PİR
İyun ayının ortası idi.
Günlәr çox isti keçirdi.... Mәşәdi Allahverәn
sabah namazına durub arvadını tәlәsik durquzdu:
"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur,
uşağı da durquz, vaxt keçir hava sәrin ikәn
yola düşәk."
Gülbadam sәrsәm yuxudan oyanıb oturdu,
gözlәrini ova-ova o yan-bu yanına baxdı, istәdi
әrinә deyә: "Nә üçün
çığır-bağır edirsәn, yatmağa
qoymursan?...." Sonra fikrinә gәldi ki, gәrәk
pirә gedәlәr.... Heç bir şey
söylәmәyib bir az gәrnәşdi, sonra
әllәri ilә gözlәrinә düşәn
saçlarını düzәltdi, boynuna
düşmüş ağ çit, qara çiçәkli
yaylığı başına salıb boğazının
altından sıxdı. Ağ donunu geyindi, әsnәdi, istәr-istәmәz
ayağa durdu. Üzsüz boz balışı, üzü
qırmızı çiçәkli çitdәn mitәkkәni döşәyin
ortasına qoydu, sonra yorğan әvәzinә
üstünә saldığı ağ döşәk
üzünü qatlayıb istәyirdi yerini
yığsın, bu vaxt
Mәşәdi Allahverәn namazını qurtarıb arvadına
dedi:
"Yerlәri yığmaq istәmәz,
gәlәrsәn sonra yığarsan, vaxt
keçir,sәn uşağı durquz."
Gülbadam döşәyi buraxıb iki
dizlәri üstә çökdü, bir az
uşağın üzünә baxıb ağ kisәyi
köynәyinin enli qolları ilә uşağın
alnındakı tәri sildi vә sonra: "Cәbi! Anan
sәnә qurban, Cәbi! Oyan, dur gedәk. Dәdәn
sәni toşiyә mindirәcәkdir" deyә
durquzurdu.
"Bir az yavaş, qorxar!"--deyib,
Mәşәdi Allahverәn axırıncı duasından
әl çәkdi.
Axırıncı sözlәri dә bu idi:
"Pәrvәrdigara! Mәnim bu balama nicat ver!". Ondan
qabaqkı sözlәr dә buna
oxşar sözlәr idi. Daha doğrusu,
sözlәr
deyildi, fikirlәr
idi. Hәmişә namazdan sonra әllәrini yuxarı qaldırıb fikrindәn keçirәrdi: "Pәrvәrdigara! Özün şahidsәn, buyurduğun әmrlәri yerinә yetirirәm: orucumu tuturam, namazımı
vaxtında qılıram....Özün şahidsәn, rәbbim! Yetir, pәrvәrdigara! Bu "yetir"
sözünü hәr vaxt deyәndә tamam mәişәtini, alını-verini, zәrәrini-xeyrini fikrindәn keçirәrdi. Elә dә deyilidi ki, "ehdinәssiratәl müstәqim"in mәnasını bilib dә daha "allah, mәnә doğru yol göstәr" kimi sözlәri bir dә tәkrar etmәyә ehtiyac qalmaya idi. Xeyr, Mәşәdi Allahverәn düz әlli yaşında idi vә on beş yaşından
namaz qılardı, bu sözlәrin mәnasını bilmәzdi vә heç fikrinә gәlmәzdi ki, namazda deyirlәr: Allah! Mәnim ürәyimi tәmizlә, mәnә doğru yol göstәr, o yolu ki, sәnin tәrәfinә gedir, o yoldan uzaq et ki, sәndәn uzaq düşür. Mәnim qәlbimi yumşalt, hәlim vә mehriban et.... Belә fikirlәri Mәşәdi Allahverәn nәinki namaz vaxtında, hәtta mәrsiyәxan oxuyanda da başından
keçirtmәzdi.
Bir gün hәtta
mәrsiyәxan ağzı
qızışmış bir vaxtda dedi:
"Ey
camaat, dürüst qulaq veriniz. Dizi üstә әylәşiniz, bir fәrd oxuyacağam, demirәm başınıza vurun,
yox. Ancaq bu oxuduğum sözlәrә göz yaşı tökәrsinizsә vә haman dәm ürәyinizdәn nә istәsәniz qәbulә keçәr.
Mәşәdi Allahverәn doğrudan
çox-çox ağladı vә ürәyindәn bunu keçirtdi: "Allah, mәnә bir övlad ver!"
Zatәn Mәşәdi Allahverәnin ancaq bu fikirdә olmağının vә bu kimi şeylәr öz allahından istәmәyinin sәbәbi var idi. Onun heç bir şeyә ehtiyacı yox idi:
dükanı yaxşı işlәyirdi, yaxşı qazanırdı. Hәlә bir az bankda, bir az da әllәrdә faizlә pulları dolanırdı. Fәqәt bir şeydәn bәdbәxt idi: övladı olmurdu.
Mәşәdi Allahverәn ibtida bir arvad aldı,
gözәl,
göyçәk.
30 il onunla gün keçirib övladı olmadı. Sonra istәdi birini dә alsın, arvad razı
olmurdu. Ürәkdәn boşamaq da istәyirdi. Fәqәt qorxurdu. Çünki arvadın
qohumları bir az qolçomaq hesab olunurdular. Axırda әlacı üzülüb
arvad ilә
gündә
dava-qalmaqal edirdi, deyirlәr, guya döyәrdi, söyәrdi, hәtta
ac da qoyardı.... Bu sәbәbdәnmi vә ya qeyri bir sәbәbdәn arvadı öldü. İkinci dәfә yenә bir pakizә qız aldı. Üç ilin әrzindә iki dәfә uşağa qaldı: birindә üç aylıq, ikinci dәfә altı aylıq uşaqları
düşürdü. Bu biçarә arvad vaxtsız doğmaqdanmı vә ya qeyri bir sәbәblәrdәn ağrılara, mәrәzlәrә mübtәla oldu. Günbәgün әriyib gah qarnından dad
vurardı, gah başından, gah bütün bәdәnini ağrı tutardı. Mәşәdi Allahverәnin buna yazığı gәlib boşamaq istәmәzdi. Çünki arvadın heç
bir kәsi yox idi.
Fәqәt atasından qalan bir-iki evin
sahibi idi. Mәşәdi Allahverәn bilirdi ki, boşasa yazıq
arvad evlәri tәk dolandıra bilmәyәcәkdir. Buna binaәn boşamaq da istәmirdi. Fәqәt arvad hәmişә naxoş, zәif olduğuna görә ev işlәri yaxşı getmirdi....
Mәşәdi dә "mәhrәm" bir "qulluqçu" gәzirdi. Bu fikrini aşkar edib
arvadından izin istәdi. Arvadı da çarәsiz qalıb razı oldu. Tәlәsik yavuq kәnddәn dul, çopur Gülbadamı
aldı. Doğrusunu da demәk Mәşәdinin daha o vaxtı deyildi ki, gözәl qız arasın. Әlli yaşında,
başı balaca, üzü enli, burnuyekә, balacaboy, gözlәri bir az çәp, hәna altından bozaran saqqallı bir
kişiyә nә gözәllik aramaq? Xeyr, Mәşәdi Allahverәn öz "qәdr-qiymәtini" bilәn adam deyildisә dә, daha çox da gözәl arvad almaq fikirlәrini etmәzdi. Ona ancaq övlad lazım
idi. Ona bina Gülbadamı aldı. Fәqәt nә üçün şәhәrdәn
almayıb kәnddәn
aldı? Gülbadam kimi şәhәrdә çox dullar var idi. Bu da bir gizlin mәsәlә idi. Ancaq Mәşәdi özü bilirdi.... Hәr halda pirin adı çәkilәndә Gülbadamın da adı çәkilirdi.... Mәşәdi dә fikir edәrdi: "Bәlkә Gülbadam pirsevәn xoşbәxtlәrdәndir...." İştә Gülbadamı aldı ki, bәlkә övladı ola.
Doğrudan
da bir il keçmәmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Mәşәdi Allahverәnin naxoş arvadı bir
sümük bir dәridә ikәn canını
tapşırdı. Bunun ölmәyi Mәşәdi Allahverәni ağlatmadısa da, ürәyini yandırdı.
Çünki әli
arvadın mülkündәn çıxırdı; vәrәsәlәr var idi....
Gülbadam
arvadın ölmәyinә qeyri
günülәr
kimi nәinki
sevinmәdi, hәtta bir az da qәmgin oldu. Çünki
naxoş, zәif
arvada yazığı gәlirdi. Gülbadam ürәyi yumşaq, rәhmli adam idi. Sağlığında
zәif, naxoş
arvada nәinki
"günülük" etmәzdi, hәtta bir az da hörmәt edәrdi. Vaxtında xörәyini verәrdi, yedizdirәrdi vә hamama aparıb çimizdirәrdi. Deyirlәr, guya "günü
gününün ölmәyini istәr",
fәqәt bu arşınla hamı
günülәri
ölçsәk
işimiz fәna
olar. Doğrudan da, insanda bir-birinin ölmәyini istәmәk vәhşilikdir, deyilmi? Belә isә iki arvad, üç arvad vә daha çox arvad almaq
neçә
milyon arvadları vәhşi edәrdi.... Nә isә, özgә günülәri bilmirәm, fәqәt Gülbadam qeyrilәrinә oxşamazdı. Bu naxoş arvada
Gülbadamın yazığı gәlәrdi, yazığı gәlәn adamın ölmәyini. dә istәmәzlәr....
Mәşәdi Allahverәn dә vaxtında bu naxoş mәzlumә arvadı sevәrdi, fәqәt uşaq mәsәlәsindә ümidini ondan üzәndәn sonra Gülbadama mәhәbbәtini salmışdı.... İndi odur, hәlә dünyanın
işığını görmәyәn balasının sәbәbinә Gülbadamın başına pәrvanә kimi fırlanırdı, әlini isti sudan soyuq suya
vurmağa qoymur, sәhәr-axşam
samovarı özü qaldırardı. Hәtta doğmağına bir
neçә
gün qalmış pillәkәnlәrdәn çıxıb-düşmәyә dә qoymazdı. Çünki әvvәlinci arvadın uşaq
düşürmәyini mamalar ağır şey götürmәkdәn bilirdilәr vә deyirdilәr: "Uşaqlıq yerindәn
oynayıbdır".... Mәşәdi bunların hamısına
inanardı. Fәqәt hamıdan çox qorxunu sәbәb bilәrdi vә öz alәmindә ikinci arvadının uşaq
salmasını da qorxudan bilәrdi. Çünki arvad bir gün
mülkündәn
gәlәn mәdaxilin hesabını bilmәk istәrkәn bәrk döyülmüşdü vә hәtta ortalıqda xәncәr dә işlәmişdi. O idi ki, Mәşәdi Allahverәn çox mәrәzin sәbәbini qorxudan bilәrdi, hәtta axır vaxtlar axşamlar
evә gәlәndә
darvazadan uca sәslә
oxuya-oxuya gәlәrdi ki, arvad qeyri bir adam bilib
diksinmәsin.
Vaxt
yetişdi, dükana xәbәr
apardılar ki, arvad ağrı çәkir. Mәşәdi Allahverәn tez dükanı bağlayıb evә gәldi. Mamaları
çağırtdı, mamalar işә mәşğul oldular. Bir gün, bir gecә Gülbadam ağrı
çәkdi. Bir
gün, bir gecә
Mәşәdi Allahverәn yemәyini, içmәyini bilmәdi. Gah bu qapıdan mamanı
çağırardı, gah o qapıdan arvadının әhvalını xәbәr alardı.
"Hә, necә oldu? Necә olacaq? Bәs necә olsun?"--deyib o yan-bu yana
yüyürәrdi.
Neçә-neçә qurbanlar vәd etdi, nәzirlәr çıxdı, olmadı.... Axırda şәhәrin yavuqluğundakı mәşhur qoz
ağacını, "pir"i fikrindәn keçirtdi vә nәzir etdi ki, uşaq tez olsun, iyirmi manat pirә göndәrsin. Bunu fikrindәn keçirtmişdi, o biri
otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!"
sәdası gәldi.
Mәşәdi bu yaşa gәlmişdi, hәlә belә bir şadlıq bunun
üçün üz vermәmişdi. Uşaq kimi
atılıb-düşürdü. İyirmi manata qәdәr muştuluq pulu buraxdı. Tez bazara
çıxdı ki, bir az tәdarük üçün şeylәr alsın. Çuxasının
bir qolunu geyib birini dә çiyninә atdı. Papağını әyriqoydu, belә ki, çirkli
araqçınının yarısı
görünürdü. Tanış-biliş görәndә uzaqdan
gülәrdi,
ucadan salam verәrdi,
hәtta
tanımayan adamlara da salam verәrdi.
Bunun
şadlığının sәbәbini bilmirdilәr. Әlbәttә, bilsә idilәr: "Mәşәdi, gözün aydın"sa da deyәrdilәr. Özü utanıb
şadlığının sәbәbini deyә bilmirdi. Bununla belә, Mәşәdi Allahverәn çox istәyirdi ki, "Mәşәdi, gözlәrin aydın!" sözlәrini eşidә, tәrs kimi bir soruşan da yox idi ki,
bilinsin. Nә
üçün hәmişә
qaşqabaqlı Mәşәdi
bu gün adamların üzünә baxıb irişir, uzaqdan uca sәslә salam verir, nә üçün papağını
yan qoyubdur? Xeyr, heç kәs! Hәtta Mәşәdi Allahverәn bir neçә adamın kefini dә xәbәr aldı: "Hә! Xala oğlu, kefin necәdir?" Fәqәt bu adamlardan da heç biri Mәşәdinin kefini xәbәr almadı ki, bәlkә söz açıla.... Deyәsәn o gün hamının tәlәsik işi var idi. Biri o yana gedirdi, biri
bu yana, salam da verәndә quru
salam verib keçirdilәr. Axırda Mәşәdi
Allahverәn
uzaqdan әn yavuq
dostu Kәrbәlayı Xudaverdini
görüb gülümsündü, sonra yavuqlaşanda
gülә-gülә dedi:
"Rәfiq! Yaxşı yarpaq
dolması yemәk
istәyirsәnsә, bu axşam gәl bizә."
Bu
sözlәri
deyib Kәrbәlayı Xudaverdinin gözlәrinә baxdı ki, bәlkә bu isә şadlığının sәbәbini soruşa. Yox, soruşmadı,
bununla belә Mәşәdi Allahverәnin dolması Kәrbәlayı Xudaverdinin bir az fikirlәşmәyinә sәbәb oldu. Çünki Mәşәdi Allahverәn hәr saatda dolma yedizdirәn adamlardan deyildi; ona görә Kәrbәlayı Xudaverdi tәәccüblә rәfiqinin üzünә baxdı:
"Hә, mat-mat nә üçün
baxırsan? Soruş, soruş dә!" Kәrbәlayı Xudaverdi yoldaşının әlindәn tutub dedi:
"Doğrudan,
bu nә
qonaqlıqdır, rәfiq?"
