Əli Məmmədov
Ermənilərin Azərbaycana qarşı təcavüzkarlıq planlarının reallaşması prosesi
(SSRİ dövründə)
Daima Azərbaycan torpaqlarına göz tikmiş ermənilər XX yüzilliyin başlanğıcından etibarən bu məkirli siyasətlərini güc vasitəsilə də bütün cəbhə boyu işə saldılar.
XIX-XX yüzilliklərdə Türkiyə və İran dövlətləri kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazilərinə köçürülən ermənilər, özlərinə özgə xalqın ərazisində yer etdikdən sonra, burada milli dövlət qurumu yaratmaq eşqinə də düşdülər. Əlbəttə, bu iyrənc planlarının baş tutması üçün ermənilər böyük xristian dövlətlərinə arxalanır, onlardan bu və ya digər dərəcədə, Rusiyadan isə bilavasitə hər cür xeyir-dua və dəstək alırdı. Bax elə bununla da Cənubi Qafqazda ermənilər əl-qol açmağa başladılar.
Təxminən bir əsr əvvəl Qərbi Azərbaycan, Qarabağ və s. bölgələrimizdə rus dövlətinin böyük ''himayədarlığı'' ilə yerləşdirilən bu qaraçı xislətli xalq, əzəli və əbədi Azərbaycan torpaqlarında 1918-ci ilin mayında hətta özlərinə dövlət də yaratmağa nail oldular. Hələ bu az imiş kimi, ermənilər, Sovet rejiminin onlar üçün yaratdığı hər cür şəraitdən bəhrələnərək, Azərbaycanın Dağ Qarabağında onlar üçün Dağlıq Qarabağda erməni icmasına Muxtar Vilayəti yaradılmasına da müvəffəq oldular.
Azərbaycan xalqının mənafeyinə zidd olan və haqqını tapdalayan bu proseslə əlaqədar Nəriman Nərimanov Stalinə imzaladığı məktubda bir məktubunda deyilirdi: ''Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir... Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir''.
Mərkəzdə oturan və Azərbaycanda sovetləşmə həyata keçirildikdən sonra bolşevik donuna girmiş erməni daşnakürəkli liderlərinin Dağ Qarabağda erməni icmasına muxtariyyat verilməsi üçün hər cür iyrənc sifətə düşdükləri yaxın tarixi keçmişimizdən çox yaxşı məlumdur. Göstərmək lazımdır ki, Ermənistanın Azərbaycandan ərazi qoparmaq cəhdləri Sovet rejiminin bütün mərhələlərində, baş vermişdi. Bunu müstəqil Azərbaycan dövlətinin arxiv sənədləri bir daha təsdiq edir.
Beləliklə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları 20-30-cu illərdə bir neçə kənd, örüş, dərə, otlaq, əkin sahələri tutulması ilə həyata keçirildi. Bu məkrli plan xərçəng xəstəliyi kimi II Dünya Savaşından sonrada ardıcıl surətdə daha intensiv davam etdirilirdi.
Hələ Böyük Vətən müharibəsinin gedişində SSRİ rəhbərliyi Azərbaycan əhalisinin Orta Asiya və Qazaxıstana köçürülməsi planını hazırlamışdı. 1941-ci ilin 25 oktyabrında yaradılmış köçürmə məsələləri üzrə dövlət komitəsinin rəhbəri İ.Mikoyan bu barədə ''xüsusi əməliyyat'' planı hazırlamışdı. Lakin M.C.Bağırov Stalini inandıra bilmişdi ki, Azərbaycandan azərbaycanlıların köçürülməsi nə iqtisadi, nə də siyasi cəhətdən qələbəyə xidmət etməz.
Ermənipərəs Sovet rejimi dövründə II Dünya savaşından sonra azərbaycanlılara qarşı daha böyük tarixi ədalətsizliyə yol verildi – 150 min Azərbaycan türkü indiki Ermənistanın ərazisinə qatılmış ata-baba torpaqlarından guya könüllülük prinsipi ilə deportasiya edildi. Bu proses 1947-1953-cü baş verdi.
