HӘFTӘ FӘRYADI
Müxbirlәrimizdәn biri idarәyә
kağız yazır. Hәmin kağızda cәnab
müxbir üzünü Borçalı
bәylәrinә, zәnginlәrinә tutub deyir:
"Ey gözәl Borçalının minlәrdәn
dәm vurub tәkәbbürlüklәrindәn
kimsәni tanımayan, özlәrini pişrov sayan
fitnәkar bәylәri, ağaları vә
qızıllı-gümüşlü kәndxudaları!
Haçana kimi insafdan kәnar olub ciblәrinizin xatirәsi
üçün özünüzü qәflәt uyğusuna
mәğlub edәcәksiniz? Fәqir-füqәra,
әlsiz-ayaqsız, heyvana bәnzәr
"çoban-çoluqlar"ımızı
oğurluğa, yol kәsmәyә, nahaq qan
tökmәyә vә qeyri pis-pis işlәrә iqva
edәcәksiniz? Tövrbәtövr hiylәlәr, mәkrlәr,
böhtanlar vә fitnәlәrlә başlarına döyüb,
min-min zәhmәtlә, cövrü-cәfa ilә
qazandıqları pulları әllәrindәn zülm
ilә alıb çöllәrdә
avara-sәrgәrdan qoyacaqsınız? Polisә
qulluqçuları ilә siğә qardaş olub
fәqir-füqәranın qan-tәri ilә
qazandığı pulu onların (polisә
qulluqçularının) uğrunda xәrc
edәcәksiniz? Nә vaxtadәk
eyşü-işrәtә mәşğul olub
mәclislәrdә quru-quru millәt tәrәqqisi
barәsindә "gap" edәcәksiniz. Bilmirsinizmi,
boş "gap" ilә plov olmaz: yağ, düyü
gәrәkdir? Haçan әtrafınıza nәzәr
yetirib hәmsayәlәrinizdәn ibrәt
götürәcәksiniz? Mәgәr bu axır vaxt әziz,
bәlakeş Qafqaz vәtәnimizdә vaqe olan nahaq
qanlı hadisәlәr, top, tüfәng bomba
sәslәri siz borçalıları
xabi-qәflәtdәn oyatmadımı? Dost-düşmәnlәrinizi
tanıdıb sizә yaxşı-yamanı bildirmәdimi?
Mәgәr qәzetәlәr verdiklәri
mәlumatlara nәzәr yetirib görmürsünüz,
eşitmirsinizmi ki, qeyri şәhәrlәrdә,
ölkәlәrdә sizin din qardaşlarınız
qeyrәtә gәlib tәrәqqi yolunda artıq
hümmәt, hәmiyyәt göstәrirlәr?".
Cәnab müxbir kağızını bu
sayaq yazıb Borçalı bәylәrini,
ağalarını, kәndxudalarını tәrәqqi
yoluna dәvәt edir, lakin Borçalı zәnginlәrinә
deyilmiş sözlәri biz cәnab müxbirә demәk
istәyiriz: "Әfәndim! Fikriniz әla,
niyyәtiniz daha ziyadә pәk gözәl!
Fәqәt "plov olmaq üçün
yağ, düyü gәrәkdir!".
"Görmәyirsiniz,eşitmәyirsinizmi ki, qeyri
şәhәrlәrdә, ölkәlәrdә sizin
din qardaşlarınız qeyrәtә gәlib
tәrәqqi yolunda artıq hümmәt, hәmiyyәt
göstәrirlәr...."
sözlәrilә Borçalı bәylәrini,
ağalarını
qeyrәtlәndirmәk olmayacaqdır.
İnsan meymun misal bir heyvandır, "gördüyünü
götürәr". Böyük Pyotr insanın bu
psixologiyasını pәk gözәl anlamışdı.
Bilirdi ki, Avropanın elm vә fәnndә tәrәqqi
etmәyi barәsindә quru sözlәr demәk, yazmaqla
bir şey olmayacaqdır. Gәrәk idi göstәrmәk,
bu mәqsәd ilә Peterburqu özünә paytaxt hesab
etdi. Oradan Avropaya "pәncәrә" açdı,
Rusiya millәti başlarını
pәncәrәdәn uzadıb Avropa millәtlәrinә
"baxdılar" onlarda olan "elmi vә fәnni"
yavaş-yavaş әxz etmәyә başladılar. [...]
Görürsünüz, müxbir әfәndim!
