BİR KӘNDİN
SӘRGÜZӘŞTİ
Keçәnlәrdә Qafqaz
kәndlәrindәn birindә bir neçә vaxt
günlәr keçirtdim. Bu kәnd böyük, zәngin
bir kәnd idi. Hәr kim bu kәndә tәzә
gәlmiş olsaydı, iki mәhәllәnin
bir-birindәn seçilmәyini görәrdi:
mәhәllәnin biri dağ başında,
küçәlәri toz, torpaq, dar, palçıq
evlәri bir-birinin içindә; ikinci
mәhәllәyә gәlincә,
küçәlәri enli, tәmiz vә evlәri
sәliqә ilә tikilmişdi. Mәhәllәnin biri
N. ikincisi isә İ. adı ilә mәşhur idi.
Ata-babadan
bu mәhәllәlәrә belә bir ad qoyulmuşdu.
Nağıl
edirlәr ki, N. vә İ. iki böyük adamın
adları imiş: bunlar vaxtında hәrә öz mәhәllәsinin abad olmağına cidd-cәhd etmişlәr, ona görә dә adları hәmişәlik qalmışdır....
Bu iki mәhәllә bir-birinә oxşamadığı kimi,
bunların camaatı da bir-birinә oxşamırdı, yәni hәr mәhәllәnin xalqı xüsusi bir yolla
dövran sürürdü. N. mәhәllәsinin camaatı ata-babadan yerli,
tavanlı olub, günlәrini müttәsil kefdә,
eyş vә
işrәtdә keçirәn bir xalq idi.
Bu mәhәllәnin adamlarına dürüst diqqәt olunsaydı, yәni bunların zindәganlığını
mükәmmәl surәtdә bilәn bir adam olsaydı, yәqin ki, deyәrdi: belә bir zövq vә sәfa ilә yaşamaq bunlara irslә çatmışdır.
Bilәks, İ. mәhәllәsinin camaatı zәhmәtkeş bir camaat idi. Bura adamları
vaxtında yerlәrini
әkәr vә vaxtında biçәr; tez-tez şәhәrә gedәr, alver edәr vә şәhәrdәn bir çox şeylәr öyrәnib daima tәrәqqidә bulunardılar.
N.
camaatı da şәhәrә gedәrdi, fәqәt bu camaata mәxsus onlar şәhәrdәn gәlәndә ancaq çayxanalarda, qәhvәxanalarda görüb-eşitdiklәrindәn dәm vurardılar.
Vaxt bir
vaxt idi ki, şәhәrlәrdә mәktәb az tapılardı. Bununla belә İ. mәhәllәsinin camaatı mәktәb fikirinә düşmüşlәrdi. Fәqәt N. mәhәllәsi bu fikirә bir növ mane olurdu.
Mәsәla, belә bir mәsәlә üçün kәndxuda (starşina) hәr iki mәhәllәdәn adam çağırardı, vәkillәr dәvәt edәrdi. İ. mәhәllәsinin vәkillәri hәmişә gәlәrdilәr, halbuki N. mәhәllәsindәn bir adam da gәlmәzdi. Ona görә dә mәktәb mәsәlәsi uzandıqca uzanırdı.
Xülasә
İ. mәhәllәsinin camaatı camaat işlәrindә artıq dәrәcәdә cidd-cәhd edәr vә öz arasında böyük
ittihadla iş görәrdi. Sudya, kәndxuda vә
yainki müәyyәn bir iş üçün
inmirәlilәr hәmişәcidd-cәhd edәrdilәr ki, әmәlli adamlarını seçsinlәr, yәni seçdiklәri şәxslәr işә yarayan olsunlar, müftәxor olmasınlar, rüşvәt yemәsinlәr, camaata xәyanәt etmәsinlәr. N. mәhәllәsinin adamları camaat işlәrinә qarışmazdılar. Hәrdәnbir vәkil lazım olanda "Әmi" sözü
ortalığa düşәrdi. Bu Әminin adı uzun olduğu
üçün kimsә onu adı ilә çağırmazdı. Zatәn Әminin adını demәk olmazdı, çünki N.
mәhәllәsindә böyüklәri öz adları ilә adlandırmaq eybli bir şey
hesab olunurdu. Möhtәrәm
adamlara kәrbәlayı, mәşәdi, hacı, xozeyin, fәqәt әn böyük adama bu mәhәllәdә Әmi
deyirdilәr. Bu mәhәllәdә, hәqiqәt, Әmidәn başqa bir böyük adam yox idi. Hәtta Әmi bir dәrәcәdә mәşhur olmuşdu ki, qeyri kәndlәrdә, hәtta şәhәrlәrdә dә bu adla tanınmışdı. Xülasә, hamı buna Әmi dәyirdi.
