BAHADIR VӘ SONA
FACİӘ, BEŞ MӘCLİSDӘ
ӘHLİ-MӘCLİS
B a h a d
ı r-- cavan oğlan, student
libasında.
Y u s i f--
Avropa libasında, 50 yaşında.
M a ş
o-- onun arvadı, 40 yaşında.
S o n
a-- cavan qız, Yusifin
qızı.
D a n i e
l-- Yusifin nökәri, 17 yaşında.
S o l t a
n, A l e k s e y-- Bahadırın
yoldaşları, student libasında.
Z i n o l i
n-- Bahadırın nökәri, tatar paltarında.
B e
ş d ә l i
(paltarları -- beşinci mәclisә bax.)
N ә z a r ә t ç i-- dәlixananın böyüyü,
ağ xalatlı, başında ağ yaylıq.
BİRİNCİ
MӘCLİS
Vaqe olur Mәngilisdә Yusifin evindә. Sәhnәnin bir tәrәfindә yaxşı bәzәnmiş zal, iki qapılı,
qapının biri bağçaya açılır. Pillәkәn bağçaya tәrәf, bağçada stol vә stullar.
ӘVVӘLİNCİ GӘLİŞ
Zalda
Maşo vә
Sona.
M a ş
o. Bir az tez ol, indi gәlәrlәr, saat 12-dir.
S o n a
(güzgü qabağında başını düzәldir). Bu saat,
anacığım! Bu saat!
M a ş
o. Bu qulluqçuya deyәrsәn
xörәyi dә tez hazır etsin.
S o n a.
Yaxşı, anacığım, yaxşı! (Bu vaxt zәng vurulur.) Gәldilәr!
M a ş
o. Gәldilәr! (Maşo vә Sona tez yan otaqdan
çıxırlar.)
İKİNCİ
GӘLİŞ
Yusif vә Bahadır.
Y u s i f.
Buyurunuz, әylәşiniz! Siz bizim evә xoş gәlibsiniz!
B a h a d
ı r. Tәşәkkür edirәm!
Y u s i f.
Tәәccüb
deyilmi? Sizinlә
görüşmәmişdәn
bir neçә
gün müqәddәm mağazaya qeyri studentlәr dә mal almağa gәlirdilәr. Nә üçün sizә etdiyim tәklifi onlara etmәdim, bilmirәm. Sizi görәndә isә deyәsәn biri dedi sizdәn soruşum.
B a h a d
ı r. Bәli,
çox tәәçcüblüdür! Mәn dә tamam bir hәftәdir mahud almaq istәyirdim, fәqәt bu gün-sabaha qoyurdum. Nә üçün mәn dünәn mahud almağa getdim, bilmirәm.
ÜÇÜNCÜ
GӘLİŞ
Sona,
Bahadır, Maşo, Yusif.
Y u s i f
(ayağa durub Maşonun qabağına gedir). Bu mәnim yoldaşım. (Sonaya tәrәf.) Bu da mәnim qızım. (Bahadırı
göstәrib.)
Bu da haman studentdir ki, dünәn sizә nәql etdim. Yәni Sonanın müәllimi.
B a h a d
ı r (durub hamısına әl verir). Artıq dәrәcәdә şadlıqla bu vәzifәni qәbul edirәm. (Sonaya diqqәtlә baxıb kәnara.) Әcәba! Bu, meşәdә gördüyüm qız deyilmi?
M a ş
o. Tәşәkkür edirik.
S o n a. Tәşәkkür edirәm. (Diqqәtlә Bahadıra baxıb.) Әcәba! Bu, meşәdә gördüyüm student deyilmi?
Y u s i f.
İndi siz söhbәtә mәşğul olun. Mәn bu saat gәlirәm.
(Bağçaya
gedib stol hazır etdirir vә Daniel stolu hazırlayır.)
M a ş
o. Hәqiqәt, sizinlә dost olmağımıza nәhayәtdә şadıq!
S o n a. Bәli, anamın sözlәrinә mәn dә şәrikәm!
B a h a d
ı r. Doğrusu, bu saatı ömrümdә gözәl saatlardan biri hesab edirәm.
M a ş
o (gülә-gülә). Mәngilis xoşunuza gәlirmi?
B a h a d
ı r. Bәli,
gözәldir. Şam
ağacından meşә daha gözәl görsәnir.
Y u si f.
Buyurun, bağçaya gedәk. (Hamı durur, pillkәnlә bağçaya enir. Stol
başında Yusif, bir başında Maşo, bir tәrәfdә Bahadır, onunla üzbәüz Sona.) Naharımızı
burada edәk.
Bilirsiniz, yaylağın bir yaxşılığı da budur
ki, şәhәrdәki kimi dürlü-dürlü
qanunları gözlәmirsәn. Mәsәlәn, burada bir kölgәlikdә oturub xörәk yemәk olar....
(Bahadıra.) Hәrgah istidirsә, tucurkanızı çıxarın.
B a h a d
ı r. Xeyr, xeyr!
Y u s i f.
Buyurunuz, yemәklә mәşğul olunuz. (Hamı yeyir.)
B a h a d
ı r. Bağışlayınız, Sona xanım, sizdәn bir şey soruşum?
S on a
(gülümsünüb). Buyurunuz!
B a h a d
ı r. Nә
üçün siz farsca oxumaq fikrinә düşübsünüz?
Y u s i f
(gülümsünüb). Qızım! Olarmı bu suala mәn cavab verәm?
S o n a
(gülümsünüb). Bilirәm nә deyәcәksәn, de.
Y u s i f
(yeyә-yeyә). Doğrusu, hәr adamın bir
naxoşluğu olar. Biri görürsünüz papiros çәkir, biri içki sevir.
S o n a.
Atacığım! Bunlara insan adәt edir, nәinki sevir.
Y u s i f .
Yaxşı, qızım, mәn sәhv etdim, adәt edir. Mәsәlәn, biri tansı sevir, o birisi musiqini. (Sonaya.)
Belәmi,
qızım?
S o n a
(gülümsünüb). Bu yarar, mәtlәbi belә başlasan, axırda düz gәlәr.
Y u s i f
(Bahadıra göz vurur). Yaxşı, qızım! Sәn deyәn olsun. Biri musiqi sevir, biri tans, Sona da,
mәsәlәn, dil bilmәk sevir, yәni dillәrә aşiqdir. (Sonaya.) İndi
yaxşı dedimmi, qızım?
H a m
ı (gülürlәr). Ah! Ah!
M a ş
o. Hәqiqәt, Sonanın uşaqlıqdan
dillәrә mәhәbbәti var. Tiflisdә, bizim qonşuluqda müsәlman çox olurdu. Yeddi
yaşında türk dilini tәmiz bilirdi. Bir çәtin söz eşidәndә bir neçә dәfә onu tәkrar edәrdi ki, o sözü unutmasın. İndi
dә yadımdan
çıxmaz, bir gün unutmasın deyә sәhәrdәn-axşamadәk deyirdi: "Tap tapmaca, gül yapmaca,
mәmәli xatın, dişlәri yox".
H a m
ı (gülürlәr). Ah! Ah!
B a h a d
ı r (Sonaya). Xanım әfәndi! Bu
tapmacanı unutmuyubsuz ki?
S o n a
(gülümsünüb). Xeyr! Bundan savayı çox
tapmacalar bilirdim. Çoxunu, әlbәttә unutmuşam; fәqәt bunu çox sevdiyimdәn unutmamışam. Hәqiqәt, çox gözәl şeydir: tap tapmaca, gül
yapmaca, mәmәli xatın, dişlәri yox!
H a m
ı (gülürlәr). Ah! Ah!
Y u s i f
(Bahadıra). Bundan çox şeylәr eşidәcәksiniz. Türkcә yaxşı şerlәr bilir.... O necәdir, qızım? (Sonaya tәrәf.) Yarәb....
S o n a,
(gülümsünüb).
"Yarәb, hәmişә lütfünü et rәhnüma mәnә.
Göstәrmә ol tәriqi ki, getmәz sәnә, mәnә".
B a h a d
ı r. Yaşayınız, afәrin, xanım әfәndi! Nә tәmiz, nә gözәl lәhcә ilә bu şeri buyurdunuz....
Y u s i f.
Afәrin,
qızım!
S o n a
(baş әyir). Tәşәkkür edirәm. Bu mәnim sevgili duamdır. Tәklikdә qәm mәnә üz verәrsә bunu oxuyuram. Ürәyim sakit olur. Bilirsinizmi, mәn ixlasla inananlardanam. Әvvәl sәbәbә belә şerlәri sevirәm, hәr dildә olmuş olsa da.
B a h a d
ı r. Necә
inananlardansınız? Düşünmürәm xanım әfәndi?
S o n a. Mәncә, inam mәsәlәsindә adamlar beş qism olur.
Y u s i f.
Siz söhbәt
edin. (Çıxır.)
M a ş
o. Mәn dә bu saat gәlirәm. (Çıxır.)
S o n a. Bәli, mәncә, inam mәsәlәsindә insanlar beş qism olur.
B a h a d
ı r. Buyurun.
S o n a.
Bir qism avam kor-korana, hәr nә deyәrsәn, inanar, yәni qulluq etdiyi mәbudu öz әqli ilә tanımayıb qeyrilәrin sözlәrilә tanıyır. Bu qism adamları
haraya aparsanız gedәrlәr, nәyә müqәddәs deyәrsәn inanarlar, heç bir şeyә gәrәk olmayan şeylәrә sәcdә edәrlәr, quru daşları öpәr ki, --bununla belә uşaq kimi ürәklәri saf, dәyanәtli, nәhayәt dәrәcәdә sadiq vә mehriban olub, dürüst olanı
tanımaz. Yәni,
onun varlığını bütün vücudla hiss etmәz.
İkinci
qism adamlar öz әmәllәrindә bir şeyә inanmayıb, fәqәt әvvәlinci qism adamlara hәmişә yol göstәrәn olarlar. Ürәklәri saf avamlara hәmişә deyәrlәr: inan, özlәri inanmazlar, filan şeyә sәcdә et, özlәri etmәzlәr. Zahirdә hәr bir әmәli yerinә yetirәrlәr, fәqәt batindә nәinki bәrәksinә hәrәkәt edәrlәr, hәtta biçarә avamlara gülәrlәr.... Bu
qism adamlar hәmişә allahdan, onun ehkamından dәm vurarlar, fәqәt özlәri öz dediklәrinә inanmazlar.... Çünki hәqiqi mәhәbbәti-rәbbaini bunlarda olmaz vә ola da bilmәz. Çünki hәqiqi mәhәbbәt hәr bir şeydәn tәmiz, müqәddәs bir hissdir. Bunlar isә hәmin mәhәbbәti hәr saatda, hәr dәqiqәdә bazarda alma satan kimi satarlar,
çünki bunu özlәrinә sәnәt ediblәr. Miz qayıran usta mizә gündә bir rәng verib satan kimi, bu qism adamlar
allahın ehkamını da dürlü-dürlü mәna verib, avama satarlar. Allahın
varlığını bunlardan soranda yüz min dәlillәr ilә tәsdiq edirlәr. Fәqәt gizlindә vicdanlarını daima satarlar....
