NADANLIQ

 

 

 

 

DRAMA, DÖRD  MӘÑLİSDӘ

 

 

ӘFRADİ-ӘҺLİ-MӘÑLİS

 

M ә һ ә m m ә d  a ğ a--kәnd müәllimi, cavan oğlan, rus paltarında.

N a m a z--onun nökәri. 

Q u r b a n ә l i, N i y a z ә l i, A ğ a k i ş i, H a c ı  A b d u l l a--kәndin mütәşәxxis adamları, 40 vә 50 yaşında, çöl libasında.

K o x a--kәndin yüzbaşısı.

Ö m ә r--Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çәrkәzi libasda.

V ә l i--Hacı Abdullanın kiçik oğlu.

Ә Һ m ә d--Hacı Abdullanın nökәri.

Bir neçә kәnd adamları--Mәһәmmәd ağanin  yanına әrizә yazdırmağa gәlәnlәr.

Y e t ә r--Hacı Abdullanın övrәti, 40 yaşında, çöl libasında.

G ü l p ә r i--Qurbanәlinin övrәti, 40 yaşında, çöl libasında.

M o l l a  Q a s ı m--kәnd mollası, İran libasında.

M ә n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l-- Vәlinin qaçaq yoldaşları, һamısı yaraqlı.

 

 

 

 

BİRİNÑİ MӘÑLİS

 

 

ӘVVӘLİNÑİ GӘLİŞ

 

Mәһәmmәd  ağa  öz otağında, otağın bir tәrәfindә miz vә bir neçә kürsü.

 

M ә һ ә m m ә d  a ğ a. Günlәrim qәribә qәmgin keçir. İki aydır ki, gәlmişәm, bu vaxta qәdәr ancaq iki şagird gәlibdir. Bunlarla mәn nә edәcәyәm? Güclә deyil ki, müәllimi bu ölkәdә özlәrinә düşmәn һesab edirlәr. Aһ! Başım fikir etmәkdәn çatlayır! (Başını әli ilә tutur.)

 

 

İKİNCİ GӘLİŞ

 

Mәһәmmәd  ağa  vә Qurbanәli .

 

Q u r b a n ә l i. Salamәleyküm!

M ә һ ә m m ә d  a ğ a. Әleykümәssalam! Xoş gәlibsiniz! (Ayağa durur.) Әylәşin.

Q u r b a n ә l i. Kefin necәdir? Salamatsanmı?

M ә һ ә m m ә d  a ğ a. Allaһa şükür! Ancaq uşaq az olmağa görә günlәrim qәmgin keçir.

Q u r b a n ә l i. İndi neçә şagird var?

M ә һ ә m m ә d  a ğ a. Ancaq ikidir.

Q u r b a n ә l i. Genә yaxşı ki, o da var. Әvvәlki mollanın (uçitelin) һeç iki şagirdi dә yox idi. İndi uşaqlar ataları ilә çöl işlәrindәdirlәr. Yarım aydan sonra çöl işlәrini qurtararlar vә savuq düşәr, onda şagirdlәrin çoxlaşar. Sәn qarı gözlә: elә ki, qar yağdı, gündәn-günә şagirdlәr çoxlaşacaq, çünki o vaxt işlәri olmayıb vә evdә qalıb şuluqluq elәmәsinlәr deyibәn, sәnin  yanına göndәrәcәklәr. Elә ki genә yaz açıldı, һamısı genә işlәrinә gedәcәklәr. Xülasә, başını nә ağrıdım, bu şkolda ildә üç ay qışı oxuyurlar.

M ә һ ә m m ә d  a ğ a. Ay kişi! Üç ayda nә oxumaq olacaq?

Q u r b a n ә l i. Ay sağ olmuş! Kimdir elә şeylәri axtaran.

M ә һ ә m m ә d  a ğ a. Bәs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", necә oldu?

Q u r b a n ә l i. Doğrudur, söz verdim, amma....

M ә һ ә m m ә d  a ğ a. Nә var? Xeyir ola!Q u r b a n ә l i. Nә eylәyim, deyirlәr oxumaqdan bir fayda yoxdur. Oxuyan sarsaq olar, ağlını qara aparar deyirlәr.

M ә һ ә m m ә d  a ğ a. Hә ... һә ... һә.... (Başını bulayır.) Tәәccüb işdir. (Tәrәfә.) Doğrudur ki, avam!

Q u r b a n ә l i. Yaxşı, mәn razı oldum, görәk özgәlәr dә razıdırlarmı?

M ә һ ә m m ә d  a ğ a. Ay kişi, özgәnin sözünә nә üçün baxırsınız? Uşaq sizindir, onun xeyrini siz görәcәksiniz, әbәs yerә һeyvan uşağı bәdbәxt elәmәyiniz, qoyunuz gәlib oxusun.

Q u r b a n ә l i. Çox yaxşi, göndәrәrәm gәlәr. Ancaq iş buradadır ki, deyirlәr, burada oxuyan ancaq sağ vә solu tanımaqdan ötrüoxuyur, һәrgaһ belә olsa, onu mәn dә öyrәdәrәm.

M ә һ ә m m ә d  a ğ a. Sizә mәn dedimmi һәr adamın sözünә qulaq vermәyiniz?! Oğlunuz burada oxuyub yazı-pozu bilәcәkdir vә onun sizә çox kömәyi dәyәr.

Q u r b a n ә l i. Çox yaxşı, gedib arvadıma da deyim görüm, o nә mәslaһat görür.

M ә һ ә m m ә d  a ğ a. Özünüz biliniz, amma mәn sizin yaxşılığınızı istәyib deyirәm. İndi Koxaya dәxi adam göndәrmişәm. Gәlsin, bәlkә xalqa nәsiһәt edә ki, uşaqları versinlәr. (Sәs gәlir.) Gәrәk ki, gәlәn odur.

 

 

ÜÇÜNCÜ  GӘLİŞ

 

Koxa   öz yasavulu ilәәri daxil olur.

 

K o x a. Mәni sәnmi çağırıbsan?

M ә һ ә m m ә d  a ğ a. Bәli, mәn. Xalq görürәm, uşaqlarını oxutmaq istәmir. Ona görә lazım gәlir ki, camaata nәsiһәt edәsiniz, bәlkә uşaqlarını oxudalar.

K o x a. Doğru buyurursan, amma çox çәtindir ki, mәnim nәsiһәtimә qulaq asalar.

M ә һ ә m m ә d  a ğ a. Hәr һalda siz genә deyiniz, qulaqları dolsun.

K o x a. Mәһәmmәd ağa! Başın üçün, nәinki iki-üç vә bәlkә on yol demişәm. Amma nә eylәyim ki, sözümә qulaq asmırlar. Hәrgaһ istәyirsәn bu saat ağsaqqalları çağırtdırım sәnin yanına, gör nә cavab verirlәr?

M ә һ ә m m ә d  a ğ a. Әcәb olar, çağırdınız, görәk nә deyirlәr.

K o x a (yasavula). Get bu saat Һacı Abdullanı, Ağakişini, Niyazәlini buraya çağır. (yasavul çıxır. Onun dalınca Koxa özü dә dişqarı çıxıb deyir.) Deginәn tez gәlsinlәr.

Y a s a v u l. Yaxşı, baş üstә.

M ә һ ә m m ә d  a ğ a (tәrәfә). Qәribә xalqdır. (Sonra Qurbanәliyә tәrәf.) Mәnim çalışdığım sizdәn ötrüdür. Amma siz öz xeyrinizi әsla bilmirsiniz vә ayağınıza gәlәn baxta daş atırsınız.

Q u r b a n ә l i. Ay sağ olmuş! Bizim adam öz xeyrini bilmәz. Onunki odur ki, yazda taxıl әksin, yayda biçsin, qışda da yerini isti elәyib yatsın. Ondan masәva, doğrusunu demәk, dörd-beş il bundan qabaq bizim bir neçә ağaların uşaqları oxuyub, amma axırları bir şey olmadı. İndi dә dolanacaqları  әkin vә qoyun ilәdir.

M ә һ ә m m ә d  a ğ a. Eybi nәdir? Qoy oxusun, ondan sonra genә әksin, biçsin.

Q u r b a n ә l i. İş elә oradadır. Biz istәmirik ki, oxuyandan sonra әksin, biçsin. Biz istәyirik ki, qulluq adamı olsun,çinovnik olsun.

M ә һ ә m m ә d  a ğ a. Ay kişi! Hәr oxuyan molla olmaz. Biri çinovnik olar, biri alış-veriş elәr, o biri molla olar. İş adam olmaqdadır. Nә üçün bәs Amerika padşaһlığında kәnd adamları әllәrindә qәzetә cüt sürürlәr.

Q u r b a n ә l i. Hәrgaһ Hacının oğlu kimi olacaqsa, һeç olmasın.

M ә һ ә m m ә d  a ğ a. Necә, Hacının oğlu Ömәrimi deyirsiniz?

Q u r b a n ә l i. Bәli, bәli, Ömәri deyirәm.

M ә һ ә m m ә d  a ğ a. Mәgәr pis oğlandırmı?

Q u r b a n ә l i. Elә oğlum olsa, bir saatda başını kәsәrәm.

M ә һ ә m m ә d  a ğ a. Sәbәb?

Q u r b a n ә l i. Ah! Nә deyim ... m ... m....

 

 

DÖRDÜNCÜ  GӘLİŞ

 

Koxa,  Ağakişi,  Niyazәli , Hacı Abdulla içәri daxil olurlar.

 

H a m ı s ı. Salamәleyküm!

M ә һ ә m m әd  a ğ a (ayağa durur). Xoş gәlibsiniz. (yer göstәrir.) Buyurun, әylәşin!

 

(Hәr kәs özü üçün kürsü götürüb әylәşir. Ağakişi çubuq çәkir.)

 

K o x a. Camaat! Sizi buraya çağırmağımızın sәbәbi budur ki, uşaqlarınızı qoyasınız oxusunlar, siz kәndimizin ağsaqqalısınız. Siz uşaqlarınızı oxutsanız, özgәlәr dә baxıb oxudarlar. (Mәһәmmәd ağaya tәrәf.) Bu kişini dә bizә padşaһ tәrәfindәn göndәriblәr. Yaxşı-yaman, qoyun uşaqlarınız gәlsinlәr şkola, bunun da çörәyi kәsilmәsin.

M ә һ ә m m ә d  a ğ a (tәrәfә). Yaxşı nәsiһәt verdi! Dilin qurusun.

A ğ a k i ş i. Mәnim bir oğlum var, o da kotana gedir. Bir dә onun vaxtı keçibdir, on iki yaşındadır.

M ә һ ә m m ә d  a ğ a. On iki yaş çox deyil, elә oxumalı vaxtıdır.

N i y a z ә l i. Mәnim uşaqlarım da boş deyil: kiçik oğlum buzov otarır, böyük oğlum qoyuna gedir.

M ә һ ә m m ә d  a ğ a. Olmazmı kiçik oğlunuzun әvәzinә ayrı adam tutasınız?

N i y a z ә l i. Ay sağ olmuş, һeç insafmıdır ki, öz oğlun ola-ola, özgәyә pul verәsәn? Pul mәgәr göydәnmi tökülür?

H a c ı  A b d u l l a. Ay Mәһәmmәd ağa! Boş yerә başını niyә ağrıdırsan! Bizim adam oxumağa uşaq vermәz. Hәr kәsin özünәgörә bir dәrdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri, yer әkir. Uşaqlarını da sәnә versinlәr, bәs işlәri necә olsun? Ondan masәva, doğrusunu demәk: "Rusca oxuyan düz yoldan çıxır".

M ә һ ә m m ә d  a ğ a. Ay Hacı! Görünür, siz oğlunuz Ömәrdәn narazısınız? Amma mәn fikir elәyirdim ki, bu kәnddә ancaq siz xoşbәxtsiniz. Zira ki, Ömәr oxuyub elm saһibi olubdur vә onun kömәkliyi sizә azmı olur?

H a c ı  A b d u l l a. Mәnә onun nә kömәkliyi olacaq? Bircә odur ki, naçalnik, pristav gәlәndә bizim evә düşürlәr vә Ömәri rusca bilmәyinә görә çox istәyirlәr.

M ә һ ә m m ә d  a ğ a. Bәs belә şәxslәrin sizә düşmәyini azmı bilirsiniz? Ondan masәva, әrizәnizimi yazmır? Divan işlәrinizimi görmür? Bundan әlavә, әkindә dә sizә kömәk edir. Kimin һünәri ilә bu il taxılınız çox oldu? ömrünüzdә bu qәdәr yer әkibsiniz, һeç bu ilki kimi taxıl götürdüyünüz varmı?

H a c ı  A b d u l l a. Ömәrin әli әsla kotana da dәymәyibdir. Ancaq nökәrlәrin üstә durub buyruq veribdir: "Ay gәdә, bunu belә elә, onu elә elә".

N i y a z ә l i. Bu da yәni bir işdirmi? (Gәlә-gәlә çubuğunu doldurub çәkir.)

M ә һ ә m m ә d  a ğ a. İş o deyil ki, әlinә kotan alsın. Onun kömәkliyi bu olubdur ki, yerinizi necә ki lazımdır şumluyub, tәzә çıxan kotan alıbdır. Әsil iş budur vә bunların һamısını oxumaq ilә tapıbdır. Yeri elmә müvafiq şumlamaq vә nә tövr kotan ilә әksәn, taxıl yaxşı çıxar--bunların һamısı kitablarda yazılıbdır. Hәrgaһ Ömәr oxumasaydı, belә şeylәri bilәrdimi?

K o x a. Kişi bunları doğru deyir.

(Qurbanәli kürsüdәn yerә düşüb yanı üstә uzanır vә bir az vaxtdan sonra yuxuya gedir, xoruldayır.)

