ŞAMDAN BӘY

 

 

 

 

KOMEDİYA, DÖRD MӘCLİSDӘ

 

 

ӘFRADİ-ӘHLİ-MӘCLİS

 

Y u s i f--  mәdәniyyәtli, qulluq edәn cavan oğlan, Avropa libasında.

Q u l u-- Yusifin nökәri.

X ә d i c ә-- Yusifin nişanlısı, 19 yaşında.

H a c ı  İ b r a h i m-- Xәdicәnin atası, 40 yaşında.

N i g a r-- onun övrәti, 50 yaşında.

N a z l ı-- onun qulluqçusu, 20 yaşında.

N i y a z  b ә y-- Xәdicәnin dayısı, 40 yaşında, çәrkәzi libasında.

Ş a m d a n  b ә y-- Yusifin dostu, 30 yaşında, çәrkәzi libasında, bığı yoğun.

S u l t a n, M u r a d, R ә s u l-- Yusifin  dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa

libasında vә kimi çәrkәzi libasında.

R z a  b ә y, H e y d ә r  b ә y, N ә c ә f  b ә y-- Şәhәrin mütәşәxxis bәylәrindәn, 40 yaşında,çәrkәzi libasında.

C ә f ә r-- Hacı İbrahimin nökәri.

P ә r z a d  q a r ı-- qoca övrәt, 50 yaşında.

 

 

 

 

 

BİRİNCİ MӘCLİS

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Yusif otağında әylәşib kağız oxuyur. Ev, şәhәr evi. Bir neçә kürsü vә bir küncdә miz üstündә kitablar vә kağızlar.

 

Y u s i f. Açım kağızı, görüm mәnim әziz nuri-çeşmim Şamdan bәy nә yazıbdır? (Oxuyur.) "Rәfiqi-mehribanım Yusif! Xeyli vaxtdır sәninlә ayrılıb didarına hәsrәt qalmışam. Amma indi ümid edirәm ki, sәninlә görüşәm. Ah! Nә xoşbәxt

olardım bu yavuq vaxtda sәninlә bir otaqda oturub keçәn günlәrdәn söhbәt edәydim! Mәlum ola ki, bu ayın axırınadәk sәninlә görüşәcәyәm. Salamat qal! Şamdan". (Kağızı mizin üstünә qoyur, sonra üzünü xalqa tutub.) Heç bundan yaxşı şey olarmı ki, qәlbdәn istәdiyin dostdan mәktub alasan! Hәqiqәt, bu yaxşı şeydir! Yaxşı yoldaş dar gündә lazım olar. On ildir ki, Şamdan ilә görüşmәmişәm. İndi gәrәk ki, surәti dә tәğyir tapıbdır. (Kağızı götürüb yenә oxuyur.) Bunun yazmağına görә gәrәk bu günlәrdә buraya gәlsin. (Durub qapıya tәrәf gedir vә Qulunu çağırır.) Qulu!

 

 

İKİNCİ GӘLİŞ

 

Qulu vә Yusif.

 

Q u l u. Nә buyurursunuz?

Y u s i f. Bu saat o yan otağı (әli ilә göstәrir) tәmiz edәrsәn vә hazırlarsan; çünki bu günlәrdә bizә qonaq gәlәcәkdir.

Q u l u. Otaq tәmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq.

Y u s i f. Necә şey? Bir taxt qoyarsan vә yorğan-döşәk hazır edәrsәn.

Q u l u. Ağa! Artıq yorğan-deşәyimiz yoxdur. (Yusif fikrә gedir.)

Y u s i f. Yaxşı, sәn get. Mәn bir az fikir edim.  (Qulu dişqarı çıxır. Yusif bir az fikirdәn sonra.) Hәqiqәt,

Şamdan çox pis vaxtda gәlir: heç şey hazır deyil. Nә yorğan var, nә döşәk, nә dә balış vә nә dә pul vardır ki, bunların hamısını  alam.... Ah!...  (Fikrә gedir.) Hamısından yaxşı öz yorğan-döşәyimi ona verim, mәn necә olsa dolanaram. (Bir az fikirdәn  sonra Qulunu çağırır.) Qulu! Ay Qulu!

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Qulu daxil olur. Yusif vә Qulu.

 

Q u l u. Bәli!

Y u s i f. Get mәnim yorğan-döşәyimi yan otağa apar.

Q u l u. Ağa, bәs sәn?

Y u s i f. Mәn yola gedәrәm. Mәnim üçün bir yaz yorğanı qoy.... Xülasә, elә olsun ki, Şamdan dostumun yanında xәcalәt çәkmәyim. Dәxi sәn öz işinә mәşğul ol. Mәn gedirәm, hәr kәs mәni sual etsә, de ki, bu saat gәlәr. (Yusif geyinib dişqarı çıxır).

Q u l u (tәk, evi sәliqәyә salır vә öz-özü ilә danışır). Mәnim ağamın işlәrinә tәәccüb qalmalıdır. Bu vaxtadәk qulluq edibdir, amma bir şeyi yoxdur. Özgәlәrin evinә gedirsәn, bir küncdә divan, bir yanda stollar vә stullar, divarlarda xalılar vә şәkillәr, dörd dәst yorğan-döşәk. Xülasә, adam istәmәyir ki, evdәn dişqarı çıxsın. Mәn hәtta bir neçә adam bilirәm  ki, mәnim ağamdan az mәvacib alırlar, bununla belә padşah kimi dolanacaqları vardır, amma bizim ... çörәk yemәyә qabımız da  yoxdur. Ev şeylәri lazım olduqca qonşulardan gәtirmәkdәn, doğrusu, bezar olmuşam. Axırda elә olar ki, qonşular da vermәzlәr, onda görәk nә edәcәyik. Neçә kәrә demişәm ki, yoldaşlara az xәrc et, adam gәrәk son gününün dәrdinә qala. Hәr deyәndә sözü bu olubdur ki, "yoldaşlıq yaxşı şeydir. İnsan gәrәkdir bir-biri ilә dostluq etsin. Pulu yığıb ölәndә özüm ilә aparmayacağam ki". Doğrudur, amma insan gәrәk hәr şeyi yolunda elәsin. Bu dünyaya ümid bağlamaq olmaz. İnsanı bu dünyada pul ilә istәyirlәr. Bәli, hәlә cahıldır, pis günlәr görmәyibdir. Dolanacaq çox asan görünür. Amma xeyr, insanın başında yüz min yazılar var, yüz min xәtalar. Kim bilir gәlәcәkdә nә olacaqdır?....  Ondan savayı, Yusif ağıllı cahıllardan biridir. Nә üçün gәrәk fikir elәmәsin ki, bu gün-sabah toy edәcәk, görәk toyu nә ilә edәcәk? Pulu vardırmı? Xülasә, nә deyim. Bu zәmanәnin cahıllarının işlәrini anlamaq çәtindir. Vallah, özgәsi olsaydı, mәn bir gün dә burada dayanmazdım. Amma nә fayda ki, Yusifi çox istәyirәm, mәnimlә nәhayәtdә mehriban dolanır. Mәndәn olsa, ömrümün axırınadәk ona qulluq edәrәm. Әzbәs ki, onun xasiyyәti vә mehribançılığı mәni özünә qul edibdir. Belә adamın bir parça çörәyi mәnim üçün qeyrilәrindәn çox-çox yaxşıdır. Onu da yaxşı bilirәm ki, o da mәni çox istәyir. (Kitabları düzәldir, dişqarıdan sәs gәlir.) Gәrәk ki, gәlәn odur.

Y u s i f (otağa daxil olub başlayır hirsli gәzmәyә). Ah!....  (Qulu ona baxır.)

Q u l u.  Allaha şükür ağa, nә olubdur ki, hirslәnibsәn?

Y u s i f. Heç....  Bir az ...  pul lazım idi....  Tapa bilmәdim....

Q u l u. Nә qәdәr lazımdır?

Y u s i f. Beş-altı manat.

Q u l u. Onun fikrini etmә. Mәnә verdiyin mәvacibdәn qalır. (Әlini cibinә salıb pul çıxardır.) Buyur.

Y u s i f (başını aşağı salıb pulu alır). Qulu, sәn heç darıxma, ancaq bu ayı döz, ondan sonra mәnim әlimә bir yerdәn pul  gәlәcәkdir. Onda sәn nә desәn ona әmәl edәrәm. İndi sәn get işinә mәşğul ol. (Qulu dişqarı çıxır.)

Y u s i f (tәk). Yaxşı ki, Qulu mәnә kömәklik etdi. Yoxsa ki, Şamdan dostumun yanında xәcalәt çәkәcәkdim. (Durub gәzinir.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Sultan, Murad, Rәsul içәri daxil olurlar.

 

H a m ı s ı. Salamәleyküm!

Y u s i f (qarşılarına gedib). Ay әleykümәssalam, qardaşlar! Әylәşiniz. (Әli ilә stul göstәrir. Hәr biri bir stul, götürüb әylәşirlәr.)

S u l t a n. Bu gün bazardan keçәrkәn Qulu rast gәlib sәnin әhvalını sual etdim. Qulu dedi ki, guya qonaq gözlüyürsünüz, doğrudurmu?

Y u s i f. Bәli, doğrudur.

M u r a d. Hәrgah sizin evinizdә darlıq etsә, olmazmı ki, bizә düşә?

R ә s u l. Doğru deyir, Muradgilә düşsün. Allaha şükür, otaqları boldur.

S u l t a n. Muradgil bәlkә bir az uzaq ola. Onda qoyun, bizә düşsün.

Y u s i f. Heç zәhmәt çәkmәyin. Hamınızdan artıq dәrәcәdә razıyam. Ancaq iraq qonaq olsa, әlbәttә, layiq deyil belә nizamsız evdә saxlamaq. İş buradadır ki, gәlәn qonaq sizin kimi yavuq dostlarımdandır. 3-4 il bir yerdә olmuşuq. O mәni tanıyır, mәn onu. Bir-birimizdәn gizlin işimiz olmaz. Mәnim bu nizamsız evim ona çox xoş gәlәr. Özü yaxşı oğlanların biridir. İnşaallah gәlәr, görәrsiniz.

S u l t a n. Görünür ki, yaxşı oğlandır; çünki o mәclis olmuyubdur ki, onu yada salmayasınız.

M u r a d (evә nәzәr yetirir). Tәәccüb edirәm, bu neçә ildә burada necә dolanırsınız. (Yusifә tәrәf.) O pul ki burada sizdәn  çıxır, o qiymәtә yaxşı otaqlar tutmaq olar.

R ә s u l. Ay, ay! Yusifin burada olmağının sәbәbi çoxdur.

Y u s i f. Yaxşı dediniz.

S u l t a n. Bәli, şair deyir: "Mәhәbbәt bir bәla şeydir, giriftar olmayan bilmәz...."

M u r a d. A! İndi anladım!

Y u s i f. Hәqiqәt, onu Sultan doğru deyir.

S u l t a n. Tez olun görәk, toyunuzu edәk, bir az kef çәkәk.

R ә s u l  vә  M u r a d. Yaxşı dedin, vallah.

Y u s i f. Mәn razıyam, günü bu gün olsun. Amma nә fayda ki, atası deyir: "Bir az sәbir etmәk lazımdır".

M u r a d. Xoşbәxtlik buradadır ki, qız da Yusifi istәyir.

S u l t a n. Nәinki istәyir vә hәtta dәli-divanәdir. (Yusifә nәzәr yetirir.)

Y u s i f. Çox da elә yox. Ancaq sizi özümә yavuq dostlardan bilib deyirәm ki, qız hәqiqәt istәyir vә bir neçә dәfә özü ilәsöhbәt  etmişik. Ağıllı, kamallı, hәqiqәt, insanı valeh edir.

R ә s u l. Bunun ağıl-kamalının çox olmağına sәbәb nәdir?

S u l t a n. Әlbәttә, oxumaq....

M u r a d. Tәrbiyә.

Y u s i f. Doğru dediniz, tәrbiyә dәxi şәrtdәndir. (Murada baxır.)

S u l t a n. Xeyr, şәxs ola bilәr ki, çox elm oxumuş olsun vә tәrbiyәsi az olsun....

M u r a d  vә  R ә s u l. Haqdır.

 

 

BEŞİNCİ GӘLİŞ

 

Qapı açılıb Şamdan bәy yol paltarında içәri daxil olur.

 

Y u s i f (ayağa durur). A! Sәn gәlibsәn, mәnim әzizim! (Bir-birini öpürlәr.) Sәni biz çoxdan gözlüyürdük.

Ş a m d a n. Bir az gec oldu. Çünki knyaz Çavçavadze Şirvana gәlib bizә düşmüşdü.

Y u s i f (qonaqları göstәrir). Bu yoldaşlarım ilә dә aşna olsan! (Şamdanı göstәrib.) Bu hәnuz qonaqdır ki, mәn gözlüyürdüm!

H a m ı s ı (durub әl verirlәr.) Çox әcәb! Çox gözәl! (Hәr kәs öz yerindә әylәşir.)

S u l t a n. Bәli, çox yaxşı oldu ki, bizim şәhәrә buyurdunuz. (Şamdana tәrәf.) İnşallah, bu şәhәrin bir neçә qәribә şeylәrini görüb gәlmәyinizdәn narazı qalmazsınız.

Ş a m d a n. Hәqiqәt, şәhәrin barәsindә çox oxuyub vә çox eşitmişәm. Vә amma oxumaq vә eşitmәklә insan rahatlanmaz, gәrәkdir gözlә hәr şeyi görüb hiss etmәk. Buna görәdir ki, neçә illәrdi buraya gәlmәk arzusunda idim. Vә axırda iş belә oldu ki, sizin vә mәnim rәfiqim Yusif (әli ilә göstәrir) yoldaşlıq şәrtini yerinә yetirib burada qulluq tapıb vә öz qulluğumu buraxıb buraya gәldim. Vә Yusifin mәktublarında hәmişә siz cәnabların xahişinә mәn buraya gәlәm, oxuyur idim. Xülasә, xuda ömür versә, sizә qulluq etmәyә mәn dә borcluyam.

H a m ı s ı. Biz hәmişә sizin qulluğunuzda hazır varıq.

M u r a d. Hәәnd sizi görmәmişdiksә dә, amma Yusif sizdәn o qәdәr danışıbdır ki, hәqiqәt, uzaqdan-uzağa mәhәbbәt bağlamışdıq.

