BALACA FELYETON

 

 

 

 

Keçmiş zamanda bir nәfәr şәxs bir gün öz bağında yetişmiş almalardan dәrib xanın hüzuruna gәtirir. İttifaqәn xan o gün divan qurmuş idi. Müqәssirlәr bir sәfdә durmuş müntәziri-hökm xan idilәr. Bu şәxs dәxi bilmәyib müqәssirlәr cәrgәsindә durdu. Birdәn xan bayıra çıxıb dedi: "Aparın bunları hәbsә salın...." Fәrraşlar müqәssirlәri yığıb bu şәxsi dәxi onlarla hәbsә saldılar. Bu minval zavallı kişi üç ay zindanda qaldı. Bir gün xan xörәk yeyәn vaxt yadına keçmişdә yediyi almalar vә nә tövr lәzzәtli olması düşdü. Dәrhal  soruşdu: "O mәnә bir neçә vaxt bundan qabaq alma gәtirәn kişiyә nә әnam verdiniz?" Xanın xidmәtkarı isә  dedi: "Onu hәbsә salmışıq". Xan: "Onu tez buraya gәtirin" dedi. Biçarәni zindandan çıxarıb xanın hüzuruna gәtirdilәr. Xan bir qәdәr şirinkarlıq edәndәn sonra dedi: "Mәndәn bir şey istә, sәnә bağışlayım". Kişi isә dedi: "Xan, qurbanın olum, buyurgilәn mәnә bir ip, bir quran vә bir balta gәtirsinlәr". Xan bir az gülüb dedi: "Bu şeylәri nә edirsәn?" O kişi dedi: "O balta ilә bağımda olan alma ağacını dibindәn vuracağam. O ip ilә bağlayıb şәhәrdәn aparıb kәnddә yandıracağam. O quranı da suya qoyub axırda o suda özümü vә uşaqlarımı çimdirib and içәcәyәm ki, bundan sonra bir dә xan vә bәy qapısına getmәsinlәr".