Seyidağa Onullahi
Dövrün farsdilli qaynaqlarında «Azərbaycan Qarabağı», «Arran Qarabağı»
Son zamanlar İranda Qarabağ ilə əlaqadar fars dilində bir sıra əsərlər yazılıb çap edilmişdir. Onlardan biri Məhəmməd Hafizzadənin 2001-ci ilin payızında Təbrizdə çap etdirdiyi 251 səhifəlik «Qarabağ» adlı əsəridir. 24 bölmədən ibarət olan həmin əsərdə İslamiyyətin zühurundan sonra «Qarabağ», «Qarabağ və ermənilər», «Ermənilərin hiyləsi və Qarabağ müsəlman əhalisinin köçürülməsi», «Rus çarının xəyanəti və ermənilər», «Böyük Ermənistan və müsəlmanların kütləvi surətdə öldürülməsi» və s. bölmələrdən ibarətdir.
Müəllif, xüsusilə müxtəlif dövrlərin qaynaqlarına əsasən, «Arran Qarabağı» adlandırılması ilə əlaqədar faktlarla sübut edir ki, ta qədimdə Qarabağ Azərbaycan ərazisinin Arranında yerləədiyi hçhn qaynaqlarda «Arran Qarabağı» adlanmıədır.
Bundan əlavə biz ilk dəfə XIV əsr qaynaıı Hafiz Əbrunun «Zeyl-i əame ət-təvarixi Rəşidi» əsərində Azərbaycan Qarabağı adına rast gəlmiəik. Hafiz Əbru h.749 (1348)-əu il hadisələrindən danıəarkən ilk dəfə «Azərbaycan Qarabağı» istilahı işlətmişdir. Müəllif yalnız Məlik Əşrəf h.749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. (Bax. Hafiz Əbru, «Zeyl-i Cami əttəvarix-i Rəşidi», s. 227.) Qarabağ istilahının türk sözü olduğunu qeyd edən V.Minorski yazır: «Qarabağ elə bir istilahdır ki, ilk dəfə Həmdüllah Qəzvininin «Nüzhət ül-qülub» əsərində işlədilmişdir. Çox ehtimal ki, bu bir türk elinin adı ilə əlaqədardır ki, indi o eldən əsər-əlamət qalmamışdır. Belə ki, Naxçıvanın şimalında Qarabağlar, Urmiyanın şimalında Qarabağ, Əfqanıstanda Qəzneynin qərbində Qarabağ fars əyalətində Qarabağ rayonu, Cənubi Azərbaycanda Araz çayı sahilində Qarabağ və s. yerlərdə bu adın olması türkdilli tayfa adı olmasını sübut edir. Erməni tarixçisi Riçard Hovanesyan da “Ermənistan Respublikası” əsərinin I cildində Qarabağ mahalını Cənubi Qafqazın ərazisində müsəlmanlar yurdu kimi qeyd etmişdir. (Bax. Məhəmməd Hafizzadə, «Qarabağ» əsəri, s.138.) Atabəylər dövründən tutmuş Qacarlara qədər türk hökmdarları həmişə Qarabağda – Aranda qışlaq etmişlər. Teymurun özü, oğlu Şahrux Qarabağda qurultay çağırmışlar. Teymur Ağdam və Ağcabədidə ova çıxmışdır. Hələ vaxtilə Nizami Gəncəvi Azərbaycanın bu qədim diyarının nə qədər füsünkar olduğunu bir beytində belə təsvir etmişdi:
Ze dorraçu - tihivu, kəbki, təzərv
Nə bini tohi sayeye bidi – sərv.
Tərcüməsi:
Söyüd və sərv ağaclarının kölgəlikləri,
Turac, kəklik və qırqovuldan xali deyildir.
XV əsrin birinci yarısında Bədr Şirvani yazır:
Qarabağda qırmızı şərab vardır,
Onun bir badəsindən 100 nəfər sərxoş olar.
Göndər mənə Qarabağ meyi, ta ki, mən qırmızı
Su ilə bədənimi yuyum.