R ә s u l. Hәqiqәt, elәdir.

Ş a m d a n (baş әyir). Çox mәmnunam!

Y u s i f. Bağışlayın, siz söhbәtә mәşğul olun, mәn dәxi bir neçә şey lazımdır hazır edim. (Deyib dişqarı çıxır.)

S u l t a n. Siz öz işinizdә olun. Bizdә dә o qәdәr qüvvә olar ki, qonağımızı qoymarıq qәmgin olsun. (Hamı gülür.)

Ş a m d a n (baş әyir). Çox razıyam! Qәzetlәrdә yazılan әxbara görә mәlum olur ki, bu şәhәrin müsәlmanları alış-verişlә çox tәrәqti ediblәr vә ona görә dә deyirlәr, guya burada olan dövlәt Zaqafqaziyanın heç yerindә yoxdur.

M y r a d.  Bәli, elәdir....  Fәqәt nә xeyri?

Ş a m d a n. Necә ki?

S u l t a n. Murad cәmiyyәti-xeyriyyәni nәzәrdә tutub bu sözü deyir.

R ә s u l. Aşkar demәli, pulları çoxdur,  amma millәtә xeyirlәri az.

Ş a m d a n. Bәli, indi anladım. Hәnuz buyurduğunuz sözlәri mәn neçә dәfәlәrlә "Tәrcüman" qәzetәsindә oxumuşam vә mәn dәxi bu barәdә öz yerimizdә neçә dәfәlәrlә camaata demişәm vә bir neçәsi dәxi sözümü eşidib Şirvanda dördәcәn mәktәb açdırmışam. (Yusif içәri daxil olub Qulu ilә stolu hazır edirlәr.) Vә lazımdır ki, siz dә burada bu barәdә bir iş  görәsiniz.

Y u s i f (әylәşir). Bәli, insan ancaq dövlәtlә bәxt qazana bilmәz. Xoşbәxt olmaq üçün mәdәniyyәt dәxi lazımdır, o da ki, bizim müsәlmanda yoxdur.

M u r a d. Şamdan bәy! Eyib olmasın, bağışlayın, bir şey sual edәcәyәm: evlisiniz, ya yox?

Ş a m d a n. Xeyr vә heç fikrimdә yoxdur evlәnmәk....

S u l t a n. Sәbәb?

R ә s u l. Görünür, istәyirsiniz ömrünüz azadlıqla keçsin.

Ş a m d a n. Xeyr, ondan savayı mәn doğrusu, alsam, oxumuş qız alacağam. O da ki, hәlә bizim müsәlman arasında çox az tapılar. Hәrgah, hәqiqәt, bu sәbәb olmasaydı, mәn indi çoxdan evlәnmişdim. Çünki çox qızlar mәnim sәbәbimә bәdbәxt olublar.

M u r a d. Necә ki?

Ş a m d a n. Doğrusunu demәk, bilmirәm mәndә nә görüblәr ki (bığını burur), görәn kimi mәnә aşiq olurlar. Mәn dә almaq istәmәyib, görürsәn özlәrini biçaralәr hәlak edirlәr.

H a m ı s ı. Bәli, mümkündür!

 

(Stol hazır olub qәhvә ortalığa gәlir.)

 

Y u s i f. Zәhmәt çәkib buyurasınız, qәhvәәk.

 

(Hamı durub mizin әtrafında әylәşir.)

 

M u r a d. Bәli, oxumuş övrәt çox yaxşıdır, amma hәqiqәt, mәhәbbәtsiz dә evlәnmәk bir şey deyil.

Ş a m d a n. Bizlәrdә iki tәrәfdәn mәhәbbәt çәtin tapılar. Çünki bizim adәtdә övrәt kişiyә görünmәk yoxdur. (Qәhvә içib qurtarırlar.)

Y u s i f (gәlir, ikinci dәfә qәhvә tәklif edir). Ah! Ah! (Hamı Yusifә diqqәt ilә baxır.).

M u r a d. Bu barәdә Yusif özünü xoşbәxt hesab edә bilәr.

Ş a m d a n. Necә ki?

S u l t a n  (Şamdana tәrәf). Siz buyurduğunuz şәrtlәr hamısı Yusifdә vardır.

R ә s u l. Bәli, hәmi oxumuş, hәmi mәhәbbәt....

Ş a m d a n. Yusif! Hәqiqәt necә ki, eşitmişәm vә indi dә ki, rәfiqlәrin deyirlәr, sәnә insanın paxıllığı tutar.

M u r a d. Xudavәndi-alәm elә elәsin ki, bu iş tezliklә başa gәlsin.

H a m ı s ı. İnşaallah! İnşaallah!

Y u s i f. Tәşәkkür edirәm! (Qәhvә tәklif edir.) Buyurunuz.

H a m ı s ı. Xeyr, dәxi zәhmәt çәkmәyin. (Qulu stәkanları yığışdırır.)

S u l t a n (yoldaşlarına tәrәf). Dәxi biz gedәk. Şamdan bәy dә yoldan gәlib yorğundur, bir az yatıb dincini alsın.

 

(Hamı--Murad, Sultan, Rәsul durub әl verib çıxmaq istәyirlәr.)

 

Ş a m d a n. Siz mәndәn arxayın olun; mәn çox da yatmaq sevmiyirәm. Bu gün dörd gündür mәn yuxusuzam. Çünki gәlәn gündәn bir  az müqәddәm bizim şәhәrә Tiflisdәn gürcü knyazları ki, mәnim ilә әvvәldәn dostluğumuz var, gәlmişdilәr. Onlar ilә  dörd gün-dörd gecә ov elәmişik....

H a m ı s ı. Bәli, bәli, bәdәnin salamatlığındandır. (Baş әyib dişqarı çıxırlar.) Salamat qalın!

Ş a m d a n  vә Y u s i f. Xoş gәldiniz!

Y u s i f. Әzizim! Get otağa, bir az dincini al.

Ş a m d a n. Çox gözәl. (Gedir.)

Y u s i f (tәk). Hәqiqәt, çox xoşbәxtlikdir ki, ürәyin istәyәn dostu qonaq saxlayıb bacardığın hörmәti ona eylәyәsәn. Hәәnd  mәndә o qәdәr qüvvә yoxdur ki, Şamdana layiqincә hörmәt edim. Amma eybi yoxdur, Şamdan elә yoldaş deyil ki, mәnә çox da diqqәt tuta. Özü bilir ki, mәn bir dәrviş adamam.

 

 

ALTINCI GӘLİŞ

 

Qulu vә Yusif.

 

Q u l u. Ağa! Pәrzad qarı gәlib sәni görmәk istәyir.

Y u s i f. De gәlsin. (Qulu dişqarı çıxır vә Pәrzad içәri daxil olur.)

 

 

YEDDİNCİ GӘLİŞ

 

Yusif vә Pәrzad.

 

P ә r z a d. Salamәleyküm, Yusif bәy!

Y u si f. Xoş gәlibsәn, Pәrzad nәnә. Әylәş. (Stul göstәrir.)

P ә r z a d. Zәhmәt çәkmә, mәnim dәdәm-babam stul üstә әylәşmәyiblәr. Mәn yerdә oturacağam. (Yerdә әylәşir.)

Y u s i f (gülә-gülә). Hә ...  hә... yaxşı, yaxşı! Әylәş görәk nә var, nә yox? Tәzә xәbәrdәn-zaddan?

P ә r z a d. Tәzә xәbәr-zad yoxdu. Ancaq yoldan gedirdim yadıma düşdü ki, sәndәn soruşum görüm, axı işi nә yerdә qoydun?

Y u s i f. Necә iş?

P ә r z a d.  Necә ki, necә iş? Toyu deyirәm da....

Y u s i f. Toy hәlә qalıbdır. Qızın atası-anası bu gün-sabaha qoyurlar. Görәk nә tövr olacaqdır.

P ә r z a d. Pәh, pәh, pәh! Ölmә eşşәyim ölmә, yaz açılar yonca bitәr!....  (Әlini oynadır.) Sәndәn görürәm, toy elәyәn olmayacaq.

Y u s i f. Necә olmayacaqdır ki, gecә-gündüz toyun fikrini çәkirәm. Amma nә edim ki, deyirlәr hәlә sәbir et....

P ә r z a d. Onlar hamısı sözdü. Belә bilirәm qızı dәxi sәnә vermәk istәmirlәr. Ondan ötәri ki, qızı çox dövlәtlilәristәyirlәr.

Y u s i f. Onlar boş işdir. Bu ara sözüdür vә belә sözlәrә inanma.

P ә r z a d. Genә sәnә versәydilәr, mәn dә bir parça çörәk yiyәsi olardım. Heç olmasa toyda bir az pul yığardım. Görәsәn hansı iraq adama verәcәklәr. Xeyri dә özgәlәr görәcәk.... (Fikrә gedir.) Sәn bilirәm, ay Yusif bәy, ona arxayın olubsan ki,

qız sәni sevir, amma sәnin öz canın üçün inanma. Qızı da yoldan çıxardarlar.

Y u s i f. Kim çıxardacaq?

P ә r z a d. Mәnim kimi küpәgirәn qarı azdımı? Vallah elә cadu-pitilәr qayırarlar ki, qızı yatdığı yerdә gecә vaxtıgәtirәrlәr....

Y u s i f (gülә-gülә). Hә ...  hә ...  hә .... Nә edәk! Qoy etsinlәr. Sәn ki, allaha şükür, sağsan. Sәn dә mәnә tәrәf cadu edәrsәn ki, mәnim işim avand olsun.

P ә r z a d. Ah! Keçәl dәrman bilsә, öz başına sürtәr. Mәn hәrgah dәrman bilsәydim özümә elәrdim ki, belә tez qocalmıyam....

Y u s i f. Pәrzad nәnә, qocalıq mәgәr pis şeydirmi?

P ә r z a d. Ah, allah kәssin belә şeyi! Qocalıqdan yaman şey yoxdur, ay balam! Sözünә nә gәlin qulaq asır, nә oğul, nә nәvә. Bir parça çörәk hәrdәnbir versәlәr verirlәr, vermәsәlәr gәrәk ağzı möhürlü oturasan. Elә ki, bir az dindin, deyirlәr: "Qoca  köpәk, dinmә, sәsini kәs". Bunlar hamısı da oğuldan keçir. Mәnim oğlumu görürsәnmi, arvadına bir söz deyә bilmәz. Ancaq acığı tutanda ağzına gәlәni mәnә deyir. Belә oğulun başına at torbası keçirim. (Bәrkdәn.)

Y u s i f. Pәrzad nәnә, görükür, oğlun övrәtini çox istәyir.

P ә r z a d. Çox istәyir dedin, qoydun. Bir gün olmaz ki, әliboş gәlsin: bir gün tumanlıq alır, bir gün köynәklik alır, bir gün  nә bilim, başına yaylıq alır. Mәn yazıq qalıram baxa-baxa. Üç ildir bircә don alıb, indi dә gәlinim ağzını açanda deyir  ki, "anam, donu belә tez xarab elәmәk olmaz ki? Әrim yazıq deyilmi?" (Ağlayır.) Nә bilim, vallah, cavablarını bir pәrvәrdigar versin. Xoş sәnin ananın halına ki, allahın rәhmәtinә gedibdir, gәlin üzü görmәyibdir.

Y u s i f. Pәrzad nәnә, sәn elә bilirsәn hamı oğullar sәninki kimi olur?

P ә r z a d. Elә demә, arvad alandan sonra sәnә deyәrәm. Sәnin canın üçün Yusif bәy, arvad xeylağı elә şeytan olurlar ki, kişini bir öpüşlә aldadırlar.

Y u s i f (tәrәfә). Özü dә şeytan oldu! Ay Pәrzad nәnә, sәn özün sәn allah, gәlin olanda qaynananla necә dolanıbsan?

P ә r z a d. Mәnim işim özgә. Ondan ötәri ki, mәnim qaynanamın  ağzı çox yava idi. Harada oturardı deyәrdi ki, "mәnim gәlinim yox olsun". Ondan ötәri ki, atası evinә çörәk-zad göndәrәndә hәmişә әrimә deyәrdim. O da onun üzünü danlardı. Doğrusu, elә vaxt da olub ki, iki-üç gün onu ac qoymuşam....

Y u s i f (tәrәfә). Hә ...  hә....  Nә tökәrsәn aşına, o da gәlәr qaşığına.

 

(Dişqarıda övrәt sәsi gәlir, Pәrzadı çağırır.)

 

P ә r z a d ı n  g ә l i n i. Ay әmidostu! U!....

P ә r z a d (tez ajağa durur). Gördün hәlә, boynu qırılmış gәlinimin sәsidir, tumanını çәkә-çәkә gәlib mәni tapıb. (Gedup.) Salamat qal, Yusif bәy!

Y u s i f (dalınca gedә-gedә). Xoş gәldin!

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ MӘCLİS

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Hacı İbrahimin evi. Dövlәtli, Avropa qaydasında. Xәdicә tәk.

 

X ә d i c ә. Pәrvәrdigara! Nә vaxtadәk mәn qanlı yaşlar tökәcәyәm! (Üzünü yuxarı tutur.) Nә vaxt mәnim ürәyimin yarası sağalacaqdır? Ya rәbb! Görәsәn mәhәbbәtdәn qüvvәtli şey olarmı? Qaranlıq gecәlәri aydın göstәrәn, insanı ay vә ulduz ilә danışdıran mәhәbbәt deyilmi? Ya rәbb! Mәn bәdbәxt bir şәxsin oduna yanım, rәvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdәn әli ilә başını tutur vә bәrkdәn.) Uf!.... Nә yaman fikirdi mәnim başıma gәldi! (Gah gәzinir, gah dayanıb durur.) Bәyәm mәhәbbәt ondan ötәridir ki, illәrlә bәslәdiyin gözәl fikirlәr axırda bir dәqiqәnin әrzindә puç ola? Xeyr, ruzigarı mәn o qәdәr bivәfa bilmirәm. Әlbәttә, hәrgah mәhәbbәt ancaq mәnim tәrәfimdәn olsaydı, mümkün olardı ki, bu iş başa gәlmәyә. Amma mәnim yәqinimdir ki, Yusifin mәnә mәhәbbәti mәnimkindәn az deyil. Biçarә Yusif mәnim ucumdan nәlәr çәkibdir. (Fikrә gedir.) Görüm, ya rәbb, nә vaxt yarımla görüşәcәyәm?! (Fikrә gedir.) Yusiflә görüşmәyi hәrdәm yada salıb ruhum tәzәlәnir....  (Fikrә gedir.) Ah, bu qәdәr sәbir etmәk olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifә desin ki, mәn onunla görüşmәk istәyirәm. O vaxt açıb ürәyimin dәrdini ona deyәrәm. Yusif insafa gәlib işi tәxirә salmaz. (Gedib Nazlını dişqarıdan sәslәyir.) Nazlı! Ay Nazlı! (Nazlı daxil olur.)