"Qonaqlıq-zad
yoxdur, fәqәt bir sәni çağırıram. Әsil qonaqlıq
sonradır...."
"Yәni, necә sonra?"
"A
kişi, rәhmәtliyin oğlu, nә üçün
düşünmürsәn? Sonra da! Beş-altı gündәn sonra!"
Mәşәdi Allahverәn bu sözlәri gülә-gülә deyirdisә dә, fәqәt içindәn qovrulur idi: "Nә üçün bu adamlar
bunun şadlığının sәbәbini soruşmurlar? Nә üçün belә bir böyük işdәn bunların xәbәrlәri olmasın? Nә üçün bu öz
dili ilә gәrәkdir desin: "Oğlum dünyaya gәlibdir!...."
Kәrbәlayı Xudaverdi çox da nazik mәtlәb düşünәnlәrdәn deyildi. Hәtta "beş-altı gündәn sonra" sözlәri dә buna kifayәt deyildi, gәrәk
açıq-açığına deyilә idi: "Beş-altı
gündәn sonra
ad qoyulacaqdır". Mәşәdi
Allahverәn daha sәbir etmәyib bu sözlәri özü dedi.
"Ay
sağ ol! Sağ ol! Gözün aydın, Mәşәdi! Gözümüz
aydın! Çox әcәb!"
Kәrbәlayı Xudaverdinin bu sözlәri Mәşәdi Allahverәnin bütün damarlarına işlәdi. Yәni bu sözlәri Mәşәdi
Allahverәn
bütün varlığı ilә hiss
etdi, sonra guya utanıb yerә baxa-baxa dedi:
"Bәli, allah-taala bizә bir oğul
bağışladı."
Bu
sözlәri
deyib Kәrbәlayı Xudaverdinin
üzünә
baxdı, elә
bir baxdı ki, guya Kәrbәlayı
Xudaverdidәn yenә dә bir söz
gözlәyirdi.
Mәşәdi Allahverәnә xәyal, Kәrbәlayı Xudaverdi bunun sözlәrindәn sonra gәrәk deyә idi: "İnşaallah, sünnәtindә, toyunda yeyәk, yainki toyunda oynayaq....".
Nә isә, Kәrbәlayı Xudaverdi düşünmәdi vә demәdi. Demәyib dә әli
plovdan çıxdı; çünki Kәrbәlayı Xudaverdi gözaydınlığı verәnvaxt Mәşәdinin fikrindәn plov da keçdi, fәqәt sonra sözlәrinin dalı gәlmәdi.... Mәşәdi dә ancaq
bir dolmalıq alıb
apardı.
Mәşәdi Allahverәn hәlә çuxasını
çıxarmamış böyük mamanı sәslәdi:
"Hә, әhvalı necәdir?"
"Yaxşıdır,
yaxşıdır!"
"Göbәyi-zadı öz yerindәdirmi?"
"Bәli, bәli!"
Mama
"yaxşıdır-yaxşıdır" sözlәrini ürәkdәn demirdi. Fәqәt qabaqda üzgörümçәyi olmağa körә çarәsi yox idi. Nә isә, mama üzgörümçәyi
alıb Mәşәdi Allahverәni uşağın yanına
buraxdı.
"Hә, necәsәn?"
İstәr-istәmәz arvadının әhvalını xәbәr alıb uşağa baxdı vә әlinә götürdü. Bu dәqiqә Mәşәdi Allahverәnin hәyatında әn qiymәtli, әn hissli bir dәqiqәlәrdәn idi. Neçә illәrlә arzusunda olan balanı Mәşәdi indi әlindә tutur. Bu hindә Mәşәdi Allahverәnin fikrindәn nәlәr keçmәdi: balaca, dәmir, qәşәng kravat. Bir az sonra balaca әrәbә, daha bir az sonra quzu, eşşәk, at, fayton, daha nә bilim nә, nә ... hamısı
bir-bir fikrindәn
keçirdi.
Haman bu
hindә dә mamanın fikrindәn qeyri şeylәr keçirdi. Böyük
mama tәcrübәli bir mama idi: doğrudur,
elmsiz idi, oxumamışdı, fәqәt tәcrübәsi çox idi. 20 il idi mamalıq
edirdi. Bu iyirmi ilin әrzindә
çox balaları gözdәn
keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az
oxşamayırdı: üzü şiş, başı qәdәrindәn yekә bir uşaq idi vә bir az da qeyri bir iy verirdi....
Günlәr keçdi, aylar keçdi,
balaca Cәbi
yavaş-yavaş boy atırdı, fәqәt hәmişә zәif, üzü kiçik, başı
isә günbәgün zorbalaşırdı. Nә ki, danışmaq, yerimәk vaxtı deyildi, Mәşәdi Allahverәn vә arvadı uşağın
başına vә
zәif
olmağına çox da diqqәt etmәzdilәr. Hәtta qeyrilәr Mәşәdi Allahverәnә uşağın başına dair
bir söz söylәyәndә, Mәşәdi gülә-gülә deyәrdi: "Görünür
ağıllı olacaqdır". Hәtta belә bir şey eşitmişdi vә yainki istәyirdi eşitsin ki,
başı böyük adamın
ağlı da çox olar....
Nә isә, vaxt yetişdi: gәrәk uşaq imәklәsin, yerisin, gülsün,
danışsın, şad olsun....
Fәqәt Cәbidә bu әhvalatlar
görünmürdü. Cәbini haraya qoyurdun orada dinmәz-söylәmәz uzanırdı. Verәndә yeyirdi, vermәyәndә heç. Su istәyәndә dodaqlarını bir-birinә sürtürdü. Çox
vaxt matdım-matdım bir nöqtәyә balaca gözlәri ilә baxırdı. Fәqәt bu gözlәrdә tәbii şәfәq, qığılcım yox idi.
Alnı qabağa çıxıb gözlәri çuxura
düşmüşdü. Ümumi zәiflikdәn başqa ayaqları da әyri bitirdi. Ayaqlarını әlә alıb buraxanda sanki bir rezin (trubka)
kimi yerә
düşürdü....
Nә isә, bir çox dualardan, nәzirlәrdәn sonra bir gün Gülbadam әrinә dedi:
"Şәhәrә, deyirlәr, bir yaxşı hәkim gәlibdir. Gәlәsәn aparaq uşağı bir
baxsın."
Mәşәdi әvvәl dinmәdi. Sonra razı oldu. Sabahı
Gülbadam qonşusu Pәrini dә
götürüb hәkimә
getdi.
Hәkim diqqәtlә uşağa baxıb
başını buladı vә xeyli fikrә getdi. Arvadlara naxoşa dair bir söz
dә demәyib dәrman yazdı. Fәqәt dedi ki, çox yaxşı
olardı ki, uşağın atasını görmәk.... Arvadlar evә qayıdıb әhvalatı Allahverәnә nağıl etdilәr. Mәşәdi dedi:
"Mәn әvvәl heç razı deyildim ki, siz
uşağı hәkimә
aparasınız, çünki bu hәkimlәri mәn jaxşı bilirәm, yaxşı tanıyıram. Bir az çәtinә düşәndә, ya mәrәzi tapmayanda, naxoşun atasını
istәrlәr, anasını
çağırarlar, babasını
qәbirdәn
çıxartmaqdan da bunlar çәkinmәzlәr.... Gör
nә axmaq-axmaq
sözlәrdir.
Naxoşdur, gәlibdir
bax, müalicәni
et, yoxsa sәnin atası ilә nә işin? Xeyr, bunlar boş sözlәrdir....
Yenә dualar, yenә cadubazlıq meydana gәldi. Fәqәt Gülbadam çox da duaya-zada inanan
deyildi. Bir azdan sonra Gülbadam
uşağı daha bir tәzә gәlmiş hәkimә apardı. O da diqqәtlә baxıb dedi ki, atasına baxmaq
lazımdır. Bu dәfә
Gülbadam әrindәn izinsiz getmişdi. Gülbadam әhvalatı açıb dedi:
"Doğrudan,
gәlәsәn bir özün hәkimә gedәsәn, görәk nә demәk istәyir. Mәn sәndәn izinsiz tәzә hәkimә getmişdim. Uşağa diqqәtlә baxıb
o da dedi, atasını görsәk yaxşı olardı.
Mәşәdi Allahverәn istәdi çığır-bağır
etsin. Ancaq uşaq yatırdı, bir söz dә söylәmәdi. Sonra öz-özünә fikir edirdi: "Yaxşı, hәkim mәni yemәyәcәkdir ki, bәlkә doğrudan da fikir edir ki, arvad
xeylağı onun dediklәrinә
layiqnncә әmәl edә bilmәyәcәklәr. Onun üçün kişi
xeylağı çağırır". Bu fikirdә ikәn Mәşәdi Allahverәn sәhәri hәkimә getdi.
Hәkim uşağı
görüb bir neçә xәyallara
düşmüşdü. Mәrәzin sәbәbini bilmәk istәyirdi. Çünki haman mәrәzin bir neçә sәbәbi ola bilәrdi. Dürüst sәbәbini bilib müalicәsinә girişmәk istәyirdi. Mәşәdi Allahverәn hәkimә özünü tanıdıb
soruşdu:
"Hәkimbaşı, mәnim uşağımın mәrәzi nәdir?"
Hәkim dedi:
"Uşağın
beynini su alıbdır. Ayaq sümüklәri dә әyri bitibdir. Mәnimcә, sәbәbini atasında vә anasında aramaq
lazımdır vә tez dә müalicәsinә şüru etmәk gәrәkdir. Yoxsa uşaq ya tez tәlәf olar vә yainki ağılsız, çolaq
bir vücud qalacaqdır. Bunu da
demәk lazımdır: mәrәz ağır bir mәrәzdir....
Bir
çox söhbәtdәn sonra
mәlum olur ki, Mәşәdi Allahverәn bir vaxt kif azarına
mübtәla
olubmuş. Bir az sonra yenә dә mәlum olur ki, Gülbadamın әvvәlki әri dә bu mәrәzә düçar olubmuş ki, bu mәrәzdәn tez tәlәf olur. Deyirlәrmiş guya azar beyninә vurubmuş. Sonra yazıq
Gülbadamın ağzında bir yara var imiş vә hәkim әri içdiyi davanı buna da verәrmiş....
Hәkim bu mәlumatı yığıb, mәrәzin sәbәbini özü üçün
aşkar etdi vә
müalicәsini
tәdriclә başlamaq istәdi. Bununla belә Mәşәdi Allahverәnә vә Gülbadama dedi:
"Hәrgah istәyirsinizsә belә bәdbәxt balalarınız bir dә dünyaya gәlmәsinlәr, özünüzә müalicә ediniz...."
Hәkimin bu sözlәri Mәşәdi Allahverәnin heç beyninә batmadı, qulağına
heç girmәdi.
Bu fikir edәrdi:
"Hәkim
boş sözdür söylәyir. Bu doğrudur, 30 yaşında bәrk kif azarına mübtәla olmuşdum. İndi bu
iyirmi ilin әrzindә bәdәndә azarmı qalar?" Fәqәt onu düşünmәyirdi ki, ikinci arvadının
uşaq düşürmәyinә dә bunun mәrәzi sәbәb olmuşdu. İndisә iki tәrәfdәn--hәm Gülbadam vә hәm özü Cәbi kimi bәdbәxt bir uşağın dünyaya gәlmәsinә sәbәb olduğunu nәinki
düşünmürdü, hәtta hәkimin sözlәrini cәfәng bir şey hesab edirdi. Daha hәkim sözü yanında
danışmaq olmurdu. Yenә dualar yazıldı, nәzirlәr çıxıldı.... Axırda
fikir etdi ki, "uşaq anadan olan vaxt
Gülbadam çox zәhmәt çәkdi, axırda "qoz ağacı--pirә" nәzir dedikdә uşaqdan xilas oldu.... Nә üçün daha
oturmuşam!...." O idi ki, Mәşәdi Allahverәn
cümәlәr uşağı pirә aparırdı. Bu cümә dә axşamdan pirә getmәk üçün hәr bir şey
hazırlamışdılar. Ona bina Mәşәdi Allahverәn namazını qurtarıb
Gülbadama deyirdi ki, uşağı durquzsun.
II
Bu cümә pirә gedәn tәk bir bunlar deyildilәr. Çox adam gedirdi. Hәr mәhәllәdәn iki-üç nәfәr adam uşaqları ilә bir yerdә arabaya, faytona, ata,
eşşәyә minib gedәcәkdilәr vә hәr biriiin getmәyinә dә bir sәbәb var idi. Biri Mәşәdi
Allahverәn
kimi oğlunu aparırdı, digәri anadanolma, yainki sonratapma
çaxotkalı qızını yanına
salmışdı. Üçüncüsü vaxtında müalicә etmәyib traxoma göz ağrısından әbәdi kor olmuş atasını yedәklәyirdi, dördüncüsü әrә getmiş doğmayan
qızını yanına salmışdı. Daha bir çoxu
da Sibirə gedәn
oğlanları üçün nәzir aparırdılar.... Nә isә, hәr cümә günü kar, kor, şil,
çolaq, çaxotkalı, yaralı, qızdırmalı,
qarnı ağrıyan, övladı olmayan, oğlan
doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda,
kimi piyada pirә
gedәn yolu
tapdalayırdılar. Bunların içindәhәtta elә bir arvadlar var idilәr ki, әrlәri pirә qoymayanda cümәdәn qabaq yuxu da görәrdilәr. Sәhәr durub әrinә deyәrdi: "Rәhmәtlik ananı pirin qapısında
durmuş gördüm, mәni görәndә dedi: "Ay balam, sәnin yolunu gözlәyirәm. Nә üçün iki cümәdir gәlmirdin...." Bu sözlәrdәn sonra әri dә yumşalıb nәinki rüsxәt verәrdi, hәtta nәzir dә göndәrәrdi. Elә vaxt olardı ki, kişilәr özlәri dә cümә günlәri işsiz qalıb pirә gedәrdilәr. Fәqәt çox adam Mәşәdi Allahverәn kimi "mühüm mәsәlәni" hәll etmәk üçün gedәrdi, elә dә deyildi ki, işsiz gedәn kişilәr pirә inanmasınlar. Xeyr. Bu şәhәrdә dürlü-dürlü adamlar
vardı, kimi Mәşәdi Allahverәn kimi sәmim-qәlbdәn inanmışdı, kimi ondan bir az. Kimi
nәziri qәbula keçmәyib, inanmasa idi dә, ürәyindәkini heç kәsә demәzdi, şübhәli idi. Doğrudan da, inanmamaq
da olmazdı. Çünki bir dә eşidirsәn deyirlәr: filankәsin neçә il imiş övladı olmur
imiş, pirә nәzir deyibmiş.... İndi övladı olubdur. Filankәsә on beş gün hәkim baxıbdır, bir şey
çıxmayıbdır. Elә ki, pirә nәzir çıxıblar, dәrhal şәfa tәri gәlib, yaxşı olubdur.... Filankәs filan şeyini itirmişdi, pirә nәzir dedi, tapıldı.... Nә bilim, daha nә ...
nә.... Fәqәt il uzunu pirә sürünәn çolaqlar, korlar, karlar,
çaxotkalılardan sәs çıxmayırdı....
