xəbər verin ki, Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il qərarı ilə X.Sultanov Azərbaycanın ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarına Azərbaycan Respublikası tərəfindən general-qubernator təyin edilmişdir. Müttəfiq komandanlığı aprel ayının 3-də rəsmi şəkildə bu adamı tanımışdır. Bu səbəbə görə Ermənistan hökumətinin X.Sultanovun fəaliyyəti, yaxud Qarabağda Azərbaycan ordusunun olması barədə bütün etirazları Azərbaycan Respublikasının daxili işlərinə qarışması demək olduğu üçün müzakirə obyekti ola bilməz. Şuşa rayonunda qarmaqarışıqlığa gəldikdə isə general-qubernator tərəfindən qəbul edilən ciddi qərarlar nətijəsində qayda bərpa edilir və həyat normal məjraya daxil olur" (40, v.17).

İngilis curnalisti S.Liddel bu münasibətlə yazırdı ki, ermənilər mənə bildirmişlər ki, Şuşada və Qarabağda heç vaxt bu qədər qayda-qanun və sakitlik hökm sürməmişdi. Ermənilər şəhərin Azərbaycanlı hissəsinə sərbəst şəkildə gedib-gələ bilirlər. Ermənilər Azərbaycan hökumətində vəzifələr tuturlar (40, v.17).

Şuşada törədilmiş hadisə ilə bağlı Ermənistan hökumətinin X.Sultanova qarşı qaldırdığı təbliğat kompaniyasının əsassız olduğunu sübut etmək üçün onun fəaliyyətini yoxlayan parlament komissiyası yaradıldı və məlum oldu ki, X.Sultanov baş vermiş hadisədə günahkar deyildir, ermənilər onu ingilis komandanlığının gözündən salmaq üçün bu təxribatı törətmişlər.

Azərbaycan hökuməti bu fikirdə idi ki, ümumiyyətlə, erməni-Azərbaycanlı münaqişəsini təhqiq etmək üçün beynəlxalq istintaq komissiyası təsis edilməlidir. Bu məsələ Parisdə olan Azərbaycan nümayəndələri tərəfindən də qaldırılmışdır. Həmin məqsədlə Azərbaycan hökuməti Ermənistan hökumətinə müraciət etdi. Əvvəllər Beynəlxalq İstintaq Komissiyasının yaradılmasına ermənilər razılıq versələr də, sonralar müxtəlif bəhanələrlə bu işi pozdular. Lakin 1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nətijəsində respublikanın Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi. 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar" (111, s.23).

Ümumiyyətlə, Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun böyük xidmətləri olmuşdur.

Transqafqaza aid məsələlərdə Versaldakı erməni nümayəndələrinin təkəbbürlü mövqe tutmasına baxmayaraq Azərbaycan və Gürcüstan nümayəndələri onlarla münasibətləri kəsmək yolu ilə deyil, birlikdə hərəkət etmək, birgə müdafiə olunmaq yolunu münasib bilirdilər. Əslində hər üç Qafqaz respublikasının müstəqilliyinin tanınması, onların gələjək müstəqil dövlət kimi yaşaması bütövlükdə bu respublikaların əməkdaşlığından asılı idi. Lakin erməniləri Qafqaz əməkdaşlığına cəlb etmək olduqja çətin idi. Hələ iyun ayında Dağlılar Respublikasının süqutundan sonra Azərbaycan nümayəndələri belə bir təşəbbüs qaldırdılar ki, Qafqaza xüsusi komissiya göndərilməsi üçün konfransa ərizə ilə müraciət edilsin. Bu məsələləri müzakirə etmək üçün, Azərbaycan, Gürcüstan və Dağlılar Respublikasının nümayəndələrindən - Hajınski, Mehdiyev, Avalov, Qvarğaladze, Bammatov, Xazarkovdan ibarət müştərək komissiya yaradıldı. Müzakirəyə ermənilər də dəvət edilmişdilər, lakin onlar bu komissiyada iştirak etməkdən qəti surətdə imtina etdilər.

İyul ayının axırlarında Ə.M.Topçubaşov gürcü, erməni və dağlı nümayəndə heyətlərinin başçılarına məktub göndərərək Versal Sülh Konfransının tərkibində Qafqaz işləri üzrə xüsusi komissiyanın yaradılması üçün konfransa müraciət etməyin vaxtı çatdığını bildirdi. Çünki konfrans Pribaltika ilə bağlı belə bir komissiyanı artıq yaratmışdı. Ona görə də Topçubaşov bu məsələni müzakirə etmək üçün nümayəndə heyətlərinin başçılarını avqust ayının 4-də öz yanına dəvət etdi. Ermənistan Respublikası nümayəndə heyətinin başçısı A.Ağaronyandan başqa bütün sədrlər müzakirəyə gəldilər, o, isə öz yerinə doktor Ohanjanovu göndərdi. Ohanjanov müşavirəyə əslində müşahidəçi kimi gəlmişdi, çünki o, müzakirə edilən məsələyə öz nümayəndə heyətinin fikrini bildirmək vəkaləti almamışdı. Müşavirə nətijəsində həm gürcülər və həm də dağlılar Topçubaşovun təklifinə tərəfdar çıxdılar. Belə olduqda ermənilərə öz fikirlərini bildirmək üçün vaxt verildi. Avqustun 13-də Çxeidze, Topçubaşov və Çermoyev bu məsələyə ermənilərin münasibətini aydınlaşdırmaq üçün onların nümayəndələri olan Ağaronyan, Papajanov, Kaçaznunilə birlikdə müşavirə keçirdilər. Müşavirədə Qafqaz işləri üzrə xüsusi komissiya yaradılması barədə konfransa birgə müraciət etmək üçün erməni nümayəndələri öz mənafelərinə uyğun olan üç məsələnin aydınlaşdırılmasının zəruriliyini bildirdilər: "1. Birləşmiş Ermənistana Qafqaz və Türkiyə hissələrinin birləşdirilməsinə sizin münasibətiniz nejədir? 2. Etiraf edirsinizmi ki, bütün sərhəd və ərazi xarakterli məsələlər qəti surətdə yalnız burada, Parisdə sülh konfransında həll edilməlidir. 3. İngilis qoşunlarının Qafqazdan çıxarılması barədə konfransa təcili müraciət etməyi vacib sayırsınızmı?". Danışıqlar zamanı Kaçaznuni elan etdi ki, "bunlar bizim üçün çox vacib məsələlərdir və nə qədər ki, sizinlə razılığa gəlməmişik, komissiya barədə konfransa birgə müraciət qərarını qəbul etmək bizim üçün çox çətindir. Bir də dəqiq müəyyənləşdirmək lazımdır ki, bu komissiya nə iş görəjək, yəni hansı məsələləri müzakirə edəjək. Əgər biz bu məsələlər barəsində razılığa gəlməsək, nəinki sizinlə konfransa birgə müraciət imzalaya bilərik, əksinə, çalışajağıq ki, belə komissiya yaranmasın. "Erməni nümayəndə heyətinin digər üzvü Papajanov "Böyük Ermənistan" xülyasına uyaraq deyirdi: "Biz tək deyilik, bütün varlığımızla türkiyəli həmvətənlərimizlə bağlıyıq. Bizim üçün bilmək vacibdir ki, siz bizim birləşməyimizə nejə baxırsınız? Biz müstəqil Azərbaycanın və müstəqil Gürcüstanın mövcud olduğunu etiraf edirik. Siz nejə, etiraf edirsinizmi ki, vahid Ermənistan var: bizim üçün və Türkiyəli həmvətənlərimiz üçün mənəvi jəhətdən bu çox vacibdir" (44, v.26, 221). "Azərbaycan nümayəndə heyətinin üzvü M.Mehdiyev ermənilərin iddiaları ilə bağlı yazırdı: "Ermənistan rəhbərliyi erməni məsələsini Qafqazdan kənarda, qüdrətli və qalib ölkələrin köməyi ilə həll edəjəyinə ümid bəsləyir, arzu edir ki, Ermənistan ərazisini Gürcüstan və Azərbaycanın ərazisi hesabına xeyli genişləndirsin. Ermənistan ərazisini bir dənizdən o biri dənizə qədər genişləndirmək xəyalına düşən erməni siyasi xadimləri öz vətənlərinin taleyini Qafqaz respublikalarının taleyi ilə heç cür bağlamaq istəmirlər. Sadəjə olaraq erməni millətçiləri və dövlət başçıları mövcud Ermənistan ərazisini it ilində onlara məxsus olmuş tarixi ərazi səviyyəsinə çatdırmaq kimi gülünj və xam bir xəyala düşüblər.