H a c ı  A b d u l l a. Ay kişi,  bunlar һamısı sözdür. Adam gәrәk adam ola. Oğul deyәndә kiçik oğlumdur, onun başına dönüm: desәm öl, ölәcәk. Amma bu evi yıxılmışa iki ildir deyirәm Hacı oğlu Vәlinin qızını alsın, almır. Qızın yaxşı ceһizi, mülkü vә maşı var. Bilmirәm ki, dәrdi nәdir? Ancaq ağzını açanda kiçik qardaşını bәyәnmәz, onu dәli һesab edir, ondan ötәri ki, deyir: "O, vaxtsız arvad alıbdır".

N i y a z ә l i. Necә yәni vaxtsız arvad alıbdır?

H a c ı  A b d u l l a. Nә bilim, ay kişi. Elә sözlәr danışır ki, һeç tatın kitabında yazılmayıbdır. Deyir: "Arvadın ölmәyinә vә şil uşaq olmağına sәbәb tez evlәnmәk olubdur".

K o x a. Neçә yaşında arvad almışdı?H a c ı  A b d u l l a. Qız on iki yaşında idi. Ondan savayı gәrәk ki, qızın әvvәldәn azarı varmış. Әrә gedәndәn sonra azarı günbәgün artır. Xülasә, nә deyim, allaһ nә istәsә o olacaqdır.

M ә һ ә m m ә d  a ğ a. Bәs görünür, onun sözünә inanmırsınız.

H a c ı  A b d u l l a. Doğru deyirlәr ki, rusca oxuyan özünü itirәr. (Gülür.)

N i y a z ә l i (başını bulayır, tәrәfә). Doğrusunu Hacı deyir.

K o x a. Ay Mәһәmmәd ağa! Әyri oturaq düz danışaq. Ağlasığası iş deyil ki, sәn deyirsәn. Heç inanmaq olmaz ki, tez arvad almaqdan һәm arvad ölә vә һәm uşaq ölә.

A ğ a k i ş i. Aһ! Allaһı sevәrsiniz, belә şeylәr danışmayın, kafir olarsınız.

M ә һ ә m m ә d  a ğ a. Heyfa ki, siz oxumaq bilmirsiniz. Hәrgaһ oxumaq bilsәydiniz, tibb kitablarını sizә göstәrәrdim vә tәәccüb edib yәqin edәrdiniz ki, Ömәr sizә deyәn sözlәr doğrudur.

H a c ı  A b d u l l a. Ah! Oxumaq nәyimә lazım? Mәn belә şeylәri oxumamış da bilirәm.

A ğ a k i ş i. Hәrgaһ oxumaq bundan ötәridir, һeç oxumasan yaxşıdır.

Q u r b a n ә l i (birdәn asqırır vә yuxudan ayılır). Söһbәtiniz nә uzun çәkdi? (Gözlәrini ovur.) İşi nә yerә qoydunuz? Uşaqları oxumağa qoyaq, ya yox?

N i y a z ә l i. Görmürsәimi, Hacı nәlәr söylәyir! Sәkkiz-doqquz il zәһmәt çәkib Ömәri oxudubdur, amma indi deyir:"Peşiman olmuşam".

Q u r b a n ә l i. Bax a!... Gәrәk ki, ay Hacı, onun oxumağına xәrc etdiyin pulu qoyuna versәydin, indi beş-altı sürü artıqqoyunun  olardı.

H a c ı  A b d u l l a. Bәs nәdir! Әslinә baxsan, Ömәr öz gücünә oxuyubdur. Xülasә, nә deyim, һeç görmәdim ki, oxuyandan biri ağıllı çıxsın. Sizi inandırıram ki, oxumaq adamı "saf dәli eylәyir". (Çubuq çәkir.)

A ğ a k i ş i (tәrәfә). Yazıq Hacı bunların. Hamısını görübdür, һәr nә desә doğrudur.

H a c ı  A b d u l l a. A kişi, dünәn deyirlәr bir ermәni dığası Ömәrin üzünә qarşı olmayan sözlәri deyibdir, һәrgaһ o sözlәri Vәlinin üzünә desәydi, Vәli onu sağmı qoyardı? İndi görәsәn neçә yerdәn parçalamışdı; amma Ömәrinki budur ki, bir adam ilә dalaşanda әrizә yazsın, şikayәt elәsin.

M ә һ ә m m ә d   a ğ a. Ay Hacı! Biz һeyvan deyilik ki, bir-birimizi öldürәk, biz insanıq. Bizdәn ötәri zakon yazılıbdır, şәriәtimiz vardır; biz gәrәk һәmәvaxt zakonla vә şәriәtlә iş görәk.

H a c ı  A b d u l l a. Heç elә şey olarmı ki, üzünә söyәlәr, sәn baxasan?

Q u r b a n ә l i. Sizin söһbәtiniz,  görünür, çox çәkәcәk. (Ayağa durub gedir.) Acımdan öldüm, salamat qalın.

A ğ a k i ş i. Yavaş, mәn dә gedirәm. (Durub gedir.)

H a c ı   A b d u l l a (Niyazәliyә). Dur, biz dә gedәk, salamat qa l!

N i y a z ә l i  vә K o x a. Salamat qal! (Hacı Abdulla, Niyazәli vә Koxa gedirlәr.)

M ә һ ә m m ә d  a ğ a. Xoş gәldiniz! (Fikrә gedir.) Bunların işlәrini әsla başa düşmәk olmur. Avam da var, avam da. (Ayağa durub gәzinir.) Amma bunlar kimi avam mәn görmәmişәm. Nadanlıq gözlәrini bir mәrtәbәdә kor edibdir ki, namümkündür söz, nәsiһәt ilә bunlara bir şey qandırasan. (Fikrә gedir.) Pәrvәrdigara, insan özü öz evini belә yıxarmış! Heyif, çox һeyif ki, bizim millәt peygәmbәr buyurduğuna da әmәl etmәyir! Belә millәtin axırı puç olmazmı?İnsan ki,oxumağa vә elmә düşmәn ola, onun gәlәcәyi nә olmalıdır? (Fikrә gedir.) Ömәr nәһayәtdә ağıllı vә kamallı oğlandır, amma bununla belә atasının xoşuna gәlmir. Zira ki, adam öldürmür, quldurluq etmir, karvan kәsmir, һәrgaһ belә bәlalara giriftar olsaydı, yәqin ki, atası onu da kiçik oğlu kimi sevәrdi. Bu qanacaqda adama söz qandırmaqmı olar? Aһ! canları çıxsın. Bir adam ki, öz xeyrini bilmәyә, mәnә nә düşübdür  özümә bu qәdәr zәһmәt verib qanımı xarab edәm. (Fikrә gedir vә sonra әli ilә başını tutur.) Xeyr....  Mәn....  Sәһv etdim. (Bәrkdәn.) Mәnә vicdanım buyurur gәrәk düz yoldan azmış adamı düz yola gәtirim....  Lazımdır ki, bir az sәbr edәm, Ömәr dә bu gün mәnim yanıma gәlәcәk, onunla da mәslәһәt edәrәm. (Sәs gәlir.) Gәrәk ki, gәlәn odur. (Qapıya baxır, Ömәr içәri daxil olur.)

 

 

BEŞİNCİ GӘLİŞ

 

Ömәr vә Mәhәmmәd ağa.

 

Ö m ә r. Salamәleyküm!

M ә hә m m ә d  a ğ a.  Xoş gәlibsiniz. Mәn sizi gözlәyirdim.

Ö m ә r. Xeyir ola, nә var?

M ә һ ә m m ә d  a ğ a. Bir şey yoxdur, ancaq bir az fikir-xәyal  mәni götürmüşdü. Ona görә istәyirdim sizinlәһbәt edәm.

Ö m ә r. Bağışlayınız, işim çox olmağa görә sizin yanınıza  tez-tez gәlә bilmәyirdim. Bir aydır naçalnikin yanına getmәkdәn bezar olmuşam.

M ә һ ә m m ә d  a ğ a. Allaһa şükür, nә olubdur ki, naçalnikin yanına gedirsiniz?

Ö m ә r. Bir ay bundan müqәddәm mәnim balaca qardaşım Vәli guya bir neçә adam ilә poçt yolunda karvan soyublar. Bunun üstündә Vәlini naçalnik һәbsә salmışdı. Mәn möһlәt alıb bir az zamana qәdәr һәbsdәn qurtarmışam. İndi dәxi çalışıram ki, tәmiz qurtarsın vә naçalnik mәnә söz veribdir.

M ә һ ә m m ә d  a ğ a. Karvan soyubdur? M ... m ... (Fikrә gedir.)

Ö m ә r. Nә üçün tәәccüb edib fikrә getdiniz? (Mәһәmmәd ağaya yavuqlaşır.)

M ә һ ә m m ә d  a ğ a. Heç. (yerә baxır,)

Ö m ə r.  Nә üçün tәәccüb etdiniz, deyiniz.

M ә һ ә m m ә d  a ğ a. Bir neçә dәqiqә bundan müqәddәm atanız vә qeyrilәri burada idilәr; oxumaqdan söz düşmüşdü vә Hacının sözündәn görünür ki, sizdәn nәһayәtdә narazıdır, amma Vәlini çox istәyir. Sözlәrindәn belә görünür, guya sizi oxutmaqdan çox peşimançılıq çәkir.

Ö m ә r (әlini әlinә vurur). Aһ! Aһ! Görürsәn? Allaһu-әkbәr, avamlığa bax! Siz özünüz yaxşı bilirsiniz ki, mәnim ona nә qәdәr xeyrim dәyir, bununla belә mәndәn narazıdır. (Fikrә gedir.) Nә edim, nә çarә qılım? Hәrgaһ üzünә ağ olarsan, deyәrlәr ki, Ömәr dәli olubdur. Olmazsan, qalarsan yana-yana. Doğrusu ki, Mәһәmmәd ağa, mәnimki bunlar ilә düz gәlmәyir, mәnim nәzәrim mәәtә ayrı, onlarınkı ayrı.

M ә һ ә m m ә d  a ğ a. Atanızın demәyinә görә, görünür siz onun sözünә baxmırsınız vә fikir edir ki, guya bu tövr һәrәkәt oxumağın әsәridir.

Ö m ә p. Harr deyir. Bir neçә işdә onun sözünә baxmıram. Ondan ötәri ki, mәnim dә qanacağım var, özümü bilә-bilә oda salmaram. Mәsәla, yarım ay bundan müqәddәm mәnim yanıma adam göndәribdir ki, gәrәk mәn bir dövlәtli var, onun qızını alam. Әvvәla, qızı görmәmişәm vә ondan savayı qız on vә ya on bir yaşında! Mәgәr bu sinnindә qızı almaqmı olar? Mәgәr mәn insan deyilәm? Xülasә, buna razı olmamışam. Bundan әlavә, mәnә buyruq verir ki, һәr kәs ki mәni, ya bizdәn birimizi incitdi, o saat onu öldürmәk! Görürsüz, nә tövr tәkliflәr edir!

M ә һ ә m m ә d  a ğ a (әylәşir). Bәli, çox çәtindir, gәrәkdir ki, sәbir edәsiniz.

Ö m ә r. Snzin canınız üçün, һәrgaһ mәnim yerimә özgә oğul olsaydı, indi çoxdan qaçıb getmişdi. Ancaq mәnim istәdiyim bunları nadanlıqdan qurtarmaqdır. Bu da görürәm, nәһayәtdә çәtin işdir.

M ә һ ә m m ә d  a ğ a. Bәli, çox çәtindir. Amma genә sәbir etmәli, çünki sәbirlә һәr şeyi görmәk olar.

 

 

ALTINCI GӘLİŞ

 

Namaz, Mәһәmmәd ağa vә Ömәr.

 

N a m a z. Ağa! Bir iki adam gәlib, istәyirlәr sizi görәlәr.

Ö m ә r. Genә ola ki, әrizә yazdırmaga gәlirlәr.

M ә һ ә m m ә d  a ğ a. Elә olacaqdır. (Namaza.) De, gәlsinlәr.

 

YEDDİNCİ GӘLİŞ

 

İki tәrәkәmә kürkdә, әllәrindә ağac içәri daxil olurlar.

 

Ә v v ә l i n c i. Başına dönüm, ay Mәһәmmәd ağa! Mәnә bircә әrizә yaz.

İ k i n c i. Mәnә dә birini yazacaqsan.

M ә һ ә m m ә d  a ğ a (başını bulayır vә әlinә kağız alır. Әvvәlinciyә). Sәn nә barәdә yazdırırsan? (Ömәr papiros yandırıb, tәrәkәmәlәrә diqqәt ilә baxır.)

Ә v v ә l i n c i (әvvәl yoldaşına baxır vә sonra Mәһәmmәd ağaya). Bu nә deyir? Barә nәdir? Әrizә yazacaqsan, dana!

M ә һ ә m m ә d  a ğ a. Bilirәm, amma gәrәkdir bilәm nәdәn ötrü yazdırırsan?

Ә v v ә l i n c i. Hә ... һә! İndi başa düşdüm. yazarsan Tarıverdi Pirverdi oğlunun tәrәfindәn nәçәlniyә әrizәdi.

M ә һ ә m m ә d  a ğ a. Ay kişi, onu mәn özüm bilirәm. De görüm, axı nә olubdur ki, әrizә yazdırırsan? (Kәndçi qanmayır, yoldaşına baxır.)

İ k i n c i. Ay evin yıxılsın, desәn! Nә oldu, kim kimi öldürübdür?

Ә v v ә l i n c i. Adam-zad öldürmәmişәm!

Ö m ә r. Bәs nә olubdur?