Nә isә, inanan inanmışdı, inanmayan
istәyirdi
inansın vә
bir neçәsi
dә
öz-özlәrinә deyirdilәr: hәr adamın nәziri qәbula keçmәz ki? Әmәli saleh
adamın nәziri
qәbul olunar,
saleh olmayanınkı olmaz. Әmәli saleh dә bu ölkәdә Mәşәdi Allahverәn kimisinә deyәrdilәr.
Zatәn bu mahalın kişilәri, arvadları bir-birinә oxşardılar: surәtdә yox, ruh cәhәtincә bunlar bir-birindәn uzaq getmәmişdilәr. Bunlar oruclarını
çox bәrk-bәrk tutardılar, belә bәrk tutardılar ki, toz olan yerdәn keçmirdilәr, dodaqlarını büzәrdilәr, burunlarını yaylıqla
tıxayardılar. Ancaq ağızları açılanda belә açılardı ki, gәrәk qulaqlarını tutub qaça idin.
O deyildi ki, hamı bir qayda ağızlarını aça
idi. Xeyr, biri çox bәrk açardı, o biri bir az
ondan boş.... Elәsi dә var idi, heç
ağız-zad açmazdı, dinmәz-söylәmәz qardaşının yetimlәrinә çatan pulları hәr gecә iftara
toyuqplov bişirib yeyәrdi, zavallı yetimlәr isә ac
qarınlarını yerә sürtәrdilәr. Sonra namaz üstә öz allahına deyәrdi: "Pәrvәrdigara! Özün şahidsәn, buyurduğun orucu tuturam,
namazımı qılıram...." Bunlar namazdan da bir-birindәn uzaq getmәmişdilәr: intәhası biri namaz üstә çox dua edәrdi, biri az: çünki
birinin azehtiyacı var idi, birinin çox. Fәqәt hamı bir söz deyәrdi: "Yetir, pәrvәrdigara filan şeyi, özün
şahidsәn,
buyurduğuna әmәl edirәm". Bunların
qanacaqları ilә allahın buyurduğu da nә idi: oruc, namaz, zәkat, fitrә....
Fәqәt bilmirәm, allaha rüşvәt verib allahdan rüşvәt istәmәyi bunlara pir öyrәtmişdi, yoxsa pirә rüşvәt vermәk aldıqları tәrbiyәnin nәticәsi idi....
Odur, hamı rüşvәtlә yola düşüb gedirlәr: biri qoyun aparır, biri
quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük,
biri gümüş güzgü,
biri çit aparır, biri ipәk parça, biri şam aparır, biri
şamdan, kimi pul, kimi portman....
Fәqәt bu nәzirlәrin, bu rüşvәtlәrin içindә mәlum vә namәlum nәzirlәr dә var. O deyil ki, hamısı aşkar
getsin. Odur, ayaqları
bağlı qoyun bir yanı üstә düşmüş arabanın
dalına sarınıbdır. Başı da arabanın
yanından sallanıb titrәyә-titrәyә araba getdiyi yolun
çuxurlarını göstәrir. Ayaqları bağlı toyuq-xoruz
da az deyil. Bunlar hamısı aşkar nәzirlәrdir. Fәqәt gizlin nәzirlәr, rüşvәtlәr dә az deyil, hәtta bir arabada bir külfәtdәn iki arvad gedir. Biri-birinin nәzirindәn xәbәrlәri yoxdur. Odur, altmış
yaşında Mәşәdi
Pәrzad xala gәlini Gülzarla bir arabada
yanba-yan oturublar. Bunları Dәmirqaya göndәrir ki, pirdә şam yandırsınlar,
tainki gәlәn il bu vaxt Gülzar bir
oğlan doğsun. Pәrzad qarı oğlunun üstә durubdur ki, ikinci arvad alsın;
çünki nәvә
görmәmiş
ölmәk istәmir.... Hәr gün açıq
açığına gәlininәdeyir:
"Anam, üç ildir oğluma gәlibsәn, bir şey yoxdur. Görünür,
doğan deyilsәn.
Qoy oğlum arvad alsın! Nә üçün bәdbәxt edirsәn?" Gündә bu barәdә evdә dava-qalmaqaldır! İndi nәzir aparırlar, şam
yandıracaqlar. Fәqәt
biçarә Pәrzad nәnәnin bir dә bir gizlin nәzirdәn xәbәri yoxdur. Gülzar bir balaca әskiyә düyümlәnmiş qızıl
üzüyü döşünә atıbdır. Bunu pirә aparır ki, qoca Pәrzad tez ölsün. Bәlkә Dәmirqaya da anasının sözlәrinә suyulub arvad almasın....
Nә isә, bu taq-tuqla gedәn arabalarda, bu çaparaq gedәn faytonlarda, bu
başlarında çarşab, başlarında papaq olanlarda
çox sirlәr
var.... Bu sirr sahiblәri, sirr dağarcıqları yavaş-yavaş pirә yavuqlaşırlar:
fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını,
piyada-piyadanı. Bir-birinә qarışıb bir yol tutub gedirlәr. Faytonla gedәn fikir edir: tez gedәrik, yaxşı yer
tutarıq. Araba ilә gedәn
fikir edir: eybi yoxdur, zәhmәti
çoxdur, savabı da çox olar. Piyada gedәn özünә tәsәlli verib deyir:pirәpiyada gәrәk gedәsәn.... Nә isә hәrә öz qanacağı ilә bir nöqtәyә yeriş edirlәr.... Toz-torpaq, isti gözә görünmür. Hamı
istәyir tez
özünü pirә yetirsin. Hamı tәlәsir.... Kimi tez şәfa tapmağa yeriş edir,
kimi bir-birinin acığına at çapır, kimi dalda
qalmış eşşәyini bizlәyir....
III
Hamıdan
tez Mәşәdi Allahverәnin faytonu pirә yetişdi. Mәşәdi Allahverәn faytondan düşüb
balasını qucağına
aldı. Bu vaxt pirin adamları pişik siçanı
marıtdayan kimi pirә gәlәnlәri sәhәrdәn marıtdayırdılar vә nә üçün dә marıtdamasınlar. Bu
gün bunların bayramıdır: kiminin cibinә pul girәcәk, kiminin kasası yağlanacaqdır,
kiminin kisәsinә düyü dolacaqdır. Odur, Mәşәdi Allahverәnә, istәr-istәmәz gözlәri faytonda olan şeylәrә baxaraq: "Xoş gәlibsiniz, allah qәbul elәsin" deyib qarınca kimi
faytona daraşdılar.... Mәşәdi Allahverәn bunların xasiyyәtlәrini
yaxşı bilirdi. Ona görә şeylәrin
hamısını bircә adama tapşırdı, qeyrilәr kәnara çәkildilәr.... Mәşәdi
Allahverәn vә Gülbadam darvazadan girib bir ağacın
altında palaz saldırtdılar. Bunlar yavaş-yavaş
yerlәşmәkdә ikәn qeyrilәri dә bir-bir, iki-bir gәlirdilәr.
Pirin mollası qara, nazikxәt, boynu albuxara
torbasına oxşayan, ortaboy, qoyungöz, qara әbalı
Molla Cәfәrqulu hamı ilә salamlaşırdı,
hamıya: "Xoş gәlibsiniz, allah qәbul
elәsin!" sözlәrini deyirdi vә qonaqlara yer
göstәrirdi. Molla
Cәfәrqulu rәhmli adam idi. Bu, nәinki adamlara
vә hәtta heyvanlar üçün dә yer
düzәltmişdi. Bağlı-bağçalı
ikimәrtәbә evin dal
tәrәfindә uzun bir saray tikmişdi. Heyvanları orada
bağlayıb hәr kәs arpa-samanını
heyvanının qabağına
tökәrdi.
Hәyәtsә gözәl bir yer idi. Alt
mәrtәbә tamam qonaqlar üçün otaqlar idi, üst
mәrtәbdә özü olardı. Fәqәt qonaq
çox olanda yuxarı da buraxardı, çox lazım da
olmurdu. Çünki hәyәtindә böyük
kölgәli ağaclar var idi....
Fәqәt bir az yağlı qonaq olanda
Mәşәdi Cәfәrqulu deyәrdi:
"Dünәndәn sizin üçün filan
otağı hazırlatmışam...." Yağlı da
burada yağı vә yağ kimi şeylәri artıq gәtirәn adamlara
deyәrdilәr. Mәsәlәn, bir bişirim halvaya bir
girvәknә yağ lazımsa, üç-dörd girvәnkә
yağ gәtirәn daha qalanını geri aparmazdı;
düyü dә vә qeyri şeylәr dә bunun kimi.
Çünki adәt belә idi: artıq qalan şeyi
pirdәn aparmaq olmazdı. Hәr nә qaldı, pirin
malı hesab olunardı. Bu da Molla Cәfәrqulunun
zәhmәtini artırardı. Doğrudan, Molla
Cәfәrqulu qonaqlarından sonra çox zәhmәt
çәkәrdi: tör-töküntü
yığıb yerbәyer etmәk çәtin
mәsәlә idi.... Bir bu
iş olsa, yaxşı. Molla Cәfәrqulunun qonaqlardan sonra
yenә bir işi var idi. Axşam hamı
çәkilәndәn sonra gәrәk pirә bir
baş çәkә idi: keçmiş şamları
yerbәyer, nәzirlәri ziyarәt edәrdi.
Çünki gecә, kim bilsin, bir dә gördün
günahkarın biri pirә әl uzatdı....
Hәqiqәt pir açıqlıq bir yerdә idi. İki
balaca
kәndin arasında zorba qoz ağacının
altında bir balaca günbәz kimi şeydәn ibarәt
bir yer idi. Әslindә bu iki balaca kәnd bir-birinә o
qәdәr yavuq idi ki, bunlara bir kәnd dә demәk
olardı vә hәr kәndә bir kәndin
böyük mәhәllәsi demәk olardı. Nә
isә, bu mәhәllәlәr qәdimdәn ayrı
kәnd hesab olunurdu. Birinin adı Z... kәndi o birininki Ә... kәndi idi. Bu iki
kәndin, daha doğrusu, bir-iki mәhәllәnin
arasından bircә yol var idi,
gediş-gәliş, at-araba bu yol ilә olardı. Bu yolda,
yәni Z... kәndinә yavuq bir böyük qoz
ağacı var idi. Pir dә haman bu qoza ağacının
dibindә idi. Zatәn pir olmamışdan da bu qoz
ağacı yayın istisindә adamları öz
tәrәfinә çәkәrdi. Bunun böyük
budaqları, budaqların enli
yarpaqları ağacın altına genişli bir
kölgә salıb da hәm insanlar vә hәm heyvanlar
üçün günün istisindә sәrin yorunuq
mәkanı vә şiddәtli yağmurda zorba bir
günlük olmuşdu....
İndisә bu qoz ağacı nәinki
qıraq kәndlәrdә vә hәtta
şәhәrlәrdә dә şöhrәt
qazanmışdı, böyük bir ziyarәtgah
olmuşdu.... Xalq hәr cümә gәlib Molla
Cәfәrqulunun bağçasında yeyәrdilәr,
içәrdilәr, qurbanlarını
kәsәrdilәr, sonra kişilәr bir dәstә,
arvadlar da bir dәstә ilә pirә gedәrdilәr.
Hәrә öz nәzirini müәyyәn bir
deşikdәn salardı, ürәyindәn nә
keçirәcәkdi keçirәrdi, ya pirin
günbәzindәn öpәrdi vә yainki
öpmәzdi. Bu çox da vacib deyildi. Öpәn dә
olurdu, öpmәyәn dә. Fәqәt qoz
ağacının dibindәn torpağı götürub uşaqların
alınlarına sürtmәk vacib kimi bir şey idi, guya
arvadlar deyәrdilәr, uşağa göz
dәymәz.... Vaxtaki
xüsusi ziyarәt tamam oldu, hәr kәs nә dilәmәli
isә dilәdi, nә rüşvәt vermәli isә verdi. Molla
Cәfәrqulu gәlib pirin kәramәtlәrindәn
söylәrdi. Arvadlar bir tәrәfdәn,
kişilәr o biri tәrәfdәn durub Molla
Cәfәrqulu da arada sözünü deyәrdi.
Molla Cәfәrqulu artıq
dәrәcәdә dilli adam idi, yәni natiq idi;
danışanda hamının fikrini cәlb edәrdi vә
hәmişә dә ziyarәtә gәlәnlәrә
nitq söylәrdi vә nitqini dә başlayanda bir az
mәnalı, tәsirli olsun deyә "ya
әyyühәnnas" sözlәri ilә
başlardı. İndi dә bu sözlәrlә
başlayıb dedi: "Eşidirәm deyirlәr şәhәrdә
vә bir neçә kәndlәrdә xalq vәba
naxoşluğundan qorxub dağa-daşa qaçmaq istәyir.
Mәbada belә şeylәr edәsiniz. Vәba allahın
әzabıdır vә allah-taala öz әzabını
әmәli saleh olmayanlar
üçün hәmişә göndәrir. Siz ki,
şükür allaha, әmәli saleh adamsınız:
namazınızı qılırsınız, orucunuzu tutursunuz
vә hәmişә pirә
gәlәnlәrdәnsiniz, nә üçün
qorxursunuz?
Keçәn il vәba naxoşluğuna
mübtәla olmuş bir adamı T... kәndindәn bura
gәtirmişdilәr, dәrhal bir kasa suyun içinә
bu pirin torpağından salıb verdim içdi, hәmin saat
şәfa tapdı. İndi nә üçün
qorxursunuz? Allah azar verib, dәrmanını da
yaradıbdır. Fәqәt әmәli saleh adamlar
üçün.... Molla bu
sözlәri hәlә qurtarmamış xalq
böyük-kiçik yerә töküldülәr, gah
ciblәrinә, gah dәsmallara torpaqdan
tökürdülәr, dәsmal yerinә çarşab işlәdәn
arvadlar çarşablarının bir küncünә
torpaqdan götürüb düyün edirdilәr. Balaca
uşaqlar da böyuklәrә baxıb torpaqdan götürürdülәr.... Bu әhvalat Mәşәdi
Allahverәni tәrәnnümә gәtirib uca sәsi
ilә dedi: "Hәzәrat, mәn dә gәlәn
ilә kimi bu pirin hasarını çәkmәyә
vә hasarın içindә dam-daş tikmәyә
söz verirәm". Mәşәdini bu
sözlәrdәn sonra hәr tәrәfdәn
alqışladılar: "Çox sağ ol,
Mәşәdi! Çox sağ ol! Allah qәbul etsin!
İnşaallah, qәbula keçәr" sәdası
eşidilirdi.
Mәşәdi Allahverәnin bu
sözlәrindәn sonra camaat dağıldı. Axşam
araya gәlirdi. Piyada ziyarәtә gәlәnlәr
yola düşdülәr, sonra atlılar, faytonda, arabada
gәlәnlәr dә evlәrinә qayıtdılar.
