Taptıq Həsənov

 Ermənistan tərəfindən işğal olunmuş ərazilərin təbii ehtiyatları
 və ekologiyasına vurulan ziyanlar
 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan rayonları 1989-1993-cü illərdə Ermənistan qoşunları tərəfindən işğal olundu . Bundan başqa Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MRn Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri işğal olunnaraq dağıdıldı. 

Hal-hazırda Füzuli rayonundakı Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycanran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Bu sərhədlər boyunda olan tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xəttləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycanran sərhədlərinin işğal olunmuş sahələrindən sərbəst şəkildə qacaqmalcılıq və narkotik maddə daşınması əməliyyatları həyata keçirilir.

Qafqaz kimi əlverişli təbii şəraiti olan və sıx əhali yaşayan rayonların 2-ci on il işğal altında saxlanılması Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətini olduqca ağırlaşdırır. Səlahiyyətli orqanların məlumatına görə, işğal altında olan bu nəzarətsiz ərazilərdə narkotika bitkiləri yetişdirilir və onların məhsulları gizli yollara Rusiya və Avropa ölkələrinə ötürülür

Qeyd etmək lazımdı ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən zəbt olunmuş əraziləri təbii ehtiyatlarla zəngindir və təsərrüfatda geniş istifadə olunurdu. Bu ərazilər insanlar tərəfindən hələ çox qədimdən mənimsənilmişdir. Dünyanın ən qədim insan məskənlərindən olan məşhur Azıx mağarasının bu ərazidə olması deyilənləri bir daha sübut edir

Kiçik Qafqazın Yuxarı Qarabağında olan yay otlaqları ilə Düzən Qarabağın qış otlaqları hələ lap qədimdən Azərbaycan türklərinin məşğul olduqları ənənəvi dag-aran köçəri otlaq heyvandarlığının inkişafına əlverişli şərait yaratmışdı. Yuxarı Qarabağ yaylaqlarının Ermənistan tərəfindən zəbt olunması əsrlərdən bəri davam edən bu təsərrüfat formasının normal rejimini pozmuş, yaylaqlara qaldırılmayan və aranın istisində qalan heyvanların müxtəlif xəstəliklərə tutulmasına və onların məhsuldarlığının kəskin sürətdə azalmasına səbəb olmuşdur. Bundan başqa hər il yay aylarında düzən rayonların əhalisi, xüsusilə qocalar, qadınlar və uşaqlar indi bu yaylaqlardan məhrum olduqları üçün yayda aranın istisindən əziyyət çəkir və tez-tez xəstələnirlər.

İşğal olunmuş reqionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə zonası rayonudur. Burada ümumi meşə və kolluqların sahəsi 246,7 min hektardır.

İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla yetərincə zəngindir. Ən çox yayılan faydalı qazıntıları əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və sairdir. Ərazinin kurort-rekreasiya potensialı da böyükdür. 

 Azərbaycanda su problemi mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su təchizatı quraq reqion hesab edilən Azərbaycan üçün həyati məsələdir. Azərbaycanın Kiçik Qafqazdakı çoxlu yağıntı düşən, sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altında olan əraziləri ölkənin su ehtiyatlarının formalaşmasında böyuk əhımıyyət kəsb edır. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Araz, Tərtər, Həkəri, Xançınçay, Köndələnçay, Ağstafaçay və başqaları özləri ilə düzən ərazilərə bol su gətirirlər, onlardan bəzilərinin hesabına süni göllər yaradılmış və suvarma kanalları cəkilmişdir. Azərbaycan üçün böyük həyatı əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.

 Müharibə zonalarında dağıdıcı silahlardan və ağır texnikadan geniş istifadə olunduğuna görə ərazinin təbiətinə və ekoloji şəraitinə güclü ziyan dəyir. Nazik torpaq qatına və eroziyaya meylli yamaclara malik olan kövrək təbiətli Kiçik Qafqazın işğal altındakı dağlıq ərazilərində ekoloqiyaya dəyən ziyanın həcmi və son nəticələri daha ağırdır. 

İşğal olunmuş ərazilərin hazırkı ekologi durumu haqqında heç bir informasiyanım olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərin təbii sərvətlərini dağıdan və ekologiyasını çirkləndirən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir.

Daxil olan məlumatlardan aydın olur ki, erməni işğalçılarının zəbt etdiyi rayonların ərazisində sünbülqıranlar və gəmiricilər həddən artıq çoxalmışdır. Əkilib-becərilməyən torpaqlarda yabanı bitkilər zəngin olduğundan vəhşi heyvanlar, ilan, koramal, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşəratlar həddən artıq çoxalır. Onlar ətraf ərazilərə, o cümlədən qonşu rayonlardakı yayılaraq təsərrüfatlara böyük ziyan vururlar.

İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi-texnikanın, torpaqda açdığı şırımlar, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, çılpaq yamaclarda hərbi texnikanın açdığı şırımlar boyu axan yağış suları dərin yarğanlar əmələ gətirir, nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısının kəsilməsi, Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur.

Beləliklə, Azərbaycanın 14 min km2 ərazisi, təxminən 558 km uzunluğunda olan sərhədləri 100 faiz, civə, obsidiyan və perlit ehtiyatları, 35-60 faiz tikinti və üzlük materialları, 40 faiz mineral su ehtiyatları, 23,8 faiz meşə fondu, 2 qoruq və yasaq, 3 iri su anbarı, 7,8 faiz su ehtiyatları və s. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin payına düşür.