 

 

İKİNCİ GӘLİŞ

 

X ә d i c ә (Nazlının әlindәn tutub). Nazlı! Mәnim dәrdim günü-gündәn artır vә özün dә bilirsәn ki, sәbәbi nәdir. Sәni özümә başdan yavuq adam bilib hamı gizlin olan fikirlәrimi sәnә demişәm. İndi özün bil. Bundan artıq dәxi dayana  bilmirәm. (Ağlayır.)

N a z l ı. Nә var, xanım Xәdicә! Nә olubdu? (Xәdicә ağlayır, Nazlı yavuq gedib qolundan tutur.) De görüm, axı nә olubdu? Göz yaşını nә üçün tökürsәn?

Xәd i c ә. Of.... Sәn allah yaramı tәzәlәmә, tabım yoxdur. tәzәdәn açıb sәnә ürәyimin dәrdini deyim....  Ancaq....  (İstәyir danışsın, ağlamaq tutub qoymur.) Ancaq....  Sәndәn tәvәqqe edirәm ki, bu gün necә olsa, Yusifә deyәsәn mәnim yanıma gәlsin. Belә vaxt heç әlә düşmәz. Atam-anam dayımgilә gediblәr, özlәri dә gec gәlәcәklәr. Yusifә deyәrsәn ki, sәninlә gәlsin. Elә ki, Yusif darvazadan içәri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gәlәn olsa xәbәr etsin. Onda Yusifi dal qapıdanyola salarıq.

N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün dә, sәnin üçün dә xarabçılıq olar.

X ә d i c ә. Görünür ki, hәlә uşaqsan. Mәhәbbәt meyvәsini dadmayıbsan. Hәrgah dadsaydın, bu sözü demәzdin. Sәn elә bilirsәn  bizim mәhәbbәtimizi heç kәs bilmir? İnandırıram ki, bu işdәn hamı xәbәrdardır.

N a z l ı. Doğrudur, bir neçә adam bilir vә Yusiflә sәn әvvәlinci dәfә görüşmürsәn. İki-üç dәfә olubdu. Amma genә yaxşıdır ki, bir neçә vaxt hәlә gizlin tutasınız.

X ә d i c ә (tәrәfә). Pәrvәrdigara! Mәhәbbәt hissiyyatı olmayan adam ilә nә müşküldür danışmaq? (Gedib Nazlının әlindәn tutur.) Nazlı! İnsan hәr şeyi pünhan tutsa, mәhәbbәti pünhan tuta bilmәz. Allahı istәrsәn, mәnim dәrdimә әlac et....

N a z l ı (tәrәfә). Gәlәsәn atası anası ilә danışdığı söhbәti açıb deyim.... (Fikrә gedir.)

X ә d i c ә (әlindәn tutur). Niyә fikrә getdin? Yoxsa bir şey bilirsәn? Hә? De.... De, görüm.

N a z l ı. Doğrusu.... Yusifin tәrәfindәn bir şey eşitmәmişәm. Amma yaxşı olardı ki, bu fikirlәri yavaş-yavaş başından çıxardasan. Çünki necә ki, mәn görürәm bunun axırı puç olacaqdır....

X ә d i c ә (tәәccüblә). A.... Görükür, sәndә xәbәr çoxdur. İndi de görüm, nә var? Yoxsa, and olsun bu mәhәbbәtimә özümü burada hәlak edәrәm. (Şey gәzir.)

N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sәnә birbәbir deyim: dünәn axşam çay vaxtı atan vә anan bağçada oturub sәnin sözünü danışırdılar. Mәn dә ağacın altında oturub çay hazır elәyirdim. Sözlәrindәn görükür ki, sәni Yusifә vermәyәcәklәr.

X ә d i c ә  (tәәccüblә). Mәni?....  Yusifә?

N a z l ı. Bәli.

X ә d i c ә (tәrәfә). Pәrvәrdigara! Nә acı sözlәrdir mәn eşidirәm. (Nazlıya tәrәf.) Sәbәbini bilmәdinmi?

N a z l ı. Sәbәbi odur ki, necә ki, atan deyirdi Yusif kasıbdır....

X ә d i c ә. Sәn bunu yәqin eşidib deyirsәn?

N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstәrir.)

X ә d i c ә. Uf! Fәlәk!....  (Әylәşib üzünü әllәri ilә tutur vә bir az fikirdәn sonra.) İndi ki, belәdir, get bu saat Yusifi çağır gәlsin, heç olmasa axırıncı dәfә onun üzünü görüm vә dәrdimi ona bәyan edim. Ta bir az ürәyimin odu sönsün.

N a z l ı. Buyurursan, gedәrәm. (Nazlı dişqarı çıxır.)

X ә d i c ә (tәk, üzünü xalqa). Pәrvәrdigara! Dünyanın işinә bax, insanı heyvan dәrәcәsindә tuturlar. Mәni Yusifә vermәk istәmirlәr. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrә gedir.) Uf! (Ürәyini әli ilә tutur.) Ruzigara bax.... İstәyirlәr mәhәbbәti pulla puç edәlәr. Görükür, ata vә ana qızı verәndә onun gәlәcәk xoşbәxtliyini dövlәtdә görürlәr. Dәxi bunu bilmirlәr ki, mәhәbbәt etdiyi işlәri heç dövlәt etmәz....  (Saçını әli ilә tutub bәrkdәn.) Uf! Bu bәlalı başıma necә fikirlәr gәlir. (Fikrә gedir.) Yox, jox ... bundan sonra mәn dәxi yaşamaram ...  And olsun Yusifin canına, hәrgah bu iş başa gәlmәsә, özümü hәlak edәcәyәm....  (Fikrә gedir.)  Xeyr, ruzigarı mәn o qәdәr bivәfa bilmirәm ki, Yusiflә mәni  ayrı sala. Bir az sәbir edim....  İndi yәqin ki, gәlәr. (Sәs gәlir.) Gәrәk ki, gәlәn odur. (Baxır, Yusifi görüb başını aşağı salır.)

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Yusif vә Xәdicә.

 

Y u s i f (tәәccüblә). Xәdicә! (Yavuq gedib qucaqlayır. Xәdicә başını aşağı salıb cavab vermir.) Xәdicә! Niyә danışmırsan? Nә olub sәnә? Desәn görüm. (Xәdicә cavab vermir.) Xәdicә! Sәn mәnim canım, de görüm nә üz veribdir? Bәsdir, mәni az

incit. (Xәdicә ağlayır.) Bircә de görüm, nә üçün ağlayırsan?

X ә d i c ә. Necә ağlamayım ki, illәrlә bәslәdiyim mәhәbbәti ruzigar puç etmәk istәyir....  (Ağlayır.)

Y u s i f. Necә? (Qucaqlayır.) Necә? .... Bir dә de görüm!

X ә d i c ә. Yusif! Sәni and verirәm bizim mәhәbbәtә, qoy bir az sәnin qucağında, nәfәs alım. Bәlkә bu axır görüşümüz oldu.

Y u s i f (birdәn ayağa durur). Xәdicә! Sәn nә söylәyirsәn? Fikrin özündәdirmi? Necә ki, axır nәfәsdir, ha? De görüm, yoxsa and olsun sәnin bu zülflәrinә, özümü bu saat hәlak edәrәm. (Әlini cibinә uzadır.)

X ә d i c ә (Yusifi bәrkdәn tutub). Ay, bircә sәbir et.

Y u s i f (qucaqlayır). De görüm, bu nә sözlәrdir, sәn deyirsәn?

X ә d i c ә.  Bircә de görüm, mәni nә vaxt xoşbәxt edәcәksәn?

Y u s i f. Nazlı Xәdicә, sәnin xoşbәxt olmağın qalıb ata vә anana. Onlar da deyirlәr ki, guya sәn hәlә toya hazır deyilsәn.

X ә d i c ә. Bәli, hәrgah atam-anama qaldısa, ikimiz dә bәdbәxt olmuşuq.

Y u s i f. Nә üçün?

X ә d i c ә. Görükür, onlar indi fikirlәrini dәyişiblәr. Mәni sәnә vermәk istәmirlәr. Bu xәbәri mәn bu gün eşidib sәnә adam göndәrdim ki, hamı әhvalatı sәnә deyim, ta başımıza bir çarә qılaq.

Y u s i f. Axı, sәbәbi nәdir ki?

X ә d i c ә. Sәbәbi odur ki, guya dövlәtin yoxdur vә guya mәni dövlәtli istәyir.

Y u s i f. Xәdicә! Bunlar ara sözüdür, belә sözlәrә inanma. (İrәli gәlib Xәdicәni qucaqlayır vә Xәdicә Yusifә qәmgin baxır.)

X ә d i c ә. Of! Yusif! Gәrәk ki, sәnin üzünә axır baxışımdır. (Üzünü tutub ağlayır.)

Y u s i f (Xәdicәni qucaqlayıb). Xәdicә! Sәn onu yәqin bil ki, sәn mәnimsәn, mәn sәnin. Vә ondan savayı niyә bir fikir etmirsәn ki, hәrgah sәnin özgәyә meylin olmasa, kimin hünәridir sәni verә, zira ki, şәriәtә müxalif işdir.

X ә d i c ә. Hәrgah şәriәtlә iş görsәlәr, mәnim qorxum yoxdur. Amma nә fayda ki....  (Ağlayır.)

Y u s i f (tәrәfә). Bunu Xәdicә doğru deyir. Pәrvәrdigara! Gör pul insanın gözlәrini necә tutur ki, şәriәt dә unudulur vә o mәhәbbәt ki, gәlәcәkdә iki nocavan onunla xoşbәxt olacaqlar, nahaq yerә puç edilir....  (Fikrә gedir vә bәrkdәn). Uf! Uf! Xәdicә (gedib Yusifin әlindәn tutur). Yusif! Biz burada  çox qala bilmәrik; çünki indi anam gәlәr. Ancaq bir söz xәbәr alacağam.

Y u s i f. De görüm!

X ә d i c ә. Sәni and verirәm mәnim sәnә olan mәhәbbәtimә, doğrusunu de görüm, hәrgah ruzigar belә bivәfa oldu ki, bizi bir-birimizlә ayırdı, onda tәdbirin nәdir?

Y u s i f. Uf!....  Sәnin sözlәrin mәnim ürәyimi dağlıyır. And olsun (ayağa durur, bәrkdәn) bizim mәhәbbәtә! And olsun bu yolda tökülәn göz yaşlarıma! And olsun bu zülflәrә (әli ilә göstәrir) ki, mәni kәmәnd edibdir! Hәrgah mәqsuduma çatmasam, özümü bir dәqiqәdә hәlak edәrәm....

X ә d i c ә  (әlini ürәyinә qoyub). Dәxi  bir  az sakit oldum. (Tәrәfә.) Mәn bundan elә bu sözlәri gözlәyirdim. (Yusifә.) Dәxi mәnim üçün bu sözlәr kifayәt edәr. (Dişqarıda sәs gәlir.)

Y u s i f (tәlәsmiş). Mәn dәxi gedim, gәlib bizi burada görәrlәr, yaxşı olmaz.

X ә d i c ә. Gedә bilәrsәn....

Y u s i f (Xәdicәnin әlini öpüb). Salamat qal! (Dişqarı çıxır.)

X ә d i c ә. Xoş gәldin! (Xәdicә, tәk.) Mәhәbbәt, hәqiqәt yaxşı şeydir! Mәn Yusiflә asanlıqla ayrıldım. Çünki istәmәdim onun ruhuna zәhmәt verim. Hәrçәnd o gedәndә ağlamaq istәdim, amma xeyr, mәn ağlasaydım Yusifin ürәyi xarab olardı, mәn dәxi ona tab gәtirә bilmәzdim....  Eybi yoxdur, sәbir edәrәm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Әylәşib üzunü tutur. Anası  içәri daxil olur vә Xәdicәni bu halda, görüb onun yanına gedir.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Xәdicә vә Nigar.

 

N i g a r. Xәdicә, ay balam, nә üçün belә oturubsan, yatırsan?

X ә d i c ә (birdәn qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram.

N i g a r (tәrәfә). Görәsәn genә nә olub? Üzündәn qәm dәryasına batmış görünür....  Ay balam, genә allaha şükür, nә olub sәnә belә pozulubsan?

X ә d i c ә. Heç....

N i g a r (yavuq gedib). Axı de görüm, nә olub sәnә? Hәrgah azarlısan, adam göndәrim hәkim gәlsin.

X ә d i c ә (başı aşağı). Mәnim hәkimim ... sizsiniz....

N i g a r. Yәni kim?

X ə d i c ә. Sәninlә atam....

N i g a r. Mәn sәnin sözlәrindәn әsla baş aça bilmirәm. (Yavuq gedib әlindәn tutur.) Ay balam! Bircә dәrdini desәn  görüm. (Tәrәfә.) Qaydadır, görmüşük qızın nә dәrdi olsa anasına deyәr. Amma bu evi yıxılmışın qızı heç görmәdim ki, bir  otura mәnimlә söhbәt edә. Eh, özün bil, sabah-birigün әrә gedәrsәn, sәnin dә canın qurtarar, mәnim dә.

X ә d i c ә (tәrәfә). Uf!....

N i g a r. Heç ah-vay elәmә. Az qalıbdır, iş düzәlibdir. Bir ay çәkmәz ki, toyun olar....

 

(Hacı İbrahim içәri daxil olur.)

 

 

BEŞİNCİ GӘLİŞ

 

Hacı İbrahim, Nigar vә Xәdicә.

 

H a c ı  İ b r a h i m (Xәdicәni qәmgin görüb). Genә nә var, ana-bala oturub kimin qeybәtini edirsiniz. (Xәdicә ayağa durur.)