Bədr Şirvani şerlərində Yevlağın da adını çəkərək yazır:
Özümü ipək kimi, Ərəş baharına necə çəkim ki,
Gəlib-gedənlərdən ürəyim sakit olsun,
Yevlağın qəmindən sinəmə ağdaş döyürəm». (bax: Bədr Şirvani. Divan. Moskva, 1985, (fars dilində), s.235,274,335,358,485).
H.824-əh (1422) ildə Xacə Nizaməddin fars dilində yazdığı bir beytində:
Dər Qərabağ fərağe to do çeşməst məra,
Kər yek ab gerayəd, əz dəgər abe Ərəs.
Tərcüməsi:
Qarabağda sənin fərağın mənə iki gözdür,
Birindən yaş axır, o birindən Araz suyu. (bax: Fəsih Xəvafi, «Mücməl-i Fəsihi», s.248).
Məhəmməd Hafizzadə ilk qaynaqlara əsaslanaraq yazır ki: «İndiki Ermənistan adlanan Qərbi Azərbaycan ərazisi heç vaxt Arran (isti yer) olmamışdır». Arran coğrafi mənada İran ilə Kür arasındakı əraziyə deyilir. Bütün qaynaqlarda Ermənistan Qarabağı deyil, «İran Qarabağı” qeyd edilmişdi. Biz yuxarıda qeyd etdiyimz kimi, qaynaqlarda «Azərbaycan Qarabağı» istilahı da işlənmişdir.
1618-ci ildə Avropada çap edilmiş və 1994-cü ildə Möhsün-Fərzanə tərəfindən yenidən Tehranda şərhlərlə nəşr edilmiş xəritədə Arazın şimalında, Qarabağ ətrafında və sair nöqtələrdə Azərbaycan şəhərləri göstərilir ki, onların hamısı Azərbaycanın tərkibində olubdur. Hətta o xəritədə Azərbaycanın adı Atropatena qeyd edilmişdir. Həmin xəritə Qarabağa şamil edilir. Lakin ermənilərdən və onların Qarabağa hakimiyyətindən ad aparılmamışdır.
Hətta 1358-ci ildə «Əs-səfa» əsərini yazıb bitirmiş Təvəkkülü ibn Bəzzaz hər yerdə “Arran Qarabağı” qeyd etməklə Qarabağ müsəlmanlarından bəhs etmişdir.
Orada deyilir: Şeyx Səfiəddin musəlmanlara məsləhət vermək üçün Qarabağa getmişdi. Burada ermənilərdən deyil, müsəlman türklərindən söhbət gedir: «Cünki Şeyx Səfiəddinin özü də türk oğlu türk idi».
1507-1520-ci illərdə Təbrizdə və Qarabağda olan venetsiyalı naməflum tacir ilk dəfə “Qarabağ” istilahını işlətmiş və oradakı Kənar adlı şəhərdə əhalinin ipək parça toxuculuğu ilə məşğul olduğunu bildirmişdir. Naməlum tacir yazır: «İsmayıl ilk dəfə irəlilədi, ora 1000 mil sahəsi olan bir nahiyyədir. Kənar adlı böyük qalası vardır. İpək parçalar hazırlamaqda şöhrət tapmış bir çox kəndlər həmin mahalda yerləşir. Buna görə də o parçaları Kənar mahalına aid edib Kenri demişlər» (Bax: Venesiya tacirinin İranda səfəri (Səfənameye Veneziyan dər İran, Doktor Mənuçöhr Əmirinin fars dilinə tərcüməsi, Tehran 1349 (1970) I çapı, səh. 424). Mahalın adı Kənar da erməni sözü deyildir. Hələ 720-ci ildə Arran, Muğan və Şirvanda Xəzərlər sakin idi (Həmdulla Qəzvini «Nüzhət əl-qulub», səh. 284).
Beləliklə, Dağlıq Qarabağ vilayəti də, adından aydın olduğu kimi, Azərbaycanın qədim və tarixi Qarabağın ayrılmaz tərkib hissəsi üzvü olmuşdur.