Üçüncü
qism adamlar avara bir qismdir. Bunlar nә avamdırlar, nә dә alim. Bunlar bünövrәsiz yalançı pәhlәvanlara bәnzәrlәr. Onun-bunun ağzından
yarımçıq mәlumatları alıb, öyrәnib, din mәsәlәsinә hәmişә girişәrlәr. Özlәrini ariflәr cәrgәsindә tutub zahirdә bir şeyә inanmazlar, batindә isә hәr bir müşkül işlәrindә tez allahı kömәyә çağırarlar. Fәqәt allah nә olduğunu da düşünmәzlәr. Dördüncü qism: müәyyәn bir әqidә sahiblәridirlәr. Bunlar tam ömürlәrini elm yolunda sәrf edib, elmdәn başqa bir şeyә pәnah aparmazlar vә inanmazlar.... Qeyrilәri ancaq dәhşәtli bir vaqiәdә allahı kömәyә çağırırlarsa, bunlar belә bir halәtdә dә elmdәn başqa heç kimә sәcdә etmәzlәr. O ki, qaldı beşinci qism
(gülümsünüb), bu qism adamlar mәnim kimi olar. (Başını
aşağı salıb.) Bu qism adamlar bir allahdan başqa
heç bir şeyә inanmazlar. Fәqәt allaha
olan mәhәbbәt qorxu sәbәbinә olmayıb, yәni demәk istәyirәm hәm dәhşәtli bir vaqiәdә vә hәm dә böyük bir sәadәtdә bulunduğum halda mәn allahımı unutmuram, onu
var qüvvәtimlә sevirәm, onu hәr zamanda, hәr mәkanda görürәm, hiss edirәm, düşünürәm. Gecә ulduzlu, gündüz tәmiz, buludsuz göyә baxıram da allahımı
düşünürәm. Bu gözәl gülün әtri, nazik zәrif yarpaqları, o bülbülün nәğmәsi, bu qırmızı
gözәl
almalar, almalarda olan toxumlar, toxumlardan әmәlә gәlәn budaqlı, gölgәli ağaclar, bu
ağacları becәrәn
insanlar, insanlara tabe olan dәhşәtli
heyvanlar ... bunların hamısında, bütün hәyatımızda hәr saat, hәr dәqiqәdә allahı görürәm, hiss edirәm, düşünürәm.... Ah, inanmaq nә böyük sәadәtdir! Yarәb, hәmişә lütfünü et, rәhnüma mәnә. Göstәrmә ol tәriqi ki, getmәz sәnә, mәnә! Bu sözlәri hәmişә tәkrar edәndә sanki bir böyük dağ
üstümdәn
götürülür. Bu mәnim sevgili duamdır, bunu zikr etdikcә, guya ürәyim tәmizlәnir, ümidim artır. İstiqbalım
böyük bir sәadәtdә görünür.... Ah, nә gözәl bir alәmdir! Tam hәyat mәhәbbәtdәn ibarәt bir şey görünür.
İnanınız. İnanmaq böyük sәadәtdir.
Y u s i f
(pillәkәndәn düşә-düşә). Bunlar şirin söhbәtdәdirlәr. (Sonaya.) Qızım! Bahadır bәy bu üç ay leksiyalardan
xilas olub rahat olmaq istәyir, sәn
başlayıbsan leksiya oxumağa. Ah, ah! (Bağçada gәzinir.)
B a h a d
ı r. Xeyr, xeyr, çox yaxşıdır!
S on a
(Bahadıra). Әfv
edin, sizә
başağrısı oldu, deyilmi?
B a h a d
ı r (gülümsünüb). Yox, xanım әfәndi, sözlәrinizә artıq dәrәcәdә qulaq asıram. Sizin sözlәriniz mәni bir qeyri alәmә dәvәt edir. Doğrusu, mәn özümü
dördüncü qismdәn hesab edirdim. Yәni elmdәn
başqa heç bir şeyә inanmazdım. Fәqәt indi (fikirli) siz mәni bir qeyri alәmә dәvәt edirsiniz.... Hәqiqәt, görünür mәn dә böyük bir sәadәtdә olacağam. İnanacağam,
allahımı sevәcәyәm, hiss edәcәyәm, düşünәcәyәm.... (Bir az fikirdәn sonra.) Mәn sizi dünәn meşәdә gördüm, siz arxanız üstә uzanıb kitab oxuyurdunuz
... vә hәrdәnbir әtrafınıza
baxırdınız....
S o n a. Mәn dә sizi gәrәk ki, gördüm, siz mәni görüb nә fikir etdiniz?
B a h a d
ı r. Sizinlә
tanış olmağı mәn dәrhal fikrimdәn keçirtdim....
S o n a
(yerә
baxıb). Mәn
dә.... (Tez
yerindәn durub
Yusifә tәrәf gedir, qucaqlayır.) Atacığım,
bilirsәnmi bir qәribә iş olubdur! Dünәn biz bir-birimizi meşәdә görmüşük. Hәr ikimizin xәyalından bir-birimizlә tanış olmaq
keçibdir. İndi
bu işә heyran qalmalı deyilmi?
Y u s i f
(gülümsünüb). Bundan mәlum olur ki, siz ikiniz dә saf ürәkli cavansınız. Siz tәmiz ürәklә bir-birinizi görmәk istәyibsiniz. Allah da sizi
görüşdürübdü....
Mәn yәqin etmişәm, daha doğrusu,
inanmışam; tәmiz ürәklә nә istәsәn allah axırda onu verәr. İndi mәn çox şadam ki,
Bahadır bәy
sәnә dәrs verәcәkdir. (Sonanın başını seyqәl edir. Bahadıra.)Bahadır
bәy! Әsil mәqsud budur ki, Sona türk, fars dillәrini doğrudur, sevir: fәqәt sevmәkdәn savayı bu dillәri bilmәk Sona üçün
xeyirsiz dә
deyil. Sona bir çox ermәni qәzetәlәrindә yazır, ermәni әdәbiyyatında mәşhur olubdur. İndi
İrana dair bir şey yazmaq fikrindәdir, ona görә farsca bilmәsi mәslәhәtdir. Mәn sizdәn tәvәqqe edirәm sabahdan köçüb bizә gәlәsiniz. Bu üç ay yayı bizimlә bir yerdә olasınız. Hәm sizin üçün vә hәm dә Sona üçün
yaxşıdır.
B a h a d
ı r. Artıq dәrәcәdә özümü xoşbәxt bilirәm.
Y u s i f.
İndi qızım, Bahadır bәyә otaq göstәr, sabahdan köçüb gәlәr. Allah xeyir versin. (Bahadır, Sona zala
gedirlәr, Yusif
bağçadan çıxır.)
PӘRDӘ
İKİNCİ
MӘCLİS
Bağçada.
B a h a d
ı r (tәk
oturub әlindә qәzet oxuyur. Bup az fikirdәn sonra.) Avqust ayı da gәlib çatdı.... Günlәrim, dәqiqәlәrim ciddi surәtdә yeriş edir.... Mümkün olsaydı, dәqiqәlәrimi gün, günlәrimi
ay edәrdim.
Sona kimi tәmiz,
pakizә bir
vücuddan ayrılmaq dәhşәtli
bir vaqiәyә hazırlaşmaq kimi nәzәrә gәlir....
ӘVVӘLİNCİ GӘLİŞ
Sona vә Bahadır.
S o n a (әlindә kitab, gülә-gülә gәlir). Siz dünәn millәt sözünü bәyan edib dediniz, "millәt bir dindә bulunan camaat". Fәqәt bu gün oxuyarkәn "qövm"
sözü rast gәldi vә
haman mәnada
işlәnir,
deyilmi?
B a h a d
ı r (yerindәn
durur, gülümsünüb, fikirli). Doğrudur, gah vaxt bir mәnada işlәnir. Fәqәt yaxşı olar ki, işlәnmәsin. Mәsәlәn: xristian millәti dedikdә bir çox qövmün bir dinә qulluq etmәyini göstәrir: ruslar, fransızlar,
almanlar, xristian millәtidirlәr,
türklәr, әrәblәr, farslar bir dinә qulluq etmәklәrinә sәbәb islam millәti adlanırlar.Fәqәt bunların hәr birisinin özlәrinә mәxsus adәtlәri, dillәri vardır. Demәk ki, bir çox qövmlәrin birlәşmәyinә din sәbәb olarsa da, hәr bir qövmә mәxsus dil vә adәt onları bir-birindәn ayırır. Din qövmlәri bir nöqtәdә birlәşdirәrisә qövmiyyәt bunları yüz nöqtәdә bir-birindәn ayırar. Din bir çox qövmә ümumi bir tәrәqqi yolu göstәrәr isә hәr qövmә mәxsus tәrbiyә, adәt, dil haman qövmün qeyri bir yol ilә tәrәqqiyә yeriş etmәyinә sәbәb olar. (Fikir). Xristian dinindә olan qövmlәr ciddi bir sürәtlә yol tutub gedirlәr. Bir qövm elmdә artıq dәrәcәdә tәrәqqi edirsә dә o birisi onun dalınca çaparaq
gedir. Fәqәt.... Ah!.... (Başını tutur.)
S o n a
(Bahadıra diqqәtlә
baxır). Bahadır bәy! Nә
üçün ah çәkdiniz? A! Nә üçün әhvalınız dәyişdi.
B a h a d
ı r. Heç, xanım әfәndi!
S o n a.
Xeyp, sizin ahınızdan mәn özgә bir şey anladım. Tәvәqqe edirәm mәndәn heç bir şeyi gizlәtmәyәsiniz.
B a h a d
ı r. Hәqiqәt, xanım әfәndi, sizә dair bir söz demәdim!
S o n a.
Bahadır bәy!
Hәrgah indi
çәkdiyiniz
ahın mәnasını
söylәmәsәniz, ürәyimdә bu bir böyük dәrd olar. Bilirsiniz,
qızın ürәyi oğlanınkı kimi
deyil.
B a h a d
ı r. Xanım әfәndi! Mәn xristian dinindә olan qövmlәri nәzәrimdәn keçirdikdә dedim: bu qövmlәr tәrәqqi yolunda çaparaq bir-birini qovurlar.
Bu vaxt istәdim
islam dinindә
olan qövmlәrdәn dә sizә misal gәtirәm. Fәqәt onlar pәrişan bir halda nәzәrimә gәldi....
Budur, xanım әfәndi, mәnim ahımın sәbәbi!
S o n a (әtrafa baxıb bir az fikirdәn sonra Bahadırın әlindәn tutub). Fikrinizi aşkar etmәk üçün tәşәkkürlәr edirәm. Ümidvaram ki, bundan sonra
bu barәdә fikirlәrinizi mәndәn gizlәtmәyәsiniz....
B a h a d
ı r. Xeyp, xanım әfәndi! Gizlәtmәrәm ,fәqәt söylәmәyә dә sözüm yoxdur. Nә söylәyim dә? İslam dinindә olan qövmlәrin hankı birini meydana gәtirib dә dedim: budur, tәrәqqi yoluna üz qoyub gedirlәr.... Nә isә, islam millәti ümumәn bir bәlaya mübtәladır.