Ruslar boş, mәnasız sözlәr ilә meydana
çıxmadılar, "gördüklәrini
götürdülәr",özlәrini avropalılara
oxşatdılar.
İndi siz gözәl niyyәtlә meydana
gәlib Borçalı bәylәrini, ağalarını
tәrәqqi yoluna qoymaq istәyirsiiiz, biçarә
fәqir-füqәranı onların fitnәlәrindәn
xilas etmәyә çalışırsınız. Onlara
insaf nә olmağını bildirmәk istәyirsiniz,
fәqәt hansı yol ilә, kimin vә nәyin vasitәsi
ilә? Borçalı bәylәri, ağaları
insandırlar, bunlar gәrәk
görüb-götürsünlәr, sizin din
qardaşlarınız qeyri şәhәrlәrdә
hümmәt, hәmiyyәt göstәrirlәr deyib
dә keçmәk olmaz. Onlara müәyyәn yol
göstәrmәli, haman "qeyrәt, hümmәt,
hәmiyyәt" görünәn şәhәrlәrә
"pәncәrә" açmalı, tainki
görüb-götürsünlәr. Mәsәlәn,
mәn Borçalı bәylәrinә nәsihәt
verәn olsa idim, deyәrdim: cәnab bәylәr!
Gözünüzü açınız, qulaqlarınızdan
pambığı çıxarınız, görünüz,
eşidiniz, Bakı kimi "kasıb"
şәhәrdә sizin din qardaşlarınız
necә "qeyrәt, hümmәt, hәmiyyәt"
göstәrirlәr. Bakı camaatı elmin, fәnnin,
sәnәtin mәnfәәtini anlayıb qәt ediblәr ki,
hamı gәrәk uşaqlarını oxutsun, bu
sәbәbdәn Bakı gimnaziyalarında vә ibtidai
mәktәblәrindә "uşaqlara" yer yoxdur. Ona
görә müsәlman uşaqları üçün
tәzә gimnaziya, realnı uçiliş vә qeyri sәnәt
mәktәblәri
camaatın öz xәrcinә açılacaqdır.
Açılan mәktәblәr bәs
etmәmәyinә görә uşaqları
evlәrdә müәllim tutub oxudacaqlar. Müәllim
isә indi azdır, ona görә Qori seminariyasını
Bakıya köçürәcәklәr vә bir qeyri
seminariya, darülmüәllimin
açmaq üçün çox pul
yığılıbdır....
Camaat yetim uşaqları da öz xәrcinә oxudur!
Cәmiyyәti-xeyriyyәyә zәngin hacılar
"böyük kömәklik" edirlәr,
cәmiyyәti-xeyriyyәnin kassası "dolub",
böyük prosent götürmәyinә görә
cәmiyyәti-xeyriyyәnin pulunu banklar
götürmürlәr....
Şәhәrin küçәlәrindә bir
ayaqyalın arvad, bir başıaçıq yetim
tapılmır.... Korlar,
şillәr, qocalar üçün bir darülәcza
tikilir, kasıb, fәqir-füqәra üçün
azarxana "bu yavuqda" qurtaracaqdır.... Bakıda çıxan qәzetәlәr
camaata çatmır. Bir nömrәni on-iyirmi adam bir
yerә yığılıb oxuyur, qәzetәlәr
çox olmağa görә camaat adlarını unudurlar.
Hamı qәzetәlәrә "Kaspi" deyirlәr.
Adә, bir o müsәlman "Kaspi"sini gәtir oxuyum,
deyib qәzetәlәrin
üstә ac qurd kimi düşürlәr. Bunların
qәzetәlәrә olan hәvәsi siyasi
işlәrindә gözlәrinin
açılmağına sәbәb olur. Camaat,
xüsusәn müsәlman cavanları hürriyyәt
yolunda canlarını fәda etmәyә, qanlarından,
başlarından, var-yoxlarından keçmәyә
hazırlanırlar, kimyagәrlik, qiyam vә inqilab
kimyagәrliyi öyrәnirlәr. Bu sәnәti
tәhsil üçün Amerikaya qәdәr
axın-axın gedirlәr. Gedirlәr dә orada öz
icadkәrdәlәri olan bombalara
әvvәl-әvvәl özlәri qurban olurlar....
Camaatın gözü hürriyyәtin
yolundadır. Gündә Dumaya teleqramlar göndәrir,
"hürriyyәt, müsavat, әdalәt"
istәyiriz deyirlәr. Dövlәti özünә
düşmәn bilib Dumaya ümid bağlayıbdır. Ancaq
indi "anlayıbdır" ki, iki ilin әrzindә nahaq
yerә tökülәn qanlara sәbәb dövlәt
imiş....