Әmi
70-80 yaşında olardı. Amma bunu da demәk gәrәk ki, bu mәhәllәdә heç kәs Әminin yaşını bilmәzdi. Hamı göz
açıb onu tәrlan kimi gözәl görmüşdü. Ucaboy, gәrdәnli, qarasaqqal, xoşsima bir kişi
idi. Dövlәti
başından aşardı. Nәinki N. mәhәllәsindә, bәlkә bütün kәnddә, uezddә dәxi bundan dövlәtli zәngin bir adam
tapılmazdı.
N. mәhәllәsinin camaatı Әmini çox sevir vә ona hörmәt edirdilәr. Bu da sәbәbsiz deyildi. Mәhәllәnin ac bәylәri hәmişә bundan borc alardılar. Әksәrәndә dә vaxtında borclarını verә bilmәzdilәr vә yerlәri Әmiyә keçәrdi. Әmi qeyri adamlara da sәlәmlә pul verәrdi. Kişi doğrudan da yaxşı
adam idi. Kasıb-kusuba kömәk edәrdi. Bunlara pul buraxardı.
Ancaq
borcunu vaxtında vermәyәndә onlara ağalıq etmәyi dә unutmazdı. Yәni ata oğluna tәnbih edәn kimi Әmi dә onlara nisaq biçәrdi ki, gәlәcәkdә sözlәrinin üstә dursunlar ... vә bu sәbәblәrә görәmi, ya qeyri bir sәbәblәrә görә camaat Әmini çox sevәrdi. Vә sevmәk dә lazım idi, çünki N. mәhәllәsinin camaatından xәbәrsiz Әmi lazım olan vaxt camaatın tәrәfindәn danışar, işlәrini düzәldәr, onlara artıq zәhmәt vermәzdi. N. mәhәllәsinin camaatına da belә bir şey lazım idi.
Starşina ilә,
pristavla çәnәlәşmәk asan iş deyil, bir az hәtta xatası da var. Bir dә pristav vә naçalnik gәlәndә hәmişә Әminin
evindә
düşәrdilәr. Bu iş Әminin adını daha
artıq ucalandırırdı. Bunu Әmi özü dә anlamışdı,
camatını yaxşı tanıyırdı, bilirdi ki, belә adamlarla durub-oturmaq
camaatın nәzәrindә böyük şeydir. Hәtta belә olmuşdu ki, İ. mәhәllәsinin camaatı da Әmidәn çәkinirdi vә özü dә bunu guya sevirlәr, buna hörmәt edirlәrdi. Fәqәt ürәklәrindә buna gülür vә çox şad olurdular ki,
N. camaatının arasında Әminin nüfuzu gündәn-günә artır. Şad
olmaqlarına da sәbәb var
idi. İ. mәhәllәsinin camaatı
gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın
işini ancaq dünyadan xәbәrdar, elmli bir adam yaxşı apara
bilir. Әmi isә öz kәndindәn başqa özgә alәm görmәmiş, bir şeydәn baş
çıxarmazdı. Doğrusu, İ. mәhәllәsinin camaatı durbin camaat idi. Әminin N. mәhәllәsindә nüfuzu artmaq üçün qәsdәn Әmini tәrif edir vә namәlsәmlilәrә: "Siz çox xoşbәxtsiniz ki, Әmi kimi
böyüyünüz var" deyirdilәr. N. camaatı da bu sözlәri eşidib deyirdi ki,
"Gör Әmi
necә
ağıllı, fәrasәtli
adamdır ki, rәqiblәr dә onu böyük adam hesab edirlәr".
