Lətifə Həsənova 

Dağliq Qarabağ Muxtar Vilayətinin əhalisi (XX yüzilliyin ikinci yarısı) 

Son 200 il ərzində Qarabağın tarixində baş vermiş keşməkeşli hərbi-siyasi hadisələr onun demoqrafik qurluşuna da təsir göstərmişdir. Keçən əsrin 80-ci illərinin sonunda Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı, ermənilərin keçmiş sovetlər birliyində və dünyada, öz hərəkətlərinə haqq qazandırmaq üçün istfiadə etdikləri arqumentlərdən biri də, guya Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində, DQMV-nin ümumi əhalisi içərisində ermənilərin payının aşağı düşməsidir. Lakin vilayət əhalisinin demokrafik göstəricilərinin təhlili bu fikrin həqiqətə uyğun olmadığını sübut edir. Məsələyə aydınlıq gətirmək üçün müharibədən sonrakı dövrdə DQMV-i əhalisinin milli tərkibini nəzərdən keçirək. Rəsmi statistikada əhalinin milli tərkibi, yalnız siyahıyaalma materiallarında öz əksini tapdığından biz onlara müraciət edirik

Dağlıq Qarabağ Muxtar vilayətinin əhalisi (min nəfərlə)

Milli tərkib               1959              1970             1979                1989

                                mütləq %       mütləq %       mütləq %          mütləq %

Azərbaycanlılar       18,0/13,8       27,2/18,1     37,2/23,0        40,6/21,2

Ermənilər                10,0/84,4       121,1/80,5     123,1/75,9      145,4/77,0

Digər xalqlar           2,4/1,8             2,0/1,4         1,8/ 1,1           3,0/1,6

Cəmi:                      130,4/100   150,3/100       162,2/100        189/100

Göründüyü kimi, DQMV-nin milli tərkibində azərbaycanlıların payı 18,0 mindən və ya 13,8%-dən, 1970-ci ildə 27,2 minə və ya 18,1%-ə, 1979-cu ildə isə 37,2 minə – 23,0%-ə çatmışdır. Başqa sözlə, vilayət əhalisi içərisində Azərbaycan türklərinin sayı 1959-1979-cu illərdə 2 dəfədən çox artmışdı. 1989-cu il siyahıya alması zamanı vilayətin əhalisi içərisində azərbaycanlıların sayı artaraq mütləq rəqəmlə 40,6 min nəfərə çatmışdı. Lakin, rəqəmləri diqqətlə nəzərdən keçirdikdə azərbaycanlı əhalinin artımında mənfi meyllər özünü büruzə verir. Belə ki, əgər vilayət əhalisi içərisində azərbaycanlıların sayı 1970-1979-cu illər arasında, mütləq rəqəmlə, 10 min nəfər artmışdırsa, 1979-1989-cu illərdə bu artım 3,4 min nəfərə enmişdi. Başqa sözlə, vilayət əhalisi içərisində azərbaycanlıların xüsusi çəkisi, 10 il ərzində, 23%-dən 21,2%-ə enmişdi.

1959, 1970, 1979-cu il siyahıya almaları dövründə vilayətdə yaşayan ermənilərin miqdarı 110 mindən 123,1 minə çatsa da xüsusi çəki etibarilə aşağı düşür. Yəni, ermənilər 1959-cu ildə vilayət əhalisinin 84,4, 1970-ci ildə 80,5, 1979-cu ildə isə 75,9%-ni təşkil edirdilər. Lakin birmənalı şəkildə göstərmək lazımdır ki, vilayət əhalisi içərisində ermənilərin xüsusi çəkisinin aşağı düşməsi, onların təbliğ etdiyi kimi, əhalinin tərkibinin məqsədyönlü miqrasiya hesabına dəyişdirilməsi siyasətilə deyil, doğumun aşağı səviyyədə olması il bağlı idi. Belə ki, 1959-cu ildə hər 1000 erməniyə düşən doğulan uşaqların sayı 34,4, 1970-ci ildə 17,5; 1979-cu ildə isə 17,2 nəfər olmuşdu ki, bu da azərbaycanlılarda olduğundan xeyli aşağı idi. Vilayətdə Azərbaycan türklərinin sayının artmasının başlıca mənbəyi məhz onlar içərisində təbii təkrar istehsalın yüksək olması idi. Digər tərəfdən, erməni əhalisinin miqrasiyaya meylli olması da bu prosesə xeyli təsir göstərmişdi.

1979-cu ildən 1989-cu il siyahıyaalmasınadək ermənilərin sayı 123,1 mindən 145,4 min nəfərə çatır və ya 22,3 min nəfər artır ki, bu da əvvəldki on ildəkindən 2 min nəfər çox idi. Nəticədə, DQMV-i əhalisi tərkibində ermənilərin xüsusi çəkisi 75,9%-dən 77%-dək yüksəlir. Bu Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı vilayətdə yeridilən antiazərbaycanlı siyasətinin təzahürü idi.

Başqa demoqrafik göstəricilərə: əhalinin hər 1000 nəfərinə düşən ölüm hallarının, ali və orta ixtisas təhsilli kadrların və uzunömürlülərin sayına və s. görə də DQMV-nin əhalisi ümumrespublika və Naxçıvan MSSR-in demoqrafik göstəricilərindən yaxşı idi.

onların təbliğ etdiyi kimi, əhalinin tərkibinin məqsədyönlü miqrasiya hesabına dəyişdirilməsi siyasətilə deyil, doğumun aşağı səviyyədə olması il bağlı idi. Belə ki, 1959-cu ildə hər 1000 erməniyə düşən doğulan uşaqların sayı 34,4, 1970-ci ildə 17,5; 1979-cu ildə isə 17,2 nəfər olmuşdu ki, bu da azərbaycanlılarda olduğundan xeyli aşağı idi. Vilayətdə Azərbaycan türklərinin sayının artmasının başlıca mənbəyi məhz onlar içərisində təbii təkrar istehsalın yüksək olması idi. Digər tərəfdən, erməni əhalisinin miqrasiyaya meylli olması da bu prosesə xeyli təsir göstərmişdi.

1979-cu ildən 1989-cu il siyahıyaalmasınadək ermənilərin sayı 123,1 mindən 145,4 min nəfərə çatır və ya 22,3 min nəfər artır ki, bu da əvvəldki on ildəkindən 2 min nəfər çox idi. Nəticədə, DQMV-i əhalisi tərkibində ermənilərin xüsusi çəkisi 75,9%-dən 77%-dək yüksəlir. Bu Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı vilayətdə yeridilən antiazərbaycanlı siyasətinin təzahürü idi.

Başqa demoqrafik göstəricilərə: əhalinin hər 1000 nəfərinə düşən ölüm hallarının, ali və orta ixtisas təhsilli kadrların və uzunömürlülərin sayına və s. görə də DQMV-nin əhalisi ümumrespublika və Naxçıvan MSSR-in demoqrafik göstəricilərindən yaxşı idi.