Ermənilər tərəfindən irəli sürülmüş sualların yalnız üçüncüsü, yəni ingilis qoşunlarının Qafqazda qalması ilə Çxeidze və Topçubaşov razı olduqlarını bildirdilər, qalan məsələlərlə bağlı nümayəndə heyətlərinin üzvlərinə məsləhətləşmələr keçiriləjəyi qeyd edildi. Ermənilərin qaldırdığı məsələləri ətraflı müzakirə etmək üçün avqust ayının 14-də Ə.M.Topçubaşovun sədrliyi ilə Azərbaycan və Gürcüstan nümayəndələrinin birgə ijlası keçirildi. İjlasda Azərbaycan nümayəndə heyətinin bütün üzvləri gürcülərdən isə Çxeidze, Qobeçia, Avalov və Qvarçeladze iştirak edirdilər. Ə.M.Topçubaşov ermənilərin təkliflərini müzakirəyə verdikdən sonra birinci olaraq Çxeidze və Qvarçeladze çıxış etdilər. Onlar qeyd etdilər ki, Ermənistanın nümayəndələri Qafqaz Komissiyası məsələsində əməkdaşlıq etməkdən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Onlar Birləşmiş Ermənistan ideyasını uzun və geniş təbliğat vasitəsilə Avropa ijtimaiyyətinin beyninə yeridə biliblər. Qvarçeladze deyirdi: "Əlbəttə biz Gürcü nümayəndəliyi bir demokrat kimi heç vaxt razı ola bilmərik ki, ermənilərin tamamilə azlıqda olduğu altı vilayətdə onlar çoxluqda olan digər xalqın üzərində ağalıq etsinlər, bu baxımdan Türkiyə Ermənistan ilə birləşmiş halda, Ermənistanın müstəqilliyinin tanınması qeyri-mümkündür.

Ərazi məsələləri ilə bağlı mübahisələrin Paris Sülh Konfransı tərəfindən həll edilməsi haqqında ermənilərin ikinci təklifidə ijlasda ciddi müzakirəyə səbəb oldu. Bu məsələdə Azərbaycan nümayəndə heyətinin üzvü M.Məhərrəmovun təklifi ijlasın qərarı üçün əsas götürüldü. M.Məhərrəmov öz çıxışında göstərirdi ki, ərazi mübahisələrinin Paris Sülh Konfransı tərəfindən həll edilməsi bizim üçün sərfəli deyildir, konfrans iştirakçıları arasında ermənilərin təsiri güjlüdür. Bu məsələ ilə bağlı Azərbaycanla Gürcüstan arasında imzalanmış 16 iyul müqaviləsinin bir maddəsini əsas kimi götürməyi təklif edirdi. Həmin maddədə göstərilirdi ki, tərəflər öz aralarındakı ərazi mübahisələrini özləri həll edirlər, yalnız mübahisə yaranajağı təqdirdə bunu Arbitrac vasitəsi ilə edə bilərlər. Ermənilərin irəli sürdüyü üçüncü təklifə, ingilislərin Qafqazda qalmasına həm gürcülər, həm də Azərbaycanlılar tərəfdar idilər.

Ermənilərin irəli sürdüyü tələblər müzakirə edildiyi günün səhərisi, avqust ayının 15-də Azərbaycan nümayəndəliyinin binasında Ə.M.Topçubaşovun sədrliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar Respublikası nümayəndəliyinin qeyd edilən məsələlərlə əlaqədar birgə ijlası keçirildi. İjlasda qərara alındı ki, müttəfiq qoşunların Qafqazda qalması barədə konfransa müraciət edilsin. Bundan əlavə avqust ayının 23-də toplanmış Azərbaycan-gürcü nümayəndələrinin ijlasında da müraciətin mətni müzakirə edildi. Azərbaycan və gürcü nümayəndələri müttəfiq qoşunlarının Qafqazda qalmasını xarici təhlükə ilə əlaqələndirir, xüsusən Denikin təhlükəsini nəzərdə tutur, ermənilər isə bura daxili təhlükəni, Azərbaycanlılar və gürcülər tərəfindən Ermənistana ola biləjək yeni təhlükəni Sülh konfransının rəhbərlərinin nəzərinə çatdırmaq istəyirdilər. Nəhayət, gürcü nümayəndəsi, Avalov yeni bir layihə hazırlayıb, avqust ayının 23-də keçirilən ijlasın müzakirəsinə verdi ki, burada da nə xarici, nə də daxili təhlükəyə toxunmur, sadəjə olaraq Paris Sülh konfransının Qafqazın siyasi taleyini həll edinjəyə qədər müttəfiq ordularının orada qalmasının zəruriliyi göstərilirdi.