Daha bizim
sözümüz olmaz. Bu xәyalla daha Әmiyә artıq bir iman gәtirir, işlәrini, hüquqlarını
tamamilә ona
tapşırırdılar. Hәtta iş bir mәrtәbәyә çatmışdı ki,
ortalığa әn mühüm bir mәsәlә gәlәndә N. camaatı heç bir vaxt
yığılıb onu müzakirә etmәzdi vә etmәyә ehtiyac da yox idi; çünki yüz
baş bir olsa idi, genә Әminin başı kimi
olmazdı. O deyәn gәrәk olaydı. Ona görә camaat da arxayın olub öz
yerindә
oturmuşdu. İ. mәhәllәsi bu әhvalı görüb
dodaqaltı gülürdü. Doğrusu, iki mәhәllә ata-babadan bir-birinә düşmәn gözü ilә baxırdı. Ona görә dә bu kәnddә kәndxuda naçar bir halda bulunurdu. Bu kәnddә bir-iki ildәn artıq kәndxuda davam edә bilmәzdi. Kәndxuda İ. mәhәllәsindәn olanda öz mәhәllәsinin tәrәfini saxlardı. N. mәhәllәsindәn olan da öz camaatının tәrәfini saxlardı, nә isә, kәndin baxtındanmı, ya bir qeyri sәbәbdәnmi bu kәnddә dә bitәrәf kәndxuda tapılmırdı. Amma yenә İ. mәhәllәsinin tәrәfini saxlayan kәndxuda bir az çox davam edirdi;
çünki İ. mәhәllәsinin tәrәfdarı bilirdi ki, tamam N. mәhәllәsi bir Әmidәn ibarәtdir, Әmini dә lazımınca görәrdi. Әlbәttә Әmiyә pul lazım deyildi. Bir medal vә bir xaç almaq hәr şeydәn yaxşı idi. Doğrudan
da, Әmi
dünyanın hәr bir lәzәtini görmәk istәrdi. Vә nә üçün dә görmәsin?! Fikir edәrdi: pul ki var, onunla hәr şey almaq olar; hәtta onunla böyüklük dә qazanmaq mümkündür.
Vә heç bir tәәcüb etmәmәli! Hәqiqәt, pulun gücünә böyük adam olmaq olar, yәni böyük adamlarla
durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinә qoyun, birinә inәk bağışlardı. Birinә motal göndәrәrdi. Nә bilim daha, nә, nә!
Bir
neçә vaxt
kәndә böyük
nizamsızlıq düşmüşdü. Adam öldürmәk, oğurluq, quldurluq nәhayәt dәrәcәdә intişar tapmışdı. Kәndin öz xahişinә görә bu kәnddә dövlәt tәrәfindәn bir bitәrәf kәndxuda tәyin olundu. Doğrudan da tәzә kәndxuda yaxşı adama bәnzәyirdi.
Bunun
adı Daşdәmir
idi. Doğrudan da dәmir kimi bir adam idi; özü yaxşı oxumuş,
yaxşı niyyәtli bir kәndxuda
idi. Kәndin
işlәrini gәlәn kimi düzәltdi. Oğurluq, quldurluq tamamilә götürüldü....
Bir
neçә vaxt
keçәndәn sonra tәzә kәndxuda gördü ki, N. mәhәllәsinin camaatı heç bir vaxt kәnd işlәrinә qarışmır vә çağıranda da gәlmir; ancaq Әmi camaatın tәrәfindәn hәrdәnbir ortalığa tullanır. Mәsәlә, kәnddә mәktәb açmaq istәyirlәr. İ. mәhәllәsinin üzdә olan adamları tamamilә gәlir, danışır, çığır-bağır
salırlar. N. mәhәllәsindәn ya heç adam olmur, ya olsa da bir Әmi gәlir, ya gәlmir....
Bir
gün belә,
iki gün belә.... Axırda bir gün Daşdәmir kәndxuda arvadına deyir: "Mәn, doğrusu, N. mәhәllәsinin adamlarına tәәccüb edirәm. Bunlarda heç bir insan sifәti görünmür, bunlar
qoyun kimi şeydirlәr. Amma qaldı ki, İ. mәhәllәsinin adamları yırtıcı bir
camaatdır. Bunlardan qorxmalı. Doğrudur, bunların
aralarında bәyzadәzad yoxdur, hamısı fәqir adamdırlar. Fәqәt dünyadan xәbәrdardırlar, öz hüquqlarına
bir az toxunanda arı kimi adamın üstünә tökülürlәr". Arvad kәndxudaya dedi: "İ. mәhәllәsinin camaatını sәn hala yaxşı
tanımırsan. Hәrgah istәyirsәn ad qazanasan, qulluğun
artsın, özünü o tәrәfә ver, çünki onlar
çığıran-bağırandırlar, heç bir
şeydәn
görәsәn ki, bir böyük şey
düzәltdilәr. Mәnim atam bu mәhәllәdәn olmağa görә bunların barәsindә uşaqlıqdan çox şeylәr eşitmişәm".