S o n a. Hәqiqәt, çәtin mәsәlәdir. Müsәlman millәtinin vә ya müsәlman dövlәtlәrinin hәr yerdә tәnәzzüldә yaşamaqlarına sәbәb nә ola, әcәba?! Mәsәlәn, mәn bir neçә filosof inşalarında oxumuşam,
guya islam özü elmin intişar tapmağına manedir. Ruhanilәr bu yolda böyük rollar
oynayırlar, deyilmi?
B a h a d
ı r (gülümsünub). Bәli, xanım әfәndi! Zahirdә hәqiqәt belә görünür. Fәqәt bu mәsәlәyә bir az ehtiyatlı girişmәk lazım gәlir. Hamı millәtlәrdә ruhanilәr bir neçә sәbәblәrә görә dünya elmlәrinә düşmәn olublar, yәni tәrәqqi yolunu mümkün olan qәdәr camaatın üzünә bağlı qoyublar. Lakin bu
mәsәlәdә xristian alәmi ilә müsәlman alәmindә bir tәfavüt görünür. Xristian alәmindә ruhanilәr elmlәrә düşmәn olublarsa da padşahlar vә dövlәtlәr ruhanilәrlә müdam müharibәdә bulunublar. Ruhanilәr әski qanunlara yapışarkәn camaatı qaranlıqda
saxlamaq istәyib.... Padşahlar, daha doğrusu,dövlәtlәr isә zәmanәnin tәqazasına görә tәzә qanunlar meydana gәtirmәklә millәtin tәrәqqisinә çalışmağa labüd
olublar. Xristian alәmi müdam belә bir müharibәdә olarkәn özünü ruhanilәrin zәncirlәrindәn yavaş-yavaş xilas edibdir: müsәlman alәminә diqqәt edәrsinizsә, bu müharibәni görmәzsiniz. Padşah hәm xәlifә olubdur, hәm dә dövlәtin yol göstәrәni. Padşah, ya xәlifә, ya zәmanәnin әn böyük ruhanisi tәrәqqi yolunu yer üzünә qәsdәn vә ya sәhvәn bağlayıbdır.... Daha
açıq söylәyim: insanın mәişәtinә, dünyasına dair mәxsusi qanunlar ibadәtә dair qanunlarla bir gücdә saxlanıbdır. Xristian alәmi haman müharibәnin zoruna bu qanunları bilmәrrә ayırıbdır. Yәni xristian ağlı
müdam tәrәqqi yolunda işlәrkәn müsәlman ağlı әski qanunlarla kifayәt edib paslanm?sd?r.... Demәk ki, islam
barәsindә bәdgüman olanlar "lujiq"
alәmindә öz sәhvlәrini düşünmәyirlәr.
İslam hәqiqәt, tәrәqqiyә, yәni
elmә düşmәn olsa idi, әrәblәr
islamı qәbul edәndәn sonra bir zaman tәrәqqi
yolunda olmazdılar. Әcәba, nә üçün
әxlaqları büsbütün pozulmuş
әrәblәrә dini-islam gәldi?
Әlbәttә, әxlaqı pozğun qövmün
әxlaqını düzәltmәk üçün,
yәni ona tәrәqqi yolunu göstәrmәk
üçün. Açıq söylәyim: bir camaat, ya
qövm üçün müәyyәn bir din
ortalığa gәlirsә, haman camaat, ya qövm
sәbәb olar, deyilmi?
S o n a. Bәli.
B a h a d ı r. Belә olan surәtdә demәk
olurmu: filan din, filan camaatın, ya qövmün tәmizliyi
üçün gәlibdir?
Buna bәrәks gәrәk deyilә:
hәr din camaatın tәrәqqisi üçün
gәlir, din gәtirәn camaatın xeyrini
nәzәrdә tutur. Dini qәbul edib onun intişarına
çalışanlar nazik bir nöqtәni anlamaq istәmirlәr.... Xristian dinini intişar
edәnlәr bir Lüterin çıxmağına
sәbәb olan kimi islam alәmi dә öz Lüterini
gözlәyir. Bu "Lüter" gәlib dә
deyәcәk: insan daima tәrәqqi yolunda
yaşayarkәn, onun mәişәti vә ağlı
müәyyәn, hәmişәlik bir qanuna kifayәt
edә bilmәz. Haman bu mәtlәbi islamı
gәtirәn aşkardeyibdir: hәr bir işi ağla
hәvalә et, ağıl nә buyurarsa, ona әmәl
et. Fәqәt bu iki mәnsәb --padşahlıq-xәlifәlik,
bir vücuddan olmaq, yәni fikir olunan müharibәnin
olmamağı bu gözәl vә tamam düyünlәri
açan sözlәrin gizlin qalmasına sәbәb
olubdur.
S o n a. Bәli ...
düşünürәm....
Günah din gәtirәndә deyil, bәlkә dini
intişar edәnlәrdәdir.
İKİNCİ GӘLİŞ
Sona, Bahadır, Daniel.
D a n i e l. Bahadır bәy!
Yoldaşınız Aleksey sizi görmәk istәyir.
B a h a d ı r (ayağa durur). De gәlsin.
S o n a. Yavaş, qoy mәn gedim sonra.
B a h a d ı r. Nә üçün,
xanım әfәndi! Siz tanışsınız ki.
S o n a. Yox, yenә necә olsa yaxşı
deyil, bәlkә gizli sözü var.
B a h a d ı r. Yaxşı, xanım
әfәndi!
S on a (Danielә). De gәlsin. (Özü
çıxır).
D a n i e l. Baş üstә. (Gedir).
ÜÇÜNCÜ GӘLİŞ
Bahadır, Aleksey.
A l e k s e y (Bahadıra әl verib). Nә
üçün bu neçә gündür
görünmürsәn?
B a h a d ı r (yer göstәrir). Aleksey! Bir
az kefsiz idim.
A l e k s e y. İndi, doğrusu, Mәngilisin
dә lәzzәti gedir. Yağış tez-tez
yağmağa görә heç yerә getmәk
olmayır. Dünәn sәhәrdәn axşamadәk
yağmura görә evdә oturmuşam. Yaxşı ki, sәndәn
qәzetәlәr aparmışdım. Hamısını
oxudum, vaxtımı keçirdim....
Amma "Tәrcüman"
qәzetәsindә bir mәqalәyә diqqәt
etdim.
B a h a d ı r. Nә xüsusda?
A l e k s e y. Dil xüsusunda yazılmış
mәqalә.
B a h a d ı r. Doğru deyirsәn, diqqәt
olunmalı mәqalәdir.
A l e k s e y. Nә әcәb, türklәr
bu vaxtadәk bu mәsәlәyә diqqәt
etmәyiblәr?
B a h a d ı r. Türklәr dә, biz
dә dil mәsәlәsindә hәlә bir
nöqtәyә gәlә bilmәmişik. Hankı dil
әdәbi dil olmağını bu vaxtadәk hәll edib
qurtarmamışıq. Bu barәdә iki bir-birinә
bәrәks tәsәvvür görünmәkdәdir.
Yazanlarımızın әksәriyyәti deyir:
әdәbi dil әrәb, fars sözlәrinin çox
olmasına bağlıdır. Bir çox azı da deyir:
әdәbi dil orta qism adamın dilidir.
A l e k s e y. Sәn nә fikirdәsәn?
B a h ad ı r. Mәn.... Mәn deyirәm: әdәbi
dil camaat dilidir. Yәni, camaat hankı dildә
danışırsa, o dildә dә yazmaq gәrәkdir.
Mәncә, әdib camaata tabedir, nәinki camaat
әdibә.
DÖRDÜNCÜ GӘLİŞ
Bahadır, Aleksey, Yusif.
Y u s i f (balkondan). Rüsxәtmi? Sizә mane
olmuram?
B a h a d ı r (yerindәn durur). Xeyr, xeyr!
Buyurunuz.
Y u s i f (Alekseyle görüşüb). İki
student ki, bir yerdә oldu, hәmişә mühüm
söhbәt olunar, deyilmi? Ah! Ah!
B a h a d ı r (gülә-gülә). Xeyr!
Çox vaxt boş danışıq da olur. Fәqәt
indiki söhbәtimiz doğrudan da mühüm
söhbәtdir.
Y u s i f. Mәn dedim! Ah, ah! Xeyr, mәn
sәhv etmirәm.
A l e k s e y. Bәli, yaxşı bilibsiniz!
(Gülür.)
Y u s i f. Bilirsinizmi, mәn özüm az
oxumuşam. Atamın tәk oğlu olduğuma görә
atam ölәndәn sonra oxumaq mümkün olmadı. Ancaq
gimnaziyanı qurtarmışam. Әlbәttә, indi
çox heyfsilәnirәm. Bununla belә, mәlumatım
artsın deyә, çox oxumuş
adamların söhbәtlәrini sevirәm.
B a h a d ı r. Maşo xanım vә Sona
xanım kimi elmli xanımlarla siz hәmişә
söhbәtdәsiniz. Bunun özü bir
xoşbәxtlikdir!
Y u s i f
(gülә-gülә). Bu neçә ilin
әrzindә onlardan öyrәndiyimi
öyrәnmişәm. İndi sizdәn dә
öyrәnmәk istәyirәm.
B a h a d ı r, A l e k s e y. (gülürlәr). Ah! Ah!
Y u s i f. Gülәrsiniz!
B a h a d ı r. İndi öyrәnmәk
istәyirsiniz, buyurunuz. Siz gәlmәmişdәn biz dil
xüsusunda söhbәt edirdik. Yәni, hankı dilә
әdәbi dil demәk olar, mәsәlәsini
müzakirә edirdik. Mәsәlәn, qeyri
millәtlәr dillәrini, yazılarını asan
etmәk istәrkәn,
müsәlmanlar dillәrini vә
yazılarını daha da çәtinә salırlar.
Y u s i f. A!.... Bu
artıq dәrәcәdә әhәmiyyәtli
mәsәlәdir. Axı deyirәm iki student bir yerdә
olanda әhәmiyyәtli söhbәt olunar. İndi siz
bir az sәbr ediniz. (Durub qulluqçunu sәslәyir.)
Daniel! Daniel! Bura çay gәtir. Xanımlara da de
gәlsinlәr. (Gәlib oturur). İndi mәn sizә
qәribә әhvalat nәql edәcәyәm. Biz
Tiflisdә olarkәn bizimlә qonşu bir müsәlman
mağazası var idi. Bunun sahibi hәmişә
müsәlman qәzetәsi
alıb oxuyandan sonra oxuduğunu
mәnә nәql edirdi: "Qonşu, filai
şәhәrdә filankәsi öldürüblәr,
filankәsin evini yarıblar, nә bilim, filan yerdә filan
adam işlәyәrkәn quyuya düşub
boğulubdur". Hәmişә dә belә
xәbәrlәr deyәrdi. Bir gün yenә belә
bir xәbәr nәql edәndәn sonra mәn dedim:
qonşu! Bәyәm sizin qәzetәlәrdә ancaq
adam öldürmәkdәn, ya oğurluqdan yazırlar?
