Əli Məmmədov

 Rusiyanın Qafqaz siyasətində erməni amili

 I Pyoturun dövründə formalaşmağa başlayan rus-erməni münasibətləri hər iki tərəfin ayrılıqda güdülən məqsədlərindən irəli gəlirdi. Rusiya Qafqazda olan marağını reallaşdırmaq üçün yalnız bu yerlərə ekspedisiyalar və simsarlar göndərməklə kifayətlənə bilməzdi. Eyni zamanda işğal etmək istədiyi torpaqlarda din, əqidə e'tibarilə simsar olanlardan oraya köçürmək yolu ilə özünə ictimai dayaqlar yaradırdı. 

Məhz Qafqazın istilasını həyata keçirməkdə Rusiya ilk öncə İran və Türkiyədən köçürülən ermənilərin orada yerləşdirilməsi xüsusi diqqət və qayğı göstərirdi.

Heç vaxt Qafqazın oturaq əhalisi olmayan və burada milli quruma malik olmayan ermənilər zaman-zaman Ön və Kiçik Asiya, Yunanıstanda məskunlaşa bildikləri üçün Qafqaza göz dikmişlər. Bu işdə bir çox Avropa dövlət başçılarına vaxtaşırı müraciətləri nəticəsiz olmuşdur. Əzəli mənfur məqsədlərə özgə xalqların torpaqlarına can atan bu gəzəri ermənilər Rusiya dövlətinin himayəsi altında getgedə istəklərinə nail oldular.

Hətta ilk rus imperatoru I Pyotr ermənilər haqqında 1724-cü ilin oktyabrında gələcəkdə bunlar üçün böyük əhəmiyyət kəsb edəcək dövlət fərmanı da vermişdi. Təbii olaraq I Pyotrın ermənilərlə bağlı tədbirləri onun xələfləri tərəfindən həyata keçirilməyə başladı.

Məlumdur ki, I Pyotr Bakıya general Matyuşkinə və briqadir Levaşevə göndərdiyi fərmanda hər vasitələrlə erməniləri və başqa xristianları Rusiya qoşunlarının tutdunları Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa əlverişli yerlərə köçürmək, onları nəvazişlə qəbul etmək, onlara yaxşı yerlərdə münasib torpaqlar ayırmaq, yaşayış yerlərində olan boş evləri və avadanlıqları onlara verməyi tövsiyyə etmişdir. Əgər onlara pis münasibət və düşmənçilik göstərən müsəlmanlar olaraq onları qovub rədd etmək tapşırığı vermişdir.

Çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mərkəzində XIX əsrin əvvəllərində Türkiyə və İran ərazisindən ermənilərin Qafqaza, xüsusilə də Qərbi Azərbayacana, Gəncə quberniyasına Qarabağla, Şamaxıya köçürülməsi dururdu. Bununla əlaqədar Rusiyanın İrandakı o zamankı səfiri A.Qriboyedovun çara göndərdiyi məktubu da əvvəlcədən düşünülmüş planın tərkib hissəsindən özgə bir şey deyildir.

Rus müəlliflərindən V.A.Veliçkonun, S.N.Qlinkanın XX əsrin əvvəllərində Ərzurumda Rusiyanın baş konsulu general Mayevski və N.N.Şavrovanın Azərbaycana köçürülməsi barədə rəsmi məlumatları tutarlı və təzkib edilməzdir.

N.N.Şavrova qeyd edir ki, 1826-1828-ci illər müharibəsi qurtardıqdan iki il sonra Zaqafqaziyada 40000 fars və 84000 türk ermənisini ən yaxşı dövlət torpaqlarında Gəncə və İrəvan quberniyalarında yerləşdirdi.

Onların yerləşdirilməsi üçün 200000 desyatin dövlət torpaqları alınmışdır. Eyni zamanda köçürülənlərin Yelizavetpol quberniyasının dağlıq hissəsinə və Göyçə gölü sahillərinə yerləşdiyi göstərilirdi.

Rəsmi köçürülən 124000 ermənidən əlavə qeyri-rəsmi köçənlərin də olduğu qeyd edilməklə, ümumi köçürülənlərin sayını 200000 nəfərdən çox olduğu bildirilirdi.

1853-56-cı il müharibəsindən sonra da ermənilərin köçürüldüyü deyilir. Kiçik Asiya yarımadasından 1864-cü ildən 1876-cı ilə qədər köçürülən erməni və yunanların Qara dəniz sahillərində yerləşməsi məlumatlaşdırılır.

1877-79-cu illər Rus-Türk müharibəsi nəticəsində 50000 erməni buraya köçürüldüyü və bundan başqa general Terquqasovun Sürməli qəzasına 35000 Türkiyə ermənisinin yerləşdiyi bildirilir.

1897-ci ildə buraya baş canişin təyin edilmiş knyaz Q.S.Qalisinanın 1894-cü ildə artıq ölkəyə 90000 erməninin gəldiyini göstərirdi. 

Nəzərə alsaq ki, 1907-cı ildə Zaqafqaziya əhalisinin ümumi sayı 6318000 nəfər olmuşdu. Bunun 1300 mini erməni idi və bunlardan da 1000000 köçürülən ermənilər olmuşdu. Bəs onda özünü dünyaya ''Əzabkeş'', ''zavallı'' xalq kimi təqdim edən ermənilər tarixən Qarabağa və indiki Ermənistan adlanan yerə gəlmək olduqlarını niyə danışırlar.

Həmin torpaqlardakı bu gün milli quruma malikdirlərsə, deməli onların qədim Azərbaycan torpaqlarında yerləşdirilməsinin səbəbkarı və himayədarı olan ruslara borcludurlar.

Ermənilərin Azərbaycana uzaq, yaxın ellərdən köçüb gəlməsi prosesi (rus qəyyumluğu sayəsində) XX əsrdə də davam etmişdir. Xüsusilə də Azərbaycanda neft sənayesinin gur inkişafı və bolşevik-daşnaq birləşmələrinin yürütdüyü antiazərbaycan siyasəti buna əlverişli şərait yaratmışdı. 

İki əsrdən artıq bir vaxtdır ki, Rusiyanın Qafqazda öz müstəmləkə əsarətini, imperiya təkəbbürlərini qoruyub saxlamaq üçün heç yerdə analoqu olmayan erməni amilindən kifayət qədər bəhrələnir. Əks tərəf, yə'ni ermənilərdə istədiklərinə nail olub, Qafqazda özgə torpaqlar hesabına ''Öz dövlətlərini'' yaradıblar.

Çar Rusiyası dövründən başlayan Rusiyanın Qafqazdakı bu iyrənc və buranın aborigen xalqlarına fəlakət nəsib etmiş siyasəti, sovet rejimi tərəfindən davam etdirilmiş. Bu gün də Rusiya federasiyası tərəfindən ermənilərə 1 milyard ABŞ dolları həcmində bir neçə il ərzində təmənnasız müasir hərbi silahla bəxş etməklə bu təcavüzkar cırtdan Ermənistana hərbi havadarlıq etməklə regionun yeni müstəqil dövlətlərinin inkişafına əngəl törəmir.