Arvadın
sözlәri kәndxudanın beyninә batdı. O gündәn kәndxuda N. mәhәllәsinin camaatına qeyri bir nәzәrlә baxardı. O mәhәllәdәn bir adam şikayәtlә gәlirdisә Әmidәn soruşardı. Әmi dә işә baxardı. Özünә xoş gәlәn adam olsaydı, deyәrdi, gәrәkdir kömәk oluna, xoş gәlmәyәn adamı itirdirdi. Buna birәks İ. mәhәllәsindә bir ittifaq düşәrdisә,tez özü gedәrdi, işlәrinә diqqәtlә baxardı, sәrәncam çәkәrdi....
Nә isә Daşdәmir kәndxuda işlәrini bir növ yola aparırdı. O,
hamı kәndxudalardan
bu kәnddә artıq yaşadı. Hörmәti dә günbәgün naçalnik yanında
artdı. Axırda bu payәyә
çatdı ki, bir gün qubernator kәndә gәlәndә ağsaqqalların hüzurunda kәndxudaya dedi: "Mәn sәnin qulluqların әvәzinә böyük mәnsәb verәcәyәm". Bu mәclisdә Әmi dә var idi, camaat isә öz tәrәfindәn kәndxudanın yaxşı adam
olmasını qubernatora söylәdi.
Bu
gündәn Әmi daha da Daşdәmirә yavıqlaşdı. Nә üçün dә
yavıqlaşmasın?! Gördü ki, kәndxudanın xatirini qubernator
istәyir. Әmiyә dә elә bu lazım idi.... Kәndin yavıqlığında bir bulaq
var idi. Qәdimdәn adәt üzrә bu bulağın suyunu hәftәdә üç gün bir mәhәllә öz tәrәfinә aparardı. Bir gün belә oldu ki, İ. mәhәllәsi suyu dörd gün öz mәhәllәlәrinә buraxdılar. N. mәhәllәsinin adamları bu әhvalatı Әmiyә dedilәr. Әmi dedi: "Yaxşı, mәn danışaram". Doğrudan
da Әmi kәndxuda ilә görüşüb bu әhvalatı dedi.
Kәndxuda Әmiyә dedi: "İ. mәhәllәsi üçün bu hәftә su çox lazım olduğuna
görә mәndәn tәvәqqe etmişdilәr ki, bir gün artıq su
götürsünlәr. Sizdәn
tәvәqqe edirәm kәndxudanın işinә
qarışmayasınız". Әmi övqatı çox tәlx evә gәldi. Amma bunu da bilmәli ki, Әmini kәndxudanın sözlәri qorxutmuşdu. Bu vaxtәdәk Әmi belә sәrt söz eşitmәmişdi.
Әmi
fikir edәrdi;
görünür kәndxudanın beli bәrkdir ki, Әmi
kimi adamla belә
cürәtlә danışır, bununla belә Әmi mәhәllәsinin adamlarına dedi:--Bәli, mәn kәndxudaya әhvalatı dedim o, әfsus etdi ki, bir ittifaqdır
düşüb daha olmaz dedi.
Mәhәllә camaatı sakit oldu.
Bu әhvalat hәr ikisini imtahan meydanına
çәkdi: Әmi puluna, adına ümid
bağlayıb fikir edәrdi: "Әlbәttә, kәndxuda mәnim sözlәrimi yerә salmaz". Kәndxuda isә sәrt cavab verib Әminin gücünü
sınayırdı. Bu fikir edәrdi: "Hәrgah doğrudan Әmi sidq ürәklә camaatın tәrәfini saxlayır isә, әlbәttә, bir iş meydana gәlәcәkdir.Yәni camaata düz-düzünә deyәr, camaat isә öz hüququnu müdafiә etmәk üçün yanıma gәlәr, dәrdini söylәyәr...."
Hәqiqәt, kәndxuda ağıllı bir adam idi. İki
hәftәdәn sonra İ. mәhәllәsinin adamları yenә dә bir gün artıq suyu öz mәhәllәrinә buraxdılar.... N. mәhәllәsi yenә Әmiyә ricu etdilәr. Әmi yenә söz verdi ki, kәnxuda ilә danışar. Fәqәt bu dәfә Әmi
qorxusundan kәndxudaya
heç bir söz demәdi. Bununla belә mәhәllә camaatına dedi ki:
Kәndxudaya olmayan sözlәri dedim, kәndxuda isә cavab verdi, mәni bağışlayın,
daha belә
şeylәr
olmaz.