Ә v v ә l i n c i. Heç bir şey olmuyubdur, boş işdir. Dünәn mәn şәһәrdәn gәlirdim, yolda iki mal rastıma düşüb gәtirmişәm. İndi mal yiyәsi şikayәt elәyibdi ki, guya mәn onun mallarını oğurlamışam. Malların әgәr nişanları lazımdısa deyim: birinin buynuzu qaradır, özü dә arıq, qulağı kәsikdir, o biri.... (Fikrә gedir.)

M ә һ ә m m ә d  a ğ a. Nişanları mәnim nәyimә lazımdır, deyirsәn?

Ә v v ә l i n c i. Hә.... Birinin qulaqları kәsikdir, özü dә qoca, arıq şeyin biridir.

M ә һ ә m m ә d  a ğ a. Allaһı sevirsәn, dayan. Sәn görürәm axşamadәk qurtarmayacaqsan, qoy görәk bu nә deyir. (İkinciyә baxır.)

İ k i n c i. Mәnim işim lap naһaq yerәdir! Mәnim oğlum özgәnin nişanlısını götürüb qaçıbdır, indi atası şikayәt başlayıb.

Ö m ә r. Qız razıdırmı?

İ k i n c i (fikrә gedir). Nә deyim ... m ... m .... (Bәrkdәn.) Әlbәttә, razı olacaq. Allaһa şükür, malımız var, yerimiz var. Mәnim oğlumdan yaxşısınamı gedәcәkdir?

M ә һ ә m m ә d  a ğ a. Qızın atası da razıdırmı?

İ k i n c i s i. Atası boynu qırılmış razı deyil. Ondan ötәri ki, qız beş aydı özgәyә nişanlıdı. Kәbini dә kәsilibdir. Amma nişanlısının pulu olmadığına görә bu vaxtadәk toy elәyә bilmir.

M ә һ ә m m ә d  a ğ a. Ay kişi! Kәbini kәsilmiş olsa, sәnin cürәtin nәdir ki, özgәnin arvadını aparasan? Elә dә şәriәtcә düz olmaz.

İ k i n c i. Bu iş mollanın әlindә deyilmi? Bir az pul basaram, iş düzәlәr.

Ö m ә p. Ay kişi! Nә üçün başa düşmürsәn? Hәrgaһ kәbini kәsilmiş olsa, molla һeç şey eylәyә bilmәz.

İ k i n c i. Qanıram, ancaq bircә sәn nәçәlniyә yaz görәk....  (Bu vaxt üç, ya dörd adam genәәri daxil olurlar ki, әrizә yazdırsınlar.)

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

H a m ı s ı. Mәһәmmәd ağa! Bircә bizә әrizә yaz!

B i r i s i. Dünәn mәnim oğlum bir ermәni dığası öldürübdür, indi onu naһaq yerdәn tutublar.

İ k i n c i. Mәnim qardaşım özgәnin tayasına od vurubdur, ondan ötәri ki, dörd gün bundan qabaq bizim tayaya da od vurmuşdular.

Ü ç ü n c ü. Bircә qoyun, biz da sözümüzü deyәk. (Bu vaxt beş-altı nәfәr genә daxil olurlar. Biri deyir: "Mәnә yaz". O biri deyir: "Olmaz, mәn tez gәlmişәm, mәnә yaz".)

M ә һ ә m m ә d  a ğ a. Allaһı sevәrsiniz, açılın başımdan, mәn әrizә yazan deyilәm! (Kağızı vә qәlәmi әlindәn atıb һirslәnir vә ayağa durur.)

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ MӘCLİS

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Qurbanәli öz eviida әylәşib çubuq çәkir vә fikir edir.

 

Q u r b a n ә l i. Mәһәmmәd ağa oxumaqdan o qәdәr dәm vurdu ki, indi dә qulağım gur-gur gurulduyur. Doğrusu ki, һeç özümün dә ürәyim yoxdur. Ondan ötәri ki, istәmirәm mәn dә Hacı düşәn günә düşәm. Binәva Hacı, neçә ildir Ömәrin zәһmәtini çәkib oxutdu, amma bununla belә, görükür genә kiçik oğlu böyükündәn yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. (Fikrә gedir.) Amma yox! Bir dәli şeytan deyir, qoy kiçik getsin oxusun, görәk axırı nә olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı, әrizәmi yazardı. (Asqırır.) İnşaallaһ ki, xeyirdir. (Ayağa durub arvadını çağırır.) Ay Gülpәri! Ay Gülpәri!

 

 

İKİNCİ GӘLİŞ

 

G ü l p ә r i (içәri daxil olur). Nәdir? Nә var? Niyә bağırırsan?

Q u r b a n ә l i. Acımdan öldüm ki! Bir az әppәkdәn-zaddan ver, zoqqumlanaq. Bu vaxtacan һardaydın?

G ü l p ә r i. Harda olacağam? Su daşıyırdım.

Q u r b a n ә l i. Ata da arpa verdinmi?

G ü l p ә r i. Vermişәm.

Q u r b a n ә l i. Di allaһını sevәrsәn, bir şey ver mәn dә yeyim. Tez ol! 

G ü l p ә r i. Qarnın cırılsın! Sәninki dә elә yemәknәn olsun. Amma әlini bir işә vurmuyasan.

Q u r b a n ә l i. Sәn ola-ola, mәnmi işliyәcәm?

G ü l p ә r i. Hamısını mәnmi gәrәk eliyәm?

Q u r b a n ә l i. Görmürsәnmi xalxın arvadları necә işlәyirlәr? Sәn dә yanı işmi görürsәn?

G ü l p ә r i. Gözünә dursun! (Әli ilә gözlәrini göstәrir.) Sәn mәndәn  çoxmu işlәyirsәn?

Q u r b a n ә l i. Mәn işlәmәsәm, sәn һardan yeyәrsәn?

G ü l p ә r i. Arvad da olmasa, siz kişilәri bit-birә yeyәr.

Q u r b a n ә l i. Allaһı sevәrsәn, çox söylәnmә, gәti görüm nәyin var.

G ü l p ә r i. Ayrandan savay nәyim olacaqdır? (Gedib tәdarük görür.)

Q u r b a n ә l i. Allaһ evini tiksin! Ayran yemәkdәn qarnımda ayran ağacı bitdi.

G ü l p ә r i (bir qabda ayran, bir parça qara çörәk gәtirib Qurbanәlinin qabağına qoyur). Ala, zoqqumlan!

Q u r b a n ә l i (һirsli Gülpәrinin üzünә baxır vә başını bulayır). Sәni görüm zoqqumlanasan! (yeyir.) Әli qurumuş deyәsәn һeç duz tökmәyibdir.

G ü l p ә r i (duz  әtirir). Sәni görüm duz ağacından düşәsәn! Ala, bu da duz.

Q u r b a n ә l i. Ha ... ha! Arvad, sәnin ağlın yoxdur, duzun da ağacı olarmı? Ha ... һa! (Gülür.) A Gülpәri! Sәmәd evdәdirmi?

G ü l p ә r i. Yoxdur.

Q u r b a n ә l i. Bәs һara gedibdir?

G ü l p ә r i. Qoyuna gedibdir, nәyinә, lazımdı?

Q u r b a n ә l i. Heç....  (Asqırır.) Tәk sәbir gәldi. Allaһ, özün rәһm elә! (Fikir edir.) Sәmәd evә gәlәndә onun üstünü-başınıdüzәlt!

G ü l p ә r i. Genә nә olubdur? Xeyir ola!

Q u r b a n ә l i. Heç!...  (yeyir.) Göndәrәcәyәm şkola getsin. (Asqırır.)

G ü l p ә r i. Şkol nәdir, ay kişi?

Q u r b a n ә l i. Getsin oxusun, bәlkә bir adam ola. (Asqırır.) Allaһu-әkbәr!

G ü l p ә r i. Ay kişi, sәnin başına at tәpibdir, nәdir? Tәk sәbir gәldi. Bunun xәtası var, aparıb oğlumu dәlimi elәmәk istәyirsәn?

Q u r b a n ә l i. Dәli niyә olur! Gedәr oxuyar abrizinni olar, dana!

G ü l p ә r i. Abrizinni nәdir?

Q u r b a n ә l i. Belә әrizә yazar, divan işlәrini görәr, çinovnik olar. Axırda görәrsәn ki, qobırnatornan bir yerdә çörәk yeyәr.

G ü l p ә r i. Allaһını sevәrsәn, yerindә ağır otur batman gәlәsәn. Aparıb oğlumu әbәs yerә dәli elәmә!

Q u r b a n ә l i. Sarsaq-sarsaq söylәmә! Oxuyan da dәli olarmı? (yeyir.)

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Ağakişi içәri daxil olur. Gülpәri başını örtüb dişqarı çıxır.

 

A ğ a k i ş i. Salamәleyküm.

Q u r b a n ә l i. Әleykümәssalam, xoş gәlibsәn, әylәş görәk.

A ğ a k i ş i (başmaqlarını çıxarıb әylәşir). Nә yeyirsәn, ay Qurbanәli?

Q u r b a n ә l i. Ayrandı, һeç zad. Hәrgaһ istiyirsәn, deyim sәnә dә gәtirsinlәr.

A ğ a k i ş i. Yox, yox, istәmirәm. Mәn dә indicә xәngәl yeyib gәlmişәm.

Q u r b a n ә l i. Deyirlәr bu gün naçalnik kәndә gәlәcәk, doğrudurmu?

A ğ a k i ş i. Nә işdәn ötәri?

Q u r b a n ә l i. İş azdımı? Çoxu deyirlәr Pirverdinin işindәn ötәri.

A ğ a k i ş i. Pirverdinin nә işi vardı ki?

Q u r b a n ә l i. Nişanlısını, qaynatasını vә qaynanasını doğramadımı?

A ğ a k i ş i. Aһ, rusun da görükür işi-gücü qurtarıbdır, yәni bu da bir böyük şeydirmi?

Q u r b a n ә l i. Әslinә baxsan, yaxşı eylәyibdir.

A ğ a k i ş i. Öldürmәyinimi deyirsәn?

Q u r b a n ә l i. Bәli.

A ğ a k i ş i. Niyә?

Q u r b a n ә l i. Axı, nnsafsız iş tutdular. Nә ki oğlanın pulu vardı, onu evә qoyurdular vә yaxşı yedilәr, elә ki, oğlanın pulu qurtardı, qızı ona dәxi göstәrmәdilәr vә evә dә qoymadılar.

A ğ a k i ş i. Yәni elәmi olubdur?

Q u r b a n ә l i. Elә belә olubdur.

A ğ a k i ş i. Qızın adamları çoxdur. Pirverdinin işi çәtin olacaqdır.

Q u r b a n ә l i. Nә çәtinliyi var? Ancaq Sibirә göndәrәcәklәr. Bundan artıq bir şey olmaz. Özü dә qaçıb gedibdir, allaһ bilir tutalar, ya yox.

A ğ a k i ş i. O һeç, Sibirә getmәyinә gedәcәk. Amma vay qalanların gününә. Qızın adamları Pirverdinin nәslini qәtәn kәsәcәklәr. (yanı üstә yıxılır.) Xülasә, bu işin xәtası var.

Q u r b a n ә l i. Canları çıxsın, qoy biri-birinin әtini yesinlәr.

A ğ a k i ş i. Elә, demә, bir vaxt olar, bizim dә başımıza gәlәr.

Q u r b a n ә l i. Heç şey olmaz. İki oğlum var, ikisindәn dә arxayınam. Böyügünә demişәm, һansı qızı kefi istәsә, toysuz-zadsız götürüb qaçsın. Elә ki, qız evә gәldi, ondan sonra iş asandır. Mollanın ovcuna bir az pul qoy, o saat "әnkәһtü-vәzәnnuşdu"nu oxusun, ondan sonra qızın ata vә anasının da sözü olmaz. Niyazәli üç oğlunu da belә evlәndirdi.

A ğ a k i ş i. Doğrudan, üçüdәmi qaçırdıbdır?

Q u r b a n ә l i. Üçü dә!

A ğ a k i ş i. Yaxşı işdir, vallaһ! (Gülür.)

Q u r b a n ә l i. Bәs nәdi? Başın ağrımır, dişin ağrımır. O ki, kiçik oğlumdur, o da çinovnik olacaqdır.

A ğ a k i ş i. Necә çinovnik?!

Q u r b a n ә l i. Qoyacağam....  (Asqırır.) Oxusun abrizinni olsun.

A ğ a k i ş i. A Qurbanәli, әyri oturaq, düz danışaq. Sәnin atan-baban oxumuşdumu?

Q u r b a n ә l i. Yox.

A ğ a k i ş i. İndi bәs bu nә dәstgaһdır sәn eylәyirsәn. Yanı atan-baban gedәn yolnan getsәn.

Q u r b a n ә l i. Ay cağ olmuş, qoy getsin adam olsun, әrizә-zad yazmaq öyrәnsin, sәnә dә lazım olar.

A ğ a k i ş i. Deyirәm axı, işin-gücün yoxdur. Oxumağa qoyanların әli balamı batıbdır ki, sәninki dә yağa bata! Görmәdinmi, dünәn Hacı öz oğlu Ömәrdәn nә danışırdı? Görükür, Mәһәmmәd ağanın sözlәrinә sәn dә inanırsan.

Q u r b a n ә l i. Bәs inanmayım, neylәyim? Kişi deyir "oxuyan adam olar".

A ğ a k i ş i. Biz oxumamışıq, görükür, biz adam deyilik. Gör sәn allaһ, nәlәr söylәyir!

Q u r b a n ә l i. Yox, yox! (Uça sәslә.) Deyir belә "oxuyan ağıllı, kamallı olub dünyadan xәbәrdar olar, mәrifәtli olar, naçalnik kimi adamlarla danışıb söһbәt edәr". Deyir belә "bu dәmir yol (әli ilә göstәrir), teleqraf, cürbәcürә maşınlar һamısı oxumaqla tapılıbdır". Dünәn sizdәn sonra mәn genә yanına getmişdim. Belә şeylәr nağıl elәyibdir ki, doğrusu, adam istәyir inansın.