Kremldə həmişə güclü arxaya malik olan ermənilər Ermənistanda antitürk əhval-ruhiyyəni mütəmadi olaraq qızışdırırdılar. Belə ki, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsini 1955-ci ildə bağladılar. Oradakı Azərbaycan Pedaqoji Texnikumunu 50-ci illərdə bağladılar və s. Bu zaman hələ əsasının 40-cı illərdə qoyulduğu ''Qarabağ hərəkatı''nı xeyli leqallaşdırdılar.
Göstərmək lazımdır ki, həmin vaxt ''Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu'' (ASALA) terrorçu, siyasi silahlı təşkilat SSRİ-nin yardımı ilə fəaliyyətə başladı. Bu quldur təşkilatı yaratmaqda əsas məqsəd antitürk hərəkatı gücləndirmək, NATO-nun üzvü olan Türkiyəyə qarşı təxribat və qəsdlər törətməklə ilə mübarizə aparmaq idi.
1964-cü ildə SSRİ Ali Sovetinin sədri postunu tutan daşnak liderlərindən biri A.Mikoyanın Dağlıq Qarabağım və Naxçıvanım Ermənistana verilməsi ilə əlaqədar N.Xuruşşova təsiri birbaşa səmərə ilə nəticələnməsə də, həmin dövrdən Ermənistanda antitürk psixozunun tuğyan etməsinə rəvac verildi. 60-cı illərdə Mərkəzin bilavasitə dəstəyi ilə Azərbaycanda və xüsusən də paytaxt Bakıda güclü erməni lobbisi yaradıldı.
Sovet hakimiyyəti illərində Azərbaycanı ''beynəlmiləlçi'', Ermənistanı isə guya millətçi kimi qələmə verən Mərkəz ermənilərin ölkə daxilindəki bütün antiazərbaycan hərəkətlərinə qarşı demək olar ki, heç bir ciddi tədbir görməmişdi.
Hələ 60-70-ci illərdə Ermənistanda Azərbaycana qarşı müxtəlif səpkidə təxribat xarakterli kitablar nəşr olunur, mətbuat orqanları açıq yazılar yayır, erməni jurnalist və yazıçıları ittifaq mətbuatında antiazərbaycan səpkili vaxtaşırı çıxışlar edirdilər. Məsələn, 80-cı illərin əvvəlində ''Oqonyok'' jurnalı erməni rəssamı Nalbandyanın 100 illiyi münasibətilə gedən yazıda onun Ermənistanın qədim şəhəri Şuşada anadan olduğu ğöstərilirdi.
Eyni zamanda ermənilər ittifaq mətbuatında Azərbaycan mədəniyyətini, incəsənət nümunələrini, musiqi alətlərini, hətta kulinariyasını da özününküləşdirirdilər. Bunlara heç cür cavab verilə bilməzdi, çünki Azərbaycan ''beynəlmiləl'' respublika idi.
80-cı illərin ortalarından sonra ermənilərin Azərbaycana qarşı nəzəri və əməli hazırlıq planları başa çatdırılmaqda idi. Belə ki, erməni cızmaqaraçısı Z.Balayanın 1984-cü ildə ''Ocaq'', 1988-ci ildə ''Yol'' (''Sovetskiy pisatel'') üzdəniraq kitabları nəşr olundu. Türk-müsəlman xalqlarına qarşı kin və nifrətlə doldurulmuş bu kitablarda, Azərbaycan xalqının tarixi təhqiramiz təhrif olunurdu. Z.Balayan bu qərəzli üzdəniraq hədyanları yazarkən, heç olmasa, XIX əsrin I yarısında ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsini unutmamalıydı. Qarabağda ermənilərin terrorçu, seperatçı çıxışlarının həmişə olduğunu təkcə oranın yerli sakinləri olanlar yox, eyni zamanda respublikanın ortayaşlı əhalisi belə yaxşı bilir. Odur ki, hələ Sovet hökumətinin qılıncının hər iki tərəfinin kəsdiyi bir vaxtda, 1984-cü ildə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan qədim yurd yerlərindən biri olan Pirəməki kəndini yer üzündən sildilər. Orada yaşayan 60 azərbaycanlı ailəsi köçürüldü, mal-qaraları əllərindən alındı, kənd buldozerlə yer darmadağın edildi. Amma, bu cinayəti törədən erməni quldurları respublikanın hüquq-mühafizə orqanlarının gözü qarşısında cəzasız qaldılar.