N i g a r. Heç kәsin. Öz dәrdimiz mәgәr azdırmı?

H a c ı  İ b r a h i m. Nә olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda әrә verәrsәn gedәr.

N i g a r. Doğrudan, iş nә tövr oldu? (Xәdicә dişqarı çıxır.)

H a c ı  İ b r a h i m. Kişiyә söz verdim. İndi gәrәk hazırlaşaq.

N i g a r. Yaxşı, de görüm, yerinә yetibsәnmi, görәk necә adamdır: atası kimdir, anası kimdir?

H a c ı  İ b r a h i m. Arvad, sәn allah, qoy görәk. Yenә arvadlığına salma. Nәyinә lazımdır kimin oğludur, kimdir vә ulu babasının adı nәdir? Pulu ki var, hamısından yaxşıdır.

N i g a r. Mәgәr pulu çoxdurmu?

H a c ı  İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünәmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dәxi nә istәyirsәn? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövlәti qoyub Yusifә mәn niyә verim?  Doğrudur, oxuyub, әli qәlәmlidir, amma aldığı altmış manat mәvacibdir. Onunla külfәtini necә dolandırsın? Sәn indi adam göndәr qızın dayısına, gәlsin toyun tәdarükünü görәk. (Nigar çıxır.)

H a c ı  İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demәk, Yusif dә pis oğlan deyil. Amma nә fayda ki, az mәvacib alır. Mәnim bir qızımdan savayı heç kәsim yoxdur vә qızımı da versәm, yeznәm mәnimlә gәrәk olsun. Yeznәm dә kasıb olsa, mәnim dövlәtimi iki ilin әrzindә yeyib gedәcәk. Amma hәrgah dövlәtli olsa, bu dövlәt qurtaran deyil....  (Nigar daxil olur.)

 

 

ALTINCI GӘLİŞ

 

Nigar, Hacı İbrahim.

 

N i g a r. Adam göndәrdim. İndi ay kişi, bir iş var ki, qız bu işә razı olmaya. Ondan ötәri ki, qonşu arvadların sözünә  görә qızın könlü Yusifәdir.

H a c ı  İ b r a h i m. Arvad! Eyibdir, belә sözlәr danışma, necә ki, qızın könlü Yusifәdir? Sәn qız anasısan. Sәn gәrәk ona  nәsihәt edәsәn vә hәrgah razı olmasa de ki, biz onun gәlәcәyi üçün çalışırıq vә istәyirik ki, gәlәcәkdә o,bir parça çörәk  yiyәsi olsun. Zәmanәmiz pul zәmanәsidir, ondan  da savayı, kişinin әsli bәydir.

N i g a r. Özün bil. Amma bu iş çәtin olacaqdır.

H a c ı  İ b r a h i m. Heç bir çәtinliyi yoxdur. Sәn arvadsan, mәn bilәn işlәri sәn bilmәzsәn. Qoy dayısı gәlsin, o, başa düşәr. (Niyaz bәy içәri daxil olur.)

 

 

YEDDİNCİ GӘLİŞ

 

Hacı İbrahim vә Niyaz bәy.

 

N i y a z  b ә y. Salamәleyküm!

H a c ı  İ b r a h i m. Әleykümәssalam! Gәl görәk Niyaz bәy, әylәş. (Yer göstәrir, Niyaz bәy gәlib әylәişr.)

N i y a z  b ә y. Xeyir ola, Hacı әmi?

H a c ı  İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xәdicәnin işindәn ötәri zәhmәt vermişәm.

N i y a z  b ә y. Mәn tәәccüb edirәm sizin işinizә. Nә üçün bu vaxta qәdәr belә işi qoyursunuz qala? Yusif necә ki, mәn eşitmişәm, işә tul vermәyinizdәn narazıdır.

H a c ı  İ b r a h i m. A kişi, Yusif nәdir--zad nәdir? Qızı özgә adama verirәm.

N i y a z  b ә y. Nә deyirsiniz? Mәn sizin sözlәrinizi başa düşә bilmirәm.

H a c ı  İ b r a h i m.    başa düşmәyi  var. Qızı dәxi Yusifә vermirәm, özgә adama verirәm.

N i y a z  b ә y (tәәccüblә). Kimә?

H a c ı  İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bәylәrindәndir, çox yaxşı mülkü-maşı var. Özünün demәyinә görә, kefi çox kökdür.

N i y a z  b ә y. Hacı әmi, belә şeyi elәmә. Eyib şeydir. Xalqı üstünüzә güldürmәyin vә görün bir oxuyub, tәrbiyәsi vardırmı?

H a c ı  İ b r a h i m. Ay sağ olmuş, mәnim nәyimә lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hәr şeydәn yaxşıdır....

N i y a z  b ә y. Elә demәyin. Nә qәdәr pulu çox olmuş olsa da, yenә Yusif ondan mәslәhәtdir. Çünki zәmanәmiz belә zәmanәdirki, indiki mәdәiiyyәtli vә mәrifәtli qulluq adamları bizim müftәyeyәn bәylәrdәn әfzәldirlәr. Zira ki, bunların әlindә qәlәm var vә o qәlәmlә hәmişә bir parça çörәklәri var. Amma baxırsan bizim dövlәtlilәr öz nәfslәrini pula satıb cürәbәcürә yollarla pul qazanırlar vә ölәndәn sonra onların tәrbiyәsiz olan uşaqları qalan dövlәtin qәdrini bilmirlәr. Çünki asanlıqla әllәrinә düşüb. Bir az müddәtdә atadan qalan dövlәtin axırına çıxırlar.... Ondan masәva, bu oxuyub tәrbiyә alanların nәzәrlәri  külfәtә ayrı, avamlarınkı ayrı, mәsәlәn, mәrifәtli kişi heç vaxt övpətüstünә övrәt almaz. Övrәti öz zindәganlığında özünә yavuq yoldaş bilib onu qoymaz pis günlәr çәksin. Amma mәrifәtsiz kişidәn hәr şeyi gözlәmәk olar. Gündә bir övrәti döyәr, elә ki, bir az pulu artıq oldu, bir özgәsini dә alar. Axırda görәrsәn ki, biçarәnin ocağı viran oldu. Belә ittifaqlar azdırmı?

H a c ı  İ b r a h i m. Niyaz bәy! Niyә elә şeylәr danışırsınız? İki övrәt almaq şәriәtdә dә var ki?! Vә hәrgah o, mәnim qızımın üstünә övrәt alsa, bir saat qoymaram qızım onun evindә qala.

N i y a z  b ә y. Mәn tәәccüb edirәm ki, siz şәriәti yaxşı bilә-bilә nә üçün şәriәtә böhtan deyirsiniz?

H a c ı  İ b r a h i m. Necә?

N i y a z  b ә y. Ondan ötәri ki, şәriәtimiz buyurmur ki, iki ya üç övrәt al. Şәriәtdә deyilir ki, yaxşı olar ki, övrәtin ola-ola ikincisini almayasan. Amma elә ki, alırsan, gәrәkdir bu şәrt-şürut gözlәyәsәn. Ona görә sizin canınız, üçün, hәrgah şәriәtә görә iki övrәt alsaq, әsla düz deyil. Zira ki, o şәrt-şürutu ki, qanunda var, onu heç kәs layiqincә yerinә yetirә bilmәz.

H a c ı  İ b r a h i m. Xülasә, iş olub-gedibdir. Qızı vermişәm, siz dә gediniz qıza xeyir-dua veriniz.

N i y a z  b ә y. Mәn xeyir-dua vermәyә hәmişә hazıram, amma işlәrinizә qarışmayacağam. (Hirsli.)

H a c ı  İ b r a h i m. Niyaz bәy! Belә söz nә üçün danışırsınız? Görükür, yәqin oğlanı görmәyibsiniz. Hәrgah görsәniz, bilәrsiniz ki, mәn sәhv etmәmişәm.

N i y a z  b ә y (ayağa durur getmәyә). Bәli, dәxi mәn gedim.

H a c ı  İ b r a h i m. Xeyr, getmәyin, mәn oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tәdarük edә. İki hәftәdәn sonra toydu. Әylәşin, indi oğlanı siz dә görüb aşna olarsınız. (Dişqarıdan sәs gәlir.)

H a c ı  İ b r a h i m. Gәrәk ki, gәlәn odur. (Durub qapıya gedir.) A....  Salamәleyküm! Salamәleyküm! Buyurun görәk. (Şamdan içәri daxil olur.)

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

Ş a m d a n (Niyaz bәy tәrәfә gedib әl verir). Salamәleyküm! (Şamdanı Niyaz bәy görüb tanıyır vә danışmayıb heyran qalır.)

H a c ı  İ b r a h i m. Әylәşiniz. Allah qoysa, nә vaxt tәşrif aparırsınız?

Ş a m d a n. İnşaallah, bir-iki gündәn sonra.

H a c ı  İ b r a h i m. Bәs eşitdim ki, sabah buyuracaqsınız.

Ş a m d a n. Bәli. Fikrim var idi sabah gedәm. Ancaq qubernatorla bir az işim olmağa görә qaldım.

H a c ı  İ b r a h i m. Qubernatorla aranız varmı?

Ş a m d a n. Necә ki? Dünәn mәni çaya çağırıb saat on birәdәk oturub söhbәt etmişik. (Hacı İbrahim Niyaz bәyә baxıb lovğalanır.) Çoxusu ondan ötәri getmirәm ki, qubernatorun bu günlәrdә qonaqlığı olacaqdır. Mәndәn tәvәqqe etdi ki, mәn

dә orada olam. (Hacı. İbrahim Niyaz bәyә baxır vә Niyaz bәy başını bulayır.)

H a c ı  İ b r a h i m. İnşaallah, gәlәndәn sonra mәnim dә bir işim var. Qubernatordan keçir, onu da düzәldәrsiniz.

Ş a m d a n. Çox әcәb. Bu vaxtadәk bir iş olmuyubdur ki, mәnim tәvәqqemi yerinә yetirmәyә. Mәnim burada çox dostlarım var. Sudun predsedateli, prokuror vә qeyrilәri. Bunların vasitәlәri ilә neçә adamları qulluğa qoymuşam. (Cәfәr çay gәtirir.)

H a c ı  İ b r a h i m. Buyurun çay içәk. (Mizә yavuq oturub çay içirlәr.)

Ş a m d a n. Bir ay bundan müqәddәm mәnim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-әqrәbaları bilirdilәr mәnim divan adamları ilә dostluğum var. Hamısı gәlib ayağıma düşdülәr ki, onu qurtaram. Hәqiqәt, özümün dә çox yazığım gәldi. Bir balaca kağız yazıb o saat onun işini tәmizә çıxartdım. Xülasә, sizin dövlәtinizdәn sözüm çox ötkәmdir. Burada, bәlkә tanıyasınız, Yusif adlı bir oğlan var ...  m ...  m....  Onun üstündә çox zәhmәt çәkib müәllimlikdәn özgә yerә tәyin etdirdim. (Yavaşdan.)

H a c ı  İ b r a h i m. Maşallah sizә. (Fәxr edir.) Belә işlәrdә hünәr lazımdır. (Stәkanları aparıb çay gәtirir.)

Ş a m d a n. Belә adamlar ilә aşna olmağıma sәbәb görürsünüz ki, xalq dә mәnә hörmәt edir. Mәsәlәn, indi şәhәrә gedәndә qabağıma heç olmasa әlliyәdәk adam gәlәcәkdir.

N i y a z  b ә y. Bәli ...  m ...  m....  Bu mәrtәbәyә çatmaq üçün böyük hünәr lazımdır.

H a c ı  İ b r a h i m. Әlbәttә, әlbәttә.

N i y a z  b ә y (tәrәfә). Amma yaxşı gop vurur.

Ş a m d a n (ayağa durur). Mәni dәxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlә söhbәt edәm.

H a c ı  İ b r a h i m. Bәs niyә belә tez? Әylәşәydiniz bizimlә bәrabәr çörәk yeyәrdik.

Ş a m d a n. Çox mәmnun vә mәsrurәm. Ancaq knyaz Sakarilinlә, qubernatorun yeznәsidir, bu gün firәng konsulu ilә ki mәnim qәdim dostumdur, bağda rast gәlib çox-çox tәvәqqe etdilәr ki, bu gün onlara gedәm.

H a c ı  İ b r a h i m. Bәli, hәrgah söz veribsiniz, vacibdir.

Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklәrin hәlә gözlәrinә görükmürәm. (Әl verir.) Xudahafiz. (Gedir vә onun dalınca Hacı İbrahim. Birdәp guya yadına qapıda bir şey düşüb geri qayıdır.)

Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır.

H a c ı  İ b r a h i m. Bәli, bәli. (Özü gedib qәlәm vә kağız gәtirir . Şamdan yazır vә danışır.)

Ş a m d a n. Elә indi yadıma düşdü. Gәrәk bir tel vuram Peterburqa, qraf Zamburski mәni dәxi gözlәmәsin. (Tel yazıb gedir.) Salamat qalın! (Hacı İbrahim dә onun dalınca.)

N i y a z  b ә y (tәk, ayağa durur). Bizim qızların evlәrini elә belә şeylәr yıxır. A kişi, qәribә bihәya adamdır! Mәni utandırır ki, mәnim yanımda özünü bu qәdәr tәrif edir. Dәxi mәn nә danışım.... (Fikrә gedir.) Heyf! Heyf ki, elә qızı belә adama verirlәr....  Gör sәn allah, o adama xәyanәt edir ki, evindә yeyir-içir vә özü dә dәxi bir adam olubdur. Doğrudur,ata istәyәr ki, qızını yaxşı yerә versin, tainki axırda bir parça çörәk sahibi olsun. Amma bunlardan baş mәhәbbәtdir,zira ki, bir övrәtlә kişinin bir-birinә mәhәbbәti oldu, onlar heç vaxt korluq çәkmәzlәr. Onlar bir-birinә xoş gәlmәkdәn ötrü hәr ikisi çalışacaqlar ki, zindәganlıqları xoş keçsin, ta bir-birindәn narazı olmasınlar. O mәhәbbәt ki, Xәdicә vә Yusifdә var, neçә ki, mәn bilirәm, bu xoşbәxtlikdir....  (Fikrә gedir.) Bәlkә qız dәxi istәmir.... Yaxşı olar ki, özünü mәn buraya çağırıb bir neçә sual verim. (Gedib qapıdan sәs edir.) Nazlı! Ay Nazlı! Xәdicәni bura çağır. (Gәlib әylәşir vә fikrә gedir. Xәdicә içәri daxil olur.)

