Dağlıq Qarabağ probleminin ideya siyasi aspektləri
1. Dağlıq Qarabağ probleminin ideya siyasi aspektlərinin öyrənilməsi müasir Azərbaycan cəmiyyəti üçün müstəsna əhəmiyyətə malikdir. Əvvəla, ona görə ki, Azərbaycan cəmiyyəti polietnik tərkibə malikdir və daim bu kimi problemlərlə üzləşə bilər; ikincisi, bu problem milli – regional səviyyəni aşaraq qloballaşmışdır və onun həlli artıq beynəlxalq təşkilatların və dünya ölkələrinin işə qarışması nəticəsində mümkün ola bilər; üçüncüsü, bu sahədə fəaliyyət göstərən erməni təbliğatı azərbaycanlıların timsalında erməni xalqına qarşı düşmən obrazının yaradılmasına qismən də olsa nail olmuşlar; dördüncüsü, problemin öyrənilməsi gələcək elmi tədqiqatlar və siyasi ideoloji fəaliyyət üçün gərəkli ola bilər.
2. Dağlıq Qarabağda baş vermiş erməni – azərbaycanlı münaqişəsində erməni tərəfi aşağıdakı ideoloji üsullardan, vasitə və metodlardan istifadə etməyə səy göstərir; Nə sülh, nə də müharibə” şəraitindən istifadə edən erməni siyasətçiləri və ideoloqları vəziyyəti elə qələmə vermək istəyirlər ki, onlar tərəfindən işğal edilmiş ərazilər guya daimi olaraq onların ixtiyarlarına verilmişdir və bu sahə artıq müzakirə obyekti ola bilməz.
3. Ermənilər ideoloji işi elə bir istiqamətə yönəldirlər ki, onun qayəsini “əzəli erməni torpaqları olmuş Gəncə, Şamaxı, Naxçıvan və b.” Azərbaycan şəhərlərinin “azad edilməsi” təşkil edir. Daha döğrusu azərbaycanlılara qarşı müharibə başlanacağı təqdirdə bu plan ermənilərin strateji xətti hərəkətinin əsasını təşkil etməlidir.
4. Erməni ideoloqları müvəqqəti hərbi üstünlüklərdən istifadə edərək, erməni əhalisində müharibə və hücum psixologiyasını saxlamaq, azərbaycanlılara isə müdafiə olunmaq və yeri gələrsə qaçmaq psixologiyasını aşılamaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə səy göstərirlər.
5. Erməni siyasətçiləri, hətta parlamentariləri revanşizm əhvali-ruhiyyəsini qızışdıraraq 1915-ci ildə ermənilərin Osmanlı imperiyasındakı “genosidinin” əvəzini azərbaycanlılardan çıxmağa çağırır, azərbaycanlıların da bu işdə məsuliyyət daşıdıqlarını əsaslandırmağa çalışırlar.
6. Azərbaycan torpaqlarının daim işğala məruz qalmasını əsaslandırmaq məqsədilə Azərbaycan “şərti respublika”, onun sərhədləri isə “ şərti sərhədlər” elan olunur, ermənilərin bu şərti sərhədləri daim pozmağa hüquqi əsasları olduğu fikri aşılanır.
7. Erməni - azərbaycanlı münaqişəsinin həqiqi mənası pərdələnir, onun kökündə “Böyük Ermənistan” ideyasının dayandığı gizlədilir və məsələ islam-xristian qarşıdurması səviyyəsində təhlil olunur.
8. Erməni ideologyasının bir qolunu da Qarabağ ərazisində tarixi-mənəvi dəyərlərin, abidələrin, maddi və mənəvi mədəniyyət nümunələrinin “özəlləşdirilməsi”, onların azərbay–canlıların tarixi qan yaddaşından özkələşdirilməsi siyasətinin yeridilməsi təşkil edir.
9. “Ümumi dövlət” ideyasının irəli sürülməsi ilə onlar problemin həllini düyünə salmaq və dünya ictimaiyyətini azdırmaq, problemin həllində ermənilərin guya konstruktiv, azər–baycanlıların isə destruktiv rol oynadıqlarını ideyanı təlqin edən ictimai şüura aşılamaq siyasətini yeridirlər.
10. Belə ideoloji hiylələrdən birini də guya azərbaycanlıların ermənilərə nisbətən qeyri-sivil, qeyri-mədəni bir xalq olduğu fikrinin aşılanması cəhdləri təşkil edir. Yəni bu xalqla ermənilərin birlikdə yaşaya bilməsi qeyri-mümkündür.
11. Erməni ideoloqları və siyasətçiləri biz sadalamadığımızdan xeyli çox digər üsul və vasitələrdən də istifadə edirlər. Onlar bu yolda yeri gəldikcə qeyri-insani, qeyri-əxlaqi aksiyalara da əl atırlar.
12. Problemin həlli, hər şeydən əvvəl erməni – Azərbaycan tərəflərinin və eləcə də regiona “daimi qeydiyyati” olan və olacaq ölkələrin: Rusiya, Türkiyə, İran, ABŞ və Avropa Şurası ölkələrinin birgə səyi ilə həyata keçirilməlidir. Çünki, dediyimiz kimi, erməni siyasətçilərinin və ideoloqlarının əli ilə bu problem artıq regional səviyyəni aşaraq beynəlxalq bir problemə çevrilmişdir.