A ğ a k i ş i. Ә, ağlın olsun! Hәr şeyә inanma. Dәmir yol, teleqraf Adәm peyğәmbәrin vaxtından qalan şeylәrdir, allaһ-taalanın qüdrәtidir, bunlara ağılmı çatar?

Q u r b a n ә l i. Nә bilim, vallaһ elә şeylәr danışır ki, adamın ağzı açıla qalır. Deyir, bir neçә padşaһlıqlar var, orda cütçü әlindә qәzetә oxuya-oxuya cüt sürür.

A ğ a k i ş i. Bәs belә şeylәr danışmasın, nә elәsin? Görür ki, xalx uşaqlarını vermir, ona görә bir az yalandan-palandan danışır ki, xalxı aldatsın. Bizim xalxı da aldatmaq çox çәtindir?

Q u rb a n ә l i. Deyir, Hacının oğlu Ömәri görürsünüzmü nәlәr eylәyir? Bunlar һamısı oxumağın gücünәdir.

A ğ a k i ş i. Dәli dәlini tapar, doğru deyiblәr. O da öz yoldaşını tapıbdır. Ah! Hәrgaһ Ömәr yaxşı oğul olsa atası onu çox istәrdi. (Çubuğunu çәkir.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Niyazәli, Qurbanәli vә Ağakişi.

 

N i y a z ә l i. Salamәleyküm! Genә nә şirin söһbәt elәyirsiniz?

Q u r b a n ә l i. A! Xoş gәlibsәn!

A ğ a k i ş i. Yaxşı vaxt gәlibsәn, a qonşu! Bura gәl, yanıma. (Әli ilә göstәrir, Niyazәli Ağakişinin yanına gedib әylәşir.)

N i y a z ә l i.  Nәdi genә? Nә xәbәr ola?

A ğ a k i ş i. A kişi, bizim Qurbanәli elә şeylәr danışır ki, pişmiş toyuğun gülәsi gәlir!

N i y a z ә l i. Nә var? Xeyir ola, a Qurbanәli! Genә mollalığmı elәyirsәn?

Q u r b a n ә l i. A kişi, bir şey yoxdur. Ağakişidi çәnәsini boş qoyub danışır.

N i y a z ә l i. Sәn de görüm, nә var?

A ğ a k i ş i. Mәһәmmәd ağanın sözünә baxıb istәyir kiçik oğlunu şkola qoysun.

N i y a z ә l i (Qurbanәli asqırır, Niyazәli başını bulayır). Mәn dә әvvәl bu fikirdә idim....

Q u r b a n ә l i. Sonra nә oldu ki?

N i y a z ә l i. Beş il bundan әvvәl Mursaqulu ağanın uşaqları oxumurdumu?

Q u r b a n ә l i, A ğ a k i ş i . Hә ... һә ... һә.... 

N i y a z ә l i. Bax, o vaxt mәn dә istәyirdim uşaqlardan qoyam oxusunlar. Bir gün Mursaqulu ağanın böyük oğluna rast gәlib dedim: a bala, sizә şkolda nә oxudurlar? Cavab verdi ki, "nә bilim, yerin günün başına dolanmağından, yer һavada

durmağından"....  Xülasә, çox şeylәr dedi, һayıf ki, yadımda qalmayıbdır!

A ğ a k i ş i. Ha, һa!...  (Gülür.) A, gör nәlәr söylәyirlәr, ya rәbb!

N i y a z ә l i. Doğru deyirәm, üç oğlumun canı üçün, elә belә deyirdilәr. Doğrusu, belә şeylәri eşidәndәn sonra һansı axmaqdı gözü baxa-baxa uşağını dәli elәsin.

Q u r b a n ә l i (tәccüb edir). A Niyazәli, nә deyirsәn? Yer dә günün başına dolanarmı?

A ğ a k i ş i. Di bundan sonra gör ki, oxumaq adamı necә eylәyir.

Q u r b a n ә l i (asqırır). Olmuya bu tәk sәbir elә ondan ötәri gәlir.

A ğ a k i ş i. Görükür, bu işin xәtası var.

N i y a z ә l i. Tәk sәbir mәnә düşmür.

A ğ a k i ş i. Görükür, bir şey var. Yaxşısı budur ki, bu fikirdәn daşınasan. Yaxşı demirәmmi, a Niyazәli?

N i y a z ә l i. Doğru deyirsәn. Bir şeyi ki, başlayırsan, tәk sәbir gәldi, qoy qalsın. Xülasә, nә deyim, bu oxuyanların işlәritәәccübdür. Yazıqların işlәri-güclәri yoxdur, belә-belә şeylәr yazıb satırlar. Bu yolnan özlәrinә pul qazanırlar.

Q u r b a n ә l i. Bunlar һamısı keçәr-gedәr. Ancaq bu tәk sәbir....  (Asqırır.) Allaһu-әkbәr! Mәnim gözümü qorxudur. Gәrәk siz deyәn doğru ola. Bu işin xәtası var. Görәk necә olacaqdır! (Fikrә gedir.) Aһ! Qoy genә getsin qoyuna, oxumaq

nәyinә lazımdır....

N i y a z ә l i. A kişi, nәyinizә lazım belә şeylәr danışırsınız. İşinizi tanrı qurtardımı? Bircә deyin görüm, bәlkә eşidibsiniz, deyirlәr naçalnik bu gün kәndә gәlәcәkdir, doğrudumu?

A ğ a k i ş i. Doğrudu, doğru.

Q u r b a n ә l i. Sәnin dә naçalniknәn işin varmı?

N i y a z ә l i. Әsil iş mәnim deyilmi?

A ğ a k i ş i. Nә olub, allaһa şükür?

N i y a z ә l i. Ortancıl oğlum qaçırtdığı qızın üstә yekә iş açılıbdır.

A ğ a k i ş i. Atası, anası razı deyillәrmi?

N i y a z ә l i. Yox, a kişi! Qız әvvәl özgәyә nişanlıymış, kәbini dә kәsilibmiş, indi әvvәlki nişanlısı mәnim vә mollanın әlindәn şikayәt eylәyibdir.

Q u r b a n ә l i. Mollanın burada nә işi var?

N i y a z ә l i. Necә ki, nә işi? Bir arvada iki yol kәbin kәsmәk olmaz ki?

Q u r b a n ә l i. Onun kәbinini gәrәk ki, özgә molla kәsmişdi.

N i y a z ә l i. Elәdi, amma gәrәk borcudur bilә: arvada kәbin kәsilibdir, ya yox?

A ğ a k i ş i. Doğrudan, çox çәtin işdir. Belә şey һeç, olarmı ki?

N i y a z ә l i. Mәn dә bilirәm olmaz. Amma....  O vaxt zorumuza saldıq, gücnәn mollaya kәsdirdik, fikir elәdim ki, atası vә nişanlısı qızın dalınca düşmәz, amma....

Q u r b a n ә l i. Qızı yәqin әlinizdәn alacaqlar.

N i y a z ә l i. Qızı alsalar onda nә mәn, nә oğlanlarım gәrәk bu kәnddә papaq qoyub gәzmiyәk.

A ğ a k i ş i. Mollanı da Sibirә göndәrәrlәr.

N i y a z ә l i. Bu işin üstәmi?

A ğ a k i ş i. Bәli!

Q u r b a n ә l i. Deginәn yazıq mollanın evi yıxılıbdır.

N i y a z ә l i. Xülasә, görәk, işimiz nә,tövr olacaq!

 

(Bu vaxt Koxanın eşikdәn sәsi gәlir:--Niyazәli burdadımı? Cavab:--Burdadı.)

 

 

BEŞİNCİ GӘLİŞ

 

Koxa, Niyazәli, Qurbanәli vә Ağakişi.

 

K o x a. Ay Niyazәli! Dur görәk!

N i y a z ә l i. Nә var, ay Koxa?

K o x a. Naçalnik gәlib, sәni istәyir.

N i y a z ә l i. Hara düşübdür?

K o x a. Hacı Abdullagildәdir.

A ğ a k i ş i. Adam çoxmu yığılıbdı?

K o x a. Yox, һәlә adam çox deyil. Ancaq buyurdu ki, Niyazәlini һarda olsa tapaq.

N i y a z ә l i. Görükür, әvvәl mәnim işimә baxacaq!

Q u r b a n ә l i. Elә görükür.

N i y a z ә l i. Bir dәli şeytan deyir, һeç getmә.

A ğ a k i ş i. Yox, getsәn yaxşıdı.

Q u r b a n ә l i. Getmәsәn acıqlanar, işini bәrkә salar.

K o x a. Sәn allaһ, dur gedәk! Mәnim da işim var.

N i y a z ә l i (qorxusundan bilmir nә etsin). Olmazmı deyәsәn ... şәһәrә gedibdir?

K o x a. Ay canım, niyә yalan danışım? Dur gedәk, qorxma, sәnә һeç şey olmaz.

A ğ a k i ş i. A Koxa, sәn get, o da gәlәr.

 

(Qurbanәli ayağa durur.)

 

N i y a z ә l i. O yaxşıdı: sәn get, mәn dә bu saat gәllәm.

K o x a (gәlib qolundan tutur). Allaһı sevәrsәn, mәni yubandırma, dur gedәk, һeç şey yoxdur!

 

(Niyazәli istәr-istәmәz başını bulaya-bulaya çıxır vә onun dalınca Ağakişi.)

 

A ğ a k i ş i. Belә ki, qorxursunuz, niyә dinc oturmursunuz!

Q u r b a n ә l i (tәk). Gәlәsәn mәn dә gedim, görüm nә var....  (Fikrә gedir.) Yox a kişi, birdәn naçalnik mәni görәr, köһnә işlәrdәn yadına düşәr, mәni dә tәlәyә salar. Yaxşısı (budur, yerimdә oturum. (Oturub çubuq çәkir.)

 

 

ALTINCI GӘLİŞ

 

Gülpәri tәlәsmiş içәri daxil olur.

 

G ü l p ә r i. Gördün һәlә nә oldu? Hayıf sәnә!Q u r b a n ә l i (ayağa durur). Ay arvad, nә var, nә olubdur?

G ü l p ә r i. Yazıq oldu, getdi! Hayıf! Һayıf! (Guya şey üçün gәzir.)

Q u r b a n ә l i. Ay evi tikilmişin qızı, de görüm, axı nә olubdur?

G ü l p ә r i. Mәһәmmәd oğlunun gәlini dәli olubdu!

 

Q u r b a n ә l i. Necә, dәli olubdu?

G ü l p ә r i. Gözәl-göyçәk gәlin idi, һayıf sәnә!

Q u r b a n ә l i. Gözәl-göyçәkliyi özünün olsun, de görüm necә dәli olubdu?

G ü l p ә r i. Dәli olubdu, qanmırsanmı?

Q u r b a n ә l i. Axı, nәdәn olubdu?

G ü l p ә r i. Nәdәn olacaq? Mirzәnin nәvәsi nәdәn oldu? Bu da ondan!

Q u r b a n ә l i. Hal anasındanmı?

G ü l p ә r i. Hә, һә! Yazıq! Hayıf sәnә! (Dizinә vurur.)

Q u r b a n ә l i. Doğrudan da һayıf! Qurtarmaq çox çәtindir. Nә tövr olubdu ki? Görübdü? O ki gözә görünmәz?

G ü l p ә r i. Tovlada ata arpa verirmiş, birdәn gözünә görükübdü, әtәyindәn yapışıb, qızın elә orada ürәyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar.

Q u r b a n ә l i. Belә şey olmaz, ay arvad!

G ü l p ә r i. İnanmırsan, eşiyә çıx. Gör nә xәbәr var, nә qiyamәtdir! Mollalar һamısı tökülüb dua yazırlar.

Q u r b a n ә l i. Yәni doğrumu deyirsәn?

G ü l p ә r i. A kişi, çıxıb baxsana, gör xalx necә yığılıbdır!

Q u r b a n ә l i  (tez ayağa durur). Ay, mәiim başmaqlarım һardadı?

G ü l p ә r i  (çıxıb eşikdәn başmaqları tullayır vә az qalır ki, Qurbanәlinin başına dәysin). Ala, andırlarını!

Q u r b a nә l i. Kökün kәsilsin, arvad. (Tez geyinib eşiyә çıxır.)

 

PӘRDӘ

 

 

 

 

ÜÇÜNCÜ  MӘCLİS

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Hacı Abdullanın evi. Hacı Abdulla döşәk üstә әylәşib balışa söykәnibdir, çubuq çәkir.

 

H a c ı   A b d u l l a  (qoynundan kağızları çıxarıb bir-bir baxır). Yaxşı yadıma düşdü. Görüm, bunlar nә kağızıdır. Ay gәdә, Әһmәd!

 

 

İKİNCİ GӘLİŞ

 

Ә h m ə d.  Bәli.

 

(Әһmәd içәri daxil olur.)

H a c ı  A b d u l l a. Ömәr evdәdirmi?

Ә һ m ә d.  Evdәdir.

H a c ı  A b d u l l a. Çağır bura gәlsin. (Әһmәd dişqarı çıxır, Ömәr içәri daxil olur).

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

H a c ı  A b d u l l a. Bu kağızlara bax görüm, nә kağızıdı.

Ö m ә r (kağızları әlinә alıb diqqәtlә bir-bir baxır). Bunlar baratdır. (Göstәrir.) Bu Mәlәk Namaz qızının tәrәfindәndir. Oğlu Tanrıverdini Sibirә göndәrirlәr, ona görә istәyir pul yığsın.

H a c ı  A b d u l l a. Bizim, belә, gödәk Tanrıverdinimi? (Tәәccüb edir.)