 

 

DOQQUZUNCU GӘLİŞ

 

Xәdicә vә Niyaz bәy.

 

X ә d i c ә. Salamәleyküm, dayı!

N i y a z  b ә y. Әleykümәssalam! (Üzünә diqqәtlә baxır.) Niyә saralıbsan? Azarlısanmı?

X ә d i c ә (başı aşağa). Bәli, bir az başım ağrıyır.

N i y a z  b ә y. Ay balam, mәn sәnin dayınam. Tәvәqqe edirәm, sәndәn bir şey xәbәr alacağam, doğrusunu mәnә deyәsәn. Heç mәndәn utanma....

X ә d i c ә. Nә buyuracaqsınız, buyurun.

N i y a z  b ә y. Doğrusunu de görüm, sәn Yusifә getmәk istәyirsәn ya yox? (Xәdicә utanıb başını aşağı salır, cavab vermәk istәmir.)

N i y a z  b ә y. Sәn mәnim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gәrәk mәn bilәm....

X ә d i c ә (yavaş-yavaş oturur vә tәrәfә). Ah, görәydim, pәrvәrdigara, mәn nә vaxtadәk sәbr edәcәyәm?

N i y a z  b ә y (gedir Xәdicәnin yanına). Xәdicә, sәn mәnim canım, de!

X ә d i c ә. Mәn artıq cavab vermәk istәmirәm. Ancaq onu bil ki, mәnim Yusifә olan mәhәbbәtim mәni, ya bizdәn birimizi bәdbәxt edәcәkdir. Of! (Ürәyi gedib uzanır, Niyaz bәy tez başını tutur vә adam çağırır.)

N i y a z  b ә y. Xәdicә! Özünü toxtat.... Ay Nazlı! (Bәrkdәn.) Su gәtir. (Nazlı gәlib qapıdan baxıb tez gedir su gәtirmәyә.) Ağanı, xanımını çağır bura.

 

(Hacı İbrahim, Nigar, Nazlı tez gәlirlәr. Hamı heyran qalır.)

 

N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hәlә nә oldu?

 

PӘRDӘ

 

 

 

 

ÜÇÜNCÜ MӘCLİS

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Yusifin otağı. Şamdan bәy.

 

Ş a m d a n (ayaq üstә). İndi bildim ki, mәn Şirvanı bir gecәnin içindә nә üçün atıb buraya gәldim. Deyәsәn mәnә elә deyirdilәr: get. Görükür, xeyrim var imiş. Yoxsa belә şey olmazdı ki, mәn elәdim. Cibin bir qәpik pulsuz gәlәsәn belә şәhәrә, çox çәtin işdir. Bәli, görükür sәbәbi var imiş. Dәxi nәyimә lazım Yusif tapdığı qulluq....  (Fikrә.) Xülasә, dünyanın işini bilmәk olmaz. Görükür, mәnim alnımda bunlar hamısı yazılıbmış. Heç yatanda da belә xoşbәxtlik fikrimә gәlmәzdi. Dәxi bundan artıq nә istәmәli? Hacı İbrahim mәnә qızını verir. Amma qәribә qızdır ha ...  yemә, içmә onun camalına bax. Qızın yaxşı cehizi, pulu, mülkü. Özü dә, nәhayәtdә ağıllı-kamallı qızdır vә hәtta Hacı İbrahim mәxsusi mәnә dedi ki, toy olandan sonra köçüb onunla bir yerdә olum. Çünki tәk bir qızı olmağına görә istәmir ki, gözündәn uzaq versin. Bu mәnim üçün dәxi dә yaxşı oldu ki! Mәnim nәyim var ki, mәn onu saxlayam. Ondan savayı Hacı İbrahim heç qoymaz ki, özü dura-dura mәn xәrc edim. Dövlәti başından aşıbdır. Özü yeyincә yeznәsi yeyәr. Ah! Ah! (Gülür.) Hәqiqәt, heç belә ittifaq olmazdı ki, mәnә üz veribdir, amma.... (Yavaş danışıb qapıya baxır ki, eşidәn olmasın.) Amma ...  gәrәk (tәrәfә baxır) hm ...  mәnim bu hiylәmi heç kәs bilmәsin. Hacı İbrahim bilsә ki, mәn ona gop vurmuşam, qızı da vermәz vә әlim dә bu qәdәr dövlәtdәn çıxar. Bunlar hamısı keçәr gedәr.... Ancaq bir şey qabağımı tutubdur. (Tәrәfә baxır.) Mәn bu vaxtadәk Yusifin evindә oluram. Özü dә axşam evә gәlәcәkdir. Onsuz da olmaz ki, bu xәbәri eşitmәsin, ona görә buradan gәrәk uzaq olam. Zira ki, qızı әlindәn almışam, bu iş davasız olmayacaqdır. Bunun  evindә dә әylәşib onunla dava etmәk olmaz, ona

görә gәrәkdir indi köçüb gedim bir ayrı yerә.... (Fikrә gedir.) Yaxşı, bәs hara köçüm?....  Ah, gedәrәm qәstinә! Bәs ...  hm....  Pul lazım olanda nә edim?.... (Fikrә gedir.) 3əpər yoxdur. Yazaram Hacı İbrahimә ki, evdәn pul gәlәnәdәk mәnә min manat göndәrsin. Onda hәm qәstinin pulunu verәrәm, hәm toy tәdarükünü görәrәm. Onu da yәqin bilirәm ki, Hacı İbrahim verәcәkdir. Çünki özümü elә qәlәmә vermәmişәm ki, vermәsin, bәlkә iki min dә verә....  Ah! Ah! (Gülür.) Amma dil dә insanda yaxşı şeymiş!  Çox adam dilin sәbәbinә bәdbәxt olur, amma mәn xoşbәxt olmuşam....  Uf! (Ürәyini әli ilә tutur.)Ürәyim nә pis döyündü. (Fikrә gedir vә başını әli ilә tutur.) Ah, nә axmaq fikirlәrdi başıma gәlir? Mәnә guya biri deyir ki, yoldaşa xәyanәt elәmә. Bundan nә xәyanәtlik var, Hacı İbrahim qızını Yusifә vermәk istәmir, mәnә verir.... Bu da yәni bir işdir....  Mal yiyәsi bilәr.... Mәnә indi bir ay çörәk veribdir ki, mәn bu qәdәr dövlәti әlimdәn çıxardım. Vaxt olar mәn dә ona  edirdәrәm....  Xeyr ha....  Bunlar boş fikirlәrdir. Bu dünyanınkı belә gәrәk olsun: harda әlinә düşdü ovla....  (Fikrә gedir.) Dәxi mәn şeylәrimi yığıb gedim. Hәqiqәt, istәmirәm ki, bu işdәn sonra Yusif ilә görüşәm.  (Şeylәrini yığışdırır. Qapıya  gedib sәs edir.) Qulu! Ay Qulu! (Qulu daxil olur.)

 

 

İKİNCİ GӘLİŞ

 

Qulu vә Şamdan.

 

Q u l u. Nә buyurursunuz?

Ş a m d a n. Yusif nә vaxt gәlәcәkdir?

Q u l u. Gәrәk ki, saat yeddidә.

Ş a m d a n. Bu uzaq oldu.... Mәn onu gözlәyә bilmәyәcәyәm....  Gәrәk gedim....

Q u l u (şeylәri görüb tәәccüb edir). Ağa, hara buyurursunuz?

Ş a m d a n. Mәn ...  m ... m....  Özgә yerә köçürәm ...  m ...  m.... Burada  dolana bilmirәm.

Q u l u. Niyә, allaha şükür! Yusif ağam sizin başmağınızı cütlәmәyә hazırdır, mәn dә sizin qulluğunuzda varam.

Ş a m d a n. Bura ...  m ...  m....  Doğrusu, mәnim ...  m ... üçün ... layiqli yer deyil.... Ayrı otaq tutmuşam. Ondan savayı bundan sonra mәnim yanıma gәlib-gedәn olacaqdır. Nә lazımdır özgәyә zәhmәt verim?.... Qoçaq, dәxi durma, fayton çağır, şeylәri qoyum gedim.

Q u l u. Ağa, doğrusu, mәn sizi qoymaq istәmirәm. Ondan ötәri Yusif ağam elә fikir edәr ki, mәn sizi incitmişәm, ona görә siz gedibsiniz. Mәnim dәrimә od vurar.

Ş a m d a n. Sәn qorxma, mәn özüm sabah gәlib onunla danışaram.... Ancaq yubanma, get faytona. (Qulu istәr-istәmәz gedir.)

Ş a m d a n (şeylәri hazır edә-edә). Axmaq oğlu, mәnim fikrimdәn xәbәri yoxdur, durub hәlә üsuliddin xәbәr alır. (Әlini cibinә aparır.) Faytona pulum yoxdur, nә etmәli? (Fikrә gedir.) Zәrәr yoxdur....  Quludan alaram. (Qulu daxil olur).

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Q u l u. Ağa, fayton hazırdır.

Ş a m d a n. Sәndә ...  m ...  m...  bir, ya iki abbası pul olarmı faytonçuya verim. Mәndә m ... m ...  yüzlükdür, onu da hәr saatda xırdalamaq mümkün olmur.

Q u l u (tez әlini cibinә aparıb). Var, var, hәrgah istәyirsiniz, çox verim.

Ş a m d a n. M ...  m ... yaxşı, varınsa, bir manat ver. (Qulu ikinci dәfә pul çıxardıb verir.) Salamat qal. (Qulu şeylәri götürüb  gedir, tez qayıdıb evi yığışdırır.)

Q u l u (tәk). Bu işә mәn mat qalmışam....  Bu vaxtadәk burada yeyәsәn, içәsәn, indi nә oldu ki, bizim evi bәyәnmәdi? Yox, burada bir iş var, görükür ağamla araları dәyibdir. Yoxsa belә olmazdı. (Fikrә gedir.) Amma bu da ola bilmәz. Çünki mәnim  ağam heç qәlb sındıran adam deyil vә bunun başına pәrvanә kimi gecә-gündüz dolanırdı. Xülasә, görәsәn nә var, indi ağam gәlәr, iş aşkar olar. (Sәs gәlir. Yusif acıqlı içәri daxil olur.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Qulu vә Yusif.

 

Y u s i f. Qulu! Çay hazırdırmı? (Fikrә gedir.) Şamdan hәlә gәlmәyibdirmi?

Q u l u. Gәlmişdi. Bir az bundan qabaq getdi.

Y u s i f. Hara?

Q u l u. Bilmirәm. Şeylәrini dә götürüb getdi.

Y u s i f. Necә? Şeylәrini?

Q u l u. Bәli, dedi ki, mәn indi özgә yerdә olacağam.

Y u s i f. Özgә yerdә ...  m ...  m....  (Fikrә gedir.) Yaxşı, indi anladım ...  m ... m....

Q u l u. Ağa, sәn allah de görüm, axı nә olubdur?

Y u s i f. Heç, get.... (Fikrә gedir vә sonra әli ilә mizin ustә bәrkdәn vurur.) Uf! Ruzigar!

Q u l u (qorxub atılır vә papağı başından yerә düşur, papağını götürüb Yusifә qorxa-qorxa baxa-baxa gedir.) Mәn ömrümdә bunu belә hirsli görmәmişdim.

Y u s i f. Zәmanәyә baxırsan? (Fikrә gedir.) Bu gün bazarda Murad rast gәlib deyir ki, çörәk verib bәslәdiyin şәxs sәnә xәyanәt edir. Sual edirәm: necә? Cavab verir ki, Şamdan  Xәdicәni alır vә atası dәxi razıdır. Mәn әsla buna inanmadım. Amma bunun buradan köçmәyi ona dәlalәt edir. Görünür, Murad mәnә deyәn söz doğrudur. (Ayağa durur gәzinir.) Di gәl, bundan  sonra yoldaşa inan. Pәrvәrdigara! Özün şahidsәn ki, әlimdәn nә yaxşılıq gәlib ona elәmişәm. Belә oldu ki, mәnim çörәyimi  yeyә-yeyә mәnә quyu qaza....  (Fikir.)  Pәrvәrdigara! (Bәrkdәn.) Uf! Uf!....  Hanı insaf? Mürvәt? (Mizin yanında oturub başını  әli ilә tutur.) Mәn dәxi bu dünyada qalmaram. Gör heç rәvadırmı ki, illәrlә bәslәdiyin gözәl fikirlәr bir dәqiqәdә puç  ola....  Dünya bivәfa imiş. Onun hәr işi cövrü-cәfa imiş. (Bәrkdәn әli ilә mizun üstә vurur.) Uf! Uf!....  (Durub gәzinir.) Uf....  Xәdicә!....  Xәdicә!....  (Bәrkdәn ağlayır.) And olsun, mәnim mәhәbbәtimә! And olsun bugözlәrimin yaşına ki, mәhәbbәt yolunda tökülür....  (Fikrә gedir.) Yox! Yox....  Bir az sәbir etmәk. (Gedir mizin yanında oturub başını әllәri ilә tutur. Rәsul daxil olur).

 

 

BEŞİNCİ GӘLİŞ

 

Rәsul vә Yusif.

 

R ә s u l. Yusif! Salamәleyküm! (Yusif cavab vermir. Rәsul gedib  yavuğa.) Yusif! Sәnә nә olubdur? (Cavab vermir, gedib әlini  çiyninә qoyur. Bәrkdәn.) Yusif!

Y u s i f (birdәn ayılıb Rәsula tәәccüblә baxır). Bәli!

R ә s u l. Nә üçün belә qәm dәryasına mübtәla olmusan? Nә olub, allaha şükür?

Y u s i f (әlini mizә vurur). Yox, gәrәk elә ola....  (Rәsul qorxub bir az uzaqlaşır.)

R ә s u l (tәrәfә). Yazığın başına hava gәlib, nәdir?....  Qardaş, Yusif! Söylә görüm, nә üz veribdir?

Y u s i f. Hә ... hә ... Nә olub? Ruzigar bivәfa imiş....  Uf!....

