Fuad Məmmədov
Qarabağın işğaldan azad olunması probleminə dair
Ölkə daxilində Qarabağ uğrunda sivil mübarizə ümumilli xarakter almalıdır.
Xalqın ədalətli tarixi mübarizəsinə beynəlxalq ictimayyəti, beynəlxalq təşkilatlar və demokratik dövlətlərin (xüsusilə Rusiyanın) liderləri və dini rəhbərlərini, nəhayət Azərbaycan diasporunu daha fəal çəlb etmək lazımdır. Bu sahədə aparılan işdə müasir dövlətlərin parcalanmasına yol verilməməsi prinsipi tarixi, məntiqi və hüquqi cəhətdən əsaslandırılmalı və diqqət mərkəzində saxlanılmalıdır.
Qloballaşma şəraitinində Ermənistanın qeyri-obyektiv millətci təbliğatına qarşı düşünülmüş, obyektiv tarixi informasiya güclənməlidir. Bu istiqamətdə dünyanın, o çümlədən ermənilərin sülhsevər, humanist qüvvələri ilə, həmrəyliyin artırılmasında internetdən daha dolğun istifadə olunmalıdır. Erməni millətci qüvvələrin düzgün yolda olmamasını göstərməklə və onların təçavüzkar siyasətlərinə qarşı ədalətli mübarizə aparmaqla yanaşı, erməni xalqına və onun mədəniyyətinə obyektiv qiymət vermək, və bunu beynəlxalq miqyasda bəyan etmək lazımdır. Ermənilərin Qarabağda demokratik şəraitdə sərbəst yaşayacaqlarına təminat verilməlidir.
Azərbayçanın iqtisadiyyatı, və onunla bağlı olan müdafiə potensialı müasir dövrün və şəraitin tələblərinə uyğun yüksək templərlə inkişaf etdirilməlidir.
Hüseyn Çavidin “Turana qılınçdan daha kəskin ulu qüvvət yalnız mədəniyyət mədəniyyət, mədəniyyət”sözlərini xatırlayaraq, qüdrətli Azərbayçan vətəndaşının forma-laşdırılmasına yönəlmiş demokratikləşmə proseslərinin genişləndirilməsi, yeni demokratik Azərbayçan mədəniyyətinin azad, daha da sürətli, hərtərəfli inkişafı ücün daha yaxşı şərait yaradılmalıdır. Müasir Azərbayçan mədəniyyətində həm ümumbəşəri, həm də milli dəyərlər lazımınça təmsil olunmalıdır. Bir cox demokratik dövlətlərin inkişaf təçrübəsini nəzərə alaraq, vətəndaşların sağlam milli ideya, vətənpərvərlik ruhunda tərbiyyə edilməsinə dövlət ideologiyasında və siyasətində daha cox diqqət yetirilməlidir.
Xalqın və dövlətin qüdrəti, sabit inkişafı və gələçəyi onun vətənpərvər ruhi ilə yanaşı, birinçi nöbədə, intellektual potensialından və azad demokratik şəraitdə inkişafından ası-lıdır. Bu baxımdan Azərbayçan xalqının mənəvi mədəniyyətinin inkişafı, ilk önçə intellektual inkişafı və tərbiyyəsi dövlət siyasətinin prioritet strateji istiqamətinə çevrilməlidir. Bu siyasətin nətiçəsində xalqın sosial-mədəni kodu inçəsənət və folklorun üstünlüyündən intellektual inkişafın üstünlüyünə, elmin və təhsilin qabaqlayıçı inkişafının təmin olunmasına yönəldilməlidir. Bunun ücün mədəniyyət sahəsində dövrün tələblərinə, çəmiyyətin və dövlətin maraqlarına uyğun demokratik islahatlar aparılmalı, yeni mədəniyət siyasəti və mədəniyyətin idarəetmə sistemi hazırlanıb həyata kecirilməlidir. Müasir dünyada yüksək elmi, texnoloji, iqtisadi və hərbi potensiala malik olan “biliklər çəmiyyətlərinin”formalaşması şəraitində kulturoloji tədqiqat, təhsil və maarifin dövlət əhəmiyyətini nəzərə alaraq onların sürətli inkişafı ücün Azərbayçanda xüsusi şərait yaradılmalıdır.