Qonşum tәәccüb ilә mәnә baxıb
dedi: "Qeyri şey yazırlarsa da, mәn
bilmәyirәm. Ancaq bu әhvalatları oxuyuram".
Mәn dedim: xeyr, ola bilmәz ki, qәzetәlәrdә
ancaq belә xәbәrlәr olsun.
Bizimqәzetәlәrdә siyasi, milli, elmi
mәsәlәlәrә dair hәmişә
yazırlar. Mәnim sözlәrimin cavabında dedi:
"Bizim qәzetәlәrdә dә yazırlar.
Fәqәt mәn oxusam da düşünmürәm. Ona
binaәn ancaq "Xәbәrlәri" oxuyuram". Ah!
Ah! (Gülürlәr.)
B a h a d ı r. Dürüst deyir!
BEŞİNCİ GӘLİŞ
Әylәşәnlәr, Maşo, Sona.
Y u s i f. Budur, xanımlar da gәldilәr.
M a ş o (Aleksey ilә әl verib). Xoş
gәlibsiniz.
S o n a (Alekseyә). Çoxdandır
görünmürsünüz.
A l e k s e y. Bәli, hava müqәssirdir.
ALTINCI GӘLİŞ
Daniel çay gәtirib stol düzәldir.
Stәkan vә samovar qoyulmuşdur.
S on a (çay qoyur). Atam çox
gülürdü, sәsini eşidirdim. Görәsәn
sizә nә nәql edirmiş?
Y u s i f. Mәn gәlib söhbәt
üstә çıxdım vә bildim dә
nәyә dair söhbәt edirlәr. Hәrgah sәn
dә bildin?
M a ş o (gülümsәyib Bahadıra
baxır). Bilirsiniz, Yusif hәmişә deyir: iki bir
sәnәtdә adam bir yerdә rast gәlsә öz
sәnәtlәrinә dair söhbәt edirlәr.
Mәsәlәn, deyir: iki müәllim bir-biri ilә ya
dәrsdәn söhbәt edirlәr, ya kitablardan; iki
ovçu ovdan söhbәt edirlәr, sövdәgarlar
alış-verişdәn, iki arvad rast gәldilәrsә,
modadan, paltardan danışırlar.
H a m ı (gülürlәr). Ah! Ah!
A l e k s e y. Çox vaxt doğrudan da belә
olur.
S o n a. Mәn, hәzәrat, bu
sözlәrә şәrik deyilәm. Arvadlar
barәsindә deyilәn sözlәr sәhvdir.
Arvadların modadan başqa әcәba, söhbәtlәri
yoxmu?
Y u s i f (gülә-gülә).
Qızım, hirslәnmә, mәn hamı arvadları
demirәm. Әksәr övqat söhbәt modadan
olmağını söylәyirәm.
S o n a. Xeyr, atacığım, mәn
hirslәnmirәm. Fәqәt bir-iki arvadın modadan
söhbәt etmәyini hamı arvadlara isnad vermәk
sәhvdir, zәnn edirәm. Bir neçә kişinin
әksәr övqat qumardan dәm vurmaqları ümumi
kişilәrә lәkә salırmı? Yox,
әlbәttә.
B a h a d ı r. Afәrin, xanım
әfәndi! Afәrin!
Y u s i f (gülә-gülә).
Yaxşı-yaxşı, arvadlar nәinki modadan, hәtta
buna oxşayan şeylәr barәsindә dә
söhbәt etmirlәr....Ah! Ah.
H a m ı (gülürlәr). Ah! Ah!
A l e k s e y (durub getmәk istәyir). Sağ
olun!
Y u s i f. Oturun! Daha çay için.
A l e k s e y. Tәşәkkür edirәm,
vaxt daralıbdır. Gәrәkdir indi gedәm bir
neçә kağızlarım var, yazmaq lazımdır.
Sabah poçt gedir. Bilirsinizmi, getmәk vaxtıdır.
Gәrәkdir hazırlaşmaq.
Y u s i f. Haraya?
A l e k s e y. Peterburqa, әlbәttә.
Y u s i f. Doğru buyurursunuz. Avqust ayıdır.
M a ş o. Bәli. (Gülә-gülә.)
Studentlәrin bayramı da qurtarır.
A l e k s e y (gülә-gülә). Bәli,
bu üç ay yorunuqdan sonra yenә işlәmәk!
(Hamıya әl verib çıxır.)
M a ş o (Sonaya). Qızım, Danielә de
buraları yığışdırsın, mәn dә
gedirәm. (Yusif vә Maşo çıxırlar.)
S o n a. Yaxşı, anacığım.
(Gedirlәr).
B a h a d ı r (Sonanın dalınca baxır).
Bәli, avqust ayı! Hәmişә avqust ayında
günlәrimi sanardım. Üç ay yorunuqdan sonra ciddi
surәtdә elmlәrә yapışmaq fikrindә
olurdum. (Fikirdә). İndi nә oldu mәnә? Mәn
Mәngilisdәn ayrılmaq istәmirәm, mәn
tәlәsmirәm.... Hәtta getmәk fikrindә olanda
urәyim sıxılır, döyünür.... (Başını tutub.) Ah, Sona!
Sona!
S o n a (yavaş-yavaş gәlir
Bahadırın yanında oturub әtrafına baxır).
Nә gözәl vaxt vә nә gözәl
mәnzәrә, deyilmi?
B a h a d ı r (әtrafına baxıb).
Bәli, nәhayәtdә gözәl! (Sonra Sonaya
diqqәtlә baxıb.).
"Morğe-sәyyadi-toәm oftadeәm
bәr dame-to,
Ya bekoş, ya dane deh, ya әz qәfәs
azad kon".
[ Tәrcümәsi: Sәnin
ovladığın quşam, toruna düşmüşәm,
Ya
öldür, ya dәn ver, ya qәfәsdәn xilas et.]
Son a (başını aşağı
salıb). Bahadır! Bülbülün gül
üçün oxuduğu yanıqlı
nәğmәlәri eşidirsinizmi? Odur, gülә
baxınız, qönçәsini açıb da guya deyir:
"Eşqin oduna yanma, bülbülüm".
B a h a d ı r (Sonaya diqqәtlә baxıb).
Ah, rәhmli gül!
S o n a (Bahadırın әlindәn tutub
yuxarı baxa-baxa). Bahadır, o nә sirrdir ki, insanlar
bir-birindәn tәfriqә düşüblәr?....
B a h a d ı r (bir az fikirdәn sonra). Xanım
әfәndi! Bir vaxt olar bu barәdә dә
söhbәt edәrik. (Sonanın әlindәn tutub
fikrә gedir.)
S o n a (Bahadırın üzünә
baxır). Söylәyin, bu saat fikrinizdәn nә
keçdi?
B a h a d ı r. Hazır başımdakı
fikirlәrdәn dәhşәtlisi, mәni әn
narahat edәn fikir sizinlә ayrılmaq
mәsәlәsidir. Bilmirәm buna mәn davam
gәtirә bilәcәyәmmi?
S o n a. Bәlkә davam gәtirә
bilmәdiniz, onda?
B a h a d ı r. Ah, xanım әfәndi!
İnsan gәlәcәyini bilsә idi ağlı
çaşardı. Fәqәt mәn hәlә
divanә olmaq istәmirәm.Mәn istәyirәm
yaşayam vә sevәm. Sizinlә ayrılığım
nә qәdәr dәhşәtli nәzәrә
gәlirsә, bir o qәdәr ümid yolu mәnim
üçün görünür. Ah, bu ümid yolu!
Ümidsiz yaşamaq qeyri-mümkündür.
S o n a. İndi siz beş gündәn sonra
getmәlisiniz, deyilmi?
B a h a d ı r. Bәli!
S o n a. Nә ümidlә gedirsiniz?
B a h a d ı p. Ümidim daha bir dә
sizinlә görüşmәk!
S o n a (yerә baxıb).
Görüşüb, daha bir dә ayrılmaq....
(İkisi dә xeyli vaxt bir-birinin
әllәrini tutub fikirdә qalarkәn.)
PӘRDӘ
ÜÇÜNCÜ MӘCLİS
Sonanın yatacaq otağı. Çarpayı,
balaca miz, stullar.
S o n a (pәncәrәnin qabağında
oturub kitab oxuyur, hәrdәnbir gözlәrini kitabdan
götürüb fikrә gedir). Bu kitabda yazır:
arvadların azad olmaqları özlәrinә
bağlıdır. Kişilәrә ümid
bağlayırlar isә öz mәqsәdlәrinә
çatmazlar. Mәn dә bu fikirdәyәm.
Görәsәn Bahadırın bu
mәsәlәdә fikri nәdir? Burada olsaydı,
soruşardım. Bu barәdә bir saat mübahisәmiz
olardı.... Mәn çox
vaxt ürәkdә onun sözlәrini qәbul edirdim.
Fәqәt mübahisәmiz uzansın deyibәn
qәsdәn dediyini qәbul etmәzdim....
Mәsәlәn, Bahadır burada olsaydı, mәn
deyәrdim: xeyr, kişilәr arvadları insan bilirlәr
isә özlәri gәrәkdir onlara azadlıq
verәlәr. (Gülә-gülә.) Mәnim
sözlәrimi qәbul etmәyib, hәm dә tarix
kitablarını, fәlsәfә inşalarını
tökmüşdü, mәnә dәlil gәtirmişdi:
"Xeyr, xanım! Arvadlar özlәri hürriyyәt
qazanmasalar, kimsә onlara hürriyyәt vermәz.
Tәbii, hürriyyәt heç vaxt verilmәyibdir,
alınıbdır" deyirdi. (Fikirdә). Ah, nә
gözәl günlәr! Nә gözәl saatlar!
İnsanın ağlı mübahisә meydanında,
әcәba, nә gözәl işlәyir! İndi
tәk, günlәrim bu kitablar arasında gedir.
(Fikirdә.)
ӘVVӘLİNCİ GӘLİŞ
Maşo vә Sona.
M a ş o. Qızım! Dur hazırlaş,
Lizagilә gedәk. Axşam atan da ora
gәlәcәkdir.
S o n a (durub anasını öpür). Yox,
anacığım, siz atamla gediniz, mәnim bir az kefim yoxdur,
evdә oturmaq istәyirәm.
M a ş o. Qızım, nә
üçün sәn axır vaxt heç yerә
getmәk istәmirsәn? Tutalım qonaq getmirsәn,
heç olmasa çıx bir az tәmiz havada gәz. (Sonanı
öpür.) Yox, qızım, yaramır, evdә çox
oturmaqdan baş ağrısı taparsan.
S o n a. Yaxşı, anacığım,
gәzәrәm, fәqәt bu gün evdә oturmaq
istәyirәm.
M a ş o. Yaxşı, qızım!
Qalırsan qal evdә, mәn gedirәm. Ancaq yatmaq
istәsәn qapıları bağlat.
S o n a. Arxayın ol, anacığım,
bağladaram. (Anasının yanına gedib öpür.
Maşo çıxır.)