R ә s u l (tәrәfә). Pәrvәrdigara! Biçarәyә görәsәn nә bәdbәxtlik üz veribdir. Gedim Quludan sual edim, bәlkә bir şey bilir. (İstәyir getsin, birdәn Sultan vә Murad bәrkdәn. danışa-danışa içәri daxil olurlar. Biri deyir: "Belә biinsaf iş olmaz ki, edibdir!" İkinci deyir: "Adәtdәn dişqarı bir şeydir". Yusif üzünü tutub oturur. Sultan, Murad daxil olurlar).

 

 

 

ALTINCI GӘLİŞ

 

Sultan, Murad, Pəcyl, Yusif.

 

S u l t a n, M u r a d. Salamәleyküm!

R ә s u l. Sәs salmayın görәk.

S u l t a n,M u r a d. Nә olubdur ki?

R ә s u l. Bir saatdır gәlmişәm, mәnә dürüst cavab vermir. Ancaq natamam kәlmәlәr deyib hirslәnir.

M u r a d (Sultana). Sәnә nә dedim?

R ә s u l. Bircә deyiniz görәk, nә olubdur?

M u r a d. Nә olacaqdır? İnsafsız oğluna bir ay çörәk verib әzizlәyibdi, indi Xәdicәni almaq istәyir.

R ә s u l. Şamdan?

S u l t a n. Bәli, Şamdan bәy....

R ә s u l. Tfu!....

M u r a d. Belә adamı boğazından asmalıdır!

R ә s u l. Bәs elә bilirsәn o, papaq qoyub bu vilayәtdә gәzә bilәcәkdir?

S u l t a n, M u r a d, R ə c u l. (Hamı tәәccüblә Yusifә baxır). Yusif, danış görәk nә var, nә yox?

Y u s i f (göz qaldırıb bunlara baxır). Xoş gәlibsiniz....  Әylәşin....

M u r a d. Yusif, sәn mәnim canım, çox da fikir elәmә, o xәbәr ki, mәn sәnә dedim, ara sözüdür. Bәlkә әsli dә olmasın.

Y u s i f. Xeyr, elәdi ki, var. Çünki hәrgah doğru olmasa idi, buradan köçmәzdi.

H a m ı s ı. Köçübdür?

Y u s i f. Bu gün mәn gәlmәmişdәn köçübdür....  (Fikrә gedir.)

R ә s u l. Ay zalım oğlu, necә tez başa düşübdür!....

M u r a d. Mәn tәәccüb edirәm Hacı İbrahimә ki, belә adama qızını verir.

R ә s u l. Görükür, genә gop vurubdur.

 

(Yusif әllәri ilә başını tutub fikrә gedir.)

 

M u r a d. İndi olan olub qurtarıbdır. Mәn tәәccüb edirәm ki, Yusif nә әcәb onunla dostluq edirdi, vәhalonki kişi danışanda özünü bildirirdi.

S u l t a n. Bunu haqq deyirsәn. Mәn özüm dә o fikirdә idim. Amma Yusifin ürәyi mәndәn sınar deyib söz açmırdım.

Y u s i f (başını qaldırıb). Hәzәrat! Sizin canınız üçün bugünәdәk onun hiylәlәrini başa düşmәmişdim. Hәtta bir neçә tәkliflәri mәnim aşkar zәrәrim isә dә, yenә fikir edirdim ki, bu zalım oğlu mәni özünә dost bilib mәnim ayağımdan çәkmәz. Mәn nә bilim ki, bu biinsaf oğlu mәnә başdan quyu qazırmış. (Fikrә gedir.)

R ә s u l. İndi de görәk, axı, bu işi belә qoymaq olmaz.Fikrin nәdir?

M u r a d, S u l t a n. Doğurdan de görәk, necә olacaqdır?

Y u s i f (bir az fikirdәn sonra). Mәnim bir özgә fikrim yoxdur. (Durub gәzinir.) Ancaq onu bilirәm ki, bu iş xeyirliklә qurtarmayacaqdır....  Arada bir qan olacaq....  (Fikrә gedir, qeyrilәri bir-birinә tәәccüblә baxırlar.)

M u r a d (ayağa durur). Biinsaf oğlunu boğazından asasan.

S u l t a n (ayağa durur). Zalım oğlunu bir güllәyә qurban edәsәn.

R ә s u l (ayağa durur). Heç elә sözlәr danışmayın. (Qeyrilәri Rәsula baxırlar.) O sözlәr әbәsdir.... Onun burada heç kәsi yoxdur, heç kәsin dә onunla әlaqәsi olmasın. Mәnim fikrimcә, biz hәrgah onunla bilmәrrә әlaqәmizi kәssәk, özü sonra düşünüb yoldaşına xәyanәt etmәz vә onu da eşitmişәm ki, o qızı, o ala bilmәyәcәkdir.

Y u s i f. Qızı almamaqdan mәn dә arxayınam.... 

M u r a d. A kişi, necә arxayınsan ki, atası, anası razı olub, kәbinini dә bu yavuq vaxtda kәsәcәkdir.

R ә s u l. İnanma.

Y u s i f. Mәn ona görә deyirәm ki, o qız ona getmәz. Amma çünki qızı zorla verәcәklәr, ona görә ... m ...  m....  Qız özünü hәlak edәcәkdir. Ancaq bu iş mәni tәşvişә salıbdır....  Vә onu da bilirәm ki, o qızdan sonra mәn gәrәk bu dünyada qalmayam. (Tәrәfә.) Uf, allah, nә yaman fikirlәrdir başıma gәlir!....  (Başını әli ilә tutur.)

H a m ı s ı. Sәn heç darıxma, yaman adam öz cәzasına çatar!....

 

(Bu vaxt dişqarıdan qilü-qal sәsi gәlir. Bunlar gedirlәr qapıya sarı. Rza bәy, Heydәr bәy, Nәcәf bәy içәri daxil olurlar.)

 

 

YEDDİNCİ GӘLİŞ

 

Әvvәlkilәr vә Rza bәy, Heydәr bәy, Nәcәf bәy.

 

R z a  b ә y, H e y d ә r  b ә y, N ә c ә f  bәy. A kişilәr, bu nә әhvalatdır şәhәr dә danışırlar?

 

(Yusif başını aşağı salıb fikrә gedir.)

 

M u r a d, R ә s u l,  S u l t a n. Bir işdi, olubdur.

R z a  b ә y (Yusifin yanına gedib). Yusif! Hamı günah sizdәdir. Siz onu öz yanınıza salıb hamıya tәrif edibsiniz vә o dәxi sәnin xatirinә görә mәnim (әli ilә göstәrir), Heydәr bәyin, Nәcәf bәyin vә qeyri mütәşәxxis adamların әziz qonağı olubdur. Amma indi başınıza olmayan işlәri gәtirir....

H e y d ә r  b ә y. Tәәccübdür! Bu neçә ildә onu tanıya bilmәyibsiniz.

N ә c ә f (tәrәfә). Doğru deyiblәr ki: "Әtә baxma, dona baxma, içindәki cana bax".

Y u s i f. Doğru buyurursunuz ki, hamı günah mәndәdir....  (Başını aşağı salır).

R z a  b ә y. A kişi, bilmәyirsiniz şәhәrdә nәlәr danışırlar? Utanmaz oğlu özünü belә qәlәmә veribdir ki, guya Fәtәli şahın nәvәsidir.

H e y d ә r  b ә y. O günlәrdә deyirlәr bir yerdә oturub bizim qeybәtimizi edirmiş. Deyirmiş guya buranın bәylәri acdırlar vә yemәk-içmәyi bacarmırlar.

H a m ı. Gör sәn allah?!

R z a  b ә y. Bundam da pis xәbәrlәr eşitmişәm. Ancaq Yusifin  xatirәsi üçün bu vaxtadәk danışmırdım.

 

(Rәsul, Sultan, Murad bir-biri ilә yavaşdan söhbәt edirlәr.)

 

N ә c ә f  b ә y. Tәvәqqe edirәm bundan sonra onunla heç kәsin әlaqәsi olmasın. Ta onu bir hala gәtirәk ki, ağlının naqisliyini vә nacins olmağını özü anlasın.

H a m ı. Yaxşı sözdür.

R z a  b ә y. Sizin canınız üçün, indi gedib onun piçini elә yerdәn buracağam ki, axirәtәdәk yana-yana qalsın. Xülasә, çox danışmaqdan bir şey çıxmaz. Gedirsiniz, gedәk.

H a m ı. Bәli, buyurunuz, (Yusifә) Salamat qalın! (Әvvәl Rza bәy, sonra qeyrilәr dişqarı çıxırlar.)

Y u s i f (tәk). Mәnә nә desәlәr, haqdır. Mәn nә edim, nә çarә qılım? Mәnim ürәyimdә bir kin-küdurәt yoxdur. Ona görәözgәni  dә özüm kimi bilirәm vә gözüm görә-görә özümü çürbәcürә bәlalara kiriftar edirәm....  Ah! Bircә Xәdicә ilә görüşüb ürәyimdәki dәrdimi deyәydim, bәlkә bir az sakit olaydım. (Fikrә gedir.) Nә etmәli? Hә? Nә tövr edim ki, onunla görüşüm.  (Fikrә gedir.) Cәhәnnәmә, nә olar-olsun. Bir kağız yazıb göndәrim, nә olar-olsun. (Oturub istәyir kağız yazsın.)

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

Qulu vә Yusif.

 

Q u l u (içәri daxil olur). Ağa, Pәrzad qarı sizi görmәk istәyir.

Y u s i f (qәlәmi yerә atır). Qoymazlar bir az rahat olaq, de, yatır. (Fikrә gedir, Qulu çıxmaq istәyir, birdәn Yusif dalınca gedib.)

Y u s i f. Pәrzad qarı arada gәzәndi, bu, yәqin sözsüz olmayacaqdır. Qoy çağırım, görüm nә deyir. A gәdә, Qulu! Çağır gәlsin. (Özü  oturub yenә kağız yazmaq istәyir. Pәrzad daxil olur.)

 

 

DOQQUZUNCU GӘLİŞ

 

 

Yusif vә Pәrzad.

 

P ә r z a d. Salamәleyküm, Yusif bәy!

Y u s i f (Pәrzada diqqәtlә baxır). Әleykümәssalam! Pәrzad  nәnә, әylәş görәk.

P ә r z a d (әylәşir). Dәxi nә әylәşim, iş qurtarıb gedibdir.

Y u s i f   (tәәccüblә). Nә var? Nә olub?

P ә r z a d. Dәxi nә olacaq? Veriblәr gedib....

Y u s i f. Kimi?

P ә r z a d. Xәdicәni....

Y u s i f (tәrәfә). Guya ki, mәn bilmirәm. (Başını bulayır). Genә qoy soruşum görüm....  (Pәrzad tәrәfә.) Pәrzad nәnә! Bu nә xәbәrdi sәn mәnә verirsәn?

P ә r z a d. Atamın әrvahına and olsun, oğlumun canıçün, belә gәlinim ölsün ki, veriblәr gedibdir.

Y u s i f. Axı kimә veriblәr?

P ә r z a d. Nә bilim, bir bığıyoğuna.... Deyirlәr belә, Şirvanda әvvәlimci adamdır.

Y u s i f. Necә yәni әvvәlimci?

P ә r z a d. Nә bilim, deyirlәr Şirvanın yarısı onundur, o qәdәr qoyunu, malı, mülkü, maşı vardır ki, itinә dә tök....  Deyirlәr belә böyüklәr yanında da sözü ötkün, qılıncı kәskindir.... Hamı deyir ki, Xәdicә qızıl mәdәninә düşübdür....  Hanı bir belә qapı, mәnim qızıma da açılaydı!....

Y u s i f (tәrәfә, fikirli). Dövlәtli!....  Demә genә gop vurubdur.... (Pәrzada tәrәf.) Әgәr dövlәtә görәdir, Xәdicә dövlәtә aldanıb getmәz.

P ә r z a d. Yusif bәy! Qadan ürәyimә, belә şeyi demә. Arvadın kökü kәsilsin, arvad pulsuz kişini sevmәz....  Sәn, doğrudur, oxuyubsan,   amma vallah,  arvad tayfasını tanımırsan. Mәn yaxşı tanıyıram, mәnim oğlumu dәrdәcәr elәyәn arvad deyilmi?

A bu gәlinlәrin boynuna ip ölçüm, a bunlar qırılsınlar!

Y u s i f (tәrәfә). Yazıq, elә gәlinindәn dәm vurur. (Pәrzada). A Pәrzad nәnә! Gәlinin görünür sәni çox incidir?

P ә r z a d. Bıy, onun görüm şamını qara boyuyum! Elә ki, oğlumun beş-altı şahı pulu var, başına dolanır. Elә ki, yoxdur, biçarәnin balasının yediyi çörәyi burnundan gәtirir.... Әbәs yerә, Yusif bәy, arvad sözünә inanma, başına çarә qıl ki, iş-işdәn keçibdir....

Y u s i f. Axı, nә çarә qılım? Hәrgah qızı mәnә vermirlәr, mәn  küclә almayacağam ki? (Tәrәfә.) Dilim deyir, ürәyim yox.

P ә r z a d. Necә ki, nә çarә?.... Puluna qızırqalanma, belә dua yazdır, kitaba baxdır.

Y u s i f (tәrәfә). Qәribә avam-avam danışır. (Pәrzada.) Sonra nә olsun?

P ә r z a d. Heç, nә olacaq? Cadıynan oğlanın da ürәyin bağlat, qızın da.

Y u s i f. Pәrzad nәnә! Bunlar hamısı boş işdir. (Durub gәzinir, tәrәfә.) Çıxıb getmәz evi yıxılmışın qızı. İndi dә cadubazlıq ilә mәşğul olacayıq. (Fikrә gedir. Qulu içәri daxil olur.)

 

 

ONUNCU GӘLİŞ

 

Yusif, Pәrzad, Qulu.

 

P ә r z a d. Әbәs yerә fikrә-zada getmә. Bu iş çox az pula başa gәlәr.

Q u l u. Ağa Niyaz bәy sizi görmәk istәyir.

Y u s i f   (tәәccüblә). Niyaz bәy?

Q u l u. Bәli.