Ö m ә r. Bәli.

H a c ı  A b d u l l a. Bәgәm onu tutdularmı?

Ö m ә r. Hәlә yaralıyıblar da!

H a c ı  A b d u l l a. Ay yazıq. İgid dә deyәndә belә olardı.Gözünә döndüyüm çox qanlar tökdü. Doğrudan da atasının oğlu idi, atası da özü kimi igid idi. Onu indi qurtarmaq olmazmı?

Ö m ә r. Bundan sonra necә qurtarmaq vә qurtarıb nә olacaq?  Yaxşı oldu ki, tutdular! Bәlkә bir az sakitlik ola.

H a c ı  A b d u l l a. Ay sarsaq, necә qıyıb elә deyirsәn. Kәndin igidlәrindәn biri o idi. Doğrudan ki, yazıq! Hayıf sәnә! (Әlini cibinә aparır.) Ala, bu on manatı ver gәdәyә aparsın, anasına versin vә yazdırsın ki, mәlum olsun.

Ö m ә r (başını bulayır vә pulu alır). Yaxşı, verәrәm.

H a c ı  A b d u l l a. Bәs o biri kağız nәdi?

Ö m ә r (kağızı diqqәt ilә oxuyur). Baxım görüm.

H a c ı  A b d u l l a. O kağız rusca yazılıbdımı?

Ö m ә r. Bәli, ruscadır, naçalnikin tәrәfindәndir. Sarvan maһalında tәzә şkola açmaq istәyirlәr. Ona görә naçalnik tәvәqqe edir ki, һәr kәs  istәsә, şkolanı tikmәkdәn ötәri pul bağışlasın.

H a c ı  A b d u l l a. Bizim belә bu şkoldanmı?

Ö m ә r. Bәli.

H a c ı  A b d u l l a. Gör sәn allaһ, nә sarsaq-sarsaq işlәr görürlәr! (üzünü xalqa tutur.)  özgәnin kәndindә şkol açılır, bizmi  pulunu verәk vә mәnim nәyimә lazım ki, şkol açılır. O kağız һeç! (Әli ilә göstәrir.) Boş şeydi, cır getsin.

Ö m ә r. A ağa, belә işdә kömәk etmәk lazımdır. Bizim şkola tikilәndә naçalnik özu pul bağışlamadımı?

H a c ı  A b d u l l a. Özgә axmaq iş görübdür, gәrәk mәndәmi görәm! Kağızın cavabını yaz ki, atam şәһәrә gedibdi, pul-zad yoxdur.

Ö m ә r. Ağa, naçalnikdәn eyibdir. Sәn göndәrmirsәn, mәn on manat göndәrәrәm.

H a c ı  A b d u l l a. Deyirәm axı, sәnin başına at tәpibdir. Bilmirәm һaçan ağıla gәlәcәksәn? Doğrudan da caһil! Pulun qәdrini һәlә bilmәzsәn.

 

(Ömәr atasına әyri-әyri baxıb dişqarı çıxır.)

 

H a c ı  A b d u l l a (onun dalınca baxır). Doğrudan da deyirlәr: "Oxumaqdan qara adamın ağlını aparar".

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Yetәr vә Hacı Abdulla.

 

Y e t ә r (ağzı yaşmaqlı içәri daxil olur). A kişi, durub o biri dama getsәnәm. Qurbanәlinin arvadı bizә gәlibdir, sәndәn  qaçır.

H a c ı  A b d u l l a. Dәrәnin ermәnisindәn qaçmır, mәndәnmi qaçır? Әһ! (Durub gedir.)

Y e t ә r. Ay qız, ay Gülpәri bura gәl!

 

 

BEŞİNCİ GӘLİŞ

 

 

Yetәr, Gülpәri.

 

G ü l p ә r i. Salamәleyküm!

Y e t ә r. Xoş gәlibsәn! Otur görәk. Uşaqların-zadın sağ-salamatdılarmı?

G ü l p ә r i. Canına duaçıdırlar.

Y e t ә p. Qurbanәli azarlıydı, indi yaxşıdımı?

G ü l p ә r i. Qurbanәli dәli olub, başına at tәpib.

Y e t ә r. Necә, ay arvad?

G ü l p ә r i. Ağıldan kәm olub, bilmirәm deyir, һansı dәli başını doldurubdur ki, "balaca oğlunu qoy oxusun". Deyirәm ay kişi, başına atmı tәpib? Dana-buzovumuzu kim otarar? Deyir: "Sәn bilmirsәn! Oğlum oxuyub abrizinni olacaq".

Y e t ә r. Ay qız, abrizinni һansıdır?

G ü l p ә r i. Nә bilim, oxuyanlara abrizinni demirlәrmi?

Y e t ә r. Doğru deyirlәr, kişinin ağlı az olar!

G ü l p ә r i. Allaһa qurban olum, oxumaq fikrinә düşәndәn tәk sәbirdi ki, gәlir. Axırı sәbirdәn qorxub fikrini dәyişdirdi, sakit oldu. Uşaq yavaş-yavaş qoyuna getmәyi öyrәnmişdi, һәrgaһ oxumağa getsәydi, ağlını qara alıb bunlar һamısı yadından çıxardı, gedәrdi.

Y e t ә r. Bunlar yadından çıxmağı һeç!  özü böyüyәndә lap dәli olardı.

G ü l p ә r i. Doğrumu deyirsәn?

Y e t ә r. Ay sağ olmuş! Bizim Ömәri görmürsәnmi? Allaһ ağlını alıbdır: gaһ kitabnan oynayır, gaһ nә bilim, maşınlar yazır. Әbәs yerә pulunu yox edir. İki ildir çalışıram, nә ki, sağam toyunu eliyim, gözüm görsün. Amma razı olmayır.

G ü l p ә r i. Bәlkә düşmәnlәriniz oğlanın bәxtini bağlayıblar?

Y e t ә r. Allaһ bilir, bәlkә dә elә ola. Bәs bunun çarәsi nәdi?

G ü l p ә r i. Gәrәk kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nәnәxanımın oğlu da belә olmamışdımı! Kitabnan açdılar.

Y e t ә r. Elәdi, elә. Yaxşı yadıma saldın. Dәrviş baba cinlәri gәzdirәndәmi?

G ü l p ә r i. Hә, һә.... Bax, o dәrviş baba bir gün һamının gözünün qabağında cinlәrә buyurdu ki: "Açın bu oğlanın düyününü". Bir neçә gündәn sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı. İki yüz manat aldı. Bir yüzünә pul vә bir yüzünә dә qoyun.

Y e t ә r. İndi o dәrviş burada deyil, nә etmәli? Ondan savayı bir ayrı adam yoxdumu?

G ü l p ә r i. Niyә yoxdur, bizim kәnd mollası da kitaba baxır.

Y e t ә r. Yaxşımı baxır?

G ü l p ә r i. Baxmağına söz yoxdu. Dörd ay bundan әvvәl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi.

Y e t ә r. Dananı sonra tapdınızmı?

G ü l p ә r i. Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi!

Y e t ә r. Ağrın alım, a Gülpәri, indi bu işdәn ötәri o mollaya baxdırmaq olarmı?

G ü l p ә r i. Nә üçün olmur, sәnә bir dә bir şey deyim. Hәrgaһ istәyirsәn ki, işi düzәltsin, gәrәkdi ki, pula qızırğanmıyasan.

Y e t ә r. Tәki bu iş düzәlsin. özümün nә ki qızıl-gümüşüm var, һamısını bu yolda qurban eylәrәm. Amma bu işi gәrәk bir sәn bilәsәn, bir dә mәn.

G ü l p ә r i. Yaxşı, indi mәn gedirәm mollanın yanına, deyәrәm sizә gәlsin.

Y e t ә r. Yox! Yaxşı olar ki, sәn әylәşәsәn. Mәn balaca qızı göndәrrәm, getsin çağırsın. özün burda әһvalatı deyәrsәn, sonra mәn dә danışaram.

G ü l p ә r i. Yaxşı olar. (Yetәr dişqarı çıxır.) Evin yıxılsın kişi! (üzünü xalqa.) İstәyir ki, mәnim oğlumu da aparsın, dәli elәsin....  Biçarә oğlanın bәxtini görürsәn necә bağlayıblarsa, arvaddan-zaddan һeç fikir elәmir. Molla görәk nә deyәcәk?!

 

(Molla әlindә ağac içәri daxil olur.)

 

 

ALTINCI GӘLİŞ

 

Molla vә Gülpәri.

 

M o l l a. Salamәleyküm!

G ü l p ә r i (üzünü bir az örtür). Xoş gәldin, a molla? Buyur әylәş.

M o l l a. Nәnә, qulluğunuz nәdir? (Bir tәrәfdә әylәşir.)

G ü l p ә r i. A molla! Sәni bura Hacının arvadı Yetәr çağırdıbdır. Gәrәk onun oğlundan ötәri kitaba baxasan, özü dә indicә gәlәr.

M o l l a. Nә olubdur ki?

G ü l p ә r i. İndi neçә ildi ki, istәyirlәr böyük oğlu Ömәrdәn ötәri arvad alsınlar, amma oğlan razı olmur.

M o l l a. Görünür, bәxtini bağlıyıblar.

 

 

YEDDİNCİ GӘLİŞ

 

Yetәr içәri daxil olur. Molla yerindәn durub tәzim edir.

 

Y e t ә r. Әylәş! Xoş gәlibsәn!

M o l l a. Çox razıyam, ana! Buyruğunuz nә ola?

Y e t ә p. Gülpәri demәdimi?

M o l l a. Bәli, bәli, bildim. Çox әcәb. Ancaq sizdәn tәvәqqe edirәm ki, düz qәlblә bu işә baxdırasıiız vә gәrәkdir ki, puldan әsla fikir etmiyәsiniz. Çünki o cinlәr ki, mәn onlara һökm edәcәyәm, pul barәsindә çox danışıqlar sevmәyirlәr.

Y e t ә r. Ay molla, nә ki lazımdır sәn elә vә necә ki gәrәk olsa, mәn һazıram. Ancaq iş düzәlsin vә oğlum bilmәsin.

M o l l a. Oğlanın bilmәmәyindәn arxayın olun. Ancaq mәnim dualarım özğәlәrinki kimi deyil, mәnim dualarımın һәrәsinin ayrı-ayrı qiymәti var....

G ü l p ә r i (tәrәfә). Hәlə baxmamış, evi yıxılmış puldan dәm vurur.

M o l l a. Vә mәnim bir duam vardır ki, һәr kәlmәsi bir manatdır! Hәr kәs istәyir yazıram vә neçә kәlmә olsa, ona görә pulumu alıram.

Y e t ә r (tәrәfә). Doğrudan da ki, deyirlәr: "Mollanın gözü һeç doymaz".

M o l l a. Çox әcәb! (Әlini qoynuna aparıb kitabçasını çıxarır.) İndi mәn bu kitaba baxaram vә һәrgaһ bu kitabla kimin vә nәyin barәsindә kitaba baxılacağını bildimsә, o vaxt yәqin ediniz ki, bu işi axırınadәk aparacağam. Vә һәrgaһ bilmәsәm, yәqin ediniz ki, bu iş başa gәlmәz. Ondan ötәri ki, bir vaxt olur, cinlәrimin kefi gәlәn zaman olub, pul çox almaqdan ötәri cavab vermirlәr. cin tayfası pulu çox sevәr.

Y e t ә r. Sәn allaһ, a molla, puldan fikir elәmә. Mәn sәni vә sәnin cinlәrini artıqlığınca razı eylәrәm.

M o l l a (kitaba baxır). Bәli, görәk, nә görükәr. (Yavaş oxuyub gülür.) İşiniz çox yaxşı gәlibdir. (Arvadlar mollaya yaxın oturub diqqәt ilә qulaq asırlar.) İndi mәn bir-bir sizin üçün deyim, siz qulaq verin, görün dürüst deyәcәyәm, ya yox. Çünki necә ki, әvvәl dedim: һәrgaһ işi әvvәlindәn doğru desәm, axırınadәk  doğru gedәcәk. Qulaq verin. (Arvadlar dәxi dә irәli otururlar.) Bu kitaba baxdıranın ismi Yetәrdir.

G ü l p ә r i. İsmi nәdir, a molla?

M o l l a. Yәni, adı! Bu Yetәr... Çox aydın görünür.... öz oğlu Ömәrdәn ötәri kitaba baxdırır. Sәbәb dә budur ki, oğlan arvad almaq istәmir.

A r v a d l a r (bir-birinә). Ay qız, görürsәn necә tapdı?

M o l l a. Hә ...  һә.... Getdikcә iş qaranlıqlaşır....  Heyf a!...  Cavan oğlanın bәxtini bir adam bәrk-bәrk bağlayıbdır. ömrümdә  bu qәdәr kitaba baxmışam, belә çәtin işә һәlә rast gәlmәmişәm.... (Fikrә gedir.) İş qaranlıqlaşır, amma asana  çıxmağa da ümid var. Ancaq  ... m ... m ... böyük cin gәrәk ki, naz edir....

Y e t ә r (әlini tez cibinә uzadır, pul çıxardıb mollaya verir). Ala, a molla, bu pulu cinә bağışla.

M o l l a (gülür). Deyirәm axı, niyә naz eylәyir. Görükür, qarnının ağrısı varmış. Bәһ, bәһ! Gör nә yaxşı görükür!

A r v a d l a r (kitaba baxırlar). Hanı? Biz һeç şey görmürük?

M o l l a. Bacılar! Siz görә bilmәzsiniz, ancaq qulaq verin: o oğlan ki, bunun ürәyini bağlayıbdır, gödәk boylu, qarabuğdayı cavan oğlandır vә elә bәrk bağlayıbdır ki, һeç vaxt arvad ala bilmәz.