Müttəfiq ölkələrin Ali Şurasının sədri Corc Klemansonun adına hazırlanmış müraciət cüzi dəyişikliklərlə üç nümayəndəliyin sədrlərinin imzası ilə avqust ayının 28-də Sülh konfransına təqdim edildi. Burada göstərilirdi: "Biz aşağıda imza edən Ermənistan, Azərbaycan və Gürcüstan nümayəndəliyinin sədrləri Sülh konfransına məlumat verməyi özümüzə şərəf bilirik ki, Qafqazdan müttəfiq qoşunlarının çıxarılması arzuolunmaz nətijələr verə bilər. Buna görə də aşağıda imza edənlər Sülh konfransından xahiş etdi ki, yuxarıda adları çəkilən respublikaların müstəqilliyi tanınana qədər qoşunların çıxardılması dayandırılsın" (44, v.45). Mandatlıq məsələsi ilə bağlı qeyd etmək lazımdır ki, böyük dövlətlərdən Qafqaz Respublikaları üzərində Paris Sülh konfransının razılığı ilə iqtisadi jəhətdən əlverişli idi.

Ə.M.Topçubaşov Paris Sülh konfransındakı Böyük Britaniya nümayəndə heyətinin üzvü, xarici işlər naziri Balfura 1919-cu il 10 sentyabr tarixli notasında yazırdı ki, "Böyük Britaniyanın Şərqdə, xüsusilə Avropa ilə Asiya arasındakı mühüm yollar üzərində yerləşən Azərbaycanda maraqları daha çoxdur. Buna görə bizim hökumət Böyük Britaniya hökuməti ilə əlaqələri davam etdirməyi daha da vacib sayır. Bu əlaqələr İngilis komandanlığı tərəfindən Qarabağ məsələsinin həll edilməsində və Denikin Könüllü Ordusunun Gürcüstan və Azərbaycan üzərinə hücumunun dayandırılmasında özünü açıq şəkildə göstərmişdir" (39, v.52).

Fransa dövlətinin Azərbaycana marağı zəif idi. İtaliya dövlətində isə anjaq laqeyidlik hiss olunurdu. ABŞ-ın Qafqazda güjlü hərbi, siyasi, iqtisadi və strateci marağı olsa da, o Transqafqaz respublikalarını təsirli şəkildə müdafiə edə bilməzdi. Digər tərəfdən Avropa müttəfiqləri onun regionda güjlənməsindən ehtiyat edirdilər.

ADR hökumətinin 1919-cu ildə bir neçə dövlət quruluşu dəyişikliklərindən sonra aprel böhranı ərəfəsində vəziyyət daha da mürəkkəbləşdi və bir sıra yeni həlli çətin olan problemlər meydana çıxdı. Beləliklə, 21 yanvar 1920-ci ildə qurtarmış Paris konfransı və orada deyilən gözəl sözlərin Transqafqaz üçün o qədər də əhəmiyyəti olmadı.

Şamaxıda Denikin ordusunun mövcudluğu, onun Qırmızı ordu ilə toqquşması, ingilislərin isə Xəzər dənizində işğalçılıq hərəkətlərinin cürbəcür taktiki əməliyyatlar arxasına düşməsi idi.

Bu məsələlər və eyni zamanda Ermənistan qoşunlarının Zəngəzur, Naxçıvan, Dərələyəz, Vedibasar və başqa Azərbaycanlılar yaşayan regionlarda törətdikləri vəhşiliklər ADR hökumətini çətin vəziyyətə salmışdı. Bu zaman Azərbaycan nümayəndələri və Paris Sülh konfransı Ali Şurasının iştirakçıları 1920-ci ilin fevral-mart aylarında keçirilən London və aprel ayındakı San-Remo (İtaliya) konfranslarında yaxından iştirak etdilər (19, s.337). İtaliyanın baş naziri, hər üç konfransın iştirakçısı F.Nitti qeyd edirdi ki, Parisdə, Londonda, San-Remoda heyrətamiz nəzəriyyələr müzakirəyə qoyulmuşdu. Buna baxmayaraq, onların təklifləri heç yerdə əməli işə çevrilmədi. Üstəlik həmin konfranslarda erməni nümayəndələri Azərbaycanın, Türkiyənin və Gürcüstanın bir sıra regionlarının onlara verilməsini tələb etməklə, Türkiyə-Azərbaycan arasında bağlanajaq müqaviləyə də etiraz edirdilər.

Çox maraqlıdır ki, "Tayms" qəzetinin məlumatı Qarabağda qaldırılan erməni qiyamı ilə eyni günə düşür. Bu hadisələr ermənilərin iştirak etdiyi Paris konfransında istiqlaliyyəti tanınmış Azərbaycan respublikasına olan xəyanəti idi.

ADR-in İrandakı diplomatik nümayəndəsi A.Ziyadxanlı Respublika Xarici İşlər Nazirliyinə göndərdiyi məruzədə yazmışdı: "Mart ayının 20-dən başlayaraq mən erməni hərbi hissələrinin Naxçıvan və Ordubad rayonlarına mütəşəkkil hücumları barədə Naxçıvan və İrəvanın müxtəlif yerlərindən teleqramlar almışam. Onlarda göstərilir ki, İran erməniləri də hücumlarda iştirak edirlər" (19, s.344).

Top atəşləri xüsusi dağıntılara səbəb olur. Yerli əhali öz torpaqlarını qəhrəmanjasına müdafiə edirlər... Bu işlərdə İran ermənilərinin iştirak etməsi ilə bağlı... Mən İran hökuməti qarşısında məsələ qaldırmışam. Eyni zamanda ermənilərin bu rayonlarda hücumları haqqında mən Tehranda olan İngiltərə, Amerika, Fransa səfirlərinə məlumat vermişəm.

1920-ci il aprelin ortalarında San-Remo konfransında Böyük Britaniya XİN-nin nümayəndəsi Robert Van Sitartı, Transqafqaz respublikaların üçünün də nümayəndələri ilə danışıqdan sonra Ermənistanda 40 minlik ordu yaradılması məsələsini müzakirə etdi və Ermənistanın mandat alması üçün hökumətin təqdim etdiyi təklifi rədd etdi. Bu təklifdə Ov Kaçaznuninin 1923-cü ildə Buxarestdə çap edilmiş geniş həjmli "Daşnaksütyuna bir iş qalmadı" məruzəsində yazırdı: "Şimali Amerika Birləşmiş Ştatlarının senatı Ermənistan üzərində mandatı götürməkdən imtina etdi, o mandat ki, biz nə qədər ona böyük ümidlər bəsləyirdik".

Bu konfransda erməni nümayəndəsinin başçısı Poqos Nübaryan müzakirə olunan bir çox suallara javab olaraq: "müttəfiqləri əmin etdi ki, ermənilər Ərzurumu tutub orada möhkəmlənə bilərlər - Ermənistanın indi 15 minlik ordusu var və heç bir çətinlik olmadan onlar bu ordunun sayını 40 minə çatdıra bilərlər. Bundan əlavə ABŞ-da 10 minlik erməni legionunun köməyə gəlməyə hazır olduğunu bildirdi (19, s.351) (əgər göstərilən miqdarda ordu təşkili P.Nübaryana nəsib olmamışdırsa, 1989-cu ildə Levon-Ter-Petrosyana qismət olmuşdur - H.M.).