Y u s i f (tәrәfә). Pәrvәrdigara! Görәsәn nә ittifaq üz veribdir. (Mizin üstünü tәmiz edir. Quluya tәrәf.) Ay gәdә, oraları  yığışdır, de, buyursun. (Qulu dişqarı çıxır.)

P ә r z a d (durur). Mәn dә gedim, salamat qal. Amma dediyimi elә, cavansan, yazıqsan. (Gedir).

Y u s i f   (kitabları duzәldir). Sağ ol!

 

(Niyaz bәy daxil olur.)

 

 

ON BİRİNCİ GӘLİŞ

 

Niyaz bәy vә Yusif.

 

N i y a z  b ә y. Sәlamәleyküm, Yusif bәy!

Y u s i f. Xoş gәlibsiniz, әylәşin. (İkisi dә әylәşirlәr.)

N i y a z  bәy. Yusif bәy! (Yusif xәcalәtdәn jepә baxır.) Mәn çox tәәccüb edirәm ki, bu vaxtadәk siz öz dost-düşmәninizi tanımırsınız....  Mәnim burada sizinlә açıq danışmağım әbәsdir.... Ümidvaram ki, mәn dediyimi başa düşәrsiniz.

Y u s i f (başı aşağı). Bәli....

N i y a z  b ә y. Amma, bağışlayınız, mәn sizә nәsihәt edirәm.

Y u s i f. Niyaz bәy! Mәn sizi başdan özümә böyük bilmişәm. Ona görә nә buyursanız, mәn sizin qulluğunuzdan çıxmaram....

N i y a z  b ә y. Çox sağ ol, әzizim! Bu iş sizin üçün gәrәkdir dәrs olsun. Adam hәr bivәfa adama çörәk verib özünә rәfiq etmәz. Yaxşı ki, mәn işi bir az uzadıb qızın ata vә anasını inandırmışam ki, Şamdan әsla layiq deyil ki, ona qız veriblәr.

Y u s i f (başını qaldırıb). Necә ki?!

N i y a z  b ә y. Şirvandan onu tanıyan adam gәlib vә mәn hәtta kağız almışam. Görünür, çox nanәcib vә bәdәsil adamın biriymiş....  Bunu yәqin edәndәn sonra fikirlәrini dәyişib yenә әvvәlki fikirdә oldular....

Y u s i f (gedib Niyaz bәyin әlindәn öpür vә Niyaz bәy ona xeyir-dua verir). Niyaz bәy, әvvәldәn axıradәk mәnә ata yerindә olubsunuz vә tәvәqqe edirәm ki, mәni bağışlayasınız. Çünki mәnim bu işimdә çox zәhmәt çәkibsiniz.

N i y a z  b ә y (ayağa durur, әlini Yusifin çiyninә qoyub). Xudavәndi-alәmdәn istәyirәm ki, hәr ikiniz ömrünüzü xoşbәxtliklә keçirәsiniz! Vә yaman adamın dostluğundan allah sizi saxlasın! Dәxi mәnim bir sözüm yoxdur, ancaq tәvәqqe edirәm ki, hazırlaşıb bir hәftәyәdәk toy edәsiniz....

Y u s i f (baş әyib). Çox mәmnunәm.

N i y a z  b ә y. Dәxi mәn gedim. (Әl verir.) Salamat qal! (Çıxır.)

Y u s i f (qapıyadәk dalınca gedir). Xoş gәldiniz. (Gәlә-gәlә). Niyaz bәyin mәnim boynumda çox haqqı vardır. Of ... allah! Nә xoş xәbәrdi, mәn eşitdim!....  Neçә gün idi gözümün yaşı tökülmәkdәn qurumuşdu.... Başım fikirdәn az qalırdı çatlasın. Neçә dәfә istәmişәm özümü hәlak edәm.... Çox şükür, çox şükür ki, xoşbәxtlik yenә mәnim üzümә güldü!....Zalım oğlu  özünü qәribә pis qәlәmә verdi! (Fikir edir.) Cәzasıdır, qoy çәksin! Ümidvaram ki, bundan da pis günә düşә.... (Fikrә gedir.)

 

(Murad tez içәri daxil olur)

 

 

 

ON İKİNCİ GӘLİŞ

 

 

Murad vә Yusif.

 

M u r a d. Yusif! Muştuluğumu ver, iş düzәlibdir.

Y u s i f   (gülә-gülә). Sәn ver, mәn sәndәn tez bilmişәm.

M u r a d. Sәn mәnim canım!?

Y u s i f. Sәnin canın üçün.

M u r a d. Hardan bildin?

Y u s i f. İndicә qızın dayısı gәlmişdi, o dedi.

M u r a d. Niyaz bәy?

Y u s i f. Bәli.

M u r a d. Sәndә xәbәr varmış. De görüm, nә söhbәt etdi?

Y u s i f. Söhbәt çox oldu, sonra danışarıq....  Xülasә, nә istәyirsәn, iş qurtarıbdır. Bir hәftәdәn sonra toydu.

M u r a d (әlini-әlinә vurur). Ay can! Amma o zalım oğlunun acığına gәrәk bir iş edәk ki, utandığından ölә.

(Bu vaxt Rza bәy, Heydәr bәy, Nәcәf bәy, Rәsul vә Sultan daxil olurlar.)

 

 

ON ÜÇÜNCÜ GӘLİŞ

 

 Rza bәy, Heydәr bәy, Nәcәf bәy, Rәsul, Sultan, Murad vә Yusif.

 

R z a  b ә y. Sizә demәdim, Murad indi orada olacaq?

H a m ı s ı. Salamәleyküm. (Yusifә vә Murada әl verirlәr.)

H e y d ә r bәy. Yәqin muştuluq almağa gәlibdir. (Hamı gülür).

M u r a d. Elә ondan ötәri gәlmişdim, amma Yusif qabaqladı.

H a m ı s ı  (Yusifә tәrәf). Necә ki?

Y u s i f (gülә-gülә). Niyaz bәy buraya gәlmişdi, o dedi.

H a m ı s ı. Çox yaxşı!

Y u s i f. Әylәşiniz. (Hәrә bir stul ustә oturur.)

R z a  b ә y. Bәli, indi toya hazırlaşmalıdır.

H a m ı s ı. Әlbәttә, әlbәttә.

H e y d ә r  b ә y. Keçәn gecә İsrafil bәylә qәstindә әylәşmişdik. Balkonda qilü-qal düşdü, gedib görürük, aşnamız Şamdan qәstin yiyәsi ilә dava edir. Söhbәtlәrindәn belә mәlum oldu ki, neçә gündür qәstindә yeyib-içib, indi pul istәyirlәr, deyir yoxdur. Qәstin sahibi dә şәlәsini dalına verib qovaladı.

H a m ı s ı. Ay nә olubdur!

N ә c ә f  b ә y. Hәlә bundan da pis gün görәcәkdir.

H a m ı s ı. Qoy görsün, әmәlinin meyvәsidir.

R ә s u l. Dünәn dә bizә gәlibmiş. Evdә olmamışam.

H a m ı s ı. Hә ... Hә ... Genә yavuqlaşmaq istәyir....  Görükür, başına dәyibdir....

R z a  b ә y. Hәlә onun pis günü daldadır, qoy bir toyu elәyәk. Doğrudan, Yusif, toy nә vaxtdır?

Y u s i f. İnşaallah, bir hәftәyәdәk!

H a m ı s ı. İnşaallah!

R z a  b ә y (Murada). Sәn allah, Murad, toy üçün bir şer yaz oxuyaq.

H e y d ә r  b ә y. Hәqiqәt, Nәcәf bәyin toyunda ki, yazmışdın, bir elәsini yaz görәk.

M u r a d. Hazır varımdır. Bir yaxşı hava ilә oxumaq olar.

R ә s u l. Yanındasa, görәk necә şeydir.

H a m ı s ı. Doğrudan, bir bax görәk.

M u r a d (әlini qoynuna salıb çıxarır.) Budur, tapdım. (Hamı gedib onun yanına kağıza baxır).

R z a  b ә y. Bir oxu görәk, necә şeydir?

M u r a d. Hamısını hәlә qurtarmamışam.

H e y d ә r  b ә y. Zәrәri yoxdur, oxu görәk necә şeydir.

 

(Murad oxuyur.)

 

H a m ı s ı. Bәrәkallah! İndi qoyun hava ilә oxuyaq.

 

(Myrad qabaqda oturub, onlar dalda, oxuyurlar).

 

Gecә aydın, yuxum gәlmәz yatmağa,

Gül üzündәn yarım qoymaz dadmağa, hay dadmağa,

Bülbül düşüb ayrı güldәn, çöllәrә,

Necә deyim dәrdimi mәn ellәrә, hay ellәrә.

İnsan gәrәk ağa olsun dilinә,

Gәtirmәsin heç vaxt pis söz dilinә, hay dilinә.

Yaxşı olmaz yoldaşlıqda xәyanәt,

Tutar çörәk gözlәrini hәmәvaxt, hay hәmәvaxt.

 

PӘRDӘ

 

 

 

DÖRDÜNCÜ MӘCLİS

 

 

Hacı İbrahimin bağçası, ortalıqda miz, mizin kәnarında kürsülәr. Bağçada qaranlıqdır. Şamdan bәy dәli halәtindә, tәk bağçada  gәzinir, köhnә paltarda, başı açıq, qorxa-qorxa danışır.

 

Ş a m d a n (әtrafa baxa-baxa). Yaxşı vaxt tapıb gәlmişәm ... heç  kәs mәni burada görmәz....  Yusif Xәdicә ilә hәr axşam burada çay içirlәr. Bu ağacın dalında gizlәnib gәlәndә ikisini dә burada gәrәk bu (xәncәr әlindә) xәncәr ilә öldürüm....

Qoymaram Yusif mәnim çörәyimi әlimdәn alsın....  (Birdәn diksinir.) Vay! (Әtrafa baxır.) Gәrәk ki, gәlәn var.... (Bir az fikirdәn sonra.) Yox, heç kәs yoxdur. (Gedib bağçadan Yusif olan evә baxır.) Ax, namәrd! Әlimdәn dövlәti yaxşı aldın, dәdәmә od vurdun....  Bax, Xәdicә çıxdı...  Sәnin boyuna qurban!...  Dәrdindәn gör mәn nә hala düşmüşәm...  Yox, Xәdicә deyilmiş. (Gәzinir. Bir az fikirdәn sonra.) Pәrvәrdigara!  (Әtrafa baxır.) Mәn nә sәbәbә buraya gәlmişәm?....  (Fikrә gedir.) Hә ... Hә....  (Bәrkdәn.) Gәrәk öldürәm....  Onları öldürәndәn sonra özümü dә öldürrәm....  Çünki bundan da pis gün görmәk istәmirәm....  Bundan sonra qalıb nә edәcәyәm?....  Yemәk yox, içmәk yox, dost yox, aşna yox....  Hamı mәndәn qaçır....  Sәbәbi? (Fikir. Bәrkdәn diksinir.) Vay, gәldilәr....  (Qaçıb gizlәnir. Әtrafa baxır.) Yox, gәlәn yoxdur....  (Üstünә baxır vә әli ilә әtrafı  yoxlayır.) A kişi, insafdır ki, belә xoşbәxtliyi әlindәn verәsәn?....  Gәlәsәn bu bağçaya od vuram? Onda hamı  tökülüb  gәlәcәk....  Qarışığa salıb hamısını öldürәrәm. Uf, nә bәdbәxt oldum....  (Tez-tez diksinib dәli mәqamına gәlir.) Hә....  Gәlir!....  (Ağacın dalında gizlәnir.) Qoy gәlsin....  Oturanda....  Mәn dalından başını kәsib ataram. (Yavaş  danışır, guya  gözünә Yusif görünür.) A....  Yaxşı әlimә düşübsәn. (Guya Yusif gәlib oturur. Şamdan yavaşdan xәncәri qaldırıb vurur.)  A....  İndi  qal yerindә....  (Gәlib baxır, guya ölübdür.) Mәn indi nә edim?....  Ha?....  (Özünü itirir.) Yox....  (Bәrkdәn qışqırır, özünü tamam itirir.) Mәn ...  mәn....  (Xәncәri öz qarnına vurub ağacın dibindә yıxılır.) Uf!.... Uf!.... (Ölür.)

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Qulu әlindә çıraq bağçaya gәlib mizin üstünü çay içmәkdәn ötәri hazır edir vә qeyrilәri bağçada elә gәrәk gәzsinlәr ki, guya Şamdanı görmürlәr.

 

Q u l u (tәk, danışa-danışa mizin üstünü hazır edir). Xәdicә xanım görükür, Yusif bәyi çox istәyir. Lap onu uşaq kimi bәslәyir. Yaxşıca yatmışdım, gәlib durquzur, deyir ki, get, samovarı bağçada hazır elә, indi Yusif ağa gәlәcәkdir, çay içsin. Deyirәm, ay xanım! Axı niyә evdә içmir? Deyir ona bağçada xoş gәlir. Nә bilim, vallah, evdә Yusif ağa yatanda hamıya deyir ki, dırnağınızın üstә gәzin ki, onu durquzmayasınız. Sәhәr dә duranda evdә nә ki qulluqçular var, gәrәk onun qabağında sluşi duralar, ta ki, o, qulluğa gedә. Arvad da deyәndә belә olar. Mәn yanı deyirdim ki, mәnim dә arvadım var. Yaxşı oldu öldü! Gorbagor qızı sәhәr durub mәni öpmәkdәnsә iki qapaz da başıma vururdu, vurha-vurha! (Gedib samovarı gәtirir.) Gözümdә qaldı, bir gün oturub saqqalıma hәna yaxa. Görüm gorbagor olsun, necә ki, oldu! O gün Yusif ağa deyir ki, "sәnә arvad alacağam". Deyirәm ki, allahı sevirsәn, ağa, bu fikrә düşmә. Ondan ötәri ki, әvvәl genә canım vardı, arvadın qapazına dayanırdım. İndi başıma arvad qapaz salsa, dişdәrim qarnıma gedәr. Qocası olsa, genә yaxşıdı, hәr deyәndә döymәk olar. Amma Nazlı kimi olsa, әrinin saqqalını yolan kimi mәnimkini dә yolar.Yox, istәmirәm.... Arvadsız da yola gedәrәm.... (Birdәn әlindәn stәkan düşüb sınır.) Vay! Gör sәn allah, mәn arvadı neylәyirәm: әlim titrәyir, başım titrәyir, bir ayağım burda, birisi gorda....  Bunları yığışdırım. (Stәkanın qırıqlarını yığır. Nazlı әlindә şәkәrdan, bir dә çaynik içәri daxil olur vә Qulunu belә görüb acıqlı deyir).