O ki, qaldı şәhәr
işlәrinә, "tәrәqqi" daha ziyadә
aşkar olunur: Qosudarstvennı Duma şәhәr
Dumasını da qeyrәtә gәtiribdir.... Bağları,
sәfiyyәlәri, daçaları özlәrinә
haram edib gecә-gündüz şәhәrin
barәsindә "mәşvәrәt" edirlәr.
Çox söz lazım deyil, şәhәrin
işlәrinә bir balaca diqqәt etsәniz, Dumanın
qeyrәtini anlamaq olar: küçәlәr
mәrmәr kimi tozsuz-torpaqsız, gündә
iki-üç dәfә sulanır, suyun
"bolluğundan" ağaclar, otlar tәzәdәn
göyәrir.... Suyun
"bolluğundan" Mixaylovski "balnisәdә",
azarxanada naxoşları vanna gәrәk olmasa da
gündә "iki dәfә çimdirirlәr",
belә işlәr pulun gücü ilә olar. Pul sarıdan
şәhәr kassası xoşbәxtdir. Kassa
"dopdolu", qlasniyaların qeyrәti, hümmәti
"aşıb-daşıbdır". Belә olan
surәtdә şәhәr abad olmazmı?
Qaldı şәhәrdәn kәnar
promıslalarda, zavodlarda işlәyәn
fәhlәlәrin halı! Nә isә, axır vaxt
xozeyinlәr "insafa" gәlib fәhlәlәrinmәvaciblәrini
artırıblar....
Tәzә kazarmalar tikilir, hamamlar bina olunur.
Fәhlәlәr üçün qiraәtxanalar
açılır, uşaqlar üçün yeni kitablar bina
olunur.... Xülasә,
böyük bir dәstgahdır! Bakı camaatı,
"xüsusәn müsәlmanlar" birdәn-birә
ayılıbdır, belә "qeyrәt, hümmәt,
hәmiyyәt, müsavat, әdalәt" bu vaxtadәk
görünmәmişdi, bunları da bu yola qoyan
hürriyyәt olubdur. Bakı camaatı, "xüsusәn
müsәlmanlar", "azadәliyi"
"sevәnlәrdәnmişlәr",
"azadәlik" verilәli gecәlәr
"iş" görünmür. Hәr kim hәr kimi
öldürmәk istәsә, gündüz günorta
çağı bazarda vә ya bir qeyri
qәlәbәlik, tünlük yerdә aşkara
öldürә bilәr....
Oğurluq hәmçinin gecә olmur,
gündüzlәr olur....
Buyurunuz, müxbir әfәndim!
Borçalı bәylәrinin zülmündәn dad
çәkәn yoldaşımız!
Bәylәrinizә, ağalarınıza,
qızıllı, gümüşlü
kәndxudalarınıza nәsihәt edәndә
Bakını heç vaxt unutmayınız. Bakı Qafqazın
"gözü" hesab olunur. Buraya böyük ümidlәr
bağlanır idi vә bağlanır.... Burada olan "tәrәqqini"
görüb bilsәydiniz, yәqin ki, Borçalı
bәylәrinә "üstüörtülü"
qeyri şәhәrlәrdә din
qardaşlarımızın "tәrәqqi"sindәn
söylәmәzdiniz, aşkara deyәrdiniz: ay
Borçalı bәylәri, baxınız Bakı
müsәlmanlarına, "ibrәt" ediniz.
Ola bilsin ki, Bakı borçalılara
uzaqdır, әllәri çatmır.
"tәrәqqi"nin әsәrini
görmürlәr, hiss etmirlәr....
Belә olan surәtdә onlar Tiflis
camaatının, xüsusәn oradakı
müsәlmanların hümmәt vә
hәmiyyәtlәrinә diqqәt etmәlidirlәr.
Orada da fәna işlәr görünmür. Tiflis
müsәlmanları ittifaq edib qәt ediblәr ki,
ermәni-müsәlman hadisәsindәn sonra
şәhәrlәrә, kәndlәrә
başaçıq, ayaqyalın yetimlәri ilә qaçan
sahibsiz arvadları vәtәnlәrinә qaytarsınlar.
Bunların "qeyrәti" qәbul etmir ki, sahibsiz
arvadlar, ya әllәrindәn var-yoxu gedәn
kişilәr qeyri şәhәrlәrdә,
kәndlәrdә qalıb dilәnçilik etsinlәr.