Hərbi ekspertlərin rəyi elan olunduqdan sonra İngiltərə Baş Naziri Lloyd Corj demişdir ki: "Böyük Ermənistan dövləti yaradılmasının məsuliyyətini mən öz üzərimə götürə bilmərəm. Parisdə bu məsələlər ilə məşğul olan Balfurla mən məsləhətləşdim, o tamamilə mənim fikrimlə razıdır. Şəxsən mən bu fikirdəyəm ki, böyük Ermənistanın yaradılması Hindistanda və bütün dünyada arzuolunmaz əhval-ruhiyyə doğura bilər. Onun bu fikri Türkiyə ərazisini ələ keçirmək arzusunda olan ermənilərin ümidlərini tamam qırdı. Sonralar daşnak liderlərindən biri OV. Kaçaznuni etiraf edirdi ki, məqsədsiz və şişirdilmiş tələblər təbii ki, ajı məyusluqla əvəz olmalıdır.

İtaliyada gedən konfransın axırınjı günü müttəfiqlər bildirdilər ki, Transqafqaz respublikalarına yalnız o vaxt yardım göstərilə bilər ki, onların arasında möhkəm sülh və həmrəylik olsun. San-Remo konfransında bu qərarın elan edilməsinin birinci qurbanı Azərbaycan oldu.

Azərbaycan nümayəndə heyəti hələ İtaliyadan Parisə qayıtmamış məlumat aldı ki, Sovet Rusiyasının Xİ ordusu aprel ayının 28-də Bakını işğal etmiş və Azərbaycan hökumətini devirmişdir.

Beləliklə, Azərbaycan Demokratik Cümhuriyyəti yarandığı gündən xarici ölkələrlə dostluq və əməkdaşlıq yaratmaq uğrunda çalışmışdır. Milli hökumət başa düşürdü ki, Azərbaycanı nə qədər xarici ölkə tanısa, onun iqtisadi, siyasi durumu ilə yaxından tanış olsa, bu, bir o qədər Gənc dövlət üçün əhəmiyyətli olardı. Azərbaycan milli hökuməti Qarabağda erməni separatçılığı baş verdikdə bu erməni odunu söndurmək üçün xarici ölkələrin səylərinin birləşdirilməsinə böyük diqqət vermişdir.

Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fədakar işi və xarici ölkələrdə, ən əvvəl Böyük Dövlətlərlə aparılan diplomatik danışıqlar onunla nətijələndi ki, Böyük Dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, AK(b)p MK-nın 10 iyul 1920-ci il tarixli ijlası Qarabağ məsələsini müzakirə etdi və buradakı əhalinin arzusunu, Azərbaycan və Bakı iqtisadi rayonu ilə əlaqəsini nəzərə alaraq onun Azərbaycan SSR tərkibində qalmasını daha məqsədəuyğun saydı. Bu məsələ ilə əlaqədar olaraq 1 dekabr 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulması münasibəti ilə Bakı Sovetinin təntənəli ijlasında N.Nərimanov Azrevkomun Bəyanatını elan etdi. Burada deyilirdi ki, bundan sonra heç bir ərazi iddiaları iki qonşu xalqın - ermənilərlə müsəlmanların arasında qanlı qırğınlara səbəb ola bilməz və Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə hüququ verilmişdir. (103 s.6)

Dağlıq Qarabağ ətrafında baş verən bu mübahisələr AK(b)p MK-nın və RK(b)p-nin Qafqaz Bürosunda ijlaslarda dəfələrlə müzakirə edilmiş və hər dəfə də regionun əhalisinin arzu və istəkləri nəzərə alınmışdır. Belə ki, bütün bu ijlaslarda Dağlıq Qarabağdan olan nümayəndələr onun Azərbaycan SSR tərkibində qalmasını məqsədəuyğun saymışdır.

27 iyul 1921-ci ildə yenə AzK(b)p MK bürosu Azərbaycan və Ermənistan sərhədləri haqqında məsələ müzakirə etmiş və bu-rada da Dağlıq Qarabağın iqtisadi jəhətjə Azərbaycandan ayrı yaşaya bilməyəjəyini qeyd etmişdir. Daha sonra bu məsələ 4 və 5 iyun 1921-ci ildə RK(b)p MK-nın Qafqaz Bürosunda yenidən müzakirə edilmişdir. Burada S.M.Kirov, F.İ.Maxaradze, A.F.Myas-nikov, A.İ.Nazaretyans, N.Nərimanov, İ.D.Orexanişvili, Q.K.Orjenikidze, C.P.Fiqanter, həmçinin RK(b)p MK-nın üzvü, milli işlər komissarı İ.V.Stalin və Azərbaycan SSR Xarici İşlər Komissarı M.D.Hüseynov iştirak etmişlər. İjlas problemi dərindən öyrənərək bu qərara gəlmişdir ki, DQMV Azərbaycan SSR tərkibində qalmaqla ona geniş özünü idarə hüquqları verilsin. (103 s.6).

 



 

 

NƏTİCƏ

 

Müasir dövr milli və sosial ziddiyyətlər baxımından kəskin dövrdür. Azərbaycan xalqı öz tarixində belə ziddiyyətli dövrlərlə çox üzləşmişdir. Xalqımız və vətənimiz ən böyük zərbəni qonşularımızdan almışdır. Əsrlər boyu çörəyimizi yeyən, suyumuzu içən, torpağımızda yer verdiyimiz nankor ermənilər bizə həmişə xəyanət etmişlər. Erməni millətçiləri lap qədim zamanlardan başlayaraq bu günə kimi "Böyük Ermənistan" yaratmaq ideyasını həyata keçirmək üçün qonşu dövlətlərə xüsusilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər. Erməni millətçilərinin əsas məqsədi Azərbaycanın əzəli və doğma torpağı olan Yuxarı Qarabağı (Dağlıq Qarabağı - M.H.) ələ keçirmək olmuşdur. Belə ki, Dağlıq Qarabağ "Böyük Ermənistan" yaratmaq yolunda erməni planlarının tərkib hissəsi və mühüm vasitəsi kimi əsas hədəf seçilmişdi.

"Dənizdən-dənizə" fikri erməni daşnaklarının uydurduqları ən böyük jəfəngiyyatdır. Göyçə, Zəngəzur və xalqımızın qeyri ərazilərinə yiyələnən ermənilər bununla kifayətlənməyib əzəli və tarixi torpağımız olan Dağlıq Qarabağa da yiyələnmək üçün təjavüzkar planlar hazırladılar.

Daima yalan və xülya ilə öz tarixlərini qədimləşdirməyə, ərazilərini isə başqa xalqların yaşadıqları, varisləri olan torpaqları hesabına genişləndirməyə çalışan erməni şovinistləri başqa xalqların, o cümlədən Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, tarixi ərazilərinə yiyələnmək üçün hər cür alçaq vasitələrə əl atmışlar.

