İsrafil Məmmədov

Erməni separatizmi və milli şovinizminin  ideya-təşkilat əsasları

Milli şovinizm və xəyali sosializmin hermafroditi olan (S.Spandaryan) “Daşnaksütyun” partiyasının son yüzillikdə gah gizli, gah da açıq-aşkar dəstəklədiyi qəsbkarlıq, təcavüz və “Türksüz Ermənistan” siyasətinin ideya əsasları e.ə.VII yüzillikdə yəhudilərin peyğəmbərləri olmuş Yezikilin məlum təlimindən qaynaqlanmışdır. Davakar erməni dairələri və erməni ideoloqlarının yezutizm təlimindən məharətlə əks etdikləri ehkamlara görə Tanrı təkdir, deməli onun yaratdığı erməni milləti də yer üzündə bütün nemətlərə sahib, bütün imtiyazlardan gen-bol istifadə etmək hüququna malik olan yeganə millətdir. Əvəzsiz və bənzərsizdir, qadir və qalibdir o!!! Erməni milləti hər şey, başqa millətlər isə heç bir şeydir. Erməni olan yerdə milli boya da qatı və son dərəcə güclü olmalıdır.

Daşnakların tanınmış ideoloqu Rubenin təbirincə erməni milləti müstəqil fərdlərin və sərbəst vahidlərin cəmi, başqa millətlərsə bu cəmin mənasız və əhəmiyyətsiz, sıfra bərabər vahidləri və zərrəcikləridir. Aharnyan deyilən başqa bir ideoloq daha uca səslə bəyan edirdi ki, “erməni milləti Allah vergisidir, onu başqa heç bir millətlə eyni tərəziyə qoymaq olmaz. Dünyada ən nadir, ən seçmə bir soy varsa, o da erməni soyudur. Bu soyun övladları olan biz ermənilər həm fəxr etməli, həm də ən ali hüquqlara sahib olmalıyıq. “Alik” qəzeti də təlqin edir ki, heç bir xalqın tarixi, adətən, zaman və məkan hüdudundan kənarda ola bilməz. Erməni xalqının tarixi və taleyi isə elə bir ölməz ruhdur ki, zaman və məkan qarşısında heç vaxt boyun əyməyəcək”.

Yezutizm təliminin erməni mühitinə uyğun olaraq bu səpkidə təbliği möhkəm ideya əsasları kimi daşnakların 1907-ci ildə qəbul etdikləri proqramda çox qabarıq bir şəkildə öz əksini tapmışdır. Milli şovinizm ruhu proqramın ilk cümlələrindəcə aşkar duyulmaqdadır : ali məqsəd yalnız və yalnız ermənilərin mənafeyinə xidmət etməkdir, başlıca diqqət ancaq və ancaq Türkiyədə ermənilər yaşayan vilayətlərə yönəldilməlidir. Deməli hər şey ermənilər üçün yalnız ermənilərin milli mənafeyi naminə! Proqramın 9-cu maddəsində bu fikir daha güclü səslənir, Qafqazı yekcins, eyni etnik qrup prinsipi əsasında kantanlara bölmək təklif edilir. Bu prinsipə sadiq qalan Andranik Mihranyan da son zamanlar ermənilərin “təhlükəsizliyi” naminə Qafqazın federativ əsaslarla Rusiyanın tərkibinə daxil olmasını rəva görürdü.

Davakar erməni dairələrinin inadkarlıqda davam etdirdikləri soyqırımı siyasətinin təşkilati əsasları isə hələ 1534-cü ildə Parisdə təşkil olunmuş “İsa” cəmiyyəti və 1610-1769-cu illərdə Paraqvayda cövlan etmiş idarəetmə üsulu təcrübəsindən əks edilmişdir. Bu təcrübəyə görə məqsədə nail olmaq yolunda riyakarlıq, ikiüzlülük, cəsusluq, hətta ən ağır cinayət, terror və kütləvi qırğın belə məqbul sayılır. Bu ruh “Daşnaksütyun” partiyasının Nizamnaməsində (1907) öz ifadəsini çox aşkar şəkildə tapmışdır. Nizmanamənin nə az, nə də çox düz 5 maddəsi (147-151) hər bir il təşkilatda azı 10 nəfərdən ibarət silahlı dəstə saxlamağı, 155, 156 və 157-ci maddələri isə lazım gəldikdə çəkinmədən siyasi terrora, hətta soyqırımına əl atmağı tövsiyyə edir. Sosialist inqilabçılar adını bir vaxt bayraq etmiş “Daşnaksütyun” partiyasının qəddar millətçi, davakar, irticaçı, təvazökar təkcə qonşu türk və azərbaycanlılara qarşı deyil, öz xalqına qarşı da amansız bir mauzerçi partiya olması məlum həqiqətdir. 1912-ci ildə daşnaklar “Dənizdən-dənizə Ermənistan” planının formalaşması prosesini başa çatdırdılar. “Türksüz Ermənistan” və “Etnik təmizləmə” bu məkrli planın ilk mərhələsi kimi irəli sürüldü. Daşnak liderləri açıq-aşkar tələb edirdilər: Ermənistanın əhalisi yalnız ermənilərdən ibarət olmalıdır. Bu ölkənin dili də, dini də geyim-keçimi də fırçası-abidəsi də ancaq erməniyə mənsub olmalıdır. Həyatımızı başdan-ayağadək erməniləşdirməliyik. (“Haraq” qəzeti N-106). Ermənilərin ən böyük bədbəxtliyi Azərbaycanla, azərbaycanlılarla qonşu olmalarıdır (A.Astvasatryan).

Ermənistanı erməni olmayanlardan, öncə tatarlardan və türklərdən təmizləyin. Türklərə nifrət edin, müsəlmanları qırın, kəndlərinə od vurub yandırın, əmlaklarını talan edin (“Xorhurdain Hayastan” qəzeti, 29 X 1921).

1828-ci ildən başlayıb 1988-1989-cu illərdə başa çatan “Türksüz Ermənistan” sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kv.km ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 kv.km olub ki, bu da ancaq Göyçə gölü ətrafında ermənuilərin dəfn edilməsi üçün bir qəbirstanlıq kimi kifayət edirdi. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min kv.km olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb. Deməli, “Türksüz Ermənistan” siyasəti əslində azərbaycanlılara qarşı tətbiq edilən mənəvi və fiziki soyqırımının təkmilləşdirilməsi, qəddarlığı ilə fərqlənən, müxtəlif şüarlar altında rəngarəng metodlarla həyata keçirilən formasıdır. Strategiya dəyişməz, taktika dəyişgən olmuş, erməni təcavüzü indiki Ermənistan ərazisindən başlamış indiki Azərbaycan ərazisini də bürümüşdür. Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğalçıların nəzarəti altında qalması bunu bir daha sübut edir.