Yenә bir-birini qova-qova yolun tozunu qaldırırdılar....
Hamı şad-xürrәm evinә qayıdırdı.
Üzdә şadlıq görünürdüsә
dә, fәqәt bir neçәsinin üzündәn
pünhan fikrini dә bilmәk olardı.
Bir çoxunun fikri bu idi ki, görәk
nәzirimiz haçan qәbula keçәcәkdir. Bir
çoxu da keçmişi görürdü:
Dәmirqayanın arvadı Gülzar qaynanası Pәrzadla
bir arabada gәlirdilәr. Gülzar Pәrzada baxıb
gözlәrini çox kiçik görürdü.
Rәngi dә saralmış nәzәrә gәlirdi.
Gülzar ürәkdә fikir edirdi: "Hә! Nәzirim
qәbula keçibdir! Ancaq ay pir! Bir az sәbir elә, gedib
evimizә çataq, yoxsa yolda qocanın canı
çıxar, әlimiz dә heç yerә
çatmaz....".
Mәşәdi Allahverәn dә fikirsiz
deyildi. Bu da hәrdәnbir oğluna baxıb dindirәrdi:
"Hә, oğlum, qağa
istәyirsәnmi? Gedәk şәhәrә,
sәnә yaxşı at alacağam, eşşәk
alaram, hә, bala, oğlum! At çox istәyirsәn, ya
eşşәk?"
Balaca, dörd yaşında Cәbi atasına
mat-mat baxardı, bir söz dә söylәmәzdi.
Mәşәdi qәsdәn
danışdırırdı....
Hәrgah mümkün olsaydı hәlә
ayağı üstә qoyardı, görsün
bәlkә gәzә bilir. Çünki zarafat deyil,
pirin hasarı vә dam-daş azından iki
minәdәk xәrc
istәyirdi.... Gülbadamın
da özünә görә fikri vardı. Bunu da
hәkimin sözlәri rahat qoymurdu. Hәkim dә
demişdi: "Gәrәk müalicә oluna,
gәrәk atası-anası da müalicә oluna ki,
gәlәñәkdә belә bir bәdbәxt
dünyaya gәlmәyә....".
Bu sözlәr Gülbadamın başında
hәrdәnbir fırlanıb әvvәlincә
әrinin halını vә öz ağzının
yarasını fikrinә gәtirәrdi. Fәqәt
üçüncü sәbәbdәn, yәni indiki
әrinin әhvalından xәbәri yox idi. Doktor bunda da
köhnәlmiş kif azarı tapmışdı....
Gülbadam pirә nәinki inanmazdı, hәtta pirin
adı gәlәndә әhvalı büsbütün
tәğyir tapardı.... Ürәyi
sıxılardı....
Mәşәdinin dә hәrdәnbir
ürәyi sıxılardı. Onun da başına
hәrdәnbir qara fikirlәr gәlәrdi:
"Bәlkә balama pirdәn әlac olmadı?
Fәqәt tez "lәnәt şeytana" deyib
belә fikirlәri özündәn rәdd edәrdi.
Belә bir qarışıq fikirlәrdә bir Mәşәdi deyil idi. Qeyrilәr dә hәrdәnbir
xәyala düşüb tez "lәnәt
şeytana" deyәrdilәr. Hәtta bir neçә
cavan oğlan, bir neçә
dul kişi, bir neçә dul
arvad özgә xәyallarla pirә
getmişdilәr....
Fәqәt Molla Cәfәrquludan pirin kәramәtlәri
barәsindә sözlәri eşidib bunlar da
"lәnәt şeytana" deyirdilәr.... Nә isә fikirlәr,
sirlәr çox idi. Bir özlәri bilirdilәr, bir
dә bir az Molla Cәfәrqulu....
Molla Cәfәrqulu doğrudan da bunların çox
fikirlәrini, sirlәrini bilirdi. Molla Cәfәrqulu
ağıllı bir adam idi.
Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidәn
başqa kitab görmәmiş idisә dә,
fәqәt tәcrübәsi çox idi. Elmi-ruh da
tәcrübәyә bağlı bir elmdir.... Bilirdi: heyvan
ona görә heyvandır ki, haraya
çәkәrsәn
gedәr. Bilirdi ki, heyvana bir yem lazımdır.... Bilirdi ki, yem verә-verә
әn böyük zorba bir yırtıcı heyvanları
әlə gәtirmәk olar....
Molla Cәfәrqulu doğrudan da dünya
görmüş adam idi. Hәr şeydәn başı
çıxardı. Bunun әsli iranlı idi.
Әvvәllәr kәndbәkәnd gәzib
qafqazlılara meymun oynadardı. Sonra bunun әziz meymunu
öldü. Bu vaxt mәhәrrәmlik araya gәldi.
Başına bir sarıq sarıyıb Z... kәndinә gәldi,
"mәn mәrsiyәxanam", dedi. Z.... kәndinin xalqı üçün
bu göydәn düşmüş kimi oldu. Tamam mәhәrrәmi hәm
kişilәrә vә hәm arvadlara mәrsiyә
oxuyardı. Doğrudan da yaxşı mәrsiyәxan idi.
Söz az bilirdisә dә, sәsi yaxşı idi. Tez-tez
zәngulә vurardı. Qızışanda özünü
döyәrdi, köynәyinin yaxasını
cırardı.... Bu әhvalatı görüb xalq dә
qızışardı. Yәni "mәclis yaxşı
keçәrdi".... Bir az
zamanda Molla Cәfәrqulu qeyri kәndlәrdә dә
mәşhur oldu: bunu tәrif edәrdilәr vә
deyәrdilәr: "Bunun zәngulәsinә heç
zәngulә çatmaz....".
Tamam qırx gün mәrsiyә oxuyub
yaxşı pul yığdı. Sonra mollalıq edәrdi, dua
yazardı, fala baxardı, hәtta sonralar hәkimlik dә edәrdi. Axırda yerini
isti görüb Z...
kәndindәn bir arvad aldı. Bu arvaddan bir oğlu
oldu, adı Heydәrqulu.
Elә dә deyildi ki,
Molla Cәfәrqulunun tәk bir oğlu ola, xeyr, İranda
bunun bir arvadı, üç balaca qızı vardı.
İranda meymun oynadan çox olmağa görә bunun
sәnәti orada işә keçmirdi.
Uşaqlarını atıb Qafqaza gәlmişdi. Eşitmişdi
ki, Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar.
Eşitmişdi ki, filan qumarbaz, filan dәllәk, filan
cibkәsәn, filan lotu, daha
nә bilim, filan filanlar
keçәn mәhәrrәmlikdә Qafqazdan beş
yüz min, iki min manat pul gәtiriblәr vә hәtta
eşitmişdi ki, Racidәn savayı bu "filanlar"
üçün tәzә kitablar meydana gәlir vә bu
kitabları nәşr etmәk üçün xüsusi
mәtbәәlәr vardır.... Molla Cәfәrqulu da
özünә baxıb fikir edirdi: "Mәnim biliyim
"filanın" biliyindәn az deyil! Nә
üçün mәn oturmuşam? Nә üçün
mәn qafqazlılara biliyimi
göstәrmәyirәm?". Molla Cәfәrqulu
doğrudan da biliyini göstәrdi vә qafqazlılar da onun
biliyinә vә zәngulәsinә qiymәt
verdilәr. İndi molla ikimәrtәbә mülk sahibi
vә kәndin әn nüfuzlu adamlarından hesab olunur. Elә dә insafsız
adam deyil ki, İrandakı uşaqlarını yada salmasın.
Xeyr, hәrdәnbir fikrinә düşürdü ki,
kağız yazsın, әhval soruşsun. Fәqәt
şüğlünün çoxluğundan kağız
yazmazdı, unudardı.
Hәqiqәt, Mәşәdi
Cәfәrqulunun işi çox idi. İndi odur, pirә
gәlәn qonaqlardan sonra hәyәti gәrәk
tәmizlәsin, qalan yağı, düyünü, әti,
kömürü, odunu yerbәyer etsin. Ondan sonra pirin gizlin,
balaca qapısını gәrәkdir açıb
nәzirlәrә "baş
çәksin".... Bu
cümә dә Molla Cәfәrqulu qonaqlarını yola
salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir
tәrәfә "xüsusi ziyarәt"
üçün gedirdi....
IV
Pirdәn gәlәnlәr dә indi
evlәrinә çatıb yorunuq alırlar.
Mәşәdi Allahverәn dә evindә oturub
axşam çayı içirdi vә hәrdәnbir gedib
oğluna baxırdı görsün pirdәn sonra
әhvalı necәdir....
Gecә araya gәldi. Gülbadam
özünә, әrinә vә uşağına yer
qayırıb yatdı. Mәşәdi Allahverәn dә
uzandı yatsın, fәqәt yata bilmәdi. Pirә
getmәklәrini, Molla Cәfәrqulunun nitqini vә pirin
kәramәtlәrini başından keçirirdi vә
hәrdәnbir "çox
şükür, pәrvәrdigara!" deyib balasının
halına yanardı. "Çox şükür,
pәrvәrdigara!" deyirdisә dә balasının
dәrdinә dәrman pirdәn gözlәrdi....
"Şükür sәnә,
pәrvәrdigara!", ya "Çox şükür,
pәrvәrdigara!" sözlәrinә o qәdәr
ağzı öyrәnmişdi ki, bu sözlәri yersiz
dә işlәdirdi. Bir şeyә diqqәt edib dә
haman şeyin varlığını allahın
qüdrәtindәn bilsin, düşünsün, sonra
şükürlәr etsin....
Xeyr, belә deyildi....
"Hәr şeyi allah yaradıbdır"
sözlәrini tutuquşu kimi tәkrar edәrdi.
Fәqәt bütün vücudu
ilә bunu düşünmәzdi. Heç olmazsa
bәdәninә diqqәt edib dәqiqәdә
yetmiş beş dәfә tıq-tıq
edәn ürәyinin döyünmәsini eşidә idi. Vә bu
ürәyinin dayanmağı bütün bәdәnin
heç bir şeyә yaramadığına sәbәb
olmağını düşünsә idi! Yox, bu, Mәşәdi Allahverәn
üçün çәtin bir mәsәlә idi.
Lamәhalә bağçasında bitәn
güllәrin, ağacların hәyatına bir fikir verә
idi: yarpaqlar saralır, tökülür, yenә yaşıl
yarpaqlarla ağaclar bәzәnir, çiçәk
açır, çiçәklәr tökülüb
qırmızı almalar ağaclardan
sallanır....
Buna da diqqәt edib bu hәyatda da gündә yüz
dәfә şükür etdiyi pәrvәrdigarın
qüvvәtini,
qüdrәtini hiss edә bilmәyirdi. Nә
olardı, balasına olan mәhәbbәti tәhlil
edә idi! Bәlkә bu mәhәbbәtdә
allahını hiss edә idi. Bir az fikir edә idi ki, dörd
yaşında bir böyrü
üstә düşmüş dilsiz, ayaqsız bir
vücuda bağladığı mәhәbbәt hissi haradan gәlib bunu tapdı? Bu
mәhәbbәtin tәbii olmağını
düşünsә idi, allahla öz arasında olan
rabitәni dә hiss edәrdi. Bunu düşünmәk
Mәşәdi Allahverәn üçün mümkün
deyildi. Yәni dürüstünü demәk,
Mәşәdi Allahverәndә dә günah yox idi.
Zavallıya gözü açılandan, beyni
işlәyәndәn indiyәdәk bu nazik
mәtlәbi düşündürәn
olmamışdı. Eşitmişdi ki, peyğәmbәr,
imam gәlib, gediblәr. Fәqәt bunları kim vә
nәdәn ötrü göndәrmişdi, bu
mәsәlә Mәşәdi Allahverәn
üçün qaranlıq qalmışdı.... Gördüyü, eşitdiyi axund,
molla.... Bunlar da zavallını
allahından kәnar salmışdılar: filan şeyi etsәn allah sәni
yandırar, filan әmәl sәndәn üz
verәrsә, o dünyada allah sәnә filan әziyyәti
edәr, daha nә ...
nә.... Daha
düşünmürdülәr ki, qorxutduqca yazıq
Mәşәdi Allahverәn öz allahından kәnar
olurdu, rabitә pozulurdu....
Mәşәdi qorxudan savayı bir şey bilmirdi;
saldatdan, qarodovoydan qorxu çәkirdi, insan törәtdiyi
qanunlardan qorxu çәkirdi.
Allah göndәrdiyi qanunlardan qorxardı, daha
düşünmürdü ki, qorxu mәbuda
yavuqlaşdırmaz, uzaq salar....
Nә olardı ki, buna deyәydilәr allah adildir,
hamıya bir gözlә baxar, allah
mehribandır--hamını sevәr, bәslәr.... Xeyr.
Mәşәdi Allahverәnә allahını
oruc-namazla tanıtmışdılar. Fәqәt
demәmişdilәr ki, allahı tanımasan namaz-orucun da
heç. Әvvәl desә idilәr çalış,
allahın sifәtlәrini bil, adil, mehriban ol, hamını
sev, o vaxt allahına yavuqlaşarsan, yavuqlaşıb da ona
mәhәbbәt bağlarsan, bu mәhәbbәt
sәni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı
әmәllәr etmәyә dә vadar edәr.... Düşünmәdilәr
ki,qanunla, qorxu ilә dürlü-dürlü
"vәdlәr"lә hәqiqi mәhәbbәt
meydana gәlmәz....
Hәqiqi mәhәbbәt
üçün görmәk, düşünmәk,
hiss etmәklazım gәlirdi. Bu da mümkün idi;
gündә min dәfә hәr addımında
Mәşәdi istәsә idi, hәqiqi allahını
görәrdi, düşünәrdi vә hiss edәrdi.
Daha lazım deyildi deyilә: namaz qıl, özü qılacaqdı;
sevdiyi, hәqiqi mәhәbbәt bağladığı
mәbuda özü sәcdә edәcәkdi.... Ona yavuqlaşmağa
çalışacaqdı.... Namaz vaxtında daha
rüşvәt vermәzdi, rüşvәt
istәmәzdi, fәqәt bunu deyәrdi:
"Pәrvәrdigara, sәni bilmәk,
düşünmәk üçün asan vә düz yol
göstәr!".
Biçarә Mәşәdi Allahverәn
uşaqlıqdan göz açıb düz yolu
mәrsiyәxanlardan öyrәnmişdi.
Böyüyәndә dә yenә
mәrsiyәxanlardan vә yenә mәrsiyәxan
kimilәrindәn.... Bunlar
isә hәmişә deyәrdilәr: filan
әmәl edәrsәnsә, filan duanı qırx dәfә oxuyarsansa,
allah-taala sәnә filan şeyi verәcәkdir.... Uşaqlıqdan bu sözlәri
eşidәn, bütün tәrbiyәsinin
bünövrәsi bu sözlәrlә tikilәn bir
vücud müәyyәn, müqәddәs bir mәbuda
sәcdә edә bilәrdimi? Belә bir
tәrbiyәdәn sonra nә üçün dә
Molla Cәfәrqulunun "piri"nә pәnah aparmaya
idi? Hәqiqi allaha hәqiqi mәhәbbәt
bağlamış olsa idi, pirә, ya pir kimi
şeylәrә sәcdә edәrdimi?