Bütün tarix boyu bütövlükdə Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycanlıların yaşadığı ərazi olub və Azərbaycan dövlətinin tərkibində olubdur.

Xanlıqlar dövründə də Yuxarı Qarabağ Qarabağ xanlığının tərkibində idi.

XIX əsrin əvvəllərində Azərbaycanın şimal qonşusu olan Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün bu əraziyə qarşı geniş işğalçılıq fəaliyyətinə başladı. Rusiya Qarabağı işğal etdi və onu Rusiya imperiyasının tərkibinə qatdı. Rusiya 1804-1813, 1826-1828-ci illərdə Rusiya-İran müharibəsi və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra İranda və Türkiyədə yaşayan erməniləri kütləvi surətdə Qafqaza, o cümlədən də Azərbaycana köçürərək onları burada yerləşdirməklə gələjəkdə ermənilərə xəbis niyyətlərini həyata keçirmək üçün real zəmin yaratmışdır. Bu bir həqiqətdir ki, Azərbaycana, xüsusilə Yuxarı Qarabağa gəldikdən sonra Azərbaycan xalqının tarixində ziddiyyətli və faciəli bir dövr başlandı. Ermənilərin bundan sonrakı hərəkətləri onların sırf millətçi bir siyasət yeritdiyini sübut edir. Onlar özgə torpaqlarına yiyələnmək üçün yollar aradılar. Belə ki, erməni millətçiləri öz məqsədlərini həyata keçirmək üçün bir sıra təşkilatlar yaratdılar. Məsələn, "Armenakon", "Qınçaq", "Daşnaksutyun" və s. partiyalar Zaqafqaziyada, xüsusilə Azərbaycanda öz fəaliyyətlərini daha da genişləndirdilər. "Daşnaksutyun" partiyası "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün hələ əsrimizin əvvəllərində müxtəlif tədbirlərə əl atırdı. Belə tədbirlərdən biri 1905-1907-ci illərdə (Birinci Rusiya burcua-demokratik inqilabı dövründə) Rusiyanın ermənilərə rəğbətindən istifadə edib özlərinin çirkin niyyətlərini həyata keçirmək idi. Nətijədə 1905-1906-jı illərdə ermənilər kütləvi surətdə Azərbaycanlı qırğınları törətdilər.

1917-ci ildə Rusiyada Fevral burcua-demokratik inqilabı baş verdi. Bu inqilab nətijəsində Rusiyanın keçmiş müstəmləkələrində, o cümlədən Azərbaycanda da milli azadlıq hərəkatı başlandı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Lakin Rusiya imperiyasından miras qalmış inzibati ərazi bölgüsü ilə əhalinin milli tərkibi arasında uyğunsuzluq Azərbaycan və Ermənistan respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində kəskin ziddiyyətlərin meydana çıxmasına səbəb oldu və bu ziddiyyətlər sonradan iki qonşu respublika arasında kəskin münaqişəyə gətirib çıxartdı.

Qarabağ mövzusuna müraciət edən erməni müəlliflərinin əksəriyyəti Qarabağın tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini və onun etnik tərkibini son dərəjə saxtalaşdırılmış şəkildə təqdim etmişlər. Tarixi mənbələrsə Dağlıq Qarabağın (Yuxarı Qarabağ - M.H.) ən qədim zamanlardan Azərbaycan ərazisi olduğunu bir mənalı olaraq təsdiq etmişdir və edir.

Belə ki, Dağlıq Qarabağ (Yuxarı Qarabağ - M.H.) tarixi etnoqrafiq əyalət kimi Albaniya dövlətinin tərkibində olmuş, sonra bütün Azərbaycanla birlikdə nəhəng Ərəb imperiyasının tərkibinə daxil edilmişdir. Ərəb imperiyası dağılandan sonra Yuxarı Qarabağ Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olmuşdur.

Yenijə yaranmış Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinj yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi təklif etdi. Lakin Ermənistan hökumətinin təqsiri üzündən bu konfrans baş tutmadı. Azərbaycan hökuməti bundan sonra da Ermənistanla münaqişəni nizama salmaq üçün dəfələrlə sülh təklifləri irəli sürmüşdü. Lakin Ermənistan tərəfinin qərəzli siyasəti ujbatından bu təkliflər həyata keçmədi. Ona görə ki, Ermənistan hökuməti Azərbaycan torpaqları hesabına öz ərazilərini daha da genişləndirmək istəyirdi. Millətçi erməni generalı Andronikin qədim Azərbaycan torpaqları olan Zəngəzurda və Yuxarı Qarabağda işğalçılıq hərəkətlərini genişləndirməsi yenijə yaranmış olan müstəqil Azərbaycan və Ermənistan Respublikaları arasında münasibətləri kəskinləşdirdi. Azərbaycan hökuməti o vaxt dəfələrlə Ermənistan hökumətinə bu işğalçılıq hərəkətlərindən əl çəkməsi üçün müraciət etdi. Lakin Ermənistan hökuməti Azərbaycan hökumətinin dəfələrlə müraciətinə etinasız yanaşaraq Zəngəzurda, Yuxarı Qarabağda Azərbaycanlılara qarşı kütləvi qırğınlar təşkil etdi. Nətijədə 60 min Azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü.

Ermənistanla münasibətləri nizama sala bilməyən Azərbaycan hökuməti məjburiyyət qarşısında qalaraq əzəli Azərbaycan torpaqları olan Zəngəzurda və Yuxarı Qarabağda erməni təjavüzkarlığını dəf etmək üçün qəti tədbirlərə əl atdı. Erməni hökuməti Azərbaycanın ərazisi olan Zəngəzuru, Göyçəni işğal edərək Dağlıq Qarabağda da separatçılıq yaradır, oranı da Ermənistana birləşdirmək üçün iki xalq arasında qanlı toqquşmalar salır, hər cür hiyləyə əl atırdılar. Buna görə də bu tədbirlər içərisində ən mühümü mərkəzi Şuşa şəhəri olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması oldu. Həmin qubernatorluğun rəhbəri Xosrov bəy Sultanov Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəjə mühüm rol oynamışdır. Təsadüfi deyil ki, onun bu vəzifəyə təyin olunması erməniləri çox narahat etmişdi. Ermənistan hökuməti Xosrov bəy Sultanovu bu vəzifədən uzaqlaşdırmaq üçün özlərinin havadarları olan "Böyük Dövlətlər"ə dəfələrlə müraciət etmişdilər. Lakin Azərbaycan hökumətinin qətiyyətli mövqeyi ermənilərin bu niyyətinin həyata keçirilməsinə imkan verməmişdi.