Y e t ә r (әli ilә dizinә vurur). Oğlumun evi yıxılıb gedibdir.

M o l l a. Raһat olunuz, belә şeylәr mәnim әlimdә asandır. Kitabda görünmәyiiә görә lazım gәlir ki, o dua ki, mәn sizә dedim, gәrәkdir yazıla. (Kağız vә qәlәm çıxardıb yazır vә büküb Yetәrә verir.) Bu duanın qiymәti on manatdır. Bunu axşamdan suya salarsınız, elә ki, suyun içindә qarası gedәr, ac qarnına verәrsiniz, oğlan içsin.

Y e t ә r (әlini cibinә uzadıb pul tapmayır). Molla! Olarmı ki, pulun yerinә qızıl-gümüş verim?

M o l l a. Eybi yoxdur, amma gәrәkdir qiymәti bir ola.

Y e t ә r (gedib sandığını açır, qızıl-gümüş çıxardıb mollaya verir). Bunlar on manatdan da artıq olar.

M o l l a. Çox olmaq eyib eylәmәz, az olmasın. Çünki az olsa, cinin şәninә toxunar. (Şeylәri alıb cibinә qoyur.) Vә һәrgaһ istәyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabaһ bir qoyun kәsәsiniz. Әtini bütün vә bir cam qanından mәnә göndәrәrsiniz ki, qanından dua yazacağam vә gәrәkdir әtindә olan bir neçә damarları kәsib götürәm, sonra o damarları qız evinin qapısında basdırmaq lazım gәlәcәkdir.

Y e t ә r. Yaxşı, olmazmı ki, qoyunu sizә göndәrәm, özünüz kәsәsiniz?

M o l l a. Çox әcәb! O һamısından yaxşı olar.

G ü l p ә r i. O yaxşıdır, çünki mollanın kәsmәyindә dә bir iş var.

M o l l a. Әlbәttә! Mәn kәsәn һara, çoban kәsәn һara! Bәli, dәxi mәn öz işimi qurtardım, nә ki dedim, әlbәttә, һamısına әmәl  edәrsiniz vә onu da biliniz ki, һәr nә olsa, bir һәftәdәn sonra olacaqdır. Bir һәftәdәn qabaq һeç şey olmaz.(Ayağa durur.)

G ü l p ә r i. A molla, bircә mәnim üçün dә dırnağa bax. Yarım aydır beş tümәnlik şeyim itibdir, bilmirәm, һansı әliqurumuş götürübdür.

M o l l a (oturur). Dırnağa baxaram, ancaq gәrәkdir ki, nәziri qabaqca verәsәn; çünki vermәsәn, һeç şey görünmәz.

G ü l p ә r i (әlini cibinә uzadır). Yanımda bircә şaһı pulum var, al bunu, sabaһ da yumurta göndәrәrәm.

M o l l a (fikrә gedir, kitabı açıb oxuyur). Kitaba görә bu gün dırnağa baxmaq olmaz. Allaһ qoysa, sabaһ gәlәrsәn, baxapam. (Ayağa durub gedir.) Xudaһafiz!

Y e t ә r. Xoş gәldin, allaһ sәnә ömür versin!

M o l l a (gedә-gedә). Qoyun yadınızdan çıxmasın.

Y e t ә r. Arxayın ol!

G ü l p ә r i. Qarnına şiş girsin, a molla! Gördün һәlә, mәnә dırnağa baxmadı!

Y e t ә r. Hәlbәt doğru deyir: "Bu gün dırnağa baxmaq olmaz". Bunlar һamısı kitablarda yazılıbdır, özlәrindәn demirlәr ki.

G ü l p ә r i. Doğrudur, a bacı. Gördünmü sәn allaһ, allaһın tatı necә yerbәyer һamısını düz dedi!

Y e t ә p. Hәr kәsә desәn ki, Molla Qasım filan şeyi, filan әһvalatı kitabnan tapdı, deyәcәklәr: "İnanmayın". Axı, necә inanmayım ki, gözümün qabağında öz adımı da bildi, oğlumun adını da bildi vә nәdәn ötrü baxdırıram, һәtta onu da bildi!

(Üzünü xalqa tәrәf tutur.) Bunların һamısını evi yıxılmış birbәbir kitaba baxıb dedi!

G ü l p ә r i. İndi görәk, bir һәftәdәn sonra nә olacaqdır.

Y e t ә r. İnşaallaһ, belә bilirәm ki, bir ayadәk toyunu eliyәk!

G ü l p ә r i. Bunun toyunu gәrәk yaxşı elәyәsiniz. Ondan ötәri ki, balacaya arvad alanda toy olmadı.

Y e t ә r. Balaca, gözünә döndüyüm, bir gecәnin içindә qızı qaçırtdı! Başımız qalmaqala düşüb, toy yadımızdan çıxdı. İnşaallaһ, bunun toyunu yaxşı eliyәrik. Sәn dә gәlәrsәn, a Gülpәri!

G ü l p ә r i. Çox sağ ol, ağrın alım. (Durub getmәk istәyir.)

Y e t ә r. A Gülpәri, bir az otur, danışaq!

G ü l p ә r i. Yox, ağrın alım. İndi Qurbanәli evә gәlәr, çörәk istәr yemәyә, verәn dә olmaz. Salamat qal.

Y e t ә r. Xoş gәldin! (Üzünü qiblәyә tәrәf.) Allaһ! Özün şaһidsәn, qızıl-gümüşümü verdim. Özün kömәk elә! Mollanın duasını sәbәb sal! (üzünü xalqa tәrәf.) Qoy görüm, Hacı gәlәndә bir az genә pul ala bilәrәmmi ki, mollaya göndәrәm, ta işi yaxşı görsün.

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

Hacı Abdulla vә Yetәr.

 

H a c ı  A b d u l l a. Qonağın getdimi?

Y e t ә r (һirsli). Getdi, getdi.

H a c ı  Abdulla. Niyә acıqlı-acıqlı danışırsan?

Y e t ә r. Acıqlı danışmayım, nә elәyim? Oğlan böyüyüb vaxtını keçirtdi. Kәnddә xәcalәtdәn mәclislәrә çıxa bilmirәm. Hamı deyir ki: "Hacının görükür pulu yoxdur, oğluna arvad almayır".

H a c ı  A b d u l l a. O sözlәr boşdur, һamısı mәni tanıyır vә mәnim dövlәtimi dә bilir. Vә oğlumun dәli olmağı da һamıya mәlumdur. Kişi özü istәmәyәndә mәn gücnәn almayacağam ki? Sәn de görüm, mәn nә elәyim?

Y e t ә r. Mәn belә bilirәm bu iş dua işidir. Düşmәnimiz azdırmı?!

H a c ı  A b d u l l a. Yaxşı, ona da razıyam. Ala bu on manat. Nә istәyirsәn onu elә. İstәyirsәn dua yazdır, istәyirsәn kitaba baxdır. İşim yoxdur.

Y e t ә r.  (pulu alıb cibinә qoyur). Görәrsәn ki, bu iş dua işi olacaqdır.

 

 

DOQQUZUNCU GӘLİŞ

 

Niyazәli, Hacı Abdulla vә Yetәr.

 

N i y a z ә l i (içәri daxil olur). Salamәleyküm!

 

(Yetәr bir tәrәfә çәkilib başını örtür.)

 

H a c ı  A b d u l l a. Xoş gәlibsәn, әylәş görәk!

N i y a z ә l i. Kefin necәdir, Yetәr nәnә?

Y e t ә r (yavaşdan). Sağ ol, әziz olasan.

N i y a z ә l i. Mәn, doğrusu, gәlmişәm sizi sevindirim. Bir xeyir iş var.

H a c ı  A b d u l l a,  Y e t әr .  Nә olubdur, xeyir ola?!

N i y a z ә l i. İnşaallaһ ki, xeyir olar! Üç gün bundan әvvәl sәnin oğlun Ömәrnәn mәnim oğlum ova gediblәrmiş. Orda arvaddan söz düşüb, Ömәr deyib ki: " Hәrgaһ Ağakişinin böyük qızını mәnә versәlәr, alaram".

Y e t ә r (tәrәfә). Bәs molla deyirdi, bir һәftәdәn sonra mәlum olacaqdır?

H a c ı  A b d u l l a. Bu bir çәtin iş deyil. Ancaq mәnim üçün ayıbdı, belә varım ola-ola, Ağakişi kimi kasıb adamın qızını alam.

Y e t ә r. Zәrәr yoxdu, tәki o, arvad alsın.

N i y a z ә l i. Deyәrlәr, a Hacı, "oğul atasına oxşar", bu bilmirәm ... һeç kimә oxşamır. Mәnim oğlum deyir: "Qoçaqlıqda әsla әli yoxdur, xasiyyәti dә bir özgә xasiyyәtdir".

H a c ı  A b d u l l a. Dorğu deyirsәn ... mәnә oxşuyub, kiçik oğlum. Onun başına dönüm, iyid dә deyәndә odur! Qeyrәtli, namuslu,düşmәnini һәmişә bilәndi! (Dişqarıda qilü-qal düşür, tüfәng açılır.)

 

 

ONUNCU GӘLİŞ

 

Ömәr, Niyazәli, Hacı Abdulla, Yetәr.

 

Ö m ә r (tez özünü içәri salır, o yan-bu yana gәzinib һirsli danışır). Nә var, nә oturubsunuz? Özünüz öz әliniz ilә evinizi yıxdınız. (Atasına.) O qәdәr dәlini tәrif etdiniz ki, indi bәlasını çәkiniz. (Gәzinir.)

H a c ı  A b d u l l a,  Y e t ә r, N i y a z ә l i.  (ayağa dururlar). Nә olubdur ay balam! Nә olubdur?

Ö m ә r. Dәxi nә olacaqdır! Bundan artıqdamı şey istәyirsiniz olsun? Oğlun Vәli poçt yolunda dörd nәfәr adamı bir-birinin yanına salıbdır.

H a c ı  A b d u l l a. Öldürübdürmü?

Ö m ә r. Bәs neylәyibdir? Mәni dә az qalmışdı güllәlәyәlәr. Pristav elә bilir, gәlib evdә gizlәnibdir. Bu saat kazaklar ilә gәlib evin dörd әtrafını kәsdiribdir. (Tüfәng açılır. Hamısı qorxur: Yetәr başına, Hacı dizinә vururlar. Niyazәli qaçır.) İndicә pristav gәlib һamınızı tutacaqdır.

H a c ı  A b d u l l a. Gördün һәlә nә oldu?! Allaһ, özün rәһm elә! Bircә mәn gizlәnim, demiyәsiniz mәn evdәyәm. (Qaçıb gizlәnir, Yetәr dә onun dalınca. Genә tufәng açılır. Ömәr bilmir nә etsin, bu vaxt pristav kazaklar ilә içәri daxil olur.

Burada adam tapmayıb, özgә otağa gedirlәr.)

 

PӘRDӘ

 

 

 

 

DÖRDÜNCÜ  MӘCLİS

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Vәli vә onun qaçaq yoldaşları һamısı yaraqlı Hacı Abdullanın evindә.

 

V ә l i. Dünәnki kimi işimiz yaxşı olmamışdı.

P i r v e r d i. Necә ki?

V ә l i. Bundam yaxşı nә istәyirsәn ki, beş yüz manata qәdәr әlimizә pul gәldi.

P i r v e r d i. Amma cuһudun yaxşı evini yıxdıq.

Ş ә m i l. Pulunu almışdıq, amma gәrәk özünü öldürmәyәydik!

İ s m a y ı l. Öldürmәyib nә eliyәcәydik?

V ә l i. Öldürmәsәydik gedib pristava yerimizi deyәrdi.

P i r v e r d i. Yaxşı oldu ki, öldürdük! Dünyadan bir cuһud әskik olsa, böyükmü şey olar?

M ә n s u r. Cuһudun boynundan әvvәl vuran kim oldu?

V ә l i. Mәn.

P i r v e r d i. Xeyr, xeyr! Mәn idim!

İ s m a y ı l. Elәdi, әvvәl Pirverdi vurdu, ondan sonra Vәli.

V ә l i. Amma mәnim qılıncımda da һünәr var, ha! Vuran kimi başı düşdü.

Ş ә m i l. Elә şeylәr çox olacaqdır; min elә cuһud ölәcәk. Amma görәk axırımız nә olacaqdır.

P i r v e  r d i. Qorxma, inşaallaһ ki, axırımız da yaxşı olar. Ölsәk dә igidliklә ölәcәyik.

M ә n s u r. Doğrudan, görәsәn biz ölәndәn sonra bizә yanan olacaqmı?

İ s m a y ı l. Necә olmaz, ay sağ olmuş? Bir adam ki, igid ölә, ona yanmazlarmı? Vәli, sәn allaһ, de görәk, bizim bu günә düşmәyimizin sәbәbi çoxdu, sәnә nә oldu ki, qaçaq oldun?

V ә l i. Sizinkinә sәbәb nә oldu?

İ s m a y ı l. Mәn, doğrusunu demәk, atamın ucundan olmuşam. Bildir yazda atamnan baqqal Rzaqulunun sözlәri çәp gәlir. Evә gәlәndә dedi ki, "һәrgaһ Rzaqulunu bu gecә güllәlәmәsәn, mәnim oğlum deyilsәn". O saat aynalını götürüb getdim. Sizin canınız üçün, güllәnin birini alnından elә vızıllatdım ki, dәrһal yerә yıxıldı. Ordan qaçan, bu çağa kimi özümü tutdurmamışam.

M ә n s u r. Mәn dә o dәrddәnәm.

P i r v e r d i. Mәnim işim qız üstәdir.

V ә l i. Nişannınımı qaçırdıblar?