Hәqiqi allahını tapmış olsa idi,
yәqin ki, onun qüdrәti ilә meydana gәlәn
elmin qәdr-qiymәtini bilәrdi vә bilib dә
bәdbәxt oğlunu, özünü vә
arvadını müalicәsiz qoymazdı....
Nә isә, Mәşәdi Allahverәn
yenә axırıncı dәfә pirin
kәramәtlәrini fikrindәn keçirib yuxuya
getdi.... Namaz vaxtına bir az qalmışdı,
Mәşәdi Allahverәn yerindәn dik atıldı.
Uşağı yatan tәrәfә baxıb gördü
ki, Cәbi yatır, o yan-bu yana boylandı, yenә şükürlәr
etdi, sonra tәlәsik Gülbadamı sәslәdi:
"Ay qız, Gülbadam! Gülbadam!"
Gülbadam oyanıb elә fikir etdi ki, uşaq
ağlayır. Gördü yox, uşaq yatır, fәqәt
әri başında araqçın bir köynәkdә
yerindә oturub deyir:
"Ay qız,
mәn yuxudan sәrsәm durdum, bir yuxu
gördüm...."
"Allah xeyir elәsin!"--deyib, Gülbadam
qulaq asdı.
"Gördüm, Cәbini bir gün, bir
gecә pirә qoymuşuq. Sonra görürәm pirin
divarı yarıldı: uşağım
yüyürә-yüyürә üstümә düşdü vә dedi:
"Atam,
şәfa tapdım!" Mәn dә qucaqlayıb
öpürdüm ki, oyandım...."
Gülbadam başını aşağı
salıb:
"Allah xeyir elәsin!"--dedi vә
başını tez balışa atdı. Mәşәdi
Allahverәn dedi:
"Arvad! Nә yatmaq vaxtıdır?
Bilirsәnmi, bu yuxu nә yuxudur?"
Gülbadam: "A kişi, yuxum gәlir, qoy
yataq"--deyib daha söylәnmәdi, fәqәt
yatmadı da. Mәşәdi Allahverәn bir az, o yan-bu yana
baxıb uzandı, yatdı. Gülbadam isә
üzünü Mәşәdidәn
çöndәrib gözlәrini yumdu, yuxuya gedә
bilmәdi. Mәşәdinin
yuxusu Gülbadamın tamam mazisini göz qabağına
gәtirdi.
V
Gülbadam Ә... kәndindә anadan
olmuşdu. Uşaqlıqda çiçәk
mәrәzinә mübtәla olmağı
üzündәn mәlum idi. Fәqәt nazik çopur idi. Uzaqdan
çopurluğu nәinki mәlum etmәzdi, hәtta bir
az da üzünü gözәl göstәrәrdi.
Gülbadamın çopuru dәrin olsa idi dә üzünü eyibli
etmәzdi; çünki onun böyük ala, uzun kiprikli
gözlәri üzündә tamam eybini örtәrdi.
Doğrudan da bu
gözlәrdә qeyri bir hissi-mәlahәt var idi!
Uzunboy, ağbәniz, alagöz Gülbadamı qız
ikәn kәnddә çox adamlar istәyirdi.
Fәqәt anası tәlәsmәzdi. Gülbadam on
yaşında ikәn atası öldü, anası
Nәnәcanın tәrbiyәsindә qaldı.
Nәnәcan mamalıq edib qızını saxlardı
vә yaxşı da saxlardı. Qızını artıq
dәrәcәdә sevәrdi, başına dolanardı
vә mümkün olan qәdәr çalışardı ki,
qızı atasının yoxluğunu hiss etmәsin.
Nәnәcan ağıllı, işsevәn,
zәhmәtkeş, mehriban, qeyrәtli bir arvad idi. Әri ölәndәn
sonra mamalıqdan başqa ona-buna iş dә tikәrdi.
İşdәn, zәhmәtdәn qorxmazdı, bir
qarından ötәri әrә getmәkdәn dul
yaşamağı әfzәl bilәrdi. Әri
ölәndәn sonra çox adamlar istәdi, getmәdi
vә nә üçün dә
istәmәyә idilәr;
bir kişicә pul qazanırdı. Arvad pulu ilә, arvad
zәhmәti ilә yaşamaq istәyәn
kişilәr dә az deyildi. Fәqәt Nәnәcan
qızını çox istәyirdi: bilirdi ki, әrә
getsә qızının günü olmayacaqdır....
Vә bir dә Nәnәcan vәfalı arvad idi.
Yaxşı әrdәn sonra getmәyi özünә
eyib bilirdi. Daha doğrusu, Nәnәcanın
özünә görә fәlsәfәsi var idi.
Fikir edirdi: әrә getmәk borcdursa getdim, borcu verdim. Arvadlar
dolanacaqları keçmәkdәn ötrü әrә
gedirlәrsә, mәnim ona ehtiyacım yoxdur. Özüm qazanıb
özüm dә yeyirәm. Kişinin yaxşısı da
var, yamanı da. Bәlkә bir yaman adama rast gәldim. Yox,
yaxşısı budur ki, öz
әlim öz başımda, tәk bir qızım
üçün gәrәkdir işlәyәm, onu
xoşbәxt edәm, sonra ölsәm dә arxayın
ölәrәm....
Kәnddә tәrbiyә tapmış
elmsiz bir arvaddan belә bir fәlsәfәni
gözlәmәk çәtin görünsә dә,
fәqәt tapılırdı. Bu hәlә heç.
Gülbadam hәrdәnbir gәlib deyәrdi: "Anacan,
mәn filan yerdәn keçirdim, yel vurub
çarşabımı açdı; filankәs dә
keçirdi, mәni
gördü".
"Eybi yoxdur, qızım"--deyib
Nәnәcan qızını sakit edәrdi: "Adamı
görәndә yemәzlәr. Sәn çalış
ki, adına bir söz demәsinlәr.... Yoxsa
gördülәr, görmәdilәr boş
sözlәrdir. Mәn, qızım, çoxdan bәri
mamalıq edirәm, mәni çox adam da
görübdür vә görür. Mәn gecәlәr
yad kişilәrlә ağrı çәkәn arvad
üstә tәk gedirәm. Fәqәt bu vaxtadәk
bir adamın hünәri varmı, mәnim adıma bir pis
söz desin?...." Hәqiqәt,
Nәnәcan artıq
dәrәcәdә namuslu, hәyalı bir arvad idi. Ona
görә dә tamam kәnddә onu yaxşı arvad
bilәrdilәr vә hörmәtini saxlardılar.
Bu minval Nәnәcan qızını
böyüdüb 18 yaşında әrә verdi.
Gülbadamın әvvәlki әri Molla
Cәfәrqulunun qardaşı
Mәşәdi Hәsәnәli idi.
Mәşәdi Hәsәnәli qardaşının
dәstgahını eşidib, İrandan Qafqaza
gәlmişdi. O vaxt Molla Cәfәrqulu hәlә
mollalıq, mәrsiyәxanlıq edәrdi. İndiki
olduğu yerdә bir balaca evi vardı. Qardaşına da bir
balaca baqqal dükanı açmışdı. Dükanın
mayası da Molla Cәfәrqulunun idi. Çünki özü
savadsız olmağa görә әlindәn
özgә bir şey
gәlmirdi. Doğrusunu demәk, Hәsәnәli Qafqaza
gәlәndә bir az sәhv etmişdi. Elә bilirdi ki,
qafqazlıları savadsız
adam da әlә sala bilәr. Gәldi gördü ki, xeyr,
elә deyil, lamәhalә gәrәk Racinisә dә
oxumaq bilsin. Nәisә, qardaşının adına,
sanına da layiq deyildi ki, meymun oynatsın. Naçarlıqdan
Molla Cәfәrqulu buna bir dükan açdı vә
dükanda yaxşı işlәmәyә
başladı.... Axırda bir az
özünü düzәldәndәn sonra
Gülbadamı istәdi, çox istәdi, anası
vermәdi. Çox istәmәyinin dә sәbәb
vardı, bilirdi ki, ananın tәk qızıdır vә
anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hәtta bu
işin xatirәsi üçün möminlәr
cәrgәsinә daxil olmaq
fikrindә ikәn bir az pul düzәldib Xorasana getdi.
Xorasandan qayıdandan sonra böyük vasitәlәr
salıb bir güc-bәla ilә Gülbadamı aldı.
İki il Gülbadamla ömrünü
sürüb öldü. Deyirdilәr, guya Xorasandan azarlı
gәlmişdi. Orada, guya kif azarı tapmış imiş.
Doğrudan Xorasana getmәmiş boynu albuxara torbasına
oxşar, canlı, ucaboy, qoyungöz, burnu bir az yekә
kişi idi; özünün dә otuz yaşı olardı.
Nә isә, Hәsәnәli "Mәşәdi
Hәsәnәli", olandan sonra gah yara
çıxarardı, gah burnundan şikayәt edәrdi. Gah
gecәlәr ayaqlarının ağrısından,
sümüklәrinin sızıltısından yata
bilmәzdi. Axırda burnunda yara әmәlә gәldi
vә burnu ortadan
çökәldi.
Sonralar Gülbadamın da ağzında bir yara
peyda oldu, nә yara isә bilinmirdi. Fәqәt
şәhәrdәki hәkim onun dәrmanından
buna da verәrdi.... Çox çәkmәdi
Mәşәdi Hәsәnәli yaman bir dәrdlә
canını tapşırdı. Bir il ondan
müqәddәm Gülbadamın anası dünyadan
getmişdi. Gülbadam әrindәn sonra bir ay qaynı Molla
Cәfәrqulunun evindә qalıb qoca әmisinin
evinә köçdü vә belә tez köçmәyinә
dә sәbәb var idi. Bir gün Gülbadamın
әmisi naxoşlayıb Molla Cәfәrqulunu
çağırtdı ki, müalicә etsin. Qoca kişi bir az artıq yeyib
zәrәrini görmüşdü: bir az qusurdu.... Günbatan vaxtı Molla Cәfәrqulu
әminin yanına getmәk istәdi. Gülbadam da
tәvәqqe etdi ki, bunu da aparsın, әmisinә
lazım olarsa, qulluq etsin....
Xülasә, ikisi dә yola düşdülәr.
Bunlar gәlmәkdә,
әminin dә mәrәzi bitmәkdә.
Xoş-beş edib oturdular, sonra çay içib evә
qayıtdılar....
Әmisi M...
kәndindә olmağa görә yolları qoz
ağacının yanında idi. Molla Cәfәrqulu
gecә vaxtı hәmişә cibindә şam
vә spiçka
gәzdirәrdi. Fәqәt lazım deyildi. Çünki
yol mәlum, düz bir yol idi. Bunlar yavaş-yavaş
gәlirdilәr. Qoz ağacına
çatanda Molla Cәfәrqulu yalandan büdrәyib
yıxıldı. Ürәyi tәmiz, rәhmli
Gülbadam "vay" edib bunun qolundan tutdu. Molla Cәfәrqulu qızışmış heyvan kimi
Gülbadamın boynundan sarılıb öpdü vә dedi:
"Mәn sәnin dәrdindәn
ölürәm...." Gülbadam özünü itirib uca,
dәhşәtli bir sәslә "vay" edib qәşş
etdi. Molla Cәfәrqulu bir dәqiqәlik
özünü itirib
Gülbadamdan bir neçә addım geri
çәkildi.Әzqәza Gülbadamın sәsini
kәndin kәnarından keçәrkәn bir adam
eşidib sәslәnir:
"Ay adam, kimsәn?" Molla Cәfәrqulu görür
ki, haman sәslәnәn adam qaranlıqda qoz ağacına
tәrәf hәrәkәt edir. Molla Cәfәrqulu
әtәyinin altında tez
şamı yandırıb qoz ağacının
dibindә qoydu vә başladı namaz qılmağa.
Bu adam çoban Dünyamalı idi.
Yavuqlaşıb gördü ki, bir arvad yerә
sәrilmiş, hәrәkәtsiz uzanıbdır, Molla
Cәfәrqulu isә namaz
qılır, şam da qiblәsidir.... Çoban:--Nә olubdur?--deyә
soruşdu.
Molla Cәfәrqulu namaz üstündә
cavab vermәyib qurtarandan sonra ağlamağa başladı
vә dedi:
"Tәzim, tәzim et, qardaş, bu pirdir.
Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca
yavuqlaşanda ağacdan sәs çıxdı. Bu
zavallı arvad tab gәtirә bilmәyib
qәşş etdi...."
Çoban bunu eşitcәk dizlәri
üstә çöküb yeri öpdü, ağladı.
"Atam-anam sәnә qurban" deyib alnını
torpağa qoydu vә sonra ayağa
durub dedi:
"Gedim bu saat adamlara deyim, ziyarәtә
gәlsinlәr." Molla Cәfәrqulu dedi:
"Yox, pir tapılanda qayda bunadır ki,
әvvәl piri tapan adam özü gәrәkdir
camaatı yığıb nağıl edә, qeyri bir adam
xәbәr verәrsә
pir yox olar.... İndi
sәn get, özün dә dalına baxmayasan, evdә
danışa bilәrsәn. Ancaq pirin barәsindә bir
söz dә söylәmәzsәn, sabah bunun duasını oxuyub elan
edәcәyәm....
Çoban tez durub getdi vә molla dediyinә
dә әmәl etdi. Çoban bir qәdәr
getmişdi, Gülbadam yavaş-yavaş ayılıb
başının üstә
Molla Cәfәrqulunu gördü. Tamam bәdәni
iztirabda ikәn ağladı....
Molla Cәfәrqulu bunun ayaqlarına
düşüb yalvardı vә çobanın
әhvalatını nәql etdi vә dedi:--Aramızda olan
әhvalat açılmasın
deyә, mәn buranı çobana pir nişan verdim.
İndi sәn qurana and iç ki, bu sirri heç
kәsә ölәnәdәk
demәyәcәksәn.
Gülbadam çox da fikir etmәyib dedi:
"Sәni and
verirәm qurana, mәnә әl vurmayıb salamat evә
buraxasan, mәn dә qurana and içirәm ki, sәnin bu
hiylәni
ölәnәdәk
açmayacağam. Mәnim ismәtim mәnә
hәr şeydәn qiymәtlidir...."
Bu sözlәrdәn sonra qalxdı vә
heç bir şey söylәmәyib ev tәrәfә
yeriş etdi. Molla Cәfәrqulu da
dinmәz-söylәmәz
dalıca gәlirdi....
Ertәsi gün Molla Cәfәrqulu pirin
tapılmağını min hiylә ilә elan etdi.
Gülbadam isә şeylәrini
yığıb
әmisinin evinә köçdü.
Molla Cәfәrqulunun arvadı Molla Tutu
Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun
tez-tәlәsik köçmәyinin sәbәbini bilsin. Fәqәt "әmim
yalqızdır, baxanı yoxdur", sözlәri ilә
canını qurtardı.