Ermənistan Azərbaycanla açıq döyüşlərdə məğlub olandan sonra diplomatik fəaliyyətə daha böyük ümid bəsləyirdi. Ermənistan hökuməti Böyük Dövlətləri öz tərəfinə çəkmək üçün dünyanın müxtəlif dövlətlərinə öz nümayəndə heyətlərini göndərdi. Onlar İ-ci Dünya Müharibəsinin nətijələrini müzakirə edən Paris Sülh konfransında öz məqsədlərinə çatmaq istəyirdilər. Lakin onlar öz məqsədlərinə çata bilmədilər. Belə ki, Azərbaycan hökuməti parlamentin sədri Ə.M.Topçubaşovun rəhbərliyi altında Parisə nümayəndə heyəti göndərdi. Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti yeni yaranmış Azərbaycan respublikasının müstəqilliyinin Böyük Dövlətlər tərəfindən tanınması üçün çox gərgin iş aparmışdı. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti 1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilsonla görüşmüşdü. Azərbaycan nümayəndə heyəti Azərbaycanda baş verən ijtimai-siyasi hadisələr barəsində ABŞ prezidentinə məlumat vermişdir. Vilson Azərbaycan nümayəndə heyətinə javab vermişdi ki, Azərbaycan məsələsinə Millətlər Cəmiyyətinin səlahiyyəti daxilində baxılajaqdır.

Paris Sülh konfransında erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq ideyası puça çıxdı. Bunun əsas səbəblərindən biri Azərbaycan nümayəndə heyətinin böyük və əhatəli diplomatik fəaliyyəti idi. Azərbaycan nümayəndə heyəti dünya ölkələrinə sübut edə bildilər ki, ermənilər təjavüz yolu ilə Azərbaycan torpaqlarına yiyələnmək istəyirlər.

Bu işdə o vaxt Qarabağın general qubernatoru Azərbaycan xalqının qəhrəman oğlu Xosrov bəy Sultanovun Zəngəzurda və Yuxarı Qarabağda göstərdiyi yüksək təşkilatçılıq fəaliyyətinin də əhəmiyyəti qeyd edilməlidir. Məhz onun sayəsində Yuxarı Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul etmişdilər.

Tarixə baxsaq görərik ki, son dövrdə baş verən Dağlıq Qarabağ hadisələri sanki 1918-1920-ci illərdə baş verən hadisələrin təkrarıdır. Bu onu göstərir ki, qarı düşmən olan ermənilər həmişə torpaqlarımızdan gözlərini çəkməyiblər. İmkan tapan kimi baş qaldırırlar.

Bu gün Azərbaycan xalqı 1918-1920-ci illərdəki səhvləri təkrar etməmək üçün bütün dünya ijtimaiyyəti qarşısında özünü "yazıq", "fağır" və "genosidə məruz qalmış" xalq kimi göstərən erməni millətçilərinə qarşı özünün bütün qüvvələrini birləşdirməlidir. Ona görə də biz daima ayıq olmalıyıq. Tariximizin hər səhifəsini öyrənməliyik.

1918-1920-ci illərdə Dağlıq Qarabağdakı erməni separatizminin mahiyyətini, siyasi köklərini öyrənmək olduqja vacib məsələdir.

Lakin erməni millətçiləri SSRİ-nin dağılmasından istifadə edərək Rusiyanın ənənəvi imperiya iddialarına arxalanaraq yenidən Azərbaycana qarşı ərazi iddialarını irəli sürdülər. Ermənilər Azərbaycanda hakimiyyət uğrunda gedən çəkişmələrdən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal edə bildilər. Azərbaycan dövləti qonşu Ermənistanla mübahisəli məsələləri dinj yolla həll etmək üçün dəfələrlə jəhd göstərmişdir. Lakin Erməni tərəfi öz köhnə və ənənəvi havadarlarına arxalanaraq Azərbaycan tərəfinin təkliflərini rədd etmişdir. Təsadüfi deyildi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni - 822, 853, 874, 884 - yerinə yetirməkdən boyun qaçırdı. Bütün bunlar 1918-1920-ci illərdə olan hadisələrin təkrarıdır. O zaman Azərbaycan dövləti özünün silahlı qüvvələrinin gücü ilə ermənilərin təjavüzkarlığının qarşısını ala bilmişdi. Lakin məğlub olan ermənilər dəfələrlə "yazıq","acizanə" şəkildə Böyük Dövlətlərə müraciət etmişdilər ki, Azərbaycan tərəfi müharibəni dayandırsın.

Paris Sülh Konfransından 68 il keçəndən sonra, 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı olan ərazi iddiası davam edir. Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi nətijəsində bir milyondan artıq soydaşımız öz doğma ata-baba yurdundan faciəli şəkildə qovuldular. Münaqişə nətijəsində XX əsrdə analoqu olmayan Xojalı faciəsi baş verdi. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gejə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-jı motoatıjı hərbi alayının iştirakı ilə Xojalı şəhəri yerlə-yeksan edildi. Həmin gejə qojalar, qadınlar, uşaqlar erməni silahlı dəstələri tərəfindən vəhşijəsinə qətlə yetirildi.

Xojalı faciəsinə qədər Dağlıq Qarabağın Azərbaycanlılar yaşayan şəhərləri, kəndləri, qəsəbələri yerlə-yeksan edildi.

1992-ci ildən ATƏM (indiki ATƏT) bu məsələni həll etmək üçün gərgin fəaliyyət göstərir. Lakin Ermənistan tərəfi əvvəlki dövrlərdə olduğu kimi indi də məsələni öz xeyrinə həll etmək üçün müxtəlif bəhanələr gətirir. Belə ki, son dövrlərdə Azərbaycan və Ermənistan Prezidentləri dəfələrlə görüşüb bu məsələni müzakirə etsələr də hələlik heç bir real nətijə əldə olunmayıb.

Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon büsbütün Ermənistanın işğalçı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın Azərbaycana qarşı təjavüzü davam edir.

Ermənistanın işğalçı ordusu tərəfindən Azərbaycanın işğal olunmuş rayonlarının tarixi, maddi mədəniyyət abidələri, muzeyləri, qəbristanlıqları, fauna və florası tamamilə dağıdılmışdır.

2006-jı ilin iyun ayndan başlayaraq Dağlıq Qarabağ və ona bitişik rayonlar Ermənistanın işğalçı ordusu tərəfindən yandırılır. Alov bütün Qarabağın sərhəd rayonlarını əhatə etmişdir. Bütün bunlar hamısı ATƏT-in həmsədrlərinin gözü qarşısında baş verir.

Öyrənilən dövrün araşdırılması göstərir ki, milli hökumətin 1918-1920-ci illərdə həm ölkənin daxilində və həm də xarijdə apardığı qətiyyətli siyasətin nətijəsində o vaxt Yuxarı Qarabağda erməni terrorizminin qarşısı alınmışdır. Ona görə də ADR hökumətinin sərhədlərimizi, əzəli torpaqlarımızı qorumaq üçün apardığı siyasət və təjrübənin öyrənilməsi bugünkü həyatımız üçün daha əhəmiyyətlidir.

 



 

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

Azərbaycan dilində

 

  1. Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təjavüzkarlıq siyasəti tarixindən. Bakı, Elm, 1995, 168 s.