Bunların "insafı" rәva görmür ki, Tiflis kimi
şәhәri atıb qeyri yerlәri özlәrinә
vәtәn etsinlәr....
Bәli, bu barәdә böyük
mәclislәr qurulur, gecә vә gündüz
mәslәhәt olunur; talan olmuş vәtәndәn
sәrgәrdan düşmüş
vәtәndaşlarına nә tövr kömәk
etmәk mәsәlәsi hal-hazırda müzakirә
olunur.... Ruhanilәrimiz bu
mәsәlәni ruhanilәrә dair
mәsәlәlәrdәn baş bilib öz
mәclislәrini pozurlar, indi buna mәşğuldurlar....
Borçalılara "ibrәt" üçün
bu da az olsa, Gәncәni göstәrmәk olar.
Әhli-Gәncә duxovnı seminariya açmaqda böyük bir
"qeyrәt" göstәriblәr. Bir ayın
әrzindә bir "milyon" pul yığıb
"mәscid hücrәlәri"ndәn bir
"böyük imarәt" tikdirirlәr.... Yerin bolluğuna vә pulun
çoxluğuna görә haman yerdә "duxovnı
akademiya" üçün dә imarәt tikmәk
fikrindәdirlәr....
Xülasә, nerәyә
baxırsınız, ürәyinizә
"fәrәh" gәtirәn әmәllәr
görünür.... Belә
qәlbimizi şadlandıran, bizә ürәk verәn
"qeyrәtimizi", "hümmәtimizi",
"hәmiyyәtimizi" artıran şey birmi, ikimi,
üçmü? Hankı şәhәrә baxsanız,
müsәlmanlar böyük "tәrәqqidә",
böyük "sәadәtdә" bulunurlar.
Lakin Borçalı bәylәri,
ağaları kimi qeyri-ölkәlәrdә
xabi-qәflәtdә qalanlara tәәccüb
etmәlidir! Nә әcәb bunlar qeyri şәhәrlәrdә
din qardaşlarının hümmәtini görüb, ya
eşidib hümmәtә gәlmәyiblәr?....
Yoxsa görüblәr, eşidiblәr....
Ruslar Avropanın mәdәniyyәtini
"anlayan" kimi bunlar da "millәtpәrәst"
nә olmağını anlayıblar.
"Millәtpәrәst" olublar.... Yağsız, düyüsüz plov
bişirmәk istәyirlәr.... "Şәksiz,
gördüklәrini götürüblәr....".
Xeyr, әfәndim! Meymun xasiyyәtini insandan
almaq olmaz, Bu bir tәbii şeydir.
İnsan özünü nahaq yerә
çәtinә salmaz. Bir şeydә, ya bir işdә
mәxsusi mәnfәәtin olmadı, nә
lazımdır onun künhünә getmәk. İndi
hamı özünә "millәtpәrәst"
deyir. Ah, nә olar! Borçalı bәylәri
özlәrinә "millәtpәrәst"
deyәndә böyükmü şey olar.... Hal-hazırda
bu, moda hökmündә olubdur.
Cәnab Qoremıkin dә özünә
"millәtpәrәst",
"vәtәnpәrәst" deyib kәndlilәri
acından qırır, tәqsirsizlәri qazamatlarda aylarla
saxlayıb onlara ağlagәlmәyәn әziyyәti
verdirir. "Millәtpәrәstlik",
"vәtәnpәrәstlik heysiyyatı" daha
ziyadә artırsa, "patriotlar" biçarә
cühudların evlәrini talan etdirirlәr,
kişilәrini, arvadlarını qırdırıb
uşaqlarını yetim qoyurlar; biçarә
müsәlman ilә ermәnilәri bir-birilә
vuruşdurub Qafqazın torpağını nahaq qana boğar
vә ortaya bir Komissarov deyil, yüzlәrlә komissarovlar
çıxardıb Peterburqun gizli, qara vә qaranlıq bir
guşәsindәn deyirlәr ki:
"Qәtl vә qarәtlәr bizim
әlimizdәdir, onları qayıran bizik: istәrsәk
on kişilik, istәrsәk on min kişilik qәtl vә
qarәt tәrtib edәriz"....
Әfәndim, "tarixi" olan bu sözlәr
vәtәnpәrәstliyin әn uca
mәrtәbәsidir! Siz dә bu cürmü vәtәnpәrәstlik,
millәtpәrәstlik istәyirsiniz?