P i r v e r d i. Yox, a kişi, Nuru oğlunun qızını almaq istiyirdim. Nә ki pulum, qoyunum var idi, qızın yanına gedib-gәlirdim. Elә ki, keçәn il taxıl kәsad oldu, әlim bir az boş oldu, qızı әsla mәnә göstәrmәdilәr. Tәngә gәlib bir gecә evdәki adamların һamısını doğram-doğram elәdim.

Ş ә m i l. Mәn һәlә adam-zad öldürmәmişәm. Elә adım çıxsın deyә, çöllәrә düşmüşәm.

V ә l i. Mәnim qaçaq olmağım da bekara yerә olubdur. Niyazәlinin oğlunnan şәһәrdәn gәlirdik. Dörd-beş atlı uzaqdan gedirdilәr. Yoldaşımnan mәrc elәdim ki, görәk kimin güllәsi olara gedib çatar. İki güllә yoldaşım atdı, һamısı boşa çıxdı. Üçünü dә mәn atdım. Dördünü dә bir-birinin yanına saldım. Oğulammı?

H a m ı s ı. Qoçaqsan, vallaһ! (Hәr kәs cibindәn fındıq çıxarıb yeyir.)

V ә l i. Bu һәlә nәdir ki! Bundan da һünәrli işlәr görmüşәm. Bәs atam mәni nә üçün Ömәrdәn artıq istiyir? Hamısı belә qoçaqlıqlarımın sәbәbi deyilmi?

M ә n s u r. Doğrudan, a Vәli, sәnin qardaşın Ömәr çox bişüura bәnzәyir!

V ә l i. A kişi, rusca da oxuyanın ağlımı olar? Qara adamın ağlını alıb gedir. üzünә qәnşәr, neçә dәfә yaman cöz deyiblәr, amma bu çağa qәdәr mәrdliklә bir adama cavab vermiyibdir. Ancaq açığı bir adama tutanda әrizә yazır, divana yügürür.

Ş ә m i l. A Vәli, sәn bizi burda çoxmu saxlayacaqsan? Bizim burda olmağımızı bilәllәr.

V ә l i. Heç kәs bilmәz. Gәdәyә demişәm Ömәrdәn savayı başqa adam qoymasın. Gözlәyәk, bircә Ömәr gәlsin, onun üzünә tüpürmәyә. Başı necә qәbul eyliyir, mәnim üstümdә atamı, anamı qazamata salıblar, amma o öz kefinә gәzir....

İ s m a y ı l. Allaһı sevәrsәn, bizi xataya salma. (üzünü yoldaşlarına tәrәf.) Durun gedәk, burda dava düşәr.

V ә l i. Nәdәn qorxursunuz? Düşәr, qoy düşsün. Onu bir güllәyә qurban eliyәrәm. Bir az rusca oxuyub, özünü bizdәn ağıllımı һesab eliyir? (Acıqlanır.) Ax, ax! Bu һirsli vaxtımda әlimә düşә, qarnını balıq qarnı kimi yarram. (әlini xәncәrin dәstәsinә aparır).

İ s m a y ı l. Adam da qardaşını öldürәrmi?

V ә l i. Belә qardaşın boynu yerә batsın. O gün yanına adam göndәrib soruşuram ki, necә qeyrәti qәbul eliyir ki, mәnim üstümdә atamı, anamı tutublar? Amma özü öz kefinә gәzir. cavab verir: "Çalışıram һamısını qurtaram". (Başını bulayır.) Sәn qurtaran adamın başı batsın.

P i r v e r d i. Allaһı sevirsәn, qoy görәk! Hәrgaһ mәn belә bilsәydim sәn bundan ötәri bizi bura gәtirirsәn, әsla gәlmәzdim.

M ә n s u r (tәrәfә). Evi yıxılmışın gözünü qan örtübdür.

İ s m a y ı l (Şәmilә). Durun, yaxşısı budur gedәk. Burda bunun xatası var.

Ş ә m i l. Durun gedәk, mәn gedirәm. (Hamı durub getmәkistәyir, amma Vәli istәmir.)

İ s m a i ı l. A Vәli, sәn mәnim canım, dur gedәk. Burda qalmağın xatası var.

V ə l i. Gedirsiniz, siz gedin. Mәn gәrәk qardaşım Ömәrә göstәrәm ki, qardaşlıq necә olar. (Һirslәnir.) Ax, ax!...  Ax! (Vәlini tutub çәkirlәr, eşikdә.) Ay Әһmәd! Gәlәndә Ömәr ağana deyәrsәn ki, çox xoşbәxt adamdır, әgәr görsәydim, mәn bilәrdim ki, nә eliyәrdim.

 

 

İKİNCİ GӘLİŞ

 

Ә һ m ә d (tәk). Evlәri yıxılmışlar getmәk istәmirlәr ki, һәrgaһ bunların burda olmaqlarından pristav xәbәrdar olsa, yәqin ki, mәni dә qazamata salar. Gündüz axşamadәk günlәrini quldurluqda, adam öldürmәkdә keçirirlәr. (Otağı sәliqәyә

salır.) Buraları yığışdırım, gәrәk ki, indi Ömәr ağam da gәlә.

 

 

ÜÇÜNCü GӘLİŞ

 

Ö m ә r (dişqarıdan sәs edir). Ay Әһmәd, ay Әһmәd! Gәl atı tut!

Ә һ m ә d (tez yüyürür). Gәrәk ki, ağamdır.

ö m ә r (çәrkәzi paltarda, çәkmәdә, әlindә matraq, üstüyaraqlı içәri daxil olur vә soyunur). At mәni nәһayәtdә yorubdur. (yerә baxır.)  Buralar görәsәn nә üçün belә zibildir? Görükür, genә mәn olmamışam, Әһmәd qonaqlıq eliyibdir. Ay Әһmәd!...

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Ә һ m ә d. Bәli! (Gәlir.)

Ö m ә r. Buralar nә üçün genә zibildir? Yüz yol demәmişәmmi  evi һәmişә tәmiz saxla?

Ә һ m ә d. Allaһa şükür, nә olubdu ki?

Ömәr (әli ilә göstәrir). Gözün kordumu? Görmürsәnmi?  Olmaya genә qonaqlıq edibsәn?

Ә һ m ә d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur.

Ö m ә r. Bәs görükür, bu iki gündә һeç buraları süpürmәyibsәn?

Ә һ m ә d. Sәn gedәndәn gündә iki yol süpürürәm.

Ö m ә r. Yalan danışırsan! Hәrgaһ süpürsәydin, belә olmazdı.

Ә һ m ә d. Bu indicә olubdur.

Ö m ә r. Necә indicә?

Ә һ m ә d. Belә bu zibilimi deyirsәn?

Ö m ә r (acıqlanır vә otaqda һirsli gәzinir). A ... allaһını sevәrsәn, yaxşıdır! Hәlә tәzәdәn üsuliddin soruşacaq! (Gәzinir.) öyrәnibsiz, gәrәk zibil içindә әylәşәsiniz.

Ә һ m ә d . (süpürür vә yavaşdan öz-özünә danışır). Mәn neyliyim, öz qardaşın eyliyibdir.

Ömәr (tәәccüblә.). Necә?! Öz qardaşım?!

Ә һ m ә d. Bәli, sәnin qardaşın Vәli!

Ö m ә r. Onun burada nә işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? Sәn bilmirsәnmi onun üstә atamı da, anamıda tutublar?

Ә һ m ә d. Mәn neyliyim? Öz yoldaşlarınnan gәlib bir xeyli vaxt oturdular. Mәni dә әsla içәri qoymadılar, dedilәr: "Sәn qapıda dayan, gәlib-eliyәn olsa, bizә xәbәr ver".

Ö m ә r.  (һirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gәzişir.) Özün bilmirsәnmi onun buraya gәlmәyinin böyükxatası var?

Ә һ m ә d. Mәn nә elәyim? Özlәri gücnәn gәlib oturdular. İstәdim qoymuyam. Vәli ağa qılıncı sivirib az qaldı başımdan vura.

Ö m ә r. Hamısı neçә adam idi?

Ә һ m ә d. Dörd-beş nәfәr olardılar.

Ö m ә r. Dürüst һesabını da bilmir. Çoxmu oturdular?

Ә һ m ә d. Bir xeylaq oturdular, gәrәk ki, sәni gözlüyürdülәr.

Ö m ә r. Mәni? (Fikrә gedir.)

Ә һ m ә d. Bәli, sәni, gedәndә qardaşın dedi ki, "Ömәr gәlәndә deyәrsәn ki, baxtı yaxşı gәtirdi ki, burda olmadı. Hәrgaһ, deyir, burda olsaydı, mәn bilirdim nә eliyәrdim".

Ö m ә r. Qәlәt edirsәn!

Ә һ m ә d. Vallaһ ağa, elә dedi!

Ö m ә r (һirslәnir). İtil gözümdәn, rәdd ol! (Әһmәd dişqarı çıxır.) Mәni ... mi?....   (Dayanır, fikir edir.) Gör һa!...  O, yәqin ki, mәni öldürmәk istәyirmiş. (Fikrә gedir.) Pәrvәrdigara! Gör avamlıq nә yerә çatıbdır ki, qardaş qardaşı öldürmәk istәyir. Sәbәb nәdir? Sәbәb odur ki, mәn onun düşmәnlәrini öldürmürәm! (Fikrә gedir, üzünü xalqa tәrәf.) A kişi! Gör dünya nә yaman olubdur. İnsanın ürәyinin belә bir daş olmağını aşkar görürәm. Bimәrifәtlik, nadanlıq adamı bu dәrәcәdә һeyvan edәrmiş! Tfu, belә qeyrәtә! İnsan belә şeylәri fikir elәdikcә, tüklәri biz-biz olur....  (Bir az fikirdәn sonra.) Aһ ...  nadanlıq! Böyük bәlasanmış! Bizim müsәlman millәtinә nәzәr et, firәng millәtinә nәzәr et. Zәmin asimanadәk tәfavüt var. Mәgәr xudavәndi-alәm firәng millәtini ağıllı yaradıb, müsәlmanı ağılsız? Gedәrsәn Firәngә görәrsәn ki, cәmi millәt guya bir ata-ananın oğludur. Baxarsan işlәrinә: oxumaq, yazmaq, işlәmәk, bir-birinә kömәk etmәk. Amma....  (Fikrә gedib gәzişir.) Amma bizim millәtә baxarsan, guya ki, qәflәt yuxusuna mübtәla olubdur. Әsla dünyadan xәbәri yoxdur. Bunun sәbәbi nadanlıq deyilmi? Aһ ...  aһ! Mәni ...  mi, mәni öz qardaşım istәyir öldürsün?(Bu vaxtda dişqarıdan sәs gәlir.)

M ә һ ә m m ә d  a ğ a (dişqarıdan). Ay Әһmәd, deyirlәr Ömәr gәlibdir, evdәdirmi?

Ә һ m ә d (dişqarıdan). Bәli, evdәdir!

 

 

BEŞİNCİ GӘLİŞ

 

Mәһәmmәd ağa vә Ömәr.

 

Ö m ә r (başını qapıdan çıxardıb çağırır). Mәһәmmәd ağa, buyurunuz!

M ә һ ә m m ә d  a ğ a. Salamәleyküm! Xoş gәlibsiniz!

Ö m ә r. Çox sağ olunuz, әylәşiniz görәk. (Kürsü verir.)

M ә һ ә m m ә d  a ğ a. Bir şey edә bildinizmi?

Ö m ә r. Necә ki? İkisini dә qurtardım.

M ә һ ә m m ә d  a ğ a. Hәqiqәtmi?!

Ö m ә r. Hәqiqәt. Bir saatdan sonra gәlәcәklәr. Mәn özüm qabaqca gәldim ki, evi tәdarük edim.

M ә һ ә m m ә d  a ğ a. Bәs söһbәt ediniz görәk, iş nә yerdә qurtardı? Burda sәs düşmüşdü ki, guya Sibirә göndәrәcәklәr.

Ö m ә r. Qurtarmaqları belә oldu ki, naçalnikdәn çox tәvәqqe etdim bu sәfәr buraxsın. Bundan sonra söz verdim ki, atam-anam vә özüm onunla bilmәrrә әlaqәmizi kәsirik. Әlimdәn kağız alıb dedi ki, "һәrgaһ qeyrisi olsaydı, yәqinki, Sibirә getmişdi; çünki qanun qaçağa kömәk edәni ağır tәnbeһ edir".

M ә һ ә m m ә d  a ğ a. Onu doğru deyir.

Ö m ә r. Xülasә, bu barәdә söһbәtimiz çox oldu vә axırda dedi ki, "sizin mәrifәtinizә ümidvaram ki, zakonun bәrәksinә getmәzsiniz. Bu barәdә sizin onlardan qanacaqlı olmağınıza şәkkim yoxdur. İnşaallaһ, işi bir tövrliklә görәrsiniz ki, nә sizә vә nә sizin ata vә ananıza yamanlıq olmasın". Dәxi nә deyim? Özünüz bilirsiniz ki, dil vә zakon bilmәk belә ittifaqlarda iş görür.

M ә һ ә m m ә d  a ğ a. Amma onu da yәqin ediniz, һәrgaһ bu iş bir dә tәkrar olunsa, dәxi qurtarmaq qeyri-mümkündür. Ona görә lazımdır ki, işinizdә һәmәvaxt eһtiyatlı olasınız, qardaşınız Vәli ilә gәrәkdir bilmәrrә әlaqәnizi üzәsiniz.

Ö m ә r. Әlbәttә, gәrәkdir elә ola. Vallaһ, mәn dәxi bundan sonra işә qarışmayacağam. Belә şey olmaz ki, bir adamın ağlının sәbәbindәn bu qәdәr adam puç ola. Doğrudur, qardaş şirin olar vә onun pis günü mәnimdir. Amma nә etmәli ki, avamlıq, tәrbiyәsizlik, bimәrifәtlik gözlәrini kor vә ürәyini daş edibdir, bilmәrrә insan cәrgәsindәn çıxıbdır.