Camaat Әmiyә inandı vә sakit oldu.
Yenә bir gün belә bir ittifaq düşәndә N. mәhәllәsinin bir neçә cavanları daha sәbr edә bilmәyib әllәrindә bel su başına getdilәr. Bu vaxt İ. mәhәllәsinin cavanlarından da bir neçәsi su başında
oturmuşdular. İki mәhәllә adamlarının arasında
söz oldu. N. mәhәllәsinin adamları istәdilәr suyu öz tәrәflәrinә buraxsınlar. İ. mәhәllәsinin adamları bunlara mane oldular. Birә beş bir-birinә söyәndәn sonra bellәrә yapışdılar.... Bunların
çığırtısına kәnddәn hәr iki mәhәllәdәn adamlar töküldülәr. Kәndxuda gәldi. N. mәhәllәsinin adamlarından bir neçәsini tutdurdu. İ. mәhәllәsinin adamlarına bir söz dә demәdi. N. mәhәllәsinin adamları Әminin yanına gәldilәr, әhvalatı söylәdilәr.
Әmi
çığır-bağır etdi: atdı, tutdu vә axırda dedi:
"Heyif
ki, mәn
hazırda naxoşam, siz gediniz rahat olunuz, görәrsiniz, mәn kәndxudanın başına nә oyunlar gәtirәcәyәm."
Mәhәllә adamı inanıb getdi, sabahı
gün Әmi
axşamçağı bir qoyun, bir motal kәndxudaya göndәrdi, sonra özü dә getdi.... Kәndxuda Әmini görüb dedi:
"Dünәnki әhvalat mәnim övqatımı tәlx edibdir. Bu gün
naçalnikә
dә, qubernatora
da raport yazmışam. Bir-iki adam gәrәkdir bu kәnddәn sürülә, özü dә sizin mәhәllәdәn." Әmi gülümsünüb dedi:
"Bәli, bәli, bizim mәhәllәni xarab edәnlәr var. Bir-iki başlarına at tәpmiş cavanlar gәrәkdir bu kәnddәn sürülә...."
N. mәhәllәsinin camaatı gözlәdi, gözlәdi, bir şey
çıxmadı.
Kәndxuda öz-özünә fikir edirdi: "Doğrudan
da bu mәhәllәnin camaatı heyvan qismi bir
zaddılar. Bunların başlarınә nә gәtirәrsәn yarar". Bununla belә İ. mәhәllәsinin camaatı sәhәrnәn
açıq-açığına kәndxudanın evinin qabağına dәstә-dәstә yığıldılar, sәs-küy etdilәr vә üç adamın kәnddәn sürülmәyini tәlәb etdilәr. Namәlsәm mәhәllәsindәn üç adamı әlli-ayaqlı göndәrdilәr.
Bu davadan
sonra iki mәhәllәnin arası daha da yaman pozuldu: hәr yerdә hәr zaman әllәrindәn gәlәn pisliyi bir-birinә edәrdilәr. Bir gün N. mәhәllәsinin arvad-uşaqları su
başında olarkәn İ. mәhәllәsinin cavanları bu arvadlara
sataşırlar. Hәtta bir-iki qız-gәlin tutub öpürlәr. Arvad-uşaq bir-birinә qarışıb kәndә qaçır, hәrә öz evindә bu әhvalatı söylәyir. Mәhәllә adamı bilmir nә etsin. Çarә yoxdur, yenә gәrәkdir. Әmiyә demәk, onunla mәslәhәtlәşmәk! Әminin yanına gәlib әhvalatı söylәyirlәr.
Әmi mәhәllә qeyrәtini göstәrmәkdәn ötrü papağını qoyur
yerә,
yumruğu ilә
stola vurub deyir:
"Siz
bircә rahat
olunuz, görәrsiniz
mәn bu kәndxudanın başına nә işlәr gәtirәcәyәm. O nә adamdır ki, mәn onunla danışım, bu
günlәrdә şәhәrә gedәcәyәm, düz qubernatorun yanına gedib
tamam әhvalatı
söylәyәcәyәm."