  2. Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təjavüzkarlıq siyasəti (XIX əsrin axırı - XX əsr). Bakı,      Elm, 1998, 322 s.

  3. Azərbaycan arxivi, 1988, 1-2.

  4. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, Elm, 1990, 384 s.

  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament I. Bakı, Azərbaycan nəşriyyatı, 1998, 976 s.

  6. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament II. Bakı, Azərbaycan nəşriyyatı, 1998, 992 s.

  7. Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan və rus dillərində).Bakı, Azərbaycan nəşriyyatı, 1998, 336 s.

  8. Azərbaycan Demokratik Respublikası. Bakı, Elm,1990.

  9. Azərbaycan qəz... (Azərbaycan dilində), 1918,1919,1920.

  10. Altstadt O. Dağlıq Qarabağ Azərbaycan SSR-də "nifaq mərkəzidir". Odlar yurdu qəz-, Bakı, 1990.

  11. Çəmənzəminli Y.V.Müstəqilliyimizi istəyiriksə...Bakı, Gənclik, 1994, 72 s.

  12. Dağlıq Qarabvağ. "Zəka qalib gələjək". Sənədlər və materiallar. Bakı, Azərnəşr, 1989, 464 s.

  13. Eloğlu S. Zəngəzur hadisələri. Bakı, Azərnəşr, 1992, 58 s.

  14. Göyüşov R. Qarabağın keçmişinə səyahət. Bakı, 1993, 83 s.

  15. Ermənistan Azərbaycanlılarının tarixi joğrafiyası. Bakı, Gənclik, 1995, 464 s.

  16. Hajıbəyli C. İlk müsəlman respublikası - Azərbaycan. Bakı, 1999.

  17. Həsənov C. Qarabağ: Kürəkçay müqaviləsindən bolşevik oyunlarına doğru. Bakı, 1991.

  18. Həsənov C. "Ağ ləkə"lərin qara kölgəsi. Bakı, Gənclik, 1991, 200 s.

  19. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). Bakı, Azərnəşr, 1993, 362 s.

  20. Hüseyn Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992, 280 s.

  21. Xəlilov X. Qarabağın elat dünyası. Bakı, Azərnəşr, 1992, 119 s.

  22. İsgəndərov A. 1918-ci il mart qırğınının tarixşünaslığı. Bakı, Mütərcim, 1997, 184 s.

  23. Köçərli T. Tarixi saxtalaşdıranlar əleyhinə. Bakı, Azərnəşr, 1972.

  24. Köçərli T. Qarabağ: yalan və həqiqət. Bakı, İrşad, 1998, 243 s.

  25. Köçərli T. Yaddan çıxmaz Qarabağ. Nəqşi Cahan Naxçıvan. Bakı, Cpr,1998

  26. Kəngərli Q. Erməni lobbisi... Azərbaycan faciəsi. Bakı,Yazıçı,1992, 280 s.

  27. Qeybullayev Q. Qarabağ. Etnik və siyasi tarixinə dair. Bakı, Elm, 1990, 248 s.

  28. Qeybullayev Q. Qədim türklər və Ermənistan. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı. 1992, 140 s.

  29. Quliyev V. Azərbaycanda erməni zülmü. Bakı, 1999, 228 s.

  30. Quliyev V. Ağaoğlular. Bakı, 1997.

  31. Qaribi. Qızıl kitab. Tiflis, 1921.

  32. Məmmədova F. Azərbaycanın siyasi-tarixi və tarixi joğrafiyası. Bakı, Azərnəşr, 1993, 262 s.

  33. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, Azərnəşr, 1922.

  34. Məmmədzadə M. Ermənilər və İran. Bakı, Azərnəşr, 1993, 42 s.

  35. MDA.F. 894, siy. 7, iş 8

  36. MDA.F. 894, siy. 10, iş 37

  37. MDA.F. 894, siy 10, iş 52

  38. MDA.F. 894, siy. 10, iş 58

  39. MDA.F. 894, siy. 10, iş 94

  40. MDA.F. 894, siy. 10, iş 103

  41. MDA.F. 894, siy. 10, iş 147

  42. MDA.F. 894, siy. 10, iş 170

  43. MDA.F. 970, siy. 1, iş 83

  44. MDA.F. 970, siy. 1, iş 142

  45. MDA.F. 970, siy. 1, iş 143

  46. MDA.F. 970, siy. 1, iş 146

  47. MDA.F. 970, siy. 1, iş 152

  48. MDA.F. 970, siy. 1, iş 161

  49. MDA.F. 970, siy. 1, iş 163

  50. MDA.F. 970, siy. 1, iş 200

  51. MDA.F. 1054, siy. 1, iş 4-a

  52. MDA.F. 1061,siy.1, iş 24

  53. MDA.F. 1061,siy.1, iş 28

  54. MDA.F. 1061,siy.1, iş 95

  55. Mirzə Camal Qarabaği. Qarabağ tarixi. Bakı, 1959.

  56. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921) Bakı, Universitetin nəşriyyatı, 328 s.

  57. Musayev İ. Azərbaycan - Türkiyə ilişkiləri (1917-1922). Bakı, Universitetin nəşriyyatı, 1998, 153 s.

  58. Nəjəfov B. Azərbaycan Demokratik Respublikası. Bakı, Bilik,1992, 83 s.

  59. Nəvvab M. 1905-1906-jı illərdə erməni müsəlman davası. Bakı, Azərnəşr, 1993, 128 s.

  60. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı,Elm,1990,112s.

  61. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, Ay-ulduz, 1996, 304 s.

  62. Nəsibzadə N. Bölünmüş Azərbaycan, bütöv Azərbaycan. Bakı, Ay-ulduz, 1997, 245 s.

  63. Ordubadi M. Qanlı illər. Bakı, 1991, 144 s.

  64. Paşayev A. Köçürülmə. Bakı, Azərnəşr, 1995, 40 s.

  65. Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı, Gənclik, 1990.

  66. Rəsulzadə M. Əsrimizin Səyavuşu. Bakı, Gənclik, 1991, 112 s.

  67. Rusiyanın Van və Ərzurumdakı Baş Konsulu Mayevskinin gündəliyi. Bakı, Şərq-Qərb, 1994, 39 s.

  68. Sultanov Z. Qarabağ gündəliyi. Bakı, Yazıçı, 1991,119 s.

  69. Suleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı, Hərbi nəşriyyat, 1998, 488 s.

  70. Suleymanov M. Qafqaz islam ordusu və Azərbaycan. Bakı, Hərbi nəşriyyat, 1999, 440 s.

  71. Siyasi tarix. İ hissə, Bakı, 1991.

  72. SPİHMDA.F. 276, siy. 2, iş 4

  73. SPİHMDA.F. 276, siy. 9, iş 4

  74. SPİHMDA.F. 277, siy. 2, iş 40

  75. SPİHMDA.F. 277, siy. 2, iş 43

  76. Topçubaşov Ə. Azərbaycanın təşəkkülü. Azərbaycan EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq işx-, Bakı,     1990.