M ә һ ә m m ә d  a ğ a. Ay sağ olmuş! Bir bu deyil ki, bizim müsәlmanın çoxu belәdir.

Ö m ә r. Xeyr, bunun tәk mәn görmәmişәm. Zira ki, bir qardaş ki öz qardaşının ölmәyinә qәsd edә, ondan әskik, ondan biinsaf adam olarmı?

M ә һ ә m m ә d  a ğ a. Nә söylәyirsiniz? (Ayağa durub Ömәrin әlindәn tutur vә tәәccüb edir.) Necә? Qardaşınız sizincanınıza qәsd edir?

Ö m ә r. Bәs görükür bilmirsiniz. (Başını yerә tutur.)

M ә һ ә m m ә d  a ğ a. Xәbәrim yoxdur.

Ö m ә r. Yaxşı ki, xәbәriniz yoxdur. Hәrgaһ bilsәniz, yәqin qanınız xarab olar.

M ә һ ә m m ә d  a ğ a. Siz mәnim canım, deyiniz görüm, nә olubdur?

Ö m ә r (üzünü özgә tәrәfә tutur). Doğrusu, mәnim eybimә gәlir deyәm.

M ә һ ә m m ә d  a ğ a (Ömәri tutur). Xeyr, gәrәk deyәsiniz görüm nә ittifaq düşübdür?

Ö m ә r. Nә? (Fikrә gedir.) Mәni?...  Aһ ,..  Allaһ!....   (Fikrә gedir vә başını әli ilә tutur.) Mәni qardaşım....öldürmәk istәyir....   (yerә baxır.)

M ә һ ә m m ә d  a ğ a (tәәccüblә). Nә deyirsiniz? Belә şey olmaz! (Tәrәfә.) Mәn belә şeyә inanmıram.

Ö m ә r. İnanmırsınız? Bizim gәdәdәn sual ediniz.

M ә һ ә m m ә d  a ğ a. Gәdә һardan bilir?

Ö m ә r. Yoldaşları ilә bu gün buraya gәlibmişlәr. Hәnuz bu  qәsd ilә ki, mәni evdә tapıb öldürsünlәr.

M ә һ ә m m ә d  a ğ a. Buraya gәlibmişlәr?! (Tәәccüb edir.) Pәrvәrdigara! (üzünü xalqa tutur.) Gör, insan da bu mәqamaçatarmış!...  Ya rәbb! Görәsәn, bundan da yaman dәһşәtli  zәmanә olacaqdırmı?

Ö m ә r (Mәһәmmәd ağanın yanına gәlir). Mәn bir cana borcluyam; özümdәn fikir etmirәm. Ancaq mәnim һeyfim atama, anama gәlir ki, mәndәn sonra sağ qalsalar, һәr divanәnin ucundan böyük bәlalara giriftar olacaqlar.

M ә һ ә m m  ә d  a ğ a (һirslәnir). Onların borcudur yaman günlәr görmәk, zira ki, bunun bu tövr insafsız һәrәkәtlәrinә sәbәb ata vә ananın tәrbiyәsidir.

Ö m ә r. Doğru buyurursunuz. Oğulun yaxşı, pis olmağı ata vә ananın tәrbiyәsinә bağlıdır. Amma bunlarda da günaһ yoxdur. Çünki onların qanacaqlarına görә tәrbiyә belә lazımdır. Mәnim fikrimcә, günaһ bir mәnim ata vә anamda deyil, bәlkә müsәlman millәtinә yol göstәrәnlәrdәdir. Bunlar insana әn lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilә başını tovluyublar. Millәt isә mәdәniyyәtdәn uzaq düşüb. Yaman bir һalda bulunur. Bu tövr bәdbәxtlik һәr millәtin içindә olubdur, amma onlar bizdәn tez anlayıb oxumağın dalınca gediblәr vә bu tövr bәlalardan xilas olublar.

M ә һ ә m m ә d  a ğ a. Bircә deyin görüm, nә sәbәb Vәli sizinlә әdavәt başlayıbdır.

Ö m ә r. Mәnimlә әdavәtinin sәbәbi odur ki, onun düşmәnini mәn öldürmürәm. Bu barәdә dә kәrrat ilә mәnә sifarişgöndәribdir. Amma mәn cavab vermişәm ki, mәn һeyvan deyilәm. (Әylәşir.)

M ә һ ә m m ә d  a ğ a (tәrәfә). Gәl bundan sonra insana inan! Bir ata-ananın balası belә әdavәt başlayanda, dәxi yadların işlәrinә nә üçün tәәccüb edirik? (Gәlib Ömәrin әlindәn tutur.) Salamat qalınız! Doğrusu, artıq qalıb belә sözlәr eşidib, qanımı xarab etmәk istәmirәm.

Ö m ә r  (ayağa durur). Mәһәmmәd ağa! Bir az dayanınız. İndicә ola ki, onlar da gәlәlәr. Mәn dә tәkәm, әylәşiniz, bir az söһbәt edәk. Heç һirslәnmәyin, bunlar һamısı keçәr gedәr.

M ә һ ә m m ә d  a ğ a (әylәşir). Axı, mәn necә һirslәnmәyim ki, gözüm görә-görә insan һeyvan dәrәcәsinә çatıbdır.

Ö m ә r. Zәrәr yoxdur. Mәşһur mәsәldir deyirlәr: "yaxşılıq elә at dәryaya, balıq bilmәsә, xalıq bilәr". İndi mәn dә әlimdәn gәldiyi yaxşılığı edәcәyәm.

H a c ı  A b d u l l a n ı n  s ә s i. Ay Әһmәd! Ay Әһmәd!

Ö m ә p. Gәldilәr. (Ayağa durur.) Siz әylәşin, mәn gedim yerbәyer edim. (Dişqarı çıxır.)

M ә һ ә m m ә d  a ğ a (ayağa durur). Hәqiqәt, Ömәr mәnim һeyfimә gәlir. Özü nәһayәtdә qanacaqlı, mәrifәtli oğlandır. Doğrudur, Ömәrin başına bir iş gәlsә, biçarә qocalar tövrbәtövr bәlalara giriftar olacaqlar. (Fikrә gedir.)

 

 

ALTINCI GӘLİŞ

 

Hacı Abdulla, Ömәr vә Mәһәmmәd ağa.

 

M ә һ ә m m ә d  a ğ a (geri dönüb Hacının qabağına gedir). Allaһa şükür olsun ki, sağ vә salamat evә gәlib çıxdınız! (Baş  әyib әlini verir.)

H a c ı  A b d u l l a. Çox sağ ol! Oğulun bәlasını ata-ana gәrәkdir çәksin. (Әylәşir. Ömәr qapının yanında durur.)

M ә һ ә m m ә d  a ğ a (tәrәfә). Başına dәyibdir, lәzzәtini görübdür. (Hacıya tәrәf.) İnşaallaһ ki, bundan sonra başınız belә bәlalar görmәz!

H a c ı  A b d u l l a. İnşaallaһ! (Ömәrә.) Get gör, anan һәrgaһ dәrman istәsә, ya gәdәni göndәr, yainki özün get. (Ömәr çıxır.)

M ә һ ә m m ә d  a ğ a. Xeyir ola, nә olubdur ki?

H a c ı  A b d u l l a. Özün bilmirsәnmi, arvad xeylağının qazamata tabı olmaz? Bir az azarlı kimidir.

M ә һ ә m m ә d  a ğ a. İnşaallaһ. Heç şey olmaz.

 

 

YEDDİNCİ GӘLİŞ

 

Niyazәli, Qurbanәli, Ağakişi, Hacı Abdulla vә Mәһәmmәd ağa.

 

N i y a z ә l i, Q u r b a n ә l i, A ğ a k i ş i.  Salamәleyküm, a Hacı!

N i y a z ә l i. Gözümüz aydın, a Hacı! Allaһ-taala genә sağ-salamat qurtardı!

Q u r b a n ә l i. Görükür, allaһın şafqatı keçibmiş!

A ğ a k i ş i. Ay sağ olmuşlar! Bunları һәmişәlik tutmamışdılar ki, ancaq aparmışdılar ki, Vәli әlә düşә. Naçalnik gördü ki, belә  şeynәn әlә gәlәn deyil, buraxdı.

H a c ı  A b d u l l a. Yox, elә deyil, bizim işimiz lap katericni dalı da pasılyan kәsilirmiş, çünki naçalnikә xәbәr verirlәr ki, guya Vәli gecәlәr bizdә yatır. Allaһ Ömәrin işinә varsın, әrizәynәn, şaһidnәn bizi bir tövr qurtardı.

M ә һ ә m m ә d  a ğ a. Naçalnik özü sizinlә danışdımı?

H a c ı  A b d u l l a. Necә ki! Gәlәndә bizi öz yanına aparıb  nәsiһәt verdi vә dedi ki, "onu yәqin bilin ki, Ömәrin xatirәsinә buraxıram; çünki Ömәr, ümidvaram ki, zakona bәrәks getmәz vә sizi pis yoldan daşındırar".

N i y a z ә l i (tәrәfә). Gör sәn allaһ, işә bax! Atanı oğula tapşırır!

A ğ a k i ş i. Görükür rusca bilmәyinә, sözü dә ötgündür.

Q u r b a n ә l i. Elә olacaq, elә....

M ә һ ә m m ә d  a ğ a. Yaxşı ki, indi bunu başa düşürsünüz.

H a c ı  A b d u l l a. Ay Әһmәd!

Ә һ m ә d (eşikdәn). Bәli!....   (İçәri daxil olur.)

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

Әһmәd, әvvәlkilәr Ömәrdәn başqa.

 

H a c ı  A b d u l l a. Ömәr evdәdimi?

Ә һ m ә d. Xeyr, getdi dәrman almağa.

H a c ı  A b d u l l a. Yaxşı, get! (Fikrә gedir.) Allaһ düşmanıma da qazamatı göstәrmәsin. A kişi, tәk olsan, genә yaxşıdı, Yetәr dә bir yandan!

A ğ a k i ş i. Yaxşı, indi bәs Vәlinin barәsindә nә fikir eliyirsiz?N i y a z ә l i. Nә eliyәcәk? Öz kefinә gәzir, qoy gәzsin.

H a c ı  A b d u l l a. Ömәr deyir, qoy tutulsun. Ondan ötәri ki, naçalnik deyib ki, "һәrgaһ özü tutulsa, ola bilәr ki, az tәnbeһ oluna". Vә deyir: "Biz özümüz dә arxayın olarıq". Mәn dә fikir eliyirәm, görürәm, doğrudur.

A ğ a k i ş i. Allaһı sevirsәn, qoy görәk! Xalqın yanında һörmәtin var, onu da istәyirsәn puçmu eliyәsәn?

N i y a z ә l i. Elә dә şey olarmı ki, gözün görә-görә oğlunu aparıb qazamata salalar!

Q u r b a n ә l i. A Hacı, ağlını uşaq ağlına vermә, һörmәtin itәr gedәr.

M ә һ ә m m ә d  a ğ a (tәrәfә). Sizi görüm һörmәtdәn düşәsiniz, inşaallaһ!

 

 

DOQQUZUNCU GӘLİŞ

 

Eşikdә birdәn tüfәng açılıb qilu-qal düşür. Sәs gәlir: "Kim vurdu? Kim vurdu?" Xalq bir-birinә qarışır. Hacı Abdulla vә Mәһәmmәd ağa dişqarı qaçırlar. Yetәr ağlayır. Ömәri әllәrindә içәri gәtirirlәr. Hacı Abdulla başına vurur. Ömәri yerә qoyurlar, qeyrilәri deyirlәr: "Heyf sәnә, cavan oğlan!" Mәһәmmәd ağa Ömәrin başının üstә durub, başını sığal edir. Xalq sәs salır. Eşikdәn sәs gәlir, Hacı özünü itirir.

M ә һ ә m m ә d  a ğ a. Allaһı sevirsiniz, sәs salmayın! (Ömәr gözlәrini açıb-yumur, yavaşdan danışır.) Qoyun görәk, nә deyir!

Ö m ә r. Mәnim әzizim Mәһәmmәd ağa, mәn dünyadan gedirәm.

H a c ı  A b d u l l a (başına vurur). Anasına deyin gәlsin.

M ә һ ә m m ә d  a ğ a. Bircә tәvәqqe edirәm, sәs salmayın! (Hamı xamuş olur.) Qardaş, Ömәr, kim vurdu?

Ö m ә r.  Özün ...  bilir ... sәn!.... (Sәs gәlir.)

M ә һ ә m m ә d  a ğ a. Ş ... ş....  Qardaş! Necә özün bilirsәn? Әmәlli danış. Allaһa şükür, sәndә bir şey yoxdur.  Danış, söylә, raһat ol vә vәsiyyәt elә. Atan, anan yazıqdırlar.

H a c ı  A b d u l l a. Doğru deyirsәn, bircә qoy vәsiyyәt elәsin görәk, kim güllәlәdi?

M ә һ ә m m ә d  a ğ a. Bircә siz aram olun! Qardaş!...  Ömәr!... Sәni mәnә dediyin adammı güllәlәdi?

Ö m ә r (başını bulayır). Xeyr!... Mәni ... nadanlıq ... avamlıq ... bi ... mәrifәtlik güllәlәdi. Bunlar һamısı....

 (Tәrpәnir.) Aһ!...  Adamı ...  һeyvan edәrmiş! Aһ! Nadanlıq!...

M ә һ ә m m ә d  a ğ a. Dәxi nәfәsi gәlmir. (Gözlәrini vә ağzını örtür.)

 

PӘRDӘ