Bir-iki
gün bundan keçmiş kәndxuda Әminin yanına gәlir. Әmi tez xörәk tәdarük etdirir. Ancaq kәndxuda deyir:
"Cәnab Әmi, sizin yanınıza xörәk yemәyә gәlmәmişәm. Mәn gәlmişәm sizә bir neçә söz deyәm: Mәn eşidirәm sizin mәhәllәdә bir neçә tәdarüklәr görülür, guya sizin mәhәllә İ. mәhәllәsinin üstә düşüb istәyirlәr dava edәlәr. Mәn yaxşı bilirәm ki, mәhәllә adamı sizin sözünüzdәn çıxmaz.... Bu, naçalnikә dә mәlumdur....
İndi özünüz bilirsiniz, hәrgah belә bir әhvalat olsa siz cavab vermәlisiniz...."
Әmi
doğrudan doğru qorxdu vә dedi:
"Cәnab kәndxuda, mәn hamının tәrәfindәn söz verirәm ki, belә şey heç kimin başında
ola bilmәz vә camaatımız heç
vaxt belә naqabil
işlәr etmәz."
Kәndxuda durub gedәndә Әmi yüz manat da verdi ki, kәndin yetim uşaqlarına, dul
arvadlarına paylasın ... kәndxuda gedәndәn sonra Әmi tez mәhәllәdәn bir adam
çağırtdırıb dedi:
"İndi
kәndxuda
yanıma gәlmişdi.
Eşidibdir ki, bizim mәhәllә adamı istәyir dava etsin." Mәn kәndxudaya dedim: Әlbәttә, bu
biabırçılığı kim qәbul edәr ki, biz edәk. Mәn dedim hәlә qubernatora bu әhvalatı deyәcәyәm. Kәndxuda mәndәn tәvәqqe etdi ki, mәn bu adamın qabağını
saxladım; çünki müqәssirlәr öz cәzalarına çatarlar. Ancaq bir az sәbr lazımdır. İşlәr hamısı düzәlәr, barışıq düşәr.... Bunun cavabında mәn dedim: Yox, olmaz, bu işi belә qoymaq olmaz.
"Bu
sözlәri Әmi acıqlı deyib bir az
fikrә
getdi." Sonra başladı: hәr halda belә bir әhvalat varsa siz qabağını
saxlayın, çünki mәn qubernatorun yanına gedib hamı
işlәr
düzәldәrәm vә çalışacağam bu kәndxudanı buradan
götürsünlәr.
Әminin
yanına yığılan adamlardan biri dedi:
"Әmi, sәn bizim atamızsan, nә deyirsәn qulaq asırıq. Ancaq belә dә olmasın ki, bizim
arvad-uşağımıza sataşsınlar. Biz, doğrusu,
bunu qәbul edә bilmәrik."
Onun
cavabında Әmi
dedi:
"Siz
arxayın olun, mәn özüm bilirәm. Ancaq siz uşaq-muşağın qabağını
saxlayınız."
Doğrudan
da sabahı gün Әmi şәhәrә getdi. Alver edib kәndә qayıtdı. Qubernatoru nәinki görmәdi hәtta qorxusundan qubernator olan küçәdәn dә keçmәdi.... Mәhәllә adamı Әminin şәhәrdәn gәldiyini eşidib bir-birinә dәydilәr. Xalq Әminin evinә töküldü. Nә oldu?
Nә dedi? Suallarını Әmiyә bir-bir verdilәr.
Әmi bunlara cavab verәrәk dedi:
"A kişilәr, siz bilmirsinizmi mәn
ölәnәdәk varımı, yoxumu sizin yolunuzda
qoymağa hazıram. Pul görәn işi heç bir
şey görmәz. Nә olacaq, lazımınca pul xәrc
etdim. Hamı işlәri düzәltdim. İndi
kәndxudanın atasına od vuracağam. Siz gediniz,
arxayın yerinizdә oturunuz, işin aqibәtini
gözlәyiniz." Biçarә mәhәllә
adamı da gözlәyә-gözlәyә qaldı.
Axırda N. mәhәllәsindәn bir neçә adam
qazamata düşdü....
İ. mәhәllәsinin adamı bu
ittifaqlardan sonra belә bir ayaq aldı ki, daha o
mәhәllәnin qorxusundan, axşamçağı
Namәlsәm mәhәllәsinin adamı evdәn
çıxa bilmәzdi.