S o n a (tәk). Doğrusu, Bahadır
gedәndәn sonra heç bir adamla görüşüb
söylәşmәk dә istәmirәm. Liza
mәnim qәdim yoldaşım. Onu sevirdim, onunla
hәmәvaxt danışardım.... İndi onunla da
görüşmәk istәmirәm. (Fikirdә.) Nә
üçün? Nә üçün mәn Bahadırdan
sonra büsbütün dәyişirildim. (Fikirdә.)
Mәn hiss, edirәm....
Mәn әziz bir vücudun, ruhumu
tәmizlәyәn, ağlımı
qüvvәtlәndirәn bir insanın
ayrılığını, yoxluğunu hiss edirәm.... Nә üçün biz
ayrıldıq? Nә üçün biz
görüşdük, bir-birimizә mәhәbbәt
bağladıq vә nә üçün ayrıldıq?
Olduğumuz sәadәtdә hәmişәlik
yaşamaq üçün nә lazımdı. (Fikirdә.)
Yox, elә fikirlәr başımda gәrәkdir
olmasın.... İnsan insanı
ruhani mәhәbbәtlә sevә bilmәzmi?
(Fikirdә.) Yox, yox! Mәnә heç bir şey lazım
deyil.... Mәnә
fәqәt Bahadırın ağlı, ruhi
mәhәbbәti gәrәkdir.... Belә isә o Peterburqda, mәn
burada olmağımız da yarar.... (Fikirdә.)
Ağlını, ruhunu, mәhәbbәtini kağız
vasitәsi ilә dә hiss edә bilirәm.... (Fikirdә.) Fәqәt bunu
düşünmürәm: nә üçün onun
burada olmamağı mәnibüsbütün
dәyişdiribdir....
(Fikirdә.) Burada bir sirr var, mәn
düşünmәyirәm....
Mәn әlimi onun әlinә verәndә bir
elektrik onun bәdәnindәn mәnim
bәdәnimә işlәmәyini hiss edirdim.
(Fikirdә.) Fәqәt....
(Kitaba baxır, sonra saata baxıb durur. Qapı
tәrәfә gedir, qulluqçuya.) Daniel! Daniel!
D a n i e l (qapı dalından). Bәli.
S o n a. Qapıları bağla, mәn
yatacağam.
D a n i e l. Baş üstә!
S o n a (kitabını götürüb
yerindә uzanır). Bunu da oxuyum, qurtarım, sonra soyunaram.
(Oxuyur). Әcәba! Bu doğrudurmu? Burada yazır, bir
çox qız var ki, әrә getmәklә
özlәrini pula satırlar....
(Gülümsәyib.) Doğrusu, bu kitabda arvadlara
çox sataşırlar.... Bir
gün mәn Bahadırdan soruşdum: nә
üçün arvadlar barәsindә bu qәdәr
böhtan yazırlar vә nә üçün bunlara dair
qanunlar çox pünhanda saxlanır? Buna cavab verdi: "Ondan
ötәri ki, qәlәm düşmәn
әlindә olubdur. Hәrgah peyğәmbәrlik başdan
arvadlara gәlsәydi, arvadlara dair qanunlar hamısı
büsbütün bәrәks olardı.... (Medalyonu açıb baxır.) Ah,
Bahadır! Burada olsaydın, daha bir sualıma cavab verәrdin.
(Fikirdә.) Ah, rәbbim! Ah, mәnim
mәhәbbәtim! (Kitabı әlindәn buraxıb
medalyona bir dә baxıb öpür vә yuxuya gedir.... )
İKİNCİ GӘLİŞ
Maşo vә Sona.
M a ş o (yavaş-yavaş gәlir vә
söylәnir). Bu gecә kart arxasında sәhәri
açdıq. (Sonaya tәrәf.) Bu da paltarlı
yatıbdır, nә üçün dә şirin yuxudan
durğuzum, indi sәhәr açılır, özü
durar. (Yaxın gәlib Sonanı öpür, medalyonu
açıq görüb şam yandırır, medalyona
diqqәtlә baxır, sonra
iki әllәri ilә başını tutub otaqdan
çıxır.)
S o n a (sәhәr açılır,
yavaş-yavaş oyanır). Mәn bütün gecәni
paltarlı yatmışam. (Medalyonu görüb.) Ah, bu
yaxşı olmadı. Anam yәqin ki, adәti üzrә
otağıma gәlibdir. Medalyonu, әlbәttә,
açıq görübdür. (Bir az fikirdәn sonra.)
Mәn, әlbәttә, istәmәzdim anam
medalyondakı şәkli görsün. İndi hәrgah
görübdürsә, daha yaxşı! Söz
açılar, dәrdimi
açıq-açığına söylәrәm.... (Geyinir.)
ÜÇÜNCÜ GӘLİŞ
Maşo, Sona vә Daniel.
M a ş o (yerә baxır). Qızım,
durubsan? (Gedir Sonanı istәr-istәmәz öpür.)
S o n a (tәәccüblә anasına
baxıb). Bәli, anacığım, durmuşam!
(Diqqәtlә baxıb.) Nә üçün yerә
baxırsan? Anacığım, sәnin ürәyindә
bir söz olmağını düşünürәm,
nә istәyirsәn soruş, deyәrәm.
M a ş o (Sonanın boynundan qucaqlayıb).
Sevgili qızım! Sәn bilirsәn ki, mәn vә atan
sәni nәhayәt dәrәcәdә sevirik.
Sәn ali oxumuş bir qız, çox şeylәri ola
bilsin ki, bizdәn yaxşı bilirsәn.... Biz sәnin
uğrunda can vermәyә hazır olduğumuz halda,
sәnin ürәyindәki dәrdi, başındakı
fikirlәri bilmәk istәyirik. İxtiyarın var,
deyә dә bilәrsәn, demәyә dә.
S o n a (bir az halından çıxıb).
Anacığım! Açıq söylә, mәn hamı
suallarına cavab verәrәm. (Bir az fikirdәn sonra.)
Yoxsa, gecә medalyonun içindәki әksi gördün,
hә?
M a ş o. Doğrudur, qızım!
Gördüm. (Yerә baxıb.) Bu әhvalat mәni bir az
tәşvişә salıbdır....
S o n a (sәslә ağlayıb Maşonun
boynundan qucaqlayır). Nә edim, sevirәm.... Mәn
Bahadırı sevirәm....
Anacığım, bu yolda mәnim elmim, qanacağım
kömәk etmәyir, mәhәbbәtin
müqabilindә ağlım çaşır.... Ah, sevgili anacığım! Bir yol
göstәr....
Mәn bu vaxtadәk mәhәbbәtimi
pünhanda saxlayırdım, fәqәt indi söz
açıldı.... Mәn
şadam!.... Ürәyimdәki sözlәri
demәyә yol açıldı.... Bahadır isә bu vaxtadәk
mәhәbbәtim nә dәrәcәdә
olmağını bilmәyir. Burada ikәn
hissiyyatımı ondan gizlәdirdim.... İndi bu
ayrılıq mәhәbbәtimi birә on
artırıbdır.... Ah,
sevgili anacığım, bağışla mәni! Nә
edim? (Bu sözlә ağlayıb Maşonun qucağına
yıxılır.) Ah!.... Ah!....
M a ş o. Sevgili qızım, ağlama!
Mәn sәni düşünürәm.... Mәn
özüm dә mәhәbbәtin oduna
yanmışam.... Fәqәt
mәnim atana olan mәhәbbәtimin çarәsi
tapıldı.... Mәn atana
getdim.... Sizin
mәhәbbәtinizin çarәsini
görmürәm, qızım.... Sәn ağıllı,
kamallı, millәtini, dinini sevәn bir
qız.... Bahadır isә
millәtini nәhayәt dәrәcәdә
sevәn bir oğlan.... Nә
tövr etmәli? Mәn özüm dә
çaşıram.
S o n a (gözlәrini silә-silә).
Bәs necә olsun? Ah, sevgili anacığım. Bu
mәsәlәdә analığı unudub da
mәnimlә yoldaş ol, mәnә yol göstәr,
mәni başımdakı qara fikirlәrdәn xilas et....
M a ş o (pәncәrәyә baxıb).
Odur, atan da gәlir!.... (Gedir.)
S o n a. Ah, rәbbim! (Әllәri ilә
üzünü tutub balış üstә uzanır.)
D a n i e l (dişarıdan). Xanım, sizә
kağız var.
S o n a (tәlәsik durur, qapıya
tәrәf gedir, kağızı alır). Ah, kağız!
(Diqqәtlә baxıb gülür.) Bahadırdandır!
(Oxuyur vә hәrdәnbir fikrә gedir, sonra oxuyur,
gәzinir vә yenә dә diqqәtlә oxuyur.)
DÖRDÜNCÜ GӘLİŞ
Maşo vә Sona.
M a ş o. Qızım, kağız
kimdәndir? Yoxsa Bahadırdandır?
S o n a (ayağa durub gözlәri kağızda).
Bu saat, anacığım. (Kağızı qurtarıb.)
Bәli, anacığım, Bahadırdan gәlibdir....
İndi bir az rahat oldum, anacığım. Sәn dә, atam
da bu kağızı oxuyun....
Mәni bu vaxtadәk rahatsız edәn suallara mәn
bu kağızda cavabtapıram....
Bәlkә siz dә tapasınız.... Mәn sizdәn heç bir şey
gizlәtmәk istәmirәm. Çünki sizi çox
sevirәm. Sizin ruhunuza әziyyәt vermәk
istәmirәm, fәqәt nә edim? Sevirәm.... Mәn Bahadırı
sevirәm.... Bu kağız
mәnim tamam şübhәlәrimi dağıtdı.
Gizlin nöqtәlәri aşkar etdi. Açılmayan
düyünlәri açdı....
Bundan әvvәl ikimizin arasında görükәn
uçurum dәrәlәr indi mәnim üçün
görünmәyir. Mәn insan, o insan, bizi
ölümdәn savayı hansı bir qüvvә ayıra
bilәr?....
M a ş o. Qızım! Nә
söylәyirsәn? Düşünmәyirәm.
S o n a. Ah, anacığım! Oxuyun,
mәslәhәt edin. Mәn sizin
razılığınızla iş görmәk
istәyirәm. Mәn sizi çox sevirәm, siz dә
mәni.... Siz hazır
ağlınıza tabesiniz, mәn isә
ürәyimә. Ağlım ürәyimlә bir
çox zaman müharibәdә olarkәn ürәyim
ağlıma
güc gәtirirdi. Hazır bu işdә
ağlım iş görmür....
(Fikir.) İndi sәn otur kağızı
diqqәtlә oxu, mәn bir az çıxım
bağçada dolanım....
(Çıxır.)
M a ş o (kağızı diqqәtlә
oxuyur). Ah, binәva cavanlar! İkisi dә
mәhәbbәt atәşinә yanırlar.
(Ağlayır.)
BEŞİNCİ GӘLİŞ
Yusif vә Maşo.
Y u s i f (tәәccüblә Maşoya
baxır). Maşo, nә üçün ağlayırsan?
M a ş o (gözlәrini silә-silә
durur). Daha yatmaq vaxtı deyil....
Mәn sәnә dediyim әhvalatı diqqәtsiz
qoymaq olmaz. Gәrәkdir bir әncam çәkmәk,
yoxsa qız özünü hәlak edәr.
(Kağızı Yusifә verir).