Sov.İKP-nin baş katibi M.Qorbaçovun zamanında Qarabağda erməni separatizminə, indiki Ermənistanın Azərbaycana qarşı açıq təcavüzkarlığına tamamilə rəvac verildi. Azərbaycana qarşı təcavüzkar siyasi mübarizənin ''Böyük Ermənistan'' yaratmaqdan ibarət növbəti mərhələsi başlandı. Bu cinayətkar niyyətin mahiyyətində üç hədəf var idi: 1) türksüz Ermənistan yaratmaq; 2) Dağlıq Qarabağı hansı vasitə ilə olursa-olsun Ermənistana birləşdirilmək; 3) Şərqi Anadolunu ələ keçirmək və Aralıq dənizi sahilinə birbaşa koridor açmaq.
Yeri gəlmişkən, demək lazımdır ki, bütün yuxarıda qeyd olunanları, yəni Dağ Qarabağda erməni icmasının gündən-günə artan separatizmi və Ermənistanda azərbaycanlılara qarşı getdikcə artmaqda olan vəhşiliklər o zamankı Azərbaycan rəsmlərinə çox yaxşı bəlli idi. Bəs, onda sual olunur: onlar nə üçün ittifaq hökuməti – ''dünyada sülhün, əminamanlığın dayağı'' olan bir ölkə rəhbərliyi qarşısında erəmnilərin bu yaramazlıqlarıbarədə məsələ qaldırmırdılar? Çünki onları oturduqları kürsüyə Kreml təyin etmişdi.
80-cı illərin ikinci yarısından vilayətin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi istiqamətində güclü iş aparılırdı.
1988-ci il fevralın 8-dən başlayaraq ermənilərin yeritdiyi iyrənc siyasət Xankəndində Muxtar Vilayətin Ermənistana verilməsi üçün imza toplanılması ilə nəticələndi.
Məhz həmin vaxt ''miatsum'' deyərək azğınlaşmış ermənilərin çıxışlarının qarşısını almaq üçün Azərbaycan SSR-ın rəhbərliyi öz qanuni səlahiyyətlərindən istifadə edib qətiyyətli tədbir görmədi və onların acizliyi erməni separatçı guruhunu daha da azğınlaşdırdı.
Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiasını irəli sürən kimi, indiki Ermənistanda yaşayan azəri türkləri tarixi vətənləri olan İrəvandan, Vedidən, Göyçədən, Zəngəzurdan, Dilicandan, Gümrüdən - öz dədə-baba torpaqlarından kütləvi surətdə, həm də misli görünməmiş bir vəhşiliklə qovdular. Bununla da XX yüzillikdə həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində orada bir nəfər də azərbaycanlı qalmadı. Sonarkı mərhələlərdə Dağ və düzən Qarabağdan rus silahlı qüvvələrinin yaxından köməyi ilə azərbaycanlılar öz doğma yurd-yuvalarından didərgin salındılar.
Beləliklə, ermənilərin Azərbaycana qarşı çevrilmiş iyrənc planı zorla həyata keçirildi. Düz 9 ildir ki, atəşkəs elan edilib. Lakin ən nüfuzlu dünya təşkilatları, dünyanın super dövlətləri də Ermənistanı təcavüzkar dövlət kimi tanımır, tanıya bilmir, ya da tanımaq istəmir.
Təcavüzkar Ermənistana qarşı beynəlxalq dünya birlikləri heç bir qadağa və embarqo tətbiq etmədiyi üçün, Azərbaycan öz ərazi bütövlüyünə özu nail olmalıdır və bunun üçün aşağıdakıları heyata kecirmelidir:
- Azərbaycan öz iqtisadiyyatını gücləndirməli;
- Milli Ordunun döyüş keyfiyyəti hər vasitə ilə daim yüksətməli;
- İndiyə qədər aparılmış sülh danışıqları heç bir fayda vermədiyi üçün Azərbaycan başqa effektli vasitələr axtarıb tapmalıdır.
- Bir halda ki bütün səviyyələrdə aparılan işlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dinc yolla nəticələnmir, onda o öz ərazi bütövlüyünü bərpa etmək, torpaqlarını silah gücünə işğalçı ermənilərdən azad etmək hüququnu özündə saxladığını bütün dünya birlikləri və təşkilatlarına bəyan etməlidir.