Getdikcә, bu mәhәllәnin halı
fәnalaşdı. Kәndxuda isә N.
mәhәllәsinin hünәrini görüb heç
qorxmazdı vә bacardığı yerәdәk İ.
camaatına kömәk edәrdi, sözlәrinә qulaq
asardı, şikayәtlәrinә artıq
dәrәcәdә diqqәt edib lazımınca
sәrәncam çәkәrdi. Nә üçün
dә etmәyәydi? Kәndxuda dünyagörmüş,
ağıllı bir adam idi....
Bilirdi ki, İ. camaatının şәhәrdә
yaxşı işbilәn, oxumuş adamları vardır. Bunu
da anlamışdı ki, bir iş olanda
şәhәrә xәbәr gedir, adam
göndәrirlәr vә nә ki, lazımdır
işlәrini düzәldirlәr.
Bilirdi ki, bunlara yavıqlıq etsә, qulluq
işlәri dә yaxşı gedәcәkdir.
Hәqiqәt kәndxuda olmayan işlәri N.
mәhәllәsinin başına gәtirdi, bununla
belә şәhәrdә naçalnik, qubernatorun
yanında hörmәti günbәgün artırdı.
Bәli, vaxt oldu ki, şәhәrdә
pristavlıq yeri açıldı. Daşdәmir koxanı
oraya tәyin etdilәr. Bu xәbәr kәndә
çatdı. İ. camaatı nәhayәt
dәrәcәdә qәmgin oldu. N. camaatı isә
әhvalatı eşidib şadlıq etdilәr:
atıldılar, düşdülәr. Kәndxudanın
getmәyindәn bir gün müqәddәm Әmi
öz mәhәllәsinin adamlarını
yığıb gülә-gülә onları tәbrik
edib dedi: Ay camaat, sizә mәlumdur ki, bu zalım balası
başımıza nә oyunlar gәtirdi. İndi biz
gәrәk öz koxamıza göstәrәk tainki bilsin
ki, biz ondan narazıyıq, ona görә dә mәn
mәslәhәt edirәm: o yola düşәndә
heç kim onu ötürmәyә çıxmasın.
Onunla salamlaşmasın. Fәqәt bir mәnim
getmәyim mәslәhәtdir. Tainki gedәndә bir
neçә söz demәk lazımdır: bilsin,
düşünsün ki, biz dә varıq....
Camaat buna razı oldu.
Sәhәr İ. camaatı hamılıqla
kәndin kәnarına çıxıb kәndxudanı
ötürmәyә hazırlaşdılar. N.
mәhәllәsindәn isә Әmidәn başqa
bir adam yox idi. İ. mәhәllәsindәn
vәkillәr bir-bir qabağa yeriyib kәndxudanı
alqışladılar, nitqlәr söylәdilәr,
hәtta bir neçәsi ağladı.
Bu halda Әmi dә qabağa yeriyib dedi:
"Sevgili, mehriban kәndxuda, sizi N.
mәhәllәsinin tәrәfindәn sәmimi
qәlbdәn tәbrik edirәm. Biz çox
heyfsilәnirik ki, sizi bizdәn ayırdılar. Allah sizi
bizә çox görmәsin. Sizi özümüzә
ata bilirdik.... "
Hәtta yalandan dodağını da
büzdü ki, guya ağlamaq istәyir....
Hәqiqәt, halda isә N. camaatının
bu yığıncaqda olmamağını kәndxuda
heç bilmәdi vә hiss etmәdi. Çünki o
heç vaxt camaatı görmәmişdi. Camaatın
әvәzinә hәmişә Әmi söylәrdi
o da ki, burada.
Bәli, kәndxuda getdi. Kәnddәn
ayrıldı. Ayrıldı, amma ürәyindә
açılmaz düyün qaldı. Kәndxuda
gedә-gedә öz alәmindә fikir edirdi: "N.
mәhәllәsinin camaatı qәribә bir
camaatdır. Bunlar ya çox yaxşı adamlardır, ya da ki,
çox axmaq. Mәn әlimdәn gәlәn
yaxşılıqları onların düşmәnlәrinә
etdim, onları hәr vaxt düşmәnlәrinin
ayaqlarına verdim, bununla belә yenә dә Әmi kimi
nüfuzlu bir şәxsi mәni tәbrik etmәk
üçün göndәrdilәr.
Kәndxuda doğrudan da bilmәdi bu camaaat nәyә qulluq edir, hansı allaha sәcdә edir, hansı ağlın, hansı qeyrәtin sahibidir.