 

 

İKİNCİ GӘLİŞ

 

Qulu vә Nazlı.

 

N a z l ı. Ay әli qurumuş, bunu nә üçün sındırdın?

Q u l u (acıqlı baxır). Әlin dә qurusun, dilin dә. Mәn ki, sındırmadım, özü düşdü....

N a z l ı. Yalansa üzünü mürdәşir yusun!

Q u l u. Mürdәşir sәnin әzizdәrini yusun!

N a z l ı (gәlib әlindәn dәsmalı alır vә stәkanları başlayır silmәyә, Qulunu itәlәyir). Get, rәdd ol. Ver mәnә, sәn get çörәk gәtir. Gör çörәyi dә salıb dağıda bilәrsәnmi? (Qulu acıqlı baxa-baxa gedir.)

Q u l u. Kökün kәsilsin. (Gedir.)

N a z l ı. İmansız oğlu ancaq yatmaq bilir. İş dә deyәndә adamı yarıtmaz. İndi mәn Xәdicә xanıma nә cavab verәcәm? (Çaynikә su açır.) Ah....  Bu da bir iş imiş! Bu gecә vaxtında bağda oturub çay içmәk nәdir? Qaranlıqda göz-gözü görmür....

(Qulu tәlәsmiş әlindә çörәk gәlir.)

 

 

ÜÜÇÜNCÜ GӘLİŞ

 

Qulu vә Nazlı.

 

Q u l u. Tez ol, ağa da, xanım da bu saat gәlirlәr. (Nazlı tәlәsib nәlbәkinin birini salıb sındırır.)

N a z l ı. Bay, evin yıxılsın! İmansız o qәdәr tәlәsdirir ki, nәlbәkini dә sındırdım.

Q u l u. Canın çıxsın, bәrk tut.

N a z l ı. A sәni görüm yarımayasan. Sәn olmasaydın mәn dә sındırmazdım, elә tәlәsdirirsәn ki, adam bilmir nә elәsin.

Q u l u. Çox danışma, tez ol yığ, görmәsinlәr. (Tәrәfә baxır.) Odu, gәlirlәr.

 

(Nazlı tez hәr şeyi hazır edir. Xәdicә içәri daxil olur, çәkilib kәnarda dypup.)

 

X ə d i c ə. Aj Qulu! Get Yusif ağana de ki, çay hazırdır, gәlsin. (Oturur).

N a z l ı. Xanım, gәdәn salıb istәkanı da, nәlbәkini dә sındırdı.

X ә d i c ә. Nә edәk, görünür yazıq qocalıb, gözlәri görmür. (Xәdicә Yusif üçün çay tökür. Nazlı gedir vә o saat Yusif daxil  olur.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Xәdicә vә Yusif.

 

Y u s i f (gәlib әylәşir). Bu gün qәzetdә oxuyub görürәm ki, bir şәhәrdә mәhәbbәtdәn bir ayın әrzindә iyirmi adam ölübdür.

X ә d i c ә. Övrәt, ya kişi?

Y u s i f. 15 kişi, 5 övrәt. (Çay içir.)

X ә d i c ә (özünә çay tökür). Hәqiqәt, mәhәbbәt edәn şeyi heç bir şey edә bilmәz.

Y u s i f. Bunların ölmәklәrinә sәbәb sәbirsizlikdir.

X ә d i c ә. Yusif demә heç, vallah, insan bir halәtdә olur ki, heç tab gәtirmәyә sәbir qalmır.

Y u s i f. Doğrudur. Amma sәni inandırıram ki, hәrgah bizdә sәbir olmasaydı, biz dә bәdbәxt olmuşduq.

X ә d i c ә (gәlib Yusifin yanında әylәşir vә әlini әlinә alır). Sәnin canın üçün elә ki, iş aşkar oldu vә bildim ki, biinsaf oğluna söz veriblәr, neçә dәfә istәmişәm özümü hәlak edim. Yenә demişәm qoy görәk axırı necә olacaqdır.

Y u s i f. Mәn dә elә fikirlәr ilә özümü saxladım.

X ә d i c ә. Hәrçәnd bu yolda çox göz yaşı tökmüşәm, amma yenә allah-taala hamını belә arzusuna yetirsin, necә ki, bizi.

Y u s i f. Xәdicә! Mәhәbbәt, hәqiqәt, yaxşı şeydir: danışmayanı danışdıran, çirkini gözәl edәn, qorxağı ürәkli edәn mәhәbbәtdir.

X ә d i c ә. Ağıllını da dәli!....

Y u s i f. Bәli, o intiha dәrәcәsidir. (Çay içir. Qulu gәlir.)

 

 

BEŞİNCİ GӘLİŞ

 

Qulu, Xәdicә Yusif.

 

Q u l u. Ağa, vallah bu Nazlı mәnә göz verir, işıq vermir. Gәlib orda bir dava-qalmaqal salıbdır ki, heç olmayan kimi....

Y u s i f. Nә istәyir?

X ә d i c ә (gülә-gülә). Görünür, stәkan-nәlbәkini sındırmağın üstә.

Y u s i f. Qulu sındırıbdır?

Q u l u. Xeyr, canım! Stәkanı mәn sındırmışam, nәlbәkini o özü.

X ә d i c ә. Ha ... Ha....  (Gülür.) Hamısını sәnin üstünә atıbdır.

Q u l u. Di gör, cən allah!

 

(Nazlı içәri daxil olur.)

 

 

ALTINCI GӘLİŞ

 

Nazlı vә qeyrilәri.

 

N a z l ı. Xanım! Niyaz bәy gәlib deyir ki, әgәr çay varsa, gәlim içim.

X ә d i c ә. Var, de gәlsin.

Y u s i f. Ay qız, bu Qulunu nә üçün incidirsәn?

N a z l ı. Mәn neylәmişәm?

X ә d i c ә. İndi gәlib sәnin әlindәn şikayәt edirdi.

Q u l u. Vallah xanım, başıma da bir qapaz salıb. İndi dә başım ağrıyır.

Y u s i f ,X ә d i c ә. (gülürlәr). Ha!....  Ha!....

N a z l ı (Quluya). Yavaş, gözünün ikisini dә çıxardacağam....

Y u s i f. Yaxşı, bәsdir. (Nazlıya.) Get Niyaz bәyә de gәlsin. (Nazlı gedir).

X ә d i c ә (Quluya). Ay Qulu, sәn onun sözünә baxma, o cavandır, sәn qoca, ona niyә qoşulursan?

Q u l u. Vallah, ay xanım! Mәnim onnan işim yoxdu, özü dә hәmişә mәnә sataşır. Yatıram, gәlir deyir dur, dururam, deyir otur. Otururam, deyir dur, iş gör. İşlәyirәm, deyir sәn bacarmırsan. İşlәmirәm, deyir tәnbәlsәn. Axı, mәn başıma nә daş salım....  Dünәn dә gedib Nigar xanıma şikayәt elәyir ki, mәn plovun qazmağını altından çıxardıb yemişәm. O da bu sözә inanmayıb ağzına gәlәni ona deyibdir.

Y u s i f. Yaxşı, bәsdir, get.

Q u l u (gedә-gedә). Nazlının işini yaxşı xarab elәdim!....

 

 

YEDDİNCİ GӘLİŞ

 

Niyaz bәy vә qeyrilәri. Yusif vә Xәdicә yerlәrindәn dururlar.

 

N i y a z  b ә y (Yusifә). Qәribә lәzzәt aparırsınız!

Y u s i f. Necә ki? (Xәdicә çay tökür.)

N i y a z  b ә y. Dәxi necә olacaq? Belә gecәdә, bu bağçanın içindә oturub çay-içmәk nәyә desәn dәyәr.

X ә d i c ә. Elә dә pis öyrәnibdir, ay dayı, evdә iki stәkan içәndә burada dördünü içir. (Niyaz bәyә çay verir.)

Y u s i f. Hәqiqәt, elәdir.

N i y a z  b ә y. Elә dә gәrәk olsun. (Fikir.) Tәzә xәbәr eşidibsinizmi?

X ә d i c ә,Y u s i f. Yox nә var?

N i y a z  b ә y. Şamdan dәli olubdur....  (Xәdicә danışmayıb tәәccüblә Niyaz bәyә baxır.)

Y u s i f. Jox, ha?

N i j a z  b ә j. Sizin canınız üçün.

Y u s i f (fikrә gedir). Kim dedi?

N i j a z  b ә y (çay içә-içә). Mәn özüm gördüm.

X ә d i c ә. Harda?

N i j a z  b ә j. Dünәn bazardan keçirdim. Bir dә gördüm ki, biri meydanın ortasında durubdur vә xalq dә başına yığılıb. Yavuq gedib görürәm ki, bir cındır paltarda üzü-gözü torpağa bulaşmış adamdır. Diqqәtlә baxıb görürәm ki, hәnuz özü.... Yazığım gәldi. Amma qoy hәlә bu gündә olsun ki, qәbahәtini anlasın.

Y u s i f. Yәqinimdir ki, indi başa düşübdür vә çox da peşmandır. Elә ki, mәn onu tanımışam heç kәs tanımaz. İnandırıram sizi ki, hәrgah bir dә fәnd bağlaya, çox işlәr körәr.

N i j a z  b ә j. Jox....  Dәxi ölәn yeridir ki, ölübdür. A kişi, bilmirsәn bu zalım oğlu dünyanı bir-birinә necә vurdu.

(Nazlı gәlir.)

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

Nazlı vә qeyrilәri.

 

N a z l ı. Xәdicә xanım, sәni Hacı ağa çağırır. (Xәdicә gedir).

N i y a z  b ә j. A kişi, mәnim vә Hacı İbrahimin yanında bir cürә söhbәt edibdir ki, lap quruyub qalmışam.

Y u s i f. Haçan?

N i j a z  b ә y. Pәh.... Görükür xәbәriniz yoxdur. Qıza hәlә elçi göndәrmәmişdәn әvvәl Hacı eşitmişdi ki, qızı istәyir. Bunu bir gün qonaq çağırıb istәyir ki, iidi bundan söz alsın. Mәnim yanımda özünü bir dәrәcәyә çıxartdı ki, özüm dә mat  qaldım.

Y u s i f. Yaxşı, nә deyirdi ki?

N i y a z  b ә j. Dәxi iә deyәcәk. Deyirdi ki, belә basdım, belә kәsdim. Nә bilim, qubernator mәnim xatirimi belә istәyir, filan knyaz mәni belә qonaq elәdi, filan xan mәnimlә belә rәftar elәdi. Sizin canınız üçün, mәn onun yerinә qızarmışam.

Y u s i f. Hacı da, görükür, inanıbdır.

N i y a z  b ә y. Bәs nәdir. Elә gedәndәn sonra mәnә deyir ki, gördün necә hünәrli oğlandır. Buna qızımı vermәyib kimә verәcәyәm. Sonra da bu iş aşkar olandan sonra özü mәni çağırıb deyir ki, mәn böyük sәhv etmişәm. A kişi, tәәccüb orasıdır ki, özü yalan deyir öz yalanına da özü inanır.

H a m ı (gülürlәr). Ha! Ha! Ha!

 

(Hacı İbrahim, Nigar vә Xәdicә daxil olurlar.)

 

 

DOQQUZUNCU GӘLİŞ

Yusif, Niyaz bәy, Hacı İbrahim, Nigar vә Xәdicә.

 

H a c ı  İ b r a h i m. Yenә nә var, gülürsünüz? (Yusif vә Niyaz bәy ayağa dururlar.)

N i y a z  b ә y. Heç....

H a c ı  İ b r a h i m. Doğrudan nә var? (Hәrәsi bir kürsü üstә әylәşir.)

N i y a z  b ә y. Zalım oğlunun sözünü danışırıq.

N i g a r. Şamdanınmı?

Y u s i f. Bәli.

N i g a r. A bala, Xәdicә, ağana çay tök. Evdә içmәdi ki, gedәrәm bağçada içәrәm.

H a c ı  İ b r a h i m. Allahı sevirsiniz, qoyun qalsın. Öz bәlasını allah ona veribdir. Mәn bircә Yusif bәyә tәәccüb edirdim ki, ona necә aldanıb, halbuki neçә vaxt da onunla dostluq edibdir.

N i y a z  b ә y. Söz odur, hünәr elә gәrәk.

Y u s i f  b ә y. Xeyr, xeyr....  Bir hünәr istәmәz ki, bu aşkar şeydir. Mәn on il bundan müqәddәm onunla bir yerdә oxumuşam. Vә oxuyan vaxtda mәnim hәqiqәt, bununla yeyib-içmәyim bir yerdә olubdur vә bir elә ittifaq da düşmüyübdür ki, mәn onu әmәlli tanıyam. Zira ki, oxuyan zaman da zindәganlığımız uşaq zindәganlığı kimi keçibdir, fikrimiz ancaq oxumaqda olubdur. Bu zalım oğlu on ildәn sonra gәlib. Dәxi mәn nә bilim ki, bu nә tövr adamdır.

H a c ı  İ b r a h i m. Bәli, adam tanımaq çox çәtindir.

N i g a r. Sәnin özün dә ona lap aşiq olmuşdun.

N i y a z  b ә y. Mәn ki, onu elә gördüm, çox adamın evini yıxardı.

X ә d i c ә (әlindә stәkan istәyir Şamdan tәrәfә su töksün. Birdәn onu uzanmış görüb bәrkdәn çığırır vә stәkanı әlindәn buraxıb). Vay!

 

(Bu vaxt qeyrilәri gәlib Xәdicә duran yerә, ölünü görüb hamısı heyran qalırlar vә Yusif baxıb deyir.)

 

Y u s i f. Axırda bu günә düşmәyin tәbiidir.... Yaman dil başabәladır! Xain vә yalançı bir adamın aqibәti belә olur. Bu zavallının mәhv olmağına sәbәb nә oldu? Camaatın ittifaqı! Belә bir ittifaq ilә yaman vücudlardan topsuz-tüfәngsiz xilas olmaq hәmişә mümkündür....

 

PӘRDӘ