Y u s i f (kağızı diqqәtlә oxuyub
başını bulayır. Sonra fikrә gedir). Mәn
hәrçi fikir edirәm, bir şey çıxmır.
Sәn mәnә medalyon barәsindә
söylәdikdә, mәn elә bir mәna vermәdim.
Fәqәt görünür iş-işdәn
keçibdir. Nә edim. Әlbәttә, qızın
özü
ilә gәrәkdir söhbәt
etmәk. (Bir az fikirdәn sonra.) Bir şey dә fikrimә
gәlir: biz özümüz Bahadırı çox
sevirik.... Nә eybi var....
Bahadır ağıllı vә kamallı bir
oğlandır. Onun üçün hansı bir
mәzhәbdә olmağın tәfavütü
gәrәkdir olmasın. Onun belә bir
әqidәdә olmağı öz kağızından
mәlum edir. Ona görә xristianlığı qәbul
edәrsә, biz artıq dәrәcәdә
mәmnuniyyәtlә onu qәbul edәrik.... (Maşoya.) Sәn Sonanı
çağır buraya.
M a ş o (çıxır). Yaxşı.
Y u s i f. Doğrudan da böyük bir bәlaya
düçar olmuşuq....
Hәrçi fikir edirәm, bir yol tapa bilmirәm.
Nә etmәli? (Fikirdә.)
ALTINCI GӘLİŞ
Yusif, Sona, Maşo.
S o n a (başı aşağı).
Atacığım, mәni çağırıbsanmı?
Y u s i f. Bәli, qızım! Otur.
Әhvalatdan xәbәrdaram....
Qızım, әbәs yerә özünü
fikirlәrә salma, bu asan bir işdir. Mәnim
yәqinimdir ki, Bahadır xristianlığı qәbul
edәr, o vaxt hamı işlәrimiz dә
düzәlәr, deyilmi, qızım?
S o n a. Ah, sevgili atacığım! Mәn
tәvәqqe edirәm belә mәsәlәni
heç araya gәtirmәmәk. Mәn heç vaxt
belә sözlәri demәrәm vә razı da olmaram
Bahadıra deyilsin. Nә üçün Bahadır xristian
olsun? Yainki nә üçün mәn müsәlman
olum? Bizi xristianlıqmı vә müsәlmanlıqmı
bir-birimizә yaxın etdi, yainki özgә bir şey?
Y u s i f. Yox, qızım, elә deyil! Hәr
halda biz bir millәtin hissәsi hesab olunuruq. Bu
millәtә dair müәyyәn bir yol, ya bir adәt
var. Biz haman adәtlәrә bәrәks
hәrәkәt edәriksә, bizә ayrı bir
nәzәr ilә baxarlar....
Bizi camaatımız özündәn hesab
etmәz.... Sәn
millәtini sevirsәn, onun uğrunda can qoymağa
hazırsan, razı olarsanmı haman millәt sәni
özündәn kәnar etsin?
S o n a. Әcәba, Bahadırın
millәtdәn kәnar olmağına necә
razılıq vermәk?
Y u s i f. Qızım! Sәni canım kimi
sevirәm. Yәqin bil ki, mәn sizin
mәhәbbәtinizә mane deyilәm vә
ixtiyarım da yoxdur. Fәqәt bir şeyi demәk
istәyirәm. Qızım! Bahadırın vә
sәnin fәlsәfәnizdәn camaatın, millәtin
xәbәri yoxdur. Tәklikdә fәlsәfәniz
gözәl olmuş olsa, camaat fәlsәfәnizә
nifrәtlә baxacaqdır....
Camaatın fәlsәfәsi müәyyәn
qanunlar vә ata-babalarımızın adәtlәridir,
qızım!
S o n a. Atacığım! Sözlәriniz
haqdır. Camaat, millәt ümumiyyәtlә bizim
fәlsәfәyә nifrәtlә baxacaqdır.... Bunu yaxşı
düşünürәm. (Fikirdә.) Bәs nә
etmәli? Mәn çaşıram.... Millәtimdәn uzaq
düşmәk istәmirәm. Mәn ömrümü
millәt yolunda sәrf etmәyә hazıram. Onu sevirәm.... (Fikirdә.) Bahadırı da
sevirәm.... Bahadır burada
ikәn belә şeylәr fikrimdәn
keçmәyirdi....
Bәlkә bu ayrılıq sәmәrәsidir.
Bәlkә bir yerdә olsaq, yainki birlikdә
mәslәhәt etsәk, qeyri bir nöqtәyә
gәlmәli olarıq....
Bilmirәm....
Başım işlәmir. Fikrim
dağınıqdır....
Әhvalım pәrişandır.... (Fikirdә). Bahadırın
sözlәri vә әqidәsi haqdır.... Camaata, millәtә dair
söylәdiyiniz sözlәri dә diqqәtsiz qoymaq
olmaz.... Özgә bir yol, qeyri
bir çarә yoxmu, sevgili atacığım?
Y u s i f (bir az fikirdәn sonra). Qızım!
Mәnim başıma bir fikir gәldi.... Sәninlә bәrabәr
Peterburqa gedәk, Bahadırla bir yerdә söhbәt
edәk. Bәlkә birlikdә bir çarә tapdıq!
S o n a (birdәn ayağa durub atasını
qucaqlayır). Ah, sevgili atacığım! Nә
gözәl fikirdir! Mәn razıyam! (Sonra anasının
qucağına yıxılıb.) Sәn dә
anacığım, atamın fikrinә şәriksәn,
deyilmi? Hә?
M a ş o. Razıyam qızım, razıyam! Bu
fikir mәnim başımda var idi. Mәn Bahadırın
nәcibliyinә, kamalına ümid bağlayıb yәqin
edirәm, birlikdә çarә tapılar.
Y u s i f (durur). Yaxşı,
hazırlaşaq! İki
gündәn sonra gedirik.
S o n a (gah atasını, gah anasını
öpür). Peterburqa! Peterburqa!
PӘRDӘ
DÖRDÜNCÜ MӘCLİS
Peterburqda Bahadırın otağı: yazı
stolu, divan, kreslolar.... Stol
üstündә kitablar. Bahadır oturub yazır vә
hәrdәnbir fikrә gedir.
ӘVVӘLİNCİ GӘLİŞ
S u l t a n (qapı döyülür).
Gәlmәk olarmı?
B a h a d ı r (durub qapıya tәrәf).
Buyurunuz. (Sultanı görüb gülümsünür.) Ah,
Sultan, sәnsәn?
S u l t a n.
Mәn mane olmadım ki?
B a h a d ı r. Yox! Yox!
S u l t a n (stolun üstündә
yazılmış kağızı görüb). Nә yazırsan?
B a h a d ı r. Tiflisdә mәnә
söylәdiyin әhvalatlara dair bir neçә
mәqalә yazıram. İkisini yazmışam, bu da
üçüncüsüdür, qurtarıram.
S u l t a n. Bunu oxumaq olarmı?
B a h a dır. Olar!
S u l t a n (götürüb oxuyur),
Gözәl mәqalәdir! Mәn dә bir
mәqalә başlamışam.
B a h a d ı r. Nә barәdә?
S u l t a n. "Müsәlman qadınlarına
yol veriniz!" sәrlövhәli bir mәqalәdir.
B a h a d ı r. Yәqin ki, açıq
gәzmәklәrinә dair? Hә?
S u l t a n. Әlbәttә! Mәncә,
indidәn gәrәkdir bu mәsәlәnin
üstünә düşmәk.
B a h a d ı r. Doğrudur, müsәlman
alәmindә arvadların indiki halları bütün
millәtin nadan vә tәrbiyәsiz qalmağına
sәbәb olur.
S u l t a n. Mәncә, qadınlar
hal-hazırdakı zәncirdәn, yәni çarşabdan
xilas olmasalar, millәt ciddi surәtdә tәrәqqi
yoluna yeriş edә bilmәyәcәkdir.
B a h a d ı r. Doğru deyirsәn,
fәqәt nә yolla çarşabı
birdәn-birә tullamaq?
S u l t a n. Әlbәttә, avam
üçün şәri yol tapmaq gәrәkdir.
B a h a d ı r. Mәncә, qeyri bir yolla
hәrәkәt etmәk lazımdır. (Fikir.) Mәn
bir neçә gün bundan müqәddәm bir
mәclisdә idim. Bu mәsәlә hәmin
mәclisdә әtraflıca müzakirәyә qoyuldu.
Bәhs edәnlәr Misirdә elmlәrini tamam etmiş
iki alim idi. Bunlardan biri deyirdi: şәriәtlә
arvadların üzlәri açıq ola bilәr. O biri
isә: arvadların üzlәri mütlәq
örtülü olsun gәrәkdir -- deyirdi. Qәribә
budur ki, ikisi dә sözlәrini sübut etmәk
üçün ayәlәr vә hәdislәr
oxuyurdular.... Mәnim
fikrimcә, şәriәt dairәsindә bu
söhbәtlәr yüz il dә olunarsa, bu yolda milyonlarca
qәlәmlәr sınsa da, iki bir-birinә
bәrәks fikir öz qüvvәsindә qalacaqdır.
Qanımıza, beynimizә, sümüklәrimizә
işlәmiş bir neçә qanunlar kimi bu
mәsәlәyә dair qanunları da
şәriәtdәn kәnar müzakirәyә qoymaq
lazımdır. Yәni, demәk istәyirәm bu
mәsәlәyә elmi nәzәrlә
gәrәk baxılsın. Belә olursa, tәbii yolla
hәrәkәt olunar, tәbii yolla hәrәkәt
olunarsa, işin aqibәti dә dәhşәtli
görünmәz.
S u l t a n. Doğru deyirsәn, fәqәt
hal-hazırda millәtin elm yolunda tәrәqqisinә,
ruhunun tәrbiyәsinә mane olan arvadlarımızın
indiki hallarıdır, zәnn edirәm. Sәn dediyin yolla
gedilәrsә, çox zaman gәrәkdir.
B a h a d ı r. Şәksiz, bu
mәsәlәyә dair ayәlәr, hәdislәr
bir mәnada düşünülsә idi, şәri yolla
tez mәqsәdә çatmaq olardı. Amma
çifayda.... (Ayağa durur.)
Bilirsәnmi, Sultan! Bir nazik mәtlәbi
düşünmәk gәrәkdir.
Arvadlarımızın zәncirdәn xilas olmaqları
özlәrinә bağlıdır. Arvadlar
kişilәrә ümid bağlayıblarsa, işlәri
fәnadır, zәncirdәn xilas olmayacaqlar.... O vaxt ki,
arvadlar öz hüquqlarını düşündülәr
heç bir şәriәt, heç bir qüvvәt
onların azad olmaqlarına mane ola bilmәz. Tәbii,
canlı şeylәri maddi vә mәnәvi
cәhәtcә bir-birinә tabe edәn zor vә ehtiyac
olubdur. Bu iki sәbәb aradan
götürülәrsә, arvadlar
mәqsәdlәrinә nail olarlar....
S u l t a n. Hәr halda, mәqalәmi
gәrәkdir bir yerdә oxuyaq....
B a h a d
ı r. Çox gözәl!