Zatәn Molla Tutu Gülbadamın
köçmәyinә çox şad idi. Çünki
әrinin Gülbadama olan
"mehribançılığını"
görürdü vә
hiss edirdi.Gülbadamın
әri ölәndәn sonra bu
"mehribançılıq" daha da artmışdı.
Molla Tutu Gülbadamın
tәrәfindәn arxayın idi. ÇünkiGülbadamı
ürәkdә tәmiz adam bilir idi. Fәqәt
әrinin vicdansız bir hәrif olmağını da çox yaxşı bilir idi.
Yenә necә olsa fikir edirdi:
bәlkә әri Gülbadamı aldı. Çünki
Molla Tutudan Molla
Cәfәrqulunun tәk bir oğlu vardı.
Hәtta qardaşı
ölәndәn bir neçә gün sonra övlad
barәsindә bir balaca söhbәt dә
olmuşdu.... Molla Tutu isә
bununla belә dәrin
mәsәlәlәri tez başa
düşәrdi. Yәni bir çәtin dә
mәsәlә yox idi ki, başa düşmәsin.... Molla Tutu kişilәrin
xasiyyәtini bilirdi, bilirdi ki,
ciblәrindә bir az artıq pul olanda arvad fikrinә
düşәrlәr....
Xüsusәn öz әrini yaxşı
tanımışdı. Hәlә qardaşı sağ
ikәn Molla Cәfәrqulunun başından
hәrdәnbir qara fikirlәr keçirdi.... O deyildi ki, qardaşının ölmәyini istәyә
idi.... Xeyr, qardaşı yaman
bir mәrәzә düçar olmuşdu. Ona binaәn hәrdәnbir fikir
edәrdi: bәlkә birdәn öldü, sonra?
Gülbadam necә olsun?
Molla Cәfәrqulu özünü
qeyrәtli müsәlmanlardan hesab edirdi. İstәyirdi ki,
"islam millәti artsın....".
Hәtta Molla Tutunun qulağını doldurmaq
üçün qardaşı ölәndәn sonra
hәrdәnbir söhbәt açıb deyәrdi:
"Bilirsәnmi, islamda bir çox şey var ki, biz
hәlә onu lazımınca anlamamışıq.
Mәsәlәn, iki, üç, dörd arvad almaq
mәsәlәsi böyük әhәmiyyәtli
bir mәsәlәdir.Heyfa
ki, biz başa düşmürük. Bunun әsil
sәbәbi budur ki, islam millәti çoxalsın,
qüvvәtli olsun....".
Molla Tutu da çünki
mәrsiyәxanlıq edәrdi, ona binaәn belә nazik
mәtlәblәri tez düşünәrdi vә onun
cavabında hәmişә
deyәrdi: "Çox oldu nә xeyri? Odur, bir oğlun
var, yaxşı quran oxumaq da bilmir". Molla Tutunun
fikrincә, bir müsәlman
ki, quran oxumaq bilmәdi,
bütün müsәlman olmazdı. Vә
hәmişә arvadlara deyәrdi: "Ey uşaqlarına
quran oxutmayan analar! O dünyada
nә cavab
verәcәksiniz?".
Doğrudan da, bunun sözlәri tәsirsiz
qalmazdı: bir dә görәrdin sәhәri ananın
biri qorxub qızını Molla Tutunun
yanına göndәrdi
ki, quran oxutsun....Әlbәttә, quran oxumaq
istәyәnin әvvәl çәrәkә
qurtarmağı var, sonra quran başlamağı vә sonra
quran qurtarmağı. Bunlar da
hamısı müәllimәnin, yәni Molla Tutunun
zәhmәtinә bağlı bir iş idi vә
yaxşı da işә keçirdi....
Nә isә, Molla Cәfәrqulu belә
söhbәtlәri açanda Molla Tutu aciz qalmazdı.
Fәqәt bununla belә Gülbadamı da
gözündәn buraxmazdı. Hara getsә idi,
Gülbadamı da özü ilә aparardı. Onu tәk
evdә qoymazdı vә әrinin dә
hәrәkәtlәrinә dörd gözlә baxardı. Bir az әri
Gülbadamın üzünә xoş baxsa idi, üç günlәrlә
yemәzdi, içmәzdi, donquldanardı. Belә
әhvalatlar da Gülbadamın
әri ölәndәn sonra tez-tez olardı. Molla
Cәfәrqulu çox "mehribançılıq"
edәrdi, hәtta hәrdәnbir paltarlıq da alardı. Molla Tutu acıqlananda
deyәrdi: "Arvad! Allah heç kәsi yiyәsiz
etmәsin, onun bu saat ürәyi sınıqdır,
alanı yoxdur",deyib keçәrdi. Gülbadam isә
öz-özünә deyәrdi: "Bu mәnim әrimin
qardaşıdır, mәni öz balası kimi istәyir...."
Hәtta hәrdәnbir fikir
edәrdi: "Mәnә quru çörәk dә
versәlәr, buradan getmәyәcәyәm. Onsuz da bunlara
qulluqçu lazımdır, mәn dә bunlara qulluqçu
әvәzinә işlәrәm, günümü
keçirәrәm".
Doğrudan da, Gülbadam işsevәn,
zәhmәtkeş bir arvad idi. Evdә qalarkәn
sәhәrdәn axşamadәk işlәrdi.
Fәqәt әri ölәndәn sonra Molla Tutunun mәcburi quyruğu
olmuşdu. Molla Tutu, evdә tәk qalmasın deyә, qaynı
ölәndәn sonra әrinin qorxusundan Gülbadamı
özü ilә hәmişә aparardı. Molla
Cәfәrqulu da bunu xoşlamazdı, hәtta bir gün
dilә gәlib dedi: "Canım, özün gedirsәn gәlinisә dә
evdә qoymursan ki, vaxtında çayımı
verә".
Fәqәt belә sözlәr Molla Tutunun
qulağına girmәzdi.... O
gecә dә bir fürsәt idi, Molla Cәfәrqulunun
әlinә düşmüşdü.... Xәbәr
gәldi ki, Gülbadamın әmisi yaman haldadır, Molla
Cәfәrqulunu çağırır. Haman gün dә
Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz
mәrsiyә oxuyub çox çığır-bağır
etmişdi ki, mәclisi ağlatsın; pul yığılan
gün idi. Nә isә bunları
bir yerdә buraxdı. Buraxıb da әrinin tamam
hiylәsinin açılmağına sәbәb oldu. Molla
Cәfәrqulu hәlә әmisigilә gedәn
baş istәyirdi
başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına
müvafiq yarayan iş deyil.... Hәtta fikrindәn bu da
keçdi: әmi yaman halda
olursa, orada qalsınlar, çünki bunlardan başqa
әmisigildә heç kim yox idi.... Nә isә, Molla
Cәfәrqulu bir ayın,
bәlkә daha çox vaxtın әrzindә
başında bәslәdiyi fikirlәri
әlacsızlıqdan tab gәtirә bilmәyib, qoz
ağacının dibindә aşkar etdi. Aşkar edib dә Gülbadam
kim olduğunu düşündü....
Molla Cәfәrqulu arvadlara hәqir bir
nәzәrlә baxan kişilәrdәn idi. Fikir edirdi:
"Hәlә qızların barәsindә
bәdgüman olmaq
yaxşı deyil, dul arvada
nә var? Nә üçün dә olmasın?"
Fәqәt onu düşünә bilmirdi ki, arvadın
yaman yola düşmәyinә çox-çox ağır
sәbәblәr lazımdır.... Pozğun әxlaqı, çirkin
tәrbiyәsi, paslanmış beyni nazik bir mәtlәbi
düşünmәyә qoymurdu, qoymurdu ki, arvadın ruhuna
yavuqlaşıb da arvadda olan gizlin xәzinәni bilsin,
düşünsün. Düşünsün ki, arvad ancaq
mәhәbbәtinin qurbanı ola bilәr.... Onu bilmirdi ki, namus meydanında
kişi ilә arvadda böyük fәrq var. Qız,
mәhәbbәtinin
qurbanı olub da bir çox vaxt әvvәlinci
halından ikinci hala düşmәyinә heyfsilәnәr,
yanar, qovrular, oğlanınsa heç halına tәfavüt etmәz.... Qızda olan bu hiss bir çox
arvadda dәrin kök salıb arvad olduqda da bu hiss onun
çox vaxt tәmiz qalmağına sәbәb olar.
Kişilәr yanında qadınların
mәrtәbәsini ucaldan bu hiss arvadların
kişilәr haqqında hәqir bir nәzәrdә olmaqlarına da sәbәb
olar....
Әlbәttә, Molla Cәfәrqulu
bunları düşünsә idi, birdәn-birә
palçıqlı әllәri ilә Gülbadamın
boynundan qucaqlamazdı. Zәhәrli dodaqlarıilә onun
üzündәn öpmәzdi.... Bu vaxtadәk mömin,
müqәddәs, allah bәndәsi xәyala
gәlәn Molla Cәfәrqulu
bir dәqiqәdә Gülbadam üçün
dәhşәtli bir ilan
olmağını düşündümü, ya yox?!
Düşünmәdi. Düşünsә idi xalqdan qorxub
dәrhal pir yapmazdı.
Gülbadam tәk bir vicdanından
çәkinib tәmiz qalmağını tәlәb
edәrkәn molla fәqәt keçinәcәyini
vә bu mәsәlәdә xalqın nәzәrinifikrindәn
keçirib dәrhal yalvardı vә and verdi ki, bu sirr
açılmasın....
VII
Gülbadam uşaqlıqdan indiyәdәk
tamam başından keçәni göz qabağına
gәtirib indi әri Mәşәdi Allahverәnin
yuxusuna öz yanında
gülürdü. Fәqәt bilmirdi ki, bu yuxu onun
rahatsızlığına vә axırda daxili bir
inqilabın törәnmәsinә sәbәb
olacaqdır. Mәşәdi Allahverәn sәhәr
namazını qıldı, çayını içib
dükana hazırlaşırdı. Adәt üzrә
balasının yanına
gәlib danışdırdı, yәni özü
deyirdi,özü dә eşidirdi: "Yaxşı, balam!
Nә alım, nә gәtirim?" Bu sözlәr
hәmişәki sözlәr idi.... Fәqәt bu
gün: "İnşaallah, bir hәftәdәn sonra ayaq
tutub gәzәrsәn, mәnimlә dükana
gedәrsәn...." sözlәrini dә
artırdı.... Bu sözlәri deyib getdi. Qapıdan
küçәyә çıxmışdı,
gördü qonşularından bir neçәsi
yığılıb söhbәt edirlәr. Bunu
görüb
çağırdılar vә dedilәr:
"Mәşәdi, eşidibsәn?
Deyirlәr Molla Cәfәrqulu bu gecә
ölübdür."
"A kişi, nә deyirsiniz? Elә şey
ola bilmәz, dünәn bir yerdә deyildikmi? Sağ
vә salamat indi nә oldu ki?"
"Deyirlәr özü dә vәbadan
ölübdür."
"İnanmayınız" --deyib
Mәşәdi bir az da gülümsündü. Hәrgah
doğrudan ölübdürsә, qeyri bir
sәbәbdәn ölübdür, vәbadan
ölmәyi yalandır. "Xeyr, xeyr, bu saat tәdarük
üçün pirdәn adam gәlibdir. O
söylәyirmiş."Hәtta deyirlәr ölәndә
deyirmiş: "Mәni pir çağırır...."
Mәşәdi bir az fikrә gedib dedi:
"Hә, bu ola bilәr...."
Xoşbәxt adam imiş, allah rәhmәt elәsin! A
kişilәr, bu pirin kәramәtlәrinә daha
sözmü demәk olar?
Bu sözlәri deyib Mәşәdi
tәlәsik dükanına getdi. Sonra dükana
gәlәn adamlara Molla Cәfәrqulunun ölmәk
әhvalatını söylәyirdi vә axırda da
"xoşbәxt imiş, allah rәhmәt eylәsin, pir
deyirlәr çağırıbmış"
sözlәrini tәkrar edirdi.Molla Cәfәrqulunu bu
balaca şәhәrdә demәk olar ki, tanımayan yox
idi. Çünki balacadan böyüyә kimi pirә
getmişdilәr, bunu qonaqsevәn pir sahibi bilirdilәr....
Bir çox adam: da dәfn günü pirә getmişdi.
Burada dürlü-dürlü
danışıqlar vardı: kimi deyirdi namaz vaxtı
ölübdür; kimi deyirdi gecә qayda üzrә
pirә ziyarәtә gedibmiş, pirdәn guya bir sәs
gәlibdir: "sәnin axır mәkanın
buradır". Guya bu sözlәrdәn sonra qorxub evә
gәlibdir, ürәyi çatlayıbdır.... Nә bilim, daha nәlәr
söylәyirdilәr. Fәqәt ölünü yuyanlar
fikir edirdilәr: belә bir sağlam, әtli-canlı
adam, әcәba, nә
üçün bir gecәnin әrzindә belә tez
әrisin? Nә üçün bunun gözlәri
belә dәrinә düşsün vә ovurdu
illәrlә mәrәz çәkmiş naxoşun
ovurdu kimi batsın? Bu sirri heç kim bilmәsәydi
dә ev adamları yaxşı bilirdilәr, xüsusәn
ev qulluqçuları--gәdә Almaz vә qulluqçu
qız Pәri o gecә sәhәrә kimi
yatmamışdılar. Pәri tez-tez lәyәn
tökәrdi, Almaz da mollanın gah ayaqlarını
ovardı, gah belini, gah әllәrini. "Ay, ayaqlarım
yığışır" deyib bağıranda, Almaz var
qüvvәti ilә oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah
onu gәtir, gah bunu gәtir" deyib ayaq üstә ora-bura
qaçardı vә cındırlarla qusuntusunu
tәmizlәrdi....
İşsiz gözә görünәn bir Molla
Cәfәrqulunun oğlu idi. Yәni o da işsiz
deyildi. Gündüz atası pirin kәramәtlәrindәn
söylәyәndә yadında qalmışdı ki,
pirin torpağı vәba mәrәzindә şәfavericidir
vә eşitmişdi vәbada qusarlar vә ayaqlar
çәn olar.... Bu da fikir
etdi ki, bәlkә atasını vәba tutubdur. Tez qoz
ağacının torpağından gәtirdi. Bir kasa suya
torpaqdan salıb atasına verdi vә dedi:--Ata, indicә gedib
pirin torpağından gәtirmişәm, al bu suyu
iç....
