Nazir Əsədov
Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı
Dağlıq Qarabağ Muxtar Vilayəti 7 iyun 1923-cü ildə yaradılıb. Kiçik Qafqazın cənub-şərq hissəsində 4,4 min kvadrat kilometr ərazini əhatə edir. 1979-cu ildə vilayətdə 162,2 min nəfər olmuşdur ki, bunun da 123 min nəfəri erməni, 37,5 min nəfəri azərbaycanlı olmuşdur.
Vilayətin iqtisadiyyatı əsasən kənd təsərrüvatının üzümçülük, baramaçılıq və maldarlıq, sənayesi isə elektrotexnika, maşınqayırma, toxuculuq, ağac e'malı, mebel qayırma üzrə ixtisaslaşmışdı. Ümumi respublikada istehsal edilən elektrotexnika məhsullarının 5,7 faizi məz burada istehsal edilirdi Vilayətdə sənaye məhsulların istehsalının illik artımı bir qayda olaraq respublikanın göstəricisindən yüksək olurdu. 1981-ci ildə ümumi məhsulun illik artım həcmi 7% artdığı halda vilayət üzrə bu rəqəm 8,3% olmuşdur. Bu üstünlük əvvəlki və sonrakı işlərdə də olmuşdur.
80-cı illərin ortalarında mədəniyyətin bütün sahələri yüksək inkişaf mərhələsində idi. Burada pedaqoji institut, kənd təsərrüvatı texnikumu, tibb texnikumu, mədəni maari ftexnikumu, baş texniki məktəb, 196 ümumi təhsil məktəbi, 14 xəstəxana, müstəqil vilayət qovşağı və s. vardı
80-cı illərdə vilayətdə yaşayış sahəsi, məktəbəqədər müəssisələr, sağlamlıq mərkəzlərinin inkişaf səviyyəsinə görə həm Azərbaycan ümum, həm də Ermənistan SSR-nin ümumi göstəricisindən üstün idi. Belə ki, hər 10 min nəfərə Azərbaycan SSR-də 97,7, Ermənistan SSR-də isə 86,2, DQMV 101,7 çarpayı düşürdü. Klubların sayı müvafiq olaraq hər min nəfərə Azərbaycan SSR-də 5, Ermənistan SSR-də 3,8, DQMV-də isə 15 olmuşdur.
Vilayətdə hər adama 14,6 kv.m yaşayış sahəsi düşürdü ki, bu da o zaman ən yükək göstəricisi idi
DQMV-nin bütün inkişaf göstəricilərinin yüksək, ən azı normal olması İttifaq hökumətinə bu zaman hakim iqtidar partiya olan Sov. İKP MK-sına və SSRİ Nazirlər Sovetinə tam aydın olsa da vilayətin iqtisadi və sosial baxımdan geri olması əvvəlcədən düşünülmüş variant idi. Məhz bunu əsas tutub Moskva ermənilərə istədiyi kimi havadarlıq edə bilərdi.
1988-ci ilin martın 24-də Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin ''1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sür'ətləndirmək tədbirləri haqqında'' qərar qəbul etmişdi. Bilavasitə erməni havadarlarının tə'siri və nəzarəti altında yazılan qərarda deyilirdi: ''Son vaxtlar ictimai istehsalda səmərəliyin azalması meyli olmuşdur. Əsaslı tikinti yaşayış evlərinin istifadəyə verilməsi planları yerinə yetirilmir, sosial-mədəni sahənin inkişafı əhalinin artan tələbatından geri qalır. Bir çox əmək kollektivlərində intizam pisləşmiş, məhsul istehsalı planlarının və məhsulun göndərilməsi barəsində müqavilə öhtəliklərinin yerinə yetirilməsi pisləşmişdir''.
Maraqlı idi ki, qərarda nəinki vilayətin əhalisinin həyat şəraitini yaxşılaşdırmaq, habelə o zaman Azərbaycanda müxtəlif zamanlarda gəlib məskunlaşan 450 min erməninin həyat səviyyəsinə qayğı göstərmək də nəzərdə tutulurdu.
İrəlidə adını eqyd etdiyimiz qərarda vilayətin ümumi inkişafına 400 milyon manat ayrılmışdı. Onun həyata keçirlməsi üçün xüsusi göstərişlər verilmişdi. Ancaq tezliklə mə'lum oldu ki, ermənilərin niyyəti tamam başqadır. Onlar bu adla Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək niyyətindədir. Bunu hadisələrin sonrakı gedişi bir daha sübut etdi. Ermənilər öz məqsədlərinə çatmaq üçün silaha əl atmaqdaq çəkinmədilər. Sosial-iqtisadi gerilik bəhanəsi ilə başlanan anti Azərbaycan mübarizəsi nəticədə 20% Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə nəticələndi.