İKİNCİ GӘLİŞ
Zinolin gәlir.
Z i n o l i
n. Ağa, sizә
kağız var.
B a h a d
ı r (tez gedir kağızı alır.) Bura ver görüm. (Açıb
oxumaq istәyir.)
S u l t a
n. Sәn
kağızını oxu, mәn dә gedirәm.
B a h a d
ı r. Nә
üçün, otur. Sonra gedәrsәn.
S u l t a
n. Çox işim var. Axşam bәlkә görüşdük. Salamat qal!
B a h a d
ı r (әl
verib qapıyadәk
ötürür). Sağ ol! (Kağızı diqqәtlә oxuyur vә sonra hirslә atır.) Mәn güman etdim kağız
Sonadandır. (Oturur, fikir edir.) Nә üçün bu vaxtadәk kağızımın
cavabını yazmayır? Bәlkә mәndәn inciyibdir.... (Fikir.) Yox, ola bilmәz. Mәn elә bir şey yazmamışam, nә üçün mәndәn incisin? Mәn öz hissimi ondan gizlәtmәdim, yazdım.... (Fikir.) Bәlkә ağlım mәhәbbәtdәn çaşıb naqabil bir söz
yazmışam.... (Fikir. ... Yox!
Sonaya naqabil söz yazmağa әlim gәlmәz. (Fikir.) Hәr halda, kağızın üzü mәndә. (Hücrәni gәzir.) Oxuyum görüm.... (Kağızı diqqәtlә oxuyur.) "Әzizim Sona xanım! Başımdakı
min-min fikirlәrin
hansından başlamaq? Bu günәdәk gördüyüm adamlardanmı? Ya
gәzdiyim yerlәrdәnmi? Vә ya xeyr, ancaq öz hissiyyatımı
söylәyim?.... Qәribә bir halәtdir! Mәn sizinlә bir yerdә, bir otaqda gün keçirәrkәn başımda olan min-min fikirlәrimi, bütün vücudumu
iztiraba salan hisslәrimi әcәba, nә üçün söylәyә bilmirdim? Yox, xanım әfәndi! Sәhv etdim: söylәyirdim, fәqәt dilsiz, hәr bir hәrәkәtimlә sizә olan mәhәbbәtimi sizә bildirirdim. Әlinizi әlimә alıb fikir edirdim. Qolumdakı minlәrcә hiss damarları mәnim mәhәbbәtimi sizә xәbәr verirdilәr, deyilmi? Mәn sizin әlinizi tutanda bu halәtdә olurdum, yәni sizin qollarınızdakı hiss
damarları sizin hissiyyatınızı mәnә hәzin-hәzin söylәyirdi. Әliniz әlimdә ikәn tam fikirlәrinizi, hisslәrinizi oxuyurdum. Siz dә mәnim kimi, deyilmi? Biz bir-birimizin әlini gah sıxardıq, gah
datumar edirdik.... Hәr birinin ayrı bir mәnası olmağını
sözsüz düşünürdük.... Ah, nә gözәl halәt! Nә gözәl hissiyyat! Dilә ehtiyacımız yox idi. Qәlәmә dә hәmçinin. İndi isә dilә vә qәlәmә böyük ehtiyacımız
olmağını hiss edirәm. Başımdakı min-min fikirlәri nәyin vasitәsi ilә sizә bildirmәk?! Әliniz әlimdә olsa idi, bir sıxmaqla hamı fikirlәrimi, hissiyyatımı bildirәrdim. Gözlәriniz gözlәrimә baxsa idi, hazır yazdığım
sözlәri
oxuyardınız. İndi isә heç biri müyәssәr deyil. Hazır bu kağızdan,
mürәkkәbdәn, qәlәmdәn başqa bir әlacım yoxdur. Bunlar da
gözlәrimin, әllәrimin әvәzini vermәyәcәkdir. O bir ayrı alәm, bu bir qeyri alәm! Nә isә, ayrılığa tab gәtirә bilmәdiyimi hiss edirәm. Bir dәqiqә sizi fәramuş edә bilmәyirәm. Hәr gün, hәr saat sizinlә söhbәq edirәm. Bir iş edirәmsә, dәrhal sizi gözümün
qabağında gerürәm. Görüb dә, guya söylәyirәm, bu
iş sizcә, nә tövr gәrәkdir ola? Hәr bir felim, qövlüm, hissiyyatım
sizә
bağlıdır.... Mәn tam vücudumla sizә tәәllüq
tapmağımı düşünürәm. Bununla belә "Nә sirrdir insanlar bir-birindәn tәfriqә düşüblәr?...." sözlәrinizin mәnә dәhşәtli bir kölgә olmağını da hiss
edirәm. Bu
kölgәdәn mәn qorxuram. Harada olsam, nә
söylәsәm bu sözlәr fikrimә
gәlirsә, әhvalımı büsbütün
dәyişir, başımdan od parlayır. Ürәyim
iztirabda döyünәrkәn istәyirәm tam
vücudumla bu kölgәni özümdәn rәdd
edәm. İstәyirәm
açıq-açığına bağıram: bәsdir!
Mәni rahat qoy!.... Mәn bağırmaq istәrkәn
hәmәn dәhşәtli kölgә daha artıq
qüvvәtlә mәnә yaxınlaşır.
Mәni hәr tәrәfdәn qara bulud alan kimi
bürüyür, nәfәsimi tәnglәşdirir,
ildırım çaxan kimi: çaxır.... "Nә
sirrdir insanlar bir-birindәn tәfriqә düşüblәr?"
sözlәri bir arşın boyunda qara taxtanın
üstündә tәbaşirlә yazılmış
nәzәrimә gәlir. Mәn hirslә hәmin
yazıları taxtanın üzündәn silirәm.
Mәn sildikcә, daha böyük, daha aşkar
xәtlә yazılmış görünür. Mәn
taxtanı var qüvvәtimlә yox etmәyә
çalışıram, sındırıram..... "Nә sirrdir, insanlar
bir-birindәn tәfriqә düşüblәr"
sözlәri havada yazılmış görünür....
Nә üçün bu sözlәri siz meydana
gәtirdiniz? Nә üçün bu sözlәri
әllәrimiz biri-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri
bir halәtdә bu sözlәri desә idiniz, ola bilsin ki,
belә tәsiri olmaya idi. Fәqәt indi ...
indi sözlәr deyilibdir. Bu sözlәr
mәndәn, mәn bu sözlәrdәn ayrıla
bilmirәm. Nә üçün bu sözlәri
deyәndә әlimi sıxdınız vә
gözlәrinizi yumdunuz?... Sözlәriniz
hәrәkәtlәrә müvafiq olub mәnә
guya dediniz mәn tam vücudumla sevirәm.... Mәn tam
vücudumla sizinlә olmaq istәyirәm. Fәqәt
bizi bir şey bir-birimizdәn tәfriqә salır.... Müsәlman-xristianlıq bizim
aramızda uçurum bir dәrә ixtira edir.... Sözlәrinizә belә
mәna vermәkdә sәhvim yoxdur, zәnn edirәm
vә sәhv dә olmaz. Çünki hәmin
dәqiqә mәn dә bu fikirdә idim. Mәn
istәyirdim deyim: fәqәt siz mәndәn
cürәtli olub mәni qabaqladınız, qabaqlayıb da
mәni daha artıq mәhәbbәtә mübtәla
etdiniz.... Mәnim bütün
vücudum: bәdәnim, ağlım, ruhum hamısı
sizә tәәllüq tapır, hәyatım
hәyatınıza bağlıdır.... Xanım
әfәndim! Mәn ancaq camalınıza aşiq
olsaydım, mәnim üçün şübhә yeri
qalardı. Yox! Camalınızı sevirәm dә, ruhunuzu,
ağlınızı daha artıq dәrәcәdә
sevirәm. Mәn özümü sizin bir hissәniz
bilirәm. Әcәba! Necә ola bilәr ki, bizi
"uçurum dәrәlәr" ayıra?
Әcәba, bu "uçurum dәrәlәri" biz
insanlar düzәldibsә, onları mәhv etmәk bizim
ixtiyarımızda deyilmi? Nә üçün mәn
müsәlman siz xristian, qeyrisi yәhudi, ya
bütpәrәst adlansınlar? Nә üçün bu
insanlar sonradan düzülmüş dürlü-dürlü
qanunlara sitayiş etsinlәr? Tәbiimi? Yox! Tәbii qanun
hamı insanlar üçün bir gәrәkdir ola,
hamı insanlar bir nöqtәyә gәrәkdir yürüş
etsinlәr. Bu nöqtә isә hürriyyәt,
mәhәbbәt alәmidir. Mәn sizi sevirәm, siz
dә mәni. "Yox, sevmәk olmaz" qanunu var isә
mәn tam vücudumla bu qanunu mәhv etmәyә
çalışıram. Müsәlman, xristian, yәhudi,
bütpәrәst nә olacağını anlamıram
vә istәmirәm dә anlamaq! Ah, sevgili Sona xanım!
Mәn millәtimi sevirәm, çünki anamı
sevirәm. Mәn hamı dinlәri vә din
gәtirәnlәri sevirәm, çünki
hamısının әsil mәqsәdlәri insanları
qaranlıqdan işıqlığa çıxarmaq olubdur.
Hamı dinlәr vaxtında insanları zәmanәyә
müvafiq yaxşı yola dәvәt ediblәr. Yәni,
ümum bir nöqtәyә yeriş
etmәk üçün hazırlayıblar.
Peyğәmbәrlәr gәliblәr, fәqәt
demәyiblәr: "Biz islam vә xristianlıq
düzәltmәk üçün gәlmişik.... Hamı: "Biz insanları düz
yola dәvәt edirik" deyiblәr.... İndi xanım әfәndi,
mәqsәd bir, әcәba! Nә üçün
insanlar bir-birindәn
tәfriqә düşüblәr?
Sәbәb? Sәbәb ağlımızın naqisliyi.
Biz әsil mәtlәbi әldәn buraxıb cüzi
qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha
sәcdә edirik. Fәqәt әsil mәtlәbi
düşünәnlәr birlәşirlәr,
danışırlar vә mәhәbbәt nә
olmağını düşünürlәr. İndi biz
dә bu dәrәcәyә çatmışıqsa,
mәhәbbәtimiz tәlәb edәn qanunlara
sitayiş etmәliyik, deyilmi?" (Bu kağızı oxuyub
fikrә gedir.) Bu kağızda elә bir şey yoxdur ki, Sona
ondan rәncidә ola. (Fikir.) Bәlkә Sona
sözlәrimә şәrik deyil. Bәlkә
uçurum dәrәlәr meydana gәlәcәkdir!
(Fikir.) Ah, nә üçün mәn belә
atәşli kağız yazdım? Sona millәtini nәhayәtdә
sevәn bir cavan. Sona ata vә anasına artıq
dәrәcәdә mәhәbbәt
bağlamış bir qız....
Bu uçurum dәrәlәri keçә
bilәcәkmi? Keçәrsә, atasına-anasına
әziyyәt olmazmı? Bunlar mәni öz övladları
kimi sevirdilәr. Mәnә hәr dürlüyaxşışıqlar
ediblәr, mәni tәmiz, saf ürәkli әmin adam
bilib qızlarını mәnә
tapşırmışlar.
