Musa Qasımov
İkinci Dünya
müharibəsindən sonrakı ilk illərdə
Ermənistanın Azərbaycana ərazi iddiaları
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları irəli sürməsi və bunun nəticələri tarixşünaslığımızda ayrıca tədqiqat obyekti olmamışdır;
· müharibə başa çatdıqdan az sonra beynəlxalq münaqişələrdə və Birləşmiş Millətlər Təşkilatında Güney Azərbaycan məsələsinin müzakirə edildiyi zaman erməni təşkilatları bir neçə istiqamətdə fəaliyyətə başladılar. Onlar Türkiyəyə ərazi iddiaları irəli sürdülər. Lakin bu iddialar puça çıxdıqda Azərbaycandan Dağlıq Qarabağı tələb etməyə başladılar. Ermənistan KP MK-nın katibi Arutunov ÜİK(b)P MK-ya məktub yazaraq, Dağlıq Qarabağ Vilayətinin Ermənistana birləşdirilməsi məsələsinə baxmağı təklif etdi. Bu barədə ÜİK(b)P MK katibi Malenkov 1945-ci il 28 noyabr tarixdə Azərbaycan KP MK katibi Bağırova məktub yazdı. Bağırov 1945-ci il 10 dekabr tarixli 330 N-li cavab məktubu ilə bu iddiaları rədd edərək özünün əks təkliflərini irəli sürdü. Lakin sovet rəhbərliyi erməni rəsmi dairələrini avantürasının əleyhinə çıxdı. Belə olduqda erməni dairələri xaricdəki ermənilərin Ermənistana köçürülməsini tələb etməyə başladılar. Köçürülən ermənilərin yerləşdirmək üçün Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar Sovet hakimiyyətinin qərarlarına uyğun olaraq Azərbaycana deportasiya edildilər.
· məruzədə yuxarıda göstərilən problemlər, Azərbaycan Dövlət Təhlükəsizliyi naziri Yemelyanovun 1946-cı il 24 avqust tarixli “DQMV–nin erməni ziyalılarının bəzi hissələri arasında mənfi əhval-ruhiyyə haqqında arayışı” və digər məsələlər arxiv materialları əsasında təhlil ediləcəkdir.