  77. Yaqublu N. Xojalı qırğını. Bakı, Azərbaycan nəşriyyatı,1992, 128 s.

  78. Ziyadxanlı A. Azərbaycan. Bakı, Azərbaycan nəşriyyatı, 1993, 176 s.

  79. Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1992, 144 s.

 

Rus dilində

  1. ., . . 1918-1920. , , 1994, 96 .

  2. .. : . . . , , 1989, 103 .

  3. .. (1919-1920.). , 1991.

  4. (1918-1920). . , , 1998, 440 .

  5. (1918-1920). . , , 1998, 424 .

  6. (1918-1920). . , , 1998, 634 .

  7. . 1918-1920 . , , 1998, 616 .

  8. ... ( ә), 1918, 1919, 1920.

  9. . . , 1921.

  10. . . , 1923.

  11. . . , 1999, 280.

  12. . . : . , 2001.

  13. - I XVIII . II . , 1967.

  14. .. 1917-1920 . , , 1990, 95 .

  15. .. 1917-1918 . , , 1998, 28 .

  16. .. . ̅, 1928.

  17. ( ), 1992, 1993.

  18. . . , 1989.

  19. . - . ., 28 1993.

  20. .. (1918-1920). , 1998.

  21. .. . . , , 1990, 224 .

  22. .. . , 1970, 706 .

  23. .. ; , . , 7, 8 , 1992.

  24. .. . , , 1997, 163.

  25. - .. 1918-1919 . : - , 1926.

  26. - .. . , 1990, 31 .

  27. .. . , , 1991, 204 .

  28. . , , 1919, 514 .

  29. - . 1915 . , , 1990, 124 .

  30. . . , , 1990, 92 .

  31. . . , , 1990, 272 .

  32. - (1918-1925). . , ,1989,334 .

  33. . - . (. .894, . 10, 103).

  34. . , 1914. , 1924.

  35. ., . ( ). , , 1996, 159 .

  36. . 1918 . - . VI. ., 1938.

  37. ., . . , 1988.

  38. .. . XIX XX . .I. , , 1993, 392 .

  39. .. . XIX XX . .I I. , -, 1994, 336 .

  40. . , 1988.

  41. , 1823 . , 1866.

  42. .. . , , 1992, 280 .

  43. . , 1971, 373 .

  44. . . , , 1994, 440 .

  45. . . , , 1989, 91 .

  46. . . , 1989.

  47. .. XIX-XX . , 1987, 316 .

  48. . 1905-1920. ., 1990.

  49. .. (1918-1919). , , 1994, 159 .

  50. .. . . , 1957, 332 .

  51. .. 1918 . . , 1923.

  52. , ( ). 1990.

  53. .. : . , , 1990, 159 .

 

İngilis dilində

 

  1. Alstadt Andrey. The Azerbaicani Turks: Power and İdentity under Russian Rule. Stanford, 1992.

  2. Armenia on the Road of İndependenje. 1918. Berkeley, University of California Press, 1969.

  3. Atamian S. The Armenian Community. New York, 1955.

  4.  Azerbaican: The Seventh Year of Conflijt in Nagorno Karabakh. New York, 1997.

  5. Golths Thomas. Azerbaicanian Diary. New York, Sharpe, 1998.

  6. Crossant M. The Armenian-Azerbaicanian Conflijt: Causes and İmplijations. Praegent, 1998.

  7. Gaffarov T.B. The Armenian Terroizm against the turks. Baku, 2001. 120 p.

  8. Hovannisian R. Republij of Armenia, London, 1971.

  9. The Karabakh File: Documents and Fajts on the Question of Mountainous Karabakh, 1918 - 1988. Edited by G. Libardian. Cambridge, Zoryan İnstitute, 1989.

  10. Kazimzadeh F. The Struggle for Transjaujasus (1917 - 1921). New York, 1951.

  11. Rieff David. Case Study in Ethnij Strife. Foreign Affairs, 1997, no. 2.

  12. Sarayan Mark. The Karabakh Syndrome and Azerbaicanian politijs. Problems of the Communism. 1990, no. 5.

  13. Suny R. The Baku Commune, 1917 - 1918. Class and Nationality in the Russian Revolution. Prinjeton, 1972.

  14. Swietijhovski Tadeusz, Brian Collins. Historijal Dijtionary of Azerbaican. London, 1999.

  15. Swietijhovski T. Russia and Azerbaican: Borderland in Transition, New York, 1955.

 

Türk dilində

 

148. Atatürk ilkileri ve inkilap tarihi - 1. Anadolu Universitesi, 1994, 171 s.

149. Cezmi Yurdsever. Zeytunluqun 311 mirası... Ankara, 1999, 50 s.

150. Erdal Liter. Ermeni kilsesi ve terror. Ankara, 1999, 170 s.

151. Kemal Taran. Ermeni iddiaları tutarsızdır. İstanbul, 1984.

152. Kafkas araştırmaları İİ. İstanbul, 1996, 170 s.

153. Kafkas araştırmaları İİİ. İstanbul, 1997, 220 s.

154. Kırzıoqlu F. Kars ili çerçivesinde ermeni mezalimi (1918-1920). Ankara, 1999, 136 s.

155. Meçbure Eroqlu. Ermeni meselesi. Ankara, 1999.

156. Nizamettin Onk. Azerbayjan Karabax tarihi. İstanbul, 1997, 137 s.

157. Necdet Bilgi. Ermeni tehciri ve boqazlayan kaymakamı Mehmed Kemal beyin yargılanması. Ankara, 1999, 234 s.

158. Nülgün Erdaş. Milli müjadele doneminde Kafkas Cümhuriyyətleri ile ilişkilər (1917-1921). Ankara, 1994.

159. Şükrü Qaya Seferoqlu. Milli müjadele yıllarında kürt "türk" ermeni ilişkileri. İstanbul , 1990.

160. Taşkıran C.Keçmişden günümüze Karabax meselesi.Ankara, 1995, 26 s.

161. Yusif Ziya Bildirici. Adanada ermenilerin yapdıqı katliamlar ve fransız-ermeni ilişkileri. Ankara, 1999, 238 s.

 

 



 

 

 

 

 

 

Çapa imzalanıb 20.11.2006  

Formatı 60x84/16. ç.v. 9,5

Tirajı  1000.

Ofset çap üsulu. Sifariş 8.

Nağıl Evi

mətbəəsində çap olunmuşdur.

Tel: 498-56-38

 

 

 

 

 

 

 

 

 

 

 

HƏVVA MƏMMƏDOVA

 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ

YUXARI QARABAĞDA SİYASİ VƏZİYYƏT:

ERMƏNİ TERRORİZMİNİN GÜCLƏNMƏSİ

(1918-1920)