İndi öz hissiyyatımı,
mәhәbbәtimi açıq-açığına
Sonaya yazmaq, Sonanı qeyri bir fikirlәrә.... (Fikir.) Mәnim bir kәsim yox,
atam-anam qәbirdә, mәnim halıma yanan, mәnim
dәrdimә qalan yox. Mәnә nә olursa-olsun.... Heç kimә әziyyәt
olmayacaqdır.... Sona isә
ata-anasının әziz pәrvәriş edilmiş
qızı.... Sona belә
yaxşı, gözәl külfәtin
işığı.... Sonanın qәmi, ümum
külfәtin qәmi. Sonanın bәdbәxtliyi,
ata-anasının bәdbәxtliyi. (Fikir.) Yәqin ki, Sona
mәhәbbәtini pünhan saxlaya
bilmәyәcәkdir.... Mәhәbbәti aşkar
olursa, ata vә anası nә edә
bilәcәklәr? (Fikrә gedib sonra deyir.) Ah, nә
üçün mәn belә bir atәşli
kağız yazdım? Nә üçün belә bir ali
tәbiәtli valideynlәrin ruhlarına әziyyәt
vermәli oldum? Nә üçün? (Oturub
başğşı әllәri ilә tutur vә sonra
yavaş-yavaş әllәrini tapançaya uzadır. Bir az
fikirdәn sonra tapançanı әlindәn buraxıbiki
әllәri ilә üzünü tutub ağlaya-ağlaya
kravata yıxılır.) Ah! Ah! Bu nә halәtdir? Ah, Sona!
Ah, mәnim mәhәbbәtim!
ÜÇÜNCÜ GӘLİŞ
Qapı döyülür, Bahadır qapıya
tәrәf baxır. Sona, Yusif, Bahadır.
B a h a d
ı r. Girin! (Qapıda Yusiflә Sonanı görüb
özünü itirir, sonra Yusifi qucaqlayıb öpür.)
S o n a
(gülümsünüb). Bizi gözlәmәyirdiniz, deyilmi?
B a h a d
ı r (Sonanın әllәrindәn öpüb). Xeyr, xanım әfәndi, heç fikrimә dә gәlmәzdi! Әylәşin. (Sona
pәncәrәnin qabağında oturur, Yusif Bahadırla
bir yerdә.)
B a h a d
ı r (qapıya gedib). Zinolin!
Z i n o l i
n (qapıdan). Bәli, ağa!
B a h a d
ı r. Bizә
çay hazırla.
Z i n o l i
n. Yaxşı.
S o n a.
Çay hazır olanadәk mәn gәlәrәm, özümә әlcәk alacağam. (Gedir.)
B a h a d
ı r (durub qapıyadәk ötürür). Bu yaxında taparsınız. (Gәlib oturur.) Әcәba,
Maşo xanım sizinlә nә üçün
gәlmәdi?
Y u s i f
(başını aşağı salıb fikirdә). Bahadır bәy! Bizim gәlmәyimizә sәbәb mühüm bir mәsәlә olubdur....
B a h a d
ı p. Әcәba! Nә üz
veribdir?
Y u s i f
(fikirdә). Sizin
Sonaya vә
Sonanın sizә
olan mәhәbbәti mәni vә Maşonu böyük tәşvişә salıbdır.... Siz özünüz bilirsiniz
dünyanın işığına Sonanın gözlәri ilә baxırıq. Biz Sonanın
uğrunda can vermәyә
hazırıq.... İndi bu tәmiz, saf ürәkli qız sizә aşiq olub, gecә-gündüz aramı yoxdur.
İndi ikimiz dә
gәlmişik, bәlkә üçlükdә bu işә bir sәrәncam verәk.... Sonanın
millәtinә olan mәhәbbәti sizә mәlum: bizim vә yainki sizin millәtin belә mәsәlәlәrdә xüsusi bir әqidәdә olmaqları da sizdәn gizlin deyil.... Özünüz, әlbәttә,
düşünürsünüz.... Sizin
kağızınızı mәn oxudum: fikirlәriniz düz, әqidәniz tәmiz, müqәddәs bir әqidә, fәqәt. (Fikir.) Camaat ... millәt....
B a h a d
ı r (fikirdә).
Bәli.... Bәli....
Düz buyurursunuz.... Mәn. Mәn.... Sәhv etmişәm.... Mәnim mәhәbbәtim sizә әziyyәt veribdir....
Bağışlayınız.... Әfv ediniz! Mәn.... Mәn....
(Söz danışa bilmәyib ağlayır.) Ah!
(Yusif başını aşağı salıb
ağlayır.)
DÖRDÜNCÜ GӘLİŞ
Sona, qeyrilәri
vә Zinolin.
S o n a (onların hallarına
tәәccüb qalaraq sözsüz pәncәrәnin
qabağında oturur.) Ah!
(Zinolin stәkan gәtirib çay
tökür.)
B a h a d
ı r (durub tәdarük
edir). Buyurun, çay için! (Sona vә Yusif mizә yaxın oturub çay içirlәr.)
B a h a d ı r. Sizdәn tәvәqqe
edirәm, bu gün naharı da bir yerdә edәk.
İnşaallah, sözlәşib mәslәhәt
edәrik. Ümid edirәm hamı düyünlәr
açılsın....
Y u s i f. Sizә zәhmәt vermәk
istәmirәm, yaxşı olardı siz dә bizimlә
bir yerdә restoranda nahar edәk.
S o n a. Yox, atacığım, bura
yaxşıdır, mәn restoranın xörәyini
sevmirәm.
B a h a d ı r. Әlbәttә, bura
yaxşıdır, bizә gәlәrsiniz. Necә olsa ev
xörәyi tәmiz olar.
Y u s i f.
Yaxşı, sözüm yoxdur, gәlәrik! İndi qızım, gedәk.
B a h a d
ı r. Haraya belә tez?
Y u s i f.
Bir dost adam var, görüşmәk lazımdır. Sonra daha işimiz
yoxdur, tez gәlәrik. (Sona vә Yusif
çıxırlar.)
B a h a d ı r (onları qapıyadәk
ötürür, qapıda durub Sonanın dalınca xeyli
baxır. Sonra otaqda tez-tez gәzinmәyә
başlayır. Fikirdә ikәn gah dayanır, gah
gәzinir, sonra tez oturub kağız yazır; yazıb
qurtarandan sonra oxuyur). Tәvәqqe edirәm mәnim
ölmәyimdә heç kimi müqәssir
etmәyәsiniz, mәn özüm öz әlimlә
özümü öldürdüm.... "Ah, insanları
bir-birindәn ayıran "uçurum dәrәlәr!" Mәn
sizi mәhv etmәk istәrkәn siz mәni mәhv
etdiniz.... Fәqәt әmin olunuz, siz axırda mәhv
olunacaqsınız....
Ah! (O, tapançanı gicgahına atır.) Ah!
(Yıxılır.)
Z i n o l i n (tez gәlib Bahadırı
yıxılmış görür). Ağa! Ağa!
(Özünü itirir.)
BEŞİNCİ GӘLİŞ
Yusif vә Sona gәlirlәr.
Y u s i f.
Nә oldu? (Özünü
itirib papağı әlindәn
düşür.)
S o n a (qәşş edib
Bahadırın üstünә yıxılır). Ah!
PӘRDӘ
BEŞİNCİ MӘCLİS
Dәlilәr evi. Sәhnәnin bir
tәrәfindә ev, qabağında bağça,
bağça әtrafında hasar. Dәlilәrin
paltarları: başlarında ağ dәsmal,
üstlәrindә uzun ağ xәlәt, don,
ayaqlarında ağ corab.
Ә v v ә l i n c i d ә l i. (Sәhnәdәn
dәli deyil, fәqәt anadanolma ağıldan kәm bir
vücud sәhnәnin sol tәrәfindә oturub
gözlәrini bir nöqtәyә dirәyir,
әlindәki kağızları çeynәyir).
İ k i n c i d
ә l i. (Sәhnәnin sağ tәrәfindәn iki
addım qabağa gedir, iki addım dala. Bir yerdә
gәzir).
Ü ç ü n c ü d ә l i. (Sәhnәnin
ortasında gәzinir, әllәri ilә
hәrәkәtlәr edir vә hәrdәnbir
coşa gәlir, hirslәnir, danışır,
fәqәt danışdığı sözlәrdәn
bir şey anlaşılmayır).
D ö r d ü n c ü d ә l i. (Yavaş-yavaş
gәzinir, tez-tez әtrafına baxıb qorxur, guya bunu
vururlar, başını tutub ağlayır).
B e ş i n c i d
ә l i. (Yerdә oturub fikrә gedir, sonra
dәmbәdәm üzünә xaç edir,
sәcdәyә gedir).
A l t ı n c ı
d ә l i. (Sona başının yaylığı
boynunda, saçları tökülmüş gәzir vә
hәrdәnbir mәzlum әllәrini yuxarı
qaldırır.) Allah
bir.... Qanun bir.... Mәqsәd bir....
Yol bir.... (İki dәfә.) "Bir allahı buraxıb min
allaha sәcdә etdik. Müsәlman, xristian, yәhudi vә bütpәrәst nә olmağını anlamıram vә istәmirәm dә anlamaq". "Ah, sevgili Sona
xanım! Mәnim
bütün vücudum, bәdәnim,
ağlım, ruhum hamısı sizә tәәllüq tapır, hәyatım hәyatınıza
bağlıdır. Mәn özümü sizin bir hissәniz bilirәm, әcәba! Necә ola bilәr ki, bizi uçurum dәrәlәr ayıra? Әcәba, bu uçurum dәrәlәri biz insanlar düzәldib dә onları mәhv etmәk bizim ixtiyarımızda
deyilmi? (Halı dәyişilir.)
Odur, qara taxtanın üstә
yazılıbdır. (Gedir, әtәyi ilә guya
taxtanın üstündәki yazını silir.) Odur,
yenә yazıldı. (Yenә silir. Guya taxtanı qırır,
başını tutub guya baxmaq istәmir. Havada
yazılmış görür). Odur, indi havada yazılır!
(İstәyir havada yazılan sözlәri silsin, lakin
hәr tәrәfә dönürsә,
gözünә yazı görünür, yazını tutub
baxmaq istәyir.) Hanı bәs
mәhәbbәt,hürriyyәt sözlәri? Hanı
mәnim mәhәbbәtim?!
ӘVVӘLİNCİ GӘLİŞ
Әvvәlkilәr. Yusif, Maşo vә
dәlixananın nazirәsi. Maşo qara yaslı paltarda,
әlindә ağ dәsmal gözlәrini
silә-silә, Yusif onun qolundan tutub, nazirә qabaqda
Sonanı göstәrir.
S o n a
(bunları görüb bәrkdәn). O
nә sirrdir,
insanlar bir-birindәn tәfriqә düşüblәr?!
M a ş
o (qәşş
edib yıxılır). Ah, qızım, Sona!
(Sona qәhqәhә çәkib bәrkdәn gülür.)
PӘRDӘ