Atası oğluna baxıb üzünü
çöndәrdi.... Doğrudan da zarafat mәqamı
deyildi, kişi ölürdü. Dәrisi quruyub dili
atәş kimi yanırdı, oğlunun da zarafatı bir
tәrәfdәn.... Bu
hindә yarımcan Molla Cәfәrqulunun
ürәyindәn bir şey keçdi, istәdi oğluna
deyә:
"Oğul, hәkim! hәkim! Torpaqdan bir
şey olmaz!. "Fәqәt demәdi, qorxdu oğlu bu
sözlәri xalqa deyә xalq da pirdәn üz
çöndәrә vә bunun da nәşi yerdә
qala. Molla Cәfәrqulu nahaq yerә bu fikirlәrә
düşmüşdü. Çünki arvadı Molla Tutu
bunların hamısını ürәyindә
düzәltmişdi. Molla Tutu görürdü әri gedir,
fәqәt necә etmәk ki, әri ilә pir dә
getmәsin? Nә tövr etmәk ki, bu ocağın
pirlә ruhani әlaqәsini hәmişәlik saxlamaq?
Molla Tutunu tәşvişә salan fәqәt bu
fikirlәr idi.... Ona binaәn
sәhәr ağlaşmaya gәlәn arvadlara deyirdi:
"Bilirsinizmi?" Molla xoşbәxt
adamdır. Hәmişә adәt üzrә
gecәlәr yalqız pirin ziyarәtinә gedәrdi. Bu
gecә dә getmişdi. Bir dә gördüm
ürәyi ağzından çıxmış,
saralmış evә qayıtdı. Әhvalını
soruşduqda dedi: "Arvad, başıma bir iş gәldi.
Ziyarәt edirdim, birdәn pirdәn sәs eşitdim:
"Axır mәkanın buradır", dedi. Bu
sözlәri deyib әlimdә bir az çabalayıb
canını
tapşırdı...."
Bu sözlәri deyib arvadların
üzlәrinә baxardı görsün, sözlәrinin
tәsiri varmı.
Әlbәttә, arvadlar da
mәrsiyәxan Tutuya inanmayıb kimә inanacaq idilәr.
"Şükür pәrvәrdigara! Şükür
kәrәminә! Doğrudan da xoşbәxt adam
imiş" deyib başlarını yırğaladılar....
Bu sözlәr arvadlardan kişilәrә
yayıldı, kişilәr hәyәcana
gәldilәr, pirin dәrәcәsi, mәnası
birә-beş artdı. Bu vaxtadәk pirә az inanlar, indi
piri bir müqәddәs yer bilirdilәr. Fәqәt
arada hәrdәnbir vәba mәsәlәsi
barәsindә dә zәif-zәif sәslәr
eşidilirdi. Bu zәif sәslәr zәiflәrdәn
çıxırdı. Ona görә tәsirsiz
qaldı.... Hamı bir
ağızdan: "Mollanın yeri qoz ağacının
dibidir" deyib şәhәrdәn gәlәn adamlar,
kәndçilәr ittifaq
bağladılar vә böyük bir tәntәnә ilә
Mollanı pirә verdilәr ... vә pirin ixtiyarını
Molla Cәfәrqulunun oğluna vә Molla Tutuya tapşırdılar.
VIII
Şәhәrdәn gәlәnlәr
bu әhvalatı şәhәrә,
kәndlәrdәn gәlәnlәr
kәndlәrә yaydılar. Aradan
dürlü-dürlü sözlәr pırtladı
çıxdı. Hәr başdan bir söz! Axırda
hәtta bunu da deyәn oldu, guya o gecә mollanın
gözünә bir nur da görünübmüş.... Mәşәdi Allahverәn, әlbәttә,
mollanın ziyarәtinә getmişdi. Xalqın
hәyәcana gәlmәyi bunu da hәyәcana
gәtirmişdi. Pirdәn evә qayıdıb Gülbadama
istehza ilә dedi:
"Hә, sәn elә qaç
hәkimә...."
"Nәdir? Nә olubdur?"--Bu
sözlәri deyib Gülbadam tәәccüblә
әrinin gözlәrinә baxdı.
"Daha nә olacaqdır? Get, gör
pirdәn nәlәr söylәyirlәr."
Mәşәdi Allahverәn tamam gördüyünü,
eşitdiyini Gülbadama nağıl etdi.
Gülbadam ancaq bunu dedi:
"Pirin pir yeri var, hәkimin hәkim
yeri...."
"Yox, burada hәkimin yeri yoxdur. Mәnim
yuxum vә bu әhvalat göstәrir ki, burada hәkimin
meydanı deyil. Mәnim balamı qurtarsa bir pir
qurtaracaqdır. Gәrәk dә yuxuma әmәl edәm."
"Necә yәni әmәl
edәsәn?"--Gülbadam ixtiyarsız sәsini
ucaldıb balasını bәladan qorumaq istәyәn
pişik kimi tamam
bәdәnini
yığışdırdı.
"Necә ki, yuxuda görmüşәm
elә dә gәrәk edәm.... Balamı bir
gün-bir gecә pirә gәrәkdir salam...."
"Yox, mәn balamı bir saat da
gözümdәn uzağa vermәrәm."
"Sәnin ağlın
çaşıbdır. Doğrudur, ana balasını
istәr, lakin dindәn, mәzhәbdәn dә
çıxmaq yaramır...."
"Hankı din, hankı mәzhәb?"
"Canım, xalqın ağzını
bağlamayacaqsan ki, deyirlәr möcüz
görünübdür. Mollanın gözünә bir adam
görünübdür.... "Sәnin mәkanın buradır...." deyib qeyb olubdur.... " Belә
şeylәrә inanmamaq, dinә-mәzhәbә
şәkk gәtirmәk deyilmi?
"Bu möcüzü kim görübdür?
Kim söylәyir?"
"Xalq söylәyir."
"Xalq kimin dilindәn söylәyir?"
"Mollanın."
"Bu xalqdan hansı biri bu sözlәri
molladan eşitdi?"
"Arvad, arvad! Bu aşkar şeydir.
Möcüzü ancaq bir adam görәr. Hamı
görәrsә, o möcüz olarmı? Allah öz
qüdrәtini ancaq seçilmiş
adamların vasitәsilә bildirir. İndi bu
rәhmәtlik dә görübdür, sәsi eşidib
qorxubdur, tab gәtirә bilmәyib ürәyi çatlayıbdır. Hamı
әhvalatı da arvadına söylәyibdir...."
Gülbadam yenә dә bir sual vermәk
istәdi. Fәqәt әri sözünü
ağzında qoyub dedi:
"Daha tamamdır. Mәn görürәm
hәkimlәr sәnin beynini yeyiblәr.... Yox! Tamamdır! Bu, arvad işi deyil.
Arvadın ağlı belә şeylәri dәrk edә
bilmәz.... Tәvәqqe
edirәm belә şeylәrә şәkk
gәtirmәyәsәn. Yoxsa sәnin
şәkkinbalamın bәdbәxtliyinә
sәbәb olar.... İnşaallah, bu cümә
günü gedәrik, bir gecәlik uşağı
qoyarıq.... İnşaallah,
şәfa tapar!" --Bu sözlәri deyib
Mәşәdi evdәn
çıxdı.
Gülbadam xeyli vaxt ayaq üstә qurumuş
qaldı. Gözünü bir nöqtәyә dirәyib
dәrin-dәrin fikirlәrә getdi. Sonra ixtiyarsız
balasının yanına gedib ağladı.... "Dilsiz,
ayaqsız, ağılsız balam" deyib yenә dә
ağladı.... Cәbi
matdım-matdım anasına baxırdı.... Baxıb da guya istәyirdi desin:
"Mәnim ağılsız, dilsiz olmağımın
sәbәbi siz valideynim deyilsinizmi?" Zatәn
demәdisә dә, Gülbadam bu sözlәri
hәkimdәn eşitmişdi.... Fәqәt nә
çarә? İş-işdәn keçibdir! Hәkimin
"bәlkә çarә olar" sözlәri
yenә heç olmazsa bir az ümid yolu açırdı.... Bәs bu pir mәsәlәsi?
Daha doğrusu, әrinin yuxusu vә yuxusuna әmәl
etmәk istәmәsi? Bu
әhvalat Gülbadamı büsbütün
dәyişdirdi. Hәlim, mehriban, tәmiz ürәkli
Gülbadam birdәn-birә şirә döndü.
Hәlә cümә gününә qalmışdı.
Bu gündәn әrinin sözlәrinә cavab qaytarardı.
Belә bir cürәtli olmağına özü dә
tәәccüb edirdi. Özünü aslan hesab edirdi. Әrindәn
başlamış hamını özünә
düşmәn bilirdi. İstәyirdi bir şey etsin, bir
şeyi cırsın, dağıtsın, bir söz desin,
fәqәt bir söz ki, onun acılığı bu xalqı
yandırsın. Sonra istehza ilә qәhqәhә
çәkib bunların üstә gülsün....
Bunların hamısını istәyirdi,
ürәyindәn qovurdu, keçirirdi, beyni
qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün
bәdәnini iztiraba salırdı. Hazır neftә
basılmış bir quru ot idi, bir qığılcıma
bәnd idi....
Doğrudur, bundan әvvәl dә pirin
adını eşitmәk istәmәzdi. Hәtta arvadlar
pir söhbәti edәndә, bu, içindәn
gülәrdi, istehza edәrdi. Fәqәt
açıq-açığına demәyә ixtiyarı
yox idi. Nә üçün? Ondan ötәri ki, qurana and
içmişdi....
Bilmәyirәm, Gülbadamın vicdanı bu
vaxtadәk pirin gizlin qalmasına neçә davam edirdi?
Özü görürdü: kor, şil, kar,
çaxotkalı, kif azarı tutmuş bu pirә pәnah
aparıb müalicәdәn bilmәrrә üz
çöndәrmişdilәr. Nә üçün bu
biçarәlәrin bәdbәxtliyinә
sәbәb olurdu? Bu naxoş validәlәrdәn
Cәbi kimilәrinin dünyaya gәlmәlәrinә
vә Cәbi kimi müalicәsiz qalmalarına nә
üçün sәbәb olub da bu vaxtadәk pirin sirrini
açmırdı? Bilmirәm, bu suallar Gülbadamın
başından keçirdimi vә keçirdisә necә
cavab verirdi? Bilmirәm, fәqәt bunu bilirәm ki,
Gülbadam pirin sirrini iki sәbәbdәn gizlәdirdi,
bir sәbәb öz namusunu güdmәk, ikinci
sәbәb qurana and içmәyi idi.... Namusunu, ismәtini qorumaq
üçün Gülbadam söylәmәyirdi,
çünki fikir edirdi. Hәrgah әhvalatı açsa,
ola bilsin bir çox adam bunun haman vaxt tәmiz qalmağına
inanmayalar, bәlkә bir iş olubdur deyә özü
dә, әri dә bәdnam olalar.... Bu әhvalatı hәmin
gecә, yainki hәmin gecәnin sәhәri
açıb desә idi, bәlkә inana idilәr.... Bu әhvalatdan bir neçә
vaxt keçmiş, yәni pir şöhrәt tapandan sonra
әhvalatın açılması hәqiqәt bir
çox adamı şübhәyә salardı. Öz
alәmindә vaxtını keçirtmiş idi.
Fәqәt nә üçün keçirtdi? Ondan
ötәri ki,qurana and içmişdi. Qurana and
içmәyinә dә sәbәb yenә bunun namusu
oldu. Hәmin dәqiqә Gülbadam bu hiylәnin
aqibәtinidüşünsә idi, bәlkә dә and
içmәyә idi. Fәqәt hәmin dәqiqә
Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq,
tәmiz qalmaq, zәhәrli
ilandan özünü xilas etmәk.
Bundan savayı başqa bir fikri yox idi. Bu da
qurana and içmәyinә sәbәb oldu. Qurana and
içәndәn sonra da sirr vermәk Gülbadam kimi
inanmış bir adama asan deyildi. Gülbadama tәrbiyә
belә verilmişdi. Heç bir şeyә and
etmәmәk, xüsusәn
allaha vә qurana, bunlara
and etdin әmәl etmәk gәrәkdir. Anası
Gülbadama deyәrdi: "Qızım, olmaya-olmaya qurana and
içәsәn. Çox adamlar qurana and içib sonra andlarını pozub,
böyük bәlalara giriftar olublar. Bundan böyük and
yoxdur, qızım...." deyib hәmişә tәkrar
edәrdi. Uşaqlıqdan bu, qulağında
qalmışdı. Doğrudan da, Gülbadam and içmәk
sevmәzdi. Xüsusәn
qurana heç vaxt and içmәzdi. Bu gecә ömründә
әvvәlinci dәfә idi ki, ürәkdәn qurana
and içdi, ancaq bundan ötәri ki, tәmiz
qalsın.... İlanın soyuq,
çirkin әllәrindәn xilas olsun. Bu da arvadların
bir sirridir: tәmiz qalıb tәrlan kimi gәzmәk, bir
çox heyvandan seçilmәyәn kişilәrә
yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir....
Doğrudan da, ertәsi gün Gülbadam bir
ağır daşı üstündәn atan bir zor,
dәhşәtli müharibәdә qalib gәlәn
pәhlәvan, bir tәhlükәli vaqiәdәn xilas
olan adam kimi özünü hiss edirdi.... Fәqәt bir söz dә
deyә bilmirdi.
Әcәba! İndi nә üçün
şirә dönüb istәyir bir söz söylәsin?
Bu sual Gülbadamın başından keçәrkәn
yavaş-yavaş gәlib balası Cәbiyә baxdı,
gördü ki, işarә ilә dodaqlarını
uzadır, su istәyir, su verib dә birdәn fikrinә
gәldi: "Bәlkә pirdә gecә su istәdi, kim verәcәkdir?"
Bu fikri başından keçirib ildırım
çaxmış kimi uşağın üstünә
döşәnib ağladı vә sonra özünә
gәlib dedi:
"Yox! Balacığım, mәn sәni
gözümdәn iraq vermәrәm. Yox! Mәn nifrәt
etdiyim mәbuda qurban vermәrәm!"--deyib
hünәrlәndi, guya bir adam, ya bir qüvvә ona
ürәk verirdi, guya buna deyirdilәr: haqq sәn
tәrәfdәdir, de, söylә, bag?r!....
Sonra bir az fikrә gedib öz-özünә
dedi: "Bәs andım? Mәn qurana and içdim! Ah,
rәbbim! Ah, mәnim allahım! Mәnә yol
göstәr!" Uca
sәslә yenә uşağın üstünә
düşüb ağladı....
Әlbәttә, ana hamı
övladını bir gözdә görәr. Hamısı
bir qüvvәtdә, bir dәrәcәdә
cigәrparasıdır. Fәqәt balalardan zәifi,
hәmişә naxoş bala ana ürәyinin әn hissli
guşәsindә yer tapar....
Balaca Cәbi tәk olduğuna, hәmişә
dilsiz, ayaqsız, zәif olmağına cәhәt Gülbadamın
bütün vücudunu mәşğul etmişdi. Yuxusuz
gecәlәrmi, ya bir vücuda hәmişә
diqqәtini cәlb etmәkmi, yainki Cәbinin
mәzlumluğu, hәrәkәtsizliyi, istәdiyi
şeyi söylәmәyә imkanı
olmamağımı, bilmirәm. Fәqәt onu bilirәm
ki, Cәbiyә bağladığı mәhәbbәt
Gülbadamı bütün-bütünә
yandırırdı.
Mәşәdi Allahverәn dә,
әlbәttә, balasını sevirdi vә çox da
sevirdi: o da bütün-bütünә bunun uğrunda
yanırdı. Fәqәt ikisinin
mәhәbbәtindә bir az fәrq var idi.
Mәşәdi Allahverәn çalışırdı
ki, Cәbi tez ayaq tutsun, gәzsin, söylәsin, bir bunu
söysün, saqqalından tutsun, yolsun, sonra böyüyüb
dükanda otursun, sonra buna toy etsin vә daha ... nә ...
nә....
Әlbәttә, Gülbadam da bunları
istәyirdi. Fәqәt vaxt olurdu ki, Gülbadamın
başından bu da keçirdi: "Belә dә qalsa,
qalsın, tәki ölmәsin". Mәşәdi
isә deyirdi: "Xeyr, belә qalmağın nә
lәzzәti?"
VIII
"Allahu-әkbәr! Allahu-әkbәr!
Әşhәdu-әn la ilahә illәllah!...."
Sәhәr sübh vaxtı gün çıxmamış
tamam canlı şeylәr hәlә yuxuda ikәn
tәbiәtin sükut bir zamanında yarıoyanmış,
yarıyuxuda iraq bir minarәdәn bu sözlәr, bu
sәda sizә necә tәsir edir, bilmirәm,
fәqәt mәn sevirәm. Mәn
çalışıram bu sözlәri aşkar, aydın
eşidәm. Bilmirәm bu әzanın musiqisimi, ya bu
sözlәrin mәnasımı, yainki uşaqlıqdan
qulaqlarımın bu sözlәri adәt etmәyimi,
bilmirәm hankısı, fәqәt onu bilirәm ki,
bunda, bu sözlәr sübh vaxtı mәni bir qeyri
alәmә dәvәt edirlәr. Hәlә
cocuqkәn sözlәrin mәnasını
düşünmürdüm, yenә dә bu sözlәr
mәnim üçün tәsirsiz deyildi. O vaxt bunu
düşünürdüm ki, dua edirlәr. Fәqәt
nә deyirlәr,nә demәk istәyirlәr, bilmirdim.
Mәnasını bilәndәn sonra bu sözlәr
mәni daha artıcaq maraqlandırdı. "Allah
böyükdür. Şәhadәt verirәm ki, bir
allahdan başqa yoxdur qeyri-mәbud". Әcәba,
tәbiәtin belә bir sükut, gözәl vaxtında
allahın varlığına vә birliyinә
şәhadәt verәnlәr nә üçün
qeyri-mәbud gәrәkdir arasınlar? N... şәhәri müsәlman
şәhәridir; yәni üçdәn iki
hissәsi müsәlmandırlar. Mәscidlәri var, mәscidlәrinin uca
minarәlәri var. Bu uca minarәlәrdәn müәzzinlәr
sәhәr, günorta, axşam hamı bir ağız
gözәl sәslә deyirlәr:
"Şәhadәt veririk ki, bir allahdan başqa qeyri
mәbud yoxdur". Bunlar heç! Hәr bir müsәlman
özlüyündә namazdan müqәddәm bu
sözlәri deyib dә sonra namaza şüru edir....
Odur, Mәşәdi Allahverәn dә
sәhәr namazına durub bu sözlәri deyir, onun
qonşusu Hacı filan da bu sözlәri deyir, hamı bir
ağızdan şәhadәt verirlәr: bir allahdan
başqa qeyri mәbud yoxdur.
Әcәba,
nә üçün bunlar pirә
hazırlaşırlar?....
Hәtta bir çoxu namaz vaxtında bu sözlәri
deyә-deyә pirә getmәklәrini fikir edirdi.
Hәqiqәt, bu cümә pirә
hazırlaşan çox idi. Molla Cәfәrqulunun
qәflәtәn ölmәyi vә ölümü
barәsindә dürlü-dürlü xәbәrlәr,
danışıqlar çox adamı hәyәcana
gәtirmişdi. Bir çoxu da gedirdi ki, bu müxtәlif
xәbәrlәrin hansı biri
doğru olmağını bilsin.... Mәşәdi Allahverәn üçün
müxtәlif xәbәr yox idi. Bu, bildiyini bilirdi,
inanmışdı. Hәtta bu gecә yuxusunu da bir az
qarışdırmışdı vә sәhәr duranda
öz-özünә dedi: "Bәlkә işi
tәxirә salmaqdan yuxumu da qarışdırıram.
Gәrәkdi yuxu
gördüyüm
gecәsinin sәhәri uşağı apara
idim".
Gecә hәtta Gülbadamla
sözlәşdi, Gülbadam yenә razı olmurdu.
Mәşәdi ağzına gәlәn yamanı deyib
Gülbadamı döymәk dә istәdi. Haman bu
gecә cümәnin axşamı idi. Mәşәdi
Allahverәn çığırıb-bağırıb
sonra tez yuxuya getdi. Gülbadam isә xeyli vaxt oyaq qalıb
min-min fikirlәrә düşdü. Bilirdi ki, әri sabah
Cәbini aparıb pirә atacaqdır. Yenә
sәhәrdәn axşamadәk olsa, yaxşı. Lakin
әri yuxusunda bir gün-bir gecә görmüşdü.
Naçarlıqdan gündüzә davam etmәk olar,
bәs bu qaranlıq gecәdә, quru yerdә
işarә ilә su istәsә kim su verәcәkdir?
Yenә yuxuda olarsa, yaxşı. Bәlkә birdәn
ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirlәri
başından keçirib dә gahöz-özünә
deyirdi: "Yox! Gözüm görә-görә balamı
murdar bir yerә dәxil salmağa qoymaram. Nә olursa-olsun,
açıb tamam әhvalatı
söylәyәcәyәm....". Bu sözlәrdәn sonra
hәmişә qurana and içmәyi dә fikrinә
gәlәrdi.... Yenә
vicdansız Molla Cәfәrqulu sağ olsa idi, gizlin gedәrdi, yalvarardı ki,
bәlkә әrini bu fikirdәn
daşındırsın.... O da
öldü.... Ölmәyi
heç. Bunun ölmәyi pirin mәnәvi
cәhәtcә daha artıq şöhrәt
tapmağına sәbәb oldu. İndi bunun
sözlәrinә kim inanacaqdır? Bu fikirlәri
başından keçirib
ürәyi sıxılardı: zavallı gah hәzin-hәzin
yorğan altında ağlardı, gah birdәn yorğanı
üstündәn atıb durub oturardı vә
hәrdәnbir balasına baxıb ürәyi od tutub
yanardı. "Yox! Mәn sәni әlimdәn
buraxmaram.... Sәni diri-diri qәbrә qoymaram!...."
Yox! Bu sözlәri deyirdi.... Fәqәt müәyyәn
bir yol da tapa bilmirdi. Vaxt olur ki, belә bir halәtdә
insan әlacsız qalıb
özünü, bәxtini zәmanәyә,
keçinәcәyә tapşırır. Bilmirәm
nә yolla, fәqәt "bu iş baş tutmasın gәrәkdir"
deyib dә axırıncı dәqiqәni
gözlüyür....
Gülbadam da bu halәtdә, bu fikirdә ikәn
yuxuya getdi. Fәqәt çox da yatmadı.
Mәşәdi
Allahverәnin "allahu-әkbәr!" sәsi bunu
oyatdı.
Gulbadam bir söz dә söylәmәyib
getmәk üçün hazırlaşırdı.
Mәşәdi Allahverәn gecәki çovğundan
sonra bunun sözsüz
yığışmağını görüb
ürәkdәn şad oldu ki, arvadı da bunun fikrinә
şәrikdir, "davasız-qalmaqalsız" iş tamam
olacaqdır. Mәşәdi
Allahverәn hәtta dünәnki
hәrәkәtindәn bir az da xәcalәt
çәkirdi. Nә üçün Gülbadama elә
sözlәr dedi vә döymәk istәdi. Sonra
yenә öz-özünә deyirdi: "Xeyr, arvad
xeylağını xoş sözlә yola gәtirmәk
çәtindir. Gәrәkdir bir az
çığırmaq, bağırmaq vә hәtta
hәrdәnbir dә üzünü sillәyә
öyrәtmәk...." Bu fikirlәri başından
keçirәrkәn Gülbadamın gah bu yanına, gah o
yanına keçirdi, istәyirdi könlünü alsın, fәqәt
Gülbadam bir söz dә söylәmәyib lazım olan tәdarükü
görürdü. Әrinin sözlәrinә ancaq
"hә-yox" deyib tәlәsirdi....
Әcәba! Nә üçün bu
zavallı arvad istәmәdiyi bir vaqiәnin tez olmasına
tәlәsirdi? Gәrәk hәr dәqiqәnin,
hәr saatın
uzanmasına şad ola idi,
fәqәt, bilәks,bu tәlәsirdi....
Bu bir hәftәnin müddәtindә
daxili müharibә bunu büsbütün yormuşdu,
әzmişdi, tamam hiss damarlarını çaxnaşdırıb boşaltmışdı.
Bir elektrik qüvvәsi lazım idi ki, bu hiss
damarlarını birdәn-birә hәrәkәtә
gәtirsin.... Bәlkә Gülbadam
tәlәsirdi ki, bu halәtdәn tez xilas olsun!
Ürәyini ağır bir daş basırdı.
İstәyirdi biryolluq bu ağır
daşı atsın, çünki bu daşın
ağırlığına daha davam gәtirә
bilmәyirdi....
Nә isә, balasını
götürüb faytona mindi, әri dә
şad-xürrәm Cәbinin üzünә baxa-baxa fikir
edirdi: indi qucaqda gedirsәn, sabah
oynaya-oynaya gәlәcәksәn....
Yolda yenә pirә gedәnlәr bir-birini
çaparaq qovurdular. Bu dәfә hava isti deyildi.
Sübhdәn göyün üzünü qara buludlar
tutmuşdu.... Gәlib
çatdılar....
Ziyarәtә gәlәnlәr çox idi: korlar,
şillәr, dürlü-dürlü naxoşlar
hәlә dünәndәn gәlib dәxil düşmüşdülәr.
Hәqiqәt, Molla Cәfәrqulunun yoxluğu mәlum
olurdu....
Hamı sanki bir yasa batmışdı.
Kişilәr öz aralarında bir-birinә pirin
barәsindә söylәyirdilәr. Molla Tutu da
arvadların arasında istәdiyini işlәdirdi. Bu
dәfә qeyri kәnddәn gәlәn bir molla
meydanı boş görüb pirin
kәramәtlәrindәn söylәyirdi. Hamı:
arvad, uşaq, kişilәr qoz aqacının altına
yığılıb qulaq asırdılar. Molla Cәfәrqulunun
әhvalatını nәql edәn vaxt: "Allah
sәnә çox şükür!" deyib xalq
bir-birinә dәydi.
Çolaqlar, korlar, çaxotkalılar: "A
kişilәr, bircә qoyunuz bizi pirә yavuq gedәk"
deyib qoz ağacına tәrәf
sürünürdülәr. Bu hindә
Mәşәdi Allahverәn öz yuxusunu söylәdi
vә indi balasını sabaha kimi pirә dәxil
salmağını da elan etdi.
Bu әhvalat daha artıcaq xalqı tәrәnnümә
gәtirdi. "Allah sәnә çox
şükür!" sәdası daha da ucaldı....
Göy guruldayır idi, şimşәk
oynayır idi.... Mәşәdi Allahverәn arvadına
tәrәf gedib oğlunu anasından aldı. Gulbadam bir
söz dә söylәmәyib Cәbini verdi.
Fәqәt verәn vaxt Cәbi anasına baxdı....
Bu baxışda bir sirr vardı. Bilmәk
olmurdu nә sirrdir. Cәbi
hәmişә anasına baxardı, fәqәt
indiki baxışda bir atәş, bir elektrik qüvvәsi
vardır. Bu qeyri bir baxış idi. Guya anası bu
baxışda hiss etdi ki, dilsiz Cәbi istәyir desin:
"Anacığım! Sәn mәni
nifrәt etdiyin quru yerә nә üçün
buraxırsan?"
Gülbadam özünü itirib tam
bәdәni iztirabda ikәn, dizi üstә
çökdü, әllәrini yuxarı tutub dedi: "Ey
mәnim allahım! Mәnә bir qüvvәt ver ki,
ürәyimdәkini deyә bilim"....
Bu vaxt xalq bir-birinә keçdi. Arvadlar
hәyәcana gәldilәr. Dünәndәn bәri
dilsiz, heykәlә bәnzәr Gülbadam indi dәhşәtli,
yırtıcı bir şirә oxşayırdı.
Gözlәri parıldadı.... Bütün bәdәni
titrәyәrәk uca sәslә dedi:
"Mәn nifrәt etdiyim mәkandan balama
nicat gözlәmәyirәm!"
Bu sözlәrn dedikdә hamı bir
ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dәli
olubdur!
"Yox! Mәn dәli olmamışam,
fәqәt sizin dәli olmağınıza sәbәb
olmuşam."
"Yumsana bunun ağzını!"--deyib
Mәşәdi Allahverәnә tәrәf hamı
üz çöndәrdi.
Mәşәdi әlindә balası,
arvadın tәrәfinә hirsli gәlәrkәn,
Gülbadam sanki bir arslan olub dedi:--Gәlmә yavuq!
Mәn indi bu hindә bir
allahdan başqa kimsәni böyük bilmәyirәm.
Haman allahdır mәni indi
danışdıran. Kimsә mәnim ağzımı yuma
bilmәz. Bu vaxtadәk mәnim ağzımı yuman da haman allahın kәlamı idi. Namusumu tәmiz
saxlamaq üçün mәn hәnuz burada qurana and içdim
ki, o yatan bәdbәxtin
hiylәsini ölәnәdәk
söylәmәyim--әlini mollanın qәbrinә
uzadır--haman bu yerdә mәnim ismәtimә, namusuma
әl uzatdı. Mәn çığırdım,
qәşş etdim. Ayılandan sonra qurana and içdi ki,
mәnim namusuma әl uzatmasın, mәn dә qurana and
içdim ki, ölәnәdәk bunun hiylәsini
aşkar etmәyim....
Fәqәt çoban olmasaydı, bu pir dә
olmazdı.
Hamı bir-birinә baxıb heyran qaldılar.
Bu vaxt kişilәrin içindәn bir şәxs
ayrılıb әlindә böyük bir daş,
günbәzә tәrәf gәldi vә daşı
günbәzә vurub dağıtdı vә dedi:
"Bu torpaqlara әvvәlinci
üzünü sürtәn mәn olmuşam...." Bu vaxt Gülbadam uca sәslә
dedi:"Balamı mәnә veriniz! Veriniz balamı!"
Bütün bәdәni titrәyib yıxıldı,
qәşş etdi.
Arvadlar tab gәtirә bilmәyib
ağladılar, kişilәr başlarını yerә
dikdilәr....
Bilmәyirәm bu vaqiәdәn sonra bu mahalın müsәlmanları hәqiqi mәbudlarını tapdılarmı?